y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına
“göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi
a -ya vursun.
Beləliklə, hər hansı verilənlərin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən
proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi
nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır.
Translyator və kompilyatorlar . Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq
qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. İnsanın başa düşdüyü dildə olan bu proqram maşının
başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompüterdə translyatorlar və kompilyatorlar olur.
Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq
kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər
(yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan).
Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə
malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini
nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli
proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə
ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt
proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların,
kompüterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə
olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar
istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra
olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın
başa düşüləndir.
Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək.
Fortran - Cim Bekus tərəfindən 1954-cü ildə yaradılmış ilk kompilyasıya olunan
proqramlaşdırma dilidir. Bu dildə ilk dəfə olaraq proqramlaşdırmanın ən vacib anlayışları realizə
olunmuşdur. Ondan bütün dünyada istifadə olunur. 2000-ci ildə onun yeni F2k versiyası
yaradılmışdır. Fortrandan əsasən riyazi, texniki məsələlərin proqramlaşdırılması üçün istifadə olunur.
Cobol - 1960-cı illərdə yaradılıb. Əsasən iqtisadiyyat sahəsində biznes məsələlərinin həlli üçün
nəzərdə tutulan kompilyasiya olunan bir dildir. Bu dil özünün “çoxsözlülüyü” ilə fərqlənir. Bəzən
onun əmrləri ingilis ifadələrindən heç də fərqlənmir. Bu dildə, hal-hazırda aktiv surətdə istismar
olunan çoxlu sayda əlavələr hazırlanmışdır.
Pascal - 1970-ci illərin sonunda Niklaus Virt tərəfindən yaradılmışdır. Ondan böyük layihələrin
hazırlanmasında müvəffəqiyyətlə istifadə etmək üçün imkanlar nəzərdə tutulmuş, proqramın
strukturuna olan tələblər gücləndirilmişdir.