Amort I z a s I y a uzunmüddətli aktivlərin amortizasiyasının iqtisadi mahiyyəti



Yüklə 26,55 Kb.
səhifə2/6
tarix30.11.2022
ölçüsü26,55 Kb.
#71549
1   2   3   4   5   6
TTA amortizasiya

Köhnəlmə əmlak, qurğu və avadanlıqların faydalı istifadə müddətində sistematik və məqsədəyönlü şəkildə olaraq paylaşdırılmasıdır (bölüşdürülməsidir).
Tükənmə təbii resursların dəyərinin faydalı istismar dövründə sistemli və məqsədəuyğun şəkildə bölünərək xərcə silinmsi prosesidir.
Amortizasiya istismara yararlı müddətdə uzunmüddətli aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm (sistematik) bölüşdürülməsidir.
Amortizasiya olunan dəyər - aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (ləğvetmə) dəyərinin cıxılmasından sonra əldə olunan dəyərdir.
Amortizasiya aktivin istismara verilildiyi andan başlayaraq hesablanır, yəni müəssisə rəhbərliyi tərəfindən həmin aktivin müəyyən edilmiş qaydada işləməsi ücün zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən asılı olmayaraq hesablanmağa başlamalıdır. Aktivdən müntəzəm olaraq istifadə edilməməsi faktı amortizasiyanın dayandırılmasına mütləq səbəb kimi hesab edilməli deyil.

  1. Uzunmüddətli aktivlərə amortiasiyanın (köhnəlmənin) hesablanması metodları.

Qeyd edildiyi kimi müəssisənin nəzarətində olan uzunmüddətli aktivlər müəyyən faydalı istifadə müddətinə (1 ildən az çox olmaqla) malik olurlar və onlar həmin faydalı istifadə müddətində öz dəyərini hissə-hissə məhsulun (işin, ximətin) üzərinə keçirilir ki, həmin proses amortizasiya adlanır. Deməli, amortizasiya faydalı istifadə müddətində aktivin dəyərinin xərc şəklində hissə-hissə ödənilməsini özündə əks etdirir. Qeyd edildiyi kimi faydalı istifadə müddətində uzunmüddətli aktivlərin dəyəri müəyyən olunmuş nisbətlərdə istehsal və tədavül xərclərinə silinir ki, bu da amortizasiya ayırmaları vasitəsi ilə həyata keçirilir. Bunun üçün “Vergi məcəlləsi”nə əsasən amortizasiya olunan əmlak və onun tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normalarını aşağı hədlər daxilində müəyyən etmişdir. (Vergi məcəlləsi üzrə)
Bina, tikili, qurğu - 7 % - dək;
Maşın, avadanlıq və hesablama texnikası – 25 %-dək;
Nəqliyyat vasitələri – 25 %-dək;
Digər əsas vəsaitlər - 20 %-dək.
Müvafiq qruplara aid edilən uzunmüddətli aktivlərin balans üzrə qalıq dəyəri göstərilən müvafiq amortizasiya normalarına vurulmaqla hesablanmış amortizasiya məbləği məhsulun (iş, xidmətin) maya dəyərinə daxil edilir. Aşağıdakı üzunmüddətli aktivlərə köhnəlmə hesablanılmır: nadir memarlıq və incəsənət abidəsi olan bina və qurğulara, elm, tədris və təcrübə məqsədi ilə istifadə olunan avadanlıqlara, nümunə, əyani vəsaitlərə, məhsuldar heyvanlara, eksponatlara (heyvan) istismar vaxtı çatmayan çoxillik əkmələrə, incəsənət işlərinə, kitabxana və kino fondlarına, müəssisənin tam amortizasiya olunmuş əsas vəsaitlərə və s.
Amortizasiya aktivin istismara verilildiyi andan başlayaraq hesablanır, yəni müəssisə rəhbərliyi tərəfindən həmin aktivin müəyyən edilmiş qaydada işləməsi ücün zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən asılı olmayaraq hesablanmağa başlamalıdır. Aktivdən muntəzəm olaraq istifadə edilməməsi faktı amortizasiyanın dayandırılmasına mütləq səbəb kimi hesab edilməli deyil.
Qeyd etdiyimiz kimi, uzunmüddətli aktivlərin tərkibinə müxtəlif maddi və qeyri maddi formaya malik olmaqla müəyyən fərqli xüusiyyətlərə malik olur. Amortizasiya olunan aktivlərə amortizasiya hesablamaq məqsədi ilə təcrübədə müxtəlif metodlardan istifadə olunur ki, bunlara aşadakılar aid edilir:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin