Alqoritmləşdirmə Proqramlaşdırmanın əsasları Translyator və kompilyatorlar


Mövzu14 Müqaisə operatorları. Mürəkkəb şərti ifadələr



Yüklə 1,04 Mb.
səhifə24/53
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37204
1   ...   20   21   22   23   24   25   26   27   ...   53
alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire

Mövzu14

Müqaisə operatorları. Mürəkkəb şərti ifadələr

Plan:

  1. Müqaisə operatorları

  2. Mürəkkəb şərti ifadələr
Müqaisə operatorları-Əsrin dilində aşağıdakı müqaisə operatorları təyin olunub: Bərabərdir - ==

Fərqlidir- != Böyükdür - > Kiçikdir - <

BöyükdürBərabərdir - >=

KiçikdirBərabərdir - <=

Gəlin bunların hər birinə ayrılıqda baxaq.

Bərabərdir - ==

Bərabərdir müqaisə operatoru verilmiş iki ifadənin qiymətləri bərabər olanda doğru, əks halda yalan qiyməti alır. Nümunələrə baxaq:




1 == 1

Doğru

1 + 2 == 3

Doğru

0 == 5

Yalan

1*(2 + 4) == 346

Yalan

Fərqlidir - !=

Fərqlidir müqaisə operatoru Bərabərdir müqaisə operatorunun əksidir. Əgər verilmiş iki ifadənin qiyməti fərqli olsa doğru, bərabər olsa yalan qiyməti alır.

Nümunələrə baxaq:



1 != 1

Yalan

1 + 2 != 3

Yalan

0 != 5

Doğru

1*(2 + 4) != 346

Doğru

Böyükdür >

Böyükdür müqaisə operatoru sol tərəf sağ tərəfdən böyük olanda doğru, əks halda (sol tərəf sağ tərəfdən kiçik və ya ona bərabər olanda) yalan qiyməti alır. Nümunələrə baxaq:



1 > 1

Yalan

1 + 2 > 3

Yalan

0 > 5

Yalan

1234 > 346

Doğru

BöyükdürBərabərdir - >=

BöyükdürBərabərdir müqaisə operatoru sol tərəf sağ tərəfdən böyük və ya bərabər olanda doğru, əks halda (sol tərəf sağ tərəfdən kiçik olanda) yalan qiyməti alır.

Nümunələrə baxaq:

1 >= 1

Doğru

1 + 2 >= 3

Doğru

0 != 5

Yalan

1*(2 + 4) != 346

Yalan

Kiçikdir və KiçikdirBərabərdir müqaisə operatoru da analoji qiymətlənir.

Praktika:


Nümunə 1.




Nəticə:



Besh ondan kicikdir.


İzahı:

Şərt operatorundan istifadə olunan şərti ifadə 5 < 10 kimidir. Aydın məsələdir ki, bu şərt ödənir. Ona görə də şərt daxilində verilmiş əməliyyat ( xaricet("Besh ondan kicikdir. \y"); ) icra olunacaq, yoxsa açar sözündən sonra yazdığımız əməliyyat isə icra olunmayacaq.



Nümunə 2.



eger ( 4 != 2 + 2 )

xaricet("Dord Iki ile ikinin ceminden ferqlidir. \y"); yoxsa

xaricet("Dord Iki ile ikinin ceminden ferqli deyil. \y");


Nəticə:



Dord Iki ile ikinin ceminden ferqli deyil.


İzahı:

Şərt operatorundan istifadə olunan şərti ifadə 4 != 2 + 2 kimidir. Aydın məsələdir ki, bu şərt ödənmir. Ona görə də şərt daxilində verilmiş əməliyyat yox, yoxsa açar sözündən sonra yazdığımız əməliyyat isə icra olunmayacaq.



Çalışma 1. Elə proqram tərtib edin ki, İstifadəçinin daxil etdiyi ədədin 10-dan böyük və ya kiçik olduğunu müəyyən etsin.



tam x;
xaricet("Her-hansi eded daxil edin.\y"); daxilet(x);

eger (x > 10)

xaricet(x, " 10 - dan boyukdur \y"); yoxsa

xaricet(x, " 10 - dan kicikdir \y");
Həlli. Nümunə kod aşağıdakı kimi olar.

Nəticə:



Her-hansi eded daxil edin. 34

34 10 - dan boyukdur




İzahı:

Proqram icra olunan zaman bizdən hər-hansı ədəd daxil etməmizi istəyir. Daha sonra şərt operatoru ilə daxil etdiymiz ədədin 10-dan böyük olub-olmamasını yoxlayır. Əgər 10-dan böyük ədəd daxil etsək şərt ödənir və şərtdən sonra gələn ,apet operatoru icra olunur, əks halda isə yoxsa açar sözündən sonra gələn operator icra olunur. Proqramı bir daha icra edək və bu dəfə 10 –dan kiçik ədəd daxil edək.





Her-hansi eded daxil edin. 2

2 10 - dan kicikdir




Çalışma 2. İstifadəçinin daxil etdiyi ədədin 3 -ə qalıqsız bölündüyünü müəyyən edən proqram tərtib edin.

Həlli. Nümunə kod aşağıdakı kimi olar.

tam x;

xaricet("Her-hansi eded daxil edin.\y"); daxilet(x);



eger (x%3 == 0)

xaricet(x, " 3 e qaliqsiz bolunur \y"); yoxsa

xaricet(x, " 3- e qaliq ile bolunur \y");




Nəticə:



Her-hansi eded daxil edin. 45

45 3 -e qaliqsiz bolunur




Çalışma 3. İstifadəçinin daxil etdiyi ədədlərin bərabər olub-olmadığını müəyyən edin.

Həlli. Nümunə kod aşağıdakı kimi olar.






Birinci ededi daxil edin. 23

Ikinci ededi daxil edin. 45

23 ile 45 ferqlidir
Nəticə1:

Nəticə2:


Birinci ededi daxil edin. 65

Ikinci ededi daxil edin. 65

65 ile 65 eynidir




Çalışma 4. İstifadəçinin daxil etdiyi iki ədəddən böyüyünü tapan proqram tərtib edin.

Həlli. Nümunə kod aşağıdakı kimi olar.



tam x, y;

xaricet("Birinci ededi daxil edin.\y"); daxilet(x);

xaricet("Ikinci ededi daxil edin.\y"); daxilet(y);

eger (x > y)

xaricet(" en boyuk ", x, " -dir \y"); yoxsa

xaricet( " en boyuk ", y, " -dir \y");


Nəticə:



Birinci eded daxil edin. 45

Ikinci eded daxil edin. 67

en boyuk 67 -dir


Çalışma 5. İstifadəçinin daxil etdiyi iki ədədin cəminin 60-a bərabər olduğunu müəyyənləşdirən proqram tərtib edin.

Həlli. Nümunə kod aşağıdakı kimi olar.



tam x, y;

xaricet("Birinci ededi daxil edin.\y"); daxilet(x);

xaricet("Ikinci ededi daxil edin.\y");



Mürəkkəb Şərti İfadələr

İndiyə kimi baxdığımız nümunələrdə şərti ifadə yalnız bir şərtdən ibarət olurdu. Bunlar adlanır sadə şərti ifadələr. Mürəkkəb şərti ifadələr isə iki və daha çox sadə şərti ifadənin məntiq operatorları ilə birləşməsi nəticəsində yaranır. Əsrin dili aşağıdakı məntiq operatorlarını dəstəkləyir:


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin