Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları



Yüklə 313,85 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix15.04.2023
ölçüsü313,85 Kb.
#98600
1   2   3   4   5   6   7
Alqoritimləşdirmə və proqramlaşdırmanın əsasları

6
 
Basic Bu dil üçün həm kompilyatorlar, həm də interpretatorlar mövcuddur. İlk dəfə 
proqramlaşdırmanı öyrənmək məqsədilə 1960-cı illərdə yaradılan bu dil dünyada ən geniş yayılmış 
dillərdəndir. 
- Bu dil yaranan gündən kütləvi istifadə üçün nəzərdə tutulmamışdır. Sadəcə, assembleri əvəz 
edən bir proqram kimi planlaşdırılmışdır. Yəni o, həm assembler kimi effektiv və kompakt 
proqramlar yaratmaq imkanına malik olmaqla yanaşı, həm də konkret tip prosessorlardan asılı olmalı 
idi. 
C++ - C-nin obyektyönümlü genişlənməsi olan bu dil 1980-cı ildə yaradılmışdır. Bu dildə 
proqramçının məhsuldarlığını kəskin şəkildə artıra biləcək çoxlu sayda imkanlar nəzərdə tutulmuşdur. 
Java - Bu dil 1990-cı illərin əvvəlində C++ dilinin əsasında yaradılmışdır. O, C++-da olan bütün 
aşağı səviyyəli imkanları aradan çıxardaraq əlavələrin işlənib hazırlanmasını sadələşdirməyə 
yönəlmişdir. 
Baza verilənlərin proqramlaşdırma dilləri. Bu qrup dillər alqoritmik dillərdən həll etdiyi 
məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə 
görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün 
strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi 
nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. 
Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən 
bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə 
bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix və Sybase. 
Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları 
isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər. 
İnternet üçün proqramlaşdırma dilləri. HTML (HiperText Markup Language) çox tanınmış, 
sadə bir dil olmaqla, mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriflərin və rənglərin 
verilməsi, istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir. Çox WEB- 
səhifələr HTML- də və onun genişləndirilmiş variantlarında yazılmışdır. 
1980-cı illərdə PERL dili işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv emal olunması, 
mətn hesabatlarının qenerasiya olunması və məsələlərin idarə olunması vasitəsi kimi yaradılmışdı. 
Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları, verilənlərin çevrilməsi vasitələri, sistem informasiya 
ilə işləmək imkanları da çox genişdir. 
Windows əməliyyatlar sisteminin yaranması ilə bağlı bu mühitdə işləyən yeni proqramlaşdırma 
dilləri də meydana çıxmışdır. Bunlardan Visial Basic, Visial Delphy, Visial C və 
b. göstərmək olar. Bu proqramların köməyilə müxtəlif tip praktik məsələləri həll etmək olar. “Visial” 
yazısı onu göstərir ki, həmin proqram vasitəsi qrafik istifadəçi interfeysinə malikdir. Yəni Windows 
sisteminə aid olan bütün imkanlardan həmin proqram vasitəsi istifadə edə bilər. 
Ədəbiyyat 
1. Kərimov S.Q., Həbibullayev S.B. İbrahimzadə T. İ. İnformatika – Bakı, 2003. 
2. Həsənov G. S. Turbo Pascal və Delphidə proqramlaşdırma - Bakı, ADNA, 2005. 
3. Урнов В.А., Климов Д.Ю. Преподавание информатики в компьютерном классе-М: 
Просвещение, 1990. 
4. Кушниренко А.Г. и др. Информатика- М: Дрофо, 1998. 
5. Кузнецов А. А. и др. Основы информатика- М: Дрофо, 1998. 



Yüklə 313,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin