Antropologiyada yaş və cins problemi


Konstitutsional antropologiya



Yüklə 0,55 Mb.
səhifə6/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   2   3   4   5   6   7   8   9   ...   20
yas-cins antropologiyasi muhaz

Konstitutsional antropologiya bədəninin quruluşunu və onun formalaşmasını öyrənən bir bölmədir.
Müasir dövrdə əksər tədqiqatçılar insan konstitutsiyasının formalaşmasına yanaşmada qarışıq prinsipdən istifadə edirlər. Heç bir tədqiqatçı genlərin insanın bədən quruluşuna təsirini inkar etmir. Bəzi tədqiqatçılar insan konstitutsiyasını insan bədəninin iş qabiliyyəti, ətraf mühitə qarşı davamlılığı və ilk növbədə xəstəliklərə qarşı davamlılğının bir forması kimi götürürlər. Müasir dövr antropoloqu amerikan alimi Con Klass belə hesab edir ki, insan konstitutsiyası 2 amilin təsiri ilə formalaşır: ətraf mühit və irsiyyət. Konstitutsiyanın müxtəlif təzahür formaları var. İnsan bədəninin quruluşu onun həm psixoloji, həm idaraki xüsusiyyətlərinə təsir edir, davranışlarında müəyyən iz buraxır, bəzi hallarda hətta davranışın müəyyən xüsusiyyətlərini izah edir.
Psixologiyada hələ də mübahisəli mövzulardan biri insanın şəxsiyyətinin formalaşmasında ətraf aləmin yoxsa irsiyyətin əsas götürülməsidir. Lakin həriki amilin də təsiri danılmazdır.
İnsan konstitutsiyasının nə olmasına dair tədqiqatçılar arasında yekdil bir fikir yoxdur. Bu məsləyə müxtəlif yanaşmalar mövcud olmuşdur. Bütövlükdə götürdükdə isə bütün tədqiqatçılar konstitutsiyadan imtina etmirlər. 1930-cu illərdə rus anropoloqu Bunak insan konstitutsiyasını müəyyən edəndə burada 2 əsas tərkib hissəsini ayırmağı təklif edirdi: sanitar və funksional konstitutsiya. Sanitar konstitutsiya insan bədəninin ətraf mühitə, onun xüsusiyyətlərinə qarşı davamlılığıdır. Funksional konstitutsiya isə bədənin ümumi quruluşudur. Yəni insan əzalarının, insan bədəninin tərkib hissələrinin ümumi xüsusiyyətidir. Bunak qeyd edirdi ki, funksional əlamətin təyin edilməsi üçün 3 əsas əlamətdən istifadə olunur: boyun uzunluğu, döş qəfəsinin həcmi və bədənin çəkisi.
Bəzi tədqiqatçılar isə ümumi və xüsusi konstitutsiya ayırmağı müəyyənləşdiriblər. Ümumi konstitutsiya bədən qurulşunun ümumi xüsusiyyətlərini özündə ühtiva edir. Xüsusi konstitutsiya isə bədənin ayrı-ayrı xüsusiyyətlərini aydınlaşdırır. Xüsusi konstitutsiyaya sanitar, psixoloji və tibbi konstitutsiyanı aid etmək olar. İnsan konstitutsiyası onun bu və ya digər xəstəliyə yoluxma ehtimalını da özündə ifadə edə bilər. Məsələn, artıq çəkili insanların əksəriyyətində ürək-damar xəstəlikləri müşahidə etmək olar.
Bir çox tədqiqatçılar göstərir ki, bioloji konstitutsiya insanın bədən quruluşunun ümumi bioloji statusunu müəyyənləşdirir. XIX əsrdən etibarən insan konstitutsiyasının tipini müəyyənləşdirərkən hansı əlamətlərdən istifadə olunması mühüm rol oynayırdı. Müasir dövrümüzdə artıq konstitutsional tiplərin 60-dan çox təsnifatı mövcuddur.
Uşaqlarda və böyüklərdə bədəninin konstitutsional quruluşu fərqlidir. Onlarda bədən quruluşunun xüsusiyyətləri ayrıca tədqiq olunur. Çünki istər çəkinin artması, istər boyun artması və.s müxtəlif qraviyentlərlə ifadə olunur. Böyüklərdə isə konstitutsional quruluş kişilərdə və qadınlarda başqa cür müəyyən olunur. Bu isə piy, əzələ və sümük sistemindəki fərqlərlə bağlıdır. Bu səbəblərdən dolayı konstitutsional tiplərin qadınların üçün ayrı, kişilər üçün isə ayrı təsnifatı mövcuddur.
Konstitutsional tiplərin müəyyən edilməsində 1-ci əsas götürülən əlamət piy, əzələ və sümük tərkib hissələrinin miqdarıdır. 2-ci əlamət bədənin dar yaxud enli olmasıdır. 3-cü əlamət bədnin böyük və ya kiçikliyidir(makrosomiya və minosomiya). 4-cü əlamət isə andromorfiya və genekomorfiyalardır. Yəni qadın və kişilərdə bədən quruluşunun əlamətləri. Bu əsas əlamətləri götürüb marfooji tipləri müəyyən edirlər. Qadınlarda və kişilərdə əsas morfolji fərqlər bədəndə piyin və əzələnin yığılmasında mövcuddur. Bununla bağlı olaraq isə onların bədən quruluşunda fərdi xüsusiyyətlər yaranır. Kişilərdə əsas piy qatı qarın nahiyəsində yerləşir, qadınlarda isə piy qatının paylanması demək olar ki, bütün bədən üzrə gedir.
Ümumiyyətlə, bütün atropolji tədqiqatlarda əsasən bədənin 3 forması müəyyən edilir: birincədə əzələ və piy qatı demək olar ki, olmur, ikincidə əzələ qatı üstünlük təşkil edir, üçüncüdə isə piy qatı üstünlük təşkil edir. Bədənin enliliyinə və darlığına görə də üç forması müəyyənləşdirilib: dalixomorfiya-dar və uzun, braximorfiya-enli və qısa və . Piy qatının əsas hissəsi dərinin altında yerləşir. Insanlarda əzalarda piy qatının yığılması yaş artdıqca dəyəşir. 35 yaşadək piy qatı əsasəndərialtı olur və əzələlər üstünlük təşkil edir. 35 yaşdan sonra isə əzələ qatı azalır, piy qatı artır. Nəzərə alınan digər bir konstitutsional əlamət isə kişilərdə və qadınlarda olan fərqli əlamətlərdir. Kişilərin bədən quruluşunda enli hissə çiyinlər, qadınlarda isə baldırlardır. Bədən quruluşunda kəskin fərqlərin yaranması 40-45 yaşdanbaşlayırsa, qadınlarda bu ilk hamiləlik dövründən etibarən özünü güstərir.
Antropoloji tiplərin təsnifatı XIX əsrdən etbarən bir çox alimlər tərəfindən verilmişdir. Ilk təsnifat isə macar mənşəli Klemon Tsiqo tərəfindən hazırlanmışdır. Klemen Tsiqo öz təsnifatında əsasən döş qəfəsinin həcmini əsas götürmüşdü. O birinci müəyyən etdiyi tipi uzun döş qəfəsinə və altıbucaqlı kəlləyə malik insanlar qrupuna daxil etmişdi. Ikinci qrup insanlar kimi qida qəbulu sistemi güclü inkişaf etmiş-kök , üçüncü qrup kimi başları kvadrat formalı əzələli insanları, dördüncü qrup insanlar kimi isə selebral tipli insanları yəni, piy və əzələ qatı həddən artıq az inkişaf etmiş insanları götürmüşdür.
Digər pir təsnifat isə 1928-ci ildə kreçmer tərəfindən tərtib olunmuşdur. Kreçmer təsnifatı vermək üçün on mindən çox respondenti tədqiq etmişdir. Onun tədqiq etdiyi respondentlərin əksəriyyəti psixi tibbi müəssisələrdə olanlar idi. Kreçmer və ondan sonra isə Şeldon da respondentləri tapmaq üçün belə xəstəxanalara müraciət edirlər. Onların fikrincə, psixi pozğuntuları olan insanlarda bədənin istər anatomik xüsusiyyətləri, istərsə də irsiyyətlə bağlı olan xüsusiyyətləri özünü daha çox biruzə verir. Kreçmer konstitutsiyaya genetik yanaşmanın tərəfdarı idi. O göstərirdi ki, istər ətfar mühit istərsə də, sosial-ictimai amillər bədənin formalaşmasına təsir etmir. Hətta insan qidasının da bədən quruluşuna təsir etmədiyini əlavə etmişdi. Kreçmer göstərirdi ki, morfoloji tipləri əvvləcə kişilərdə sonra qadınlarda öyrənmək lazımdır. Çünki kişilərdə morfoloji tiplərin dəyişmir, uzun müddət sabit qalır. Qadınlarda isə morfoloji tiplərin dəyişməsi hormanal proseslərin nəticəsində çox sürətlə gedir. Buna görə də onlarda normal konstitutsional tipləri müəyyən etmək çətin olur, bəzən isə heç mümkün olmur. Bu vəziyyət cinsi yolla çoxalan bütün canlılarda belədir, xüsusi ilə də diri bala doğanlarda. Ümumiyyətlə isə Kreçmer 3 əsas tip müəyyənləşdirib: leptason, astenik və atletik. O göstərirdi ki, astenik tipin bədən quruluşunda əsas rol oynayan onun skeletidir. Atletik tipdə əsas rol oynayan əzələdir. Leptason tipdə isə əsas rol oynayan piy qatıdır. Bu tiplərin sifət mimikaları da fərqlidir. Astenik tip daim hərşeydən narazı bir üz quruluşuna malik olur. Atletik tiplərdə hərzaman davaya hazır bir mimika olur. Leptason tiplərdə isə arxeyin və mülayim bir üz ifadəsi olur. Çox nadir hallarda bütövlükdə bu tipin birinə aid olan insanlara rast gəlinir.
Kreçmer və Bunakın təsnifatında çox da böyük fərqlər özünü güstərmir. 1928-ci ildə Kreçmerin, 1932-ci ildə isə Bunakın təsnifatı işıq üzü görmüşdür. Bu dövrdə Rusiyada qadınların və uşaqların konstitutsional tiplərinin təsnifatı İ.Barisoviç Qolland tərəfindən verilmişdir. O, qadınlarda 7 fərqli konstitutsional tipi müəyyənləşdirir və onları 4 qrupda birləşdirir. Bu qrupa leptasom, astenik, stenoplastik vəmezasom tiplər daxildir. Qolland bu tipləri bədəndə olan piy və əzələ qatının köməyi ilə müəyyənləşdirməyə çalışır.1929-cu ildə Ştepko və Ostroqradiski uşaqların (11 yaşlı) konstitutsional tiplərinin təsnifatı vermişdir. Bu yaşdan aşağı olanlarda ümumiyyətlə konstitutsional tipləri müəyyənləşdirmək mümkün olmur. Çünki onlarda sümük sistemi tam formalaşmış olmur. Uşaqlarda konstitutsional tiplərin xüsusiyyətləri böyüklərdən fərqlənir. Fərqləndirci xüsusiyyətlər fizioloji proseslərin özündə olan fərqlərdir. Bu səbəbdən dünyanın bir çox yerlərində uşaqların konstitutsional tiplərini öyrənmirlər.
1940-cı ildə isə konstitutsional tiplərin yeni təsnifatını Şeldon verir. O Kreçmerin tədqiqatını davam etdirir, amma Kreçmerdən fərqli olaraq canlı insanlarla işləmirdi. O, öz tədqiqatında əsasən şəkillərdən istifadə edirdi. Şeldon əzələ, piy qatı və sümük qatının əsas tərkib hissəsinin şkalasını hazırlamışdı. O, göstərirdi ki, elə insanlar var ki bunlardan biri onlarda maksimalda, digərləri isə minimaldı. Şeldon bütün knstitutsional tipləri üçbucaq şəklində düzmüşdü və üçbucağın təpələrində ən kənar tiplər dururdu.3 təpəyə uyğun olaraq ektomorfiya, endomorfiya və mezomorfiya adlanırdı. Endomorfolarda piy qatı, ektomorflarda isə əzələqatı yaxşı inkişaf etmişdir, mezamorflarda isə bunların hər ikisi zəif inkişaf etmişdir. Bu təsnifatın hazırlanmasında Şeldon 17 antropometrik əlamətdən istifadə etmişdir, bunlardan 11-i somat əlamətlərdir. Boyun uzunluğu, çəki, çiyinin eni, döş qəfəsinin eni bu və ya digər əlamətlər 12 bal ilə ölçülürdü. Onlar içərisindən 7 ballıq sistem ilə konstitutsional tipləri müəyyənləşdirirdi.
Şeldondan sonra bu tədqiqat ABŞ-da Hit-Karter tərəfindəndavam etdirilir. Karter də Şeldonun metodundan istifadə edirdi, lakin ondan fərqli olaraq müəyyən sağlamlıq mərkəzində olan insandan istifadə etmirdi. Onlar ilk dəfə olaraq müəyyən ərazidə yaşayan bütün insanlardan istifadə edərək konstitutsional tiplərin təsnifatını vermişlər.
Bizim konstitutsional tiplərin müəyyən genləri eyni zamanda bizim sağlamlığımıza və psixoloji durumumuza təsir edir. Məsələn, konstitutsional tiplərin təsnifatını verərkən Kreçmer onları eyni zamanda insanın xarakteri, temperament xüsusiyyətləri ilə bağlamağa çalışır. Bu məsləyə dair o, “İnsanın bədən formaları və xarakteri” adlı kitabında məlumat vermişdir. 1928-ci ildə nəşr olunan bu kitabda Kreçmer psixoloq Yunqun şizotomik tiplərindən geniş istifadə etmişdir. Kreçmerin tədqiqi Şeldon tərəfindən davam etdirilir, insan davranışında 60 əlaməti götürür və hər qrupdan 30 nəfər olmaq onları tədqiq edir. Bunun əsasında o, xüsusi cədvəl düzəldir ki, burada da hansı bədən quruluşuna malik insanlarda hansı psixoloji xüsusiyyətlər olduğu göstərilir. Məslən, kök insanlar komfortu sevirlər, heçnəyə fikir vermirlər, yeməyə üstünlük verirlər, hamıya səmimi və yuxusu möhkəm olurlar. Arıq insanlar başqaları ilə münasibətdə məsafəli, daxilində yaşayan olurlar, cəmiyyətdən qoxurlar, sosiafobik olurlar. Əzələli insanlar isə hərəkətə üstünlük verirlər, riski sevirlər, insanlarla münasibətlərində gərginlik olur, mərhəmətsiz olurlar. Bu səviyyədən şizofreniyaya bir addımdır.
Müasir dövrdə psixoloji xüsusiyyətlərin formalaşmasına təsir göstərən amillərdən biri də əlavə xromosomların olmasıdır. Müəyyən qrup insanlar vardır ki, onlarda cinsi x yaxudyolan əlavə xromosom vardır. Çox nadir hallarda digər xromosomlar da ola bilər, bu isə irsi xəstəliklərə gətirib çıxarır. Bu pataloji hallar insanın bədən quruluşuna və cəmiyyətdəki davranışlarına təsir göstərir. Hormonal pozğunluq yaradır, hormonal pozğunluğu isə tənzimləyən bizim genetikamızdır. Bədən xüsusiyyətlərinə xarici amillər də təsir edir amma böyük rol oynamır.
Konstitutsiyanın tibbi əsasları da vardır. Bu onunla əsaslandırılır ki, müəyyən bədən quruluşuna sahib olan insanlar müəyyən xəstəliklərə daha meyilli olurlar. Qədim dövrlərdən bilirlər ki, arıq adamlar vərəm xəstəliyinə daha çox tutulur. Əzələli insanlarda isə əzalar, onurğa və əzələ ilə bağlı xəstəliklər mövcud olur.
İrsiyyətlə yanaşı ətraf-mühit də bədən quruluşunun formalaşmasına təsir edir. Ətraf-mühitin təsiri kifayət qədər uzunmüddətli dövr üçün baş verir. Kifayət qədər uzun müddətli hərhansı coğrafi şəraitdə yaşayan insanlarda bu şəraitin təsiri ilə müəyyən xüsusiyyətlər formalaşır. Bunu konstitutsiyanın ekaloji tərəfi adlandırırlar.
Arktika, ekvatorial bölgə, mülayim hava bölgəsi, yüksək dağlıq iqlim şəraiti-iqlimdə baş verən dəyişiklər və ətraf mühitin təsiri fərqlidir. Bu fərqliliklər də öz növbəsində insanın bədən quruluşunda müəyyən dəyişikliklər yaradır. XX əsrin 40-50-ci illərinədək bu problemlər öyrənilmirdi.
Darvinin “təbii seçmə”sinə əsasən, o növlər ki ətraf-mühitə uyğunlaşır həyatda qalır, digərləri isə sıradan çıxıb gedir. 35000 il ərzində ekaloji amillərin təsiri ilə bədən quruluşundakı fərqliliklərdən bir neçə tip yaranır. Bunlara adaptiv tiplər deyilir. Bu tipləri Tatyana Alekseyeva öyrənmişdir:

  1. Arktika tipi

  2. Tropik tipi

  3. Yüksək dağ tipi

  4. Səhra (arid) tipi

  5. Mülayim iqlim qurşağı tipi

Yer kürəsinin quru əraisinin 5\4 hissəsi şimal yarımkürəsində, yalnız 5\1 hissəsi cənub yarımkürəsində yerləşmişdir. Bu səbəbdən də əhalinin çoxu şimal yarımkürəsində yaşayır. 66 dərəcə şimal enliyi qurşağında yaşayan əhalini Arktika uyğunlaşma tipinə aid edirlər. Bu tipi fərqləndirən xüsusiyyət buradakı iqlim şəraitidir. Orta illik temperatur 0 və ya -3 dərcədir. Temperatur əksər hallarda -40,-50 dərəcə olur. İnsanın normal bədən temperaturu isə 36,6 dərəcə olur. İnsanın bədəni ilə ətraf-mühit arasında 70-100 dərcə fərq yaranır. Bu fərqi örtmək üçün isə insanın bədənində daha çox enerji istehsal olunmalıdır. Bunun üçün isə daha çox qida və oksigen tükətilməlidir. Artikada və subarktikada yaşayan insanların qida rasyonunda 150q piy yer almalıdır. Çünki maksimal dərəcədə bədənə istilik verən yağlardır. Piyi yandırmaq üçün oksigen lazımdır, oksigeni daha çox qəbul etmək üçün isə onların ağciyərləri böyük olur. Eskimoslarda , aleutlarda, yakutlarda ağciyərin ümumi həcmi bizimkindən 1,5 dəfə çoxdur. Ağciyər böyük olduğuna görə döş qəfəsi böyükdür və ümumilikdə götürdükdə isə gövdə iridir. Bu insanlarda əl və ayaqlar balaca, gövdə isə böyük olur. Bütün bu dəyişiklikləri yaradan isə temperaturdur, temperatur göstəriciləri və ətraf-mühitin təsiri.
XIX əsrin ingilis təbiətşünası Allen insan bədəninin, iqlim ilə bağlı canlıların bədən quruluşunun qanunauyğunluqlarını müəyyənləşdirir. O göstəriri ki, iqlim isti olduqda bədən ölçülərində kiçilmə gedir, soyuq olanda isə bədən böyüyür. Dünyanın ən uzun adamları milotlardır. Lakin onların bədən səthi ilə eskimosların bədən səthi arasında fərq vardır. Eskimosların bədən səthi 2 dəfə çoxdur. Çünki bədənin qabaridləri, ölçüləri çoxdur ona görə də böyükdür. Soyuğa doğru getdikdə nisbi ölçülər böyüməyə doğru gedir, istiliyə doğru getdikdə isə kiçilir. Bu xüsusiyyət özünü ik növbədə arktika tipində göstərir.
Nöbəti bədən quruluşu böyük olan tip yüksək dağtipidir. Yuxarı çıxdıqca atmosfer təyziqi azalır, bu isə havanın ümumi həcminin azalması ilə bağlıdır. Dağda yaşayanlarda hava yetərli olsun deyə ağciyər böyüyür, buna görə də bədən böyüyür. Lakin onların böyüməsi ilə eskimosların böyüməsi arsında fərq var. Onlarda ayaq balacalaşmır, bütün bədən böyüyür, eskimoslarda isə gövdə böyüyür. Oksigenin azalması ilə bağlı müəyyən proseslərin grtməsi zəifləyir, problemlər yaranır. Bu beyinin fəaliyyətinə də öz təsirini göstərir. Dağda yaşayan insanlarda nisbətən anlama zəif olur. Bu arktika bölgəsində yaşayan insanlarda da muşahidə olunur. Ruslarda istifadə olunan “çukça” sözü həyat şəraiti və iqlimin təsiri ilə bağlıdır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin