Fiziki quruluşu. Sümük fiziki quruluşuna görə sərt və süngəri maddədən ibarətdir. Həm sərt, həm də süngəri maddə sümük səfhələrindən təşkil olunur. Sərt maddədə sümük səfhələri sıx, süngəri maddədə isə aralı yerləşir. Süngər maddənin sümük səfhələri arasındakı boşluqlar qırmızı sümük iliyi və çox miqdarda qan damar-ları ilə tutulmuş olur. Sərt maddə həm də kompakt maddə adlanır. O, əsasən istinad və hərəkət funkiyası daşıyan yerlərdə olur. Məs., uzun sümüklərin diafizlənrində (orta hissəsində). Süngər maddə yüngüllük və möhkəmlik tələb olunan yerlərdə təsadüf edilir. Məs., qısa sümüklərdə və uzun sümklərin epifizlərində. Uzun sümüklərin diafizi əsasən sərt maddədən təşkil olunur. Ancaq daxilində nazik süngəri maddə yerləşir. Epifizləri isə daxildən süngır maddədən ibarətdir, xaricdən isə nazik sərt maddə qatı ilə örtülmüşdür. Yastı sümüklər 3 qatdan təşkil olunur: xarici və daxili sərt maddə, bunların arasında yerləşən süngər madddə qatı.