§4.
QLOBAL ƏRZAQ PROBLEMİ
4.1.
Problemin qloballığı
XX əsr başa çatdı. Dünya təsərrüfat sistemi XXI əsrə qədəm
qoydu. Bəşəriyyət illəri arxada qoyub, yeni əsrə heç də əli boş
gəlməyib. Dünya miqyasında götürdükdə elm, texnika, texnologiya,
iqtisadiyyat, mədəniyyət və sosial-mənəvi sahələrdə misli görün-məmiş
nailiyyətlər əldə edilib. İrəliyə doğru inkişaf dünya iqtisa-diyyatının,
dünya təsərrüfatının demək olar ki, bütün sahələrində əldə edilmişdir.
Lakin buna baxmayaraq bəşəriyyət XX əsrdə yer kürəsi əhalisini
ərzaqla təmin etmək məsələsini tam həll edə bilmədi. Kəskin aclığa
məruz qalanların sayı ilbəil artır. BMT struktur bölməsi olan FAO
(Dünya kənd təsərrüfatı və Ərzaq təşkilatı) verdiyi məlumatlara görə
1970-
ci ilin əvvəlləri üçün bu kateqoriyadan olan əhalinin sayı 400
milyona catırdısa, bu rəqəm 1980-cı ildə 500 milyon nəfər, 1990-cı ildə
600-
700 milyon nəfərə, 2001-ci ilin ilk aylarında isə 800 milyon nəfərə
çatmışdır.
Dünya iqtisadiyyatından yazan mütəxəssislərin hesablamala-rına
görə dünyada aclıqdan əziyyət çəkən və kifayət qədər qidalana
bilməyənlərin sayı 1,5 milyard nəfərə çatır. Bu rəqəm 2000 il bundan
əvvəlki dünya əhalisinin bir neçə mislinə bərabərdir. Bundan başqa,
"görünməyən aclıq" deyilən aclığa (söhbət doyunca yeməməkdən gedir)
inkişaf etməyən ölkələrin uşaqlarının dörddə biri məruz qalmışdır.
Dünya üzrə 240 milyon insanın müxtəlif xəstəliyə tutulması və ölümə
məruz qalmasının birbaşa səbəbi də aclıq və doyunca yeməməkdir.
Beləliklə, ərzaq problemi artıq uzun illərdir ki, öz dar
çərçivəsindən çıxmış, dünya əhalisinin xeyli hissəsini əhatə etmiş,
qloballaşmışdır. Proqnoz məlumatlarına görə problemin kəskinləşəcəyi
və 2050-ci ildə dünya əhalisinin ərzağa olan tələbatı 3 dəfə artacağı
gözlənilir. Beləliklə, həlli uzadılarsa ərzaq problemi
S100 milyonl
arla insanın yaşayıb fəaliyyət göstərməsini sual altına
da qoya bilər. Ümumiyyətlə isə ərzaq problemi bir qlobal problem kimi
yaxın gələcəkdə dünya iqtisadi sisteminin tarazlığını daha da poza bilər.
4.2.Problemin yaranma səbəbləri
Qlobal pr
oblem kimi ərzaq problemi bir sıra səbəblər
üzündən meydana gəlir. Çoxsəbəblilik ərzaq probleminin coxşaxəli
bir hal olması ilə izah olunur. Bir qayda olaraq ərzaq probleminin
məzmununda iqtisadi, sosial, siyasi aspektlərin kökləri aydın görünür.
Təbii ki, dünya təsərrüfatının yarımsistemləri səviyyəsində və
bütövlükdə bəşər miqyasında insanların tələbatlarının ödənilməsi
məsələlərinın həllinə təbii resursların olması, onların həcmi, keyfiyyəti
təsir göstərir. Yəni ümumilikdə təbii amil problemin həllində başlıca
rola malikdir. Məsələnin bu günkü kimi qloballaşmasında ауrı-ауrı
ölkələrdə tez-tez baş verən təbii fəlakətlər, quraqlıqların baş verməsi,
daşqınlar, epidemiyalar və bu kimi digər insanların fəaliyyətlərindən
bilavasitə asılı olmayan amillərin də rolu çoxdur. Deməli, ərzaqla təmin
olunmaq üçün təbii amilə iki tərəfdən yanaşmaq lazımdır: birincisi,
ölkənin yerləşdiyı ərazidə faydalı qazıntıların, münbit torpağın, əlverişli
təbii mühitin olması baxımından, ikincisi isə təbii fəlakətlərin tezlikləri,
sıxlığı baxımından.
Qeyd edək ki, təbii amil bütün ölkələrə öz təsirini göstərir.
Dünyada toplanmış təcrübə göstərir ki, hətta ən yüksək səviyyədə
inkişaf etmiş ölkələrdə belə təbii amil insanları müəyyən dövrlərdə çətin
vəziyyətə sala bilər.
Ərzaq probleminin meydana gəlməsi ilk növbədə iqtisadi bir hal
kimi qiymətləndirilməlidir. Onun əsasını əhalinin yüksək artım sürəti,
alıcılıq qabiliyyətinin sürəti, alıcılıq qabiliyyətinin yaxşılaşması ilə kənd
təsərrüfatı bölməsində məhsuldar qüvvələrin zəif inkişafı arasında
yaranmış uyğunsuzluq təşkil edir. İnkişaf etmiş ölkələrdə də bu hal
keçən əsrlərdə baş vermis və aclıq problemləri meydana gəlmişdi. Lakin
bu ölkələrə kənardan müdaxilə olmadığına görə məsələni həll edə
bilmişlər. Lakin uzun müddət koloniya dövrü keçmiş indiki inkişafda
olan Latın Amerikası, Asiya, Afrika və s. ölkələrində bu uyğunsuzluq
uzun müddət davam etmiş və indi də davam edir. Əsas səbəb isə onların
ölkələrinə olan müdaxilələrdir.
İnkişaf etmiş ölkələrdən başqa dünyanın əksər ölkələrində Birinci
dünya müharibəsinə qədər ərzaq problemini yaradan üç səbəbi xüsusi
qeyd etmək lazımdır. Birincisi - əhalinın üstün artımı, ikincisi - kənd
əhalisinin şəhərə axını (kənddə iş tapmayan bir parça çörək üçün şəhərə
üz tuturdu) və üçüncüsü – kənd təsərrüfatında elmi-texniki inkişafın
sənayedən qat-qat geri qalması. Sonuncu amil inkişaf etmiş ölkələrdə
geri qalmış ölkələrdən az olsa da uzun müddət "fəaliyyət" göstərib.
Təsadüfı deyildir ki, bu ölkələrin kənd təsərrüfatında lazımi səviyyədə
mexanikləşdirmə (yəni kənd təsərrüfatının sənayeləşdirilməsi) dövrü
keçən əsrin 60-70-ci illərinə təsadüf edir.
Kolonial dövr başa çatdıqdan sonra geri qalmış dövlətlərdə nisbi
inkişaf baş verdi ki, bu da əhalinin alıcılıq qabiliyyətini yüksəltdi və elə
bu yüksəlişin də özü ərzaq probleminin yaranmasına yeni təkan verdi.
Tələb təklifi üstələdiyinə görə ölkələr inkişaf etmiş ölkələrdən ərzaq
gətirmək zərurətində qaldılar. Ərzaq probleminin şiddətlənməsinin digər
səbəbı inkişafda olan ölkələrin xalq təsərrüfatının birtərəfli inkişaf
etdirilməsi olmuşdur. Bunun da əsas səbəbi həmin ölkələrdə bir qrup
xalqını soyan qruplasmalann (keçmişin ənənəvi termini ilə desək
kapitalistlərin və mülkədarlann, indiki dildə desək korrupsionerlərin və
rüşvətxorların) və inkişaf etmiş ölkələrin kapital sahiblərinin çox asan
və özlərinə sərfəli yolla qazanc götürmək istəkləri olmuşdur. Bu
məqsədlə onlar ölkələrin yeraltı sərvətlərindən istifadə edirdilər və
kapitalı hasilat sahələrin inkişafına yönəldirdilər. Kənd təsərrüfatında
isə xaricə satılası olan məhsullar istehsalı üçün torpaqlar aynlırdı.
Beləliklə də əksər kondlilor torpaqsız qalır və taxıl istehsalçısı da, taxıl
istehlakçısna çevrilirdi. Bu da ərzağın çatışmamasına səbəb olmaya
bilməzdi.
Qlobal problemlər bir-biri ilə əlaqədardır. Ərzaq probleminin
şiddətlənməsində bu cəhətdən güclü rol oynayan qlobal problem
"demoqrafık böhran" idi. Elə bunun da kökünü cəmiyyətin içərisində
görmək olar. Uzun illər geri qalmış ölkədə yaşayan insan özünün
mənəvi, əxlaqi, dini dünyagörüşünü dəyişmədən inkişaf etmiş ölkələrdə
yaradılmış texnika, texnologiya, dərman və s. ilə üzləşir və bunların
vasitəsilə bir problemi həll edirlərsə, digər problemlər qalırdı və yaxud
da yeni problemlər yaranırdı. Məsələn, inkişaf etnıiş ölkələrdəki səhiyyə
sahəsində əldə olunan nailiyyət-lərin gətirilməsi ölümün səviyyəsini
azaltdı, doğuşa isə (geri qalmış ölkələrədə) təsir etmədi. Nəticədə
əhalinin sayı çoxaldı və ərzağa olan tələbat artdı.
4.3.Aclıq, onun mahiyyəti və ölçülməsi
Aclıq müasir qlobal problemlərdən olan ərzaq probleminin
böhran vəziyyətini izah etmək üçün işlədilir. Belə hal dünyanın bıı və
ya digər ölkələrində müxtəlif dərəcədə daim baş verir. Son aclıq və
keyfıyyətsiz və yarımçıq qidalanma dalğası 1980-cı illərdə Afrikada baş
vermişdir. О vaxt bu qitənin ölkələrində aclıq 150 milyon insanı əhatə
edirdi və onlar inkişaf etmək haqqında yox, yaşamaq, ölməmək uğrunda
mübarizə aparmalı olmuşdular. Qeyd edək ki, bu proses indi də bu və
ya başqa səviyyədə müxtəlif yerlərdə davam edir.
Dünya Bankının qrup prezidenti D.Vulfensonun məruzəsində
göstərilir ki, 1998- сі ildə dünyada 1,3 milyard nəfərin gündəlik xərci
bir dollardan, əlavə 3 milyard nəfər insanın isə xərci 2 dollardan aşağı
olmuşdur. Dünya əhalisinin 1,3 milyard nəfəri içməli su ilə, 3 milyard
nəfəri kanalizasiya ilə, 2 milyard nəfəri elektrik enerjisi ilə təmin
olunmamışdır. Dünyanın bir çox yerlərində - Afrikada, Saxarada
və Hindistanda, Latin Amerikasında əziyyət çəkən və çox kasıb
yaşayan insanlar istənilən qədərdir.
Aclığı və onun dərəcəsini necə təyin etmək olar? BMT-nin
müvafiq orqanları "aclıq" anlayışını işlətdikdə onun son həddini nəzərdə
tuturlar.
Son hədd isə orqanizmin energetik tələbatının “kritik
səviyyəsinə” görə təyin edilir ki, bu da insanın bir biloji vücud kimi
ancaq ölməməsini nəzərdə tutan səviyyədir. 1980-cı illərin axırında
insanın qidalanma yolu ilə əldə etdiyi lazımi energetik tələbatı gün
ərzində 2700:(o cümlədən, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə -
3400, inkişafda olan ölkələrdə -2470)kalori hesab olunurdu. BMT-nin
kənd təsərrüfatı və ərzaq təşkilatının (FAO) qiymətləndirilməsinə görə
aclığın və yaxud normadan az yeməyin həddi ayrı-ayrı regionlar nəzərə
almaqla gündə 1761-1836 kalori təşkil edir. (dünya üzrə orta qiymət
1784 kalori): BMT-
nin digər məlumatlarına görə gündə 1 dollar
xərcləyə bilməyənlər aclıq həddindən aşağı səviyyədə yaşayanlar hesab
edilirlər.
4.4. Ərzaqla təmin olma səviyyəsinə görə regionların və
ölkələrin qruplaşdırılması
Təhlil göstərir ki, İkinci dünya müharibəsindən sonrakı dövrdə
planetimizin işlədilən ərzağın həcmi artmışdır. Lakin regionlar və ayrı-
ayrı dövlətlər üzrə ərzaq qeyri-bərabər səpələnmişdir.Buna görə də
probelmin mahiyyətini dərindən başa düşmək üçün ölkələri ərzaqla
təmin olma nöqteyi-nəzərincə dörd qrupa bölürlər.
1.Ərzağın tələbatdan çox olduğu ölkə və regionlar . Bu qrupa
dünyanın sənaye cəhətdən inkişaf etmiş regionları , ilk növbədə
isə Qərbi və Şimali Avropa, Şimali Amerika, Avstraliya və Yaponiya
daxildirlər.
2.Ərzaq təminatı BMT-nın tələblərinə uyğun təyin edilmiş
normaya çox yaxın _olan__ölkə və regionlar. Bu qrupa Avropanın
Cənub rayonları , Orta Asiya və həmçinin Latin Amerikası ölkələri,
Maqrib və ASEAN ölkələri daxildirlər.
3.Ərzaqla təminat BMT- in standartlarında nəzərdə
tııtulan kənarlaşmaya "uyğun" gələn səviyyədə olan dövlətlər
.
Bu ölkələr qrupuna Şərqi Avropa, MDB və Pribaltika ölkələri,
həmçinin Hindistan, Misir, İndoneziya dövlətləri daxil edilirlər.
Qeyd edək ki, bu qrupa daxil olan ölkələrdə yaranan ərzaq
prob
leminin subyektiv cəhətləri çoxdur. Məsələn, Şərqi Avropa, MDB
və Pribaltika ölkələri müasir dövrdə öz imkanlarından çox aşağı ərzaq
məhsulları istehsal edir və buna görə də müvafıq məhsulları idxal etmək
zərurəti meydana gəlir. Elə götürək respublikamızın ən böyük şimal
qonşusu olan Rusiyanı. Bu ölkənin sərəncamında olan münbit torpaq
sahələri imkan verir ki, Rusiya öz xalqının tələbatlarından da çox kənd
təsərrüfatı məhsulları (dənli bitkilər, heyvandarlıq məhsulları və s.)
istehsal etsin və digər ölkələrə ixrac etsin. Buna baxmayaraq MDB və
Pribaltika ölkələri hər il milyonlarla vəsaiti kənardan ərzaq malları
almağa sərf edirlər. Yada salaq ki, 1980-cı illərdə keçmiş SSRİ dövləti
hər il orta hesabla 5 milyard dollarlıq taxıl idxal edirdi ki, bu da dünya
bazarında buğdanın qiymətinə güclü təsir göstərirdi.
Qərbi Avropa ölkələrindən Macarıstanda ərzaqla təmin olunmaq
yaxşı vəziyyətdədir. Çexiya və Slovakiya bu və ya başqa səviyyədə
ərzaqla təmin olunmuş ölkələrdirlər. Bolqarıstan, Polşa, Rumıniya kimi
ölkələr isə mütəmadi olaraq taxıl, ət və ət məhsullarını idxal edən
ölkələrdirlər. MDB ölkələri qrupuna daxil olan Azərbaycan
Respublikası da dayanıqlı şəkildə taxıl və digər kənd təsərrüfatı
məhsullarının idxalçısıdır.
Rusiyada
və MDB-nin digər ölkələrində ərzaq çatışmamazlığının
subyektiv amillərinə iqtisadi islahatların yarıtmaz aparılması, ixtiyari
olaraq iri kollektiv təsərrüfatlarının dağılması və münasib texniki-
iqtisadi bazanın və mənəvi-psixoloji mühitin yaradılmaması haqqında
düşünmədən fermer təsərrüfatlarını yaratmaq cəhdi kimi hərəkətlərə
birinci növbədə daxil etmək lazımdır. Məhz bu və buna oxşar
"islahatlar" ərzaq problemini gücləndirirlər.
4.Ərzaq probleminin əsas ağrı-acısını çəkən ölkələr dördüncü
qrupu təşkil edirlər. Bu ölkələrə inkişafda olan ölkələr daxildirlər ki,
onlann da əhalisinin əksəriyyəti ərzaq cəhətdən çox acınacaqlı
vəziyyətdə yaşayırlar. Problem bu ölkələrdə çox kəskindir. Əhali
artımının inkişafda olan ölkələrdən daha yüksək olması ərzaq
məsələsinin həllini çətinləşdirir.
-----------------------------------
1
Mütəxəssislərin proqnozuna görə 2025-cı ildə əhalinin 80%-dən
çoxu inkişafda olan ölkələrdə yaşacaqlar.
BMT-
nin ətraf mühit və inkişaf problemlərinə həsr
edilmiş konfranslarında dəfələrlə qeyd edilmişdir ki, inkişaf etməkdə
olan ölkələrin hazırkı resurs, texnoloji, idarəetmə, təşkilati imkanları
sürətlə artan əhlini ərzaqla təmin etmək iqtidarında deyil. Belə şəraitdə
inkişafda olan ölkələr kənd təsərrüfatının inkişafını düzgün idarə etməyə
çalışmalıdırlar. İlk növbədə çalışmaq lazımdır ki, əldə olan əkinə
yararlı torpaqların sahəsi azalmasın və məhsuldarlıq artsın. Bu sahədə
inkişaf etməkdə olan ölkələrdə istifadə edilməyən imkanlar çoxdur.
Müqayisə edək: dərc olunmuş məlumatlara görə inkişafda olan ölkələrin
kənd təsərrüfatında çalışan bir nəfər özünü və ailəsini güclə saxlaya
bilirsə, ABŞ-ın bir fermeri 59 nəfəri, Qərbi Avropanın və Yaponiyanın
bir kənd təsərrüfat işçisi isə müvafıq olaraq 19 və 14
:
nəfəri ərzaqla
təmin edə bilir. Bu rəqəmlər göstərir ki, inkişaf etməkdə olan ölkələrdə
ərzaq problemini həll etmək üçün ilk növbədə kənd təsərrüfatnda sosial-
iqtisadi, texniki-
təşkilati tədbirlər həyata keçirməklə əmək
məhsuldarlığını yüksəltmək lazımdır.
4.5.Müasir texnoloji sivilizasiyanın ziddiyyətləri
İkinci dünya müharibəsindən keçən onilliklər ərzində kənd
təsərrüfatında çox böyük nailiyyətlər əldə edilmiş və nəticəsi də bu
olmuşdur ki, ərzaq problemi ancaq sənaye cəhətdən inkişaf etmiş
ölkələrdə həll edilmişdir. Lakin elmi-texniki inqilabın şaxələndiyi indiki
dövrdə bəşəriyyətin məhsuldar qüvvələri, о cümlədən kənd
təsərrüfatında cəmlənmiş məhsuldar qüvvləri, çox yüksək səviyyədə
inkişaf edə bilər. Dünyanın aparıcı ölkələri özlərinin uzun illik
təcrübələri ilə bunu sübut etsələr də, müasir dövrün ziddiyyətləri buna
imkan vermir və hazırda dünya əhalisinin böyük bir hissəsi aclığa məruz
qalmışdır.
Ərazilər və regionlar üzrə müxtəlif səviyyədə inkişaf baş versə də
mütəxəssislərin fıkrincə proses düzgün idarə edilərsə dünya kənd
təsərrüfatı sahəsində bərqərar olmuş məhsuldar qüvvələr bütün dünya
əhalisini yedizdirməyə qadirdir. İngilis tədqiqatçıları rəqəm də
göstərirlər. Qeyd edirlər ki, hətta torpaqların bugünkü üsullarla
işlənməsi yolıı ilə belə 10 milyard nəfərdən çox əhalini ərzaqla təmin
etmək olar. Bunun üçün ilk növbədə ziddiyyətlərdən maksimum can
qutarmaq lazımdır.
