Amea a. A. Bakixanov adina tariX İnstitutu azərbaycan tarix qurum u


§ l.İBRAIIİMXƏLILXƏLİL XANIN DAXİLİ VƏ XAKİCİ SİYASƏTİ



Yüklə 10,58 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix31.01.2017
ölçüsü10,58 Mb.
#7210
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
§ l.İBRAIIİMXƏLILXƏLİL XANIN DAXİLİ VƏ XAKİCİ SİYASƏTİ
Atasmın  ölümündən  sonra  Qarabağa  qayıdan  İbrahimxəlilxəlil 
ağa böyük qardaş  hesab olunduğu üçün xan taxtımn ona verilməsini tə- 
b b   etdi  və  hakimiyyətə  yiyələndi.  O,  avarlı  Ümmə  xamn  bacısı  Bikə 
ağaya  evləndi və  beblikb  də  böyük  hərbi  gücə  malik  bir  müttəfiq  əldə 
etdi.  Sonralar İbrahimxəlilxəlil xan Şəkili Səlim xamn bajısını da aldı və 
bu yolla Şəki xanlığına təsir etmək imkanı qazandı [58,  s.48-49; 59 s. 121 
].  İbrahimxəlilxəlil  xan avarlı Ümmə  xamn bacısı ib   evləndikdən sonra 
öz  tərəfdarlarmın  sayım  artırdı  və  qardaşım  sıxışdırmağa  başladı. 
Mehrəli bəy kömək almaq üçün Kərim xan Zəndin yamna qaçdı.  Kərim 
xandan ona kömək göstərməsini xahiş etdi.  Lakin İranm daxili işləri ilə 
məşğul  olan Kərim xan onun xahişini yerinə yetirməyə irnkan tapmadı 
[92,  s.75  ].  1779-cu  ildə  Kərim  xan  Zəndin  vəfatından  sonra  Mehrəli 
bəy  İbrahimxəlilxəlil  xanm  rəqibi  Qubalı  Fətəli  xamn  yamna  pənah 
apardı.
İbrahimxəlilxəlil 
xan 
Xəmsə 
məliklərinin 
bölüşdürücülük 
hərəkətlərinə  son  qoydu.  Ona  tərəfdar  olan  Vərəndə  və  Xaçın 
məliklərinin  qüvvələri  ilə  birlikdə  Dizaq  məliki  İsayı  Tuğ  qalasında 
mühasirəyə  aldı.  Uzun  mühasirəyə  dözməyən  İsay  təslim  oldu.  Onu 
tutub  həbsxanaya  saldılar  və  orada  boğdular  [114,  s.142  ].  Hakimyyət 
İsayın qardaşı oğlu Bahtama keçdi  [159,  s.146  ].  Ancaq,  çox  keçməmiş 
Bahtam da İbrahimxəlilxəlil xana qarşı mübarizəyə başladı.
Raffi  Gülüstan,  Çibbörd  və  Dizaq  məliklərinin  yenidən 
separatçılıq  hərəkətlərini  gücləndirmələrini İbrahimxəlil  xan  tərəfindən 
müdafiə  olunan Vərəndə və  Xaçm  məlikləri  ilə  yuxarıda  adı  çəkilən üç 
məlik arasmda mübarizə kimi təsvir edir.  Onun yazdığma görə Vərəndə 
məliyi  Şahnəzərin  öz  qızı  Hürizadı  İbrahimxəlil  xana  ərə verməsi  guya 
Dizaq  məliyi  İsayı  çox  qəzəbləndirmişdi,  çünki  Hürizad  həm  də  İsayin 
qız  nəvəsi  idi.  Məlik,  Şahnəzər  Xaçm  məliyi  Mirzəxanla  birlikdə  bir 
neçə  dəfə  İsaym  iqamətgahı  Tuğ  kəndinə  hücum  etmiş,  döyüşlərdən 
birində  1775-ci  ildə  Mirzəxan  əsir  alnıraq  öldürülmüşdü.  İbrahimxəlil 
xan  Mirzəxamn  yerinə  oğlu  Allahverdini  Xaçın  məliyi  təyin  etmişdir. 
həmin  il  Gülüstan  məliyi  Yusif  [Ovsep  ].  ölmüş,  yerinə  əwəlcə  böyük 
oğlu Bəylər, daha sonra isə ikinci oğlu Abov keçmişdir.  Abov daha çox 
məliklik daxilində sakitlik yaratmaqla məşğul idi və buna görə də İsaya 
yardım  göstərə  bilmirdi.  1780-ci  ildə  Çiləbörd  məliyi  Hətəm  İsrailoğlu 
da  ölür  və  yerinə  oğlu  Məclum  keçir.  Məclum  səbirsiz  və  qəzəbli  bir 
adam  olduğundan  məliklik  daxilində  ona  müxalif  qüvvəbr  meydana
125

çıxdı.  Betaliklə,  Dizaq  məliyi digor  iki  müttəfiq məlikdən yardım  almaq 
imkamndan  məhrum  oldu.  1781-ci  ildə  İbrahimxəlil  xan,  Vərəndə  və 
Xaçın  məliklərinin  qüvvələri  ilə  birlikdə  Tuğ  kəndini  mühasirəyə  aldı. 
Uzun  mühasirədən  sonra  İsay  danışıqlara  dəvət  olundu.  Lakin  həbs 
cdilib  zindana  salındı  və  elə  orada  öldü.  Dizaqda  hakimiyyətə  İsayın 
oğlu  Bahtami təyin edildi.[187,s.42]
İbrahimxəlilxəlil xan Çiləbyurdun nüfuzlu adamiarmdan biri olan 
yüzbaşı  Rüstəm  bəyi  öz  tərəfinə  çəkdi.  Məlik  titulu  almış  Rüstəm  bəy 
qohumu,  Yeritmakans  kilsəsinin  özünü  katalikos  elan  etmiş  keşişini 
xania əməkdaşhğa cəlb etdi [159, s. 145-146 ].
İbrahimxəlilxəlil  xanm  hakimiyyəti  dövründə  Qarabağm  qüdrəti 
lap  çox  artmışdır.  İbrahimxəlilxəlil  xan  öz  qohumu  Əsədulla  bəyi 
Təbrizin  xan  taxtma  çıxardı.  Naxçıvan,  Qaradağ  və  bəzi  xanlıqlar 
Qarabağ  xanından  asılı  vəziyyətə  düşmüşdülər.  1780-ci  ildə  Şuşada  50 
böyük və kiçik top vardı [179, v.28 və a.ü.  ].
Mirzə  Adıgözəl  bəy  İbrahimxəlilxəlil  xanm  hərbi  qüdrətini  və 
siyasi  təsirini  belə  təsvir  edirdi:  «o,  İran,  Rum  [Türkiyə ].  padşahlarına 
və  sairə  ölkələrin  hökmdarlarına  boyun  əyməyərək,  Qaradağ,  Şəki, 
Şirvan, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy, Marağa, İrəvan və hətta İraqla 
Azərbaycan  hüdudunda  olan  Qaplankuha  qədər  hökmran  oldu.  Bu 
vilayətlərin hakimlərini işdən götürmək və yenisini təyin etmək də onun 
hökm  və  fərmanı  ib   icra  edilirdi».[58,  s.48  ].Mirzə  Adıgözəl  bəy  çox 
böyük mübaliğəyə yol versə də Azərbaycanın Təbriz, Ərdəbil, Qaradağ, 
Naxçıvan  və  Gəncə  xanlıqlarımn  uzun  müddət  Qarabağ  xanlığmdan 
asılı vəziyyətə düşməbri heç bir şübhə doğurmur.
Rusiyanın  və  onun  Qafqazda  əsas  əlaltısı  olan  Kartli-Kaxetiya 
yarhğmın  əlində  oyuncağa  çevribn  məlikbr  problem br  yaratmağa, 
Ibrahimxəlilxəlil  xana  qarşı  açıq  mübarizəyə  başladılar.  Dizaq  məliyi 
Yesay,  Çiləbörd  məliyi  Məclum  və  Gülüstan  məliyi  Bəybryan  açıq 
şəkildə Qarabağ xanlığma tabe olmaqdan imtina etdilər [190.4, v.36 ].
İbrahimxəlilxəlil  xan  qəti  tədbir  görmək  məcburiyyətində  qaldı. 
Dizaq  məliyini  məhv  etdi.  Digər  məliklər,  qorxuya  düşərək  qaçıb  II 
İraklinin himayəsinə sığmdılar [190.4, v.36 ].
İbrahimxəlilxələl 
xan 
məliklərb 
mübarizədə 
diplomatik 
vasitələrdən  də  istifadə  edirdi.  Onun  gördüyü  tədbirbr  nəticəsində 
Xaçm məliyi yerdə qalan məlikbrdən uzaqlaşdı [159,  s.146 ].
Məliklərin İbrahimxəlilxəlil xana qarşı apardıqları  mübarizə uzun 
müddət müttəlıqlik  münasibətbrində  olmuş  Qarabağ  xanlığı  ilə  Kartli- 
Kaxetiya  çarlığı  arasındakı  əlaqəbrə  də  mənfı  təsir  göstərirdi. 
Məlumdur  ki,  1757-ci  ildə  Qarabağa  hücum  zamanı  ağır  məğlubiyyətə 
uğrayan  Məhəmmədhəsən  xan  Qacar  daha  sonra  Gürcüstanı  ələ
126
keçirməyə  cəhd  göstərdiyi  zaman  Pənahəli  xan  gürcülərə  yardım 
göstərmək barədə çarlarla müqavib bağlamışdı [163,  s.24-25  ].
İbrahimxəlilxəlil  xan  ÇUəbördün  nüfuzlu  adamlarından  biıi  olan 
yüzbaşı  Rüstəm  bəyi  öz  tərəfinə  çəkdi.  Məlik  titulu  almış  Rüstəm  bəy 
qohumu,  Yeritmakans  kilsəsinin  özünü  katolikos  elan  etmiş  keşişini 
xanla əməkdaşlığa cəlb etdi [159,  s.145-146 ].
Qarabağ 
xanlığmm  xarici 
siyasətində 
Quba 
xanlığı  ib  
münasibətlər  də  mühüm yer tuturdu.  Lakin təəssüflə qeyd etmək  lazım 
gəlir  ki,  bu  iki  xanlıq  arasmdakı  münasibətlər,  əsasən  düşmənçilik 
xarakteri  daşıyırdı. 
Azərbaycanm  bu  iki  qüdrətli  xanlığı  hər  biri 
bölgədə təkbaşına  hegemonluğa can atır,  qarşı tərəfə isə  öz  planlarım 
həyata  keçirməyə  mane  olan  qüvvə  kimi  baxırdı.
Bir yandan da  qubalı Fətəli xamn qardaşı İbrahimxəlilxəlil  xanın 
rəqibinə  çevrümiş  qardaşı  Mehrəli  bəyə  yardım  göstərərək  ona 
sığmacaq verməsi iki xan arasmda münasibətləri kəskinləşdirmişdi.
Digər yandan Fətəli xanm həddən artıq gücbnməsi və onun bütün 
Azərbaycan 
torpaqlarmx 
vahid  dövlətdə  birləşdirmək 
uğrunda 
mübarizəsi  Azərbaycanxn  digər xanlıqlarx kimi,  Qarabağ xanlığxmn da 
ciddi  narahathğxna  səbəb  olurdu.  İbrahimxəlilxəlil  xan  ehtiyat  edirdi 
ki,  Quba xam  Şamaxı xanlığını  ələ  keçirdikdən sonra  öz  hakimiyyətini 
Qarabağ xanlığma  da  yaymağa başlasın.  Bunun  qarşısım  almaq  üçün
o,  bütün  vasitələrb  Şamaxı  xanlığını  müdafiə  etməyə  çalxşxrdı  [86, 
s.48-49  ].  Eyni zamanda  Fətəli  xan  Azərbaycam  birləşdirmək  uğrunda 
mübarizədə İbrahimxəlilxəlil xana ciddi rəqib kimi baxırdı və buna görə 
də onunla hakimiyyət  uğrunda mübarizə aparan qardaşı M ehrəli  bəyə 
böyük  kömək  edirdi.  Buna  cavab  olaraq  İbrahim xəlilxəlil  xan 
1767-ci  ildən  Q uba  x an h ğ ın a  qarşx  çıxan  Şamaxx  hakim bri  - 
Məhəmmədsəid və  Ağasx  xan  qardaşlarm a və  onlarm müttəfiqi şəkili 
Məhəmmədhüseyn  xana  kömək  edirdi.  Konsul  Boqolyubovun  1770-ci 
ilin  iyununda  Xarici  işlər  kollegiyasma  verdiyi  məlumatdan  aydın 
olur  ki,  «Quba  xanx  Qarabağ  xanlığmı  ələ  keçirdikdən  sonra  Təbrizo 
doğru hərəkət etmək fıkrində  olmuşdur”  [75,  s.48-49 ].  Qaıabağın mərkəzi 
Şuşaya  həmlə  etsə  də  Fətəli  xan  Ağdama  qədər  gəlib,  heç  bir  mühüm 
nəticə əldə etmədən geri qayıtmağa m əcb u r  oldu.
İbrahimxəlüxəlil  xan  da  öz  təhlükəsizliyini  təmin  etmək  üçün 
tədbirlər  görürdü.  İlk  növbədə  Kartli-Kaxetiya  çarı  II  İrakli  ib  
münasibətbrinin  yaradılmasma  xüsusi  diqqət  yctirilirdi.  Çar  da 
İbrahimxəlüxəlil  xanla  ittifaq  bağlamaqda  maraqlı  idi.  Çünki  Fətoli 
xanm  həddən  artıq  gücbnməsinin  və  Azərbaycan  torpaqlarmın 
birləşdirilməsinin  qarşısım  almağa  çalışırdı.
127

Arxasmda  Rusiyanm 
dayandığı  Kartli-Kaxetiya  çarlığınm 
İbrahimxəlilxəlil  xana  hərbi  kömək  göstərməsi  Fətəli  xamn  əl- 
qolunu  bağlayır,  ona  Qarabağ  xanlığma qarşı təsirli tədbirlər görməyə 
imkan  vermirdi.  O,  yaxşı  başa  düşürdü  ki,  bu  iki  dövlət  arasmda 
ittifaq olduğundan  öz  məqsədinə  nail  ola  bilməyəcək.  Buna  görə  də 
Fətəli  xan  Rusiya  vasitəsilə  II  İrakliyə  təsir  göstərmək  və  onu 
İbrahimxəlilxəlil  xanla 
ittifaqdan  uzaqiaşdırmağa  çalışırdı.  Quba 
xanxnın  II  Yekaterinaya  ünvanlanmxş  məktubunda  deyilirdi:  «Biz 
müxtəlif  yerlərdən  hərbi  qüvvə  toplayıb  İbrahimxəlilxəlil  xana  qarşı 
göndərdiyimiz  vaxt  gürcü  hakimi  II  İraklii  öz  oğlunu  gürcü 
qoşunu  ilə  onun köməyinə göndərdi».[98.2, v.38 ].
İbrahimxəlilxəlil  xan  1773-cü  ilin  sonlarmdan  başlayaraq  fəal 
hərbi  əməliyyatlara başladı.  Həmin  ilin  sonlarında Qarabağ  xanı  öz 
müttəfıqi  II  İraklidən  dörd  min  nəfərlik  yardım  ahb  hücum  etdi  və 
tezliklə  Şamaxı  şəhərini  mühasirəyə  aldı.  Şəkili  Hüseyn  xan  da 
İbrahimxəlilxəlil  xanla  birlikdə  idi.  Hadisələrin  şahidi  olmuş  rus 
məmuru  Andrey  Filatov  1773-cü  il  dekabrm  15-də  yazırdı  ki, 
Fətəli  xan  və  müttəfiqi  Eldar  xan  bu  vaxt  Şamaxıda  olsalar  da, 
qüvvələri  az  olduğundan  oranı  tərk  etməyə  məcbur  oldular  [98.3 
v.15 ].
Məğlubiyyətlə  barışmayan  Fətəli  xan  Şamaxı  ətrafmda  yeni 
qüvvələr  topladı  və  1774-cü  ilin  əvvəllərində  əks  hücuma  keçib 
İbrahimxəlilxəlil  xan  və  onun  müttəfiqləri  üzərində  parlaq  qələbə 
çalaraq  Şamaxmı 
yenidən 
özünə 
qaytardı.  Döyüş 
zamanı 
Ibrahimxəlilxəlil  xanm  əsas  müttəfiqlərindən 
olan  Avar  hakimi 
Novsal  [Nutsal ].  xan  öldürüldü [101, s.161  ].
Fətəli  xanm  Şamaxı  uğrunda  İbrahimxəlilxəlil  xan  və  onun 
müttəfiqlərilə  mübarizə  aparmasmdan  Cənubi  Dağıstan  feodalları 
istifadə  edirlər.  1774-cü  ilin  iyulunda  Qaraqaytaq  usmisi  Əmir 
Həmzənin  başçılıq  etdiyi  Cənubi  Dağıstan  feodalları  Qubaya  hücum 
etdilər.  Xudat  yaxmlığındakı  Gavduşan  çölündə  baş  verən  həlledici 
döyüşdə Fətəli  xan  ağır  məğlubiyyətə  uğrayaraq  Salyana  çəkilməyə 
məcbur  oldu  [101,  s.162  ].  Sonralar  Fətəli  xan  rus  qoşunlarmın 
köməyilə  öz  düşmənləri  üzərində  qələbə  çalıb  itirilmiş  torpaqları  geri 
qaytarsa  da,  bu  məğlubiyyət  onun  bir  neçə  il  hücum  siyasətindən  əl 
çəkməsinə  səbəb  oldu.
Yalmz  hərbi  əməliyyatlar  yolu  ilə  Qarabağ  xanlığım  ələ 
keçirməyin 
mümkün  olmadığmı  başa  düşən  qubalı  Fətəli  xan 
diplomatik tədbirlərə əl  atdı.  1779-cu ilin əwəllərində Fətəli xan ittifaq 
təklifi  ilə  yeznəsi  Bakı  hakimi  Məlik  Məhəmməd  xam  Qarabağa 
göndərdi [114,  s.73  ].  Bu səfər müxtəlif şəkildə, ya İbrahimxəlilxəlil xanı
128
mübarizəsiz  tabe  etmək  cəhdi  kimi,  ya  da  ittifaq  bağlamaq  təklifi  ilə 
İbrahimxəlilxəlil 
xanm 
sayıqlığını 
azaltmaq 
cəhdi 
kimi 
qiymətləndirirlr.  Yəqin  ki,  bunu  anlayan  İbrahimxəlilxəlil  xan  Məlik 
Məhəmməd xanı həbs edərək iki il ərzində Şuşada saxladı.  Bu hadisə iki 
xanlıq  arasmda  münasibətləri  hədsiz  gərginləşdirirdi.  Yalnız  Fətəli 
xanm  böyük  ordu  üə  hücuma hazırlaşması  xəbərini  eşitdikdən sonra 
Qarabağ hakimi  1781-ci ildə  Məlik  Məhəmməd xanı  həbsdən  azad  etdi 
[87,  s.286 ].  Bundan  sonra  Quba  xanlığı  ilə  Qarabağ  xanlığı  arasmdakı 
münasibətlər  daha  da  kəskinləşdi.
İbrahimxəlil  xan  xanhqda  daxili-siyasi  sabitlik  yaratdıqdan 
sonra  fəal  xarici siyasət  yürütməyə  başladı.  Atasının  sağhğmda  ona 
itaət  edən  indi  isə  asılıhğından  im tina  edən  xanları  ycnidən  tabc 
etmək  qərarm a  gəldi.  Mirzə  Y usif  Q arabaği  yazır:  « 0   zamanlar 
Naxçıvan  hakimi  Kəlbəli  xanla  İbrahim  xanın  arasmda  ədavəl 
törənmişdi.  Buna  görə  də  D ağıstan  ləzgilərindən  kömək  istədi  və 
Dağxstan  hakim i  Ümmə  xanın  köməyinə  gəldi.  İbrahim   xan 
Q arabağın  athları  və  könüllüləri  ilə  [cərik  ].  birlikdə  hərəkət  etdi. 
Kəlbəli  xana  cəza  vcrmək  qərarma  gəldi  və  onun  olduğu  Qarababaya 
yetişərək  dayandı.  Q oşuna  kəndləri  və  əkin  yerlərini  dağıtmaq 
əmrini  verdi...  Tiflis 
istiqamətində  geri  çəkilən  Kəlbəli  xanın 
köməyinə,  onun  xahişi  üə  məşhur  Zcylan  və  Qarapapaq  kürdlərini 
göndərən  İrəvan  xanı  çatdı.  Ciddi  müqavimətə  rast  gələn  İbrahim 
Xəlil  xan  geri  -  Qarabağa  çəkilməyə  məcbur  oldu. 
Buna 
baxm ayaraq  N axçıvana  hərbi  yürüş,  İbrahim xəlil  xanın  Kəlbəli 
xanla  dostluğunun bünövrəsini qoydu».[62, s.82 ].
Qarabağ 
xanlığı 
ilə 
Kartli-Kaxetiya 
çarlığı 
arasında 
münasibətlərdə Gəncə xanlığı mühüm  yer  tuturdu.  Məlum  olduğu  kimi 
Gəncə xanhğmm əsasmı qoymuş  Şahverdi xan [1747-1760 ].  hakimiyyət 
başma  gəlməsində  Kartli-Kaxetiya  çarlığmm  ona  göstərdiyi  hərbi 
yardım müqabilində  hər il gürcü çarma  10  min  tümən məbləğində vergi 
ödəməyi  öhdəsinə  götürmüşdü.  Ancaq,  Şahverdi  xandan  sonra  taxta 
çxxmış  Məhəmmədhəsən  xan  bir  müddətdən  sonra  II  İrakliyə  xərac 
ödəməkdən  imtina  etdi  [34,  s.70  ].  1780-ci  ildə  sui-qəsd  nəticəsində 
Məhəmmədhəsən xanm qətlə yetirilməsmdətv sonra  Gəncə yaxmhğında 
vaziyyət  kəskin  şəkildə  pisləşməyə  başladı.  Hakimiyyəti  zorla  ələ 
keçirmiş  Məhəmməd  xanın  yeritdiyi  daxili  və  xarici  siyasət  Gəncə 
xanlığım  xeyli  zəiflətdi.  Gəncədən  alınan  gəlirin  itirilməsi  ilə  barışmaq 
istəməyən  II  İrakli  yaranmış  məqamdan  faydalanmağa  çahşaraq  1780- 
ci  ildə  İbrahimxəlilxəlil  xanla  birləşib  Gəncəni  ələ  keçirdi  [34,  s.70  ]. 
Gəncə  xanlığmı  II  İrakli  və  İbrahimxəlilxəlil  xanm  təyin  etdikləri 
nümayəndələr  idarə  etməyə  başladılar.  Kartli-Kaxetiya  çarını  və
129

İbrahimxolilxəlil  xanı  həm  də  qubalı  Fntoli  xanm  Goncnyo  yiyələnmək 
cəhdinə  qarşı  birgə  mübarizə  birləşdirirdi.  Hər  iki  hakim  arasmda 
münasibətlər  o  qədər  istüəşmişdi  ki,  İbrahimxəlilxəlil  xamn  vəziri, 
görkəmli  Azərbaycan  şairi  M.P.Vaqilın  başçılıq  etdiyi  nümayəndə 
hcyəti 1783-cü ildə Kartli-Kaxetiya çarhğının Rusiyanm himayəsi altma 
keçməsi münasibətilə Tiflisdə təşkü edümiş  şənliklərdə yaxmdan iştirak 
etmişdi [37,  s.57-58 ].  Ancaq, II İrakli öz müttəiiqinə qarşı münasibətdə 
səmimi  deyüdi,  məkrli,  xəyanətkar  siyasət  yeridirdi.  Belə  ki,  o, 
əlaltmdan Qarabağm  xristian məliklərini himayə edir,  İbrahimxəlilxəlil 
xana  qarşı  qızışdırır,  eyni  zamanda  Gəncəyə  təkbaşma  yiyələnməyə 
çalışırdı.
İbrahimxəlüxəlil 
xan 
xanlıq 
daxilində 
öz 
hakimiyyətini 
möhkəmbndirməklə  yanaşı  digər  xanhqlara  da  öz  təsirini  yaymağa 
çalışırdı.
1780-ci  üdə  Qarabağ  xanlığı  ilə  Kartli-Kaxetiya  çarhğmın 
Gəncəni  əb  keçirmələri  Fətəli  xanı  daha  da  çox  narahat  etməyə 
başladı.
1780-1781-ci  ülərdə  Fətəli  xan  II  Yekaterina  hökumətinə 
müraciət 
edərək,  ondan  II  İrakliyə  təsir  göstərməyi,  gürcü  çarını 
Azərbaycan  xanlıqlarmm  daxili  işlərinə  qarışmaqdan  çəkindirməyi 
xahiş  edirdi.  O,  II  Yekaterinaya  göndərdiyi  çoxsaylı  məktublardan 
birində  yazırdı:  «İrakli  İbrahimxəlil  xanla  birləşərək  Gəncəni  əb  
keçirmiş,  orada  hərəsi  bir  canişinlik  yaratmış  və  vergilər  yığırlar. 
Onlar 
Naxçıvanı,  İrəvanı  və  Çar-Balakəni 
də 
ələ  keçirmək 
ilkrindədirlər.  Onlar  Bakı  xamnı  da dostluq  pərdəsi  altmda  Qarabağa 
apararaq  əsir  etmişlər.  Mən  son  iki  iidə  dəfələrlə  İrakliyə  müraciət 
edərək onun  azad olunmasım  istəmişəm.  O  isə mənim xahişimi eşitmək 
istəməmişdir.  Onlar  bütün  Azərbaycanı  ə b   keçirmək  istəyirlər»  [190.5, 
v.98-105 ].
Fətəli  xan Rusiya  hökumətinə  yazdığı  məktubiarda  Cənubi 
Qafqazda  baş  verən  siyasi  çəkişmələrin  əsas  günahmm  II  İraklidə 
və  Ibrahimxəlilxəlil  xanda  olduğunu  göstərirdi.  O,  bildirirdi  ki,  II 
İrakli  Azərbaycan  xanlıqlarmm  daxiii  işbrinə  qarışmaqdan  imtina 
edərsə,  onda  Dağıslan  hakimbrinin  Gürcüstana  yürüşünün  qarşısmı 
alacaqdır. 
Əks  təqdirdə  isə,  Azərbaycanda 
sakitlik  oimayacaq, 
dağıstanlılarm  Gürcüstan  üzərinə  hücumları  davam  edəcək,  hətta 
İran  və  Türkiyə  də  münaqişəyə  cəlb  olunacaqlar.  Bu  isə  çoxlu  qan 
tökülməsinə  səbəb  olacaq.  190.5 s. 100].
Rusiya üə aparılan yazışmaların müsbət  bir  nəticə  vermədiyini 
görən  Fətəli  xan İbrahmxəlil  xana qarşı  yeni  yürüşə  ciddi  hazırlaşdı. 
1780-ci  üdə  Quba  xanı  öz  müttəfıqi  Tarku  şamxalı  üə  birlikdə  Kür
130
çayım  keçərək  Qarabağ üzərinə  yürüş  etdi.  Buna cavab  olaraq  Kartli- 
Kaxetiya çarı öz  müttəfıqi İbrahimxəlilxəlil xana kömək üçün oğlanları 
Georqi  və  Davidin  başçılığı  altrnda  böyük  qoşuıı  göndərdi  [114, 
s.113 ].
1783-cü  üin  yazmda qubalı  Fətəli xan Qarabağ xanlığı üzərinə 
növbəti  yürüş  üçün  hazırlıq  görməyə başladı. Yürüşün uğurunu təmin 
etmək  üçün  o,  Lənkəran və  Şəki xanlıqlarımn,  habelə  bir  sıra  Cənubi 
Dağıstan  hakimlərinin  də  qüvvələrindən  istifadə  etmək  qərarma 
gəlmişdi,-
Fətəli 
xan 
Cənubi  Azərbaycanm  bir  sıra  xanlarım  da  öz 
tərəfınə cəlb  etməyə  nail  olmuşdu.  Görünür  İbrahimxəlilxəlil  xandan 
müəyyən  qədər  asıh  olub  bac  verən  Xoy,  Təbriz,  Urmiya  xanlıqları 
Fətəii  xanın  yardımı  ilə  bu  asılılıqdan  azad  olmaq  niyyətində  idüər.
1782-ci iidə  Qaradağ  hakimi  İsmayıl  xan İbrahünxəlilxəlil  xana vergi 
ödəməkdən  imtina  etdi.  İbrahimxəlüxəlil  xan  onun  üzərinə  qoşun 
yeridib  əvvəlki  vəziyyəti  bərpa  etməyə  çaiışsa  da,  öz  məqsədinə  çata 
bilraədi [190.6,  v.2  ].  Görünür,  Fətəli xanın  Qarabağa  hücum  təhlükəsi 
İbrahmxəlü  xana  Qaradağda  uzunmüddətii  hərbi  əməliyyatlar 
aparmağa  imkan vermirdi.  Tezliklə  Urmiya  hakirai İmamqulu  xan  da 
İbrahimxəlilxəlil  xana  tabe  olmaqdan  imtina  etdi.  O,  1783-cü  ilin 
əvvəllərində  Təbriz  ələ  keçirdi  və  Qarabağ  xanlığına  qarşı  Azərbaycan 
və  Dağıstan  hakimlərindən  ibarət  güclü  bir  ittifaq  yarada  büdi.
Yaranmış 
təhlükəli 
vəziyyət  İbrahimxəlilxəlil  xanı  cavab 
tədbirləri  görməyə  məcbur  etdi.  Əldə  olunmuş  razılığa  görə  Fətəli 
xan  Qarabağa  hücum  edəcəyi  təqdirdə  İbrahimxəlilxəlii  xanın  əsas 
müttəiıqi  olan  Avar  hakimi  Ümınə  xan  və  Qaraqaytaq  usmisi  ona 
arxadan  zərbə  vurmalı  idilər [164,  s.178].
Eyni  zamanda  İbrahimxəlilxəlü  xan  müttəfiqi  II  İraklidən 
xahiş  etdi  ki,  o  Rusiyanm Fətəli xanı  yürüşdən  çəkindirməsinə  naü 
olsun.  II 
İrakli  1783-cü  üin  fevrahnda  Qafqaz  xəttindəki  rus 
qoşunlarmm  komandanı  general P.S.Potyomkinə  yazdığı  məktubunda 
ondan xahiş  edirdi  ki,  Fətəli  xam  Qarabağa  hücum  etmək  fıkrindən 
daşındırmaq  üçün  tədbirbr  görsün.  Gürcü  çarı  əks  halda  öz  müttəfıqi 
İbrahimxəlüxəlil  xana  kömək  göstərmək  məcburiyyətində  qalacağmı 
büdirdi  [134,  s.178  ].  P.S.Potyomkin  özünün  nüraayəndəsi  vasitəsilə 
Fətəli  xana  təsir  göstərib  onu  Qarabağa  hücum  etmək 
fikrindən 
yayındırmağa  nail  oldu  [190.7,  v.24-26  ].  Bununla  belə,  Quba  xanı 
özünün  və  müttəfıqlərinin  böyük  ordusu  ilə 
Qarabağa  daxil  olub 
müəyyən dağıntılar törədə bilmişdi [89, s.165 ].
Rus komandanlığmın göndərdiyi  tərcüməçi  Mustafa Murtaziyev 
Fətəli 
xanı  Qarabağda  Ağdam 
qəsəbəsinin  yanında  tapmışdır.
131

Murtaziyevin  eşitdiyinə  görə  Şamaxı  hakimləri 
Məhəmməd  Səid  və 
Ağası  xanlar,  Şəkili  Əbdülqədir  xan,  Muğanlı  Tale  Həsən xan,  Tarki 
hakimi  Murtuza Əli,  Lənkəranlı  Qara xan və daha  bir  neçə  Dağıstan 
hakimi  Fətəli  xamn  yanında  idilər.  Onların  dediklərinə  görə  Fətəli 
xanm  yalnız 
muzdlu  döyüşçülorinin  sayı  13  min  nəfərə  çatırdi. 
İbrahimxəlilxəlil  xan  bu  cür  üstün  qüvvəyə  müqavimət  göstərməyi 
mümkün  saymayaraq  Şuşa  qalasında  möhkəmlənmiş  və  hadisələrin 
gedişini  gözbyirdi.  Fətəli  xan  da  Şuşanı  ala  bilməyəcəyini  düşünüb 
ətraf kəndləri qarət  edib, xeyli əsir  götürərək  geri qayıtmışdı  [190.7, v.6
ı.
A.Bakıxanovun  yazdığma  görə  1784-cü  ildə  Fətəli  xan  yenidən 
Qarabağa  hücum  etmiş,  Ağdamı  və  demək  olar  ki,  bütün  düzən 
Qarabağı  var-yoxdan  çıxartmışdı.  Şəkili  Hacı  Əbdülqədir  də  bu 
yürüşdə iştirak edirdi [101,  s.165  ].
İbrahimxəlilxəlil  xan düşmən koalisiyanı zəiflətmək  üçün yamnda 
saxladığı  bir  neçə  il  əw əl  qətlə  yetirilmiş  şəkili  Hüseyn  xamn  oğlu 
Məhəmmədhəsən  ağanı  Cara  göndərdi.  Məhəmmədəhəsən  ağa 
carlılardan  kömək  alıb  Şəkiyə  hücum  etdi,  ilk  cəhddə  Şəkiyə  daxil  ola 
bildi və özünü xan elan etdi.  Hacı Əbdülqədir xan Əlvəndə, Ağası xanın 
yanına  qaçdı.  Məhəmmədhəsən  xan  Ağası  xandan  Əbdülqədir  xanın 
verilməsini  tələb  etdi  və  sonuncu  həmin  tələbi  yerinə  yetirməli  oldu. 
Hacı  Əbdülqədir  xan yeddi  oğlu  ilə  birlikdə qətlə  yetirildi  [101,  s.165  ]. 
Eyni  zamanda  Avar  xanı  qohumu  İbrahimxəlilxəlil  xana  üç  min 
nəfərlik yardım göndərdi.  Qubalı Fətəli xan geri qayıtmalı oldu.
İbrahimxəlilxəlil  xanın  üstünlük  qazanmağa  çalışdığı  ərazilərdən 
biri  də  Gəncə  xanlığı  idi.  Ş.Burnaşev  yazır:  «Gəncəni  ələ  keçirdən 
İbrahimxəlil  xan  Məhəmməd  xam  [Gəncə  hakimi  nəzərdə  tutulur  -  
T.M.  ].  əsir  aldı.  1784-cü  ildə  Məhəmməd  xan  əsirlikdə  öldü. 
İbrahimxəlil  xan  Azərbaycamn  bir  sıra  xanlarınm,  o  sıradan  Xoy 
xanının  Məhəmməd  xamn  Gəncəyə  qaytarılması  haqda  xahişini  rədd 
etdi.  O,  eyni  zamanda  Gürcü  çarımn  Məhəmməd  xanı  ona  verilməsi 
tələbini  də  radd  edərək,  sonuncuya  ölüm  hökmü  verdi.  Bu  da  Gəncə 
əhalisini qəzəbləndirdi».  Məhəmməd xamn qardaşı Rəhim bəy Şuşadan 
Gəncəyə qaçaraq,  onun  Gəncə xanı  kimi tamnmasmı  II İraklidən tələb 
etdi.  Xanlığın  idarəçiliyinə  nəzarət  edən  İbrahimxəlilxəlil  xan  buna 
mane  oldu,  Rəhim  bəyin  əvəzinə  Cavanşirin  Gəncəyə  xan  vəzifəsinə 
təyin olunmasmm tərəfdarı oldu [112,  s.8 ].
1785-ci  ildə  Fətəli  xan  Şamaxıda  Ağası  xan  və  onun  müttəfıqi 
Məhəmmədhəsən  xanla  vuruşduğu  zaman  İbrahimxəlilxəlil  xamn 
qardaşı  Mehrəli  bəy  də  onun  yanmda  idi.  Bir  gecə,  Mehrəli  bəy 
Bakıdan  Fətəli  xanm  düşərgəsinə  gedərkən  yolda  Ağası  xanın  oğlu
132
Əhməd bəylə rastlaşdı və onun tərəfindən öldürüldü.  Fətəli xan Mehrəli 
bəyin cənazəsini böyük  ehtiramla  Qarabağa  göndərdi.  İbrahimxəlilxəlil 
xaıı Ağası xamn əlindən qəzəbləndi və Fətəli xanla barışdı.
Ancaq,  çox  keçməmiş  Fətəli  xanla  qarabağlı  İbrahimxəlilxəlil 
xan  arasmda  münasibətlər  yenidən  xeyli  gərginləşmişdi.  Qarabağa 
növbəti hücuma  hazırlaşan Fətəli  xan  Kür  çayı  üzərində yeni  körpü 
tikməyi əmr etdi.  Buna cavab olaraq İbrahimxəlilxəlil  xan öz  ordusunu 
Bayat  qalası  yaxmlığmda  cəmbşdirərək  döyüşə  hazırlaşmağa  başladı. 
Lakin son anda Fətəli xan  Qarabağa  yürüşdən  imtina  etməli  oldu.
Fətəli  xan  1786-cı  ilin  əvvəllərində  İbrahimxəlilxəlil  xamn  Mə- 
həmməd  Səid  xam  hakimiyyətdən  kənarlaşdırıb  yerinə  qardaşı  Ağası 
xanm  Şamaxı  xanlığı  taxtına  çıxarmağa  çalışması  haqqmda  məlumat 
alıb İbrahmxəlil xandan təbb  etdi  ki,  Şamaxı  xanlığımn daxil  işbrinə 
qarışmaqdan əl  çəksin  [190.8,  v.27-28  ].  Bu  təklifə  rədd  cavabı  gəldi. 
Qeyd  edək  ki,  Şamaxı  xanlığma  Ağası  xamn  çıxarılması  məsələsində 
Lənkəran  xanı  da  Qarabağ  xanınm  mövqeyini  müdalıə  edirdi.  Təhdid 
yolu  ilə  məqsədinə  nail  ola  bilməyən  Fətəli  xan  diplomatik  üsullara  əl 
atdı,  Qarabağ  və  Lənkəran  xanlarma  qiymətli  hədiyyəbr  göndərdi və 
sonuncular Ağasi  xanı  müdafıə etməkdən əl  çəkdilər.  Fətəli  xan  Ağasi 
xanı  həbs  edərək  əvvəlcə  Bakıya,  oradan  isə  Dərbəndə  göndərdi 
[190.8, v.27-28 ].
Sonrakı illərdə də Fətəli xan öz hakimyyətini bütüıı Azərbaycana, 
o  cümlədən  Qarabağ  xanlığma  yaymaq  üçün  fəaliyyətini  davam 
etdirirdi.  1787-ci  ilin  yanvarmda  Şamaxı  yaxmlığmda  Fətəli  xanla 
İbrahimxəlilxəlil  xanın  qoşunları  arasmda  döyüşlər  getməsi  haqqında 
məlumat var [114,  s.273-274 ].
1789-cu  il  yanvarm  25-də  Rusiya  donanması  kapitanı  Şişkinin 
komandanlığa  yazdığı  raportundan  məlum  olur  ki,  qubalı  Fətəli 
xanla  Kaxetiya  çarı  II  İrakli  Qarabağ  xanına  qarşı  ikitərəfli  ittifaq 
görüşü  hazırlamışdılar  [74,  s.29-30  ]..  Gorüş  Gəncə  xanlıgı  ərazisində  - 
Şəmkirçay  kənarında  baş  tutdu.  Görüşə  şəkili  Məhəmmədhəsən  xan  da 
dəvət edildi.  Görüşdə qərara alındı ki,  Fətəli xan Cənubi Azərbaycan yürüş 
etsin,  Şəmsəddin  sultanlığı  isə  Gəncə  xanına  qaytarılsm.  Fətəli  xan  və  II 
İrakli ilə  Şuşa istiqamətındə hərəkət etmək qərarma gəldilər.  Lakin  1789-cu 
il martın 22-də Fətəli xamn qəfil ölümü buna imkan vermədi.
Qarabağ  xanlığmm  xarici  siyasətində  Naxçıvan,  Xoy,  Təbriz  və 
Qaradağ  xanlıqları  ilə  münasibətlər  də  mühüm  yer  tuturdu. 
İbrahimxəlilxəlil  xan  həmin  xanlıqlar  arasmda  gedən  çəkişməbrdən 
onlar üzərində öz təsirini gücləndirmək üçün məharətlə istiladə edii'di.
Mirzə  Adıgözəl  bəy  yazır:  « 0   [İbrahimxəlilxəlil  xan  -  T.M.  ].  öz 
qoşunu  və  zəfər  nişanəli  Dağıstan  əsgərlərinin  köməyib  Qaradağ
133

mahalmı  aldı və  Kürdoşt vilayətini alt-üst etdi.  Bu vilayətin divar, bürc 
va hasarlarının  xarabaları  indi də durur.  Əhalisi qaçıb Əhərdə yerləşdi. 
Kürdaşt  xanı  Mustafa  xan  isə  əsir  düşdü.  Qaradağ,  Şahsevən və  başqa 
tayfalarm  xanlarından  bəzisi  qohum  olduqları  üçün  bəzisi  də  zorla 
onun hökmünə və tabe fərmamna itaət etdilər» [58, s.49 ].
Mirzə  Yusif  Qarabağinin  yazdığına  görə  İbrahimxəlilxəlil  xan 
carlılann  yardımı  ilə  Qaradağ  xanmın  sığmcağı  olan  Goruşt  qalasını 
alıb  dağıtmış,  sakinlərini  isə  başqa  yerlərə  köçürtmüşdü.  Qaradağh 
Mustafa  xan  tutulub  Şuşa  həbsxanasına  salmmışdı.  Qaradağın  bəzi 
mahaiları  İbrahixəlil  xan  tərəfindən  öz  sərkərdələrinə  bəxşiş  edilibmiş 
[58, s.24-25 ].
XVIII  əsrin  80-cı illərinin əwəllərində İbrahimxəlilxəlil  xan  Kartli- 
Kaxeti  çarı  II  İrakli  və  Hüseynəli  xanla  birlikdə  kəngərlilərdən  olan 
Abbasqulu  xanm  Naxçıvan  xanlığmda  hakimiyyətə  gətirilməsinə  yardım 
ctdi.  Ancaq,  Xoylu  Əhməd  xan  Abbasqulu  xanın  əmisi  oğlu  Cəfərqulu 
bəyi  dəstəkləyirdi.  Bu  işdə  yardım  almaq  üçün  1779-cu  iidə  Kərim  xan 
Zəndin  ölümündən  sonra  Mərkəzi  İranda  hakimiyyəti  ələ  keçirtmiş  Əli 
Murad  xana  müraciət  etdi.  Əli  Murad  xan  Gülşirəli  xan  adlı 
sərkordəsinin  başçılığı  ilo  Naxçıvana  hərbi  qüvvə  göndərdi.  Abbasqulu 
xan  Naxçıvanı  tərk  edib,  Tiflisə,  II  İraklinin yamna qaçdı  [25,  s.50-51  ]. 
Abbasqulu  xan yenidən hakimiyyətə qayıtmaq üçün Iİ İraklii iiə bərabər 
İbrahimxəlüxəlil  xana  da  müraciət  edirdi.  II  İrakli  Naxçıvan  xanlığını 
Xoylu  Əhmod  xanın  vasitəçiliyi  ilə  Abbasqulu  xanla  Cəforqulu  xan 
arasında  bölüşdürməyi  təklif  etdi  [25, s.57 ].
Qarabağlı İbrahimxəlil xan və Xoylu  Əhməd  xan Təbrizi tutub əldə 
cdilmiş  qəniməti  bölmək,  daha  sonra  Naxçıvam  ələ  keçirib,  1783-cü  ildə 
isfahanlı  Əlimurad  xan  tərəfindən  devrilmiş  Abbasqulu  xanı  hakimiyyətə 
gətirmək» barədə  razılığa gəldilər [114,  s.176 ].
Əldə  olunmuş  razılaşma  əsasmda  İbrahimxəlil  xan  qoşunla 
Naxçıvana  tərəf  hərəkət  etdi.  İbrahimxəlil  xanm  güclənməsini  istəməyən 
Rusiyanm  Gürcüstandakı  nümayəndəsi  D.S.Burnaşev  Xoy  və  Urmiya 
xanlarma  məktub  yazıb  onlardan  İbrahimxəhl  xanın  yürüşünə  mane 
olmağı tələb  etdi.  Lakin İbrahimxəlil xanm qoşunları Naxçıvan xanlığımn 
ərazisinə  daxil  oldular və  Cəfərqulu  xan  Şərur çayı  sahilindəki bir qalada 
gizləndi  [190.9,  v.20  ].  1785-ci  Uin  maym  əvvəllərində  İbrahimxəlil  xarun 
qoşunu  Naxçıvan  qalasım  ələ  keçirib,  Abbasqulu  xarun  Naxçıvanda 
hakimiyyətini  bərpa  etdi  [190.10,  v.323  ].  Lakın  Cəfərqulu  xanı  tutmaq 
mümkün olmadı. Naxçıvam tərk edən Cəfərqulu xan Xoylu  Əhməd xamn 
köməyi  ilə  bir  neçə  qalam  ələ  keçirmiş,  Hacı  Dəmir  qalasını  özünə 
iqamətgah  seçmişdi  [25,  s.60].
134
1786-cı  ildə  Cavad  xam  hakimiyyət  başma  gətirməklə  Gəncədə 
hakinıiyyət  məsələsini  müvəqqəti  də  olsa  öz  xeyrinə  həll  edəıı 
İbrahimxəlilxəlil 
xan 
əvvəlki 
ildə 
nəzərdə 
tutduğu 
yüıüşü 
gerçəkləşdirmək üçün imkan qazandı.  Lakin o,  Təbriz üzərinə yürüşdən 
əvvvəl  Naxçıvan  xanlığma  səfər  etməli  oldu.  Çünki  bu  İrəvan,  Xoy  və 
Qarabağ,  habelə  Kartli-Kaxetiya  çarlığı  hakimlərinin  hər  biri 
Naxçıvanda hakimiyyətə öz tərəfdarım gətirmək istəyirdi.  Bu isə həmin 
xanlıqda  hakimyyətdə  öz  adammı  görmək  istəyən  İbrahimxəlilxəlil 
xanın maraqlarına zidd gəlirdi.  O, özünün yaxın adamı olan Abbasqulu 
xanı Naxçıvan xanı etməyə çalışırdı [190.10, v.234 ].
Mənbələr  göstərir  ki,  1787-ci  ilin  iyun  ayında  İbrahimxəlilxəlil 
xan  artıq  Naxçıvanı  ələ  keçirmişdi.  II  İrakli  Ibrahimxəlilxəlil  xantn 
Naxçıvanda  və  İrəvanda  möhkəmlənməsinin  qarşısmı  almaq  üçün  bu 
vaxt  müvəqqəti  olaraq  Kartli-Kaxetiya  çarlığından  asılı  olan  İrəvan 
xanı  da  İbrahimxəlilxəlil  xana  qarşı  qoşun  toplamağa  çağırdı.  Lakin 
müttəfiqlər  Qarabağ  xanımn  Naxçıvandakı  fəaliyyətinin  qarşısım  ala 
bilmədilər [190.10, v.234 ].
Qafqazdakı  rus  qoşunlarımn  baş  komandam  general  P.S. 
Potyomkin  yazırdı  ki,  İbrahimxəlilxəlil  xan  öz  qohumu  Avar  xanı  ilə 
birləşərok Naxçıvanda möhkəmlənməyə çahşır [190.10,  v.234 ].
Mirzə  Yusif  Qarabaği  yazır:  « 0   zamanlar  Naxçıvan  hakimi 
Kəlbəli  xanla  İbrahimxəlil  xanın  arasmda  ədavət  törənmişdi.  Buna 
görə  də  Dağıstan  ləzgilərindən  kömiək  istədi  və  Dağıstan  hakimi 
Ümmə  xan onun  köməyinə  gəldi.  İbrahimxəlil xan  Qarabağm  athları 
və  könüIIüJəri  [cərik 
].
  iJə 
birlikdə  hərəkot  etdi.
  XəJbsJi 
xana  czza 
vermək  qərarına 
gə\dı  və  onun  o\duğu 
Qara'ba’baya 
yet'ışərək 
dayandı.  Qoşuna  kəndləri  və  əkin  yerlərini  dağıtmaq  əmrini  verdi...
O,  Qarababam  mühasirəyə  aldı».[62,  s.25  ].  Qarababa  yaxmlığmda 
tərəflər üz-üzə gəldilər.  Kəlbəli xan bir qədər geri çəkildi, sonra isə ’i'itlis 
yolu  ilə  qaçmağa  başladı.  Ümmə  xan  Kəlbəli  xam  təqıb  etdi,  lakin 
İbrahimxəlilxəlil  xanm  təkidi  ilə  təqibi  dayandırdı.  Kəlbəli  xan 
İbrahimxəlilxəlil  xanm  hücum  edəcəyini  bilirmiş  və  buna  görə  də 
əwəlcədən  İrəvan  xamndan  yardım  istəmiş,  o  da  bir  qədər  süvari 
göndərmişdi.  İrəvan  xanmın  göndərdiyi  süvari  dəstələr  carlılara  hücum 
etdi.  Carlılar  bu  həmləyə  davam  gətirməyib  qaçdılar.  İbrahimxəliJxəIiJ 
xan  vəziyyətin  onun  zərərinə  dəyişdiyini  görüb  Qarababamn 
mühasirəsini  ləğv  etdi  və  öz  qüvvələrinə  Qarabağa  qayıtmağı  əmr  etdi. 
Bundan sonra Kəlbəli xanla dost olmağa söz verdi [62,  s.25 ].
Naxçıvanda  öz  mövqelərini  möhkəmləndirən  İbrahimxəlilxəlıl 
xan  Araz  çaymı  keçərək  Cənubi  Azərbaycana  daxil  oldu.  Mirzə  Yusif 
Qarabaği yazır  ki,  «İbrahimxəlil  xan Naxçıvanı zəbt  etdikdən  sonra  öz
135

bacarığma daha da güvəndi.  Ağa Məhommad xanm İranda hökmranlıq 
etməsinə  baxmayaraq,  işi  hələ  də  tərəqqi  etməmişdi.  Onun  bu  zaman 
Fars  və  Şiraz  tərəflərdə  olduğundan  istifadə  edərək,  İbrahimxəlil  xan
1788-ci ildo Xoy vilayotini ö/üno tabe etmək ilkrinə düşdü.  O, ləzgi, car, 
avar və Qarabağın könüllülərini və Qaradağm qoşunlarmı toplayıb Xoy 
tərəfə hərəkət etdi».[62,  s.26 ].
Lakin  Qarabağ  xanı  uğur  qazana  bilmədi.  Əhməd  xanm 
ölümündən  sonra  Xoy  xanlığmda  hakimiyyətə  gəlmiş  Cəfərqulu  xan 
İbrahimxəlilxəlil xanm Mərəndə  daxil  olması xəbərini eşidib  onun qar- 
şısmı  kəsmək  üçün  hərəkətə  başladı  Mərənd  yaxmlığında  baş  verən 
hərbi  toqquşmada  İbrahimxəlilxəlil  xan  məğlub  olub  geri  çəkildi  [54, 
s.26 ].
İbrahimxəlil  xan  Naxçıvanı  tərk  etdikdən  bir  müddotdən  sonra 
Coforqulu  xanın  qardaşı  [F.Əliyev  və  M.Əliyev  bir  yerdə  onu  əmisi 
oğlu,  digər  bir  yerdə  isə  qardaşı  oğlu  adlandırırlar.  ].  [25,  s.  61-62  ]. 
Kəibəlı  xan  Abbasqulu  xanı  hakimiyyotdən  konarlaşdırıb özünü  1787-ci 
ildə xan elan etdi.  Bu zaman II İrakli İbrahimxəlil xamn Naxçıvanı tutduğu 
xəbərini  eşidib  knyaz  İvan  Baqrationu  İbrahimxəlil  xanm  Naxçıvanda 
möhkəmlənməsinə  yol  verməmək  üçün  qoşunla  Naxçıvana  göndərmişdi. 
Lakin artıq  Naxçıvanı ələ keçirmiş  Kəlbəli  xan gürcü qoşunlarım qalaya 
buraxm adı  [190.9,  v.324 ].
Knyaz 
Baqration 
Naxçıvan 
qalasını 
mühasirəyə 
alıb 
İbrahimxəlil xanın dalınca bir dəstə göndərdi. Həmin dəstə Sisyan ətrafında 
az  sayh  Qarabağ  qoşunlarx  ilə  qarşılaşdı.  İki  tərəf  arasmda  baş  verən 
döyüşdə  Qarabağ  qoşunları  geri  çəkildilər.  İbrahimxəlil  xanla  II  İrakli 
arasxnda  ixtilaf  olduğundan  xəbər  tutan  Cəfərqulu  xan  Baqrationun 
köməyilə  Naxçxvanda  hakimiyyətini  qaytarmağa  cəhd  etdi.  Lakin 
Baqrationun  Naxçıvanı  tutmaq  səyi  puça  çıxdı  və  gürcü  dəstəlori  ətraf 
kəndləri  qarət  edib,  çoxlu  mal-qara  ələ  keçirərək  geri  döndülər  [25, 
s.61].
Beləliklə,  Naxçıvanda  Kəlbəli  xan  hakimiyyətə  gəldi  Kəlbəli  xan 
Abbasqulu  xanı  sakitləşdirmək üçün  onu  Naxçıvana  dəvət  etdi  və  böyük 
imtiyazlar verdi [25,  s.61  ].
Ancaq  tezliklə  İbrahimxəlilxəlil  xanla  Kəlbəli  xan  arasmda 
ədavət  düşdü.  Qarabağ  xanı  Naxçıvana  yürüş  etdi.  Kürdəşt  xanı 
Mustafa  xan  isə  əsir  düşdü.  Mirzə  Adıgözəl  bəy  yazır  köməkliyi  ilə, 
Qaradağ,  Şahsevon  və  başqa  tayfaların  xanlarmdan  bəzisi  qohum 
olduqları  üçün,  bəzisi  də  zorla  onun  hökmünə  və  tabe  fərmanına  itaət 
etdilər [58,  s.49 ].
Mirzə  Yusif  Qarabaği  yazır:  «Suvarilərin  də  çoxu  tutulub 
tərkisilah  edildi,  qalanları  isə  bir  daha  müharibə  meydanına
136
qayıtmayıb  evlərinə  və  səhraya  üz  qoydular.  İbrahim  xanın  bütün 
hərbi  ləvazimatı  qarət  edildi.  Bi  gün əvvəl  [sabah Xoy şəhərini tutub, 
özümüzü  Xoy  şəhərinin  içində  görərik  deyən  M olla  Pənahı  da 
tu tu b ,  bir  neçə  əyan  və  ə şrə flə   Xoy  şo h ə rin ə   apaıdılar. 
Qnların  içərisində  olan  İbrahim  xanın  əmisi  oğlu  Fərzi  bəy  də 
vardx».[62,  s.26  ].  İbrahim xəlil 
xan 
adam larını 
əsirlikdən 
qurtarm aq  m əqsədilə  Cəfərqulu  xanla  danışığa  girdi,  dostluq 
müqaviləsini  imzaladı.
Əsirlikdə olarkən Vaqif demişdi:
Vaqifom mən bu sofordən ki, salamat qayıdam,
Tövbə gər bir də qiyamət günü çıxsam Qəlodən [62,  s.26 ].
Bir müddət  sonra İbrahimxəlilxəlü  xan Xoy xanı  ilə  barışdı və öz 
adamlarxnı əsirlikdən xilas etdi.
İbrahimxəlilxəlil  xanm  Mərənd  yaxmlığmdakı  məğlubiyyətin 
əvəzini Təbrizi ələ keçirməklə çxxmaq cəhdi də nəticə vermədi. Təbrizdə 
möhkəmlənon  Coforqulu  xan  İbrahimxəlilxəlil 
xanı  oraya  da 
buraxmadı.  Kəlbəli  xanm  Naxçıvanda  Abasqulu  xanı  devirərək 
hakimyyəti  ələ  keçirməsi  xəbəri  də  İbrahimxəlilxəlü  xana  böyük  təsir 
göstərdi.  İbrahimxəlilxolil  xanm  cənub  sofori  uğursuzluqla  nəticolondi, 
vaxtilə  ondan asxlx  olan bir  sıra  Cənubi Azərbaycan  xanlıqları  itaətdon 
çıxdılar.
Qarabağ  xanlığmm  Dağıstanın  feodal  hakimlori  ilo  do  sıx 
münasibətləri var  idi.  Yuxarıda  qeyd  edildiyi  kimi,  İbrahimxəlilxəlil 
xanm  əsas  müttəfiqlərindən  biri  Avar  hakimi  Ümmə  xan  idi.  O, 
dofələrlo  Qarabağ  xanlığxna  horbi  qüvvə  ilə  yardım  göstormiş, 
İbrahimxəlüxəlil 
xamn  təşkil 
ctdiyi  horbi  yürüşlərdə  fəal  iştirak 
etmişdi.  Bununla  belə,  Dağıstan  hakimləri  arasmda  Qarabağ  xanhğı 
ilə  düşmon  münasibotdə  olanlar  da  az deyildi.  Bu  hakimlər  ayrı-ayrı 
Azərbaycan xanlarmm təhriki ilə müxtəlif vaxtlarda Qarabağ  xanlığına 
qarətçi  yürüşlər  təşkil edirdilər.  1781-ci  üdə  olmuş  belə  yürüşlərdən 
biri  haqqında  arxiv  sənədlərindo  molumat  verilir  [190.11,  v. 19 ].  Bu 
məlumatdan  aydm  olur  ki,  Dağıstan  hakimlərindən  biri  -  Şirin  ağa 
Şamaxı  xanı  Ağası  xan  və  Şəki  hakimi  Məhəmmədhəsən  xanla 
görüşərək  Qarabağ  xanlığı  üzorinə  birgə  hücum  etmək  haqqmda 
razılığa  gəlmişdilər.  Azərbaycan  xanları  öz  öhdələrinə  götürmüşdülər 
ki,  Qarabağa  təşkil  edilən  birgə  hücum  zamanı  əldə  edilən  qənimətin 
hamısı  dağıstanlılara  veriləcok,  bundan  olavə  iso  döyüşçülordon  hər 
birinə 
müəyyən 
məbləğdə 
pul 
ödənüəcəkdir 
[90.11, v. 19 
].
İbrahimxəlüxəlil  xanm  Qarabağa  soxulmuş  dağıstanlılara  qarşı 
göndərdiyi qoşun məğlubiyyotə uğradı.  Dağıstanlılar  çoxlu  qənimət olo 
keçirərək öz vətənbrinə qayıtdılar [190.11, v.19 ].
137

Yenə  həmin  sənədin  verdiyi  məhımatdan  aydm  olur  ki,  Şəki 
xanı  Məhəmmədhəsən  xan  və  Şamaxılı  Ağası  xan  Tarku  şamxalı 
Xaspoladla  görüşmüş  və  razılığa  gəlmişdibr  ki,  digər  dağıstanh 
Surxay  xanın  qardaşım  də  cəlb  etməklə  Qarabağ  üzərinə  yeni  yürüş 
təşkil  etsinlər  [190.11,  v.21  ].  Dağıstanlı  hakimlər  Qarabağ  xanlığı  ilə 
Quba  xanlığı  arasmda  Şamaxı  xanlığı  uğrunda  gedən  mübarizədə 
fəal  iştirak  edirdilər.
Mir  Mehdi  Xəzani  yazır  ki,  İbrahimxəlilxəlil  xanla.  Kartli- 
Kaxetiya  çarı  II  İraklii  arasında  ixtilaf  yarandığı  vaxtlaıda 
İbrahimxəlilxəlil  xanın  işarəsiylə  Ümmə  xanm  qoşunları  Gürcüstana 
basqm edirdibr.  Belə  basqmlardan biri  1199-cu  hicri [1784/85  miladi  ]. 
ilində  olmuşdu.  Ümmə  xan  Gümüşxananı  dağıtmış,  xeyli  əsir 
götürmüşdü.  Əsirləri  və  qənimətləri  götürüb  Axısqa  hakimi  Süleyman 
paşamn yanma getmiş,  qışı orada keçirtmişdi.  Sultan ona xeyli hədiyyə 
göndərmişdi.  Yazda Ümmə xan yenə Gürcüstana daxil olub  Dağıstana 
tərəf  hərəkət  etmişdi.  Yolda  knyaz  Abaşidzenin  iqamətgahı  olan 
Vaxtanq  qalasmı  mühasirə  edib  almış,  yenidən  xeyli  əsir  götürmüşdü. 
Knyaz  Abasidzenin  əsir  edilmiş  qızlardan  birini  İbrahimxəlilxəlil  xana 
göndərmiş  və  xan  onunla  evlənmişdi.  Həmin  qadmla  nigahdan 
Abbasqulu  ağa  və  Gövhər  ağa  dünyaya  gəlmişdi.  Abaşidzenin  digər 
qızmı Ümmə xan özü almışdı [56, s. 134 ].

Yüklə 10,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin