alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire
Baza verilənlərin proqramlaşdırma dilləri. Bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix və Sybase. Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər. İnternet üçün proqramlaşdırma dilləri. HTML (HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla, mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriflərin və rənglərin verilməsi, istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir. Çox WEB- səhifələr HTML- də və onun genişləndirilmiş variantlarında yazılmışdır. 1980-cı illərdə PERL dili işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv emal olunması, mətn hesabatlarının qenerasiya olunması və məsələlərin idarə olunması vasitəsi kimi yaradılmışdı. Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları, verilənlərin çevrilməsi vasitələri, sistem informasiya ilə işləmək imkanları da çox genişdir. Windows əməliyyatlar sisteminin yaranması ilə bağlı bu mühitdə işləyən yeni proqramlaşdırma dilləri də meydana çıxmışdır. Bunlardan Visial Basic, Visial Delphy, Visial C və b. göstərmək olar. Bu proqramların köməyilə müxtəlif tip praktik məsələləri həll etmək olar. “Visial” yazısı onu göstərir ki, həmin proqram vasitəsi qrafik istifadəçi interfeysinə malikdir. Yəni Windows sisteminə aid olan bütün imkanlardan həmin proqram vasitəsi istifadə edə bilər.