Antropologiyada yaş və cins problemi


İnsanların yaş-cins fərqləri. Boy və çəki



Yüklə 0,55 Mb.
səhifə13/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
yas-cins antropologiyasi muhaz

İnsanların yaş-cins fərqləri. Boy və çəki
BOY
Boy və yа bədənin uzunluğu mühüm morfoloji əlamətlərdən biridir. Mühüm fərdi dəyişkənliyə malik olan bu əlamət yaşa, cinsə və coğrafi areallara görə fərqlənir. Antropoloqlar tərəfindən orta göstərici kişilər üçün 165 sаntimеtr, qadınlar üçün 154 sаntimеtr müəyyənləşdirilmişdir.
Yenicə doğulmuş oğlan uşağının boyu 51 sаntimеtr, qız uşağının boyu isə 50 sаntimеtr olur. 7 – 8 yaşa qədər oğlanlarla qızlar arasında boyun uzanması arasında fərq müşahidə olunmur. 7 yaşdan 10 yaşa qədər daha sürətlə boy atan qızlar 10 - 11 yaşlarında oğlanları ötüb keçirlər. 15 yaşdan sonra oğlanlar boy artımına görə qızlara nisbətən daha sürətlə inkişaf etməyə başlayırlar. Cinsi yetişkənlik dövründə həm oğlanlarda, həm də qızlarda boy artımı 5 - 6 sаntimеtr olur. 19 yaşdan sonra qızlarda boy artımı 0,5 sаntimеtrə qədər azalır. Qadınlarda boy artımının zirvə nöqtəsi 18 - 19, kişilərdə isə 25 - 26 yaş hesab olunur. Boyun sabit artımı 45 - 50 yaşlarında dayanır və 55 yaşa qədər 0,5 sаntimеtr, daha sonrakı hər beşilliklər ərzində isə 0,7 sаntimеtr azalmağa başlayır. Boyun belə kiçilməsinin əsas səbəbi fəqərə qığırdaqlarının öz elastikliyini itirməsi ilə bağlıdır.
Yer kürəsi üzrə boyun uzunluğu arasındakı orta riyazi fərq 182 sаntimеtrdən 141 sаntimеtrə qədər dəyişərək 40 - 41 sаntimеtrə çatır. Ən qısa boylu əhali Mərkəzi və Cənubi Afrikada, Amerikanın, Avropanın, Asiyanın şimal ucqarlarında , Şərqi və Cənub - Şərqi Asiyada, Mərkəzi və cənubi Amerikada yaşayır. Çad gölündən cənub - şərqdə və tropik meşələrdən şimalda yaşayan zəncilər, Markiz adası sakinləri, norveçlilər və isveçlilər, Balkan yarımadası, Qafqaz sakinləri, pакistаnlılаr, Şimali Amerika hinduları öz ucaboyluluqları ilə seçilirlər. R. Martin boy uzunluğu ilə bağlı aşağıdakı şərti ölçüləri müəyyənləşdirmişdir



Boy kateqoriyası


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin