§3. Sənayenin coğrafiyası
Sənaye istehsalı ölkələr və regionlar arasında bərabər və
proporsional yerləşməmişdir. 1970-ci illərin əvvəllərində Latın
Amerikasında, Afrikada, Asiyada və dünyanın digər regionlarındakı zəif
233
inkişaf etmiş ölkələr qitənin əsas hissəsini təşkil etsələr də (coğrafi
baxımdan) istehsal etdikləri sənaye məhsulunun dünya sənaye
istehsalında yeri 10%-i də keçmirdi. Dərc olunmuş məlumatlara görə
1975-
ci ildə inkişafda olan ökələrin (Çindən, keçmiş SSRİ və Şərqi
Avropa ölkələrindən başqa) sənayesi ümumdünya sənayesinin 11,7%-
ini təşkil edirdi.
Sənayenin coğrafi cəhətdən bu cür qeyri-proporsional
yerləşməsinin səbəblərindən biri ölkələrin inkişaf səviyyəsinin eyni
olmamasıdır. Bu cəhət beynəlxalq təşkilatların da nəzər diqqətindən
qaçmamış və onlar Planet miqyasında sənaye istehsalının qeyri-bərabər
yerləşməsi dərəcəsinin azaldılması qərarına gəlmişdir. Dünya
miqyasında bu problemlə BMT-nin xüsusi strukturu - “Sənaye üzrə
Birləşmiş Millətlər Təşkilatı” (YUNİDO) məşğul olur. Bu təşkilatın
1975-
ci ildə keçirdiyi top-lantıda qəbul etdiyi deklarasiyada 2000-ci ilin
axırları üçün inkişaf etmiş ölkələrin dünya sənaye məhsulunun
həcmindəki xüsusi çəkisinin 25%-ə çatdırılmasını nəzərdə tutmuşdu.
Dərc olunmuş məlumatlara görə 1994-cü ildə bu faiz artıq 17,8% təşkil
edirdi. Deməli, təxminən 20 il ərzində inkişaf etmiş ölkələrin payı
dünya sənayesinin 11,7%-dən (1975 il) 17,8%-ə (1994) qədər
yüksəlmişdir. Bu proses indi də davam edir və dünya sənayesinin ağırlıq
Mərkəzi Cənubi-Şərqi Asiyaya tərəf yerini dəyişməkdədir.
Bizim respublikamızın da daxil olduğu keçmiş SSRİ və habelə
Şərqi Avropa dövlətlərinin vəziyyəti isə təəssüf doğurur. Bu region
ölkələrinin ümumdünya sənayesindəki xüsusi çəkisi azalır, Birləşmiş
Millətlər Təşkilatının Sənaye inkişafı üzrə bölməsinin məlumatlarına
görə 1975-1993-cü illər ərzində planetin bu məkanında sənayenin
xüsusi çəkisi 13 faiz punkta qədər aşağı düşmüş və 1990-cı illərin
əvvəllərində MDB və Şərqi Avropa ölkələrinin dünya sənayesindəki
xüsusi çəkisi 11,1 faiz təşkil edirdi. Müqayisə üçün qeyd edək ki, həmin
dövrdə Şimali Amerikanın payı 26,5%, Yaponiyanın isə 16,4% təşkil
edirdi. Göründüyü kimi MDB və Şərqi Avropa ölkələrinin (onların sayı
20-
dir) ümumdünya sənaye məhsulundakı xüsusi çəkisi təkcə
234
Yaponiyanın payından da təxminən 5 faiz punktu qədər aşağıdır. Bu
payın içərisində Rusiya payının nisbətən çox olmasını nəzərə alsaq,
yerdə qalan 19 ölkənin sənayesinin nə dərəcədə aşağı səviyyədə olması
aydın olar. MDB və Şərqi Avropa ölkələrinin sənayesində digər mənfi
meyl də müşahidə olunur: getdikcə elmtutumlu məhsul istehsalı azalır.
Məsələn, Rusiyada elmtutumlu məhsulun həcmi 1994-cü ildə 10 dəfə
azalmışdı.
Birləşmiş Millətlər Təşkilatının sənaye üzrə bölmələrində aparılan
iş öz bəhrəsini verməkdədir: inkişafda olan ölkələrin sənayesi üstün
inkişaf edir. Hazırda pambıq parça, pal-paltar, ayaqqabı, neft
məhsulları üzrə dünya sənaye istehsal güclərinin 30%-ə qədəri bu
ölkələrin payına düşür. Bir sıra ölkələrdə isə daha yüksək nəticələr əldə
edilir. Məsələn, Hindistanın iqtisadiyyatında sənaye cəhətdən inkişaf
etmiş ölkələrdəki oxşar cəhətlər daha aydın görünməyə başlamışdır.
Hazırda Hindistan təkcə pambıq parça ilə əlaqədar olan elementar
sənaye məhsulunu ixrac etmir, o həm də getdikcə artan həcmdə
hesablayıcı texnika və informasiya vasitələri istehsal edir. Böyük həcmli
daxili bazarını nəzərə alan Hindistan Qərbin görkəmli firmaları ilə
yüksək texnologiyanın ölkəyə gətirilməsi haqqında müqavilələr
bağlamağa nail olmuşdur. 1970-ci ildən bu vaxta qədər Hindistan
iqtisadi siyasətin liberallaşması sahəsində ardıcıl və məqsədyönlü iş
aparır. Bunun nəticəsində sənayenin və xüsusən də onun aparıcı sahəsi
olan maşınqayırmanın üstün inkişafını təmin etmişdir.
Sənayenin istər dünya miqyasında, istərsə də ayrı-ayrı ölkələrdə
inkişafının və coğrafi cəhətdən yerləşdirilməsinin obyektiv əsası
subyek
tiv yanaşmalardan çoxdur. Məsələ burasındadır ki, hərtərəfli
inkişaf etmiş kənd təsərrüfatı da ölkənin iqtisadiyyatını tələb olunan
səviyyəyə qaldıra bilmir. Doğrudur, kənd təsərrüfatının inkişafı
iqtisadiyyatı yüksəltmək üçün yaxşı şərait yaradır. Lakin sonda ölkənin
sosial iqtisadi məsələlərinin həlli sənayesiz mümkün olmur. Bunu
nəzərə alaraq müstəqillik əldə etmiş “üçüncü” dünyanın ölkələri öz
235
sənayelərini inkişaf etdirməyə başladılar. Bu proses müxtəlif şəkildə
indi də davam edir.
Maraqlı və əhəmiyyətli məsələlərdən biri də inkişaf etmiş
ölkələrdə sənayenin hansı sahələrinin inkişaf etdirilməsi məsələsidir.
Sənayenin və onun ayrı-ayrı sahə və istehsallarının coğrafi cəhətdən
yerləşməsi konkret ölkənin seçdiyi sənayeləşdirmə modelindən asılı
olur. Dünyada gedən proseslərin təhlili göstərir ki, inkişafda olan
ölkələr sənayeləşməni üç prinsip üzrəç aparmağa meyillidirlər.
Birincisi
onlar ağır sənayeni üstün inkişaf etdirmək və bu əsasda
ölkənin gələcək inkişafına nail olmaq prinsipi götürürlər. Əlcəzair bu
prinsipə görə özünün baza (energetika, metallurgiya, kimya) sahələrini
inkişaf etdirirdi. Göründüyü kimi bu model keçmiş SSRİ-də istifadə
edilən modelə oxşayır. İkinci prinsiplə sənaye idxalın əvəz edilməsi
prinsipi üzrə inkişaf etdirilir. Bu prinsiplə Latın Amerikası ölkələri
sənayeni inkişaf etdirməyə çalışırdılar. İdxalın strukturu dəyişdirilirdi:
istehlak malları idxalı getdikcə bu cür malların istehsalında istifadə
oluna bilən müxtəlif avadanlıqların idxalı ilə əvəz olunurdu. Bu cür
yanaşma nəticəsində istehlak malları istehsalının coğrafyiası dəyişirdi.
Üçüncü prinsip bütün vasitələrlə ixracı artırmaq prinsipi idi. Bu prinsipi
seçən ölkələr indi “Yeni sənaye ölkələri” adlandırılır. Müxtəlif
nomenklaturada və çeşiddə məhsul istehsal etmək və xarici bazara
çıxarmaq bu ölkələrin rəhbərlərindən və ilk növbədə sahibkarlardan işə
çox ciddi və məsuliyyətli yanaşmağı tələb edirdi. İxracı artırmaq və bu
prosesi dönməz etmək üçün istehsalın səmərəliliyini yüksəltmək lazım
idi. Müəyyən mənada onlar bunun öhdəsindən gəlirdilər ki, bu da dərin
emal edilmiş məhsulların, nisbətən elmtutumlu məhsudların coğrafi
yerləşməsinə müsbət təsir göstərirdi.
Sonda qeyd edək ki, hansı prinsipin seçilməsindən asılı olmayaraq
inkişaf etmiş ölkələrdə aparılan sənayeləşmə dünya sənayesinin planet
üzrə yerləşməsini yaxışlaşdırır. Dərc olunan rəqəmlər də bunu sübut
edir. 1960-
cı ildə inkişaf etməkdə olan ölkələr dünya sənaye
məhsulunun cəmi 6%-ni verirdilərsə, 1975-ci ildə bu rəqəm 11.7-yə,
236
1994-
cü ildə isə 17,8-ə çatmışdı. Hazırda da bu tendensiya davam edir
və təxmini hesablaşmalar görə 2010-cu ildə inkişaf etməkdə olan
ölkələrin dünya sənaye istehsalındakı xüsusi çəkisi 20% təşkil etməlidir.
§4. Dünya sənayesinin sahə strukturu
Dünya iqtisadiyyatının aparıcı sahəsi kimi sənaye bir sıra
cəhətlərdən öyrənilir. Sənayenin gücünə, şaxələnmə dərəcəsinə, orada
baş verən nisbətlər dəyişikliyinə, məhsul buraxılışı müxtəlifliyinə
qiymət vermək üçün o struktur cəhətdən öyrənilir. Elmi-tədqiqat
işlərində bu üsul struktur üsulu adlanır. Bu üsulun məqsədi öyrənilən
obyekti tam şəkildə deyil, onun hissələri şəklində öyrənməkdir. Tam bir
obyekti - bizim m
isalda sənayeni - struktur cəhətdən öyrənməklə biz
iqtisadi araşdırmalar üçün çox mühüm olan əlavə məlumatlar əldə
edirik.
Sənayenin tərkib hissələrinin ən əsası və ilk həlqəsi iş yerləridir.
Məhsuldar qüvvələr inkişaf etdikcə sənaye yavaş-yavaş kənd təsərrüfa-
tından ayrılıb sərbəst sahəyə çevrilənə qədər o özünü iş yerlərində
büruzə verirdi (sənaye haqqında fikirləşmədən insan primitiv üsulla bir
neçə iş yerində, məsələn, almadan şirə çəkirdi və s.). Sonradan tələbat
yüksəldikcə iş yerlərinin sayı artırıldı. Eyni və ya oxşar əməliyyatları
yerinə yetirən bir neçə iş yerinin fəaliyyət göstərdiyi yer istehsalın
ikinci həlqəsini - müəssisə daxilində istehsal sahəsini təşkil edir. İstehsal
sahəsində buraxılan məhsula olan tələbat artıqda istehsal sahələrinin
sayı artır və sexlər, müəssisələr meydana gəlir ...
Lakin elmin indiki səviyyəsində biz sənayenin sahə strukturu
dedikdə, onun ayrı-ayrı sahələrinin sayı, tərkibi və qəbul edilmiş
göstəricilərə görə onlar arasında formalaşmış nisbətləri başa düşürük.
Elmi-
texniki tərəqqi sürətləndikcə, yeni məhsullar meydana gəldikcə,
onların istehsalı mənimsənildikcə sənayedə sahə differensiallaşması baş
verir. Differensiallaşma obyektiv və daimi bir prosesdir. Əsasını
237
məhsuldar qüvvələrin iknişafı və ictimai əmək bölgüsünün dərinləşməsi
təşkil edir.
Sənayenin sahəsi bir qayda olaraq bir neçə eyni tipli, oxşar
müəssisələrdən ibarət olur. Bu müəssisələrin oxşarlığı istehsal etdikləri
məhsulun iqtisadi təyinatlığında, istifadə etdikləri xammal,
materiallarda, texnika
və texnologiyada, fəhlə və qulluqçuların peşə
tərkibində, xüsusi iş şəraitində, istehsalın təşkilində tapır. Lakin
müəyyən bir vaxtda bir neçə müəssisənin norması şərti olmadan da
sənayenin tərkibində digər sahələrdə istehsal edilməyən məhsul istehsal
e
dən sahə mövcud ola bilir. Məsələn, bu gün dünya sənayesində 700-ə
qədər sahələrlə yanaşı, bir bu qədər də ayrıca növ istehsallar fəaliyyət
göstərir.
Sənayenin sahə quruluşu ölkənin iqtisadi gücünü, onun potensial
imkanlarını, istehsalın səmərəliliyini, elmi-texniki tərəqqinin
səviyyəsini xarakterizə edə bilir. Lakin qrup şəkildə sənayenin sahə
strukturu vasitəsilə aşağıdakılar haqqında məlumat almaq olar.
1.ÜDM-
da sənayenin xüsusi çəkisinin artması ölkədə sənayeləşmə
prosesinin dönməzliyini, iqtisadi inkişafın baş verdiyini, yeni iş
yerlərinin yaradıldığını, orta sahibkarlar təbəqəsinin inkişaf etdiyini
göstərir.
2.Ölkənin və dünyanın sənaye baxımından inkişaf səviyyəsini, bu
səviyyəni sənayenin strukturunda əmək alətləri və digər istehsal
vasitələri istehsal edən sahələrin kifayət qədər olması və bu sahələrin
istehsal etdiyi məhsulların sənayenin ümumi məhsulundakı xüsusi
çəkisi xarakterizə edir. Ölkədə sənayeləşmə intensiv surətdə baş verirsə
bu xüsusi çəki artır. İstehsal alət və vasitələr istehsal edən
maşınqayırmanın xüsusi çəkisinin inkişaf etmiş ölkələrdə daim artması
buna misaldır.
3.Ölkənin iqtisadi sərbəstliyini. Sənayenin tərkibində əmək
alətləri, istehsal şeyləri, istehsal edən sahələrin müvafiq emal
müəssisələrin fəaliyyət göstərməsi ölkəyə imkan verir: birincisi, xalq
təsərrüfatının bütün sahələrinin mütərəqqi texnika ilə təchiz etsin və
238
belə məhsullarla dünya bazarına çıxsın; ikincisi özünün təbii
sərvətlərindən səmərəli, öz xalqının mənafeyi üçün istifadə etsin.
4. Ölkənin müdafiə qabiliyyətinin vəziyyəti. Sənayenin tərkibində
hərbi texnika istehsal edən sahələrin sayı, tərkibi ölkənin hərbi texnika
istehsal edə bilməsi imkanını göstərir. Bundan başqa, ölkə sənayesində
ağır sənayenin və xüsusən maşınqayırmanın kifayət qədər paya malik
olmas
ı hərbi münaqişələr zamanı sülh məhsullarını hərbi məhsullara
qısa müddətdə çevirməyə imkan verir.
5. İxrac potensialı haqqında. Sənayenin sahə strukturu inkişaf
etdikcə ölkənin xarici bazara müxtəlif məhsullar çıxarmaq imkanını
artırır. İnkişaf etmiş ölkələrin dünya bazarına çox, inkişafda olan
ölkələrin isə az məhsul çıxara bilmələri də bununla izah edilməlidir.
6. Elmi-
texniki tərəqqinin sürətlənməsi haqqında. Sənayedə
mütərəqqi sahələrin xüsusi çəkisinin artması ölkədə elmi-texniki
tərəqqinin sürətləndirilməsini və elmi və texniki nailiyyətlərin istehsala
intensiv tətbiq edilməsini göstərir.
7.İqtisadi inkişafın tipi haqqında. Sənayenin sahə strukturu
mütərəqqi olduqca iqtisadiyyatı intensiv yolla inkişaf etdirmək üçün
möhkəm əsas yaranır. Sənayedə məhsuldar, dəqiq, az enerji, material,
fond tutumlu texnikanın istehsalı artdıqca maddi-enerji resurslarından,
texnoloji avadanlıqlardan, əsas fondlarından və istehsal güclərindən
daha səmərəli istifadə etmək üçün şərait yaranır və istehsal artmının
inte
nsiv yolla əldə edilməsinə səbəb olur.
Sənayenin sahə strukturu ölkə tələbatlarını ödəmək xassəsinə
malik olmalıdır. Belə olarsa onda optimal sahə strukturundan söhbət
gedə bilər. Optimal sahə strukturu sənayenin elə bir durumunu
xarakterizə edir ki, sənaye istənilən vaxtda, istənilən məhsulu minimum
istehsal xərcləri ilə buraxmaq xassəsinə malik olsun. Optimal sahə
quruluşu əldə etmək üçün elmi-texniki nailiyyətlər istehsala gecikmədən
tətbiq olunmalı, istehsalın yeniləşməsi sürətlənməli, istehsal potensialı
elmi-
texniki inqilaba uyğun formalaşdırılmalıdır. Optimal sahə quruluşu
həm də mütərəqqi olmalıdır. Yəni sənayenin tərkibində müasir elmi-
239
texniki tərəqqini özündə əks etdirən sahələrin xüsusi çəkisi kifayət
qədər olmalıdır.
Sənayenin sahə strukturuna qoyulan tələblərdən biri də onun
mütəhərrik və dinamik olmasıdır. Sənaye çevik olmalıdır. Ölkədə
müxtəlif səbəblər üzündən yarana bilən tələbatı daha dolğun və öz
vaxtında ödəyə bilən sənaye çevik sənaye hesablana bilər. Məsələn,
1970-
ci illərdə kompüterləşmə və informatika texnikasına tələbat
artanda dünyada ancaq Amerika Birləşmiş Ştatlarının sənayesi bu işin
öhdəsindən daha çox gələ bildi və kompüter və onların proqram
təminatı vasitələri istehsalı üzrə dünya birinciliyini qazandı. ABŞ bu
gün də kompüter, məlumat, informasiya, telemexanika, proqram
təminatı vasitələri istehsalı üzrə birinciliyi əldə saxlayır və külli
miqdarda qazanc əldə edir. İl ərzində ABŞ-da yaradılan ümumi daxili
məhsulun 20 faizindən çoxu bu amilin hesabına əldə edilir.
Sənayenin sahə strukturunu öyrənməkdə əsas məqsədlərdən biri
də ayrı-ayrı sənaye sahələrinin yerini təyin etməkdir. Məsələn, ölkə
faydalı qazıntıları (qaz, neft, daş kömür, dəmir filizi və s.) çıxarırsa bu
artıq sənayeni inkişaf etdirməkdir. Ölkə avtomobil istehsalını mənim-
səyirsə, bu da sənayedir. Lakin birinci və ikinci hallar səmərəlilik,
bacarıq, iqtisadiyyata təsir etməsi nöqteyi-nəzərincə, iş yerləri
yaradılması baxımından, texniki tərəqqi cəhətdən və s. müxtəlif təsir
buraxır. Qəbul edilmiş qruplaşdırmaya görə birinci halda sənaye hasilat
sənayesi, ikinci halda emal sənayesi adlandırılır. Buna görə də ümumi
sənaye məhsulunun həcmi nə qədər olursa-olsun bu çox da önəmli
deyil, ölkə üçün daha mühüm məsələ sənayenin hasilat və emal
bölmələri arasındakı nisbətidir. Təhlil gös-tərdi ki, emal sənayesi inkişaf
etmiş ölkələrdə üstün xüsusi çəkiyə malik olur. Emal sənayesinin
iqtisadi cəhətdən faydalı olması onun hazır məhsul buraxması və daxili
və xarici bazarlarda reallaşdırılıb əlavə mənfəət əldə etməsidir.
Emal sənayesinin tərkibində iqtisadiyyatın ürəyi adlanan
maşınqayırma və metalemalı sənayesi fəaliyyət göstərir. Bu sənaye
sahəsi öz-özlüyündə 300 dən çox sahə və istehsallardan ibarətdir və
240
mütərəqqi sahələr hesab olunurlar. Emal sənayesində dünya
maşınqayırmasının xüsusi çəkisi 40%-i ötmüşdür (1975-ci ildə - 37%,
1995-
ci ildə - 42%).
Mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq vaxtaşırı olaraq
sənayenin sahə quruluşu təhlil edilməli və əməli nəticələr çıxarılmalıdır.
Təhlil zamanı istifadə edilən və sənayenin sahə strukturunu bu və ya
digər səviyyədə xarakterizə edən göstəricilər bunlardır: sənaye
sahələrinin ümumi sayı, sahələrin tərkibi, sahələr üzrə istehsal əla-
qələrini xarakterizə edən göstəricilər, sahələrin ümumi sənayedə tutduğu
yer (ümumi məhsulun həcminə, işləyənlərin sayına, əsas istehsal fond-
larının orta illik dəyərinə, istehsal meydançalarının sahəsinə görə ayrı-
ayrı sahələrin xüsusi çəkisi).
Sənaye sahələrinin ümumi sayı sənayenin mütərəqqi inkişaf
etdiyini göstərir. Ayrı-ayrı sahələrin sayının artması yeni-yeni sahələrin
meydana gəlməsini, elmi-texniki tərəqqinin sürətləndirilməsini və onun
nəticələrinin istehsala tətbiq edilməsini xarakterizə edir. Lakin nəzərə
almaq lazımdır ki, sənayenin sahə strukturu dinamikdir və burada yeni
sahələr meydana gəldiyi kimi bir sıra sahələr sıradan çıxır ki, bu da
sənaye sahələrinin ümumi sayını azalda bilər. Onu da qeyd edək ki, hər
iki hal mütərəqqi hesab olunur. Hər ikisi elmi-texniki tərəqqinin
nəticəsidir; elm, texnika inkişaf etdikcə yeni məhsullar meydana gəlir,
yeni istehsallar yaranır, tələbata uyğun gəlməyən məhsullar sıradan çıxır
və müvafiq istehsal fəaliyyətini dayandırır.
Sənaye sahələrinin tərkibi göstərir ki, ölkə hansı məhsulları
istehsal etmək imkanına malikdir. Ayrı-ayrı sahələrin ümumi
sənayedəki xüsusi çəkisi sahələrin tutduqları yeri göstərir. Bu xüsusi
çəki ümumi məhsula görə hesablandıqda daha yaxşı məlumat əldə
edilir. İşçilərin sayına görə hesablanan xüsusi çəki, müəyyən mənada
dürüst məlumat vermir. Məsələ burasındadır ki, elmi-texniki
nailiyyətlərin istehsala tətbiqi işçilərin sayını azaldır və əksinə, əmək
məhsuldarlığı aşağı olan sənaye müəssisələrində işçilərin sayı çoxalır.
Bu da məlumatın yanlış olmasına səbəb ola bilər. Sahələrin istehsal
241
texniki səviyyəsinə qiymət vermək üçün “sənayenin əsas istehsal
fondlarının orta illik dəyərində sahənin xüsusi çəkisi” göstəricisindən
istifadə edilir.
Sənayenin sahə quruluşu inkişaf etmiş ölkələrdə birbaşa ETT-i ilə
təyin edilir. Bu quruluşu azad bazar, vicdanlı (sağlam) rəqabət
forma
laşdırır. Bazar iqtisadiyyatlı iqtisadiyyat yaratmaq sahəsində
zəngin təcrübəsi olan və bu sahədə böyük nəticələr əldə edən ölkələrdə
“qabaqcıl” adını o firmalar, şirkətlər, kompaniyalar qazanırlar, hansılar
ki, arasıkəsilmədən yeni məhsul, yeni texnika, yeni texnologiya yarada
bilirlər və onların kütləvi istehsalına nail olurlar. Bu cür yanaşma
nəticəsində sənayenin sahə strukturunda mütərəqqi dəyişikliklər
meydana çıxır, strukturun özü isə yüksək mütəhərrik olur. Texniki
yeniliklər yaratmaq və istehsalını təşkil etmək bu gün sənayenin
qarşısında duran başlıca məsələlərdəndir.
Müasir dövrdə dünya sənayesinin inkişafına, orada baş verən
struktur dəyişikliklərinə qiymət verərkən “ümumi məhsulun həcmi”
göstəricisindən istifadə edilməsi təcrübəsindən yavaş-yavaş “məhsulun
nomenklaturası və çeşidi”, “məhsulun rəqabət dözümlülüyü”, “məh-
sulun elm tutumluluğu”, “istehsalın uyuşqanlığı”, “istehsalın texniki
səviyyəsi”, “istehsal potensialı” göstəricilərindən istifadə edilməsi
təcrübəsinə keçilməsi tendensiyası müşahidə olunur. Elmi-texniki
inqilabların intensivləşdiyi indiki dövrdə yenilikçilik, prinsipcə yeni
məhsul buraxıb reallaşdırmaq, yeni texnologiyalar tapıb istehsala tətbiq
etmək, istehsalı kompüterləşdirmək, məhsulun əmək, fond və material
tutumlarını aşağı olan məhsul istehsal etmək sənayenin inkişafına
qiymət verərkən daha yüksək qiymətləndirir. Bu yolla qiymətləndir-
mənin müsbət cəhəti ondadır ki, məsələyə belə yanaşdıqda sənayedə
prinsipcə yeni-yeni istehsallar, yarımsahələr, sahələr və bir-biri ilə sıx
istehsal əlaqələri olan istehsal kompleksləri meydana çıxır və sənayenin
sahə quruluşunda mütərəqqi sahələrin xüsusi çəkisi təhlil edilir.
Sənaye istehsalını məhsulların iqtisadi təyinatlığı prinsipi üzrə
qruplaşdırmaq sənayenin sahə strukturu ilə üst-üstə düşmür, ona görə ki,
242
sahədə istehsal edilən məhsulun natural forması onun iqtisadi
təyinatlığını təyin etmir. Buna görə də milli hesablar sistemində dünya
üzrə vahid prinsiplər qəbul edilmişdir. Bu cür qruplaşdırmağın
mahiyyəti ondadır ki, sənaye sahələrinin bu və digər qruplarını
iriləşdirilmiş kompleks sahələrə daxil edirlər. Bu zaman “istehsal
olunan məhsulun məqsədli təyinatlığının eynicinsliyi”, “ilkin xammalın
ümumiliyi”, “istifadə edilən texnologiyanın oxşarlığı” əlamətlərindən
istifadə edilir. Dünya iqtisadiyyatında ən çox istifadə edilən əlamət
“istehsal olunan məhsulun məqsədli təyinatlığının eynicinliyi”dir. Bu
əlamətə görə maşınqayırma, yanacaq, yeyinti, tikinti materialları
sənayeləri bir kompleks qrupa daxil edilir. “İlkin xammalın ümumiliyi”
əlamətinə görə metalemalı və ağac emalı sənaye qrupu fərqləndirilir.
Kimya sənayesi kompleksinə müəssisələri “istifadə edilən
texnologiyanın oxşarlığı” əlamətinə görə daxil edirlər.
Emal sənayesini də iki qrupa bölmək olar. Bu asılıdır emal edilən
ilkin materialın meydana gəlmə mənbəyindən. Əgər emal müəssisələri
kənd təsərrüfatı mənşəli xammalı emal edirlərsə onda onlar birinci
qrupa, sənaye mənşəli xammalı emal edirlərsə, ikinci qrupa daxil
edilirlər. Kənd təsərrüfat xammalını emal edən sahələrə ət, süd, şəkər,
şirə, pambıq-parça və s. bu kimi müəssisələr, sənaye mənşəli xammalı
emal edən sahələrə isə qara və əlvan metallurgiya, neftayırma və s.
müəssisələr daxil edilir.
4.1. Dünya sənayesinin sahə strukturuna təsir edən amillər
Dünya sənayesinin sahə strukturu ölkələrin sənayesindən asılıdır.
Bəs hər bir konkret götürülmüş ölkənin sənayesi və onun sahə strukturu
nədən aslıdır? Ümumiyyətlə sənayeni, onun strukturunu formalaşdıran
amil və şərtlər hansılardır?
İlk mühüm amil ölkənin yeraltı və yerüstü təbii sərvtələridir. Təbii
sərvətlərin, faydalı qazıntıların sayı, tərkibi və həcmi ölkədə bu və ya
digər sənaye sahəsinin yaradılması üçün potensial şərait yaradır. Yəni
243
nəzəri cəhətdən dəmir filizi olan ölkə hətta metallurgiya kompleksi
yaratmaq imkanında olur... pambığı olan ölkə yüngül sənayeni inkişaf
etdirmək imkanı əldə edir. Güclü axına malik çayları olan ölkə isə su
elektrik stansiyaları tikə bilər və s. Təbii sərvətlər amili həmişə mövcud
ola bilər və indi də mövcuddur. Bu amilin mövcudluğu insanlardan asılı
deyil. Lakin bu amil nə qədər mühüm olsa da müasir tipli sənaye
yaratmaq üçün həlledici deyil.
Həlledici amil rolunu elmi-texniki tərəqqi oynayır. Elmi-texniki
tərəqqi sənayenin inkişafına və onun strukturunun təkmilləşməsinə
güclü təsir göstərir. Bu təsir kompleks xarakter daşıyır və demək olar ki,
tükənməzdir. Elmi-texniki tərəqqi (ETT) sənayenin sahə strukturuna
özünün ümumi, xüsusi və ən yeni istiqamətləri ilə təsir göstərir. ETT
yeni məhsul növlərinin meydana gəlməsinə səbəb olur. Bu prosesin
təsiri altında cihazqayırma sənayesi, mexanikləşdirmə və
avtomatlaşdırma, elektron və radiotexnika vasitələri istehsal edən
sahələr, kimya sənayesi vasitələrinin istehsalı sürətilə inkişaf etməyə
başlayırlar. ETT-nin mühüm istiqaməti olan mexanikləşdirmə və
avtomatlaşdırma maşınqayırmanın sürətli inkişafına səbəb olur.
Elektrikləşmə maşınqayırma sənayesində generatorlar, transfarmotorlar
və digər bu kimi, o dövrlər üçün yeni olan məhsulların istehsalını zəruri
etdi. Məhsul istehsallarında geniş miqyasda kimyəvi materiallardan və
kimyəvi texnologiyalardan istifadə edilməsi kimya sənayesinin üstün
inkişaf etdirilməsi zərurətini ortaya qoyur. Bununla yanaşı olaraq kimya
sənayesi üçün avadanlıqlar istehsal edən xüsusi sahələr, geniş
nomenklaturada sintetik məhsullar istehsal edən üzvi sintez sahələri,
mineral mənşəli xammalın zənginləşdirilməsi prosesini həyata keçirən
sahələr meydana gəlir və inkişaf edir.
Elmi-
texnkii tərəqqi sənayenin ağır sahələrinə müxtəlif
istiqamətlərdə və səviyyədə təsir edir. Elmi- texniki tərəqqi nəticəsində
dünya sənayesində baş verən struktur təkmilləşdirmələrinin ümumi
meylini göstərmək olar. Bu meyl əsasən aşağıdakılardan ibarətdir.
244
I. Maşınqayırma sənayesi, yanacaq-enerji sahələri və kimya
sənayesi digər sənaye sahələrinə nisbətən daha üstün inkişaf etdirilir.
Maşınqayırmada
struktur
təkmilləşdirilməsi
nəticəsində
aşağıdakılar baş verir:
-
maşınqayırmanın özü üstün inkişaf etdiyi üçün sənayenin ümumi
məhsulunda onun xüsusi çəkisi durmadan artır.
-
maşınqayırmanın üstün inkişafı digər sənaye sahələrinin də
(məsələn, qara və əlvan metallurgiyanın, rezin və toxuculuq sənayesinin
və s.) üstün inkişafını zəruri edir.
-
maşınqayırmanın sahə quruluşu dəyişir. Texniki tərəqqini
sürətləndirən sahələr ümumi maşınqayırmaya nisbətən üstün inkişaf
etdirilir. Bu xüsusən maşınqayırmanın aparıcı sahəsi olan
dəzgahqayırmaya daha çox aiddir.
Maşınqayırma sənayesi öz məhsulları ilə maşınqayırmanın
özünü, sənayeni və bütün xalq təsərrüfatını yüksək keyfiyyətli maşın,
mex
anizm və aqreqatlarla təmin etməlidir. Maşınqayırmada istehsal
edilən dəzgahlar onlardan istifadə edən sənaye sahələrində, kənd
təsərrüfatında, nəqliyyat və tikintidə əmək məhsuldarlığını yüksəltmək,
xammal və yanacağa qənaət etmək, istehsalın avtomatlaşdırılması və
kompleks mexanikləşdirilməsi üçün şərait yaratmalıdır.
II. Elmi-
texniki tərəqqi nəticəsində ağır sənayenin mühüm
sahələrindən biri olan kimya sənayesi sürətlə inikşaf edir. Bu ilk
növbədə sənayenin elmi-texniki tərəqqinin mühüm istiqaməti olan
kimyalaşdırmanın inkişafı ilə əlaqədar olur. Elmi-texniki tərəqqi
sürətləndikcə məhsul istehsalı ənənəvi metalların kimyəvi materiallarla
əvəz edilməsi prosesi güclənir. Bu da sənayenin ümumi məhsulunda
kimya sənayesi məhsulunun xüsusi çəkisini artırır.
Elmi-
texniki tərəqqi sürətləndikcə sistematik olaraq sintetik
materiallar istehsal edən və çox baha başa gələn bir sıra təbii xammal
növlərini əvəz edə bilən süni maddə, yanacaq- enerji istehsalı ilə məşğul
olan sahələrin rolu artır. Sürətlə inkişaf edən sənayeni və xalq
təsərrüfatının digər sahələrini yüksək keyfiyyətli yanacaq və enerji
245
növləri ilə təmin etmək məsələsi bu sahələrin sürətlə inkişaf
etdirilməsini tələb edir.
Elektroenergetikada atom elektrik stansiyalarının sayı və onların
istehsal etdikləri elektrik enerjisinin xüsusi çəkisi artır. ETT nəticəsində
üzvi yanacaqlı və istilik neytronları ilə işləyən elektrik stansiyalarının
da sayı artır.
ETT-
nin əyani nəticəsi olan proses - istehsalın elektrikləşdirilməsi
prosesinin sürətlə getməsi elektrik enerjisinə olan tələbatı yüksəldir və
elektroenergetikanın sürətli inkişafını tələb edir.
III. Elmi-
texniki tərəqqi nəticəsində sənayenin ağır, yüngül və
yeyinti sahələri arasında olan əlaqələr və qarşılıqlı əlaqələr artır. Bu ilk
növbədə öz əksini onda tapır ki, istehlak malları getdikcə daha çox
sənayedə ilkin emala məruz qalmış kənd təsərrüfatı məhsullarından
hazırlanır. Buna görə də kənd təsərrüfatı məhsullarını ilkin emal edən,
pambıqtəmizləyən, yunyuyan, dəri-gön xammalı hazırlayan istehsallar
sürətlə inkişaf edir.
IV. Elmi-
texniki tərəqqinin təsiri nəticəsində yüngül sənayenin
özündə də köklü dəyişikliklər baş verir. Bu dəyişikliklər ümumi şəkildə
aşağıdakılarda öz əksini tapır: əyirmə və toxuma istehsallarının xüsusi
çəkisi artır; məmulatların nomen-klaturası və çeşidləri sürətlə və daimi
olaraq dəyişir; yüngül və yeyinti sənaye sahələri tərəfindən istifadə
edilən yanacağın və enerjinin həcmi artır; qeyri-parça materialları
istehsal edən sahələr əmələ gəlir və sürətlə inkişaf etdirilir; sintetik
material
lardan və onların qarışığından hazırlanan məhsullar istehsal
edən sahələrin xüsusi çəkisi artır. Sənaye həyata keçirilən struktur
siyasəti burada güclü elmi-texniki potensialın yaradılmasına yönəldilir.
Ona görə ki, elmi-texniki potensial və onun səmərəli fəaliyyəti sənayedə
texniki tərəqqi üçün münasib şərait yaradır. Bu proseslər bütün dünyada
gedir və kiçik və böyük dövlətləri əhatə edir.
Məsələn, respublikamızın sənayesində hər il onlarla yeni
keyfiyyətli maşınlar, mexanizmlər, cihazlar, alətlər yaradılır və
istehsala tətbiq edilir. Lakin bütün bunlara baxmayaraq elmi-texniki
246
tərəqqinin müasir inkişaf sürəti bazar iqtisadiyyatının tələblərinə cavab
vermir. Qarşıda duran əsas vəzifələrdən biri elmin, texnikanın və
texnologiyanın mühüm istiqamətlərini tə-yin etmək və struktur
siyasətində onları nəzərə almaqdır.
Belə mühüm istiqamətlərə aşağıdakılar daxildir:
-elmi-
texniki potensialdan daha səmərəli istifadə etmək
məsələsinin həll edilməsi;
-
elmlə istehsalın əlaqələrinin möhkəmləndirilməsi;
-
fərdi maşın və mexanizmlərin yaradılması və tətbiqi
təcrübəsindən bir-birilə əlaqədə işləyən maşın, mexanizm, cihaz və
alətlər sistemi istehsalına və istehsala tətbiqinə keçirilməsi;
-
yeni məhsulların istehsalını tez və az ictimai xərclərlə təmin edən
uyuşqanlı istehsallar yaradılması;
-
istehsalın avtomatlaşdırılma səviyyəsinin yüksəlməsi;
-
az tullantılı və tullantısız texnologiyalar işlənib hazırlanması və
istehsala geniş tətbiq edilməsi;
-
toz metallurgiyasının inkişaf etdirilməsi; ekoloji təmiz
texnologiyaların genişləndirilməsi.
-
biotexnologiyanın inkişaf etdirilməsi;
-
məhsulun keyfiyyətinin yüksəldilməsində standartların rolunun
artırılması;
-
metalları əvəz edən yeni, daha mütərəqqi süni materiallar istehsa-
lının artırılması, bu sahədə tədqiqat işlərinin gücləndirilməsi.
Dünya iqtisadiyyatında baş verən proseslərin təhlili gös-tərir ki,
əgər sənayenin sahə strukturu optimaldırsa, onda elmi-texniki tərəqqinin
sürətləndirilməsi üçün də şərait yaranır. Sənayenin mütərəqqi sahə
quruluşu elmin və texnikanın tərəqqisini sürətləndirməyə imkan verir.
Məsələ burasındadır ki, müasir dövrdə elmin inkişafında
sənayeləşmə gedir. Elmi-tədqiqat, layihə-konstruktor və təcrübə
(eksperiment) işlərin yerinə yetirilməsi üçün yüksək dəqiqliyə malik
cihazların, qurğuların, maşın və avadanlıqların olması vacibdir. Bundan
başqa, mütərəqqi üsullarla yeni xammal, material, enerji, yanacaq əldə
247
edilməsi üçün dərin vakuumlu mühitlər, dərin soyuq mühitlər, yüksək
hərarət yarada bilən qurğular lazımdır. Belə mühitlərin (qurğuların)
yaradılması müvafiq cihaz və aparatların olmasını tələb edir. Məsələn,
ifrat təmiz material (metal) əldə etmək üçün maksimum havasız (dərin
vakuum) mühitin olması vacibdir. İfrat təmiz materiallarsız isə çox
dəqiq cihazlar və nəzarət-ölçü qurğuları hazırlamaq mümkün deyildir.
Digər tərəfdən, dərin vakuumlu mühitin yaradılması üçün havanı
təcrübə aparılan qapalı qurğudan maksimum həddə qədər sora bilən
nasos qurğuları tələb olunur. Əgər sənayedə belə nasos qurğularını
istehsal edə bilən sahə, sex, müəssisə, (birlik) yoxdursa, onda ifrat təmiz
metal əldə etməklə məşğul olan elmi-tədqiqat institutlarının fəaliyyəti
tormozlana bilər, belə cihazların xaricdən alınması mümkün olmadıqda
isə bu fəaliyyət tam dayana bilər. Buradan görünür ki, sənayenin
strukturu ilk növbədə elmin tələbatlarını ödəməyə qadir olmalıdır,
imkan verilməlidir ki, bütün sosial-iqtisadi tələbatlar maksimum və
yüksək keyfiyyətlə ödənilsin.
Hazırda ölkələrin və regionların sosial-iqtisadi məsələlərinin həlli
rəqəmli proqramla işləyən dəzgahlarla, EHM-la, emal mərkəzləri ilə və
mikroproseslər texnikası ilə təchiz olunmuş uyuşqanla istehsalların
tətbiqinin genişləndirilməsini tələb edir. Lakin bu məsələ iqtisadiyyatın
strukturunu dəyişmədən mümkün deyildir. Tələb olunur ki, məsələn,
sənayenin sahə quruluşunda maşınqayırmanın xüsusi çəkisi artırılsın.
İnkişaf etmiş ölkələrin təcrübəsi də bunu sübut edir.
Elmi-
texniki tərəqqinin sürətləndirilməsində, xalq təsərrüfatının
yeni mütərəqqi səviyyəyə qaldırılmasında maşınqayırmanın rolu
böyükdür. İctimai istehsalda inqilabi dəyişikliklər yarada bilən müasir
texnika maşınqayırmada yaranır. Sənayenin inkişafı və texnika,
texnologiyanın üstünlüyü cəhətdən fərqlənən ölkələrin sənayesinin
strukturunda maşınqayırmanın xüsusi çəkisi bir qayda olaraq yüksək
olur və təxminən 35-45 faiz təşkil edir. Yaponiyada isə bu rəqəm 47-48
faizə çatır. Müqayisə üçün göstərək ki, maşınqayırmanın xüsusi çəkisi
keçmiş SSRİ-də 20 faiz, respublikamızda isə 15-16 faizdən də az təşkil
248
edirdi. İnkişafda olan ölkələrdə isə maşınqayırmanın xüsusi çəkisi bir
qayda olaraq azdır.
Sənayedə iqtisadiyyatın strukturunun yenidən qurulmasında əsas
məqsəd elmi-texniki tərəqqini sürətləndirməyə imkan verən prioritet
sahələrin üstün inkişafını təmin etməkdir. Bunların nəticəsində
məhsulun keyfiyyəti yaxşılaşmalı, əldə edilən nəticənin hər vahidində
düşən ictimai xərclər azalmalıdır. Elmi-texniki tərəqqinin qənaət
rejiminə əməl edilməsinə, resurslara qənaət edilməsi siyasətinin həyata
keçirilməsinə yönəltmək tələb oulnur. Bunu ölkələrin hazırki iqtisadi
vəziyyəti çox ciddiliyi ilə iqtisadçıların və istehsalı təşkil edənlərin
qarşısında qoyur. Bu sahədə Yaponiya böyük nailiyyətlər əldə edib.
Hazırda zəif inkişaf etmiş ölkələrdə istehsal edilən milli gəlirin
hər vahidinə inkişaf etmiş kapitalist ölkələrindəkindən xeyli çox
xammal, enerji və digər resurslar sərf edilir. Həyata keçirilən struktur
siyasəti bu israfçılığa son qoymalıdır. Elmi-texnikii tərəqinin
sürətləndirilməsinə xidmət edən struktur siyasəti elə aparılmalıdır ki,
son nəticədə istehsalın enerji tutumu göstəricisi yaxşılaşsın.
Uzun illərin təcrübəsi göstərir ki, iqtisadiyyatın strukturu ilə ETT-
i arasında birtərəfli əlaqə yox qarşılıqlı əlaqə mövcuddur. Yeni struktur
dəyişiklikləri elmi-texniki tərəqqi üçün münasib şərait yaradırsa, elmi-
texniki tərəqqinin sürətləndirilməsi də öz növbəsində iqtisadiyyatın
strukturuna təsir göstərir. Bu təsir sənayedə daha əyani nəzərə çarpır.
ETT sənayenin sahə quruluşuna güclü təsir göstərir: o getdikcə
təkmilləşir və optimal sahə quruluşuna doğru inkişaf edir. Sənayenin
sahə quruluşunun təkmilləşdirilməsi istehsalın səmərəliliyinin
yüksəldilməsinin intensiv yollarından biridir. Sənayenin sahə quruluşu
dəyişən xarakter daşıyır.
Elmi-
texniki tərəqqi eyni zamanda sənayenin mikroquruluşunda
da dəyişikliklər əmələ gətirir. Məsələn, maşınqayırma özü sənayenin
aparıcı sahəsi kimi üstün inkişaf etdirilir. Lakin elmi-texniki tərəqqi
maşınqayırmanın sahə quruluşuna ciddi tələblər qoyur. Maşınqayırma
sənayesində
cihazqayırmanı,
elektrotexnika
sənayesini,
249
dəzgahqayırmanı, kosmik texnikanı daha böyük sürətlə inkişaf etdirmək
lazım gəlir. Maşınqayırmanın mikro sahə quruluşunun dəyişilməsi
şaxələnir, bütün yarımsahələri əhatə edir. Məsələn, dəzgahqayırma
sənayesinin sahə quruluşunda dəqiq emal avadanlıqlarının, robot
texn
ikasının, rəqəmli-proqramla idarə edilən dəzgahların xüsusi çəkisi
artır. Bir qayda olaraq maşınqayırmanın bu mütərəqqi sahələrinin
məhsulu daha sürətlə artır. İstər maşınqayırmanın makro və istərsə də
mikro sahə quruluşunun dəyişilməsi ölkələrin həyata keçirdiyi iqtisadi
siyasətin tələblərinə cavab verməli və iqtisadiyyatın intensiv yolla
inkişafının həyata keçirilməsinə yönəlməlidir. Buna görə də yaxın 10-20
ildə qarşıda duran əsas məsələlərdən biri materiallara, yanacağa, elektrik
enerjisinə qənaət edən, onlardan daha səmərəli istifadə edil-məsi üçün
şərait yaradan texnikanın, texnologiyaların yaradılmasından və bunların
istehsalı ilə məşğul olan sənaye sahələrinin daha üstün inkişaf
etdirilməsindən ibarətdir. Yaponiya bu sahədə daha mühüm məsələlərə
di
qqət yetirir. Onlar təbiəti qoruyan texnologiyalar yaratmağa daha çox
fikir verirlər.
İnkişaf etmiş ölkələrdə sənayenin sahə quruluşunun
yaxşılaşdırılması da resurs qoruyan siyasətə əsaslanır. Bunun başlıca
səbəbi dünya iqtisadiyyatında baş verən xammal və enerji böhranlarıdır.
Böhranlar lap yüksək səviyyədə təşkil edilmiş, yaxşıca düşünülmüş,
elmtutumlu istehsallara belə ölümcül zərbələr vura bilər. İlk növbədə
istehsal xərclərinin artmasına görə. Bundan başqa, xammal və
materialların bahalaşması sonda avadanlıqların və tikintinin
bahalaşmasına səbəb olur. Bu gün dünya miqyasında investisiya
siyasəti gər-ginləşib, istehsal xərcləri artmağa meyllidir. Təkrar istehsal
da bahalaşır və prosesin özü gərginləşir. Bunun aradan qaldırılması yeni
texnoloji inqilabın meydana çıxmasını stimullaşdırır. İnkişaf etmiş
ölkələrin hamısı resurs qoruyan texnologiyaya üstünlük verirlər və bu
məsələnin həllində sənayenin sahə strukturunun aparıcı rolunu dərk
edirlər. İndi hamı bu strukturun təkmilləşdirilməsi haqda fikirləşir. Təh-
lil göstərdi ki, bu təkmilləşdirmə əsasən iki yolla: a) sənayenin ənənəvi
250
aparıcı sahələrinin yenidən qurulması və modernizasiyası və b) yeni
elmtutumlu sənaye sahələrində məhsul növlərinin, tiplərinin dəyişdiril-
məsi, prinsipcə yeniləri ilə əvəz edilməsi yolları ilə həyata keçirilir.
Lakin bu istiqamətlərin hər ikisi çoxlu vəsait tələb edir. Xərclərin
azaldılması amili rolunu yenə sənaye və onun optimal sahə strukturu
oynaya bilər. Birinci növbədə isə maşınqayırma və onun strukturu
məqsədyönlü inkişaf etməlidir. Bunu nəzərə alan inkişaf etmiş ölkələrin
hökumətləri və sahibkarları pul vəsaitlərini maşınqayırmanın aparıcı
sahələrinə və yeni meydana çıxan və XXI əsrin tələblərinə uyğun gələn
sahələrə yönəltməyə meyillidirlər. Bu cür yanaşmanın çox mürəkkəb
olduğunu qeyd etmək lazımdır. Ən ümumi halda investisiyanın
mütərəqqi sahələrə yönəldilməsi ilə sənayenin sahə strukturunun
yaxşılaşması arasında asılılıq vardır. Lokal hallar üçün qənaətbəxş
sayılan bu asılıq qlobal miqyas üçün çətinlik törədə bilər. Ona görə ki,
qlobal miqyasda amillər də-yişə və gözlənilməz hallar baş verə bilər.
Bir də ki, ayrıca götürülmüş sahibkar və dövlət üçün maraqlı olan
məsələ başqadır. Onlar maraqlanır ki, nə qədər vəsait xərcləsinlər ki,
ölkə sənayesinin sahə strukturu bu gün və gələcəkdə mütərəqqi olsun.
Sənayenin sahə strukturuna istehsalın ixtisaslaşması və
kooperasiyalaşması da güclü təsir göstərir. Bunun da əsasında əmək
bölgüsü, dünya iqtisadiyyatı səviyyəsində isə beynəlxalq əmək bölgüsü
durur (BƏB). Milli sənayelərin vahid dünya sənayesinə qovuşmasında
BƏB həlledici rol oynayır. BƏB nəticəsində ölkələr hər hansı bir
məhsul istehsalı üzrə ixtisaslaşa bilər. Belə olan halda onlar istehsal
etdikləri konkret məhsul (əşya, onun bir hissəsi, texnoloji hədd, xidmət)
üzrə beynəlxalq kooperasiya əlaqələrinə (BKƏ) girib sənayenin
inkişafında iştirak edirlər. BƏB sənayenin şaxələnməsini ölkələrdə
sənayenin inkişaf etdirilməsinin obyektiv əsasını təşkil edir. Dünya
iqtisadiyyatı baxımından BƏB-nün əvəzolunmaz rolu ondadır ki, bu
zaman geri qalmış ölkələrdə belə sənayeni inkişaf etdirmək üçün şərait
yaranır. BƏB nəticəsində istehsalda iki proses baş verir, birincisi,
əməyin bölünməsi, ikincisi əmə-yin birləşməsi. Bu iki prosesin dinamik
251
birliyi imkan verir ki, vahid iste
hsal prosesi ayrı-ayrı sərbəst hissəvi
proseslərə parçalansın və bu hissələrin istehsalı daha yaxşı (səmərəli)
mühit (şərait) olan ölkədə təşkil edilsin.
Beynəlxalq ixtisaslaşma və kooperasiyalaşma nəticəsində
sənayenin inkişafı üçün sanki “yeni mənbə” meydana çıxır: ayrı-ayrı
ölkələrdə sənayenin inkişaf etdirilməsi üçün iqtisadi stimul yaranır.
BƏB nəticəsində əldə edilən mənfəət onun iştirakçıları arasında dəyər
qanununa əsasən “bölünür”. Mənfəətin meydana gəlməsi isə əmtəələrin
milli və beynəlxalq dəyərləri arasındakı fərq kimi baş verir.
İxtisaslaşma bir neçə formada aparılır. Sənayedə ən çox yayılmış
formalara əşyalar üzrə, hissələr üzrə, qovşaqlar üzrə, ayrı-ayrı texnoloji
hədlər üzrə, yığma üzrə ixtisaslaşma formalar, daxilidr. Bu və ya digər
forman
ın seçilməsi, tətbiqi baş firmanın iqtisadi hesablamalarına əsasən
həyata keçirilir. Avtomobil sənayesində yığma sexləri, müəssisələri
yaratmaq şirkət üçün daha sərfəli olur. Ona görə ki, hazır avtomobilin
daşınması, onun hissələrinin daşınmasından baha başa gəlir.
İxtisaslaşmanın hansı formada aparılmasından asılı olmayaraq
sənayenin sahə strukturu dəyi-şir, onu daha mütərəqqi şəklə salır,
optimallıq səviyyəsini yüksəldir və sonda dünya iqtisadiyyatının
inkişafına müsbət təsir göstərir.
Dünya sənayesinin sahə strukturuna ölkələrin daxili bazarlarının
həcmi, onların sosial-iqtisadi inkişafı, əhalinin yaşayış tərzi, maddi-rifah
halının dəyişməsi, onların mədəni səviyyəsi güclü təsir göstərir. Bu
amillər sənayenin əsasən yüngül və yeyinti sahələrinə çox təsir göstərir.
Sənayenin sahə strukturuna beynəlxalq vəziyyət, qlobalizasiya
prosesləri, istehsalın beynəlmiləlləşməsi səviyyəsi, xarici iqtisadi
əlaqələrdəki inteqrasiya prosesləri, yeni sənaye ölkələrinin meydana
gəlməsi və inkişaf edən ölkələrdə gedən sosial-iqtisadi proseslər və sairə
bu kimi elmi-
texniki tərəqqidən bilavasitə asılı olmayan amil və şərtlər
də təsir göstərir. Bundan başqa, sahibkarlığın inkişafı, ölkələrin onlara
verdikləri hüquqların artması da sənayenin inkişafına və onun sahə və
ərazi strukturunun təkmilləşməsinə səbəb olur. Buna parlaq misal
252
transmilli kompaniyaların fəaliyyətini göstərmək olar. Bu tip
kompaniyalar çox vaxt sənaye müəssisələrini öz ölkələrindən kənarda
yaratmağa meyilli olurlar və sənayenin həm sahə və həm də ərazi
struk
turuna təsir göstərə bilirlər.
Dostları ilə paylaş: |