3.2.
Alqoritmin xassələri.
Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri
ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır:
1.
Alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır. Buna, alqoritmin
sonluluq
xassəsi
deyilir.
2.
Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olunmalıdır. Bu alqoritmin
müəyyənlik
xassəsidir.
3.
Alqoritmin müəyyən sayda giriş qiymətləri (məsələnin başlanğıc şərtləri) olmalıdır. Bu
şərtlər proqram icra olunmamış və ya olunduqca maşına daxil edilə bilər.
4.
Alqoritmin yerinə yetirilməsi nəticəsində giriş qiymətlərindən asılı olan bir və ya bir neçə
çıxış qiymətləri alınmalıdır.
5.
Alqoritm sadə və səmərəli olmalıdır, yəni alqoritmin nəticəsi (cavabı) mümkün qədər sadə
əməliyyatlar vasitəsilə və ən qısa yolla alınmalıdır.
6.
Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin
tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. Bu alqoritmin
kütləvilik
xassəsidir
2
3.3.
Alqoritmin təsvir vasitələri.
Alqoritmi mümkün qədər əyani şəkildə göstərmək üçün
aşağıdakı təsvir vasitələrindən istifadə olunur:
1.
Adi dildə;
2.
Blok-sxemlə;
3.
Alqoritmik dildə.
1.
Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli
şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri
buna misal ola bilər.
2.
Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən
istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha
əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə
eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr
şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin
uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
Alqoritmin blok-sxem vasitəsilə təsviri zamanı istifadə olunan əsas standart simvollar
aşağıdakılardır:
-
proqramın (alqoritmin) başlanğıcı və sonu;
-
giriş-çıxış əməliyyatları;
-
hesablama bloku;
-
keçid (budaqlanma);
-
çapetmə; və s.
3.
Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsvir edilməsi (alqoritmik dildə). Alqoritmin
proqramlaşdırma dilində təsviri, maşının icra edəcəyi hər bir kiçik əməliyyatın müəyyən əmrlərlə
göstərilməsindən ibarətdir. Proqramlaşdırma dili vasitəsilə təsvir çox dəqiq olmalıdır, çünki maşın
ancaq ona verilmiş proqramdakı əmrləri icra edə bilir. Çox vaxt proqramı yazmamışdan əvvəl
məsələnin həll alqoritminin blok-sxemini qururlar, sonra isə ona uyğun proqram yazılır. Alqoritmin
proqramlaşdırma dili vasitəsilə təsviri onun ixtiyari proqramlaşdırma dilində yazılmasının
mümkünlüyünü göstərir. Yəni tam kvadrat tənliyin alqoritmini istənilən proqramlaşdırma dili
vasitəsilə təsvir edə (proqramlaşdıra) bilərik. Proqramlaşdırma dilləri haqqında bir qədər sonra
məlumat veriləcək. Tam kvadrat tənliyin həll alqoritminin (a-A, b-B, c-C olmaqla) FORTRAN
dilində yazılışını belə göstərmək olar:
PROGRAM TKT
READ (5,1) A,B,C
1 FORMAT (3F8.2)
D=B**2- 4. *A*C
İF (D=O) 2,3,4
2 WRİTE (6,10)
10 FORMAT (2X,”həlli yoxdur”)
GO TO 11
3 X= - B/(2. *A)
WRITE (6,20) X
|