Amea a. A. Bakixanov adina tariX İnstitutu azərbaycan tarix qurum u



Yüklə 10,58 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix31.01.2017
ölçüsü10,58 Mb.
#7210
1   2   3   4   5   6   7   8   9   10   ...   35
§  1.  İnzibati-orazi bölgüsü.
Qarabağ  xanlığmm  ərazisi  21  mahala,  o  cümbcbn  5  xristian  mo- 
likliyinə  bölünürdü.  Mahalları  naibbr,  məliklikbri  isə  mahal  məlikbri 
idarn  edirdıbr.  Bəzi  iri  mahallar  bir  deyil,  iki  hakim  tərəfmdən  idarə 
olunurdu.  Xanlığm tnrkibinə daxil olan mahallar aşağıdakılar idi:
1.  Sisyan 
12. Çibbyurd
2.  Dəmirçihəsənli 
13.  Xırdapara Dizaq
3.  Küpara 
14. Püsyan
4.  Bərgüşad 
15. Dizaq Cavanşir
5.  Baqabyurd  16.  Otuziki
6.  Kəbirli 
17.  İyirmidörd
7. Tativ 
18.  Qaraçorlu
8.  Cavanşir 
19.  Vərəndə
9.  Talış 
20.  Dizaq
10. Xaçın 
21.  Acnan Türk.
11.  Kolanılar
İndi də mahalların hər biri haqqında bir qədər məlumat vcrək: 
Əwəlcə,  xanhq  yaranan  zaman  mahallar  və  onların  əhalisi  haq- 
qında statistik məlumat  olmadığmdaıı xanlığm yaranmasından  12 il ov- 
vəl  osmanlıların tərtib etdikləri  Gəncə-Qarabağ  əyaləti dəftərindən isti- 
fadə etməklə  ilk  dövrbrdə  mahallar və  onlarm əhalisi haqqmda  təqribi 
təsəvvür  əldə  etmək  mümkündür.  «Dəftər»də  göstərilən  Şütürbasan, 
Ycvlaq  Qaramanlı,  Talış,  Gülüstan,  İncərud,  Bərdə,  Sir,  Rayad,  Araz- 
bar,  Çiləbörd,  Xaçm,  Keştək,  Keştasf  nahiyələri,  Cavanşir,  Otuziki, 
Kəbirli,  Kəngərli,  Ətyeməz,  Qaraçörlu  oymaqları,  sonralar  Qarabağ 
xanlığımn  ərazisini  təşkil  etmişdir.  Həmin  nahiyə  və  oymaqlarda  10 
minə yaxm ailə yaşayırdı ki, bu da təxminən 50 min nəfər deməkdir [30, 
s.30-541  ].
Ancaq  bunu  də  nəzərə  almaq  lazımdır  ki,  siyahıyalma  bölgə 
əhalisinin həqiqi saymı əks etdirmişdi.  Çünki əvvəlki dövrdə Şäh Sultan 
Hüseynin  soyğunçu  vergi  siyasəti  və  Osmanlı  işğalı  ilə  əlaqədar  yerli 
əhalinin xeyli hissəsi öz ata-baba yurdlarını tərk  edərək müxiəlif yerbrə 
köçmüşdü.  Xanlıq  yaranan  kimi  isə  əvvəllər  Qarabağ  ərazisində  yaşa- 
mış  bir  çox  boyların  geri  qayıldığı  məlumdur.  İbrahimxolilxəlil  xanm
96
hakimiyyəti  dövründəki  nisbi  sakitlik  də  xanlığa  xeyli  yeni  sakmin 
köçməsinə  səbəb  olmaya  bilməzdi.  H.Verdiyevanın  hesablaşmalarına 
görə  1796-cı üdə Qarabağ xanlığmda  10 min ailə yaşayırdı ki,  bu da 650 
min nəfər deməkdir.  Ancaq cəmi  11  il sonra bu rəqəm iki dəfə azalaraq 
1807-ci ildə  5  min  aüəyə  düşmüşdü  [79,  s.25  ].  Bu  azalma  görünür  Ağa 
Məhəmməd  Qacarın  yürüşbri  və  başlanan  rus  işğalı  ib   əlaqədar 
olmuşdur.  1823-cü  il  təsvirinə  görə  isə  xanlıq  ərazisində  20  minə  yaxın 
ailə [100 min nəfor ].  qeydə ahnmışdı.
«Dəftərə»  görə  1727-ci  ildə  Qarabağ  xanlığımn  ərazisinə  düşən 
hissədə  cəmi  bir  şəhər  -  Bərdə  şəhəri  vardı.  Ancaq  vaxtilə  çox  iri  və 
Azorbaycan  tarixində  çox  mühüm  rol  oynamış  Bərdo  şəhəri  bu  zaman 
çox  kiçik  idi  və  əslində  qəsəbə  tipli  yaşayış  məskəni  idi.  6  məhəllədən 
ibarət  şəhərdə  cəmi  482  vergi  verən  qeydə  alınmışdı  [30,  s.277-283  ]. 
Hom do Bordənin sakinlori əsason kənd  tosorrüi"atı  ilə məşğul olurdular. 
Sənətkarlıq  və  ticarət  ikincı  dərəcəli  rol  oynayır  və  əsasən  şəhərin  və 
ətraf kəndlərin tələbatmı ödəməyə yönəlmişdi.
«Gəncə-Qarabağ  oyaləti  müfəssəl  dol'tor»inə  göro  oyalətin 
Qarabağ xanlığımn ərazisinə düşən hissəsində irəlidə  adı  qeyd  oluıunuş 
qəza  və  nahiyyələrlə  yanaşı  25  oymaqdan  ibarət  Cavanşir,  20 
oymaqdan  ibarət  Otuziki,  bir  oymaqlı  Kəbirli,  iki  oymaqdan  ibarət 
Ətyeməzli,  iki  oymaqdan  ibarət  Püsyan  və  400  həyətdən  ibarət  kürd 
Qaraçorlu  tayfaları  da  məskun idi.  Əsas  məşğuliyyəti  köçmə  maldarlıq 
olan  bu  taylaların  konkret  olaraq  hansı  nahiyodo  yaşadıqlarını 
göstərmək  çətindir.  Çünki,  onlarm  yaylaqları  və  qışlaqları  ayrı-ayıı 
nahiyələrin  ərazisinə  düşürdü.  Bütövlükdə  əyalətin  Qarabağ  xanlığmın 
ərazisino  düşən  hissosindo  910  kənd,  məzrəo,  yaylaq  və  qışlaq  qeydə 
alınmışdı  [796  kənd,  105  məzrəə,  9  yaylaq  və  qışlaq  ]..  Ancaq  qeydə 
alınmış  796  kənddən  yalnız  435-  də  əhali  var  idi.  Məzrəələri  də  vaxtilə 
kond  olub sonra boşalmış yaşayış məskənləri saysaq xanlıq orazisindo o 
zaman  466  boş  kəndin  olduğunu  söyləyə  bilərik.  Məskun  kəndbrdə 
9.109 aüə qeydə ahnmışdı.
Doftordən  göründüyü  kimi  1727-ci  ildo  golocok  Qarabağ 
xanlığımn ərazisində  qeydə  alınmış  436  məskun yaşayış  məntəqəsindən 
254-də müsəlman,  168-də qeyri-müsəlman,  13-ü isə qarışıq müsəlman  vo 
qeyri-müsolmanlar  yaşamışdır.  Ərazidə  qeydo  almmış  yeganə  şəhəıdo  - 
Bərdədə  ancaq  Azərbaycan  türkləri  yaşayırdı  [30,  s.277-283  ). 
Müsəlmanların  demək  olar  ki,  hamısı  Azərbaycan  türkləıindən  ibarət 
idi.  Yalnız  400  ailəli  Qaraçorlu  kürdləri  vo  iki  oymaqlı  Püsyan 
kürdlərdən ibarət idi.  Qeyri-müsəlman əhali əsasən  altı  nahiyədə - Talış 
[Gülüstan  [.,  Xaçm,  Çüəbörd,  Vərəndə  və  Dizaqda  məskunlaşmışdı. 
Hesablamalar  göslərir  ki,  qeydə  alınan  9581  ailədon  6089-nu
97

müsəlmanlar,  3492-ni  [o  cümbdan  xristianlarm  yığcam  yaşadıqları  6 
mahalda  3060  aila ].  qeyri-müsəlmanlar  təşkil  elmişbr.  6089  müsolman 
ailəsinin 5648-i Azərbaycan türklərindən, 441-i isə kürdlərdən ibarət idi. 
Qeyri-müsəlmanlar  xanlıq  dövründə  də  alban  mənşəyini  unutmayan və 
alban  mənbəyini  xeyli  dərəcədə  qismən  qoruyan  yerli  xristianlardan  və 
bölgəyə müxtəlif’dövrlərdə köçmüş ermənilərdən ibarət idi.
Əvvəllər  Qarabağ  xanlığmm  tərkibində  olan  bəzi  mahallar 
1823-cü  il  tosvirində  göstərilməmişdir.  Bu  həmin  mahallarm  1813-cü  il 
Gülüstan  sülhünə  görə  İram n  hakimiyyəti  altına  keçməsi  ilə  bağlı  idi. 
Bunlar  Qapan,  Güney,  Çulandur  və  Mehri  mahalları  idi  [89.6.1, 
sən.1261,  s.34 ].
1823-cü  il  təsvirinə  əsasən  Qarabağ xanlığı  ərazisində  629  kənd 
və  oymaq  vardı  və  onlarda  17.098  ailə  yaşayırdı.  Təsvirdə  hətta  xan- 
lığm  1813-cü  ildən sonrakı ərazisində olan yaşayış  məntəqəbri  belə tam 
əks olunmamışdır.  Müqayisə üçün göstərək ki, Gəncə [Qarabağ ].  əyalə- 
tinin  sonralar  Qarabağ  xanlığımn  tərkibinə  daxil  olmuş  lahiyələrdə 
kəndbrin məskunluğu aşağıdakı şəkildə idi:
98
Ayrı-ayrı nahiyələr üzrə kəndlərin məskunluğu aşağıdakı şəkildə idi:
Nahiyyə 
Məskun kəndlər 
Boş kəndlər 
Məzrəə
1
2
 

4
Talış
11
-
-
Gülüstan
6
3
-
Yevlaq 
Qara-
7
-
1
manlı
37
7
1
Bərdə
10
5
-
İncərud
23
12
-
Sir
2
8
-
Bayat
39
40
10
Xaçın Sığnaq
26
2
-
Çöləbörd
7
2i
-
Köştək
41
36
55
Vərəndə Sığnaq
48
31
2
Dizaq
5
14
-
Köçəz
-
12
2
Zarıs
-
7
2
Keştasf
Arasbar
16
55
Həkəri
1
20
6
Bərgüşad
67
30
37
Çuləndər
20
30
10
[30, cədvəl  1.  ].
99

Xəzinənin illik gəliri
Livalar, yaxud  nahiyələr 
İllik gəlir  [ağca ilə ].

2
Talış n. 
246.000
Gülüstan 
99.652
Yevlaq - Qaramanh 
774.000
Bərdə livası üzrə
Bərdə n. 
1062100
İııcəurd rt. 
259.600
Sirn. 
930.000
BayatN. 
330.350
Bərgüşad livası üzrə:
Bərgüşad n. 
1.617.300
Dizaq n. 
950.900
Zarıs 
170.880
Keştasf 
118.000
Arasbar livası üzrə:
Arasbar n. 
1.620.600
Həkəri 
443.560
Çuləndər livası üzrə 
931.900
Xaçın Sığnaq 
1212.960
Çeləberd 
647.600
Keştək 
1.971.600
Vərəndə Sığnaq 
1.295.100
Köçəz______________________ 379.600_______
Cəmi 
15.051.920
[30, cədvəl 2 ].
Gəncə-Qarabağ  əyalətinin  müfəssəl  dəftərində  mükələfiyyətli 
19.395  şəxsin  adı  qeydə  almmışdır.  Hər  ailənin  orta  hesabla  beş  nəfər- 
dən  ibarət  olduğunu  qeyd  etsək  əyaiətdə  96.975  nəfər  yaşadığmı 
müəyyənləşdirmiş  oiuruq.  Dəftərdə  yalnız  müsəlman  əhalidən  forma- 
laşdırılan  hərbçilər,  ruhanilər  və  onlarm  ailə  üzvlərinin  qeyd  olunma- 
dığını  nəzərə  alsaq,  əyabt  əhalisinin  sayımn  100  min  nəfərdən  çox  ol- 
duğunu söyləmək olur [30,  s.12-13 ].
Əsas  məşğuliyyəti əkinçilik  olan müsəlman [türk ].  əhalisinin bir 
qismi,  əsasən  maldarlıqla  məşğul  olmuş  və  yaylaq-qışlaq  həyatı  keçir-
100
mişdir.  Əhalinin  bu  hissəsi  25  oymaqdan  ibarət  Cavanşir  camaatı,  21 
oymaqdan  ibarət  Otuziki  camaatı,  2  oymaqdan  ibarət  Ətyeməzli  ca- 
maatı, 2  oymaqdı Püsyan camaatı,  dağınıq yaşayan  Kəbirii və  Kəngərli 
camaatları,  Qaraçorlu  camaatı,  ayrı-ayrı  nahiyələrin  ərazisində  qışlaq- 
ları  olan  daha  26  camaat,  o  cümlədən  Qaraqoyunlu,  Bayəhmədli,  Əi'- 
şar, Anqlı camaatları və başqaları kimi qeydə almmışdır. 
Gəncə- 
Qarabağ  əyalətinin  adı  dəftərə  düşmüş,  əhalisinin  11.818  nəfəri  müsəl- 
man  [11.068  nəfəri  türk,  750  nəfəri  kürd  ].,  7.  577  nəfəri  isə  qeyri- 
müsəlman idi [30,  s.12-13  ].
Gəncə-Qarabağ  əyalətinin  müsəlman  əhalisinin  başqa  yerlərə 
köçmələri,  xristian  əhalinin  isə  əsasən,  öz  yerində  qalması  nəticəsində 
türk  əhalisinin  saymda  süni  şəkildə  azalma  müşahidə  olunur.  Əhalinin 
ümumi  sayından  Dizaq  nahiyəsində  49,2%,  Xaçm  Sığnaq  nahiyəsində 
13,1%, Vərəndə  Sığnaq  nahiyəsində  9,7%  türk  əhalisi  qalmış,  Gülüstaıı 
və Talış nahiyələrində bir nəfər də müsəlman qalmamışdı [30,  s. 16  ].
Tarixçi  X.Xəlilov  1823-  cii  il  kameral  sayımı  matcrialları 
əsasında  həmin  il  Qarabağ  əyalətində  20.095  ailənin  yaşadığmı 
müəyyən  etmışdir  [46,  s.42  ]..  Yerevanda  1972-ci  ildə  çap  edilmiş 
«npHCoeAHHeHHC  B
octokhoh
  ApMeHHH 
k
  P
occhh
»  sənədlər  toplusunda 
1811-ci  il  iyulun  19-da  rus  məmurlarınm  Rusiyamn  daxili  işldər  naziıi 
O.R.Kozodovlevə  göndərdikləri  arayışda  Qarabağda  12.000  ailənin 
yaşadığı qeyd edilmişdir [46,  s.42 ].
Qafqaz  Arxeoqrafıya  komissiyasmm  aktlarında  müxtəlif  illərdə 
Qarabağ  xanlığında  yaşayan  əhalinin  sayı  haqqında  məlumatlar 
ö/. 
əksini  tapmışdır.  General  mayor  Kotlyarevskinin  general  Ritişevə 
göndərdiyi 30 sentyabr  1812-ci il 672 JVq-Iİ raportda göstərir ki, Qarabağ 
Rusiya  təbəəliyinə  keçərkən  Kotlyarevskinin  keçirdiyi  sorğuya  əsasən 
1805  -  ci  ildə  Qarabağda  10.000  ailə  yaşamışdır.  Həmin  raportda 
bildirilir  ki,  polkovnik  Aseyevin  1808-  ci  ildə  general  -  feldmarşal 
Qudoviçə  göndərdiyi  cədvəldə  Qarabağ  xanlığı  ərazisində  7.474  ailənin 
yaşadığı  qeyd  edilmişdir  [89.5,  sən.696,  s.579  ].  General  Yermolovun  I 
Aleksandra ünvanladığı 4 mart  1817-ci il tarixli 32M-H raportda deyilir: 
«Qarabağ  1805-ci ildə Rusiya təbəəliyinə  qəbul ediləndə  10.000  aibdən 
ibarət  idi.  1812-ci  ii  sayımma  görə,  Qarabağda  «qarət  edilmiş, 
əmlakından  məhrum  olmuş  3.080  ailə  vardır».  Həmin  raportda  veriJən 
məlumata  əsasən  Qarabağm  qalan  əhalisi  düşmən  tərəfindən  xaricə 
aparılmış  və  ya  özləri  qaçmışlar.  General  Yermolov  imperatora 
raportunda  göstərir  ki,  mənim  keçirdiyim  yeni  sayıma  görə,  indi 
Qarabağda 7.872 aib  qeydə alınmışdır»  [89.6.1,  sən.1265  s.836 ].
Mogiievski  və  polkovnik  Yermolovun  general  Yermolova 
göndərdikləri  2  may  1823-cü  il  tarixli  22  JNe-li  raportda  həmin  il
101

Qarabağ  əyalətində  9.073  vergi  verən,  9.490  vergi  verməyən  [cəmi- 
18.563  ].  ailənin  yaşadığı  göstərilmişdir.  «Qafqaz  arxası  Rusiya 
nıülklərinin  təsvirində»  qeyd  olunur  ki,  1832-ci  ildə  keçirilmiş  kameral 
təsvir nəticəsində  Qarabağ əyalətində 20.546 həyətin [54.841  kişi cinsi ]. 
olması müəyyən edilmişdir [89.6.1, sən  1265  s.836 ].
1823-cü il  təsvir materiallarım tədqiq edən X.Xəlilov  1823-cü ildə 
Qarabağ  əyalətində  20.095  ailənin  yaşadığmı  göstərmişdir  [38,  s.42  ]. 
Halbuki  kameral  təsviri  keçirmiş  Moqilyevski  və  Yermolov  həmin 
materialların  yekun  cədvəlində  Qarabağ  əyalətində  9.073  vergi  verən, 
9490 vergi verməyən ailənin yaşadığmı  bildirmişlər [175,  v.220 və  a.ü.  ]. 
Çar məmurları  yekun cədvəlindən  sonra  cəbrayıllılar  üçün tərtib edilən 
cədvəldə  139  ailəni  də  qeydə  almışlar  [175,  v.221  ].  Lakin  1823-cü  il 
kameral təsvir materiallarmı araşdırarkən çar məmurlarmın
A ib n in  sayı 
[yekun cədvəlində J
A iblnrin sayı 
f F ak tik   I.
Şəhər,  m ahallar 
V əs.
vergi
verən
vergi
verməyən
vergi
verən
vergi
verməy-
ən
1
Şuşa
142
1270
Şəhər  siyahısm da  ve- 
rgi verən  və  verməyən 
ailobri  müəyyən  et- 
m ək  m üm kün  deyil 
[1532  ailəj.
2
X an familiyası
914
1350
913 [-1 ].
1361[+10 
]■
3
Poruçik G ülm əm m əd  boy
133
115
133
125[+10
].
4
5
Sisiyan m ahalı 
D ərairçi  Həsənli m ahalı
87
335
116
132
87
335
116
132
6
K -n U ğurlu  bəyin  mülkü
304
116
341[+37 
].
79[- 37 ].
7
K üpara  m ahalı
34
22
34
22
102
8
G .m . 
kn. 
M ə d ato v u n  
m ülkü
1245
-
1245
-
9
K -n  İsm ayıl  boyin m ülkü
95
97
95
95[-2 ].
1
0
H acı A ğ ala r  bəyin m ülkü
155
427
155
427
1
1
P o ru ç ik  
Səfarəli 
bəyin 
mülkü
183
50
183
50
1
2
1
3
B ərgüşad m ah ah
-
146
12[+12  ]. 
137
134[-12
]•
106[-137
B ah ab y u rd   m ah alı
-
243
[+137 ].
].
1
4
Polk. 
X a n la r 
ağ an ın  
m ülkü
378
370
570[+192
]•
370
1
5
1
K -n  R ü stəm   boyin m ülkü 
K əbirii  m a h alı  -  
M ə-
218
219
218
258[+10
219
1
6
həm m əd  Ə li  bəyin  ibarəsi 
altın d a
248
284
]•
274[-10 ].
1
7
T ativ   m ahalı
508
190
508
190
1
8
Ə səd  bəyin m ülkü
237
153
237
147[-6 ].
1
9
K əbirli  m a h alı  -  k -n   M ir- 
zə Ə li bəyin idarəçiliyində
164
214
46[-118 ].
14[-200
]•
2
0
C avanşir  m ah alı
370
326
378 [+S ].
326
2
1
T alış  m ahalı
143
102
143
102
2
2
X açın  m ah alı
99
131
99
131
2
3
K olanı  m a h alı
203
259
203
259
2
4
Ç ələbiyurd  m ah alı
127
74
127
74
2
5
X ırd a p a ra  - D iz a q   m ahalı
129
89
129
89
2
6
P üsiyan  m ah alı
55
832
55
832
2
D i/a q   C a v an şiri m ahalı
285
332
298[+13
345[+13
103

7 
2

2 
9 
3 

3 

3 
2 
3 
3
3
4 
3
5
O tu zik i m a h alı 
İy irm id ö rd   m ahalı 
Q a ra ç o rlu  m ah alı 
V ərəndə  m ahalı
D izaq  m a h a h
P olk. 
C əfərq u lu   ağ a n ın  
m ülkü
M e h d iq u lu  x an m   m ülkü
A ca n an   tü rk  m ah alı 
Cəmi:
381
241
381
241
85
70
85
70
294
244
3791+85
]•
244
297
328
2961-1 ].
328
110
178
110
178
792
430
788[-4 ].
427[-3
231
315
231
315
42
25
42
25
9073
9490
9251
7847
Ilesablamalarda  yol  verdikləri  bəzi  səhvləri  üzə  çıxararaq  Qara- 
bağ əyalətində  1823-cü  ildə 9251  vergi  verən,  7847  vergi verməyən  ailə- 
nin  yaşadığını  müəyyən  etmişik  [68,  s.223  ].  Yekun  cədvəli  və  faktiki 
materiallar arastndakt fərqləri tərtib etdiyimiz cədvəl daha əyani şəkildə 
nümayiş etdirir.
1823  - cü il kameral yoxlamast üzrə Qarabağ əyalətinin əhalisi.
1823-eü  il  kameral  təsvirinin  yekun  cədvəlinə  əsasən  Qarabağ 
əyalətində  18563  ailənin  yaşadığı  məlum  olur.  Bu  rəqəmin üzərinə  cəb- 
rayıllılar  cədvəlində  göstərilən  136  ailəni  də  əlavə  etsək  18699  rəqəmi 
almar.
XIX 
əsrin  əvvəllərində  məlik  Tənqi  tərəfindən  idarə  olunan 
Sisyan mahalt xanltğm lap cənub-qərb hissəsində yerləşirdi.  Xanlıq ləğv 
olunan  dövrdə  bu  mahala  daxil  olan  9  kənddə  cəmi  203  [87-i  vergi 
ödəyən,  116-st  ödəməyən  ].  ailə  saythrdı.  Mənbənin  məlumatına  görə 
əvvəllər  bu  mahalda  2000  ailə  yaşaytrmış.  Görünür, xanltq Rusiya  tərə- 
findən işğal edildikdən sonra və I Rus-İran müharibəsi dövründə mahal 
sakinlərinin əksəriyyəti öz ev-eşiklərini tərk edib Azərbaycamn ayrt yer- 
lərinə və digər ölkələrə köçübmüş [175,  v.47-51  ].
Dəmirçihəsənli  mahalında  xanlıq  ləğv  edilən  dövrdə  8  kənddə 
cəmi  467  [335-i vergi ödəyən,  138  - i ödəməyən  ].  ailə yaşayırdı.  Bu  ma- 
hal Əlimərdan bəy tərəfmdən idarə olunurdu [175, v.52-56 ].
104
Küpara  mahahnda  xanlıq  ləğv  edilən  dövrdə  6  kənddə  cəmi  56 
ailə yaşayırdı.  Əksəriyyəti xristianlar idi.  Mahal məliki Parsadan Qəqə- 
rək kəndində yaşayırdı.
Bərgüşad  mahalı  Araz  çaymın  sol  sahilində,  xanhğtn  cənub-qərb 
hissəsində yerləşirdi.  Xanlıq ləğv olunan zaman cəmisi  5  kənddə  146  ai- 
lə yaşayırdı [175,  v.75-76 ].
Qısamüddətli  osmanlı  hakimiyyəti  dövründə  Bərgüşad  liva  [qəza 
].  adlantrdt.  Ən  böyük  kəndləri  68  nəfər  azərbaycanh  kişinin  qeydə 
almdtğt  Ağalı,  87  nəfər  azərbaycanlı  kişinin  yaşadığt  Kəbudtərcinə 
kəndlərində yaşayırdı.  O zaman Bərgüşadm  31  kəndində və 27  məzrəə- 
sində heç kim yaşamtr, tarlalarmda digər kəndlərin sakinləri dənli bitki- 
lər  əkib-becərirdilər.  Bərgühad  sakinləri buğda,  arpa,  darı,  çəltik  yetiş- 
dirir, maldarlıqla məşğul olurdular.  Bəzi kəndlərdə [məsələn Səhih kən- 
dində ].  pambıqçılıqla da məşğul olurdular [30,  s.489-529 ].
Cəmi  5  kənddən ibarət Baqabyurd [yəqin ki, Vahab yurdu sözün- 
dəndir  -   T.M.  ].  mahalında  243  [o  cümlədən  137  vergi  ödəyən,  106 
ödəməyən ].  ailə yaşayırdı.  Bu mahalın kəndləri də Əbülfət xana məxsus 
olmuşdular  və  o,  İrana keçərkən  sakinlər  də  arxasmca  getmişdilər.  Sa- 
kinlər  1822- ci ildə  geri qayıtmış və  yenidən öz kəndlərində məskunlaş- 
mtşdtlar [175, v.77 ].
Kəbirli  mahalmm bir  hissəsi  Mil  düzünə,  digər  hissəsi  Qarabağtn 
dağlıq  hissəsinə  düşürdii  [122.4  ].  Kəbirli  mahalı  iki  nəfər  tərəfindən 
idarə  olunurdu.  Mahalın  minbaşt  divanbəyi  Məhəmmədəli  bəy 
tərəfindən  idarə  olunan  hissəsində  1822-  ci  ilə  olan  məlumata  görə  18 
oymaqda cəmi  533  [261  vergi ödəyən,  274  ödəməyən ].  ailə yaşayırdı.  1 
oymağm  -  Gürcüstan  kürdü  oymağtnın  bütün  sakinləri  Şuşada 
yaşaytrdtlar  və  buna  görə  də  şəhər  siyahısmda  qeydə  alınmışdılar. 
Mahalın  minbaşı  Məhəmmədəli  tərəfindən  idarə  olunan  hissəsindən 
xəzinə  ildə  366  əşrəfi  və  3085  man.  83  qəp  [366  rub.  83  qəp.  ].  gəlir 
götürürdü [175, v.77 ].
Kəbirli  mahalınm  kapitan  Mirzəli  bəy  tərəfındən  idarə  olunan 
hissəsində  19  kənddə  cəmi  367  [171  vergi  ödəyən,  196  ödəməyən  ].  ailə 
yaşayırdı.  Kəbirli  mahalının  Mirzəli  bəy  tərəfındən  idarə  olunan 
hissəsində də  azərbaycanhlar  tam əksəriyət  təşkil  edirdilər [175,  v.92-98 
]■
Beblikb,  bütövlükdə  Kəbirli  mahalmda  902  ailə  [432  vergi 
ödəyən, 470 ödəməyən ].  yaşayfırdı.
Cavanşir  mahahnın  1  kənd  və  32  oymağmda  696  [370  vergi 
ödəyən  və  326  ödəməyən  ].  ailə  yaşayırdı  [175,  v. 116-124  ].  Mahal 
minbaşı Şərifxan bəy tərəfindən idarə olunurdu.
Kolantlar  adlı  mahalda  9  oymaqda  cəmi  462  [203  vergi  ödəyən,
105

259  ödəməyən  |.  ailə  yaşayırdı.  Mahal  bir  naib  tərəfındən  idarə  olun- 
mur, hər bir oymağın öz hakimi var idi.
Xırdapara  Dizaq  mahalı  12  kənddən  ibarət  idi  və  burada  218 
[129-u  vergi  ödəyən,  89-u  ödəməyən  ].  ailə  yaşayırdı.  Mahal  minbaşı 
Məlik  Həsən  tərəfindən  idarə  olunurdu  [175,  v. 139-145  ].  Qapan 
çayınm sol sahilində yerləşən Püsyan mahalına 29 kand və oymaq daxil 
idi.  Bu  kənd  və  oymaqlarda  612  aib   yaşayırdı.  Mahal  Mnhəmmod 
Hüseyn  sultan  tərəfindən  idarə  olunurdu.  Xanlıq  ləğv  olunan  ərəfədə 
Çovundur  mahalının  Qapan  çayının  sol  sahilindəki  hissəsi  də  Püsyan 
mahalı  ilə  birlikdə  idarə  olunurdu.  Bu  hissəyə  cəmi  6  kənd  və  oymaq 
daxil  idi.  Həmin  kənd  və  oymaqiarda  cəmi  269  [55  vergi  ödəyən,  214 
ödəməyən ]. ailə yaşayırdı [175,  v.146-151  ].
Dizaq  Cavanşir  mahahnda  18  kənd  və  oymaqda  617  [285  vergi 
ödəyən,  332  ödəməyən  ].  ailə  yaşayırdı  [175,  v.152-157  ].  Mirzə  Rəhim 
Fənanın  yazdığma  görə  bu  mahalm  sonuncu  məliki  Məlik  Aslamn 
əcdadları xristian olmuş,  soııra müsəlmanlığı  qəbul etmişdilər [53,  s.252 
]•
Otuziki  mahalmm  22  kənd  və  oymağmda  628  [384-ü  vergi 
ödəyən,  244-ü  ödəməyən  ].  ailə  yaşayırdı.  Mahal  minbaşı  qalabəyi 
Məmməd Kəlbi bəy tərəfindən idarə olunurdu [175, v. 158-164 ].
İyirmidörd  mahalında  8  kənd  və  oymaqda  cəmisi  155  [85-i vergi 
ödəyən,  70-i ödəməyən ].  ailə yaşayırdı.  Mahal Mirzə Məmmədqulu bəy 
tərəfindən idarə olunurdu [175,  v. 167-168 ].

oymaqdan ibarət  Qaraçorlu mahalında 538  [294-ü vergi ödəyən, 
244-ü  ödəməyən  ].  ailə  yaşayırdı  [175,  v.168  ].  Acanan Tüırk  mahalv  9 
kənddən  ibarət  idi.  Cəmi  67  [42-i  vergi  ödəyən,  25-i  ödəməyən  ].  a ib  
yaşayırdı.  Mahal  məlik  Hüseynqulunun  nəzarəti  altmda  məlik  Stepan 
tərəfındən idarə olunurdu [175, v.223-225 ].
Vərəndə  mahalı qərbdə Cənubi Kirs dağından başlayıb şimalda 
Şuşa  çaya  və  Xəlifəliyə  qədər  uzamrdv.  Şərqdə  mahahn  ərazisi həm  də 
Mil düzünün bir hissəsini əhatə edirdi [149.4 ].  l.Vərəndə məlikbri əslən 
C}öyçə  mahalmdan  idilər.  Bəzi  məlumatlara  görə  şah  I  Abbasm 
ostnanlılarla  müharibəsi  zamam  Məzrə  kəndinin  sakinbri  şaha  yardım 
edib  ona  qonaqpərvərlik  göstərmişdilər  və  buna  görə  də  I  Abbas 
Vərəndə  mahahnı  oııların  başçısxna  bağışlamış,  bəy  titulu  ib   təltif 
edilrnişdi.  Həmin  bəybr  Şahnəzər  [yəni  şahxn  nəzəri  ib   çiçəkbnmiş  ]. 
soyadıııı götürmüşdülər.
Bu  mahalda  buğda  və  başqa  taxıl  məhsulları  yaxşı  yetişirdi. 
Tarixçinin  yazdığına  görə  Vərəndə  məlikbrinvn  səbfbri  Göyçə  və  Zivə 
kəndlərindən  gəlib  Canaqçı  kəndinə  məskən  salmış  və  get-gedə  ətraf 
kəndlərə  hakimiyyətini  yaya  bilmişdibr.  Vərəndə  məliklərindən
106
Mirzəbəy adlı  birisini Nadir  şalı  lıansısa cinayətdə  müqəssir  bilib edam 
etdirmişdi [30,  s.380-400 ].
Mirzə  Yusif  Qarabaği  Vərəndə  məlikliyinin  sərhədlərini  və 
təbiətini təsvir edərək yazır: Vərəndə mahalı «Kirs dağuıdan başlayaraq 
Əlibaba  düzənliyinə  qədər  uzanır.  Eni  Kirs  Şuşakənd  çayma  və 
Xəlifəliyə qədərdir.  Bu  ərazi çox gəlirli və məhsuldardır.  Burada  bugda 
və başqa dənli bitkibr yetişir».[62,  s.13  ].
Tarixçinin  yazdığına  görə  Vərəndə  məlikbrinin  əcdadlan  Göycə 
və  Zivə  kəndlərindən  gəlib  Çanaqçı  kəndində  məskən  salmışlar.  Sonra 
mahal  məlikliyi  vəzifəsini  tutmağa  malik  oimuşlar.  Onlar  məlik 
Şahnəzər  adı  ilə  məşhur  olmuşlar.  Vərəndə  məliklərindən  Mirzə  bəy 
adlı birini Nadir şah  müqəssır bilib dar ağacından asdırmışdı [62,  s. 13  ]. 
Vərəndə  məliyi Hüsünün [Həsən,  Osip ].  qardaşı  oğlu  Şahııəzər  əmisini 
öldürüb molikliyi ələ keçirtmişdi.  Digər məlikbr  bunu eşidib ona hücum 
edirlər.  Məlik  Şahnəzər  Çanaqçı  kəndində  qəsr  tikib,  orada  müdafiə 
ohınur.  Qonşu  məliklər  Çanaqçım  tuta  bilməyib,  Vərəndə  mahalını 
qarət  edirlər  və  geri  qayıdırlar  [62,  s. 14  ].  Şahnəzər  məlikbrin  gəbn  il 
yenidən  hücum  edəcəyini  bilirdi  və  buna  görə  də  Pənahəli  xana 
müraciət edib ona itaət edəcəyini  bildirdi [62,  s.16 ].  Hətta qızı  Hürzadı 
xanın oğlu İbrahimxəlilxəlil ağaya ərə verdi [62, s. 13 ].
Müfəssəl  dəftərə  görə  XVIII  əsrin  birinci  yarısmda  Vərəndə 
nahiyəsi  birbaşa  Gəncə-Qarabağ  bəybrbəyinə  daxil  idi.  Nahiyənin  əıı 
böyük  kəndləri  143  qeyri-müsəlman  kişinin  qeydə  alındığı  Çanaqçı,  41 
qeyri-müsəlman kişinin qeydə alxndxğx  Şuşi kəndi və  35  qeyri-müsəlman 
kişinin  yaşadığı  İsfahancıq  kəndləri  idi.  Nahiyə  sakinləri  buğda,  arpa, 
darı,  çəltik  yetişdirir,  maldarlıq  və  atçılıqla  məşğul  olurdular.  Bəzi 
kəndlərdə  [məsəbn  Şeyx Dursun kəndində ].  pambıq  əkir və ipəkçiliklə 
məşğul  olurdular  [30,  s.380-400  ].  O  zaman  nahiyənin  Şütədaş, 
Vərəndəçik,  Dovşanlı,  Qaıqiəş,  Əlməlik,  Qundura,  Qaplıqədik, 
Qaraçuq,  Rudxanəyi  -   Pirəhməd,  Söyüdlü,  Keçiqıran,  Dövbtyar, 
Musəlləm,  Qozluq, Hətnəgərək kəndbrində və Yağlıca,  Dirvan,  Quşçu, 
Sülüklü,  Yaycı,  Qoyluqam,  Dahis,  Şamtaq,  Babi  Həmzə,  Ağqaya, 
Əmirxan,  Uçdərə,  Ağcakənd,  Cuhudlar,  Kətəlparaq,  Mərvan,  Ömərli, 
Tərlan, 
Bərxudarh, 
Tahb, 
Şərəfabad, 
İrəvan, 
Çəqəcimməqas, 
Güzinabad,  Üryan,  Küdük  məzrələrində  heç  kim  yaşamır,  onlarm 
tarlalarında qonşu  kəndlərin sakinləri dənli  bitkibr əkirdibr  [30,  s.380- 
400].
Xaçın  mahalınm  ərazisi  cənubda  Qarqar  çayından  başlayıb, 
şimalda  Qabartda, qərbdə  Qırxqız  və  Mıxtökən dağxndan  şərqdə  Bayat 
meşəsinə qədər  uzanırdı.  Bu  mahal Vərəndə kimi məhsuldar  olmasa  da
107

buğda  və  s.  bol  yetişir.  Bəzi  yerhrdə  çəltik  do  yetişdirilirdi.  Mahalm 
ərazisinin çox hissəsi meşəlik idi.
Mirzə Yıısıi' Qarabağı yazır:  «Xaçm mahılı eni Qarqar çayından 
başlayıb  Qabartıda  qurtarır.  Uzunu  Qırxqız  və  Mıxtökən  dağmdan 
Bayat  meşəsinə  qədərdir.  Burada keyfıyyətcə Yərəndədən yaxşı  olmasa 
da  buğda  və  sair  məhsulları  boldur.  Bəzi yerbrdə  çəltik  də  yetişdirilir. 
Bu yerlərin çoxu meşəlik və cəngəllikdir.  Deyilənə görə Xaçmda vaxtilə 
kiçik bir  qala olmuş,  adma Hetrak qalası  demişlər.  Bu kəndin məlikləri 
qədimdə Həsən Cəlalovlarm övladlarmdan o!muşlar» [68, s. 13 ].
«Müfəssəl dəftər»ə görə o zaman Xaçm nahiyəsi  Bərdə livasmm 
tərkibinə  daxil  olmuşdur.  Nahiyə  sakinləri  buğda,  arpa,  çəltik  əkir, 
maldarlıqla  məşğul  olurdular.  Ən  böyük  kəndbri  41  qeyri-müsəlman 
kişi  nəfərinin  yaşadığı  Qazançı  və  23  qeyri-müsəlman  kişinin  qeydə 
ahndığı  Xınzırıstan  [başqa  adı  Helvi  ].  kəndbri idi.  Qanzasar  monastrı 
da  bu  nahiyədə  yerhşirdi.  Monastrm  yerhşdiyi  kənd  Yuxarı  Külədək 
və Ağvənd  adlarj iJə tanmırdı [30,  s.336-341  ].
Sonra isə Pənahəli  xan Xındırıstanlı  Mirzəxam  məlik  təyin etmişdi [54, 
s.13  ].
2. 
Xaçın  məlikbri  alban  katalikosu  Həsən  Cəlalm  törəməhri 
idihr.  Bu  nəsildən  olan  I  Allahverdi həm  də Xaçın  mahalmda  dünyəvi 
hakimiyyətə nail olmuşdu.
Dizaq 
məlikləri 
1535-ci 
ildə 
Loridən 
köçüb 
burada 
məskunlaşmış  Avanm  törəməhri  idi.  C.Burnutyamn  yazdığma  görə 
Nadir  şah  xidmətlərinə  görə  Dizaq  məliyi  Yeqani  1744-cü  ildə 
Qarabağdakı xristianlarm başçısı təyin edibmiş.
M.Yusü'  Qarabaği  Taiış  [Gülüstan  ].  məlikliyi  haqqmda  yazır: 
«Bu  mahalm  uzunluğu  Murov  və  Gülüstani-İrəm  dağmdan,  Kürün 
kənanna  qədər,  eni  isə  Tərtər  çaymdan  Gorana  qədərdir.  Buramn 
torpağı  çox  münbitdir.  Burada  taxıl  və  sair  dənli  məhsul  yaxşı  əmələ 
gəlir.  Bunlarm  malikhri  əslən  şirvanlı  olub,  Talış  kəndində  məskən 
salmışlar. 
Bunlar 
Bəylərovlar 
adı 
ilə 
məşhurdurlar. 
Onlarm 
övladlarından bir neçəsi də məliklik vəzifəsini daşımışlar.
Nəhayət,  böyük  məlik  Usub  Gülüstan  qalasmı  zəbt  edərək 
orada yerləşmişdir».[62,  s.14 ].
Çiləbyurd  mahahnda  8  kənddə  201  [127-  si  vergi  ödəyən,  74-ü 
ödəməyən  ].  aüə  yaşayırdı.  Çiləbörd  mahalmm  ərazisi  qərbdən 
Qırxqızdan  başlayıb  şərqdə  Bərdə  və  Bayat  meşəsinin  kənarmda, 
cənubda  Xaçm  və  Qabartı  çaymdavn  başlayıb  şimalda  Tərtərçaya 
qədər  uzamrdı.  Bu  mahalda  toxumluq  buğda  və  başqa  taxıl  məhsulu 
yaxşı  yetişirdi.
  ÇiJəbörd  məliklərinin  əsli  vaxtih  Məğavrzdən  gəlmişdi. 
Mahalm  ərazisinin  böyük  bir  hissəsi  meşlikdən  və  keçilməz  yerhrdən
108
ibarət  idi.  Burada  Çarmux  adh  qala  vardı.  Çaraberd  məlikhri  həmin 
qalada  yaşayırdılar.  Çaraberd  məliyi  Alİahqulu  Nadir  şahm  yanında 
hərbi xidmətdə olub şahdan sultan titulu da almışdı [62,  s. 13 ].
«Müfəssəl dəftə
r»s
 görə Çihbörd nahiyəsində əhali buğda,  arpa, 
çəltik  yetişdirir,  maldarlıq,  arıçılıq  və  üzümçülükb  məşğul  olurdu.  Ən 
böyük kəndləri 44  nəfər  qeyri-müsəlman  kişinin  yaşadığı  Qissaabad 47 
nəfər qeyri müsəlmanm  yaşadığı  Yuxarı  Qarabəy,  121  qeyri-müsəlman 
kişinin yaşadığı Aşağı Qarabəy kəndhri idi [30,  s.363-373 ].
Çilabörd  [Çiləbi-Çüəbiyurd  ].  məlikliyin  hakimhrini  əcdadları 
Zəngəzurun məqavir kəndindən gəlmişdilər.  Buna görə də  bəzən Tərtər 
çaymrn sahilindəki  Çardaxlı  kəndi  Məqavir  adlanırdı.  Ç'ihbörd  çaymrn 
sahüində əlçatmaz  bir yerdə qala  salmişdılar Nadirin  osmanlı sərəskəri 
Abdulla  paşa  ilə  döyüşündə  Çihbörd  məliyi  Allahqulu  böyük  şücaət 
göslərmiş  və  bu  səbəbdən də  ona  sultan  titulu  verilmişdi.  fl 47,  s?;  209, 
s.53  [sətiraltı qeyd]].
Mirzə  Yusif  Qarabaği  daha  sonra  yazır:  «Çiləbörd  mahalmm 
uzunluğu  Qırxqızdan  başlayıb,  Bərdə  və  Bayat  meşəsinin  kənarmda 
qurtarır.  Eni  isə  Xaçın  və  Qabartı  çaymdan  Tərtər  çayına  qədərdir. 
Burada  toxumluq  buğda  və  başqa  taxıl  məhsulu  yetişdirilir.  Bunların 
məlikhri  vaxtilə  Məğavizdən  gəlmişlər  və  burada  məliklik  etməyə 
başlamışlar.  Buramn  ərazisinin  böyük  bir  hissəsi  meşəlikdən  və 
keçilməz  yerlərdən  ibarətdir.  Çarmıx  adlanan  məşhur  qala  da 
buradadır.  Bu  qala  olduqca  möhkəmdir.  Məliklər  həmişə  bu  qalada 
yaşamış,  igidlik  və  rəşadət  göstərmişlər.  Öz  qəhrəmanlığı  ih  məşhur 
olan  həmin məliklərdən  biri  Məlik  Allahqulu  idi.  Allahqulu Nadir  şah 
dövründə  onun  xidmətində  olub,  Abduila  paşa  Köprülü  oğlu  sərəsgər 
üə  müharibədə  böyük  rəşadət  göstərmişdir.  Bu  səbəbə görə də o,  Nadir 
şahın  əmrinə  görə  məlik  deyil,  Sultan  Allahqulu  çağırılmış  böyük 
nüfuza malik olmuşdur».[62,  s. 14 ].
Talış  [Gülüstan  ].  mahalı  7  kənddən  ibarət  idi.  Bu  kəndlərdə 
cəmi 245 [143-ü vergi ödəyən,  102-si ödəməyən ].  aih vardı.  Mahal Mə- 
lik Yusif [tosif ]. tərəfindən idarə olunurdu [75,  v. 125-127  ].
Xaçm mahalında  13  kənddə 230  [99-u  vergi ödəyən,  131-  i ödə- 
məyən  ].  ailə  yaşayırdı.  Mahal  məlik  Qəhrəman  tərəfindən  idarə  olu- 
nurdu [175, s.128-132].
Tarixi  məlumatlara  görə  Talış  məlikliyinin  banihıi  Bəylər 
oğulları  udin  idlilər  və  Qəbələ  mahalmm  Nic  kəndindən  Qarabağa 
köçmüşdühr.  XVI əsrdə xalq  arasjnda  «Qara  yüzbaşı»,  Qara Avob  adı 
ih   tanman  bir  şəxs  hər  hansı  səbəbdənsə  7  ailə  üə  Nici  tərk  edib 
Qarabağa  gələrək  Tərtər  çaymm  soi  sahüində  Taljş  kəndində  məskən 
salmışdı.  Raffinin  yazdığma  görə  «Qara  Abov»  1632-ci  ildə  vəfat
109

etmişdir.[187,  s.11-12  ].  Onun  böyük  oğlu  Bəybr  molik  titutul  olaraq 
Talış  vo  bir  neçə  ətraf  kəndi  idarə  etməyə  başlamış,  beblikb  də 
Gülüstan  məlikliyinin  əsasım  qoymuşdu.  O,  Gülüstan  qalasım  tutub, 
tamir etmiş və öz iqamətgahına çevirmişdi [187,  s.12 ].
Talış  [Gülüstan  ].  mahalımn  ərazisi  qərbdə  Murov  və  Gülüstan 
dağından  başlayıb  şərqdə Kürün sahilinədək,  cənubda Tərtər çayından 
başlayıb  şimalda  Gorana  qədər  uzanırdı.  Bu  mahalm  məlikbri  əslən 
şirvanlı olub Talış  kəndində  məskən  salmışdılar.  Məlik  Usub  Gülüstan 
qalasını  zəbt  edib  öz  iqamətgahı  edəndən  sonra  bu  mahala  həm  də 
Gülüstan məlikliyi deməyə başlamışlar [175, v.14 ].
XVIII 
əsrin birinci yarısmda Talış və Gülüstan  ayrı-ayrı 
nahiyəbr  olmuşdur.  Talış  nahiyəsi  osmanlı  hakimiyyəti  dövründə 
Gəncə-Qarabağ  əyabtiniıı  Gəncə  livasının  tərkibinə  daxil  idi.  Bu 
nahiyənin  ən  böyük  kəndbri  105  qeyri-müsəlmanm  yaşadığı  Nurus  və 
104 qeyri-nıüsəlmanın yaşadığı Talış  kəndbri idi. Üzümçülük və arıçılıq 
daha çox, maldarlıq nisbətən az  inkişaf etmişdi.  Nahiyədə buğda,  arpa, 
darı  əkilirdi.  Gülüstan  nahiyəsi  də  Gəncə  livasımn  tərkibində  idi.  Ən 
böyük  kəndləri  58  qeyri-müsəlmanm  yaşadığı  Ağcakənd  Ballıca  kəndi 
və  53  qeyri-müsəlman  kişinin  yaşadığı  Ağcakəndi  kəndi  idi  [30,  s.342- 
362].
Bəybrdən sonra məliklik  böyük  oğlu Abova keçmişdi.  Bu Abo- 
vun  ayağı  gülbdən  yaralandıqdan  sonra  ona  Topal  Abov  deyirdibr. 
Topal  Abovdan  sonra  hakimiyyət  oğlu  Ovusepə  [Iosif-Yusif ].  keçmiş- 
dir [187,  s.13 ].
Dizaq  mahah  qərbdə  Həkəri  çayı  və  Kültəpədən  başlayaraq 
şərqdə  Maltəpəyə  kimi,  cənubda  Araz  çaymdan  başlayıb Xurat dağına 
kimi  uzanırdı.  Bu  mahalm  torpağı  çox  məhsuldar  olub,  burada  yaxşı 
pambıq,  çəltik  və  taxıl  yetişdirilirdi.  Burnutyanın yazdığma  görə  Avamn 
törəmələri  olan  Dızaq  məliklərinin  əcdadlan  1535-ci  ildə  Qarabağa 
köçmüşdülər.  [167,  s.52 ]Dizaq məliklərinin əsli Mirzə Yusifm yazdığma 
görə  Anadoludan  gəlmişdi.  Dizaq  məliyi  Yeqan  N adir  'şahın  böyük 
etimadını  qazanmış  və  buna  görə  də  şah  bəzən  bütün  məliklərin 
vəkilliyini  ona  tapşırmışdı  [62,  s.12  ].  Dizaq  mahalmda  16  kənddə  288 
[110-u  vergi  ödəyən,  178-i  ödəməyən  ].  aib  yaşayırdı.  Mahal  Məlik 
Aslan tərəfındən idarə  olunurdu [175, v.180-186 ].
«Müfəssəl  dəftər»ə görə Dizaq  nahiyəsi birbaşa Gəncə-Qarabağ 
'mylərbəyiııə  tabe  idi.  Nahiyənin  ən  böyük  kəndləri  79  qeyri-müsəlman 
kişinin  qeydə  ahndığı Tağan,  73  qeyri-müsəlman kişinin qeydə  alındığı 
Tuğ,  62  azərbaycanh  vergi  ödəyicisinin  yaşadığı  Cəbrayülı,  88  qeyri- 
müsəlman kişinin qeydə alındığı Hadefud,  30 nəfər  azərbaycanlı kişinin 
yaşadığı  Maralyan  kəndi  idi.  Nahiyənin  Əyri,  Kənan,  Kürzandi,
110
Dövlətyar,  Xəlifəşahh,  Məzrəə,  Bulataq,  Oxçu,  Xırdaxag,  Namxoş, 
Həkərim,  Xırmançı,  Makladərə,  Nurkişi,  Zimmi,  Goyçay,  Vəng, 
Manin,  Nureşin,  Məlikcan  və  Çimənək  kəndlərində  heç  kim  yaşamır, 
tarlalarmda  qonşu  kəndlərin  sakinləri  dənli  bitkilər  əkirdilər.  Nahiyə 
sakinbri  buğda,  arpa,  çəltik,  darı  yetişdirir,  maldarhqla  məşğul 
olurdular.  Bəzi  kəndlərdə  [məsələn  Maralyan  ].  ipəkçilik  və 
pambıqçılıqla da məşğul olurdular [30,  s.336-341  ].
Qarabağ  xanhğmda  nıahallarla  yanaşı  ayrı-ayrı  şəxsbrin 
mülkiyyətində  olub,  mülk  sahibbri  tərəfindən  idarə  olunan  xcyli 
ərazibr də var idi.
Mehdiqulu  xanın  arvadı  Xanxanım  ağaya  məxsus  9  kənd  və 
oymaq vardı.  Bu  kənd və oymaqlarda cəmi 207  aüə  yaşayırdı.  Kəndlər 
Xanxamm ağamn təyin etdiyi kəndxudalar və kovxalar tərəfindən idarə 
olunurdu.
Ümumiyyətlə  xamn  qardaşları  və  bacıları,  əmisi  uşaqları  və  xan 
ailəsinin  digər  üzvlərinə  məxsus  130  kənd və  oymaq  vardı.  Bu  kənd  və 
oymaqlarda  2264  [914-ü  vergi  ödəyən,  1350  -  si  ödəməyən  ].  ailə 
yaşayırdı.  Bunlardan 578-i qeyri - müsəlman ailəsi idi.
Bütün  bu  kəndlər  müxtlif  mahallara  səpələnmişdibr,  lakın 
ərazisinə  daxil  olduqları  mahallarm  inzibati  idarəçiliyindən  kənarda 
idilər və torpaq  sahibləri tərəfindən təyin edilən kəndxudalar,  kovxalar 
və  yüzbaşılar  tərəlindən  idarə  olunurdu.  Gülməmməd  bəyə,  onun 
qardaşı  Şirin  bəyə,  onun  oğlu  Rüstəm  bəyə,  Mirzə  Cəfəriıı  oğlu  Mirzə 
Sadığa məxsus  olan  8  kənd  və  oymaqda 258  [133-ü vergi ödəyən,  125-i 
ödəməyən ].  ailə yaşayırdı.  Bu aüələrdən cəmi 29-u  [11,24%-i  |.  xristian, 
2129-u [88,76 %-i ].  isə a/nrbaycanlı idi [175, v.44-46 ]..
Uğurlu  bəyə, Əhməd  ağaya, Divanbəyi  Məmmədqulu  bəyə və di- 
vanxana  mirzəsi Mirzə  Yusifə  məxsus  25  kənd  və  oymaqda 420  [304-ü 
vergi ödəyən,  116-sı  ödəməyən ].  ailə yaşayırdı.  Bunlardan  328-i müsəl- 
man, cəmi 92-i [21,90 %-i ].  qeyri-müsəlman idi [175,  v.57-61  ].
Xamn  gen.  Mədətova  bağışladığı  [əslində  isə  Mədətovun  zorla 
qopardığı  -  T.M.  ].  10  kənd  və  3  oymaqda  cəmi  1011  qeyri-müsəlman 
ailə yaşayırdı [175, v.64 ].
Kapitan  İsmayıl  bəyə,  onun  əmi  oğlanları  Vəli  və  Nuru  bəylərə 
məxsus 2 kənd və oymaqda cəmi  192 [95-i vergi ödəyən,  97-si ödəməyən 
].  aüə yaşayırdı [175,  v.65-67 ]..
Ilacı  Ağalar  bəyin  və  Hacı  Bəylər  bəyin  mülkiyyətində  15  kənd 
və  oymaq var idi.  Bu  kənd  və oymaqlarda 497  ailə  [115-i vergi  ödəyəıi, 
382 -si ödəməyən ].  aib  yaşayırdı.
111

Ilacı Ağalar  bəyin və  Ilacı  bəylər  boyin  mülkiyyətində  15  kənd 
və oyraaq  var idi.  Bu  kənd  və  oymaqlarda 497  ailə  [115-i vergi ödəyən, 
382 -si ödəməyən ].  ailə yaşayırdı.
Səfərəli  bəy  və  qardaşlarmın  mülkiyyətində  16  kənd  və  oymaq 
vardı.  Bu  kənd  və  oyraaqlarda  cəmi  233  [183-ü  vergi  ödəyən,  50-si 
ödəməyən ].  aüə yaşayırdı [175, v.68-71  ]..
Xanlar  ağanm,  onun  qardaşı  Əhmədxanm,  anası  Bikə  ağanın və 
Əhməd  xanm arvadı  Şəmsəddinli Nəsib  Sultanm qızmm mülkiyyətində
20  kənd  və  oymaq var  idi.  Həmin kənd və  oymaqlarda xeyli çox  ailə  - 
948  [o  cümlədən  578-i  vergi  ödəyən,  370  -  i  ödəməyən  ].  ailə  yaşayırdı 
[175, 
v .
78-84].
Rüstəm  bəyə  məxsus  14  kənd  və  oymaqda  405  [218-i  vergi 
ödəyən,  187-i ödəməyən ].  ailə yaşayırdı [176,  s. 148-159 ].
Cəfərqulu  ağanm  mülkiyyətində  79  kənd  və  oymaq  var  idi. 
Həmin kənd və  oymaqlarda cəmi  1222 [o cümlədən 792-si vergi ödəyən, 
430-u ödəməyən ].  ailə yaşayırdı [176,  v. 187-208 ].
Nəhayət, Mehdiqulu xanm şəxsi mülkiyyətində 28  kənd və oymaq 
var idi.  Həmin kənd və oymaqlarda cəmi 500 [241-i vergi ödəyən, 259-u 
ödəməyən ].  ailə yaşayırdı.
1823-cü ildə  Qarabağ əyalətinin təsvirini  tərtib edərkən tərtibçilər 
adamların  etnik  mənsubiyyətini  yox,  dini  mənsubiyyətini  göstərmişlər. 
Ayrı-ayrı  mahallar  və  mülklər  üzrə  əhalinin  konfessional  tərkibi 
«əlavələrdə» verilən  137 saylı cədvəldə əks olunmuşdur.
Burada bir daha qeyd etmək  oiar ki,  1805-ci ildə Rusiya Qarabağ 
xanlığmı  tabe  etdikdən  sonra  rus  hökumətinin  müsəlman  əhalisini 
sıxışdırmaq və əksinə özünə sosial dayaq yaratmaq üçün erməniləri İran 
və  Turkiyədən  gətirib  Qarabağda  yerləşdirmə  siyasəti  nəticəsində  artıq 
1822-ci  ilə  kimi  minlərlə  erməni  ailəsi  gətirib  yerləşdirilmişdi.  Bundan 
əlavə  Qafqazdakı  rus  qoşunlarmın  komandiri  general  Yermolovun 
polkovnik  Radinskiyə  göndərdiyi  15  noyabr  1816-cı  il  tarixli 
göstərişdən məlum  olur ki,  İbrahimxəlilxəlil xanm oğlu Əbülfət xan özü 
ilə  4  min  ailəni  xaricə  aparmışdı.  Aparılan  ailəlor  şübhəsiz  ki, 
müsəlmanlardan  [və  əsasən  əlbəttə  ki,  türklərdən  ].  ibarət  olmuşdur. 
Buna görə də biz xanlıqda yaşamış Azərbaycan türklərinin sayma 4 min 
ailə  də  əlavə  edə  bibrik.  Beləliklə  belə  bir  qənaətə  gəlmək  olar  ki, XIX 
əsrin  əvvəllərində  Qarabağ  xanlığında  təqribən  22.500  aib  yaşayırmış 
və  onlardan  da  17  min  nəfərdən  çoxunu  Azərbaycan  türkləri  təşkil 
etmişdir  [89.6.1,  sən.1261,  s.834  ].  Demək  xanlığm  əvvəlki  dövrlərində 
xristianlarm  sayı  hardasa  20%-ə  yaxm,  müsəlmanlarm  sayı  isə  80%-ə 
yaxm olmuşdu.
112
C.Qlinkanın  verdiyi  məlumata  görə  II  Rusiya-İran  müharibəsi 
qurtardıqdan sonrakı  cəmi üç  ay  yarım  ərzində cənubi Azərbaycandan 
cənubi Qafqaza 8 min erməni ailəsi köçürülmüşdü,  [177,  s.92 ].  bu isə 40 
min nəfər deməkdir.
Azərbaycan  türklərinin  əksəriyyəti  oturaq  əkinçilik  və  qismən 
maldarlıqla  məşğul  olaraq  oturaq  həyat tərzi keçirirdüər,  bir hissəsi isə 
başlıca  olaraq  yaylaq-qışlaq  maldarhğ  ilə  məşğul  olur və buna  görə  də 
tərəkəmə həyat tərzi keçirirdilər.  Bu cür əhali yayda mal-qara istidən və 
ot qıtlığından tələf olmasm deyə müvəqqəti olaraq yaylağa köçürdü.  Bu 
zaman  obanın  heç  də  hamısı  köçmür,  bir  hissəsi  əkin-biçin  işlərini 
davam  ctdirmək  üçün  qalırdı.  Bir  yerdən  digər  ycrə  köçmək  adamlar 
arasmda  sıx  qohumlüq  münasibətlərinin  olmasmı  tələb  edirdi  və  buna 
görə  də  belə  insanlarm  arasmda  müəyyən  dərəcədə  tayfa  təşkilatı 
qalmaqda idi.  Biz irəlidə Qarabağda yaşayan Cavanşir, Otuziki, Kəbirli 
tayfaları  haqqında  məlumat  vermişik.  Qarabağda  yaşayan  iri  Azəri 
türk  tayfalarmdan  biri də şahsevənbr  idi.  Xanlıq dövründə şahsevənlər 
6  qola  bölünürdü:  Qocabəyli,  Bəndəlibəyli,  Poladlı,  Dəmirçili, 
Saruxanbəyli  və  Novruzəlibəyli.  Ilər  qolun  başçma  elbəyi  deyilirdi. 
Müxtəlif  vaxtlarda  Türkiyədən  və  Azərbaycanm  cənub  hissəsindən 
köçüb gələrək şahsevənlərə qoşulmuş  ayrı-ayrı aiblər də var idi [149.5.1

Yüklə 10,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin