Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 121,26 Kb.
səhifə3/5
tarix22.12.2022
ölçüsü121,26 Kb.
#77369
növüYazı
1   2   3   4   5
Alqoritm1

Aşağıdakı misala baxaq:
Verilmiş kvadrat tənliyin həlli üçün alqoritm:
1) tənliyin a,b,c əmsallarını daxil etmək;
2) ifadəsini hesablamaq;
3) əgər D<0 olarsa, 5 bəndinə, əks halda 4 bəndina keç;
4) hesablamalı;
5) hesablamaları qurtarmalı. Son.

Kompilyasiya və interpretasiya
Translyasiyanın iki qaydası var: interpretasiya və kompilyasiya. İnterpretasiya – şifahi tərcüməyə oxşayır. Giriş proqramının hər bir təlimatı tərcümə olununur və yerinə yetirilir. Bu qaydada təkrar təlimatlar hər dəfə kodlaşdırılır. Kompilyasiya isə yazılı tərcüməyə bənzəyir. Proqram yerinə yetirilməzdən qabaq proqramın bütün tərcüməsi yığılır.
İnterpretasiya böyük çevikliyə malik olmaqla asan realizə olunur. Kompilyasiya isə daha effektif proqram yaradır. Proqramçı isə proqramlaşdırma dillərini bilməklə, qarşıya qoyulan məsələnin kompüterdə həllini həyata keçirmək üçün proqram yazır və onu kompüterdə yerinə yetirir.
Proqramlaşmanın bütün dilləri verilənlərin aşağıda göstərilən tipləri ilə işləməyə imkan verir:

  • Tam ədədlər;

  • Məntiqi ədədlər;

  • Həqiqi ədədlər;

  • Simvollar;

  • Mətn tipli ədədlər;

  • Birtipli verilənlər cədvəli;

  • Fayllar.

Kompyuterin alqoritmi başa düşməsi üçün proqramlaşdırma dillərindən istifadə edilir. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.


Əsas alqoritmik baza strukturları
Alqoritm tərtibi prosesində aşağıdakı sadə tələblərin ödənilməsi məqsəduyğundur:
- alqoritm asan baza düşülən olmalıdır, bu başqasının tərtib etdiyi alqoritlərdən istifadə üçün lazımdır;
- alqoritm asanlıqla yoxlana bilməlidir;
- alqoritm yenidən tərtib edilmədən təkmilləşdirilə bilməlidir.
Alqoritmin tərtibinə struktur yanaşmanın əsas prinsiplərini aşağıdakılar təşkil edir:
- alqoritm mərhələlər (addımlar) üzrə tərtib edilməlidir;
- mürəkkəb məsələ kifayət qədər sadə, asan qavranılan hissələrə parçalanmalı və onların hər birinin ancaq bir girişi və bir çıxışı olmalıdr;
- alqoritmin məntiqi kifayət qədər sadə olan minimal sayda idarəedici baza strukturlarına əsaslanmalıdır.
Alqoritmin qurulmasına struktur yanaşma zamanı bütün alqoritmlər xətti (ardıcılgəlmə), budaqlanan və dövrü (təkrarlanan) strukturlara ayrılırlar. Baza strukturlarına bir giriş və onlardan bir çıxış olur. Baza strukturlarını sxemlər vasitəsilə təsvir etmək üçün funksional blok anlayışını daxil etmək lazımdır.
Funksional blok informasiyanın emalında əmrlərin göstərilməsi üçün qrafik təsviri düzvucaqlı şəklində olan blokdur. Bu əmrlər ya mənimsətmə əmri, ya da bir girişi və bir çıxışı olan əmrlər ardıcılığıdır. Əmrlər düzbucaqlının içərisində yazılır.

Yüklə 121,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin