Alqoritmləşdirmə Proqramlaşdırmanın əsasları Translyator və kompilyatorlar



Yüklə 1,04 Mb.
səhifə21/53
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37204
1   ...   17   18   19   20   21   22   23   24   ...   53
alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire

daxilet açar sözünü yazıb mötərizə açırıq və mötərizə arasında istifadəçinin qiymət mənimsətməsini istədiyimiz dəyişəni yazırıq, sonda isə nöqtə vergül. Daxilet əmri də mənimsətmə əmri kimidir. Sadəcə mənimsətmə əmrində dəyişənə mənimsədilməli olan yeni qiymət əmrin sağ tərəfində göstərilirdi, daxilet əmrindan isə istifadəçi daxil etdiyi qiymət dəyişənə mənimsədilir. Belə ki, daxilet əmri icra olunan zaman proqram istfadəçidən hər-hansı qiyməti daxil etməsini gözləyir və istifadəçinin daxil etdiyi qiyməti göstərilən dəyişənə mənimsədir.Daxilet əmrinin qrafik təsviri aşağıdakı kimi olar:

daxilet(x);

proqram istifadəçidən hər-hansı qiymət daxil etməsini gözləyir:

İstifadəçi klaviaturadan hər-hans, misal üçün 56 qiymətini daxil edir:

İstifadəçinin daxil etdiyi qiyməti proqram qəbul edir:

və x dəyişəninə mənimsədir:



Qeyd edim ki, proqram icra olunan zaman məlumatı təkcə istifadəçidən deyil, müxtəlif digər mənbələrdən, o cümlədən proqram kanallarından , şəbəkə kanallarından, sərtdisk fayllarından v.s. yerlərdən qəbul edə bilər. Bütün bunlar çətinliyi artırılmış proqramlaşdırma kursunun mövzusudur və hazırki dərsliyin gələcək buraxılışlarında dərsliyə əlavə olunması nəzərdə tutulub. Hələlik isə yalnız istifadəçi tərəfindən daxil edilən məlumatlarla kifayətlənəcəyik.

Kod nümunələri.



tam x;

daxilet(x);


Aşağıdakı koda baxaq:

Qrafik təsvirdə izah elədiyimiz kimi, bu proqramı icra etsək kansol (qara) pəncərəsi açılar və bizim klaviaturadan hər-hansı qiymət daxil etməyimizi gözləyər. Biz misal





tam x;

daxilet(x); xaricet(x);


üçün 5 daxil etsək bu qiymət x dəyişəninə mənimsədilər. Bunu yoxlamaq üçün daxilet əmrindən sonra x dəyişənin qiymətini çap edə bilərik:



tam x;
//istifadeciye eded daxil etmeli oldugunu bildiririk xaricet("Her-hansi eded daxil edin.\y");

daxilet(x); xaricet(x);


Bir proqramçı kimi həmişə təkcə məsələnin alqoritmik hissəsinin həlli iləkifayətlənməməli, tərtib etdiyimiz proqram məhsulunun istifadəçilər üçün dərahatlığını düşünməliyik. Misal üçün yuxarıdakı proqram icra olan zaman əvvəlcə qara ekran gəlir və “baxıristifadəçinin üzünə . Əgər biz proqramın bizdən hər-hansı qiymət daxil etməli olduğumuzu gözlədiyini bilməsək(x dəyişəni üçün) nə etməli olduğumuzu bilmərik. Buna görə yaxşı olar ki, nə iş görmək lazım olduğunu proqram istifadəçiyə bildirsin. Baxdığımız halda proqram istifadəçidən ədəd gözlədiyindən biz istifadəçiyə hər-hansı ədəd daxil etməli olduğunu bildirməliyik. Bunun üçün xaricet əmrindən istifadə edə bilərik. Nümunə kod aşağıdakı kimi olar:

Nəticə:




tam x;

//istifadeciye eded daxil etmeli oldugunu bildiririk xaricet("Her-hansi eded daxil edin.\y");



Her-hansi eded daxil edin. 42

42
İstifadəçi qiymət daxil etdikdən sonra proqram həmin qiyməti təkrar ekranda çap edir. Yenə də əlavə izahedici məlumat çap etməklə proqramı daha başa düşülən edə bilərik:



daxilet(x);

xaricet("Siz daxil etdiniz ", x );





Nəticə:



Her-hansi eded daxil edin. 35

Siz daxil etdiniz 35


Gördüyümüz kimi proqramı bu nətyicəsi əvvəlkindən xeyli dərəcədə daha cəlbedicidirDaxiletmə əmri ilə eyni zamanda bir neçə dəyişənə qiymət mənimsədə bilərik. Bunun üçün onları vergüllə ayırmalıyıq:

daxilet ( dəyişən1, dəyişən2, dəyişən3 ) ;


İki ədədin cəmi proqramı.

Tərtib edəcəyimiz növbəti proqramda biz istifadəçinin daxil etdiyi iki ədədin cəmini hesablayacayıq. Əvvəlcə görəcəyimiz işi məntiqi hissələrə ayıraq.İlk olaraq istifadəçiyə iki ədəd daxil etməli olduğunu bildirməliyik. Bu işi görən müvafiq kod aşağıdakı kimi olar:



xaricet("Her-hansi iki eded daxil edin.\y");
Daha sonra istifadəçinin daxil etdiyi ədədləri əvvəlcədən elan etdiyimiz dəyişənlərə mənimsətməliyik. Tutaq ki, dəyişənlərin elanında tam tipli x və y adlı dəyişən elan etmişik. Bu dəyişənlərə istifadəçinin daxil etdiyi qiymətləri aşağıdakı kimi mənimsədə bilərik:



daxilet(x, y);
Bu operator icra olunanda proqram istifadəçinin klaviaturadan iki ədəd daxil etməsini gözləyəcək və daxil olunan ədələr müvafiq olaraq x və y dəyişənlərinə mənimsədiləcək. Növbəti və sonuncu iş x və y –in cəmini ekranda çap etməkdir.Xaricet əmri ilə bunu aşağıdakı kimi yaza bilərik:

xaricet("Sizin daxil etdiyiniz ededlerin cemi = ", x+y);





tam x, y;
tam tipli x və y dəyişənlərini isə aşağıdakı kimi elan edə bilərik:

Bütün bunları bir yerə toplasaq yekun proqram kodu aşağıdakı kimi olar:





tam x, y;

xaricet("Her-hansi iki eded daxil edin.\y"); daxilet(x, y);

xaricet("Sizin daxil etdiyiniz ededlerin cemi = ", x+y);


Nəticə:



Her-hansi iki eded daxil edin. 6

8

Sizin daxil etdiyiniz ededlerin cemi = 14


Yuxarıdakı nümunədə cəmi xaricet əmri hesabladı, lakin biz əlavə dəyişən elan etməklə də cəmi hesablaya bilərdik. Nümunə koda baxaq:



tam x, y, z;

xaricet("Her-hansi iki eded daxil edin.\y"); daxilet(x, y);

//x ve y-in cemin z te menimsedirik z = x + y;

// z-in qiymetin cap edirik

xaricet("Sizin daxil etdiyiniz ededlerin cemi = ", z);


Nəticə:



Her-hansi iki eded daxil edin. 7

15

Sizin daxil etdiyiniz ededlerin cemi = 22





Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin