1028) Paroksizmal supraventrikulyar taxikardiyalarda aşağıdakılardan hansı istifadə olunmur?
A) Verapamil
B) Kardioversiya
C) β-blokatorlar
D) Lidokain
E) Polyarizasiya edici qarışıq
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
1029) Bədxassəli hipertermiyanın müalicəsində hansı preparat istifadə olunur?
A) Metoprolol
B) Pankuroniun
C) Arduan
D) Mg-sulfat
E) Dantrolen
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
1030) Ağ ciyər ödemi zamanı intensiv terapiyaya daxil deyil?
A) Tənəffüs analeptiklərin vena daxili vurulması
B) Sidikqovucuların vurulması
C) Traxeobronxial ağacın sanasiyası və oksigenoterapiyanın aparılması
D) Nitratların iastifadəsi
E) Qanqlioblokatorların istifadəsi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1031) Kəskin sağ mədəcik çatışmazlığında rast gəlməyən göstərici hansıdır?
A) Kiçik qan dövranın yüksəlməsi
B) Mərkəzi venoz təzyiqin qalxması
C) Boyun venaların şişməsi
D) Mərkəzi venoz təzyiqin enməsi
E) Sağ mədəcikdə son diastolik təzyiqin yüksəlməsi
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1032) EKQ-də miokard infarkta xas olan dəyişikliklər II; III; aVF; V5-V6 – aparmalapda aşkar edilmişdir. Miokard infarktın lokalizasiyasını göstərin?
A) Arxa-yan divar
B) Ön-yan divar
C) Sirkulyator
D) Arxa
E) Ön-zirvə
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Dostları ilə paylaş: |