Alqoritmləşdirmə Proqramlaşdırmanın əsasları Translyator və kompilyatorlar


Mövzu13 Şərt operatoru. Şərti ifadələr. Sadə şərti ifadələr



Yüklə 1,04 Mb.
səhifə23/53
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37204
1   ...   19   20   21   22   23   24   25   26   ...   53
alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire

Mövzu13

Şərt operatoru. Şərti ifadələr. Sadə şərti ifadələr



Plan :

  1. Şərt operatoru

  2. Şərti ifadələr

  3. Sadə şərti ifadələr

Şərt operatoru

Bir çox hallarda proqramda verilmiş əməliayyatın icra olunması hər-hansı şərtdən asılı olur. Bu zaman şərt operatorundan istifadə olunur. Şərt operatorunun sintaksisi aşağıdakı kimidir:



eger (şərti ifadə) emeliyyat

yoxsa

diger emeliyyat

Bu şərt operatorunun tam formasıdır. Bu zaman mötərizə daxilində verdiyimiz şərti ifadə doğru qiymət alsa, başqa sözlə verdiyimiz şərt ödənsə, əməliyyatlar icra olunacaq. Ödənməsə yoxsa açar sözündən sonra yazdığımız əməliyyat icra olunacaq. Lakin əgər şərtin ödənmədiyi halı nəzərə almaq tələb olunmursa şərt operatorunun daha sadə formasından istifadə edə bilərik, aşağıdakı kimi:

eger (şərti ifadə) emeliyyat

Nümunə kodlara keçməzdən öncə şərti ifadələr məsələsinə də aydınlıq gətirək.

Şərti İfadələr

Şərt ifadələr elə ifadələrə deyilir ki, onların doğru və ya yalan olması barədə bir söz demək mümkün olsun. Biz indiyə kimi hesablama ifadələrilə tanış olmuşduq, misal üçün:

4+5*3

Bu adi hesablama ifadəsidir. Biz onun cavabını hesablaya bilərik (19), ancaq onun doğru və ya yalan olması barədə bir söz deyə bilmərik. Ancaq indi aşağıdakı şərti ifadəyə baxaq:



5 + 3*3 > 12

Burada biz müqaisə operatoru olan > - böyükdür operatorundan istifadə etdik. Burada artıq biz bu ifadənin doğru və ya yalan olması barədə bir söz deyə bilərik. Bunun üçün əvvəlcə sağ tərəfi hesablayırıq, 14 və əminliklə deyirik ki, bu ifadə doğrudur, çünki 14 həqiqətən də 12 –dən böyükdür.Şərti ifadələr iki cür olur: sadə və mürəkkəb. Sadə şərti ifadələr ədədlər, dəyişənlər və ya cəbri ifadələrdən müqaisə operatorları vastəsilə yaradılır. Mürəkkəb şərti ifadələr isə bir neçə sadə şərti ifadənin məntiq operatorları ilə birləşdirilməsindən alınır.


Sadə şərti ifadələr

Sadə şərti ifadələr təyin etmənin qaydası aşağıdakı kimidir:

Sol_Tərəf Müqaisə_Operatoru Sağ_Tərəf

Sol və Sağ tərəflərdə yuxarda qeyd etdiyimiz kimi ədədlərdən, dəyişənlərdən, cəbr ifadələrdən istifadə edə bilərik. Nümunə üçün aşağıdakı sadə şərti ifadələrə baxaq:

1 > 9

5 == 5



3 != 9

x < y


2*(x + y) == 12

Birinci şərti ifadə 1 > 9 ifadəsidir. 1 9-dan böyük olmadığına görə bu şərti ifadə yalan qiyməti alır. Növbəti şərti ifadə 5 == 5 , 5 bərabərdir 5 şərti ifadəsidir. Bu ifadə doğru qiymət alır.



Qeyd: Əsrin dilində və eləcə də bütün C ailəsi dillərində bərabərlik operatoru iki ardıcıl bərabərlik simvolu vastəsilə göstərilir, ==.

Növbəti şərt 3 != 9 , 3 fərqlidir 9 şərtidir. Bu şərt doğru qiymət alır. x < y şərti o vaxt doğru qimət alır ki, x dəyişəninin qiyməti y dəyişəninin qiymətindən kiçik olsun. Eyni qayda ilə 2*(x + y) == 12 şərti ifadəsi də proqramın icrası zamanı x və y dəyişənlərinin qiymətindən asılı olaraq doğru və ya yalan qiymət ala bilər.

Gördüyümüz kimi sadə şərti ifadələrdə müqaisə operatorlarından, ədəd və dəyişənlərin qiymətlərindən istifadə elədik.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin