977) Qeyri-kardiogen ağ ciyər ödemi zamanı plazmada zülalın miqdarı hansı səviyyədə olduqda albumin infuziya edilir?
A) < 60 q/l
B) < 50 q/l
C) < 55 q/l
D) < 70 q/l
E) < 65 q/l
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
978) Kliniki ölüm keçirmiş xəstədə 1 gün sonra huş yoxdur, zəif buynuz qişa refleksi, arterial hipotenziya, taxikardiya, hipertermiya, psixomotor oyanıqlıq və EEQ-də beyin qabığı hüceyrələrinin aktivliyinin kəskin zəifləməsi müşahidə edilirsə, bu vəziyyət hansı diaqnoza uygun gəlir?
A) Dekortikasiya
B) Preaqoniya
C) Bioloji ölüm
D) Kliniki ölüm
E) Posthipoksik ensefalopatiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
979) Postreanimasion mərhələnin erkən (ilk sutka ərzində) ağırlaşmalarına aiddir?
A) “Şoklu ağ ciyər” sindromu
B) Meninqoensefalit
C) Kəskin qara ciyər çatışmamazlığı
D) Pielonefrit
E) Damardaxili yayılmış laxtalanma sindromu
Ədəbiyyat: Неговский В.А. и др. Постреанимационная болезнь. М.: Медицина, 1987, 480 с.
980) Postreanimasion mərhələnin erkən (ilk 24 saat) ağırlaşmalarına aiddir?
A) Kəskin böyrək çatışmamazlığı
B) Meninqoensefalit
C) Pnevmoniya
D) Beyin ödemi
E) Kəskin qara ciyər çatışmamazlığı
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
981) Postreanimasion mərhələnin ilk dövründə bir qayda olaraq izlənir:
A) Taxikardiya və ürəyin dəqiqəlik həcminin artması
B) Bradikardiya və ürəyin dəqiqəlik həcminin artması
C) Nəbzin sayının və ürəyin dəqiqəlik həcminin norma səviyyəsində olması
D) Bradikardiya və ürəyin dəqiqəlik həcminin azalması
E) Taxikardiya və ürəyin dəqiqəlik həcminin azalması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
Dostları ilə paylaş: |