Antropologiyada yaş və cins problemi


Yetkinlik və qocalıq yaşlarının, cinsin müəyyən edilməsi



Yüklə 0,55 Mb.
səhifə9/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
yas-cins antropologiyasi muhaz

Yetkinlik və qocalıq yaşlarının, cinsin müəyyən edilməsi
Yetkinlik dövrünün sümüklərə görə müəyyən edilməsi metodikası nisbətən yaxşı işlənib.Bu baxımdan ayrı-ayrı əlamətlərə görə yaşın tam dəqiq müəyyən edilməsi ilə bağlı macar alimlərinin tədqiqatları xüsusilə diqqıtı layiqdir.Təəssüf ki,onların tədqiqatları rentgenoqrama olmadığı halda öz dəqiqliyini itirmiş olur və kütləvi tədqiqatların aparılmasına əngəl olur.Bu zaman antropoloqlar ayrı-ayrı sümüklərlə bağlı müxtəlif alimlərin tərtib etdikləri cədvəllərdən istifadə edirlər.Məs:çiyin və bud sümükləri ilə bağlı cədvəllər lanzen,əl sümükləri ilə bağlə cədvəllər roxlin və Rubaşovun cədvəllərindən istifadə olunur.Bu cədvəllərdə bölgü yaş həddini müəyyən etmək üçün morfoloji dəyişkənliyin təsiri öz əksini tapır.20-29 yaşında çiyin sümüklərinin başlıqları hamar şəkildə olur və 2-3 yaşında bu başlığın böyüməsi dayanır və inkişaf ancaq çiyin sümüyünün alt başlığında müşahidə edilir.Bud sümükləri də bu yaşda hamar olur.Onun üst hissəsində azacıq təpəciklər yaranır.24-19 yaşında əsas dəyişkənlik əl darağı sümüklərində müşahidə olunur və onlarda eberden düyünü müşahidə edilir.Bubu rentgen vasitəsilə daha yaxşı müşahidə etmək olur.34 yaşından sonra bud sümüyündə çökəlmə prosesi başlayır.Eberden düyünü daha da inkişaf edir.Qeyd etmək lazımdır ki,bu düyünlər qadınlarda qadınlarda daha çox müşahidə olunur.40-49 yaşında çiyin sümükləri və onun diofiz hissəsində qabarcıqlar yaranır və onlar öz hamarlılığını itirməyə başlayırlar.Eyni hal bud sümüyündə də müşahidı edilməyə başlayır.40-44 sümüklərin uluna itiləşməsi 50-60%,eberden düyününün artması isə 5-10% artır.50-59 yaşında çiyin sümüyündə kövrəl daha kəskin şəkildə olur.Bu sümüklərin kövrələrək itiləşməsi kəskinləşir.Bud sümüyündə hamarlılığın pozulması nəticəsində onun mütəhərrik hissəsində çıxıntılar yaranır.Çiyin sümüyündən fərqli olaraq bud sümüyü formalaşır.Bu yaşda olan skeletlərin 2/3-də eberden düyünü müşahidə edilir və bu düyünlər qadınlar qadınların skeletində daha çox müşahidə edilir.60yaşdan sonra sümüklərdə çökəkliklərin sayı artır və onların üzərində kəskin çıxıntılar əmələ gəlir.
Cinslərə görə müəyyən edilməsi nəzərə çarpdığı sümük çanaq sümüyüdür.Qız uşaqlarının çanaq sümüyü oğlanlardan kiçikliyi,qasıq sümüyünün daha kəskin bucaq altında olması ilə fərqlənir.Cinsləri müəyyən etmək üçün çanaq sümüyünün metrik ölçülərdən də istifadə edilir.Kişinin çanaq sümüyü ensiz və uzun,daha şaquli,orta diametri 52mm,qabağa çıxıntılı və konus şəkildə olduğu halda qadının çanaq sümüyü enli və qısa üfiqi formalı,orta diametri 46mm az çıxıntılı və silindrix formalıdır.Döş qəfəsi quruluşuna görə isə kişilərdə bu sümük uzundur.Kişilərdə döş qəfəsinin indeksi 45,qadınlarda 55-dir.Boyla döş qəfəsi arasındakı tənasüblük Dobriak cədvəlində öz əksini tapmış.Dyuvard isə döş sümüyünün mütləq ölçülərinə görə cinsləri müəyyən edən cədvəllər tərtib etmişdir.Kürək sümüyünə gədikdə isə cinsi fərqlilik onların böyüklüyündən fərqlənir.Kişilərin kürək sümüyü qadınlarınkından böyük olur.Qadınlara nisbətən kişilərin fəqərə sütunu40-45mm uzundur.Cinslərin müəyyən edilməsində atlant enliliyi deyilən əlamətdən istifadə edilir.Kişilərdə bu 83mm qadınlarda isə 72mm-dir.Kişilərin sümükləri qadınlara nisbətən daha ağır,üzəri daha çox naxışlı və daha uzundur.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin