AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§2. YAPONİYANIN İQTİSADİYYATl



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
§2. YAPONİYANIN İQTİSADİYYATl 

 

2.1 



.Dünya iqtisadiyyatında yeri 

 

Dünya  ölkələri  arasında  özünəməxsus  xarakterik  cəhətləri  olan 



Yaponiya  Dünya  iqtisadiyyatında  mühüm  rol  oynayır.  İkinci  dünya 

müharibəsində  məğlub  olan  Yaponiya  ilk  illərdən  başlayaraq  böyük 

iqtisadi, sosial, texniki, texnoloji, mədəni nailiyyətlər əldə edib. Əhalisi 

dünya  əhalisinin  heç  0,5%-ni  də  təşkil  etməyən  ölkə  dünyanm  ÜDM-

nun  (ahcılıq  qabiliyyətinə  görə)  7%-ə  qədərini  istehsal  edir.  Əhalinin 

hər nəfərinə düşən məhsul 1999-cu ildə 37850 dollar təşkil etmişdir. Bu 

göstərici  üzrə  Yaponiya  ancaq  İsveçrədən,  ABŞ-dan, Luksemburqdan, 

Sinqapurdan və Norveçdən geri qalır. 

Yaponiyada  on  yüksək  məşğulluq  əldə  edilmişdir.  İşsizlik 

norması 1970-ci illərdə cəmi 2-2,8% təşkil edirdi. XXI əsrin ilk illərində 

isə  bıı  göstəricinin  səviyyəsi  ancaq  3%-i  ötə  bilib.  Bu  orta  dünya 

səviyyəsindən  2-8%  aşağıdır.  Yaponiyanın  iqtisadi  potensialı  ABŞ 

iqtisadi potensialnın 60%-dən çoxunu təşkil edir. Cari valyuta kursu ilə 

hesabladıqda  Yaponiyanın  ÜDM-nın  həcmi  Çin  kimi  nəhəng  bir 

dövlətin  ÜDM-undan  4  dəfə  çoxdur.  Şərqi  Asiyanın  bütün  ölkələrinin 

ÜDM-nun 70%-

i Yaponiyanın payına düşür. 

Qida məhsulları 

19,4 

15,1 


26,2 

19.5 


23,6 

 

Geyim, ayaqqabı 



5,8 

5,2 


6,4 

5,8 


7,0 

 

Ev-



eşik,     kommunal 

17,0 


14,1 

22,2 


19,3 

18,3 ' 


 

xidmətlər 

 

 

 



 

 

 



 

 

 



 

Nəqliyyat, rabitə 

8,4 

8,9 


 4,4 

5,1 


10,1 

 

Mebel, məişət texnikası  14,6 



           14.5 

  2,1 


1,8 

5,8 


 

Digər   məhsullar   və  34,8 

42,2 

38,6


 

49,6 


34,6 

 

x



idmətlər 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yapon  iqtisadi  inkişafında  bir  sıra  əlamətdar  cəhətlər  var  ki, 

ondan  bütün  dünya  ekspertləri  və  iqtisadçıları  maraqla  izləyirlər. 

Məsələn, Yaponiya dünyada yeganə ölkədir ki, burada balanslaşdınlmış 

inkişaf modeli praktikada reallaşdırılıb. 1952-ci il Yaponiyada ÜMM-ın 

5%  artım  sürəti  ilə  başa  çatmışdı.  1960-ci  illərdə  ÜMM-ın  orta  illik 

artımı  10%  qədər  çatırdı.  Bu  cür  çox  yüksək  artım  sürətindən  •  sonra 

(1973-


1990 illər) surət nisbətən azaldı və ÜMM orta illik artımı 5%-ə 

qədər  oldu.  1990-cı  ildən  başlayaraq  ÜMM  inkişaf  etmiş  sənaye 

ölkələrinə xas olan dayanıqlı, lakin nisbətən aşağı (orta hesabla 2-3%) 

sürətlə  artmağa  başladı.  Lakin  inkişafın  bu  pilləsində  1990-cı  illərin 

əvvəlində dünya iqtisadiyyatında baş verən dördillik depressiya Yapon 

iqtisadiyyatına da təsir göstərdi və nəticədə 1992-ci ildə sənaye istehsalı 

8%  azaldı.  1993-cü  ildə  Yaponiya  iqtisadiyyatında  sıfır  inkişaf  qeydə 

alındı. 1994-cü ildə inkişaf 0,6% oldu. 1996-cı ildən isə yenidən iqtisadi 

inkişaf  başlamışdır.  Beləliklə  də,  Yaponiya  yüksək  inkişaf  etmiş 

ölkələrin  iqtisadi  inkişati  iiçiin  səciyyəvi  olan  yüksəliş  sürətinə  nail 

olmuşdur və bu inkişaf davam edir. 

 

 



2.2. Dünya iqtisadiyyatına təsiri və onun əsas istiqamətləri 

Belə  təsirlərdən  biri  Yaponiyanın  bank  sistemi  vasitəsilə  həyata 

keçirilir.  Dünya  miqyasında  həyata  keçirilən  təhlil-tədqiqat  işlərinin 

müəllifləri  təyin  etmişlər  ki,  aktivin  məbləğinə  görə  dünyanın  10  iri 

bankının 9-u Yaponiyanındır. Bu banklar biitiin dünya iqtisadiyyatının 

maliyyə  sisteminə  güclü  (mənfı  və  müsbət)  təsir  göstərmək 

qabiliyyətinə malikdirlər. Dərc edilmiş məlumatlara görə ölkənin qızıl-

valyuta  ehtiyatı  130  milyard  dollara  qədərdir.  Bu  ölçüdə  maliyyə 

ehtiyatı  olan  ölkədə  baş  verən  hər  hansı,  hətta  kiçik  bir  maliyyə 

çatışmamazlıqları  digər  ölkələrin  iqtisadiyyatına  güclü  mənfı  təsir 

göstərir. 1998-ci ildə kəskinləşən maliyyə krizisi (səbəbi aksiyalann və 

yapon  valyutasının  aşağı  düşməsi  idi),  yapon  iqtisadiyyatını  çox  geri 

saldı. Eyni zamanda bu krizisin mənfi təsiri Cənub-Şərqi Asiyaya dəydi. 

Bu  misal  göslərir  ki,  bir  ölkədə  gedəıı  proseslər  həmişə  dünya 

iqt

isadiyyatına təsir edir. Söhbət burada ancaq о təsirin mənfı və yaxud 



miisbət olmasından getməlidir. 

 

 

Yaponiya  insan  amilindən  (indi  bunu  insan  resursu  və  kapitalı 

adlandırmaq  meyli  giiclüdür)  bacarıqla  istifadə  etmək,  məhsulun 

keyfıyyətini yüksəltmək, mehriban cəmiyyət (125 milyondan çox ehalisi 

olan  Yaponiyanı  "böyük  və  dost  ailə"  adlandırılır)  yaratmaq  yolu  ilə 

yüksək sosial-iqtisadi nailiyyətlər əldə etməyin mümkiin olduğu haqda 

çox  gözəl  təcriibəyə  malik  ölkədir.  Bu  təcrübə  vasitəsilə  о.diinya 

iqtisadiy

yatına  güclü  təsir  göstərır.  Məhz  "bu  təcrübənin  təsiri  altında 

Yaponiyanın  uzaq-yaxın  qonşuları  olan  Cənubi  Koreya,  Tayvan, 

Tailand,  Sinqapıır  və  s.  kimi  ölkələr  qısa  müddətdə  böyük  iqtisadi 

nailiyyətlər  əldə  etmişlər.  Ümumiyyətlə  götürdükdə  dünyanın  biitün 

ölkələri Yapon təcrübəsini öyrənməkdə maraqlıdırlar. Yapon təcrübəsi 

dünya ölkələri üçün, onların inkişafı üçiin həmişə örnək ola bilər. Hələ 

1960-

cı  illərdə  sənayeləşmə  prosesi  Yaponiyanı  ABŞ  və  Qərbi 



Avropadan sonra dünyada 

üçüncü  iqtisadi  güc  mərkəzinə  çıxardı. 

Hazırda bir iqtisadi güc mərkezi kimi Yaponiya Asiya ölkələrini özünə 

çəkir.  Qonşu  ölkələr  һəг  vasitə  ilə  yüksək  texnologiyaya,  qabaqcıl 

təcrübəyə  yiyələnmək  üçün  Yaponiyaya  üz  tuturlar.  Faktiki  olaraq 

Yaponiya  və  Asiya  ölkələri  arasında  dayanıqlı  ticarət  bloku 

yaranmışdır. 

 

 



2.3.Yapon 

iqtisadiyyatının daxili enerjiləri 

 

Məhsulların və xidmətlərin keyfıyyətinin yüksəldilməsi sahəsində 



demək  olar  ki,  heç  bir  ölkədə  olmayan  bacarıq  Yaponiyanın  daxili 

enerjilərindəndir.  Əslində  rəqabət  dözümlü  məhsul  istehsal  etmək  və 

onu  dünya  bazarına  çıxarmaq  hökumətdən  tutmuş  firmaların  adi 

işçilərinə  qədər  bütün  yaponların  və  yapon  dövlətinin  sosial-iqtisadi 

inkişaf proqramlarımn məğzini təşkil edir. Məsələyə bu cür yanasmağın 

əsası  Yaponiyada  1953-cü  ildən  sonra,  ölkə  müstəqillik  əldə  etdikdən 

sonra qoyulmuşdur. İl ərzində yüzlərlə təbii fəlakətlərlə (zəlzələ və s.) 

qarşılaşan,  özünün  məhdud  təbii  resurslan  olan  Yaponiya  öz  qurtuluş 

yolunu  insan  resursunda,  ağılda,  zakada,  elmdə,  qabaqcıl  texnika  vo 

texnologiya

lar yaratmaqda gördü. Bu məqsədlə ilk növbədə beyinlərdən 

səmərəli  istifadə  edilməyə  başlanıldı.  "Keyfıyyətli  məhsuldan  da 

keytiyyətli məhsul istehsal etmək olar" şüarı bütün yaponluların şüarına 


 

 

çevrildi. Keyfıyyətli məhsul istehsal etmək, onun yaxşı idarə edilməsini 

tələb edir. Bu ideyanın müəllifı Amerikanın məşhur mütəxəssisi doktor 

A.Feyqenbaumdur. Yapon professoru İsikova Kaoru isə yapon xalqına 

məxsus  üsul  işləyib  hazırladı  və  həyata  keçirdi.  Keyfıyyətin 

yüksəldilməsi üzrə qabaqcıl ideyalarına yüksək qiymət verməklə yanaşı 

о  göstərdi  ki,  yüksək  keyfıyyət  əldə  etmək  üçün  doktor 

A.Feyqenbaumun  təklif  etdiyi  keyfiyyət  üzrə  ixtisaslaşmış 

mütəxəssislər  qruplarının  yaradılması  və  keyfiyyətə  nəzarət  etməsi 

dünya bazarında rəqabətə dözə bilən məhsul istehsal etmək üçün kifayət 

deyildir. Professor İsikovanın təklif etdiyi üsula görə keyfıyyətin idarə 

edilməsi  üsulunun  öyrənilməsində,  inkişafında,  reallaşdırılmasında 

firmanın  bütün  strukturları  və  bütün  işçiləri  fəal  iştirak  etməli  idilər. 

Həqiqətdə də belə oldu. 

Yaponiyada  məhsulun  keyfıyyətinin  idarə  olunmasına  bütün 

yapon  xalqı  cəlb  edildi.  Nəticədə  bu  gün  dünyada  istehsal  edilən  hər 

hansı bir ən keyfiyyətli məhsuldan da keyfıyyətli məhsul istehsal etmək 

Yaponiya  üçün  problem  deyildir.  Yüksək  keyfıyyətli  məhsul  ilə 

(

Yaponiya  diinya  iqtisadiyyatina  digər  ölkələrlə  müqayisədə  daha 



səmərəli  və  güclü  müsbət  təsir  göstərir.          1970-сі  illərin  axırında 

Yaponiya  avtomobil,  televizor,  foto  vo  kinotexnika,  inteqral  sxemləri, 

məişət  elektrotexnikası  kimi  kütləvi  istifadə  edilən  məhsulların 

keyfiyyəti cəhətdən dünyada lidecrliyi ələ almışdı. Yüksək   keyfıyyətli 

məhsul  istehsalın  həcmini  artırmağa  imkan 

 

verirdi.  Belə  ki,  1980-ci 



illərdə Yaponiya dünyada istehsal olunan  rəngli televizorların 40%-ni, 

tranzistrli radioqobu

ledicilərin  dörddə  birini,      videomaqnitofonların   

90%-


ni      istehsal      edirdi.      Yapon  məhsullari  hazirda  da  dünya 

bazarında  Amerikada  və  Qərbi  Avropa  ölkələrində  istehsal  edilən 

məhsullari sıxışdırmaqda davam edir.  «Bu nəticələr nесə əldə edilir?» 

sualı ilə bütün ölkələr , maraqlanırlar, yaponluların üsullarını öyrənirlər 

və  istehsala  tətbiq  edirlər.  Yaponiya  hazırda  bütün  dünya  üçün  canlı 

məktəbdir. Bu , insan amilindən istifadə etməklə böyük nailiyyətlər əldə 

etməyin mümkünlüyünü sübut edən məktəbdir. Bu tək bir mütəxəssisinə 

güvənib  iqtisadi  inkişafa  nail  olmağın  qeyri-mümkünlüyünə  parlaq 

misaldır. Yaponiya hökuməti öz təcrübəsındə  sübut etmişdir ki, ölkənin 

iqtisadiyyatını  burada  yaşayanların  hamısının  əməyini  elmi  surətdə 

təşkil etməklə inkışaf etdirmək olar. 


 

 

İkinci  dünya  müharibəsindən  sonra  Yaponiyanın  iqtisadi 

inkişafının  başlıca  amili  ölkənin  elmi-texniki  potensialı  olmuşdur. 

İqtisadiyyatın  bütün  sahələrində  elmi-texniki  potensialın  keyfiyyət  və 

kəmiyyətcə  inkişaf  etdirilməsi  nəticəsində  Yaponiya  diinya 

iqtisadiyyatmda görkəmli yer tuta bilmişdir. Yaponiyanın bir ölkə kimi 

xarakteristik cəhəti elmi-tədqiqat və təcrübə-layihə işlərinə çoxlu vəsait 

xərcləməsidir. 1970-ci illərin birinci yarısında bu xərclərin artım sürəti 

2,8% təşkil etmişdir. Həmin dövrün ikinci yarısında bu surət artıb 5,4%, 

1980-


ci illərdə isə 8%-ə çatdı. Yeni XXI əsrin ilk illərində də bu sürət 

saxlanılır. 



2.4.Yapon elmi-

texniki siyasətinin mahiyyəti 

 

Hazırda Yaponiya elmi-tədqiqat və təcrübə-layihə işlərinə çəkilən 



xərclərin miqdarına görə dünya ölkələri arasında ABŞ-dan sonra ikinci 

yerdə  gedir.  Bu  çox  böyük  müvəffəqiyyətdir.  Onun  əldə  edilməsində 

Yaponiyanın  ancaq  özünə  məxsus  olan  elmi-texniki  strategiyası 

həlledici rol oynamışdır. Yaponiyanın elmi-texniki strategiyasının gücü 

ondadır  ki,  elmi  və  texniki  potensial  vətənini  sevən  hüqiqi  alimlər 

tərəfindən hazırlanır, həyata keçirilir. Bir qayda olaraq belə strategiyalar 

elm tutumluqluları və innovasiyaya söykənmələri ilə fərqlənirlər. Yapon 

elmi-


texniki  strategiyasının  tərtib  edilməsi,  Yapon  iqtisadiyyatının 

inkişafı ilk növbədə firmaların çevikliyini, istehsalın uyuşqanlılığını və 

ən başlıcası ise iqtisadiyatın müxtəlif sahələrinin müəssisələri arasında 

elmi-


texniki və sənaye-satış siyasəti üzrə six əlaqələrin olmasını nəzərdə 

t

ııtur. Görkəmli Yapon alimi M.Moritani bu məsələlərdən bəhs edərək 



strategiyanın  formalaşmasında  variantlılığa,  yəni  bütün  mümkün 

variantları  ortaya  çıxarmaq  və  sonda  hamısını  nəzərə  almaq  və 

təcrübədə  onlardan  milli  iqtisadiyyatın  inkişafı  naminə  istifadə 

edilməsinə  xüsusi  diqqət  yetirilməsini  təklif  etmişdir.  Məsələn,  dərc 

edilmiş  əsərində  M.Moritani  hazır  məhsul  və  texnologiya  üzrə  xarici 

ticarətin  uyğunlaşdırılmasının  səkkiz  variantmı  verir.  Variantların  çox 

olması  onunla  əlaqədardır  ki,  hər  iki  ticarət  növü  "ixrac",  "idxal"  və 

“ixalın  olmaması”  halları  ilə  xarakterizə  oluna  bilərlər.  Bütün  halları 

nəzərə almaq, ixracın mümkün variantlarını işləyib hazırlamaq və onları 

praktikada istifadə olunma həddinə çatdırmaq böyük elmi məharət tələb 

edir. Bu elmin ö

hdəsindən  Yapon  alimi  M.Moritani  bacarıqla  gəlib. 



 

 

Yapon elmi-

texniki  strategiyasının  dünya  iqtisadiyyatındakı  rolunu 

nəzərə alaraq bu variantlan qısaca nəzərdən keçirək. 



Variant 

1.  Xaricdən  ancaq  hazır  məhsul  alınır.  Bu  məhsulla 

əlaqədar  olan  texnologiya  (yəni  lisenziyalar  və  digər  elmi-texniki  və 

istehsal sənədləri) üzrə alış təşkil edilmir (Yaponiya məhz bu variantdan 

istifadə edib ABŞ-dan iri sərnişin təyyarələri alırdı). 

Variant 

2.  Həm  məhsul  və  həm  də  bu  məhsul  ilə  əlaqədar  olan 

texnologiya idxal edili

r.  Bu  variantda  aydın  görünür  ki,  ölkə  hazır 

məhsul  idxalından  can  qurtarmağa  çalışır,  öz  iqtisadi  vəziyyətini 

yaxşılaşdırmaq  və  iqtisadi  təhlükəsizliyini  yüksəltmək  istəyir.  Özünün 

poladtökmə  və  kimya  sənayesinin  inkişafında  sınaqdan  keçirilən  bu 

variantd


a  Yaponiya  istehsal  avadanlıqlarını  və  onların  texnologiyasını 

almağa  Üstünlük  verirdi.  Nəticədə  əldə  edilən  lisenziyalara  əsasən 

ölkənin  özündə  müxtəlif  sistemlər  və  komponentlər  isteiısal  edilərək 

alınan  avadanlıqlar  modernləşdirilirdi.  Məhz  bu yolla  Yaponiya 1950-

1960-

cı illərdə istilik və sonradan atom elektrik stansiyalannın inkişafını 



təmin edə bildi. 

Variant

3.  Xarici  ölkələrdən  ancaq  texnologiya  alınır.  Hazır 

məhsul  isə  idxal  edilmir.  Əldə  edilən  texnologiya  əsasında  istehsal 

edilən məhsul daxili tələbatların ödənilməsinə yönəldilir və tələbat tam 

ödənilir. Bu variantdan istifadə edən Yaponiya 1950-ci illərdə bir  çox 

ağ-qara  televizorlar,  neylon,  tranzistr  radioqəbulediciləri  kimi  kütləvi 

istifadə 

edilən 


məhsulların 

istehsalını 

mənimsəyə 

bildi. 


'Avtom

obilqayırma sənayesində də bu yoldan istifadə edilirdi. Belə ki, 

"Nissan"  firması  "Ositin"  adlı  ingilis  fırmasının,  "İsuduzu"  fırması 

"Xillman"  adlı  ingilis  firmasının,  "Xino"  firması  "Reno"  adlı  fransız 

firnıasının  və  "Mitsubişi  dzukoy"  firması  "Villis"  adlı  Amerika 

firmasının  lisenziyalarını  alıb  onlardan  aktiv  istifadə  edirdilər,  istehsal 

etdikləri avtomobillərin rəqabət dözümlülüyünü artırdılar. 

Variant  4. 

M.Moritaninin  dördüncü  variantı  əvvəlkindən  onunla 

fərqlənir  ki,  əldə  edilən  texnologiyalardan  istifadə  etməklə  istehsal 

edilən  məhsulun  getdikcə  artan  hissəsi  ixrac  edilir.  Burada  cəlbedici 

cəhət  daxili  bazarın  tələbatını  ödəyərkən  məhsulların  keyfıyyətinin 

yaxşılaşdırılması  və  onların  dünya  standartlarına  tam  cavab  verməsi 

səviyyəsinə  çatdırılmasıdır.  Məhz  bu  cəhət  ölkəyə  imkan  yaradır  ki, 

daxili  bazarın  tələbatından  artıq  istehsal  baş  versin  və  "artıq"  məhsul 


 

 

dünya  bazarı  rəqabətinə  davam  gətirsin  və  satılsın.  Bu  variantdan 

istifadə edən Yaponiya televizorların, neylon məhsullarının keyfiyyətini 

ABŞ və  İngiltərədə о vaxtlar qüvvədə ola standartlara çatdıra bildi və 

artıq  1950-ci  illərin  axırında  dünya  bazarında  özünəməxsus  yer  tuta 

bildi. 


Variant5. Bu variantda texnologiya 

üzrə  ticarət  edilmir.  Hazır 

məhsul isə geniş ixrac edilir. Deməli, bu variant göstərir ki, ölkə elmi-

texniki potensial 

cəhətdən inkişaf etmiş ölkələr səviyyəsinə çatıb və bir 

sıra məsələlərdə isə onları ötə bilib. Belə olmasa rəqabətin gücü olduğu 

dünya bazarında  yer tutmaq mümkün ola bilməzdi. Məhz bu variantın 

istifadəsi  nəticəsində  Yaponiya  1960-cı  illərdə  mikrokalkulyatorlarm, 

videomaqnitofonların  istehsalı  və  ixracı  sahəsində  böyük 

müvəffəqiyyətlər əldə etmişdi. İnkişaf о səviyyədə idi ki, bu məhsullar 

üzrə istehsalın 80%-dən  çoxu ixrac edilirdi. 

Variant 6. 

Bu variantın xarakterik cəhəti ölkənin texnologiya və 

bu  texnologiya  ilə  istehsal  edilən  məhsulu  ixrac  etməsidir.  Bu  dövrdə 

Yaponiya artıq poladtökmə müəssisələri üçün avadanlıqları və müvafiq 

sənədlər  ixrac  edirdi.  Yapon  avtomobilləri  yığılmamış  halda,  lakin 

yığma texnologiyası ilə birlikdə ixrac edilirdi. Robot texnologiyası üzrə 

texnologiyanın geniş ixrac edilməsi ilə yanaşı 1980-cı illərin əvvəlindən 

başlayaraq sənaye robotlarının özləri ixrac edilməyə başlandı. 

Variant 7. Ancaq  texnologiya ixrac edilir. 

Əvvəllər  ölkə 

sənayesində  sınaqdan  keçirilmiş  texnoloji  prosesin  sənədləri  xarici 

ölkələrə  satılır.  Müvafıq  məhsul  isə  ixrac  edilmir.  Müasir  dövrdə 

Yaponiyanın  maşınqayırma  sənayesinin  və  kimya  sənayesinin  bir  çox 

məhsulları bu varianta uyğun gəlir. 

Variant 8. Bu variant bir  növ  qeyri-adi 

təsir  buraxır.  Əsasını 

texnologiyanın  ixracı  və  ona  uyğun  məhsulun  idxalı  təşkil  edir.  Buna 

baxmayaraq variant  geniş istifadə edilir. Texnologiya  adətən inkişafda 

olan  ölkələrə  ixrac  edilir.  İxracı  qəbul  edən  ölkəyə  lazım  olan  bütün 

texnoloj


i və istehsal sənədləri təqdim edilir və bu və ya digər məhsulun 

istehsalı təşkil edilir. Sonra Yaponiya bu məhsulu idxal edir. Bu üsulla 

alınan  məhsullara  misal  müxtəlif  növ  poladlar,  аyrı-ayrı    radioelektrik 

hissələr  və  komponentlər,  kimya  sənayesi'  məhsulları  kimi  məhsullar 

daxildir.  Variantın  iqtisadi  səmərəsi  oradan  əmələ  gəlir  ki,  əgər  bu 

məhsullar Yaponiyanın özündə istehsal edilsə idi, onda istehsal xərcləri 



 

 

çox  olardı.  Heç  olmasa  ona  görə  ki,  Yaponiyada  əmək  haqqı  о 

texnologiyanın  ötürüldüyü  ölkədəkindən  daha  yüksəkdir.    Bundan 

başqa,  Yaponiya  xammal  çatışmazlığı  və  ekologiyanın  korlanması 

problemləri ilə qarşılaşa bilərdi. 

 

 



 

 

 



2.5.  İnsan  amili  Yapon  iqtisadi  inkişaf  modelinin  başhca 

xüsusiyyətidir. 

 

Bu  gün  Yaponiya  mahiyyətini    qısaca  şərh  etdiyimiz bütün 



variantlardan  bacarıqla,        vaxtı  gələndə,  elmi  əsaslandırmalarla, 

müxtəlif  üsul  və  yanaşmaları  təcrübədən  keçirməklə  və  ən  başlıcası 

qarşıya  qoyulan  sosial-iqtisadi  məsələlərin  həlində  insan  amilindən 

bacarıqla  istifadə  etməklə    elmi-texniki  tərəqqi  sahəsində  dünya 

əhəmiyyətli      nailiyyətlər      əldə      etməkdə      davam      edir.      Lakin 

Yaponiyanın      yaratdığı,      dünya      iqtisadiyyatına      bəxş      etdiyi, 

mütəxəssislərin  sözü  іlə  desək  "Yapon  möcüzəsi"nin  əsasını, 

mahiyyətini, əsas amilini, iqtisadi inkişafının daxili enerjisini İnsan və 

ona 

QAYĞl    təşkil    edir.    Yapon  hökümətində  və  yapon 

kompaniyalarında hər cür texniki, texnoloji, siyasi, mənəvi, iqtisadi və 

s.  məsələlərin  həllində  insan  həmişə  ön  planda  durur.  Əməyin 

ödənilməsi motivləri elə dəqiqliklə və ağılla təyin edilib ki, yaponiyada 

işindən  və  əmək  haqqı  səviyyəsindən  narazı  qalanlar  demək  olar  ki, 

yoxdur.  Bunu  dünya  ekspertlərinin  apardıqları  sosioloji  tədqiqatlar  da 

sübut  edir.  Yaponiyada  və  ABŞ-da  aparılan  bir  sorğunun  nəticəsi 

göstərib ki, Amerika fəhləsi üçün işlədiyi firma  о qədər də əhəmiyyət 

daşımır, firma ona ögey təsiri bağışlayır. Yapon fəhləsi üçün isə işlədiyi 

firma  hər  şeydir  və  о  onu  özünə  doğma  hesab  edir.  "Siz  firmanızın 

inkişafı  haqqında  düşünürsünüzmü?"  sualına  verilən  cavab  da 

Yaponiyada insana qayğının   yüksək olduğunu   təsdiqləyir.   Belə  ki,  

Amerikada  soruşulan  fəhlələrin  cəmi  12%  sorğu  qismində  göstəriblər 

ki, işlədikləri firmanın taleyi həmişə onları düşündürür və çalışırlar ona 

kömək  göstərsinlər.  Yaponiyada  bu  cür  cavab  verən  fəhlələrin  xüsusi 


 

