405) Orta dərəcəli (bədən hararəti 31° -28°C həddində) hipotermiya zamanı ürəyi qan dövranı sistemindən neçə dəqiqəyə qədər ayırmaq olar?
A) 15 dəq
B) 30 dəq
C) 20 dəq
D) 5 dəq
E) 10dəq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
406) Süni hipotermiyanın ağırlaşmalarına aiddir?
A) Mədəciklərin fibrillyasiyası
B) Əzələlərin hipotoniyası
C) Hiperqkilemiya
D) Periferik vazodilatasiya
E) Hipoqlikemiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
407) Süni qan dövranı apararkən təzə sitratlı qanın hər 1 litrinə nə qədər heparin əlavə edilir?
A) 100 mq
B) 50 mq
C) 10 mq
D) 200 mq
E) 500 m1
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
408) Süni qan dövranı tətbiq edilməsinə göstərişdir?
A) Qarın aortası üzərində cərrahi əməliyyatlar
B) Baş beyin üzərində cərrahi əməliyyatlar
C) Ürək üzərində hipertermiya şəraitində uzunmüddətli cərrahi əməliyyatlar
D) Ürək üzərində hipotermiya şəraitində uzunmüddətli cərrahi əməliyyatlar
E) Qaraciyər üzərində rekonstruktiv əməliyyatlar
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
409) Aortadaxili balon əkspulsasiyasının aparılmasına göstərişdir?
A) Kəskin böyrək çatışmamazlığı
B) Aortal qapağın çatışmamazlığı
C) Aortanın paylanan anevrizması
D) Ağır kəllə-beyin travması
E) Kardiogen şok
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
Dostları ilə paylaş: |