HAMİLƏ QADININ GƏLİŞLƏRİNİN CƏDVƏLİ I gəliş (12-ci həftəyə qədər) ►
məsləhətvermə (həkim hamilə qadına hamiləliyin fizioloji
gedişi haqqında məlumat verir, anamnez toplayır, ona
hamilənin ev kartasını təqdim edərək onun doldurulma
qaydalarını başa salır) (С) Əlavə №1,3;
►
arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (С) Əlavə №2;
►
axırıncı aybaşı tarixinə əsasən doğuşun güman edilən vaxtının təyini;
►
bədən çəkisi indeksinin təyini (BÇİ) = çəki (кq) / boy
P
2
P
(m
P
2
P
).
BÇİ-nin yol verilən sərhədləri 18-dən 30-a qədərdir. BÇİ ≥30
və ya ≤18 olduqda hamilə qadına müvafiq pəhriz tövsiyə
olunur və müayinə aparılır (BÇİ-nin göstəriciləri normal
olduqda qadının bədən çəkisinin artmasına xüsusi diqqət
edilməməli və məhdudlaşdırıcı pəhriz təyin olunmamalıdır) (B);
►
qanın klinik analizi (hemoqlobin) (B);
►
sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A);
►
qanda şəkərin təyini;
►
qan qrupu, rezus faktorun, əgər qadın Rh (-), partnyoru isə Rh
(+) olarsa rezus anticisimlərinin təyini (B);
►
Hepatit B (A), HİV (A), sifilis testləri (B);
►
Rubella (İgG) skrininqi. Hamilə qadın seroneqativ olduqda
xəstəliyin kəskin formasına müayinə aparılmalı və
hamiləliyin II, III trimestrlərində dinamik müayinə
aparılmalıdır (B);
►
uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi (yaxma
götürülən zaman uşaqlıq boynunun müayinəsi aparılmalıdır);
►
USM (A);
►
hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun (400
mkq/sut) təyini (A). Fol turşusunun (400 mkq/sut)
mayalanmadan bir neçə həftə öncə və hamiləliyin ilk 3 ayı
müddətində təyini döldə sinir borusunun qüsurlarının inkişaf
tezliyini azaldır. Bu məqsədlə multi- vitaminlərin təyininin isə
hər hansı əlavə profilaktik effekti yoxdur.
U
7-10 gün sonra hamilə qadın müayinələrin nəticələri ilə təkrar
həkimin qəbuluna gəlməlidir.