2
3.3. Alqoritmin təsvir vasitələri. Alqoritmi mümkün qədər əyani
şəkildə göstərmək üçün
aşağıdakı təsvir vasitələrindən istifadə olunur:
1. Adi dildə;
2. Blok-sxemlə;
3. Alqoritmik dildə.
1. Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli
şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri
buna misal ola bilər.
2. Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən
istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha
əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə
eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər.
Bloklar standart işarələr
şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin
uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
Alqoritmin blok-sxem vasitəsilə təsviri zamanı istifadə olunan əsas standart simvollar
aşağıdakılardır:
- proqramın (alqoritmin) başlanğıcı və sonu;
- giriş-çıxış əməliyyatları;
- hesablama bloku;
- keçid (budaqlanma);
- çapetmə; və s.
3. Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsvir edilməsi (alqoritmik dildə).
Alqoritmin
proqramlaşdırma dilində təsviri, maşının icra edəcəyi hər bir kiçik əməliyyatın
müəyyən əmrlərlə
göstərilməsindən ibarətdir. Proqramlaşdırma dili vasitəsilə təsvir çox dəqiq olmalıdır, çünki maşın
ancaq ona verilmiş proqramdakı əmrləri icra edə bilir. Çox vaxt proqramı yazmamışdan əvvəl
məsələnin həll alqoritminin blok-sxemini qururlar, sonra isə ona uyğun proqram yazılır. Alqoritmin
proqramlaşdırma dili vasitəsilə təsviri onun ixtiyari proqramlaşdırma dilində yazılmasının
mümkünlüyünü göstərir. Yəni tam kvadrat tənliyin alqoritmini istənilən proqramlaşdırma dili
vasitəsilə təsvir edə (proqramlaşdıra) bilərik. Proqramlaşdırma dilləri haqqında
bir qədər sonra
məlumat veriləcək. Tam kvadrat tənliyin həll alqoritminin (a-A, b-B, c-C olmaqla) FORTRAN
dilində yazılışını belə göstərmək olar:
PROGRAM TKT
READ (5,1) A,B,C
1 FORMAT (3F8.2)
D=B**2- 4. *A*C
İF (D=O) 2,3,4
2 WRİTE (6,10)
10 FORMAT (2X,”həlli yoxdur”)
GO TO 11
3 X= - B/(2. *A)
WRITE (6,20) X