Plan:
Sadə cəbri ifadələr
Sağ tərəfdədəyişənlərdən istifadə
Dəyişənin öz qiymətindən istifadə etmək
Sadə cəbri ifadələr.
Çalışma 1. 234 ilə 45 ədədinin hasilini x dəyişəninə mənimsədən proqram tərtib edin.
Həlli: Nümunə kod aşağıdakı kimi olar:
tam x ;
x = 234 * 45;
xaricet("234 * 45 = ", x);
Nəticə:
234 * 45 = 10530
Çalışma 2. Kəsr tipli y dəyişəninə (728 + 90) – (34*2 – 8*(54 + 65/3)) ifadəsinin qiymətini mənimsədən proqram tərtib edin. y dəyişəninin qiymətini ekranda çap edin.
Həlli: Nümunə kod aşağıdakı kimi olar:
kesr y ;
y = (728 + 90) - (34*2 - 8*(54 + 65/3));
xaricet("y = ", y, "\y");
Nəticə:
y = 1355.333333
Sağ tərəfdə dəyişənlərdən istifadə.Mənimsətmə əmrinin sağ tərəfində təkcə ədələr deyil həmçinin dəyişənlərdən də istifadə edə bilərik. Aşağıdakı koda baxaq:
tam x, y ;
x = 15;
y = x;
xaricet("x-in qiymeti = ", x, "\y");
xaricet("y-in qiymeti = ", y, "\y");
Proqramda x və y adlı tam tipli 2 dəyişən elan edirik. x dəyişəninə 15 qiyməti mənimsədirik. Daha sonra isə y dəyişəninə x –in qiymətini mənimsədirik və hər iki dəyişənin qiymətini çap edirik. Əgər bu proqramı icra etsək aşağıdakı nəticəni alarıq:
x-in qiymeti = 15 y-in qiymeti = 15
Başqa bir nümunəyə baxaq:
tam x, y ;
x = 34;
y = x + 5;
xaricet("x-in qiymeti = ", x, "\y");
xaricet("y-in qiymeti = ", y, "\y");
Bu nümunənin yuxarıdakı nümunədən fərqi sağ tərəfdə dəyişənin və ədədən istifadə etməyimizdir. Bu kod icra olunduqda əvvəlcə x dəyişəninin qiyməti ilə 5 hesablanır və yekun nəticə y dəyişəninə mənimsədilir.
tam x, y ,z , q;
x = 11;
y = 2*(x + 5);
z = 10*y + (5 - x)*x;
q = (x + y + z)*(z 2*x);
xaricet("x-in qiymeti = ", x, "\y");
xaricet("y-in qiymeti = ", y, "\y");
xaricet("z-in qiymeti = ", z, "\y");
xaricet("q-un qiymeti = ", q, "\y");
x-in qiymeti = 34 y-in qiymeti = 39
Biz sağ tərəfdə ədələrlə baxdığımız nümunədə olduğu kimi dəyişənlərdən də istədiyimiz qədər istifadə eliyə bilərik. Aşağıdakı kodda bu nümayiş olunur:
Kodu icra edək və nəticəyə baxaq:
x-in qiymeti = 11 y-in qiymeti = 32 z-in qiymeti = 254
q-un qiymeti = 68904
Bəs sağ tərəfdə sol tərəfdəki dəyişənin özündən istifadə etmək olar? Bu zaman konflikt yaranmazki? Əlbəttdə olar. Misal üçün əgər biz x = x + 9; yazsaq bu zaman əvvəlcə sağ tərəf hesablanacaq və bu hesablama x-in köhnə qiyməti ilə aparılacaq, nəticə isə x-in yeni qiymətinə mənimsədiləcək. Bu üsuldan dəyişənin qiymətini müəyyən qədər(dəfə) artırıb(azaltmaq ) üçün istifadə olunur. İrəlidəki proqram nümunələrində bu qaydadan istifadə edəcəyik. Aşağıdakı koda baxaq:
tam x ;
x = 10;
xaricet("x evvel = ", x, "\y");
x = x + 1;
xaricet("x sonra = ", x);
Nəticə:
x evvel = 10 x sonra = 11
Dostları ilə paylaş: |