Aktivin amortizasiya olunan məbləğinin onun faydalı istifadə müddəti üzrə bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodları - düzxətli, azalan qalıq və istehsal vahidi - metodlarından istifadə edilir. Hansı metodun seçilməsi müəssisə tərəfindən uçot siyasətində formalaşdırılmalıdır və ən azı hər maliyyə ilinin sonunda yenidən təhlil edilməlidir.
Qeyri-maddi aktivlərin köhnəlməsinin uçotu üçün 102 saylı “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərəri” hesabından istifadə olunur. Bu hesabın kredit qalığı istismarın bütün dövrü ərzində ödənilmiş məsrəfləri, qeyri-maddi aktivlərin istifadəsi zamanı onlara hesablanmış köhnəlmə məbləğini əks etdirir.
Hesabın debet dövriyyəsi isə – hesabat ayında 731 saylı “Sair əməliyyat xərcləri” hesabı ilə müxabirləşməklə silinən, təsərrüfatdan çıxan obyektlər üzrə köhnəlmənin silinməsi göstərilir. Kredit üzrə dövriyyə – hesabat ayında 202, 721, 242, 711 və b. hesablarla müxabirləşməklə hesablanmış köhnəlmənin məbləğini əks etdirir.
4. Torpaq, tikili və avadanlıqlar istehsal prosesinin əsas amillərindən biri olduğundan onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapmalıdır. Bu onların dəyərinin müəyyən dövr ərzində və müəyyən edilmiş nisbətlərlə istehsal olunan məhsulun, görülmüş iş, göstərilmiş xidmətin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə həyata keçirilir. Buna əsas vəsaitlərə amortizasiya hesablanması yolu ilə nail olunur.
Amortizasiya–istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm (sistematik) olaraq paylaşdırılmasıdır (bölüşdürülməsidir).
Amortizasiya olunan dəyər – aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (ləğvetmə) dəyərinin cıxılmasından sonra əldə olunan dəyərdir.
Torpaq, tikili və avadanlıqlara (əsas vəsaitlərə) amortizasiya ayırmaları müəyyən edilmiş normalar üzrə həyata keçirilir. Vergi məcəlləsinə əsasən amortizasiya olunan əmlak və onun tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normalarını aşağı hədlər daxilində müəyyən etmişdir.
Bina, tikili, qurğular - 7 % - dək;
Maşın, avadanlıq və hesablama texnikası – 25 %-dək;
Nəqliyyat vasitələri – 25 %-dək;
Digər əsas vəsaitlər - 20 %-dək.
Amortizasiya ayırmaları, onların digər aktivin balans dəyərinə əlavə olunması halları istisna olmaqla, hər dövr üzrə mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınmalıdır.
Torpaq, tikili və avadanlıqlar üzrə tətbiq edilən amortizasiya metodu müəssisə tərəfindən aktivdən gözlənilən gələcək iqtisadi səmərənin istehlak sxemini əks etdirməlidir.
Torpaq, tikili və avadanlıqlar üzrə tətbiq edilən amortizasiya metodu ən azından hər maliyyə ilinin sonunda yenidən nəzərdən kecirilməlidir. Aktivin amortizasiya olunan dəyərinin onun faydalı istismar müddəti üzrə ardıcıl olaraq bölüşdürülməsi ücün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara düzxətt metodu, azalan qalıq metodu və istehsal vahidi metodu aiddir.
Düzxətt metodu, aktivin son qalıq dəyərinin dəyişmədiyi təqdirdə, onun faydalı istismar dövrü ərzində daimi ayırmaların həyata kecirilməsi ilə nəticələnir.
Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir.
İstehsal vahidi metodu isə aktivin istehsal gücü və ya ehtimal olunan istifadəsinə əsaslanan ayırmalar formasında əks etdirilir.
Əsas vəsaitlərə (torpaq, tikili və avadanlıqlara) amortizasiya hesablanmasının uçotu metokasına nəzər yetirək. Əsas vəsait obyektlərinə amortizasiya hesablanan zaman uçotda belə əks etdirilir:
İstehsalda istifadə edilən torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanan zaman