İstifadəsi üzrə təlimat
ANTİ STRESS VL
®
sorma tabletlər
ANTI STRESS VL
®
Tərkibi:
Hər tabletə daxildir:
Mentil izovalerat................60mq
Mentol
Köməkçi maddələr: şəkər, kalsium stearat
Farmakoloji xüsusiyyətləri:
Mərkəzi sinir sisteminə QAYT-ergik reseptorlar vasitəsi ilə təsir edir. Təsirin neyrobioloji mexanizmi А1-adenozin
və benzodiazepin reseptorlarına aqonistik (stimulə edici) təsiri, həmçinin QAYT-ın ifrazının asanlaşdırılması və
geri sorulmasının zəifləməsinə əsaslanmışdır. Onun sinir siteminə goruyucu təsiri də məhz bu mexanizmlərlə
əlaqədardır.
Təsir mexanizmi həmçinin həssas sinir uclarının qıcıqlandırılması nəticəsində baş verən reflektor reaksiyalarla
əlaqədardır. Ağız boşluğunda selikli qişanın reseptorlarına təsiri nəticəsində enkefalinlər, endorfinlər, dinorfinlər,
peptidlər və bir sıra başqa endogen fizioloji aktiv maddələrin sintezini stimulə edir.
Göstərişlər:
• Stress halları
• Gərginlik, qorxu hissi
• Xroniki yorğunluq sindromu
• Narahatçılıq, əsəbilik
• Müxtəlif mənşəli depressiyalar
• Predmenstrual sindrom
• İntensiv fəaliyyət, imtahanlar, sessiyalar dövrü
• Siqaret çəkməyi tərgitmə zamanı
• Alkoqolizm, anoreksiya, bulemink sindrom zamanı müalicəyə əlavə olaraq
• Yuxusuzluq
• Arıqlama proqramlarının tərkibində
Əlavə təsiri: Müşahidə olunmamışdır.
Dozalanma: Böyüklər 1 tabletdən gündə 2-4 dəfə, dilin altına goymaq. Tablet özü sorulur.
Buraxılış forması: 30 tablet
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.
İstehsalçı:
Lammberg GmbH
Litzenburger 46, Berlin 10789, Almaniya