§2.Kapitalın beynəxalq hərəkəti
2.1. Məsələnin qoyuluşu
Dünya
iqtisadiyyatının inkişafı və səmərəliliyinin yüksəldilməsi
hər şeydən əvvəl dünya təsərrürat əlaqələrinin durmadan genişlənməsini
tələb edir. Məhsuldar qüvvələr inkişaf etdikcə, hökumətlər rəhbərlik
etdikləri ölkə əhalisinin qayğısına daha çox qalmağa və özlərinə yaxın
bir qrup adamın şəxsi və qərəzli maraqlarını kənara qoyub ümumi milli
inkişafa
diqqəti
artırdıqca,
dövlətlərin
iqtisadi və siyasi sərbəstlikləri artdıqca, milli iqtisadiyyatların aciqlıq
səviyyəsi yüksəldikcə, beynəlxalq əmək bölgüsü dərinləşdikcə dünya
təsərrüfat əlaqələrinin sürətlə inkişafı üçün yaxşı şərait yaranır.
Sadaladığımız amil və şərtlər XX əsrdə daha güclü olmuş, əsrin
əvvəlindən və xüsusən onun ikinci yarısından bu günə qədər dünya
təsərrüfat əlaqələri misli görünməmiş səviyyədə inkişaf etmişdir.
Dünyada formalaşmış uzun bir tarixə malik olan təsərrüfat əlaqələri
həmişə dəyişikliklərə məruz qalmış, təzələnmiş, mürəkkəbləşmiş və
müxtəlifləşmişdir. Müasir dövrdə dünya təsərrüfat əlaqələri müxtəlif
istiqamətlərdə və xüsusən kapitalın beynəlxalq hərəkəti və işçi
qüvəsinin beynəlxalq miqrasiyası sferalarında diversifıkasiyaya məruz
qalır. Bütün bunlar "Beynəlxalq iqtisadi münasibətlər" fənnində
öyrənilir. Lakin biz dünya iqtisadiyyatının inkişaf parametrlərini və
daxili enerjisini başa düşmək və təcrübədə istifadə etmək üçün onları bu
kitabda da qısaca nəzərədən keçirməyi məsləhət bildik.
2.2.Kapitalın beynəlxalq hərəkətinin amil və şərtləri
İstehsahn beynəlmiləlləşməsi və qloballaşması nəticəsində ölkələr
arasında əmtəə və xidmətlərin hərəkəti ilə yanaşı kapitalın da hərəkəti
baş verir. Kapitalın ölkələrarası hərəkətinin səbəbi, onun iqtisadi
əsaslandırılması əmtəə və xidmətlərin hərəkətinin iqtisadi
əsaslandınlmasında işlədilən üsul və yanaşmaların vasitəsilə həyata
keçirilə bilər. Buna baxmayaraq dünya miqyasında iqtisadçı alimlər
kapitalın ölkələrarası hərəkətinin nəzəri əsaslarını işləməkdən
çəkinməmişlər və bu məsələni həll etməyə çalışmışlar. Belə alimlərdən
biri ingilis alimi Core S.Milldir. 0, ilk dəfə XIX əsrdə kapitalın ölkələr
arasında hərəkəti məsələlərini araşdırmağa başladı və D.Rikardonun
əmtəələrin hərəkəti üçün irəli sürdüyü "nisbi üstünlük" prinsipini
kapitalın hərəkətinə də aid etdi və göstərdi ki, kapital ölkələr arasında
ona görə hərəkət etdirilir ki, kapital cəhətdən varlı olan ölkədə kapitalın
verə biləcəyi səmərə mənfəət norması getdikcə aşağı düşür. Belə
vəziyyətdə kapital sahibi (dövlət və yaxud da sahibkar) öz vəsaitini
mənfəət norması çox olan ölkəyə çıxarmağa calışır. Deməli, C.S.Millın
nəzəriyyəsinin əsasını mənfəət norması təşkil edir ki, bunun nəticəsində
də kapital aşağı mənfəət norması olan ölkədən yüksək mənfəət norması
olan ölkəyə hərəkət etdirilməli olur. İstər neoklassik nəzəriyуө deyilən
nəızəriyyənm nümayəndələri (C.S.Mill, E.Hekşer, B.Olin, R.Nurkse,
K.İversen) və istərsə də neokeysian nəzəriyyə deyilən nəzəriyyənin
nümayəndələri (Sam Keyns, R.Xarrod və s.) kapitalın bir ölkədən digər
ölkələrə hərəkətinin iqtisadi mexanizmini açmışlar və qiymətli nəticələr
çıxarmışlar. Bu nətıcələrə əsasən kapitalın ölkələrarası hərəkəti
asağıdakıları tələb edir:
-
ölkələr arasında "mənfəət norması" fərqi çox olmalıdır ki, xarici
investorun özgə ölkədə riskə getməsi mümkün olsun;
-
kapitalın beynəlxalq hərəkətinə gömrük maneələri təsir göstərir.
Əmtəə və xidmətləri istədiyi ölkənin bazarına gömrük
maneələrinə görə keçirə bilməyən xarici mal göndərən bunun əvəzində
kapitalın miqrasiyasına üstünlük verir və bu yolla ölkənin daxili
bazarına nüfuz etmək imkanı əldə edir. Gömrük maneələrindən başqa
kapitalın ölkələrarası hərəkətinə firmaların kapital qoyuluşunun coğrafi
diversifikasiyalaşmasına maraq göstərmələri, ölkələr arasındakı siyasi
anlaşılmamazlıqlar, xarici investorun riskləri və onların dərəcələrı kimi
amil və şərtlər də güclü təsir göstərır (B.Olin).
-
əmtəə ixracı üzrə müvəffəqiyyət qazanan və ixracı artan
ölkələrin kapital idxal etmək tələbatı artır və əksinə (R.Nurkse).
-
müxtəlif növ kapitalların beynəlxalq mobillik dərəcəsi müxtəlif
olur və məhz buna görə də eyni ölkə kapitalın həm idxalı və həm də
ixrac
ı isə məşğul ola bilər (K.İversen).
-
əmtəə və xidmətlərin ixracı onların idxalından çox olan ölkələrdə
kapitalın ixracı baş verir. Əks halda dövlət bu işə qarışmalıdır (Sanı
Keyns).
-
kapitalı ilə varlı olan ölkədə iqtisadi inkişaf sürəti az olarsa, onda
k
apitalın xaricə ixrac edilməsi zərurəti meydana çıxır (R.Xarrod).
-
kapitalın ixracı "kapital artıqlığı" olan ölkələrdə baş verir.
Kapital artıqlığı altında elə kapital başa düşülür ki, əgər ölkə bu kapitalı
öz ölkəsində sərf etsə idi onda "mənfəət norması" çox aşağı olardı
(K.Marks)
2.3. Kapitalın ölkələrarası hərəkəti və onun formaları.
Dünya təsərrüfat sisteminin meydana gəlib möhkəmlənməsi,
genişlənməsi, istehsalın və ümumiyyətlə, iqtisadi həyatın
beynəlmiləlləşməsi, qloballaşması və beynəlxalq əmək bölgüsünün
dərinləşməsi nəticəsində əmtəə və xidmətlərin miqrasiyası ilə yanaşı
kapitalın da ölkələrarası hərəkəti başlayır və sürətlənir. Kapitalın
hərəkəti ən sadə şəkildə onun bir ölkədən çıxıb digər ölkəyə daxil
olmasını xarakterizə edir. Xarici iş adamlarına və yaxud da hökumətə
kredit verilərkən, xarici banklarda pul saxlayarkən, xarici qiymətli
kağızları alarkən və bu kimi və buna oxşar əməliyyatlar həyata
keçirərkən biz kapitalı ölkədən çıxarmış oluruq və əksinə. Hazırkı
dünyada еlə bir ölkə tapmaq olmaz ki, buradan və buraya kapitallar
hərəkət etməsin. Fərq ancaq hərəkət edən kapitalların məbləğində,
intensivliyində hansı məqsədi güdməsində ola bilər. Dünya
iqtisadiyyatına güclü təsiri də kapital hərəkətinin ümumbəşəriliyindədir.
Bunsuz hazırda heç bir iqtisadi inkişafdan danışmaq olmaz.
Kapitalın hərəkətə gəlib ölkədən çıxması və özgə ölkədə müəyyən
funksiyalar həyata keçirməsi kimi qiymətləndirilən kapitalın
miqrasiyasının əsas məqsədi onun daha da şişib çoxalmasıdır. Dünya
təcrübəsində kapitalın beynəlxalq hərəkəti bir çox formalarda həyata
keçirilir. Xarici kapital qoyuluşunun ən çox istifadə edilən formaları
aşağıdakılardır (bu formalarda kapital gətirilə, aparıla və fəaliyyət
göstərə bilər).
—
1.Meydana gəlmə mənbəsinə görə dövlət və xüsusi kapital
fərqləndirilir. Xüsusi kapital dövlətin mənbələrindən olmayan
kapitaldır. Bu kapital həm hüquqi və həm fıziki şəxslər tərəfındən ya
ölkədən çıxarılır, yaxud da ölkədə qəbul edilir. Bura müxtəlif xarakterli
investisiyalar, ticarət kreditləri, banklararası kreditləşmələr daxildir.
Bunlar birbaşa dövlət budcəsi ilə əlaqədar olmurlar, lakin dövlətqanun-
qayda çərçivəsində bura müdaxilə edə bilər.
Dövlət kapital qoyuluşu dövlət tərəfindən həyata keçirilır, yəni
kapitalı ölkədən çıxaran da qəbul edən də dövlətin özü olur. Mənbə
dövlət büdcəsidır, yəni pıul vergi ödəyənlərindir.Bu formada kapital
qoyuluşu dövlət istiqrazları,
subsidiyalar, qrantlar, (töhfələr, bağışlamalar), köməklər şəklində
həyata keçirilir. Beynəlxalq təşkilatlaın vəsaitləri də (məsələn, BVF-nun
krediti) dövlət kapital qoyuluşuna aid edilir.
2.Yerləşdirmə müddətinə görə kapital qoyuluşu qısa, orta və
uzunmüdətli formalara ayrılır. 15 ildən çox miiddətə nəzərdə tutulan
kapital qoyuluşu ən böyük əhəmiyyət kəsb edən qoyuluş hesab olunur
və əsasən sahibkarlar tərəfindən həyata keçirilir.
3. İtifadə edilməsi baxımından kapital qoyuluşu suda kapitalı və
sahibkar kapitalı ola bilər. Ssuda kapitalında məqsəd faiz şəklində
mənfəət əldə etməkdir. Sahibkar kapitalı adətən xüsusilər tərəfındən
həyata keçirilir və istehsala yönəldilir. Məqsəd dividend şəklində
mənfəət əldə etmək üçün hüquqi məkan əldə etməkdir.
4.Məqsədinə görə sahibkar kapitalı birbaşa və portfel kapital
qoyuluşlarına bölünür. BVF-nun vcrdiyi izahata görə birbaşa
investisiyanın mahiyyəti ondadır ki, investor pulunun yönəldiyi
obyektin (müəssisnin) idarə edilməsində, ona nəzarətin həyata
keçirilməsində bilavasitə hüquqa malik olur. Bunun üçün ona müəssisə
aksiyajarının 10%-nə sahib olmaq kiiayət edir. Portfel investisiyalar bu
cür nəzarət hüququ vermir, investorun əlində müəssisə aksiyalarının
10%-
dən azı toplanır. Bu imkan verir ki, investor uzun müddətə gəlirləri
əldə etmək hüququ qazansın. Lakin tocrübə göstərir ki, birbaşa və
portfel investisiyaları arasında sərhəd bir çox cəhətdən şərtidir.
Payçıların sayı çoxaldıqda müəssisəyə nəzarət hüququnu 10%
aksiyalara sahib olmadan da həyata keçirmək mümkündr. Ona görə ki,
aksiyaların nisbi çoxluğuna malik olan şəxslər cəmiyyətin
nizamnaməsinə görə idarəetmə və nəzarət funksiyalarını həyata keçirə
bilərlər.
Əyanilik üçün şəkıl 1 və şəkil 2-də kapitalın hərəkətinin müxtəlif
formalarının mümkün varinatları göstərilmişdir.
isə xarici kapital qoyuluşunun həcmi 4 dəfədən də çox artdı. Növbəti 4
qat artmaq cəmi 10 ilə başa çatdı (1980-1990-cı illər). Məhz bu dövrdə
xarici kapital qoyuluşunun məbləği 1,7 trilyon ABŞ dollan həddinə
çatdı. 1996-cı ildə bu məbləğ artıq 3,0 trilyon ABŞ dolları təşkil edirdi.
Qeyd edək ki, bu məbləğin onda doqquzuna beynəlxalq korporasiyalar
tərəfındən nəzarət edilir. Kapitalın miqrasiyasının bu sürtələ artmasında
dünya təsərrüfat sistemində baş verən mütərəqi dəyişikliklərin rolu olsa
da əsas amil rolunu TMK-lar oynamışlar. Onların kapitalı keçmiş
ənənəvi formalarda yox, istehsal şəklində ixrac etməsi də burada az rol
oynamamışdır.
Artıq qeyd etdiyimiz kimi dünyada çətin bir ölkə tapmaq olar ki,
о kapitalın ixracı və idxalı ilə məşğul olmasın. Lakin təhlili
dərinləşdirdikdə səhnə dəyişir. Bu sahadə lider ölkələr, regionlar, qitələr
mövcuddur. Liderlər sırasında ABŞ, Avropa Birliyi və Yaponiya xüsusi
yeri tuturlar. Bu üç nəhənglər kapitalın ixracı və idxalı üzrə ümumi
həcmin dörddə beşini öz əllərində saxlayırlar.
1990-
cı illərin ortalarında xaricdə kapital yerləşdirən ölkələrin
sırası belə olub: ABŞ (706 milyard dollar), Böyük Britaniya (319),
Yaponiya (306), Almaniya (225) və Fransa (201). Diqqəti cəlb edən
cəhət ondan ibarətdir ki, bu ölkələr kapitalı qəbul etməkdə də liderdirlər.
Baxılan dövrdə ABŞ 565 milyard dollar məbləğində kapital idxal
edərək birinci yeri tutumuşdur. Sonrakı yerlər belə olmuşdur: Böyük
Britaniya (244
), Fransa (162), Almaniya (134), Çin (təxminən 129),
İspaniya (təxminən 129).
İnvestisiyanın miqrasiyası yer kürəsinin digər yerlərində də
müşahidə edilir. İnkişafda olan ölkələrdə yerləşdirilən kapitalın ümumi
məbləğinin 65%-i Asiyanın, təxminən 27%-i Latin Amerikasının, qalanı
isə (təxminən 8%-i) Afrikanın payına düşür.
Cənubi, Şərqi və Cənubi-Şərqi Asiya külli miqdarda kapital
yerləşdirilən regionlardır. 1995-ci ildə bu regiona yönəldilən kapital
qoyuluşunun həcmi 65 milyard ABŞ dolları miqdarına olmuşdur ki, bu
da həmin ildə inkişaf edən ölkələrin hamısında kapital qoyuluşunun
üçdə ikisi demək idi.
1992-
ci ildən Çin birbaşa xarici investisiya qəbul edən ölkədir. Bu
cür investisiyanın həcmi 1995-ci ildə 38 milyard dollara çatmışdı.
Proqnozlara görə Çin hələ uzün müddət kapital idxal edən ölkə kimi
qalacaq.
Afrika həmişə olduğu kimi birbaşa xarici investsiya qəbul edən
regionlar arasında axırında yerlərdən birini tutur.1995-ci ildə inkişaf
etməkdə olan ölkələrdəki birbaşa xarici investisiyanın ümumi həcmində
Afrikanın xüsusi çokisi cəmi 4,7% ləşkil edirdi ki, bu hətta 1994-cü
ildəkindən (5,8%) aşağıdır.
1995-
ci ildə Mərkəzi və Şərqi Avropaya kapital axını
güclənmişdi. Burada Polşa,Çexoslovakiya və Macarıstan ölkələri daha
çox fərqlənirlər. Kapital qoyuluşunun həcmi 3,5 trilyon təşkil edirdi.
Ümumiyyətlə, götürdükdə kapitalın beynəlxalq miqrasiyası
konkret bir dövrdə müxtəlif təsirlər altında iqtisadiyyatın sahələri,
coğrafı yerləşdirilməsi üzrə dəyişilir. Ona görə də kapitalın beynəlxalq
miqrasiyasının sahə quruluşunu və coğrafı quruluşunu fərqləndirmək
lazımdır. Bu strukturların hər ikisi dünya iqtisadiyyatının və ayrı-ayrı
yarımsistemlərin və regionların inikşaf sürətindən asılı olur. Xarici
investisiya о regiona (ölkəyə) daha çox istiqamətləndirilir ki, orada
iqtisadi oyanma hiss olunur, perspektivdə yaxşı inkişaf gözlənilir. Son
illərdə Çin Xalq Respublikasına, Mərkəzi və Şərqi Avropaya, Cənubi,
Cənub-Şərqi Avropaya, Cənubi Şərqi Asiyaya kapitalın miqrasiyasının
güclənməsi bu amil altında baş verir.
Birbaşa xarici investisiyanın sahə strukturu da dəyişir. Məlum
olduğu kimi iqtisadiyyatda əsas sahələrlə yanaşı infrastruktur sahələr də
fərqləndirilir. Hər hansı bir inkişafda olan ölkə xaricdən cəlb edilən
kapital
ı iqtisadiyyatın əsas sahələrinə yönəltməyi sərfəli hesab edir.
Buna görə də ümumi şəkildə məsələyə yanaşsaq görərik ki,
miqrasiyaya uğramış kapital bir qayda olaraq iqtisadiyyatın əsas
sahələrinə yönəldilir. Lakin elə bir danılmaz fakt da mövcuddur ki, һəг
hansı bir ölkə olursa-olsun müəyyən inkişaf səviyyəsində infrastruktur
sahələrinin artırılmsı zərurəti ortaya çıxır. Bu hal XX əsrin ikinci
yarısında yer kürəsinin müxtəlif regionlarında yerləşmiş ölkələrdə daha
əyani görünməyə başlamış və iqtisadi cəhətdən sərfəli olduqda xarici
kapitalın bura yol açmasına şərait yaradılmışdır.Bunun nəticəsində
1990-
cı illərin əvvəlindən başlayaraq infrastruktur sahələrə hər il
milyardlarla ABŞ dolları məbləğində xarici vəsait qoyulmuşdur.
Ümumiyyətlə götürdükdə, 1988-1995-çi illər ərzində infrastruktur
sahələrə 40 milyard dollar cəlb edilmişdir ki, bunun da 50%-dən çoxu
birbaşa xarici kapitaldır. Miqrasiya kapitalının sahə quruluşunun
dəyişməsində transmilli korporasiyalar fəal rol oynayırlar. Bir sıra
ölkələrin elmi ocaqlar yaratmağa, kadr hazırlığını yaxşılaşdırmağa,
ixrac üçün nəzərdə tutulan emalla məşğul olan zonalar yaratmağa
maraqları artmışdır ki, bu da TMK-ın bundan sonra daha da fəallaşması
üçün yaxşı perspektivlər açır.
§3
.İşçi qüvvəsinin beynəlxalq miqrasiyası
3.1.
Miqrasiyanın obyektiv əsası və əhatə dairəsi
Dünya iqtisadiyyatı son nəticədə əmtəələrin, xidmətin, kapitalın,
«nou-
hau»ların bir ölkədən digər ölkəyə hərəkətini zəruri etdiyi kimi
işçi qüvvəsinin də hərəkətini zəruri etmişdir.İşçi qüvvəsinin ölkələrarası
hərəkəti tarixən çox qədimdən baş vermişdir. Bu prosesin baş verməsini
izləsək burada iki halın nəzərə çarpdığını aydın görmək olar. Bunlardan
biri ondan ibarətdir ki, dünyanın müxtəlif regionlarında güçlü inkişaf
baş verdiyinə görə sonrada işçi qüvvəsi qıtlığı yaranır və məqsədyönlii
olaraq bir ölkədən (və yaxud da ölkələrdən) ora işçi qüvvəsi aparılır.
İşçi qüvvəsinin bu cür məqsədyönlü beynəlxalq miqrasiyasına misal
XVII əsrlərin ortalarında Afrikadan Amerikaya qara qulların daşınması
və orada satılması ola bilər. Tədqiqatçılar göstəıirlər ki, məhz bunun
nətıcəsində 1650-1850-ci illər ərzində Afrika əhalisində artım yox,
azalma qeydə alınmışdı. Qul satışına qadağan qoyulandan sonra işçi
qüvvəsinin beynəlxalq hərəkəti şəxslərin könüllülüyü şəklində baş
verməyə başladı.Qullardan sonra ikinci, (lakin könüllülük əsasında)
böyük miqrasiya Avropa əhalisinin Amerikaya getməsi ilə bağlı idi.
Belə misalları çox göstərmək olar. Bu proses dünyanın hər yerində baş
ve
rmis və indi də baş verməkdədir.Prosesin hansı şəkildə, formada
getməsinə baxmaya raq əsas məqsəd həmişə bir olmuşdur: daha yaxşı
həyat və əməк şəraiti əldə etmək ucün insanlar bir ölkədən digərinə
hərəkət etmişlər...
Bütün hallarda olduğu kimi iş qüvvəsinin beynəlxalq
miqrasiyasını da kapitalist üsuli-idarəsi olduqca gücləndirmişdi.İndiki
dövrdə-dünya iqtisadiy- yatının qloballaşdığı, istehsalın beynəlmiləllik
səviyyəsinin yüksəldiyi bir vaxtda iş qüvvəsinin beynəlxalq miqrasiyası
bir çox ölkələr üçün iqtisadi, sosial, texnoloji, demoqrafık inkişaf
amilinə çevrılmişdir.
Beynəlxalq əmək mübadiləsi prosesi güclənir və getdikcə bütün
ölkələri əhatə etməkdədir. Əgər 1970-ci ildə bu prosesə cəlb olunmuş
ölkələrin sayı 64-ə bərabər idisə, 1997-ci ildə bu rəqəm 105-ə çatmışdı.
Hazırkı dövrdə beynəlxalq əmək miqrasiyası bir ncçə istiqamətlərdə baş
verir. İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə
miqrasiyada məqsəd sənaye cəhətdən inkişaf etmiş ölkələrdə
iqtisadiyyatın bəzi sahələrini işçilərlə təmin etməkdir. Son zamanlar
infrastruktur, xidmət və tikinti sahələrində gəlmə əməkdən daha çox
istifadə edilir. Məsələn, Fransada tikintidə çalışanların dördə birini,
avtomobilqayırmada çalışanların üçdə birini, Belçikada şaxtaçıların
yarısını, Isveçrədə tikinti fəhlələrinin beşdə ikisini emiqrantlar təşkil
edirlər. Belə bir sual da ortaya çıxır ki, inkişaf etmiş ölkələrin özlərində
işsizlər olduğu halda onlar nə üçün kənardan işçi qüvvəsi cəlb edirlər.
Məsələ burasındadır ki, işçi qüvvəsinin beynəlxalq miqrasiyası azad
bazar iqtısadiyyatı şəraitində obyektiv bir prosesə çevrilmişdir. Əmək
resursları daha səmərəli olan sahələrdə, ölkələrdə, regıonlarda fəaliyyət
göstərməyə və bu yolla daha çox iqtisadi səmərə əldə etməyə
meyillidirlər. İnkişaf etmiş ölkənin hər hansı bir kompaniyası, iqtisadi
strukturu özünə daha xeyirli (sərfəli) işçı götürmək hüququnu özündə
saxlayır və əgər bu mümkündürsə öz tələbatını emiqrantların hesabına
ödəməyi üstün hesab edır. ABŞ kimi inkişaf etmiş ölkədə rəsmi olaraq
6%-
ə qədər işsiz qeydə alınmışdır (1999-cu il). Lakin eyni zamanda
internetdən aldığımız məlumata görə burada yüksək texnologiya tətbiq
olunan sahələrdə ışləmək üçün 200000 min işçi tələb olunur.Bu qədər
işçinı digər ölkələrdən cəlb etmək üçün.ABŞ hökuməti müəyyən
güzəştlər edəcəyini də elan etmişdir.
Beynəlxalq miqrasiya prosesləri yüksək səviyyədə inkişaf etmiş
ölkələr arasında da baş verir.Lakin təhlil göstərir ki, sənaye cəhətdən
inkişaf etmiş ölkələrin arasında baş verən əmək mübadiləsi çox zaman
iqtisadi am
illərin təsiri altında baş vermir. Qeyri-iqtisadi amillər
üstünlük təşkil edirlər. Məsələn. "beyin axım" inkişaf ctmiş Avropa
ölkələrindən inkişaf etmiş ABŞ-a bu amillərin təsiri altında hərəkət edir.
İnkişaf etmiş və coğrafi yaxın olan ölkələr arasında gedən işçi
qüvvəsi üzrə mübadilələr mütərəqqilikləri ilə fərqlənirlər. Məsələn
Avropa Birliyi (AB) adlanan birliyin ölkələri arasında baş verən əmək
mübadiləsi buna parlaq misaldır. Bir ölkədən digərinə köçməyi azad
bazar münasibətlərinin obyektiv və ayrılmaz hissəsi hesab edən AB
ölkələri 1989-cu ildə qəbul etdikləri "AİB fəhlələrinin əsas sosial
hüquqları xartiyası"nın birinci bölməsində göstərirlər ki, birlik ölkələri
sakinlərinin AB ölkələrinə sərbəst keçmək və orada normal sosial
təminat almaq hüququ vardır. Bu bir daha AB ölkələrinin sivil ölkələr
olduğunu təsdiq edir və göstərir ki. AB işci qüvvəsinin beynəlxalq
miqrasiyasını nümunəvi idarə edir. AB-nin 2000-ci ildə qəbul etdiyi
yeni inkişaf proqramında bu məsələlər daha da inkişaf etdirilmişidr.
Birliy
in qəbul etdiyı inkisaf proqramında birlik ölkələrinin sürətli
inkişafı və 2005-ci ilə qədər 20 milyon yeni iş yerlərinin yaradılması
nəzərdə tutulıır. ABİ ölkələrində işci qüvvəsinin beynəlxalq
miqrasiyasında baş verən müsbət dəyışikliklər birliyə daxil olan
ölkələrin bərabərliyinin qorunması prinisipinə hamılıqla əməl
olunmasıdır. Beləliklə də AB ölkələrınin qəbul etdiyi sənədlər vahid
iqtisadi zonanın yaradılmasını nəzərdə tutur və dünyada demək olar ki,
ilk dəfə olaraq sosial müdafiə tədbirləri ilə zəngindir və iş qüvvəsinin
ölkələrarası hərəkətini təbii proses kimi istiqamətləndirir. İş qüvvəsinin
bu cür miqrasiyası, əlbəttə ki, dünya iqtisadiyyatına müsbət təsir
göstərir və dünyanın digər regionları və xüsusən Qafqaz üçün yaxşi
nümunədir. Hələlik isə sosial yönümlü siyasət həyata keçirməyən
Rusiyanın və Qafqazda dostluq və əmin-amanlığa mane olan
Ermənistan və İran kimi dövlətlərin təqsiri üzündən bizim regionda bu
cü şərait yaranmamışdır.
İşçi qüvvəsinin beynəlxalq miqrasiyası inkişaf etməkdə olan
ölkələr arasında da baş verir. Məlum olduğu kimi Latin Amerikası,
Cənubı Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrində 1950-
1970-
ci illər ərzində sənayenin inkişafında müəyyən müsbət nəticələr
əldə edilmişdir. Birinci olaraq işçi qüvvəsini özünə cəlb edən ölkə
Cənubi Afrika idi. ABŞ və Qərbi Avropadan bu ölkələrə yol tapan
beynəlxalq kompaniyalar işçi qüvvəsinə tələbatı artırdı və region işçi
qüvvəsini qəbul edən status aldı. Sonralar inkişaf edən regionlar
arasında Cənubi Amerika ölkələri və xüsusən də Argentina, Venesuela
və Meksika işçi qüvvəsini idxal edən ölkələrə çevrilirdilər. Bura iş
dalınca gələn insanlar kontingenti əsasən çox zəif inkişaf emiş
ölkələrdən olan fəhlələr idi.
Miqrasiya selinin təbii resurslarla zəngin olan regionlara
istiqamətlənməsi halları bu regionun resurslarından kütləvi istifadə
edilməsi vaxtlarında başlanır. Bu səbəblərdən Yaxın Şərq 1970-ci
illərdə fərqləndi. Artıq onilliyin axırıya Səudiyyə Ərəbistanında,
Küveytdə, Omanda, BƏƏ-də 3 milyondan da çox emiqrant çalışırdı. İşçi
qüvvəsinin bu regiona axınının səbəbi neft resurslarından istifadə
edilməsi idi. Xarici fəhlələr bura nəinki yaxın qonşu ərəb ölkələrindən,
hətta Hindistandan, Pakistandan, Cənubi Koreyadan gəlirdi. 1970-ci
illərdən sənaye cəhətdən inkişaf etməyə başlayan Cənubi-Şərqi Asiya
regionu da sonralar xariciləri özünə cəlb edən regiona çevrildi. Əmək
resurslarının beynəlxalq miqrasiyasının bu səbəbdən baş verib
güclənməsində xarici kompaniyaların rolu böyük idi. Əslində bu nəhəng
regionun
sənaye
cəhətdən
inkişaf
etməsində,
istehsalın
beynəlmiləlləşməsində, miqrasiyanın
güclənməsində Amerika,
Yaponiya, Avstraliya, Cənubi Koreya, Tayvan mənşəli TMK-lar fəal
iştirak ctmişlər.
3.2.Beynəlxalq miqrasiyanın strukturu
Əsas məsələlərdən biri əmək resurslarının beynəlxalq
miqrasiyasının strukturudur.Tədqiqatçılar miqrantların yaşına, cinsinə,
peşəsinə, əmək haqqı səviyyəsinə və s. görə strukturunu öyrənirlər.
Ümumiyyətlə götürdükdə, inkişafda olan ölkələrə gedənlər aşağı
ixtisaslı və yaxud da heç bir ixtisası olmayan fəhlələr olurlar və inkişaf
etmiş ölkələr bundan istifadə edib onları nisbətən az maaşlı işlərdə
istifadə edirlər. Lakin xüsusi hallar da olur. Məsələn, ABŞ, AB ölkələri
dünyanın bütün ölkələrindən yüksək biliyə malik mütəxəssisləri öz
ölkələrində qəbul etməyə, onlara yüksək əmək haqqı verməyə həmişə
meyilli olmuşlar. Bu hal iqtisadi ədəbiyyatlarda "Beyin axını" kimi ad
qazanmışdır.
Müasir dövrdə yüksək inkişaf etmiş ölkələrdən zəif inkişaf etmiş
ölkələrə işçi qüvvəsinin miqrasiyası müşahidə olunur. Buradakı
miqrantların tərkibində yüksək ixtisaslı mütəxəssislər üstünlük təşkil
edir. Belə proses həm iqtisadi amillərlə-yüksək əmək haqqı ilə və məişət
amilləri ilə baş verir (bəzi inkişaf etməkdə olan ölkələrdə və xüsusən də
ərəb ölkələrində müəllimlərə, mühəndislərə, layihəçilərə, təimatçılara və
s. bu ki
mi mütəxəssislərə kifayət qədər yüksək əmək haqqı verilir).
3.3.Miqrasiyanın motivləri
Bu gün dünyada nə qədər miqrant var? Bu sualın cavabı
mübahisəlidir. Lakin о da tam aydındır ki, onların sayı 10 milyonlarla
hesablanır və illər ötdükcə artır. Miqrasiyanı doğuran səbəblər də
müxtəlifləşib. Əvvəllər əsas motiv iqtisadi motiv idi. Hazırda ölkəni
tərketmə səbəblərinə siyasi, etnik, mədəni, ailə və diger motivlər də
əlavə olunub. Ona görə də iqtisadi ədəbiyyatlarda tez-tez işlənən "işçi
qüvvəsinin beynəlxalq miqrasiyası" termini prosesin mahiyyətini
düzgün açmır, prosesi daha düzgün ifadə edən “Əhalinin beynəlxalq
miqrasiyasi" terminindən istifadə edilməyə başlanmışdır. Əlbəttə,
burada söhbət sadəcə olaraq sözlərin yerini dəyişməkdən, yeni ifadə
söyləməkdən getmir, dünyada gedən mütərəqqi bir prosesin
başlanğıcmdan gedir: insan azad surətdə özünə məskun seçmək
hiiququnu əldə etməyə başlayır.Onu da qeyd edək ki, bu proses hələlik
Avropa Birliyi məkanında daha yaxşı gedir. Görünür gələcəkdə çoxda
yaxşı təsir bağışlamayan "miqrasiуа" sözü daha məzmunlu səslənəcək
və insanlar bir ölkədən digərinə işsiz, qaçqın, təhqir olunmuş sifətilə
yox, sadəcə olaraq havasını, yaşayış şəraitini yaxşılaşdırmaq, maddi
tələbatlarından çox mənəvi tələbatlarını ödəmək üçün hərəkət edəcəklər.
3.4.Beynəlxalq miqrasiyanın kateqoriyaları
Hazırda beynəlxalq miqrasiyanın 5-6 kateqoriyası fərqləndirilir.
1) Ölkəyə qanunla buraxılan emiqrantlar. 2) Kontraktlara əsasən ölkədə
işləyən emiqrant-işçilər. Bir çox ölkələr xaricə işçi qüvvəsi ötürmək
haqqında müqavilə bağlayırlar və işçi qüvvəsi artıq olan dövlət planlı
formada digər ökəуə işçi qüvvəsi göndərir. Bu hal daha çox Asiya,
Yaxın Şərq, Avropa ölkələrində özünə yer tapmışdır. Qeyd edek ki, bu
kateqoriyadan olan emiqrantların sayı 2000-ci illərin əvvəlində 25
milyondan çox təşkil edirdi. 3) Qanunsuz yolla ölkəyə daxil olmuş
emiqrantlar. Bu kateqoriyadan olan emiqrantların sayı da az deyil.
Baxılan dövrdə (2000-cı ilin əvvəli) onların sayı 30 milyon təşkil edirdi.
Qanunsuz emiqrantlara sənaye cəhətdən inkişaf etmiş ölkələrin demək
olar ki, hamısında rast gəlmək olar. Onların bir hissəsi sərhəddən keçə
bilənlərdir, digərləri viza (icazə vərəqəsi) ilə gəlib qayıtmayanlardır. Bu
kateqoriy
adan olan emiqrantlar bir qayda olaraq ən çətin və az əmək
haqqı verilən iş yerlərində işə düzəlib işləyirlər. 4) Sığınacaq istəyən
emiqrantlar. 1980-
ci illərdə onların sayı çox az idi. 1990-cı illərin axırı
üçün isə 1 milyon nəfərdən də çox olmuşdur. Sığınacaq istəməyin iki
geniş yayılmış motivi məlumdur: siyasi və öz ölkəsində ağır iqtisadi
vəziyyət. 5) Qaçqınlar BMT-nin verdiyi məlumatlarına görə 1990-cı
illərin axırı üçün dünyada 22 milyon qaçqın olub.Qaçqınlığın səbəbləri
müharibələr və müxtəlif etnik toqquşmalardır. Qaçqınlar əsasən
inkişafda olan ölkələrdə məskunlaşırlar və bir qayda olaraq BMT-nin
himayədarlığında olan xüsusi düşərgələrdə yaşayırlar. Sənaye cəhətdən
inkişaf etmiş ölkələrdə yerləşdirilən qaçqınların xüsusi çəkisi 1%-dən az
təşkil edir.
Öz ölkəsindən olan qaçqınlar da məlumdur. Ölkəmizin torpağının
20%-
nin Ermənistan tərəfındən işğal edilməsi nəticəsində Azərbaycanda
olan 1 milyon qaçqın buna misaldır.
3.5.İnsanların beynəlxalq miqrasiyasının nəticələri
Qeyd etdiyimiz kimi beynəlxalq əmək miqrasiyasına uğramamış
ölkə demək olar ki, yoxdur. Bu obyektiv proses olduğuna görə sonda
dünya iqtisadiyyatına müsbət təsir göstərir.Lakin аyrı-аyrı
yarımsistemlərin bu məsləyə yaradıcı yanaşmağı tələb olunur. Ona görə
ki, dünya iqtisadiyyatına dəyən xeyir ölkələrarası xarakterdə olduğuna
görə işçi qüvvəsinin beynəlxalq miqrasiyası bir ölkəyə çox, digərinə az
xeyir gətirir, başqalarına isə hətta mənfı nəticələr bəxş edir.
İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının hansı ölkə üçün daha
xeyirli olması haqqında müxtəlif fıkirlər olsa da son nticədə düzgün
olanı budur ki, işçi qüvvəsinin ölkələrarası mübadiləsi hər iki tərəf üçün
sərfəlidir, lakin müxtəlif dərəcələrdə. Bu asılıdır dövlətlərin özlərindən.
Öz ölkəsində özünə lazımi diqqəti görməyən, əmək haqqı almayan, iş
tapmayan sərbəst şəxs digər ölkəyə getmək fıkrinə düşür.Doğrudur, bir
qayda olaraq əmək resurslarını qəbul edən ölkələr, onu ixrac edən
ölkələrdən çox iqtisadi səmərə əldə edə bilərlər. Lakin təhlil göstərir ki,
işçi qüvvəsini ixrac edən ölkələr də az qazanc əldə etmirlər. Məsələ
burasındadır ki, iş qüvvəsinin miqrasiyası beynəlxalq iqtisadi
münasibətlərin ayrılmaz hissəsidir. Ölkənin tədavül balansında о
dolayısı yolla öz əksini tapır. Qəbul edilmiş qaydaya görə ixracın
miqyasına qiymət verərkən emiqrant köçürmələrinin məbləği nəzərə
alınır. Burada köçürmələrin məbləği bir növ realizə olunmuş
"əmtəənin"-işçi qüvvəsinin dəyərini əks etdirən məbləğ rolunu oynayır,
məbləğin həcmi isə milyard dollarla hesablanır. Emiqrantların
köçürmələri tədavül balansında "Xüsusi köçürmələr" adlanan maddədə
öz əksini tapır və ölkənin ÜMM-u hesablanarkən nəzərə alınır.
İlk növbədə mənimsəmək lazımdır ki, işçi qüvvəsinin miqrasiyası
təkcə iqtisadi deyil, о həm də mürəkkəb sosial,siyasi və mənəvi
nəticələr verə bilər. Bir obyektiv proses kimi insanların ölkələrarası
hərəkəti sonda ixrac və idxal etməsindən asılı olmayaraq bütün
dövlətlərin əmək bazarında yeni şərait yaradır. Qəbul edən ölkələrin
sosial və siyasi həyatında mənfı və müsbət dəyişikliklər baş verir.
İşçi qüvvəsinin beynəlxalq miqarsiyasının nəticələrindən
danışarkən biz hesab edirik ki, prosesi bir nесə istiqamətdə öyrənmək
lazımdır.
Birincisi, hərəkət edən insanları qəbul edən ölkələrin əldə
etdikləri nəticələr. Burada müsbət nəticələrə ilk növbədə boş, ağır,
zərərli, az əmək haqqı verilən iş yerlərinin doldurulması və bunların
sayəsində iqtisadi səmərə əldə edilməsi daxildir. Lakin emiqrantları
qəbul edən və eyni zamanda bu prosesi öz xeyirlərinə uyğun idarə edən
ölkələr daha yüksək, milyardlarla hesablanan əlavə səmərələr də əldə
edirlər. Bu cəhətdən ABŞ bütün dünyaya parlaq misal ola bilər. Bu ölkə
bütün ölkələrdən alimləri, mütəxəssisləri, texnoloqları öz ölkəsinə cəlb
edir və bu yolla elmin bütün sahələrini inkişaf etdirir. Amerika yüksək
te
xnologiya sahəsində liderliyi əlində saxlamaqda davam edir. Burada
həlledici rolu emiqrant-mütəxəssislər oynayırlar. Rəqəmlərə nəzər
salaq: 1980-
ci illoədə ABŞ-ın əmək bazarında iştirak edən elmlər
doktorlarının 4%-i, ali məktəblərdə isə texniki fənlərdən dərs deyən
müəllimlərin 25%-i emiqrantlar olub. İndi də belədir. 1990-cı ilin
axırlarında ABŞ-da 15 milyon emiqrant qeydə alınıb.Mütəxəssislərin
hesablamalarına görə ABŞ hökumət və xüsusi strukturları emiqrantlara
ildə 240 milyard dollar əmək haqqı verir. Bu məbləğin 90 milyardı gəlir
vergisi şəklində dövlət büdcəsinə qayıdır. Yerdə qalan 150 milyard
dollar elmdə, tibbdə, incəsənətdə on dəfələrlə iqtisadi səmərə verir və
Amerika öz liderliyini qoruyur. "Gəlmə beyinlər" sonradan məhsulun
keyfıyyətinin yüksəlməsinə, prinsipial yeni məhsullann yaranmasına,
ixtiralara və səmərələşdirici təkliflərə və s. çevrilir.
İkincisi, Donor ölkələr-işçi qüvvəsini ixrac edən ölkələr üçün də
insanların ölkələrarası miqrasiyası xeyirlidir, lakin işçi axınını qəbul
edən və onu yaxşı idarə edən ölkədəki qədər yox. Donor ölkələrin əsas
iqtisadi səmərəsi, artıq qeyd etdiyimiz kimi emiqrantların pul
köçürmələrinin məbləği ilə ölçülür. Bir sıra ölkələrdə bu məbləğ çox
yüksək olur və ölkənin iqtisadiyyatında samballı yer tutur.
Mütəxəssislərin hesablamalarına görə köçürmələrin məbləği 1990-cı
illərin ortalarında Banqladeşin ÜDM-nun 4%-i qədər, Yamaykada 5%-
dən çox, Pakistanda 3%-, Şri-Lankada 6,2% təkil etmişdir. Bundan
başqa, donor-ölkələr xaricdə olan vətəndaşları vasitəsilə qabaqcıl
istehsal təcrübəni öyrənmək, bilik əldə etmək və sonradan onlardan öz
ölkələrində istifadə etmək imkanı əldə edirlər. Məsələyə yaradıcı
münasibət bəsləyən donor ölkələr bundan olduqca çox xeyir götürürlər.
Yenə qeyd edək ki, hər şey dövlətin səriştəliyindən asılıdır. Prosesi
elmi əsaslarla idarə edən ölkələr daha çox iqtisadi, sosial, siyasi
səmərələr əldə edirlər.
Üçüncü nəticə ölkələrarası hərəkət edən insanların əldə etdikləri
şəxsi nəticələrdən və bəzi dövlətlərin miqrantlardan özlərinin qərəzli
fıkirlərıni həyata keçirmək üçün istifadə etməsindən ibarət olur. Öz
ölkəsini tərk eden şəxs özgə diyarda iş tapırsa, ilk növbədə, öz
tələbatlarını ödəyir, inkişaf edir, ixtisas qazanır, təkmilləşir. Sonradan
artıq pulunu köçürmələr şəklində vətəninə göndərir və yaxud da
təcrübəli mütəxəssis və ya bacarıqlı fəhlə kimi ölkəsinə qayıdır və öz
bilik və bacanğını istehsala tətbiq edir. Lakin təhlil göstərir ki, bəzi
ölkələr məsələyə öz qərəzli ideyalannı həyata keçirmək prizmasından
yanaşırlar və hətta ölkəsini tərk etmiş vətəndaşından özgə ölkəsində
təxribatlar törətməkdə istifadə edirlər. Bu cür millətlər yüksək inkişaf
etmiş ölkələrə işləmək adı altında gedirlər. Sonradan özlərinin müxtəlif
təşkilatlannı yaradırlar və diaspora formlaşdırırlar. Kök saldıqlan
ölkələrin qanunlarını, adət və ənənələrini, içarisində yaşadıqları millətin
zəif cəhətlərini dərindən öyrənirlər və sonradan onları öz xeyirlərinə
istifadə edib, həmin dövlətdən əlavə hüquq, muxtariyyət tələb edirlər və
maliyyə cəhətdə imkan əldə etdikcə yerli əhalini rüşvətlə ələ ala
bilirlər, istədiklərini həyat keçiro bilirlər. Bu proses о qədər inkişaf edə
bilir ki, emiqrantlar işçi qüvəsini idxal edən plkələr böyük təhlükələr
qarşısında qala bilərlər. Dünyada bu cür dövlətlərin parlaq nümayəndəsi
E
rmənistan deyilən dövlətdir. Bu ölkə həmişə işçi qüvvəsinin ixracı ilə
məşğul olan və onu məqsədyönlü idarə edən kiçik bir dövlətdir. Lakin
buna baxmayaraq ABŞ, Rusiya, Fransa və s. kimi yüksək iqtisadi və
hərbi gücə malik ölkələrdə erməni menşəli emiqrantlardan istifadə edib
özlərinin güclü diasporasını yaratmışlar və Qafqazda öz çirkin
məqsədlərini çoxlu ölkələrin torqlarını zəbt etmək ideyalannı həyata
keçirməklə bu ölkələrdən bacarıqla istifadə edirlər. Ermənilərin
Azərbaycan torpaqlarının 20%-nin zəbt edilməsində erməni
diasporasının rolu demək olar ki, həlledici olmuşdur. Onlar özlərinin
süni şəkildə yaratdıqları miinaqişəyə Rusiyanı və onun hərbi gücünü
cəlb edə bildilər və Azərbaycan torpaqlarını birlikdə zəbt etdtlər. Onu
da qeyd edək ki, məqsədə çatmaq üçün Ermənistan Azərbaycana iş
tapmaq üçün gəlmiş, sonradan sayı 400 min nəfəri keçən ermənilərdən
də bacarıqla istifadə etdi. Azərbaycana işlməyə gələn, özlərini məzlum
bir qui kimi göstərən ermənilər sonradan öz təşkilatlarını yaradaraq,
maliyyə cəhətdən güclənərək ölkədə korrupsiyanın çiçəklənməsinə
güclü təsir göstərmişlər. Dövlət orqanlarında, iqtisadiyyatın qabaqcıl
sahələrində özlərinə yer tapandan sonra, Rusiyadakı diasporaların
köməyi ilə Azərbaycanın daxilində muxtar dövlət yaratmaq ideyasına
düşdülər və hazirda bu ideya ilə də yaşayırlar.
Bu fakt göstərir ki, hər bir dövlət bilməlidir onun ölkəsinə
gələnlər kimlərdir və nə işlə məşğul olurlar. Elə ABŞ-ın özündə
diasporalar (xüsusən erməni və yəhudi diasporaları) Amerika
konqresinə güclü təsir edə bilirlər, hətta əgər hökümətin özü bunu
istəməsə də, bu yolla öz istəklərinə nail olurlar. Buna görə işçi
qüvvəsinin beynəlxalq miqrasiyasının hər bir dövlət idarə etməyə
çalışır.
3.6.Beynəlxalq miqrasiyanın tənzimlənməsi
İş qüvvəsinin beynəlxalq miqrasiyası müxtəlif formalarda
qədimlərdən baş versə də müasir dövrdə bir proses kimi sürətlənməsi iki
qrup amillərin təsiri altında baş verir. Bunlardan biri dünyada gedən və
ümumiyyətlə, dünya iqtisadiyyatına müsbət təsir edən, onun inkişafı
üçün yeni-ye
ni imkanlar yaradan bəşəri həyatın və təsərrüfatların
beynəlmiləlləşməsidir.İkinci qrup amillərə kəskin millətlərarası
qarşıdurmalar, ölkələr və millətlər arasında birbaşa toqquşmalar,
fövqəladə şəraitlər, təbii fəlakətlər aiddir.Hər iki qrupun obyektiv və
subyektiv əsasları olsa da, bir cəhəti də nəzərə almaq lazımdır ki,
insanların ölkələrarası yerdəyişmələri hər hansı bir dövləti çox çətin
vəziyyətə gətirib çıxara bilər. Məhz buna görə də demək olar ki, bütün
dövlətlər əmək resurslarının və ümumiyyətlə, əhalinin ölkələrarası
hərəkətlərini heç olmasa öz dövlətləri daxilində tənzimləməyə
meyillidirlər. Bu meylləri nəzərə alan beynəlxalq təşkilatlar da bu
məsələ ilə ciddi məşğul olurlar. Hazırda bir çox dünya miqyaslı
təşkilatlar, (əsasən BMT çərçivəsində) və region çərçivəsindəki
strukturlar işçi qüvəsinin beynəlxalq miqrasiyasının ortaya çıxan
problemlərini həll ctməklə məşğuldurlar. BMT-nin xüsusi komissiyalar
yaradılıb və onların sərəncamında olan xüsusi fondlardan ölkələrdə
tərtib edilmiş əhalinin miqrasiyasına aid proqramların reallasdırılmasına
maliyyə köməkliyi göstərilir. Beynəlxalq Əmək Təşkilatı (BƏT) də
ölkələrarası əhali miqrasiyasının tənzimlənməsini özünün əsas
fnuksiyalarından hesab edir. YUNESKO-nun sənədlərində miqrant
zəhmətkeşlərin və onların ailələrinin təhsilinin yaxşılaşdırılması
haqqında müddəalar vardır. Bunlardan başqa, miqrasiya üzrə beynəlxalq
təşkilat mövcuddur ki, о da ölkələrarası miqrasiyanın planlı şəkildə baş
verməsi, onun təşkil edilməsi, bu sahədə təcrübə miibadiləsi keçi-
ri
lməsi, məlumatlar əldə edilməsi ilə məşğuldur.
Konkret bir ölkə daxilində miqrasiya prosesləri əsasən həmin
ölkənin qanunları ilə tənzimlənir. Belə qanunlar adətən beynəlxalq
təşkilatların tövsiyələrini nəzərə alsa da məsələyə iki istiqamətdə
yanaşmaq mövcııddıır.
Birinci istiqamət açıq iqtisadiyyat yaratmaq və deməli, əhalinin
azad hərəkəti üçün şərait yaratmaq, ikinci istiqamət isə əksinə
miqrasiyanı məhdudlaşdırmağa yönəlmişdir. Məsələn. ABŞ-da dövlətin
mılli miqrasiya siyasətinə görə 1995-ci ildən ölkəyə buraxılan
xaricilərin sayi 675 min nəfərdən çox olmamalıdır.
1990-
ci illərdə Qərbi Avropada baş verən siyasi dəyişikliklər,
keçmiş Yuqoslaviyadakı müharibə, SSRİ-nin dağılması nəticəsində
emiqrantların sayının artmasını nəzərə alan Fransa, AFR. Avstra-liya,
İtaliya, İspaniya, Portuqaliya kimi dövlətlər miqrasiyanı məhdudlaşdıran
qanunlar qəbul etdilər.
Нəг bir ölkənin miqrasiya siyasəti müxtəlif olur və dövlətin
qarşısında duran konkret məsələlərin həlli istiqamətində formalasdırılır.
Məsələn, daim xaricdən işçi qüvvəsi cəlb etmək istəyi olan idxal ölkə
özünün miqrasiya siyasətində əsas diqqəti, bir qayda olaraq, ölkəyə
daxil olacaq miqrant-
zəhmətkeşlərin sayına və onların tərkibınin
keytlyyətinə yetirir və prosesi tənzimləmədə emiqrasiya kvotası
üsıulundan istifadə edir. İmiqrasıya kvotası hər il üçün təyin edilir və bu
zaman ölkənin xarici işcilərə olan tələbatı. daxili əmək bazarı, ölkədəki
siyasi və sosial durum nəzərə alınır.
VII FƏSİL. ÖLKƏ VƏ REGİONLAR DUNYA
TƏSƏRRÜFAT SİSTEMİNDƏ
Dostları ilə paylaş: |