Müasir dövrdə elm və texnika sahəsində əldə edilən naliyyətlərə
baxmayaraq, dünya miqyasında yararlı torpaqlardan çox aşağı
məhsuldarlıqla istifadə edilir. Qeyd etdiyimiz kimi ərzaq problemi
inkişaf etməkdə olan ölkələrdə özünü daha kəskin şəkildə göstərir.
Burada ənənəvi səbəblərlə bərabər yerli, yəni bilavasitə bu ölkələrin
tarixi inkişafından doğan səbəblər də az rol oynamamışdır. Söhbət
ondan gedir ki, keçən əsrin ortalarında siyasi sərbəstlik olan bu ölkələr
iqtisadi sərbəst ola bilməmişlər. Uzun müddət inkişaf etmiş ölkələrin
təsiri altında qalmaq, onlarla qeyri-ekvivalent əmtəə mübadiləsində
olmaq, dövlətin özünün uyuşqanlı iqtisadi siyasətinin olmaması, etnik
və dini toqquşmalar, transmilli korporasiyaların fəaliyyəti, demoqrafik
partlayış və s. bu kimi amillər bu ölkələrin iqtisadi vəziyyətini
gərginləşdirmiş, ərzaq məsələsini isə böhran səviyyəsinə çatdırmışdır.
Göründüyü kimi, dünyada baş verən elmi-texniki inqilabın
nailiyyətlərini bu ölkələrin kənd təsərrüfatlarına çox qısa bir müddətdə
tətbiq etmək mümkün olarsa belə, əgər "yerli" adlandırdığımız amillər
həll edilməzsə ərzaq probleminin bu ölkələrdə həll edilməsindəki
çətinlikləri aradan qaldırmaq asan iş olmayacaqdır. Təbii amilləri su,
münbit torpaq
quraqlıqları və s. nəzərə alsaq məsələnin çox mürəkkəb
olması aydın olur.
4.6.Ərzaq təhlükəsizliyi konsepsiyası
Dünya əhalisinin aclıq içərisində yaşayan və normadan az
qidalana bilən hissəsi həmişə olmuşdur və yuxarıda göstərdiyimiz kimi
yenə də vardır. Lakin müasir sivilizasiya keçmişdən fərqlənir. Bu
fərqlənmənin biri də ondan ibarətdir ki, indi dünya təşkilatları, alim və
mütəxəssisləri "ərzaq təhlükəsizliyi" konsepsiyası irəli sürürlər. Bu
konsepsiyaya görə dünya, regionlar, ölkələr miqyasında ərzaq
mallarının müəyyən səviyyəsi təyin edilməli və nəzarətdə
saxlanılmalıdır. Bu səviyyə bütün insanların aktiv və sağlam həyat
keçirməsini təmin etməli, insanlar isə ərzaq mallarını əldə etmək üçün
iqtisadi və fıziki imkanlara malik olmalıdırlar.
Ərzaq təhlükəsizliyi bir neçə səviyyədə nəzərdən keçirilir və
təhlil edilir: а) Dünya ərzaq təhlükəsizliyi. Dünya ərzaq təhlükəsizliyi
konsepsiyası nəzərdə tutur ki, planetimiz vahid bir orqanizm kimi
kifayət miqdarda ərzaq malları istehsal etməli və insanların artan
tələbatını ödəməlidir. Ərzaq mallan üzrə dünya ticarəti elə təşkil
olunmalıdır ki, iddialı ölkə istədiyi qədər qida məhsullarını münasib
qiymətlə əldə edə bilsin. Bunun üçün ərzaq ehtiyatları yaratmaq və
gözlənilməz hallar baş verdikdə ondan istifadə etmək lazımdır.
Ərzaq təhlükəsizliyi günlərin sayı və ortagünlük tələbata əsasən
hesablanır. FAO-nun hesablamalarına görə ərzaq təhlükəsizliyini təmin
etmək üçün tələb olunan ehtiyatın minimum səviyyəsi keçmiş məhsula
görə təyin edilməli və dünya istehlakı həcminin 17%-nə bərabər
olmalıdır. Bu ehtiyat təxminən dünyanın iki aylıq tələbatına uyğun gəlir
və həmişə nəzarətdə saxlanılmalıdır. Lakin 1970 və 1990-cı illərdə bu
ehtiyatın səviyyəsi 14% (40 günə) qədər asağı düşmüşdür ki, bu da
taxılın qiymətinin dünya bazarında xeyli yüksəlməsinə səbəb olmuşdur.
Bütövlükdə götürdükdə mütəxəssislər bu fıkirdədilər ki, dünyada
əhalinin tələbatlarını ödəyə bilən həcmdə ərzaq istehsal edilir. b) Dünya
səviyyəsində ərzaq təhlükəsizliyi. yarımsistemləri Dünya miqyasında
ərzaq probleminin həlli ауrı-ауrı milli dövlətlərin və regionların bu
məsələyə ciddi münasibət bəsləyib-bəsləməməsindən çox asılıdır. Milli
dövlətlər, region və iqtisadi zonalar miqyasında ərzaq təhlükəsizliyi
konsepsiyasının məqsədi də bu ölkələrin və regionların ərzaqla təmin
olunmasına kömək göstərməkdir. Lakin milli dövlətlər səviyyəsində
ərzaq təhlükəsizliyini özünütəminetmə kimi başa düşmək olmaz. Burada
ərzaq təhlükəsizlyi birincisi, dövlətin özünün ərzaq istehsalını artıra
bi
lmək və ikincisi, çatışmayan hissənin kənardan almağa qadir olmaq
qabiliyyəti başa düşülür. Problemin təhlili zamanı "əhalinin bir nəfərinə
düşən ərzaq məhsullannın miqdarı" və "özünütəminetmə əmsalı" kimi
mühüm göstəricilərdən istifadə edilir.
Dünya
təsərrüfatının yarımsistemləri səviyyəsində ərzaq
təhlükəsizliyi insanların ərzaqla təmin olunmasına təzminat vermir, о
ancaq milli dövlətin və yaxud da müəyyən bir regionıın ərzaq əldə
etmək imkanını və bu imkanın səviyyəsini müəyyən edir. Məhz bu
imkan
ı reallaşdırmaq üçün dünya miqyasında ərzaq təhliikəsizliyi
normativlərinə həmişə əməl olunmalıdır. Yəni dünya bazarında
müəyyən miqdarda və münasib qiymətdə ərzaq mallarının olması,
(FAO-
nun normativlərinə görə iki aylıq ehtiyatın olması) və ancaq bu
hal
da lokal səviyyədə ərzaq əldə etmək imkanı reallaşa bilər. Dərc
olunmuş məlumatların təhlili göstərir ki, inkişafda olan ölkələrin 15-20
faizində ərzaq təhlükəsizliyi çox aşağı səviyyədədir. Bu ölkələrin də
əksəriyyəti Afrikada yerləşir. v) Ailə və ev
təsərrüfatı səviyyəsində
ərzaq təhlükəsizliyi. Aclıqla mübarizədə qalib gəlmək, yer kürəsi
əhalisini ərzaqla təmin etmək üçün ərzaq təhlükəsizliyi konsepsiyası
cəmiyyətin ilk və əsas həlqəsi olan ailəni və ev təsərrüfatçılığını da
əhatə etməlidir. Bu təhlükəsizlik əhalinin hər nəfərinə düşən orta gəliri
ilə sıx bağlı olur. Aşağı gəlirli ailələrin ərzaq təhlükəsizliyi bir qayda
olaraq çox aşağı olur və qiymətlərin dəyişməsi həm şəhər və həm də
kənd sakinlərini aclıq təhlükəsi altında qoya bilər. Ailələrin ərzaq
təhlükəsizliyi onların alıcılıq qabiliyyətləri ilə şərtləşir. Dövlətin burada
başlıca rolu əhalinin alıcılıq qabiliyyətini yüksəldə bilən tədbirlər
həyata keçirməkdən ibarət olmalıdır.
Dostları ilə paylaş: |