§8. Dünya maşınqayırma sənayesi
Maşınqayırma sənayenin əsas aparıcı sahələrindəndir.
İqtisadiyyatın bütün sahələrini əmək aləti ilə təmin etdiyinə görə
mütəxəssislər maşınqayırmanı sənayenin ürəyi adlandırırlar.
Maşınqayırma elmtutumlu sahədir və elmi-texniki tərəqqinin
bələdçisidir. O eyni zamanda elmi-texniki nailiyyətlərin sınaqdan
keçirilməsi poliqonudur. Yeni texniki, texnoloji, təşkilati, estetik,
erqonomik ideyalar burada yaranır, burada həyata vəsiqə alır. Əhalinin
daha savadlı hissəsi burada çalışır. Maşınqayırma özü-özlüyündə 100-
dən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki
263
komplekslərdən ibarətdir. Yeni iş yerlərinin yaradılmasında, yeni
məhsulların bazara çıxarılmasında, ölkə iqtisadiyyatının güclənməsində,
ölkənin iqtisadi müstəqilliyinin artmasında, hərbi cəhətdən güclü
olmasında maşınqayırmaya alternativ sahə yoxdur. Bütün bunlarla
yanaşı maşınqayırma ölkənin iqtisadi gücünün barometridir.
Maşınqayırmanın səviyyəsinə görə ölkənin sosial-iqtisadi inkişafı
haqqında fikir söyləmək olar: maşınqayırması yaxşı olan ölkənin inkişaf
səviyyəsi də yüksək olur. Bu gün sənaye cəhətdən inkişaf etmiş
ölkələrin iqtisadiyyatında aparıcı mövqe maşınqayırmaya və onunla
əlaqədar olan istehsal və sosial infrastrukturlara məxsusdur. Geri
qalmış ölkələr bir çox cəhətdən elə ona görə geri qalmış ölkələr
adlandırılır ki, onların maşınqayırma sənayesi geri qalmışdır. İnkişaf
etmiş ölkələr geri qalmış ölkənin yeraltı sərvətlərini daşıyıb aparırılar,
emal sənayesinin inkişafı haqda düşünmürlər. Belə ölkələrdə
maşınqayırma bir qayda olaraq ya heç inkişaf etmir, ya da çox zəif
səviyyədə olur. Bu cür hal ölkəni, əmək alətləri əldə etmək nöqteyi-
nəzərincə inkişaf etmiş ölkələrdən asılı edir. Sonda bu cür asılılıq hərbi
münaqişələrə də səbəb olur. İraqla Amerika arasında hərbi
münaqişələrin kökündə məhz bu asılılıq və buradan irəli gələn
narazılıqlar durur.
Maşınqayırma məhsulunun ticarəti də dünya ticarətində mühüm
yer tutur. Dünya ixracının ümumi həcmində maşın və avadanlıqların
xüsusi çəkisi 37%-ə çatır. Ümumi ixracda maşınqayıma məhsulunun
xüsusi çəkisi Yaponiyada 64%, ABŞ və Almaniyada 48%, İsveçdə 44%,
Kanadada 42%, təşkil edir. Maşın və avadanlıqların dünya üzrə
ticarətinin 80%-i inikşaf etmiş ölkələrin payına düşür. İnkişafda olan
ölkələrin payı 10%, Rusiyanın isə dünya maşınqayırma məhsulu üzrə
ixracdakı payı cəmi 1%-dən də az təşkil edir. Bu rəqəmlər bir daha
sübut edir ki, maşınqayırma aparıcı sahədir, lakin hər bir istənilən ölkə
onu
inkişaf etdirmək iqtidarında deyil. İnkişaf etmiş ölkələr isə bu
problemin öhdəsindən uzun illərdir ki, bacarıqla gəlirlər. Bir qayda
264
olaraq, bu ölkələrin sənayesində maşınqayırmanın xüsusi çəkisi yüksək
(32-38%) olur.
Dünya maşınqayırmasının sənaye məhsulu həcmindəki xüsusi
çəkisi təxminən 35% təşkil edir. Emal sənayesinin də tərkibində
maşınqayırma və metal emalı üstün yer tutur. Son illər dünya emal
sənayesi məhsulunun həcmində maşınqayırma və metalemalı sahəsinin
xüsusi çəkisi 42-44%-ə çatmışdır.
İqtisadiyyatın bütün bölmələrində və maşınqayırmanın özündə
texnoloji tərəqqi prinsipcə yeni cihaz, alət, tərtibat tələb edir. Bütün
bunlar maşınqayırmada istehsal edilir və elm-tutumlu məhsullardır.
İnkişaf etmiş ölkələr elmi-tədqiqat və layihə-təcrübə işlərinə çəkilən
xərclərin yarısından çoxunu maşınqayırmaya yönəldirlər. Beynəlxalq
statistika maşınqayırma sənayesini beş qrupa bölür: metalyayma, qeyri-
elektrik maşınqayırması, elektrik maşınqayırması, nəqliyyat
avadanlıqları və dəqiq alətlər. Maşınqayırmanın inkişafına yönəldilən
vəsaitin sahələrdaxili bölüşdürülməsində bu bölmələrin inkişafına
differensial yanaşılır, tələb və təklif nəzərə alınır.
Son illər elektronika və telekommunikasiya texnikasının
inkişafına xüsusi fikir verilir. Elektron məhsullarının dünya ümumi
daxili məhsulundakı xüsusi çəkisi getdikcə artmaqda davam edir və
hazırda 5%-i ötməkdədir. Bu məhsulun üçdə birini EHM və proqram
təminatı vasitələri təşkil edir. Elektron məhsulları istehsalı əsasən
inkişaf etmiş ölkələrdə cəmlənmişdir. Onlar həm də bu məhsulların
istehlakçılarıdır. Amerika Birləşmiş Ştatlarında hər 100 fəhlənin 60-dan
çoxuna fərdi kompüter düşür. Müqayisə üçün göstərək ki, bu rəqəm
Almaniyada 30, Yaponiyada isə 20-dir. Üstün sürətlə inkişaf edən digər
maşınqayırma sənayelərinə avtomobilqayırma, nəqliyyat vasitələri,
kənd təsərrüfatı avadanlıqları istehsalları və nəqliyyat avadanlıqları
istehsalı daxildir. Maşınqayırmanın strukturu tələb və təklif, obyektiv
iqtisadi qanunlara görə güclü qiymət rəqabətinə görə formalaşır.
Ma
şınqayırmada
struktur
dəyişikliklərinin
mahiyyətini
elmtutumlu sahələrin üstün inkişafı təşkil edir ki, bu da
265
maşınqayırmanın zəif inkişaf etmiş, korrupsiyaya uğramış ölkələrdə
inkişafını çətinləşdirir və hətta qeyri-mümkün edir. Nəticədə sosial
yönümlü iq
tisadi inkişaf yolu seçən ölkələr çoxlu qazanc gətirən və
digər ölkələri özündən asılı vəziyyətə sala bilən maşınqayırma
istehsalını öz əllərində saxlaya bilirlər.
Maşınqayırma kompleks sahədir. Onun istehsal etdiyi məhsullar
müxtəlifdir. Buna görə də maşınqayırma sosial, iqtisadi, texniki,
texnoloji, təşkilati, idarəetmə məsələləri həll etməklə yanaşı silah, avio
və kosmik texnika, informasiya vasitələri, okean nəqliyyatı
avadanlıqları istehsal etməklə hərbi-siyasi məsələləri də həll edə bilir,
qlobal prob
lemlərin həllinə güclü təsir göstərir. Bu cür və buna oxşar
dünya (planet) əhəmiyyətli məsələləri həll etmək qüdrətində olan
maşınqayırma məhsulunun nomenklaturası artır, assortimenti isə
genişlənir. Buna görə də maşınqayırma məhsullarını şərti olaraq iki
qrupa -
strateji əhəmiyyətə malik olan, ölkənin hərbi və iqtisadi
təhlükəsizliyini təmin edə bilən məhsullar qrupuna (ağır maşınqayırma)
və məişət texnikası (və ona oxşar) məhsullar qrupuna bölmək olar. Son
illər inkişaf etmiş ölkələrdə desənayeləşmə prosesləri baş verməkdədir.
Bu əsasən ikinci qrup maşınqayırma məhsulları istehsalının zəif inkişaf
etmiş ölkələrdə təşkil edilməsi nəticəsində baş verir. Nəticədə
maşınqayırma geri qalmış ölkələrdə nisbətən inkişaf etsə də, əsas strateji
məhsulların istehsalı yenə də inkişaf etmiş ölkələrin əlində qalır.
§9. Maşınqayırma sənayesinin coğrafiyası
Dünya iqtisadiyyatına aid ədəbiyyatlarda planetimizdə dörd əsas
maşınqayırma regionu fərqləndirilir.
Birinci region -
Şimali Amerikanı əhatə edir. Bu region digər
regionlardan özünün aparıcı mövqe tutması ilə fərqlənir. Dünya
maşınqayırmasının 30%-ə qədəri bu regionun payına düşür. Ən
mütərəqqi maşınqayırma məhsullarının istehsalı (müasir kompüter
266
texnikası, təyyarə, raket-kosmos texnikası, müxtəlif hərbi texnika və
sursatlar) əsasən bu regionda istehsal edilir. Bu regionda baş mövqe
ABŞ-a məxsusdur. ABŞ-ın sənayesi dünya sənayesində dayanıqlı
yüksək yer tutur.
Amerika sənayesinin strukturunda aparıcı yeri maşınqayırma
tutur. Maşınqayırmanın strukturu da mütərəqqidir. Elektron,
elektrotexnika, avtomobil sənayeləri maşınqayırmada xüsusi yer tutur.
Avio-raket-
kosmik texnika istehsalı da ABŞ maşınqayırma sənayesində
xüsusi yer tutur. Elektron maşınqayırmasında yüksək xüsusi çəkiyə
sənaye və hərbi tə-yinatlı məmulatlar malikdir, məişət tipli əşyalar
nəzərə çarpacaq dərəcədə azlıq təşkil edir. Amerika sənayesində
maşınqayırmadan sonra ikinci yeri kimya sənayesi tutur. Bu sahənin
müəssisələri neft və qaz çıxarılan rayonlarda yerləşdirilmişdir. Kimya
sənayesinin zavodları Meksika körfəzində və ABŞ-ın şimalında daha
çoxdur. Bunun da səbəbi idxal neftin bu yerlərdən ölkəyə daxil
olmasıdır. Amerika sənayesinin digər inkişaf etmiş ölkələrdən fərqli
cəhəti hasilat sənayesinin yüksək inkişaf etməsidir. Amerika təbii
resurslarla
zəngin bir ölkədir. Burada zəngin neft, qaz, daş kömür, əlvan
və qiymətli metal yataqlarıı vardır. Neft, qaz sənayesi qabaqcıl
mövqelərdə da-yanır. Maşınqayırma sənayenin bütün bu sahələrini
yüksək texniki-iqtisadi göstəriciləri olan avadanlıqlarla təmin edir.
Şimali Amerikanın ikinci böyük ölkəsi olan Kanada da sənaye
cəhətdən yüksək səviyyədə inkişaf etmişdir. Bu ölkədə sənayenin aktiv
hissəsi - emal sənayesi daha çox inkişaf edib. Bununla yanaşı bu gün
Kanada nikel, uran, azbest, alüminium kimi xammal m
ateriallarını hasil
və istehsal edir və bu sahədə dünya üzrə aparıcı mövqe tutur. İstehsalın
artım sürətinə görə Kanada sənayesində “xammal” resursları sənayesi -
neft və qaz sənayesi qabağa gedir. Təklifin azalması və qiymətin tez-tez
dəyişməsi Kanadanın xammalla əlaqədar olan ənənəvi sahələrinin
müəssisələrində mənfəət normasının və kapital qoyuluşunun azalması
müşahidə olunur. Eyni zamanda sənayenin aparıcı sahəsi olan
maşınqayırmada yüksəliş olur: burada son zamanlar elektron,
267
elektrotexnika kimi elmtut
umlu maşınqayırma sənayesinin məhsulları
nəzərə çarpacaq dərəcədə yüksəlmişdir. Ümumi maşınqayırmanın
inkişafında, telekommunikasiya vasitələrinin istehsalında, kimya və
avtomobil sənayesində inkişaf sürətlə gedir. Kanada sənayesinin başlıca
xüsusiyyətlərindən biri də sənayenin aktivində xarici investorların
payının 40%-ə çatmasıdır ki, onların da 70%-i ABŞ kompaniyalarına
məxsusdur. Sənayenin digər sahələrində isə xarici kapital daha üstün yer
tutur. Məsələn, kimya sənayesində fəaliyyət göstərən kompaniyaların
aktivlərinin 63%-i, elektrik enerjisi sənayesində - aktivlərin 62%,
avtomobil sənayesində isə bu rəqəm hətta 92% təşkil edir.
İkinci region - Qərbi, Mərkəzi və Şərqi Avropanı əhatə edir. Bu
region dünya maşınqayırma məhsulunun 30%-ni verir. Bu regionda
ənənəvi baza sənaye sahələrindən olan metal-lurgiya, maşınqayırma və
metal emalı, kimya sənayesi yaxşı inkişaf etmişdir. Maşınqayırmanın
mikroelektronika, roboto
texnika, optik elektronika kimi müasir və
qabaqcıl sahələrinin inkişafına görə Qərbi Avropa dünya güc
mərkəzlərinin qalan ikinsindən - ABŞ-dan və Yaponiyadan geri qalır.
Yüksək texnoloji məhsullar hələlik əsasən Almaniyada istehsal edilir.
Mərkəzi və Şərqi Avropa ölkələri orta səviyyədə inkişaf etmiş
ölkələr qrupuna daxildirlər. İqtisadiyyatın strukturunda sənaye və aqrar
sənaye mühüm yer tutur. Lakin sosialist sitseminin dağılması sənayenin
bu ölkələrdə inkişafına mənfi təsir göstərdi. Son illərdə bəzi dövlətlərdə
(məsələn, Polşada) iqtisadi inkişaf özünü göstərir ki, bu da sənayenin
inkişafı üçün yaxşı perspektiv yaradır. Bu ölkələrin Avropa Birliyinə
daxil olması prosesi başa çatdıqdan sonra sənayenin inkişafı üçün yeni
imkanlar yarana bilər.
Üçüncü region -
Şərqi və Cənubi Şərqi Asiyanı əhatə edir. Dünya
maşınqayırma məhsulunun təxminən 25%-i bu regionun payına düşür.
Region gəmiqayırma, avtomobil sənayesi, məişət elektronikası sənayesi
sahəsində irəlidə gedir. Yaponiya bu regionda maşınqayırmanın
inkişafını idarə edir. Elmtutumlu maşınqayırma əsasən Yaponiyada
268
inkişaf edir. Nisbətən çox da mürəkkəb olmayan məhsulların istehsalını
isə Yaponiya yeni sənaye ölkələrinə istiqamətləndirir.
Dördüncü region -
Rusiya və keçmiş SSRİ-yə daxil olan
respublikaların daxil olduğu regiondur. Ümumi kontekstdə bu region
maşınqayırmanın demək olar ki, bütün sahələri fəaliyyət göstərən
regiondur. Lakin az miqdarda elmtumlu maşınqayırma məhsulu əsasən
Rusiyada istehsal edilir. İstər Rusiyada və istərsə də MDB ölkələrində
mürəkkəb olmayan maşınqayırma məhsulları istehsal edilir.
Ümumdünya maşınqayırma məhsulunda regionun xüsusi çəkisi 12-
15%-
ə çatır. Regionun maşınqayırma sənayesi əsasən Rusiyada
yerləşmişdir. Bu ölkədə raket-kosmik texnika istehsalı, aviasiya,
maşınqayırma və məişət elektronikası yüksək səviyyədə inkişaf
etmişdir.
Gəmiqayırma sənayesi maşınqayırmanın mühüm sahəsidir. 1960-
cı illərdə sənayenin bu sahəsi sürətlə inkişf etməyə başlamışdı. Səbəbi
də “ucuz” neftin dənizlə daşınmasının artması və müvafiq olaraq iri
tutumlu tankerlərin istehsalının artması idi. Lakin energetik böhran
başlayandan sonra yüksək tutumlu tankerlərə olan tələbat azaldı. Bu
dövrlərdə gəmiqayırma sənayesi öz coğrafi mövqeyini dəyişmədi.
Məhsul daha çox yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi
Koreya bu sahədə dünyada Yaponiyanı geridə buraxıb birinci yerə
çıxdı. Gəmiqayırma Braziliyada, Argentinada, Meksikada Çilidə və
Tayvanda inkişaf etməkdədir.
Dünya maşınqayırmasını üç qrupa bölmək olar: 1) ümumi
maşınqayırma (dünya maşınqayırma istehsalında bu maşınqayırmanın
xüsusi çəkisi 37-34% təşkil edir); 2) nəqliyyat maşınqayırması (33-
35%), 3) elektrotexnika da daxil olmaqla elektronika sənayesi (30-
31%). Təhlil göstərir ki, son illər bu nisbətlər dəyişilir, nəqliyyat
maşınqayırmasının xüsusi çəkisi nisbətən azalır. Elektrotexnika
sənayesinin inkişaf tempi isə yüksəlir. Ümumi maşınqayırma
sənayesinin həcmi uzun illərdir ki, nisbi dəyişməz vəziyyətdə qalmaqda
davam edir. Qeyd edək ki, ümumi maşınqayırma sənayesinin əsas
269
məhsullarına ilk növbədə müxtəlif avadanlıqlar, dəzgahlar daxildir.
Kənd təsərrüfatı üçün maşın və avadanlıqlar istehsalı və bu tipli çox da
mürəkkəb olmayan maşınqayırma məhsullarının istehsalı inkişafda olan
ölkələrə tərəf istiqamət götürməkdədir.
Avtomobil sənayesi 50 ilə yaxındır ki, dayanıqlı sürətlə inkişaf
edir. 1950-
ci ildə dünya üzrə istehsal edilən avtomobillərin sayı 10
milyon ədəd təşkil edirdisə 1990-cı illərin ortalarında bu rəqəm 50
milyon ədədə çatmışdır. Avtomobil istehsalının coğrafiyası da dəyişir.
1990-
cı ildə avtomobil istehsalında dünyada birinci yerə Yaponiya
çıxdı. İkinci yerdə ABŞ durdu. Son illərdə avtomobil istehsalı nəzərə
çarpacaq dərəcədə yeni sənaye ölkələrində (Cənubi Koreya, Braziliya)
və keçid dövrü keçirən ölkələrdə (Polşa) artmağa başlamışdır.
IX FƏSİL. ELMİ-TEXNİKİ TƏRƏQQİ VƏ DÜNYA
İQTİSADİYYATI
§1. Elmi-texnik
i tərəqqinin məzmunu
İstər bütövlükdə dünya iqtisadiyyatının və istərsə də onun
yarımsistemləri olan ayrı-ayrı ölkələrin intensiv inkişafında qlobal
əhəmiyyətli tədbirlər işləyib hazırlamaq və istehsala tətbiq etmək
mühüm rol oynamışdır. Dünya miqyasında elmi-texniki tərəqqi (ETT)
sahəsində görülən işlər, aparılan tədqiqatlar bu cür tədbirlərdəndir.
Əslində dünya miqyasında ölkələrin iqtisadi inkişaf cəhətdən zəif -
güclü, kasıb-varlı, inkişaf etmiş, inkişaf edən kimi qruplaşdırılmasının
material əsasını ETT-ni təşkil edir. Bu gün planetimizdə inkişaf elmiş
ölkələrin hamısı ETT-ni sürətləndirmək yolu ilə müvəffəqiyyətlər əldə
etmiş və getdikcə digər ölkələrə nisbətən üstün inkişaf etmişlər. Müasir
dövrdə ETT dünya iqtisadiyyatının xarakterik xüsusiyyətlərini, ticarətin
məğzini, ölkələr və regionlar arasında qarşılıqlı əlaqələrin mahiyyətini
təyin edir. Ölkələrin güclü və gücsüzlüyünü də ETT ortaya çıxarır.
270
İxrac və idxalı da o təyin edir. Elmi kəşflər və ixtiralar qlobal miqyasda
istehsal element
lərində, məhsul istehsalında, əhalinin istehlakında
material
laşdıqca cəmiyyətdə köklü sosial-iqtisadi dəyişikliklər meydana
gətirir, qloballaşma, intensivləşmə, sənayeləşmə, beynəlmiləlləşmə
proseslərini sürətləndirir və ən başlıcası isə onları dönməz edir.
Rəqabətdə qalib çıxmaq da öz əsasını buradan götürür. İnkişaf etmiş
ölkələrin və ilk növbədə Yaponiyanın, ABŞ-ın, Almaniya Federativ
Respublikasının və digər ölkələrin dünya bazarında əldə etdikləri
müvəffəqiyyətlər
də
bilavasitə
ETT,
onun
məqsədyönlü
sürətləndirilməsi ilə əlaqədardır.
ETT-
nin dünya iqtisadiyyatına təsirinin ilk həlqəsi lokal və qlobal
miqyasda baş verən sahibkarlıq fəaliyyətidir. ETT-nin istehsala
bilavasitə təsiri də sahibkarlıq fəaliyyəti çərçivəsində dünya təsərrüfat
miqyasındakına nisbətən daha əyani görünür. Elə buna görə də dünya
iqtisadiyyatına aid yazılarda ETT-nin həlledici roluna lazımi diqqət
yetirilmir, hesab edilir ki, bu firmaların işidir, sahibkarların fəaliyyət
dairəsinə aiddir. Əslində isə dərsliklərdə və dərs vəsaitlərində çox yer
verilən “dünya bazarı”, “ticarət əlaqələri”, “idxal”, “ixrac”, “beynəlxalq
əlaqələr”, “Qlobal problemlər”, “qlobalizasiya” və digər bu tipli çox
əhəmiyyətli və prinsipial məsələlərin hamısı ETT-yə nisbətən
ikincidirlər. ETT bu proseslərin meydana gəlməsinə və sürətlənməsinə
səbəb olan qlobal amildir. Bunları nəzərə alaraq ETT-nin mahiyyətinə
kitabda yer ayırmağı məsləhət bildik.
Dünya miqyasında iqtisadi inkişafı və istehsalın səmərəliliyinin
yüksəldilməsi məsələsinin həlli bir sıra amil və şərtlərdən asılıdır. Lakin
son nəticədə səmərəli təsərrüfat fəaliyyətinə yol istehsal
elementlərindən keçir. Ona görə ki, istehsal elementlərində (əmək
alətində, əmək cismində və əməyin özündə) köklü mütərəqqi
dəyişikliklər əldə edilmədən səmərəliliyi yüksəltmək mümkün olmür.
İstehsalın texniki və texnoloji bazası daim inqilabi dəyişikliklərə məruz
qalmalıdır ki, ictimai əmək məhsuldarlığı cəmiyyətin tələb etdiyi
səviyyəyə qədər yüksələ bilsin. Buna görə də tarixən elmin və
271
texnikanın tərəqqisi dünya yarımsistemləri inkişafının bütün pillələrində
-
istər sosial-iqtisadi və istərsə də siyasi-hərbi məsələlərin həllində
başlıca rol oynamışdır.
Keçmiş dövrlərə nisbətən müasir dövrdə elmi-texniki tərəqqi ölkə
və regionların inkişafına bu vaxta qədər görünməmiş güclü təsiri və
istehsalın səmərəli inkişafında və intensivləşdirilməsində oynadığı
həlledici rolu ilə fərqlənir.
Texniki tərəqqi mütərəqqi əmək cismi və əmək alətlərinin
yaradılması ilə nəticələnir. Lakin müasir dövrdə yaradılan hər hansı bir
yeni texni
ka mütərəqqi sayılmır. Qabaqcıl Qərb ölkələrinin və
xüsusilədə elmdə öz inqilabi nailiyyətləri ilə insanları heyrətə gətirən
Yaponiyanın təcrübəsi göstərir ki, indi ancaq elmtutumlu texnika
mütərəqqi hesab edilə bilər. Ancaq elmtutumlu texnikanın tətbiqi
i
stehsalda inqilabi dəyişikliklər yarada bilər və bu cür istehsallarda
rəqabətə dözümlü məhsullar istehsal oluna bilər. Həm elmi, həm də
texnikanın tərərqqisi onların tədricən inkişafı ilə inqilabi inkişafının
cəmi kimi baş verir. Buna görə də elmi-texniki tərəqqi anlayışının
mahiyyətini açmaq üçün ilk növbədə elmin və texnikanın tərəqqisini bir
qanunauyğun proses kimi dərindən mənimsəmək lazımdır.
Elm təbiətin və cəmiyyətin obyektiv qanunları haqqında insanların
bilikləri məcmusudur. Bu bilikləri toplayan və sistemləşdirən insanların
əməli fəaliyyəti də “elm” anlayışına daxildir. Təbiətin və cəmiyyətin
obyektiv qanunları haqqında məlumatları insanlar toplayır və tədricən
onları öyrənirlər və müəyyən elmi nəticələr çıxarırlar. Çıxarılan bu
nəticələr obyektiv qanunlar haqqında tam və natamam biliklər əldə
etməyə imkan verə bilər. Təbiətin və cəmiyyətin obyektiv qanunlarını
tam mənada dərk etmək və onlardan təcrübədə istifadə etmək çox
mürəkkəb bir məsələdir.
Elm özünün tərəqqisində iki mərhələni keçir. Birinci mərhələdə
elm tədricən inkişaf edir, təbiətin və cəmiyyətin bu və ya digər
qanunauyğun proseslərini yavaş-yavaş öyrənir. Lakin belə tədrici
(evalyusiya) inkişaf müəyyən bir dövrü əhatə edir. Sonrakı inkişaf üçün
272
yeni əsas (baza) yaranmalıdır. Belə yeni əsas elmin inkişafının ikinci
pilləsində - inqilabi pilləsində yaranır. Birinci pilləyə nisbətən ikinci
inqilabi pillə qısa bir müddətdə (anda) baş verir. Bunun nəticəsində elmi
biliklər daha da zənginləşir. Belə zənginləşmiş əsas üzərində elm yeni
inkişaf xəttinə düşür və təzədən elmin (bu yeni əsas üzərində) tədricən
(evalyusiya) inkişafı başlayır... Deməli, belə nəticə çıxarmaq olar: elmin
tərəqqisi onun tədricən (evalyusiya) və inqilabi inkişafının məcmuudur.
Elmin tədricən inkişaf pilləsində onun inqilabi inkişafı üçün zəmin
hazırlanır.
Evalyusiya inkişafı qısa müddətdə başa çatırsa elmin tərəqqisi də
bir o qədər sürətlənir. Başqa sözlə desək, baxılan dövrdə elmin tərəqqisi
bu dövrdə elmdə baş verən inqilabların sayı ilə şərtləşir. Elmi kəşflərin
sayı artdıqca elmin tərəqqisinin sürətlənməsi üçün şərait yaranır.
Müasir
dövrün
xarakterik
cəhəti
elmi
inqilabların
intensivliyindədir. Elm özünü məhsuldar qüvvə kimi göstərir və istər
dünya miqyasında və istərsə də ayrıca götürülmüş bir dövlətdə sosial-
iqtisadi
inkişafa güclü təsir göstərir. “İctimai inkişafın ümumi mənəvi
məhsulu”, “Ümumi ictimai bilik”, “Ümumi intellekt” olan elm müasir
dövrdə sistemləşdirilmiş biliklər toplusunun qoruyucusundan istehsalın
tərəqqisinin mühüm elementinə çevrilmişdir və eyni zamanda bu
tərəqqini sürətləndirmək üçün nə lazımdırsa edə bilir. Elm məhsuldar
qüvvəyə çevrilmişdir. Bu çevrilmə elmin əmək cisimlərinin və əmək
alətlərinin yeni növlərinin yaradılması və fəaliyyətdə olanlarının
təkmilləşdirilməsinə və istehsalın texnologiyasına aktiv təsir etməsi ilə
xarakterizə olunur.
Bazar iqtisadiyyatına keçid şəraitində elmi-texniki tərəqqini və
xüsusən müasir dövrdə elmin başlıca xüsusiyyətlərini bilmək lazımdır.
Ona görə ki, bu fərqləndirici cəhətləri bilmədən elmi bazar
münasibətləri baxımından inkişaf etdirmək mümkün deyil. Bəs bu
fərqləndirici cəhətlər hansılardır.
İlk növbədə göstərmək lazımdır ki, müasir dövrdə elmdə
sənayeləşmə gedir. Bu o deməkdir ki, keçmiş dövrlərə nisbətən indiki
273
zamanda elmin inkişafı çoxlu miqdarda ən yeni cihazlar, qurğular,
dəzgahlar, alətlər və tərtibatlar tələb edir. Sadə hesablamalar göstərir ki,
indi elmin fondtutumu səviyyəsi sənaye məhsulunun fondtutumu
səviyyəsindən çox da geri qalmır. Deməli, buradan belə nəticə çıxır ki,
müasir dövrdə güclü və yüksək texniki səviyyəyə malik elmi-texniki
potensial olmadan elmi inkişaf etdirmək mümkün deyil.
Fərqləndirici cəhətlərdən biri də elmin kollektivləşməsi,
beynəlmiləlləşməsi və qloballaşmasıdır. Bunun əsas mahiyyəti ondadır
ki, elm keçmişdə olduğu kimi bir-iki dahi tərəfindən (məsələn, Arximed
və Nyutonun məşhur kəşflərində olduğu kimi) yox, elmin müxtəlif
sahələrinin tətbiqi ilə məşğul olan müxtəlif kollektivlər tərəfindən bütün
ölkələrin iştirakı ilə inkişaf etdirilə bilər. Əyanilik üçün göstərək ki,
hazırda Azərbaycan Respublikasında elmin və texnikanın inkişafı ilə
məşğul olan onlarla elmi qurumlar fəaliyyət göstərir. Respublikanın elm
sahəsində əldə etdiyi nailiyyətlərin səviyyəsi bütün bu qurumların
səmərli işindən asılıdır. Ən böyük elmi nailiyyət bütün elmi-tədqiqat
ocaqlarının əməli işi nəticəsində əldə edilə bilər. Bu elmin
kollektivləşməsinin bir tərəfidir. Onun digər tərəfi bir elmi məsələnin
müxtəlif institutlar tərəfindən öyrənilməsi zərurətindən doğur. Məsələn,
əldə edilmiş yeni materialların kimyəvi xassələrini Elmlər
Akademiyasının Kimya İnstitutu, fiziki xassəsini Fizika İnstitutu
öyrənir. Əgər Fizika İnstitutu böyük müvəffəqiyyətlə işləsə belə və
məsələn, Uimya institutunun kollektivi öz işinin öhdəsindən vaxtında
gələ bilməsə (yeni maddənin bütün kimyəvi xassələrini vaxtında öyrənə
bilməsə), onda qarşıya qoyulan ümumi məsələ - yeni materialın əldə
edilməsi, mənimsənilməsi və geniş miqyasda istehsala tətbiq edilməsi
məsələsi vaxtında həll edilməz.
Göründüyü kimi, elmi nailiyyətləri istehsala gecikmədən tətbiq
etmək üçün konkret elmi məsələnin həlli ilə məşğul olan bütün
kollektivlərin səylə və yaradıcılıqla işləməsi vacibdir. Əks təqdirdə
elmin inkişafı ləngiyə bilər. Elmin kollektivləşməsinin mahiyyəti də
bundadır. Bir kollektivin (şəxsin) yaxşı işi elmin tərəqqisi üçün kifayət
274
etmir. Keçmişdə isə bu kifayət edirdi. Məsələn, Papov radio sahəsində
kəşfini özü etmişdir. İndi isə müəyyən elmi nailiyyətin əldə edilməsi
üçün əksər hallarda müxtəlif ixtisasa və biliyə malik bir çox şəxslərin
(kollekt
ivlərin) iştirakı vacibdir. Proseslərin qloballaşdığı indiki dövrdə
isə elmin inkişafı üçün bütün ölkələrin elmi fəaliyyətini məqsədyönlü
koordinatlaşdırmaq tələb olunur.
Müasir elmin inkişafının mühüm fərqləndirici cəhətlərindən biri
də onun riyaziləşməsidir. Elmin riyaziləşməsi öz əksini onda tapır ki,
konkret obyektə malik natural eksperiment getdikcə daha çox varlığı
ümumi şəkildə təsvir edən riyazi modellərin tədqiqi ilə əvəz edilir.
Riyaziyyatsız elm lazımi səviyyədə inkişaf edə bilməz. Geniş miqyasda
elektron -
hesablama maşınlarının yayılması elmin riyaziləşməsı
prosesini daha da sürətləndirir.
Texniki tərəqqi - əmək vasitələrinin, əmək cisminin və istehsalın
texnologiyasının irəliyə doğru, arasıkəsilmədən mütərəqqi dəyişməsi,
qanunauyğun obyektiv prosesdir. O istehsalın səmərəliliyinin amilidir.
Elmin inkişafı kimi, texnikanın inkişafı da iki formada -
evalyusiya (tədricən inkişaf) və inqilab (keyfiyyətcə dəyişilmə,
partlayış, sıçrayış) formalarında baş verir. Texnikanın tədricən inkişaf
dövrü müxt
əlif ola bilər. Evalyusiya dəyişmələrinin vaxt uzunluğu
cəmiyyətin məhsuldar qüvvələrinin inkişaf səviyyəsindən və təsərrüfat
mexanizminin vəziyyətindən asılıdır. Məhsuldar qüvvələrin inkişaf
səviyyəsi yüksək, təsərrüfat mexanizmi isə mükkəməl olarsa, onda
texnikanın evalyusiya inkişaf dövrü qısala bilər. Əhatə etdiyi dövrdən
asılı olmayaraq evalyusiya müddətində əmək vasitələrində tədricən
təkmilləşmələr gedir: texnika daha mükəmməl olur, məhsuldarlığı artır,
texniki parametrləri yaxşılaşır və s. Göstərmək lazımdır ki, elmdə
olduğu kimi, texnikada da evalyusiya inkişafı inqilabi inkişafla başa
çatır, lakin konkret olaraq əmək vasitəsinin tərəqqisi dayanmır:
texnikada inqilab baş verdikdən sonra yeni əsas üzərində təzədən onun
tədricən inkişafı başlayır və yeni inqilabi dəyişmənin əmələ gəlməsi
üçün zəmin hazırlayır. Deməli, elmdə olduğu kimi texnikada da tədrici
275
inkişaf inqilabi dəyişikliklərlə nəticələnir, sonradan tam yeni, mütərəqqi
əsas üzərində yenidən tədricən inkişaf başlayır və yeni inqilabi
dəyişikliklər baş verir və bu tsikl daim təkrar olunur.
Müasir dövrdə belə prosesin getməsini çoxlu misallar təsdiq edir.
Məsələn, hazırda bütün sənaye sahələrində geniş tətbiq edilən elektron-
hesablama maşınların (EHM) dördüncü və beşinci nəsli, onların ilk dəfə
yaradılmış birinci nəslinin evalyusiya inkişafının nəticəsidir. Lakin
göstərmək lazımdır ki, EHM ilk nümunələri (birinci nəsli) hesabalma
texnikasında baş verən inqilabın nəticəsi idi. Lakin EHM birinci
nəslinin təkmilləşdirilməsi onların ikinci nəslinin meydana çıxmasına,
sonrakı təkmilləşmələr isə üçüncü, dördüncü və s. nəslinin meydana
gəlməsinə səbəb olmuşdur.
Əslində EHM yeni modelləri süni intellektə malik çox “savadlı”
və “ağıllı” maşınlardı. Bu EHM-də baş verən yeni inqilabi çevrilişdir.
Bundan
sonra, görünür EHM-
nı
sonrakı
nəsillərin
təkmilləşdirilməsindən söhbət getməlidir: yeni əsas üzərində - EHM
yeni qəbiləsi əsasında yeni evalyusiya inkişafı başlanacaq və EHM
texnikasından yeni inqilabi çevrilişin baş verməsinə qədər davam
edəcəkdir.
Göstərdiyimiz bu misal bir daha sübut edir ki, texniki tərəqqi
irəliyə doğru aramsız hərəkət edən bir prosesdir ki, onun da əsas tərkib
hissələrini texnikanın tədrici (evalyusiya) inkişafı ilə inqilabi inkişafı
təşkil edir. Bu prosesi tarixi nöqteyi-nəzərincə izləsək, görərik ki,
cəmiyyət miqyasında texnikanın tərərqqisi tsiklik xarakter daşıyır. Bu o
deməkdir ki, bəşər tarixində daim belə bir proses baş verir: evalyusiya
(tədricən) dəyişikliklər inqilabi dəyişikliklərlə (çevrilişlərlə) əvəz
olunur, sonra isə yenə də mütərəqqi əsas üzərində evalyusiya
dəyişiklikləri başlayır və tsikl təkrar olunur. Bu qanunauyğun, obyektiv
proses cəmiyyətin tələbatlarından və bu tələbatları tam və nisbətən az
ictimai xərclərlə ödəmək zərurətindən doğan və sonu olmayan bir
prosesd
ir. Məsələnin tam aydın olması üçün texnika və texnologiyada
276
baş verən evalyusiya və inqilabi dəyişikliklərə aid bir əyani misal da
göstərək.
Məlumdur
ki,
maşınqayırma
sənayesində
istehsalın,
texnologiyanın əsasını emal əməliyyatları təşkil edir. Müxtəlif mexaniki
emaletmə üsulları çoxdan mənimsənilmiş və istehsala tətbiq edilmişdir.
Lakin maşınqayırma məhsulunun keyfiyyətinə olan ictimai tələbatların,
istehsalın səmərəliliyinin köklü surətdə yüksəldilməsi, emal üsullarının
təkmilləşdirilməsini qarşıya aktual bir problem kimi daim qoymuşdur.
Məlum texniki emal üsulları tədricən təkmilləşdirilmiş (texnologiyanın
evalyusiya inkişafı) və öz son həddinə çatmışdır. Təcrübə göstərir ki,
emal üsullarının bundan sonra evalyusiya təkmilləşmələri köklü surətdə
iqtisa
di nəticə vermir. Buna görə də prinsipcə yeni xüsusiyyətlərə malik
emal üsulları yaranması zərurəti meydana gəldi. Fizika, kimya
elmlərində baş verən inqilabi kəşflər bu məsələni həll etmək üçün şərait
yaratdı və prinsipcə yeni emal üsulları meydana gəldi. Metalların
elektroqığılcım, elektroimpuls, elektrokimya, ultrasəs və s. emal üsulları
belə üsullardandır. Hazırda maşınqayırma istehsalında elektrolit
pardaxlama, kimyəvi frezləmə, elektroboşaltma, elektrokimyəvi,
ultrasəs üsulları ilə metalların emal edilməsi xəyal deyil, adi həqiqətə
çevrilmişdir. Metalların inqilabi emal üsullarına onların plazma ilə emal
edilməsi üsulları da daxildir. Bu göstərdiyimiz emal üsullarının
inqilabiliyi ondadır ki, onlar tam yeni elmi-texniki prinsiplərə
əsaslanırlar. Deməli, mexaniki emal üsullarının kimyəvi, fiziki, elektrik
emal üsullarına keçilməsi texnologiyada baş verən inqilabi
dəyişikliklərdir.
Beləliklə də, elmin və texnikanın tərəqqisi evalyusiya dəyişmələri
və inqilabi dəyişmələr formasında baş verir. Elmi-texniki tərəqqinin
sürətləndirilməsində hər iki formanın əhəmiyyəti böyükdür. İstehsalın
səmərəliliyinə təsir etməsi baxımından isə həlledici rol inqilabi
dəyişmələrin payına düşür. Ona görə ki, məhz texnikada və
texnologiyada inqilabi çevrilişlər ictimai əmək məhsuldarlığını köklü
surətdə, cəmiyyətin tələb etdiyi səviyyədə yüksəldə bilir. Lakin elmin
277
və texnikanın inqilabi çevrilişlərə məruz qalması və bu prosesin
intensivləşdirilməsi nöqteyi-nəzərincə onların inkişafının evalyusiya
forması və evalyusiya müddəti mühüm rol oynayır. Evalyusiya dövrü
qısaldıqca elmdə və texnikada inqilabi çevrilişlər tez-tez baş verir.
Deməli, elmin və texnikanın inqilabi çevrilişlərə məruz qalması və bu
prosesin intensivləşdirilməsi nöqteyi-nəzərincə onların inkişafının
evalyusi
ya forması və evalyusiya müddəti mühüm rol oynayır.
Evalyusiya dövrü qısaldıqca elmdə və texnikada inqilabi çevrilişlər tez-
tez baş verir. Deməli, elmin və texnikanın tərəqqisini sürətləndirmək
üçün əsas şərt onların tədrici (evalyusiya) inkişaf müddətinin
(dövrünün, vaxtının) maksimum qısaldılmasıdır.
Elmin və texnikanın tərəqqisi sonsuz bir prosesdir. Onun obyektiv
əsasını insanların tələbatları və bu tələbatların sürətlə artması təşkil edir.
Məsələ burasındadır ki, hər hansı bir dövr-də cəmiyyətin öhdəsində olan
istehsal vasitələri tələbatları ancaq müəyyən müddətdə ödəyə bilir. Vaxt
keçdikcə fəaliyyətdə olan əmək alətləri və əmək cisimləri durmadan
artan tələbatları ödəyə bilmir. Cəmiyyətin yeni üstün tələbatlarını
dolğun şəkildə ödəmək üçün daha müəkəmməl, daha məhsuldar istehsal
vasitələrinin yaradılması zərurəti meydana çıxır. Elə bir dövr yaranır ki,
əldə olan istehsal vasitələrinin köməyi ilə cəmiyyətin bu və ya başqa
məhsullara olan tələblərini ödəmək mümkün olmur. Yeni texniki
vasitələrin tapılmasına, istehsal edilməsinə və sənayenin və xalq
təsərrüfatının müxtəlif sahələrində tətbiq edilməsinə ehtiyac artır. Bu da
texnikada inqilabi çevrilişləri zəruri edir. Bu zəruriyyət prinsipcə yeni
texnikanın yaradılması nəticəsində həll edilir. Bu proses
ar
asıkəsilmədən davam edir. Elə buna görə də bəşəriyyət tarixində çoxlu
elm və texniki inqilablar baş vermişdir və bu proses indi də davam edir.
Texnika öz inkişafında çox sadə dildə desək, primitiv daş
alətlərdən indi istehsala geniş tətbiq edilən və süni intellektə malik
EHM-
ə qədər uzun və mürəkkəb yol keçmişdir. Texnikada baş vermiş
inqilablara çoxlu misallar çəkmək olar. Öz dövründə daş alətlərin
meydana gəlməsi inqilab idi. Sonralar daş alətlərin başqa materiallardan
278
(dəmirdən, poladdan, müxtəlif bərk alətlərdən və s.) hazırlanan alətlərlə
əvəz edilməsi də texnikada baş verən inqilab idi. XVIII əsrin ikinci
yarısında buxar mühərrikinin yaranması və istehsala tətbiq edilməsi,
XIX əsrin axırı və XX əsrin əvvəllərində elektrik və daxili yanma
mühərriklərinin meydana gəlməsi də texnikada baş verən inqilablardır.
Müasir dövrdə texnikada baş verən inqilablar mürəkkəb və çoxşaxəli
bir prosesə çevrilmişdir. Bu prosesin əsas cəhəti texnikanın kinematik
quruluşunun dəyişməsi və prinsipcə yeni həlqələrinin - kibernetik
proqramlaşdırılmış qurğuların, idarəedici və nəzarətedici həlqələrinin
yaradılması və inkişaf etdirilməsidir. Məhz belə həlqələrin meydana
gəlməsi cəmiyyətin çoxdankı arzusunu - avtomatlaşdırılmış istehsalların
yaradılmasını reallaşdırmağa imkan vermişdir. Belə texniki inqilabın
nəticəsində insan hər cür yekcins, yaradıcı olmayan işləri yerinə
yetirməkdən xilas olur.
İnkişaf etmiş və yeni sənaye ölkələrində əldə edilən
müvəffəqiyyətlərin əsasında emal sənayesi durur. Xüsusən də
maşınqayırma onlar üçün mühüm rol oynayır. Kim dünya bazarına daha
çox və daha keyfiyyətli maşınqayırma məhsulu çıxara bilirsə o ölkə
daha sürətlə inkişaf edir. Bazara rəqabət dözümlü maşınqayırma
məhsulu çıxarmaq, reallaşdırmaq və çoxlu mənfəət əldə etmək isə ilk
növbədə elmi-texnika istehsal tsiklindən baş çıxarmağı tələb edir.
Elmin və texnikanın tərəqqisi son nəticədə istehsalın tərəqisinə
səbəb olmalıdır. Buna görə də “elmi-texniki tərəqqi” anlayışı ilə yanaşı
“elmi-
istehsal tərəqi” və “istehsalın tərəqqisi” anlayışları də
fərqləndirilməlidir. Bunun böyük əhəmiyyəti vardır. Məsələ
burasındadır ki, elmin və texnikanın tərəqqisi cəmiyyətə ancaq o zaman
səmərə verə bilir ki, həmin vaxt əldə edilən nailiyyətlər istehsala tətbiq
edilmiş olsun. Əgər elmi və texniki nailiyyətlər istehsala tətbiq
edilmirsə, onda onlar nailyiyət olaraq qalırlar, səmərə isə vermirlər.
Bundan başqa, elmi və texniki nailiyyətlər istehsala vax-tından
gec tətbiq edilə bilər. Bu zaman yeni texnikanın verə biləcəyi səmərə
azalır. Ən böyük səmərə elmi və texniki nailiyyətləri istehsala
279
gecikmədən tətbiq edildikdə əldə edilir. Lakin bu halda da istehsalın
tərəqqisindən danışmaq olmaz. Ona görə ki, bir neçə mütərəqqi
texnikanın və ya elmi nailiyyətin istehsala tətbiqi hələ orada baş verən
dəyişikliklərin hansı formada - inqiabi və yaxud da tədrici (evalyusiya)
formalarından getməsi haqqında heç bir rəy söyləməyə imkan vermir.
Doğrudan da, əgər maşınqayırma müəssisəsində texnoloji avadanlıqlar
parkı 500 müxtəlif avadanlıqlardan ibarətdirsə, onda 5-i, 10-u, 15-i
mütərəqqidirsə, bu istehsalın texniki bazasında inqilabi dəyişikliklərin
baş verməsi deyildir. İstehsalın tərəqqisindən, orada baş verən elmi-
texniki inqilablardan o zaman söhbət gedə bilər ki, birincisi, müəssisə
və birliyin sərəncamında olan texnoloji avadanlıqların heç olmazsa
yarısından çoxu müasir elmi-texniki tərəqqinin nailiyyətlərinə cavab
verən mütərəqqi avdanlıqlardan ibarət olsun və ikincisi, bu müəssisədə
istehsal edilən məhsulun yeniləşmə əmsalı yüksək olsun, keyfiyyəti isə
ən azı dünya standartlarına cavab versin. Bu şərtlər ödənilməyən bütün
hallarda istehsalın inqilabi inkişafından deyil, onun evalyusiya
(tədricən) inkişafından söhbət gedə bilər.
Deməli, təcrübə üçün çox əhəmiyyətli olan məsələlərdən biri
“elmi-
texniki tərəqqi” anlayışı ilə “istehsalın tərəqqisi” anlayışını bir-
birindən dəqiq surətdə ayırmaqdır. Əks təqdirdə istehsalın səmərliliyinə
təsir edən çoxlu mənfi hallarda qarşılaşmalı oluruq. Keçmiş SSRİ
sənayesinin indiki ağır vəziyyətinin səbəblərindən biri və demək olar ki,
başlıcası bu olmuşdur ki, ETT ilə “istehsalın tərəqqisi”
eyniləşdirilmişdir. Nəticədə ayrı-lıqda elmin və texnikanın tərəqqisi baş
versə də istehsalın tərəqqisi baş verməmişdi. İstehsalın tərəqqisi üçün
əsas şərt elmi-texniki nailiyyətləri kecikmədən istehsala hərtərəfli,
kompleks şəkildə tətbiq etmək və bu yol ilə gedib məhsulun
keyfiyyətini bazar iqtisadiyyatı tələbləri səviyyəsinə çatdırmaqdır.
Elmi-
texniki tərəqqinin və istehsalın tərəqqisinin mahiyyətini
açmağa onun fazalarını öyrənmək kömək edir. Elmi-texniki tərəqqi vax-
ta görə baş verən bir proses kimi bir-biri ilə qarşılıqlı surətdə əlaqədar
olan yeddi fazanı (sahəni) əhatə edir. Bunlara fundamental tədqiqatlar,
280
tətbiqi tədqiqatlar, texniki işləmələr və sınaq istehsalı, yeni texnikanın
ilkin mənimsənilməsi, yeni texnikanın hərtərəfli (geniş) yayılması,
səmərəli istifadə edilməsi, istehsaldan çıxarılması və yenisi ilə əvəz
edilməsidir. Qlobal miqyasda götürdükdə fundamental tədqiqatlarda
əsas məqsəd cəmiyyətin və təbiətin obyektiv qanunları haqqında
ümumelmi məlumatlar əldə etməkdir. Tətbiqi elmi-tədqiqat işlərində
fundamental tədqiqatın nəticələrindən təcrübədə istifadə edilməsi yolları
araşdırılır və tapılır. Tətbiqi tədqiqatların nəticələrinə əsaslanaraq
texniki işləmələr fazasında prinsipcə yeni və yaxud təkmilləşdirilmiş
texnikanı (məhsulu, məlumatı) yaratmaq üçün layihə, texnoloji,
təşkilati-idarəetmə, təcrübi-eksperiment, yoxlama sənədləri hazırlanır.
Bu fazanın mühüm və son pilləsi sınaq istehsalıdır, yəni yeni texnikanın
sınaq nümunələrinin hazırlanmasıdır ki, bunun da əsas məqsədi layihə-
texnoloji işləmələrin nəticələrini real vəziyyətdə yoxlamaq, onlara
lazımi düzəlişlər verməkdir. Bu mühüm fazadan sonra yeni texnikanın
ilkin mənimsənilməsi fazası başlayır. Bu fazada texniki və iqtisadi
mənimsənilmələr fərqləndirilir. Sonrakı fazalar yeni texnikanın
məqsədyönlü miqyasında iqtisadi mənimsənilməsi və hərtərəfli
yayılmasını və istehsaldan çıxarılıb yenisi ilə əvəz edilməsini əhatə
edir.
Deməli, elmi-texniki tərəqqi bir proses kimi fundamental tədqiqat-
lar
dan tutmuş, yeni texnikanın ümumdövlət və ümumdünya miqyasında
mənimsənilməsinə qədər olan bir dövrü (müddəti) əhatə etsə də bu pro-
se
sin ancaq beşinci fazasında istehsalda tərəqqi başlayır və yüksək iqti-
sadi səmərə əldə etmək üçün obyektiv imkan yaranır. Buna görə də sə-
mərəlilik nöqteyi-nəzərincə “İstehsalın tərəqqisi” məfhumu “elmi-
texniki tərəqqi” məfhumundan genişdir. Əgər elmi-texniki tərəqqi
istehsalın tərəqqisinə gətirib çıxarmırsa, yəni elmi-texniki nailiyyətlər
istehsal aparatında inqilabi dəyişikliklərə səbəb olmursa, dünya bazarı
rəqabətinə dözümlü məhsul istehsal edilməsi ilə nəticələnmirsə, onda
elmi-
texniki tərəqqi prosesinin əvvəlki dörd fazalarında çəkilən xərclər
lazımi səmərə vermir.
281
İstehsalda elmi-texniki və iqtisadi tərəqqi baş verməsini təmin
etmək üçün elmi-texniki tərəqqinin göstərdiyimiz beş fazalarından
başqa daha iki - altıncı və yeddinci fazalarını da göstərmək lazımdır.
Elmi-
texniki tərəqqinin bir proses kimi altıncı fazası ümumdövlət
miqyasında mənimsənilmiş və yeni texnikanın səmərəli, vaxta və gücə
görə tam istifadəsini əhatə edir. Bu fazada texnikanın bütün im-
kanlarından istifadə etmək və mənəvi köhnəlməsinə qədər olan dövrdə
ondan daha çox səmərə əldə etmək lazımdır.
Yeddinci - sonuncu faza -
yeni texnikanın fiziki və mənəvi
köhnəlməsini əhatə edir. Bu dövrdə istifadə edilən texnikadan daha
yüksək parametrləri ilə fərqlənən texnika meydana gəlir. Buna görə də
fəaliyyətdə olan texnikanın təkmilləşdirilməsindənsə, onu daha yüksək
texniki-
iqtisadi göstəricilərə malik əmək vasitəsi ilə əvəz etmək daha
sərfəli olur. Beləliklə də, elmi-texniki və elmi-istehsal tsikli yeddi fazanı
əhatə edir. Ancaq bu halda istehsalın tərəqqisindən söhbət gedə bilər,
ancaq bu halda yüksək səmərəli xassəyə malik, uyuşqanlı istehsaldan
danışmaq olur.
Həm istehsalın tərəqqisi və həm də texnikanın və elmin tərəqqisi
üçün göstərdiyimiz fazalar labüddür. Lakin elmi-texniki tərəqqi üçün
birinci dörd fazalar, istehsalın tərəqqisi üçün və deməli, yüksək iqtisadi
və sosial səmərə əldə etmək üçün isə axırıncı üç (beşinci, altıncı və
yeddinci) fazalar həlledici rol oynayırlar. Başqa sözlə desək, istehsalın
tərəqqisi üçün ən vacib şərt elmi-texniki nailiyyətlər nəticəsində
meydana gəlmiş yeni texnikaların ümumsənaye (ümumdövlət,
ümumdünya) miqyasında iqtisadi mənimsənilməsi, tam və səmərəli
istifadə edilməsi və onların vaxtında mütərəqqi texnikalarla əvəz
edilməsidir. Elmi-texniki tərəqqi üçün əsas şərt isə fundamental
tədqiqatların tətbiqi, tədqiqatların genişləndirilməsi və təcrübi-
eksperimental işlərin gücləndirilməsidir.
Dostları ilə paylaş: |