Mövzu12
Proqramda şərhlər. Təksətirli şərhlər. Çoxsətirli şərhlər. İnkrement və ekrement.
Plan:
Proqramda şərhlər
Təksətirli şərhlər
Təksətirli şərhlər
İnkrement və ekrement
Proqramda şərhlər-Proqram kodlarının müxtəlif yerlərində görülən iş barəsində məlumat vermək üçün şərhlərdən istifadə olunur. Şərhlər birsətirli və çoxsətirli olurlar. Şərhlər yalnızproqramın mənbə kodunu oxuyan proqramçıya həmin kod barəsində məlumat vermək üçündür, kompilyator proqramı kompilyasiya edərkən şərhləri nəzərə almır. Bir çox hallarda isə şərhlərdən proqramdakı səhvlərin tapılması üçün istifadə olunur. Bu zaman kodun bu və ya digər hissəsini şərh kimi göstərməklə kompilyasiyadan kənarlaşdırır və nəticəni yoxlayırlar.
Təksətirli şərhlər-Əsrin dilində təksətirli şərhlər iki ardıcıl bölmə ‘/’ simvolu kimi işarə olunur:
//
Proqram kodunun istənilən sətrində bu simvolları ardıcıl yazsaq həmin yerdən sətrin sonuna kimi olan hissə şərh hesab olunur və proqram koduna aid olunmur. Misal üçün:
//bu teksetirli sherhe numunedir
Çoxsətirli şərhlər ardıcıl bölmə ‘/’ və ulduz ‘*’ simvolları ilə ‘*’ və ‘/’ simvolları arasında qalan mətn hesab olunur:
/* coxsetirli sherhe numune
Bura yazilanlari kompilyator nezere almir
*/
Daxiletmə əmri
Indiyə kimi baxdığımız proqram nümunələrində həmişə dəyişənlər elan edir, bu dəyişənlər üzərində müxtəlif hesablamalar aparır və ekranda məlumat çap edirdik. Bəs proqram icra oluna – oluna istifadəçi tərəfindən ona hansısa məlumat ötürmək mümkündürmü?
Əlbətdə mümkündür, bunu daxilet əmri vastəsilə edə bilərik. Daxilet əmri istifadəçinin klaviaturadan daxil etdiyi qiymətləri dəyişənlərə mənimsədir. Daxilet əmrinin sistaksisi, xaricet əmrina oxşardır, aşağıdakı kimidir:
daxilet ( dəyişən ) ;
Dostları ilə paylaş: |