Amazan ayını oruc tutmaq və bu ayda ibadət etməyin fəziləti (savabı)


Birinci şərt elmdir və onun mənası



Yüklə 0,51 Mb.
səhifə5/5
tarix28.01.2017
ölçüsü0,51 Mb.
#6667
1   2   3   4   5

Birinci şərt elmdir və onun mənası: Həmin əməli edən adam, bu şəriət hökmünü və onun vaxtını bilməlidir. Əgər o bunları bilməzsə və xəta edərsə onun orucu düzgündür. Bu haqda Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!". Həmçinin bu haqda səhih sünnətdə də hədislər gəlmişdir və belə hədislərdən Ədiyy ibn Hatimin (Allah ondan razı olsun) hədisidir. "O gecə yatarkən yastığının altına iki ip qoyur və səhər orucunu tutmaq üçün götürdüyü ağ ipi qara ipdən seçənədək yeyib içir. Sonra səhər açılanda Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlir və etdiyini ona danışır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun Quran ayəsindəki ağ ipin qara ipdən seçilməsi gördüyümüz və işlətdiyimiz ipin olmamasını ona bildirdi və burada ağ ip deyildikdə gündüzün işığı, qara ip deyildikdə isə gecənin qaranlığı nəzərdə tutulur deyərək cavab verdi". Səhabənin belə etməsinə baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun ona orucu qəza etməyi əmr etmədi. Çünki o hökmü bilmirdi və ayənin mənasını da etdiyi kimi başa düşmüşdü. Amma vaxtı bilmədən orucunu açarsa bu haqda da hədis vardır. Buxari öz səhih kitabında Əsma binti Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət edərək deyir: "Biz Peyğəmbərin ona Allahın salavatı və salamı olsun vaxtında buludlu gündə iftar etdik və sonra günəşi gördük". Buna baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun onlara orucu qəza etməyi əmr etmədi. Həmçinin bu məsələyə oxşar başqa bir məsələdə vardır, məsələn: bir kəs gecə oyanıb yeyib-içir sonra baxır ki, artıq sübh namazının vaxtı çoxdan daxil olub belə olduqda bu kimsə qəza etmir çünki o vaxtın daxil olmasını bilmirdi.

Ikinci şərt xatırlamaqdır və bu da unutmağın əksidir. Əgər bir kəs unudaraq yeyib-içərsə onun orucu düzdür və qəza tutmağa da gərək yoxdur.

Üçüncü şərt isə qəsddir: Bunun mənası, insanın vaxtından əvvəl etdiyi iftarın ixtiyari olmasıdır. Əgər insan iftarı qeyri ixtiyari, yəni məcburi olaraq edərsə onun orucu doğrudur. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Ümmətimə xəta etdiyi və unutduğu, həmçinin məcburi edilən şeylərə görə günah yazılmır". Elə buna görə də oruc tutanın boğazına külək zamanı torpaq girər və torpağın dadını boğazında hiss edər, torpaq onun mədəsinə daxil olarsa onun orucu pozulmur. Çünki o, bunu qəsdən etməyib. Həmçinin onu oruc açmağa məcbur etsələr, bu məcburiyyəti götürmək üçün oruc açarsa onun orucu batil olmur və yenə də orucuna davam edə bilər. Çünki bu iş onun öz ixtiyarı ilə olmayıb. Həmçinin yuxuda olarkən ihtilam (yuxu görərək cənabətli) olarsa onun orucu doğrudur. Çünki yatan adamın heç bir qəsdi yoxdur. Həmçinin kişi öz qadınını məcbur edərək cima (cinsi əlaqə) edərsə qadının orucu doğrudur çünki onun heç bir ixtiyarı yoxdur.

Burada əhəmiyyətli bir məsələ var. Kişi öz qadını ilə oruc zamanı cinsi əlaqədə olarsa onun üzərinə beş şey düşür.



  1. Günah.

  2. Günün qalan hissəsində oruc tutmaq.

  3. Orucunun batil olması.

  4. Orucun qəza edilməsi.

  5. Kəffarə (bağışlanma) vermək (iki ay ardıcıl oruc tutmaq).

Amma bu cinsi əlaqəni səfərdə olan adam edərsə onun üzərinə yalnız qəza düşür və kəffarəsi yoxdur. Çünki müsafir adam istəsə oruc tutar və ya iftar edib sonra orucunu qəza edər.

  1. Sual: Asma xəstəliyi ilə əlaqədar olaraq asma dərmanlarından istifadə edərsə bununla orucu açmış olurmu?

Cavab: bunu istifadə edən adamın orucu batil olmur, çünki bu onun mədəsinə yetişmir.

  1. Sual: Qusmaq orucu pozurmu?

Cavab: Bilərəkdən özünü qusdurmaq orucu pozur. Bilməyərəkdən qusmaq isə orucu pozmur. Buna dəlil Əbu Hureyrənin (Allah ondan razı olsun) hədisidir. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "kim qusarsa o orucunu qəza etmir, kim ki, bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin"

  1. Sual: Oruc tuanın damağından çıxan qan onun orucunu batil edirmi?

Cavab: dişlərdən çıxan qan oruca təsir etmir. Amma onu udmaqdan bacardıqca çəkinmək lazımdır.

  1. Sual: Heyzli (aybaşı) olan qadın sübh namazından əvvəl heyzdən kəsilərsə sonra sübh namazının vaxtı çıxandan sonra qüsl alarsa onun orucunun hökmü nədir?

Cavab: Əgər onun heyzi sübh namazından əvvəl kəsiliblə orucu doğrudur. Əhəmiyyətli olan odur ki, qadın tam əmin olmalıdır ki, artıq o hezdən kəsilib. Buna görə də qadınlar Aişənin yanına gələr və pambıq gətirərdilər ki, Aişə baxsın görək heyzdən təmizlənib ya yox!? Aişə isə onlara belə deyərdi: "Siz tələsmətin, hətta ağ su görənədək gözləyin". Qadın heyzdən kəsilməsinə tam əmin olmalıdır. Əgər o heyzdən kəsilibsə bu zaman oruca niyət edə bilər hətta sübh namazının vaxtı çıxandan sonra qüsl alsa da onun orucu düzdür. Amma belə hallarda gərək qüslü tez alasan ki, sübh namazını vaxtı çıxmadan qıla biləsən.

  1. Sual: Oruclu adam diş çəkdirə bilərmi?

Cavab: Oruclu olarkən diş çıxartmaq olar və bu zaman gələn qan orucu batil etmir.

  1. Sual: Oruclu adam müayinə üçün qan verə bilərmi?

Cavab: Bəli, bunun oruca heç bir təsiri yoxdur.

  1. Sual: Oruc tutan istimna (onanizm) edərsə orucu batil olurmu? Bu adam kəffarə də verməlidirmi?

Cavab: Oruclu adam istimna edərsə orucu batil olur. O, bu günün əvəzinə bir gün qəza etməlidir. Amma buna görə kəffarə düşmür. Çünki kəffarə yalnız cinsi əlaqədə olmaqla vacib olur. Həmin bu adam etdiyi işə görə tövbə etməlidir.

  1. Sual: Oruclu adama ətir iyləməyin hökmü nədir?

Cavab: Oruclu adam yağ və ya dezodorant tipli ətirləri iyləyə bilər. Dezodorant tipli ətirləri iyləyərkən onun zərrəciklərini dərindən nəfəs alaraq udmaq olmaz. Çünki bu zərrəciklər onun mədəsinə daxil olur və belə halda orucu batil edir. Amma adi formada iyləmək isə oruca təsir etmir.

  1. Sual: Buruna, qualğa və gözə tökülən damla orucu batil edirmi?

Cavab: Əgər buruna tökülən damla mədəyə gedərsə bu onun orucunu batil edir. Amma mədəyə getməyən damla isə orucu batil etmir. Buna görə də oruclu adam onun mədəsinə yetişəcək qədər damla tökməməlidir. Əksinə az miqdarda tökməlidir ki, onun mədəsinə getməsin. Bunun dəlili Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bu hədisidir: "Oruclu olmaqığın vaxt burnunu dərindən təmizlə". Amma qulağa və gözə tökülən damlalar, gözə sürtülən sürmə və s. isə orucu batil etmir. Çünki bu kimi şeylərə dəlil yoxdur və bu orqanlar yeyib içmək orqanları sayilmir.

  1. Sual: Oruclu olarkən sərinlənməyin hökmü nədir?

Cavab: Oruclu olarkən sərinlənmək olar. "Peyğəmbər ona Allahın salavatı və salamı olsun oruclu olarkən sərinlənmək üçün və susuzluğu yatırmaq üçün başına su tökərdi". Həmçinin Ibni Ömər (Allah ondan razı olsun) susuzluğun və istinin qarşısını almaq üçün paltarını yaş edərdi. Ümumiyyətlə rütubət oruca təsir etmir. Çünki rütubət su kimi mədəyə daxil olmur.

  1. Sual: Oruclu adam ağzını və ya burnunu yuyarkən mədəsinə su gedərsə bu onun orucunu pozurmu?

Cavab: Belə halda oruc batil olmur. Çünki o bunu qəsdən etməyib.

  1. Sual: Burundan açılan qan orucu pozurmu?

Cavab: Burundan açılan qan orucu pozmur, çünki bu onun öz ixtiyarı ilə olmur.

  1. Sual: Bir kəs hava limanında olarkən azan oxunur və o orucunu açır, sonra təyyarə havaya qalxandan sonra günəşi görür. Belə olan halda yemək-içməyi dayandırmalıdırmı?

Cavab: Belə olan halda yemək-içməyi dayandırmaq lazım deyil. Çünki iftar vaxtı onlar yerdə idilər. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Gecə bu tərəfdən gəldikdə, gündüz isə bu tərəfdən getdikdə və günəş batdıqda oruclu orucunu açır". Hava limanında iftar edən adamın günü bitmişdir. Günü bitmişdirsə deməli yemək-içməkdən imtina sabahkı gün olacaqdır. Həmçinin o, iftarını şəriətə uyğun olan dəlillə açmışdırsa, yenidən belə halda oruca davam etmək üçün də şəriətə uyğun dəlil olmalıdır.

  1. Sual: Oruc tutana bəlğəm və ya burundan çıxan suyu udmağın hökmü nədir?

Cavab: Bəlğəm və ya burundan çıxan su ağıza çatmayıbsa yekdil olaraq orucu pozmur. Amma ağıza çatandan sonra udubsa bu haqda iki rəy vardır.

  1. Bəzi alimlər deyirlər ki, belə halda oruc pozulur. Onlar bunu yemək-içməyə bənzədərək belə deyirlər.

  2. Başqa alimlər isə deyirlər ki, belə hal orucu batil etmir. Bu alimlər isə bunu ağız suyuna bənzədərək belə deyirlər.

Çünki ağız suyunu ağzında cəm edib udarsa bu orucu batil etmir. Amma alimlər ixtilaf etdikdə bizim istinadımız Allahın kitabı və Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sünnəsi olmalıdır. Həmçinin biz bir işin ibadəti pozmasında şəkk etsək ki, bu ibadəti batil edir yoxsa yox? Əsl odur ki, batil etmir. Buna əsasən də bəlğəm və burundan axan suyu udmaq orucu batil etmir. Hər halda insan oruclu olsada olmasa da belə şeyləri udmaqdan çəkinməlidir və ağzına gələnləri bayıra çıxartmalıdır. Amma bunun orucu batil etməsinə isə dəlil lazımdır ki, insan üçün Allah qarşısında hüccət (sübut) olsun.

  1. Sual: Yeməyin dadına baxmaq orucu batil edirmi?

Cavab: Yeməyin dadına, onu udmadan baxmaqla oruc batil olmur. Amma bunu lazımsız yerə deyil, yalnız ehtiyac olan zaman etmək olar. Yeməyin dadına baxarkən istəmədən mədəyə bir şey gedərsə orucu batil etmir.

(Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin)
Fitrə zəkatı haqda alimlərin fətvaları.


  1. Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?

Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.

Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur.



(Ibn Useymin)

  1. Sual: Fitrə Zəkatının hökmü nədir?

Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.

(Ibn Useymin).

  1. Sual:Fitrə zəkatı vacibdir yoxsa sünnətdir?

Cavab: Fitrə zəkatı hər bir müsəlman üzərində vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə bu zəkatı fərz etmişdir.

(Ibn Cibrin)

  1. Sual: Fitrə zəkatını verməkdən imtina edənin hökmü nədir?

Cavab: Onu verməkdən imtina etmək haramdır. Çünki bu cür etmək Peyğəmbərin ona Allahın salavatı və salamı olsun fərz etdiyinə təcavüz etməkdir. Məlum olduğu kimi fərz olunan şeyin tərki haramdır. Bu zəkatı verməkdən imtina edən adam Allaha asilik edir və günah qazanır.

(Ibn Useymin)

  1. Sual: Fitrə zəkatının hökmü nədir və bunu çıxarmaq üçün insanın malı müəyyən həddə yetişməlidirmi?

Cavab: Fitrə zəkatının hökmü fərzdir və bunun çıxarılmasında nisab (malın müəyyən həddə yetişməsi) şərt deyil.

(Şeyx, Əbdül Əziz Ibn Bəzz).

  1. Sual: Fitrə zəkatı kimə vacib və kimə müstəhəbdir?

Cavab: Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Həmçinin səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Əvəzinə verilməsi müstəhəb olan ana bətnində olan uşaqdır. Bu Fiqh alimlərinin rəyidir.

(Ibn Useymin).

  1. Sual:Ev sahibi fitrə zəkatını ev əhlinin (bütün ailə üzvlərinin) əvəzinə verməlidirmi?

Cavab: Müsəlman şəxsə özü və ailəsi, yəni: uşaqları, arvadları, kölələri və s. üçün fitrə zəkatı çıxarmaq vacibdir. Bu vaciblik, həmin ailənin bir günlük yemək və içmək ehtiyatı olduğu halda təyin olunur.

(Şeyx, Əbdül Əziz Ibn Bəzz).

  1. Sual: Fitrə zəkatında verilən yeməklər məhduddurmu?

Cavab: Fitrə zəkatı hər ölkənin yemək adətləri olan şeylərdən çıxarılır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun bunu təyin etməmişdir.

(Şeyx, Əbdül Əziz Ibn Bəzz).

Cavab: Hədisdə deyilir ki, fitrə zəkatı beş şeydən çıxarılır. Buğda, arpa, xurma, kişmiş və un. Amma bəzi təhqiqatçı alimlər demişlər ki, deyilən bu beş növ yemək növləri o vaxtın istifadə olunan yeməkləri idi. Buna görə də hansı ölkədə nəyə çox təlabat varsa fitrə zəkatı da ondan çıxarılır.

(Şeyx: Ibn Cibrin).

Həmçinin şeyx Ibn Bəzzdən söruşdular ki, hal hazırda fitrə zəkatını düyü vermək olarmı? Cavabında: Bəli olar və bu daha yaxşıdır, Çünki bugünki insanların təlabatı bu yeməkdir.



  1. Sual: Fitrə zəkatını yeyinti məhsullarından başqa şeylərlə ödəmək olarmı?

Cavab: Fitrə zəkatı yalnız hədisdə adı keçən yeyinti məhsullarının cinsindən olmalıdır. Məsələn: Fitrə zəkatında ət, paltar, həmçinin pul da vermək olmaz.

(Ibn Useymin, Ibn Cibrin, Ibn Bəzz).

  1. Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?

Cavab: Şeyx Ibn Bəzz-in rəyinə görə fitrə zəkatının miqdarı təqribən 3 kq-dır. Amma şeyx Ibn Useyminə görə 2,5 kq-dır.

  1. Sual: Fitrə zəkatı nə vaxt çıxarılır?

Cavab: Fitrə zəkatı bayram namazına çıxmazdan əvvəl çıxarılır. Amma bunu bayram namazından iki gün əvvəl də etmək olar. Yəni 28-ci gecədən başlayaraq fitrə zəkatını çıxartmaq olar.

(Ibn Cibrin).

  1. Sual:Fitrə zəkatını bayram namazından əvvəl çıxartmağı unudubsa nə etməlidir?

Cavab: Fitrə zəkatını namazdan əvvəl çıxartmaq vacibdir. Kim ki, unudarsa onun borcu yalnız fitrəni çıxartmaqdır. Çünki bu fərzdir və bunu yadına düşən zaman çıxartmalıdır. Buna baxmayaraq fitrəni namazdan sonraya saxlamaq olmaz. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrəni namazdan öncə çıxarmağı müsəlmanlara əmr edib. (Ibn Useymin).

  1. Sual: Fitrə zəkatını ramazanın ilk günləri çıxartmaq olarmı?

Cavab: Bu məsələ alimlərin arasında ixtilaflı məslədir. Amma daha doğru olan rəy odur ki, fitrə zəkatı bayramdan bir-iki gün və ya bayram namazina çıxmadan öncə verilməlidir ki, kasıb adam bayram günü evində yeməyə bir şey tapsın və gedib başqasından istəməsin.

(Ibn Useymin).

  1. Sual: Fitrə zəkatının veriləcək yerləri hansılardır?

Cavab: Fitrə zəkatı yalnız kasıblara verilir. Abdullah ibn Abbasdan Allah ondan razı olsun gələn hədisdə deyilir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını oruc tutanın təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir". Buna görə də fitrə zəkatı yalnız kasıb və müsəlman olan adama verilir.

(Ibn Useymin).

  1. Sual: Fitrə zəkatı harada çıxarılmalıdır?

Cavab: Firtrə zəkatı sənin bayram günü olduğun yerdə çıxarılmalıdır. Bu daha yaxşıdır. Bu rəy, İbn Bəzz, İbn Useymin, əl-Fovzan, İbn Cibrin və s. alimlərin rəyidir.
Fitrə bayramı və bu gündə ediləcək əməllər.


  1. Sual: Bayram günü ediləcək müstəhəb əməllər hansılardır?

Cavab: Bayram günü müsəlmanlar orucu, təravihi və s. ibadətləri tam əda etdikləri üçün öz fərəhlərini təzahür etdirirlər. Bu isə, Allahın müsəlmanlara verdiyi böyük nemətlərdəndir. Bayram axşamı və səhəri bayram namazından öncə bu duayla: "Allahu əkbər Allahu əkbər lə iləhə illəllah, Vallahu əkbər Allahu əkbər və lilləhil həmd." - təkbir edilir. Sonra bütün müsəlmanlar bayram namazını qılmaq üçün şəhərin kənarında açıq bir ərazidə toplaşıb bayram namazını əda edirlər. Sonra böyük sevinclə geri qayıdır və bir-birlərini ziyarət edirlər. Bu gün hər kəs oruc ibadətlərinin bitməsinin əlaməti olaraq iftar edirlər.

(İbn Cibrin).

  1. Sual: Şəvval ayının daxil olmasını görəndən sonra, bayram namazından əvvəl nə etmək lazımdır?

Cavab: Belə olduqda çoxlu təkbir (Allahu əkbər), təhlil (Lə iləhə illəllah) və təhmid (əlhəmdulilləh) etmək lazımdır.

(Daimi dini araşdırmalar mərkəzi).

  1. Sual: Bayram günü edilən təkbir, təhlil və təhmid necə deyilir?

Cavab: Belə deyilir: Allahu əkbər Allahu əkbər lə iləhə illəllah, Vallahu əkbər Allahu əkbər və lilləhil həmd. Yaxud da belə deyilir: Allahu əkbər Allahu əkbər Allahu əkbər lə iləhə illəllah, Allahu əkbər Allahu əkbər. Allahu əkbər və lilləhil həmd.

(Daimi dini araşdırmalar mərkəzi).

  1. Sual: Qadınlar bayram namazını qılmaq üçün evdən çıxa bilərlərmi?

Cavab: Bəli qadınlar bayram namazını qılmaq üçün evdən çıxa bilərlər. Bu haqda Buxaridə Ummu Atiyyədən Allah ondan razı olsun belə rəvayət olunur: "Bayram günü bizə namazgaha çıxmaq əmr olunurdu. Hətta bakirə qızları da bayram namazına çıxartmaq əmr olunurdu. Heyzli (aybaşı) olan qadınlar namazgahın yanında dayanar təkbirin səsinə təkbir edər, dualarla dua edər və bu günün bərəkətini Allahdan arzu edərdilər". Başqa bir rəvayətdə isə deyilir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun bakirə, dul, aybaşı və başqa qadınları iki bayram zamanı evlərindən çıxardardı. Aybaşı qadınlar namazgaha daxil olmazdılar sadəcə bu xeyiri və müsəlmanların dualarını müşahidə edərdilər. Ummu Atiyyə (Allah ondan razı olsun) belə demişdir: "Ya Rəsuləllah bizlərdən birinin geyəcək bir şeyi olmazsa nə etsin?" Peyğəmbər ona Allahın salavatı və salamı olsun isə cavabında belə buyurmuşdu: "Bacısı onu öz geyimiylə geyindirsin". Amma buna baxmayaraq qadınlar ətir vurmaqdan, kişilərin arasına daxil olmaqdan, cəlbedici geyimlərdən və s. uzaq olmalıdırlar.

(Daimi dini araşdırmalar mərkəzi).

  1. Sual: Bayram günləri yaxud müəyyən münasibətlə məscidləri bəzəmək olarmı?

Cavab: Məscidlər Allahın evləridir və bu evlər yer üzünün ən xeyirli parçalarıdır. Allah bu evləri Ona şərik qoşmadan, əzəmətli tutmağı əmr etmişdir. Bu evlərin əzəmətli tutulması burada Allahı zikr etmək, Onun üçün namaz qılmaq, insanlara dini öyrətmək, şirkdən, küfrdən, bütlərdən, pisliklərdən, nəcasətlərdən və s. bu kimi şeylərdən çəkindirməklə olur. Həmçinin bu evlər boş-boş söhbətlərdən, oyunlardan, söyüşlərdən, yüksək səslə danışmaqdan və s. bu kimi küçə mənşəli əxlaqlardan, qəbirstanlığa çevrilməkdən tənzih edilməlidir (pak tutulmalıdır). Bu evlərdə şəkil asmaq, divarlara rəsmlər çəkmək və şirkə səbəb olan bu kimi şeylər etmək olmaz. Çünki adı çəkilən şeylər məscidlərin tikilmə səbəblərinə təmamilə ziddir. Biz məscidlərə hörmətlə yanaşmaq mövzusunda ibrət olaraq Peyğəmbəri ona Allahın salavatı və salamı olsun, onun əshabını xüsusən də dörd xəlifəni ideal tutmalıyıq. Belə olduqda biz Peyğəmbər və onun əshabından müəyyən münasibətlər və bayramlarda məscidləri bəzəmək və işıqlandırmaq və s. görmərik. Həmçinin məscidlərin üzərinə hansısa münasibətlə bayraqlar asmaq, içərisinə bəzək vurmaq və s. bir növ xaçpərəstlərin etdikləri əməllərə bənzəyir. Bizə isə xaçpərəstlərə oxşamamaq əmr olunub.

(Daimi dini araşdırmalar mərkəzi).

Allah daha yaxşı biləndir...!



Mündəricat




1 Təmamul Minnə: cild 1, səh 398. (Fətva dəqiq, müxtəsər tərcümə edilmişdir).

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin