Antenatal qulluq



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix27.11.2022
ölçüsü0,54 Mb.
#70776
1   2   3   4   5   6   7   8   9   ...   13
Antenatal

Antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə 
qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının 
qorunması, ailəyə valideynliyə hazırlanmaqda kömək etməkdir. 
Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik 
tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə 
qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə 
məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və 
sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal 
qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu 
səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, 
hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş 
tibb personalına ayrılır. 
 Perinatal 
səhiyyənin prinsipləri: 
► 
normal hamiləlik və doğuş zamanı qulluq demedikalizə edilmiş 
olmalıdır, əsassız həkim müdaxilələri minimuma endirilməlidir; 
► 
qulluq uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır; 
► 
qulluq regionlaşdırılmağa əsaslanmalıdır – tibb müəssisələrinin 
səviyyəsinə görə müəyyən olunmalıdır; 
► 
qulluq elmi sübutlara əsaslanmalıdır; 
► 
qulluğa, lazım gəldikdə, müxtəlif ixtisaslı tibb işçiləri cəlb 
olunmalıdır; 
► 
qulluq tam olmalıdır; 
► 
qulluqda ailənin dəstəyinə geniş yer ayrılmalıdır; 
► 
qulluq cəmiyyətin mədəni ənənələri ilə ziddiyyət təşkil etməməlidir
► 
hamilə qadın göstəriləcək yardımla bağlı qərar qəbul edilərkən bu 
prosesdə iştirak etməlidir. 
Bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında 
olması məqsədəuyğundur. 
Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb 
müəssisəsinə 7 gəlişi (hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 
26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində) tövsiyə olunur (B)


7

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin