159) Halotanla anesteziya zamanı hansı fəsadın baş verməsi onun farmakodinamiki təsirlərilə əlaqədar deyil?
A) Bədxassəli hipertermiyanın
B) Arterial hipertenziyanın
C) Mədəciklərin fibrilyasiyasının
D) Bradikardiyanın
E) Kəllədaxili hipertenziyanın
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
160) Hansı hal halotanla anesteziyanın aparılmasına əks-göstərişdir?
A) Bronxial astma
B) Gözdaxili hipertenziya
C) Sinus taxikardiyası
D) Arterial hipertoniya
E) Ürək çatmamazlığı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
161) Hansı anestetik halogen tərkibli efirlərə aid deyildir?
A) Halotan
B) Sevofluran
C) İzofluran
D) Enfluran
E) Desfluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
162) Kombinasiya edilmiş ümuni anesteziya nəyi nəzərdə tutur?
A) Yerli anesteziya və venadaxili sedasiyanın eyni zamanda tətbiq edilməsini
B) Müxtəlif inhalyasion anestetiklərin eyni zamanda tətbiq edilməsini
C) Müxtəlif qeyri-inhalyasion anestetiklərin eyni zamanda tətbiq edilməsini
D) Ümumi və yerli anesteziya metodlarının eyni zamanda tətbiq edilməsini
E) Ümumi anesteziyanın müxtəlif metodlarının eyni zamanda tətbiq edilməsini
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
163) Aşağıda göstərilən variantlardan hansını neyroleptanalgeziya adlandırmaq olmaz?
A) Fentanil, droperidol, azot oksidı, miorelaksasiya, endotraxeal intubasiya və sonrakı spontan tənəffüsü
B) Fentanil, droperidol və azot oksidin birgə istifadəsini
C) Fentanil, droperidol, azot oksidi, miorelaksasiya, endotraxeal intubasiya və ağciyərlərin süni ventilyasiyasını
D) Fentanil və droperidolun birgə istifadəsini
E) Fentanil, droperidol, halotan və azot oksidinin birgə istifadəsini
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |