Amid Səlimoğlu Bəyaz Dəhliz
29
– Deyərəm.
Sabir Zakiri ötürmək üçün həyətə düşdü. Elə bu
an qapıdan Aytac içəri girdi.
– Dayı, xoş gəlmisən.
– Xoş gördük. – Zakir Aytacın yanağından
öpdü. – Sən hardan gəlirsən?
– Qonşudan. İnternetə görə getmişdim.
– Hə, lap yaxşı. Get evə. Hava soyuqdur.
Aytac onların yanından ayrılıb evə girdi.
– Sabah görüşərik. – Zakir qapını açaraq
küçəyə çıxdı.
– Sağ-salamat.
Zakir avtomobilinə minib getməsindən sonra
Sabir də evə qayıtdı. Mətbəxə girib divana əyləşdi.
– Gedəcəksən? – Yasəmən stula əyləşərək
soruşdu.
– Hə. Gedəcəm.
– Nə bilim. Təki istədiyin olsun. – Yazıq-yazıq
ona baxdı.
– Uşaqların yanında danışmayaq. Sonra...
– Yaxşı.
Yasəmən üzünü çevirib yeməyi bişirməyə
davam etdi. Sabirsə, eləcə oturduğu yerdə qalmışdı.
İstəməsə də, fikri qəti idi. Başqa çarə bilmirdi. İyirmi
gün dözəcək, sonra hər şey qaydasına düşəcəkdi. O,
belə düşünürdü. Buna da çox inanırdı. Şübhələri də
var idi. Ancaq içində yaranan ümid şübhələrini
Amid Səlimoğlu Bəyaz Dəhliz
30
üstələyirdi. Ümid insanı düşdüyü yerdən qaldırmaq
üçün gözəl bəhanə idi. O bəhanəni də tapmışdı.
Geriyə güc toplamaqda qalırdı.
***
Zakir telefonu çıxarıb həkimin nömrəsini tapdı.
Sonra isə telefonu qulağına apararaq zəngə cavab
verilməsini gözlədi. Bir neçə dəfə zəng səsləndikdən
sonra xəttin digər tərəfindən səs gəldi.
– Alo.
– Salam, həkim. Necəsiniz?
– Sən kimsən?
– Mənəm, Zakir. Sizinlə danışmışdıq.
Qaynımın məsələsinə görə.
– Hə. Niyə zəng eləmisən? – Kobudca yenidən
soruşdu.
– Deyirdim, sabah yanınıza gələk. O məsələni
danışardıq.
– Gəlin.
– Nə vaxt gələk?
– İş vaxtı gələcəksiz də... başqa nə vaxt
gələcəksiz ki?
– Yox. Ona görə demədim. Yəni vaxtsız gəlib
narahat etməyək.
– Narahat olsam, özüm deyərəm. Siz gəlin.
Amid Səlimoğlu Bəyaz Dəhliz
31
– Baş üstə.
– Sağ ol.
Zakir qaşqabaq tökərək telefonu cibinə qoydu.
Sabah elə erkəndən getməyi düşünürdü. Vaxt itirmək
olmazdı.
***
Axşam olub yatmaq zamanı gəldiyində hərkəs
yataqlarına uzanmış, gözlərini yumaraq günəşin öz
şüalarını ətrafa saçdığı vaxtadək dünyadan qopmağa
hazırlaşırdı. Yasəmənlə Sabir isə gözlərini tavana
zilləyib olacaqları düşünürdülər.
– Tez-tez zəng edərsən.
– Edərəm.
– Bizi nigaran qoyma.
– Yaxşı.
– Zəng etməyə icazə verərlər?
– Niyə vermirlər ki? Verərlər.
– Bəs mən? Mən sənə zəng edə biləcəm?
–Telefon qoymazlar.
– Kaş qoyardılar. Onda sən də evdən narahat
olmazdın.
– Narahat olmaram. Sən varsan.
– Nə bilim.
Amid Səlimoğlu Bəyaz Dəhliz
32
Yasəmən başını Sabirin çiyninə qoymuşdu.
Sakitcə danışır, sözü uzatmadan bir-birlərinə cavab
verirdilər. Sabirin danışmağa o qədər də həvəsi yox
idi. Ancaq Yasəmən Sabiri neçə gün görməyəcəyi
üçün söhbəti uzatmağa çalışırdı.
– Bugün bilirsən nə oldu?
– Nə?
– Fəridə xanım telefonla danışanda eşitdim.
Pensiyaçılar da kredit götürə bilirlər. – Yasəmən
lazımsız olsa da, bu məsələni açmışdı. Danışmaq,
Sabiri dinləmək istəyirdi.
– Biz də götürərik.
– İstəsən, yəni.
– İstəyərəm.
– Təki sağlıq olsun. Qalan heç nə istəmirəm.
– Yat, qadası. Sabah danışarıq.
Sabirin bu sözündən sonra Yasəmən də susdu.
Heç bir söz demədən gözlərini yumaraq sabahın
açılması üçün yuxuya getdi.
Saatlar keçir, Sabir üçünsə gecə bitmirdi. Elə
hey tavana baxırdı. Gözlərini qırpmadan həm də.
Yuxu isə gəlmirdi. İçindəki sıxıntılar yuxusunu
qaçırırdı. Nə edəcəyini bilmirdi. Sadəcə dinmədən,
danışmadan, səssizcə baxırdı. Ancaq bu o qədər də
uzun çəkməyəcəkdi. Yerindən qalxaraq hamama, əl-
üzünü yumağa getdi. Yataq otağından çıxıb hamam
otağının işığını yandırdı. İçəri keçib suyu açdı. Üzünü
|