 

çəkisi  isə  61  faiz  təşkil  etmişdir.  Təsəvvür  edin  ki,  fırmanın  61  faiz 

işçisi firmanı özününki hesab edir, öz evi kimi onun qayğısına qalır. Bu 

cür  vəziyyətin  iqtisadi  və  sosial  səmərəsi  milyonlarla  hesablana  bilər. 

İqtisadi səmərə isə işçilərin, fəhlə və qulluqçuların fəallığının artması ilə 

meydana  gəlir:  onlar    əməliyyatları  daha  dəqiq  yerinə  yetirirlər,  daha 

tez-

tez  əməli  səmərələşdirici  təkliflər  verirlər,  ixtiraçılıqla  məşğul 



olurlar, istehsaldaxili ehtiyatlardan maksimum i

stifadə edirlər. Yaponiya 

 

hökumətinin  səy  və  bacarığı,  formalaşmış  mükkəmməl  tənzimləyici 



mexanizmi nəticəsində firmalar fəhlələrə qayğını artırırlar, əməyi həqiqi 

mənada düzgün stimullaşdırırlar. Yapon fəhləsi, qulluqçusu, mühəndisi 

firma  basçısının  gözündən  yayına  bilməz.  O,  hətta  illik  maaşı  qədər 

mükafat ala biləcəklərinə əmindirlər. 

Sənaye biznesinin ictimai təşkilatlarla, dövlət idarələri ilo və bank 

kapitalı ilə əlaqələri elə dəqiqliklə işlənib hazırlanmışdır ki, əlavə vaxt 

aparan, insanları əsəbi edən mübahisələrə görə qarşılıqlı İttihamlara yer 

qalmasın. Məsələn, fırmanın rəhbərliyi sosial-iqtisadi, tərbiyəvi, texniki, 

texnoloji, istehsal tədbirlərini ictimai təşkilatların (həmkarlar ittifaqları 

və s.) bilavasitə iştirakı ilə həyata keçirir ki, sonradan heç bir söz-söhbət 

olmasın.  Məsələyə  bu  cür  yanaşmaq  bütün  tərəflərin  istək,  arzu  və 

təklifərini  nəzəro  almağa  və  istehsalda  sağlam  sosial-psixoloji mühit 

formalaşdırmağa  imkan  verir.  Nəticədə  işçilərin  əmək  məhsuldarlığı 

yiiksəlir,  əmək  intizamı  və  istehsal  vasitələrindən  istifadə  yaxşılaşır. 

Bununla da yapon hökuməti iqtisadi və texniki tərəqqini təmin edə bilən 

ictimai qüvvələr formalaşdıra bildiyini bütün diinyaya sübut etmişdir. 

Yaponiyada  iqtisadi  inkişafı  və  texniki  tərəqqini  sürətləndirən 

düşünülmüş  bir  idarəetmə  mexanizmi  yaradılmışdır.  Bütün  digər 

məsələlər  də  bu  mexanizmin  əsas  məqsədinin  –  ölkənin  yüksək 

səviyyədə  sosial-iqtisadi  və  mədəni  inkişafının  təmin  olunmasının  - 

həyata keçirilməsinə yönəldilir. Kadr hazırlığında, mülkiyyətin forması 

məsələsi həll edildikdə, elm və texnika inkişaf etdirildikdə, yeni yaşayış 

əraziləri  salınanda,  idarəetmə  təkmilləşdirildikdə  və  s.  bu kimi 

məsələlərin həllində ölkənin əsas məqsədi birinci növbədə nəzərə alınır. 

Elm Yaponiyada istehsala (xüsusən sənaye istehsalı ilə) six inteqrasiya 

şəklində inkişaf etdirilir. Təsadüfı deyildir ki, ETLTİ çəkilən xərclərin 

70%-

ə  qədəri  sənayenin  payına  düşür.  Bütün  qəbildən  olan  ETİ-i 



əslində sənayenin sifarişi əsasında işləyirlər. 

 

 

Yaponiya  dövləti  dünyanın  digər  ölkələri  üçün  nümunədir.  Heç 

ABŞ  və  Almaniya  hökumətləri  hələlik  belə  səmərəli  hökumət 

formalaşdıra  bilməmişlər.  Ərazi  cəhətdən,  təbii  resurslar  baxımından 

ABŞ-a və Qərbi Avropa ölkələrinə nisbətən çox az xüsusi çəkiyə malik 

Yapon  dövləti  dünyada  iqtisadi,  sosial  və  texniki  inkişafın        əsl    

katalizatoruna        çevrilə        bilmişdir.        Nəticədə  mütəxəsislərin 

adlandırdığı  kimi,  «уароn  korporasiyası»  -  sənaye  fırmalarının, 

bankların,  həmkarlar  ittifaqlarının  və  dövlətin  birliyi adlanan  çox 

səmərəli  mexanizmə  malik  birliklər  -    meydana  gəlmişdir.  Bu cür 

korporasiyalar  dünyanın  bütün  ölkələri  ilə  rəqabət  aparmağa  və  qalib 

cıxmağa qadirdirlər. Bu cür nəhəng korporasiyalarda daxili ziddiyyətlər, 

çəkişməlrin  olması  ehtimalları  sıfra  yaxınlaşır.  Müvəffəqiyyət  də  elə 

bura


dan meydana çıxır. 

Yaponiyanın  insan  amlindən  (insan  kapitalından)  istifadənin 

yaxşılaşdırılmasına  yönələn  tədbirlər  içərısində  ETLTİ-nə  çəkilən 

хəгсləг mühüm yer tutur. Bu göstəriciyə görə Yaponiya dünyada ABŞ-

dan sonra ikinci yerdə gedir. Elmi işçilərin sayı burada böyük Britaniya, 

Fransa  və  Almaniya  kimi  dövlətlərdəki  elmi  işçilərin  birgə  sayından 

çoxdur.  Biznes  səyinin  dövlət  tənzimlənməsi  ilə  yüksək  səviyyədə 

uyğunlaşdırılması  məsələsi  də  Yaponiyada,  demək  olar  ki,  hamıdan 

yaxşı həll edilib. Bu həm də daxili bazarın savadlı qorunması üçün yaxşı 

şərait  yaradır.  Dövlət  nə  edirsə  о  ilk  növbədə  azad  və  bır-biri  ilə 

rəqabətdə  olan  sahibkarların  maraqlarını  qoruyur,  sahibkarhğın  bütün 

növlərinin  çiçəklənməsi  qayğısına  qalır,  məcmuu  əməyin  səmərəsı 

haqqında  düşiinür,  əhalinin  korrupsiya  və  rüsvətxorluq  yolu  ilə 

varlanmasına  yox,  əməyindən  düzgün  istifadə  edilməsi  yolu  ilə 

varlanmasına çalışır. 

 

 



2.6. Yapon iqtisadi 

inkişaf modeli və onun əsas cəhətləri 

 

Yaponiyanın bir yarımsistem kimi dünya iqtisadiyyatında tutduğu 



yer,  əldə  etdiyi  sosial-iqtisadi  inkişaf  və  onun  yüksək  sürəti  bir  çox 

cəhətdən  ölkədə  formalaşmış  iqtisadi  və  sosial  inkişaf  modeli  ilə  izah 

edilməlidir.  Yaponiyada  formalaşmış  təsərrüfatçılıq  mexanizmini 

diqqətlə  öyrəndikdə  əmin olmaq olur ki, burada  hər  bir  kiçik  və  ya 



 

 

böyük  məsələnin  həllinə  yaradıcı  münasibət  bəslənilir.  İnkişaf  modeli 

elə  diqqətlə  qurulmuşdur  ki,  son  noticədə  insan  tələbatlarının 

ödənilməsi  mümkün  olsun,  iqtisadiyyat  intensiv  inkişaf  etsin,  sosial 

ədalət bərqərar olunsun. 

Yapon 


iqtisadi  inkişaf  modelində  məşğulluq  məsələsi  həmişə 

birinci  yerdə  durur.  Bu  məsələnin  həllində  Yaponiya  kiçikə 

sahibkarlığın  dönmədən  inkişafı  qayğısına  qalmaq  üsulundar  istifadə 

edir. Ailə tipli xüsusi müəssisələr iqtisadiyyatın   bütün sahələrində  və 

hətta emal  sənayesində  və tikintidə  geniş yayılmışdır. Sahibkarlıqda 

kiçik,  orta  və  iri  (nəhəng)  müəssisələri  fəaliyyət  göstərir  və  onların 

arasındakı nisbətlər obyektiv amillər və dövlətin apardığı sosial siyasət 

əsasında  formalaşır.  Kicik,  lakin  sosial  baxımdan  sərfəli  olan  biznesə 

hər cür qayğı göstərilməsi məşğulluğu təmin edir və əhalidə sahibkarlıq 

hissini  artırır.  Kənd  təsərrüfatında  xırda  kəndli  təsərrüfatlarına  xüsusi 

fıkir verilir. Dərc olunmuş ədəbiyyatlarda ölkədə 2 milyon 600 min belə 

xırda  təsərrüfatların  olduğu  göstrilir.  Məhz  buna  görə  də  yapon  kənd 

təsərrüfatı muzdlu əməkdən demək olar ki, istifadə etmir. 

Iqtisadiyyat e

lmində  və  tosərrüfatçıhq  təcrübəsində  həmişə 

mühüm  məsələlərdən  biri  xalq  təsərrüfatının  ауrı-ауrı  sahələrində  iri, 

orta 

və  xırda  müəssisələrin  sayı  və  onlar  arasında  nisbətlər,  məsələsi 



olmuşdur. XX əsrin əvvəllərində konsernlər və iri firmaların meydana 

golməsi və güclü iqtisadi səmərə verməsi nəticəsində bir çox ölkələr iri 

müəssisələr  fermalaşdırmaqla  məşğul  oldular.Yaponiya 1950-ci  illərdə 

bu  yanaşmadan  imtina  etdi  VM  məsələyə  daha  yaradıcı  münasibət 

bəslədi.  Bu  gün  Yaponiya  iqtisadiyyatında  fəaliyyət  göstərən  iqtisadi 

inkişaf  modeli  xırda;  müəssisəİərin  iriləri  tərəfindən  udulmasını 

(Qərbdə  olduğu  kimi)  уох,  onlann iri müəssisələrə  tabe  edilməsini 

nəzərdə tutur. Məhz bunun nəticəsində Yaponiyada bu gün əslində bir 

dənə də olsun vahid hüquqi şəxs statusuna malik iri sənaye kompaniyası 

yoxdur. Yapon təsərrüfatçılıq sisteminin nəhəngliyi, yenilikçiliyi ölkədə 

iri kompaiyala

rla  xırda  və  orta  müəssisələrin  üzvi  birliyi  olan  xüsusi 

qruplann  - 

"keyretsu"ların fəaliyyət göstərməsindədir. İri kompaniyalar 

xırda vo orta müəssisələrlə müxtəlif xarakterli əlaqələrlə əlbəttə ki, ilk 

növbədə istehsal əlaqələri ilə bağlı olurlar. 

Bu əlaqəlor isə baş firmalar tərəfındən təyin edilir. Nəticədə Qərb 

ölkələrində  fəaliyyət  göstərən  ikili  quruluşun  əvəzində  (bazar-



 

 

müəssisə).  Yapon  iqtisadi  sistemində  4  quruluş  (bazar-müəssisələr 

qrupu- 

müəssisənin özü) fəaliyyət göstərir. Bu cür quruluş insanları bir-



biri  ilə  dostlaşdırır,  sosial  gərginliyin  meydana  gəlməsinə  imkan 

yaratmır,  məşğulluğun  səviyyəsini  yüksəldir.  "Keyretsu"  tipli  iri 

korporasiyaların  fəaliyyət  göstərməsi  isə  Yaponiyada  əldə  olan 

əmtəələrin  azad  bazarda  müəssisə  qrupları  arasında  fəaliyyət  göstərən 

qruplararası  bazarın  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Azad 

bazardan  fərqli  olaraq  qruplarası  bazarda  uduzan  olmur.  Qruplararası  

bazar hamiya sərfəli olan bazardır. 

Yapon  iqtisadi  və  sosial  inkişaf  modelinin  fərqləndirici 

xüsusiyyəti,  artıq  qeyd  etdiyimiz  kimi,  kiçik  və  böyüklüyündən  asılı 

olmayaraq bütün məsələlərə yaradıcı münasibət bəslənilməsidir.  Biz bu 

cəhəti dövlət büdcəsinin formalaşdırılmasında, xərclənməsind və vergi 

ahnmasında  da  görürük.  Dövlət  büdcəsinin  gəlir  hissə

L

 

sinin  əsasını 



birbaşa vergilər təşkil edir. Verginin strukturunda əsas yeri (bütün vergi 

daxilolmaların  42%-ə  qədəri)  əhalinin  gəlirlərindən,  qəyyumluq  və 

bağışlamalardan  əldə  edilən  gəlirlər  tutur.  İkınci  yerdə  istehsal  durur. 

Müəssisələrin  mənfəətindən  olan  vergi  isə  Dövlət  büdcəsinin  26%-ni 

təşkil  cdir.  Bu  rəqəmlər  iqtisadiyyatın  sağlamlığından,  müəssisələrin 

işləməsindən, əhalinin yüksək məşğulluğundan xəbər verir. Yəni burada 

yanaşma  çox  sadə  "Qazan  və  dövləti  də  saxla"  prinsipi  əsasında 

qurulmuşdur. Qazanmaq üçün şəraiti isə ilk növbədə Yapon hökuməti 

yaradır.  Yapon  möcüzəsinin  meydana  gəlməsinin  əsas  səbəblərindən 

biri və demək olar ki, başlıcası məhz bundan – dövlətin öz _xalqına əsl 

atalıq qayğısından ibarəidir, 

Bütün  ölkələrdə  problem  xarakterli  məsələlərdən  biri  vergilərin 

vaxtında  və  tam  toplanması  məsələsidir.  Bu  məsələ  də  Yaponiyada 

yaradıcılıqla  həll  edilir.  Hökumət  calışır  ki,  könüllülük  prinsipi 

qorunsun.  Bundan  ötrü  Yaponiyda  vergi  yığmaqla  məşğul  olanların  iş 

üsulları təyin edilib. Bu üsullara görə vergi departamentində çalışanlar 

üç  hissəyə  bölünür.  Birinci  qrup  verginin  ölkədə  -oynadığı  rolunu  və 

hansı  istiqamətlərdə  xərcləndiyini  vergi  ödəyənlərə  izah  etməklə 

məşğuldurlar.      İkinci qrupun vəzifəsinə vergi ödəyənlərə daha sərfəli 

ola biləcək istehsal təsərrüfat

 

 

fəaliyyətləri ilə məşğul olmaq və nisbətən 

az vergi ödəmək yolları haqqında  məlumatlarla  əsaslandırılmış  təklif 

və   məsləhətlər verilməsi daxildir. Bu cür yanaşmalar vergi ödəyənlər 



 

 

arasında  patriotluğu,  şüurluluğu,  məsuliyyətliliyi  artırır  və  nəticədə 

vergini  könüllü  olaraq  namusla,  vaxtında  ödəyənlərin  sayı  artır.  Vergi  

departamenti  işçilərinin  ancaq  üçüncü  qrupu  yerdə  qalan  «çətin 

adamlardan»  vergi  toplamaqla  məşğul  olurlar.  Göründüyü  kimi  bu 

məsələnin  həllində  də  hökumət  vergi  daxilolmaları  məbləğinin    kor-

koranə  artması  haqqmda  yox,  vergi  ödəyən  obyektlərin  stabil  işi  və 

onlann sayının çoxalması haqqında daha çox fıkirləşir. 

Yaponiya  iqtisadiyyatında  dövlətin  rolu  kommersiya  fəaliyəti 

baxımından minimumdur. İqtisadiyyatın inkişafına təsiri baxımından isə 

maksimumdur.  Yerli  hakimiyyət  səviyyəsində  hökumətə  su  boruları, 

kanalizasiya, zibillərin yığışdırılması və utilitarizasiyası ilə məşğul olan 

müəssisələr,  məktəblər,  xəstəxanalar  və  s.  bu  kimi  obyektlər  tabedir. 

Mərkəzi  hökumət  Qərb  ölkələrində  olduğu  kimi  sənayedə  deyil, 

infrastrukrur  sahələrdə  fəaliyyət  göstərir.  Lakin  Yapon  hökuməti 

ölkənin  iqtisadiyyatına güclü təsir etməsi ilə digər ölkələrdən fərqlənir. 

Qanunlann aliliyini qoruyan hökumət öz işində  müəssisələrin istehsal-

təsərrüfat fəaliyyətinə bilavasitə qarşmamaq prinsipi əsasında qurur və 

iqtisadiyyata elmi cəhətdən əsaslanmış vergi-büdcə və maliyyə rıçaqları, 

antimonopoliya  siyasəti,  xarici  ticarətin  gömrük-tariflə  tənzimlənməsi, 

bazarda rəqabətin qorunub 

saxlanılması yolları ilə təsir göstərir. Digər 



ölkələrdə  buna  oxşar  təsirlərdən  istifadə  edilsə  də  Yaponiya 

hökumətinin iqtisadiyyata təsiri zamanı istifadə etdiyi üsul, yanaşma və 

tənzimləmə  mexanizmlərinin  analoqu  demək  olar  ki,  bütün  dünyada 

yoxdur. Ona görə ki, Yapon hökumətinin işlətdiyi üsullar və yanaşmalar 

toplusunda  korrupsiyaya  və  rüşvətxorluğa  арага  bilən  körpülər 

maksimum ləğv edilmişdir. 

Yapon  iqtisadi  inkişaf  modelinin  fərqli  cəhətlərindən  biri  də 

məsələlərin  həllində  keçmiş  təcrübəni  nə  qədər  qabaqcıl  olsa  da,  necə 

gəldi tətbiq etməmək, prinsipcə yeni təsərrüfat sahələri formalasdırmaq, 

ETT-


ni  sürətləndirmək,  əməyi  düzgün  motivləşijirmək  yolu  ilə  

stimullaşdırmaq, azad sahibkaılığı həvəsləndirmək və qayğısına qalmaq 

yolu ilə onu təkmilləşdirməkdir. 

Bu prin


siplərə  əməl  edilməsi  və  bu  yolla  misli  görünməmiş 

nəticələrin əldə edilməsi yapon hökumətinə, yapon xalqına heç də ucuz 

başa gəlməmişdir. Əslində bu nailiyyətlər 140 ilə yaxın bir dövrün  ağır 

əməyinin məhsuludur. Biz burada 1867-ci ildə Meydzinın adı ilə bağlı 



 

 

olan,  basa  çatmayan burjua-

demokratik  inqilabını  nəzərdə  tuturuq. Bu 

inqilaba qədər Yaponiya özü-özünü dünyadan təcrid etmişdi. İnqilabdan 

sonra  Yaponiya  böyük  əmək  sərf  etdi  və  iqtisadiyyatın 

modernləşdirilməsi sahəsində əməli tədbirlər həyata keçirməyə başladı. 

Yaponiya ÜDM-

un həcminə görə dünyada likinci yerə çıxmaqla yanaşı  

ETT-nin bir 

sıra prioritet istiqamətləri üzrə isə birinciliyi ələ aldı. İkinci 

diinya  müharibəsi  Yaponiyanın  iqtisadiyyatına  güclü  zərbə  vurdu. 

Sənaye  məhsulu  müharibəyə  qədərki  həcmin  20%-nı  təşkil  edirdi. 

Vəziyyəti  düzəltmək  üçün  Yaponiya  iqtisadiyyatının  demilitarizasiya 

edilməsi  və  demokratikləşdirilməsi  sahəsində  bir  sıra  tədbirlər  həyata 

keçirildi.  Bunların  içərisində  iri  sənaye  və  ticarət  kompaniyalarının 

xırdalanması, anti-monopol qanunun qəbulu və realizə edilməsi, radikal 

büdcə  reforması,  hərbi  müəssisələrin  konversiyası,  dövlət 

təzimləməsinin  elmi  yollarla  istiqamətləndirilməsi,  bazar xarakterli 



dövlət planlaşdırılmasının işə düşməsi kimi tədbirlər xüsusi əhəmiyyət 

k

əsb  edirdi.  Bu  cür  və  buna  oxşar  sosial,  iqtisadi,  təşkilati,  texniki, 

texnoloji,  mədəni,  psixoloji,  idarəetmə,  planlaşdırma  tədbirləri  əslində 

Yaponiyanın bugünki müvəffəqiyyətinin təməl daşlarını qoyurdu. 

Yapon  iqtisadi  modelinin  səmərəli  olmasında  və  habelə 

iqtisadiyyatın  inkişafında  başlıca  rol  oynayan  şərtlərdən  biri  də 

yaponluların  bir  insan  kiıni  qənaətcil  və  zirək  olmalarıdır.  Yaponiya 

haqqında  dərc  olunan  materiallarda  göstərilir  ki,  1950-ci  ildən 

başlayaraq  qənaətin  və  qənaətçiliyin  sürəti  Yaponiyada  digər  sənaye 

cəhətdən inkişaf etmiş ölkələrə nisbətən on yüksək olmağa başla-mışdır. 

1970-1972-

ci illərdə yapon ailələrinin və кorprasiyalarа daxil edilməyən 

biznesin  qənaətləri  ÜMM-ın  16,8%-ni  təşkil  edirdi.  Müvafiq  rəqəm 

amerika ailələri üçün 8,5% idi. Yapon korporasiyalarının qənaətləri isə 

ÜMM-


ın  5,8%-ni,  Amerikada  isə  cəmi  1,6%  təşkil  edirdi.  Həmin 

dövrdə  Yaponiya  hökumətinin  təmiz  qənaəti ÜMM-m 7,3%-ni, 

Amerika  hökumətinin  qənaiəti  isə  0,6%  təşkil  etmişdir.  Yaponiyanın 

təmiz ümumi qənaeti Amerikanın təmiz qənaətindən 3,5 dəfədən də çox 

(ÜMM-

ə  görə  Yaponiyada  25,4%,  Amerikada  -  7,1%)  təşkil  edirdi. 



Bütün bunlardan başqa  yaponlar çox patriotdurlar. Patriotçuluq hərəkatı 

Yaponiyada  dövlət  siyasəti  səviyyəsində  idarə  edilir  və  tənzimlənir. 

Məhsulların  keyfiyyətli  hazırlanmasında  bu  cəhət  bəzən  həlledici  şərt 

rolunu oynayır. 



 

 

 

 



 

 

 



 

 

2.7.Yapon bank sisteminin fərqləndirici cəhətləri 

 

Yapon  iqtisadi  inkişaf  modelinin  başlıca  xüsusiyyətlərindən  biri 



də  xırda  müəssisələrdə  əmək  haqqının  ənənəvi  (nisbətən)  aşağı 

səviyyədə  formalaşdırdmasıdır.  Kiçik  müəssisələrdə  çalışanların  əmək 

haqqı  iri  müəssisələrdə  çalışanların  əmək  haqqının  təxminən  60%-ni 

təşkil  edir.  Lakin  kiçik  müəssisədə  çalışanları  bu  narazı  salmır:  onlar 

ürəkləri istədikləri müəssisədə işləyə bilərlər. 

Banklar və bank sistemi Yapon iqtisadi inkişaf modelində xüsusi 

yer tutur. Ölkədə  9 iri kommersiya bankı (Tokio-Mitsubişi, "Sakura", 

"Fudzi" və s.), 129 regional bank, 33 trast-banklar və üç uzunmüddətli 

kredit  bankı  -  Sənaye  bankı,  Uzunmüddətli  Kredit  Bankı  və  Yapon 

kredit  bankı  fəaliyyət  göstərirlər.  Bunlardan  başqa,  çoxlu  sayda  kənd 

təsərrüfatı  üçün  nəzərdə  tutulan  kooperativ  banklar  və  kiçik  kredit 

assosiasiyalan  da  təsərrüfat  mexanizmi  də  fəaliyyət  göstərir.  Dövlətə 

mənsub olan banklann sayı 13-bərabərdir. Bunlardan da oxucu üçün ən 

maraqlı olanı ixtisaslaş-dırılmış banklardır ki, onların da əsas vəzifələri 

kiçik 

sahibkarlığı 



maliyyələşdirməkdir. 

Yapon 


banklarının 

özünəməxsus  cəhətlərindən  ən  başlıcası  mənfəətin  çoxalması  uğrunda 

bankların  mübarizə  aparmamasıdır.  Bankların  əsas  maraq  dairələri 

müştərilər  və  onların  sağlam  istehsal  fəaliyyətidir.  Baş  bank  xidmət 

edəcəyi  müştəriyə  çox  ciddi  yanaşır  və  bir  qayda  olaraq  xidmətə 

başlamaqdan  öncə  onun  istehsal-təsərrüfat  fəaliyyətini  təhlil  edir  və 

maliy

yə vəziyyətini öyrənir. Beləliklə, Yapon baş bankı kompaniyanın 



diaqnostikası rolunu oynayır. Əməkdaşlıq edəcəyi bankın da gələcəkdə 

sağlam fəaliyyət göstərməsinə çalışır. Bu cür münasibətlərin  yarandığı 

Yapon  dövlətində  bankların  əsas  məqsədi  maksimum  mənfəət  əldə 

etmək  və  mənfəəti  hansı  yolla  olursa  olsun  yüksəltmək  deyil. Onlar 

çalışırlar ki, gəlirlərin stabilliyi  təmin edilsin və müflis olmaq təhlükəsi 


 

 

aradan  götürülsün.  Yapon  iqtisadi  inkişaf  modelində  hökm  sürən,  ona 

məxsus  olan,  təsərrüfatçılığın  ümumi prisnipi olan -  iri (güclü) 

strukturların kiçik (zəif) strukturları udub məhv etmək yox onlara kömək  

göstərib  özünə  tabe  etdirmək    prinsipi  bank  sistemində  də  özünü 

göstərir.  Baş  banklar  kiçik  banklara  hər  cür  kömək  göstərib  onları 

müflisləşməkdən qorumağa çalışırlar. 

 

 



 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin