Maddə 14. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli olan faktlar
14.1.
Sığorta müqaviləsi bağlanarkən sığortalı riskin baş vermə ehtimalının müəyyən edilməsi və
mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün faktları və
halları bildirməyə borcludur.
14.2.
Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta
müqaviləsini imzalamaqdan imtina edir və ya bunu öyrəndikdə və ya bu haqda sığortalı tərəfindən ona
məlumat verildikdə:
14.2.1.
sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay
ərzində müqaviləni bir tərəfli qaydada ləğv edir və bu haqda sığortalının sığorta müqaviləsində
göstərilmiş sonuncu ünvanına sifarişli məktub vasitəsilə məlumat göndərir. Bu halda sığorta haqqı
sığortalıya qaytarılmır. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə sığorta
müqaviləsi ləğv edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə
olarsa, sığortaçı, sığorta ödənişini verməkdən imtina edə bilər;
14.2.2.
sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1
ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqının fərqini almaqla müqaviləni
davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqının fərqini 5 (beş) gün ərzində sığortaçıya
ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab
olunur.
14.3.
Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə
məlumat göndərildiyi tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda
sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 24
00
-da hüquqi
qüvvəyə minir.
14.4.
Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi
14.4.1.
sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
14.4.2.
müqavilənin ləğv edilməsini tələb edə biləcəyi müddət ərzində, və yaxud;
14.4.3.
müqavilənin ləğv edilməsi tələbinin hüquqi qüvvə qazanması üçün lazım olan müddət
ərzində baş verərsə, sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan (sığortalı
tərəfindən ödənilən) sığorta haqqı ilə həqiqətdə hesablanmalı (sığortalı tərəfindən ödənilməli) olan sığorta
haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
6
Maddə 15. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü
15.1.
Sığorta müqaviləsi imzalanarkən sığortalı və sığortaçı bu Qaydaların müəyyən müddəalarının
dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ
bilərlər.
15.2.
Tərəflərin imzaladığı bütün dəyişikliklər, əlavələr və düzəlişlər sığorta müqaviləsinin tərkib
hissəsidir.
Maddə 16. Mühüm şərtlər
Sığorta müqaviləsində (şəhadətnaməsində) mühüm şərtlər müəyyən oluna bilər.
Maddə 17. Sığorta müddəti
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən
başlanğıc və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24
00
-da qüvvəyə minir və Azərbaycan
vaxtı ilə saat 24
00
-da qüvvəsini itirir.
Maddə 18. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
18.1.
Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
18.1.1.
sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
18.1.2.
sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
18.1.3.
sığortalanmış heyvanlara hüquqların başqa şəxsə keçməsi ilə əlaqədar olaraq sığorta
müqaviləsində sığortalının əvəz edilməsi halları istisna olmaqla, fiziki şəxs (fərdi sahibkar) olan sığortalı
öldükdə və ya hüquqi şəxs olan sığortalı ləğv edildikdə;
18.1.4.
məhkəmə tərəfindən sığorta müqaviləsinin etibarsız olduğu haqda qərar qəbul edildikdə;
18.1.5.
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.
18.2.
Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət
qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə
məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 19. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə
19.1.
Bu Qaydaların 18-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün
əsas olan şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu
haqda xəbərdar etməlidir.
19.2.
Sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinə sığortalının və ya
sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə 30 gün əvvəl (sığorta
müqaviləsi beş ildən artıq müddətə bağlanıldıqda 60 gün, 3 aydan az müddətə bağlanıldıqda isə 5 iş günü
əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 20. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri
20.1.
Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin
müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını
qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa,
sığortaçı həmin müqavilə üzrə ödənilmiş sığorta haqlarını (qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya
qaytarır;
20.2.
Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, о, sığortalının (qrup
halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta
haqlarını) sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə
vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) sığortalıya qaytarır;
20.3.
Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən sığortalıya
20.3.1.
ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir
sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
7
verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır;
20.3.2.
ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı
bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin
sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya
qaytarılması müvafiq olaraq bu Qaydaların 20.1 və 20.2 bəndlərində nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
20.4.
Sığorta müqaviləsi bu Qaydaların 18.2 bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam
verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla,
müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə
münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 20.3 bəndi nəzərə alınmaqla,
sığortalının qanuni nümayəndəsinə qaytarır.
Maddə 21. Sığorta riskindəki dəyişikliklər
Əgər sığortalı bu Qaydaların 22.2.2 bəndinin «b» yarımbəndində göstərilən müddət ərzində sığorta
müqaviləsinə edilən dəyişikliklərlə razılaşdığını və yaxud əlavə sığorta haqqını ödəməyi öz öhdəsinə
götürdüyünü yazılı şəkildə bildirməzsə, sığorta müqaviləsi bu cür xəbərdarlıq müddəti bitdiyi tarixdən
qüvvədən düşmüş sayılır.
BÖLMƏ 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 22. Sığortaçının hüquqları və vəzifələri
22.1. Sığortaçı aşağıdakıları öhdəsinə götürür:
22.1.1.
sığortalını sığorta müqaviləsinin şərtləri və bu sığorta Qaydaları ilə tanış etmək;
22.1.2.
sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsini və bu
Qaydalar əsasında hazırlanmış sığorta müqaviləsinin şərtlərini sığorta haqqının ilk hissəsinin və ya tam
ödənildiyi gün sığortalıya vermək;
22.1.3.
sığortalı tərəfindən sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin
azal(dıl)masına yönəldilmiş tədbirlər həyata keçirildikdə, sığortalının məlumatı əsasında sığorta
müqaviləsində bu vəziyyətlə əlaqədar dəyişikliklər etmək;
22.1.4.
bu Qaydaların və sığorta müqaviləsinin şərtlərinə riayət etmək;
22.1.5.
sığorta hadisəsi hesab edilə bilən hadisə baş verdikdə:
hadisənin baş vermə şəraitini öyrənmək və onun sığorta hadisəsi olub-olmamasını təyin etmək
üçün müvafiq zəruri tədbirlər həyata keçirmək;
hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə, sığorta aktını tərtib etmək, dəymiş zərərin
məbləğini müəyyənləşdirmək və sığorta ödənişinin məbləğini hesablamaq;
hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə, sığorta müqaviləsi ilə müəyyən edilmiş
müddətdə sığorta ödənişini həyata keçirmək (və ya əsas olduğu halda sığorta ödənişindən imtina
etmək). Sığortaçı bu öhdəliyə əməl etmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi
məbləğinin 0.1 faizi həcmində dəbbə pulu ödəyir;
22.1.6.
peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sığorta sirri hesab edilən məlumatları qorumaq,
həmin məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa digər şəxslərə yaymamaq.
22.2. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
22.2.1.
sığorta müqaviləsi bağlanan zaman:
sığorta riskinin qiymətləndirilməsi üçün zəruri olan (ərizə-anket forması, sığortalının
təsərrüfatında olan heyvanların uçot cədvəli, baytarlıq idarəsinin qərarları (rəyləri), səlahiyyətli
orqanların göstərişləri və sərəncamları və s. bu kimi) bütün sənədlərlə tanış olmaq;
22.2.2.
sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
a)
istənilən vaxt sığortalının təqdim etdiyi məlumatların düzgünlüyünü, habelə sığorta
müqaviləsinin tələblərini və şərtlərini yerinə yetirməsini yoxlamaq;
b)
sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilən və riskin artmasına təsir edən
(sığorta hadisəsinin baş vermə ehtimalını artıran) əhəmiyyətli hallarda dəyişiklik baş verdikdə və
ya bu haqda məlumat aldıqda, 1 ay ərzində sığorta müqaviləsinin şərtlərində dəyişiklik etmək
və/və ya artan riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək. Əgər
sığortalı (faydalanan şəxs) sığorta müqaviləsinin şərtlərində dəyişiklik edilməsinə və/və ya əlavə
sığorta haqqının ödənilməsinə etiraz edərsə, sığortaçı dəyişikliyin baş verdiyi andan sığorta
müqaviləsini ləğv etmək hüququna malikdir;
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
8
c)
sığortalının bu Qaydaların 23.1.2 bəndində göstərilmiş hallarda sığortaçıya bilərəkdən
(qəsdən) yalan məlumat verməsi faktı müəyyən edilərsə, sığorta müqaviləsinin etibarsız hesab
olunmasını tələb etmək;
22.2.3.
sığorta hadisəsi hesab edilə bilən hadisə baş verdikdə:
hadisənin səbəblərini və baş verdiyi şəraiti müstəqil araşdırmaq;
itkilər haqqında sığortalının xəbərdarlığını gözləmədən zərərə məruz qalmış heyvanlara və
əraziyə baxış keçirmək. Sığortalının sığortaçının bu hərəkətlərinə mane olmaq hüququ yoxdur;
zəruri tədbirləri görməklə sığortalanmış heyvanların xilas edilməsində və qorunub
saxlanmasında iştirak etmək, eləcə də zəruri hallarda zərərin azaldılması üzrə yazılı tövsiyyələr
vermək. Lakin, sığortalanmış heyvanların xilas edilməsi və qorunub saxlanması üzrə sığortaçının
və onun səlahiyyətli nümayəndələrinin hərəkətləri sığortalıya sığorta ödənişini almaq hüququnun
tanınması üçün əsas vermir;
hadisələrin baş verdiyi şəraiti və mümkün itkilərin həcmini müəyyən etmək məqsədilə bütün
məlumatları, o cümlədən kommersiya sirri təşkil edən məlumatları sığortalıdan tələb etmək;
sığortalıdan (faydalanan şəxsdən) və sorğu əsasında müvafiq səlahiyyətli orqanlardan sığorta
hadisəsinin səbəbini və şəraitini göstərən rəsmi sənədlərin və aktların əslinin və ya surətlərinin
təqdim edilməsini tələb etmək. Təqdim olunan məlumatlar əsasında itkilərin həcmini təyin etmək
mümkün olmadıqda, kommersiya sirri təşkil edən məlumatlarla birlikdə digər məlumatları da
tələb etmək;
22.2.4.
sığortalının bu Qaydaların 23.1.3 bəndində nəzərdə tutulmuş öhdəliyini yerinə
yetirməməsi ilə əlaqədar sığorta müqaviləsinin ləğv edilməsinin səbəb olduğu zərərlərin ödənilməsini və
sığorta müqaviləsinin ləğv edilməsini tələb etmək;
22.2.5.
sığortalıya (faydalanan şəxsə) verilmiş sığorta ödənişi məbləğində subroqasiya qaydasında
təqsirkar şəxslərə qarşı tələb irəli sürmək;
22.2.6.
sığortalının razılığı ilə onun adından məhkəmədə (arbitraj) işləri aparmaq, eləcə də üçüncü
şəxslər tərəfindən irəli sürülən iddia tələblərinə münasibətdə ərizələr, məlumatlar və bəyanatlar vermək
(lakin sığortaçının bu hərəkətləri onun sığorta ödənişini həyata keçirmək məsuliyyətinin tanınması kimi
qiymətləndirilməməlidir).
Maddə 23. Sığortalının hüquqları və vəzifələri
23.1. Sığortalı aşağıdakıları öhdəsinə götürür:
23.1.1.
sığorta müqaviləsində göstərilmiş müddətdə sığorta haqqını sığortaçıya ödəmək;
23.1.2.
sığorta müqaviləsi bağlanan zaman:
özünə məlum olan və sığorta riskinin qiymətləndirilməsində mühüm əhəmiyyətə malik bütün
hallar barədə sığortaçını məlumatlandırmaq;
sığorta obyektinə münasibətdə mövcud olan və ya bağlanma mərhələsində olan sığorta
müqavilələri və onların şərtləri barədə məlumatı sığortaçıya təqdim etmək;
23.1.3.
sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
bu Qaydaların 23.1.2 bəndində qeyd edilmiş hallardan sığorta riskinin dərəcəsini artıran hər
hansı bir əhəmiyyətli kənara çıxmalar olduqda, bu barədə xəbərdar olduqdan sonra dərhal və ya ən
gec 1 (bir) iş günü ərzində sığortaçıya xəbərdarlıq məktubu (bildiriş) göndərmək;
sığortalanmış heyvanların saxlanıldığı yerdə təhlükəsizlik texnikası qaydalarına və ümumi
qəbul edilmiş saxlanılma və onlara qulluq (lazımi səviyyədə yemləmə, sulama, peyvənd və baytar
müayinəsinin təşkil edilməsi) normalarına riayət etmək;
23.1.4.
bu Qaydaların müddəalarına riayət etmək;
23.1.5.
sığorta hadisəsi baş verdikdə:
sığorta hadisəsinin səbəb olduğu zərərin qarşısını almaq və həcminin azaldılması məqsədi ilə
özündən asılı olan bütün ağlabatan və zəruri tədbirləri görmək, hadisə ilə əlaqədar müvafiq
səlahiyyətli orqanları vaxtında xəbərdar etmək, sığorta hadisəsinin və onun baş verdiyi şəraitin
rəsmiləşdirilməsi üçün tədbirlər görmək və sığorta hadisəsinin baş verməsindən xəbərdar olduğu
andan etibarən (istirahət və bayram günləri istisna olmaqla) dərhal və ya ən gec 1 (bir) iş günü
ərzində sığortaçıya sığorta hadisəsi haqqında məlumat vermək və əgər belə göstərişlər sığortaçı
tərəfindən bildiriləcəksə, sığortaçının bütün göstərişlərinə əməl etmək;
sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu nəticələrin müəyyənləşdirilməsi
üçün bütün zəruri tədbirləri görmək və hadisə ilə əlaqədar səlahiyyətli orqanlara: xəstəlik
hallarında - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
9
Xidmətinə; yanğın hallarında - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət
Yanğından Mühafizə Xidmətinə, hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə; təbii fəlakət hallarında - Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə;
qəza hallarında - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Xidmətinə, hüquq-mühafizə orqanlarına; sındırmaqla oğurluq, soyğun, qarət hallarında -
hüquq-mühafizə orqanlarına müraciət etmək;
zərərin vurulması ilə bağlı sığortalıya qarşı əsassız iddialar irəli sürüldükdə, onun maraqlarını
məhkəmədə və məhkəmədən kənar müdafiə etməsi üçün sığortaçıya lazımi şəraiti yaratmaq;
tələblərin və həmçinin məhkəmə qaydasında mülki iddiaların nizama salınmasında mümkün
olduğu qədər sığortaçının istirakını təmin etmək;
heyvanların saxlanılmasına dair bütün qeydləri və sənədləri, o cümlədən sığorta obyektinə və
baş verən hadisəyə aid olan yemlə(n)mə rasionu haqqında məlumatlar, yem(lər)in verilməsinə dair
sənədlər və hesabdan silinməsinə dair aktlar, heyvanların artıb-azalması barədə hesabat, baytarlıq
idarəsinin rəyi (qərarı), sanitar-epidemioloji, baytarlıq və zootexniki tədbirlərin keçirilməsi planı,
AR-nın FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin sərəncamları və göstərişləri və s. bu kimi
sənədləri qoruyub saxlamaq;
sığortaçının nümayəndələrinə tələf olmuş heyvan(lar)a, həmçinin hadisənin baş verdiyi yerə
sərbəst və maneəsiz baxış keçirmək, sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb
olduğu zərərin həcminin və başqa şəraitin müəyyənləşdirilməsi üçün imkan vermək və müvafiq
şəraiti yaratmaq;
təqsirkar şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbinin həyata keçirilməsi üçün mövcud
qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görmək;
23.1.6.
sığortaçıya sığorta hadisəsinin baş vermə səbəblərini və şəraitini özündə əks etdirən rəsmi
sənədləri onun tələbi ilə təqdim etmək;
23.1.7.
vurulmuş zərərlərə görə təqsirkar üçüncü şəxs(lər)dən zərərin əvəzini aldığı andan etibarən
dərhal və ya ən gec 3 (üç) gün ərzində sığortaçıya bu barədə məlumat vermək.
23.2. Sığortalı aşağıdakı hüquqlara malikdir:
23.2.1.
sığorta müqaviləsi bağlanan zaman:
kommersiya sirri olmayan sığortaçının maliyyə sabitliyi ilə bağlı məlumatı tələb etmək;
sığorta müqaviləsinin şərtləri ilə tanış olmaq;
23.2.2.
sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
sığorta müqaviləsi itirildikdə, onun dublikatını almaq;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qaydalar ilə nəzərdə tutulmuş qaydada
sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
əlavə sığorta haqqını ödəməklə, sığorta dəyərindən az məbləğə sığortalanmış heyvanların
sığorta məbləğinin sığorta dəyərinədək artırılması üçün sığorta müqaviləsinə (şəhadətnaməsinə)
əlavənin edilməsini tələb etmək;
23.2.3.
sığorta müqaviləsinin şərtlərinə və bu Qaydalara uyğun olaraq sığorta ödənişini almaq;
23.2.4.
sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini sığortaçıdan
tələb etmək.
Dostları ilə paylaş: |