AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§1. Beynəlxalq ticarət. Dünya və ölkə iqtisadiyyatının



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
§1. Beynəlxalq ticarət. Dünya və ölkə iqtisadiyyatının 

inkişafında                 onun   rolu 

 

 

 

          



1.1.Beynəlxalq ticarətin yaranmasının  obyektiv əsası 

Əvvəllər  qeyd  etdiyimiz  kimi,  dünya  iqtisadiyyatı,  çox  sadə 

şəkildə yanaşdıqda ауrı-ауrı ölkələrin iqtisadiyyatının  toplusudur. İndi 

belə  təsəvvür  edək  ki,  bütün  ölkələr  özləri  öz  sərhədləri  daxilində 

iqtisadiyyatlarını  yaradırlar  və  heç  bir  dövlətlə  iqtisadi  münasibətdə 

olmurlar. Belə olan halda "dünya iqtisadiyyatı" məvfumu doğrudan da 

ölkələrin  iqtisadiyyatının  bəsit,  mexaniki  toplusunu  ifadə  edəcəkdir. 

İndi  məsələni  başqa  cür  qoyaq,  yəni  dövlətlərin  bir-biri  ilə  yaranmış 

iqtisadi  əlaqələrini  nəzərə  alaq.  Onda  dünya  iqtisadiyyatı  ölkələrin 

iqtisadiyyatının    mexaniki  cəmi  kimi  yox,  bürün  ölkələrin  iqtisadi 

potensialının,  beynəlxalq  və  iqtisadi  əlaqələrinin,  onlann  qarşılıqlı 

münasibətlərinin  təzahürü,  nəticəsi  və  eyni  zamanda  həm  dünya 

siviliz

asiyasının və həm də; ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi 



kimi  çıxış  edəcək.  Dünya  iqtisadiyyatının  dünyəvi  problemlərini  həll 

edə bilən,  yarım-sistemlərin iqtisadiyyatlarına təsir edə bilən bir amilə 

çevrilməsi üçün, deməli, ilk növbədə ölkələr arasında qarşılıqlı iqtisadi, 

sosial,  texniki,  siyasi  münasibətləri  inkişaf  etdirmək  lazımdır.  Bu 

münasi-

bətlərin  əsasını  beynəlxalq  ticarət  təşkil  edir.  Bunun  da  öz 



obyektiv əsasları vardır. 

 

1.2.Beynəlxalq ticarətin dünya iqtisadiyyatına təsiri 

Dünya iqtis

adiyyatının bütün ölkələr üçün sərfəli inkişafı bir sıra 

amil və şərtlərdən asılıdır. Onların içərisində ticarət mühüm və həlledıci 

rol oynayır. Ticarətin özünün isə iqtisadiyyata təsiri çoxşaxəlidir. Dünya 

iqtisadiyyatının bir vahid orqanizm kimi inkişaf edib genişlənməsi üçün 

ölkələr arasında hərtərəfli əməkdaşlığın yaranması və sürətlənməsi tələb 

olunur.  Tarixən  bu  cür  məsələlərin  həlli  beynəlxalq  ticarətin  inkişaf 

etdirilməsi  ilə  asanlaşır.  Ticarət  dünya  təsərrüfatı  yarımsistemlərinin 

inkişafı üçün çox zəruri məsələ olan “biliklərə yiyələnmə

 



məsələsinin 

həllini  asanlaşdırır,  bilikləri  bütün  ölkələr  tərəfındən  əldə  edilə  bilən 

şəklə  "salır".  Dünya  ticarəti  ticarətdə  iştirak  edən  ölkələrin  dünya 

miqyasında yaradılmış yeni texnika, texnologiya, elmi kəşflər, qabaqcıl 



 

 

təcrübə,  intensiv  yaradılan  «Nou-hau»-larla  tanış  olmaq  imkanları  

yaradır. 

Dünya  yarımsistemlərinin  beynəlxalq  ticarətdə  iştirak  etmə 

dərəcəsi son nəticədə iki mühüm göstəricidə - idxal və ixracın həcmində 

öz  əksini  tapır.  Bu  göstəricilərin  ikisinin  də  yaxşılaşması  optimal 

nisbətdə  inkişaf  etdirilməsi,  həm  ixrac  edən  və  həm  də  idxal  edən 

dövlətlərin  iqtisadiyyatının  keyfıyyətcə  yaxşılaşmasına  şərait  yarada 

bilər. İxrac və idxal şərait yaradır ki, qabaqcıl texnika, texnologiya, iş 

üsulları və s. haqqında məlumatlar alıcılar və mal göndərənlər vasitəilə 

əldə edilsin. 

 

 



1.3.Dünya ticarətinin öyrənilməsi aspektləri 

 

Dünya  ticarəti  (beynəlxalq  ticarət)  dedikdə,  müxtəlif  ölkələr 



arasında ticarət başa düşülür. Bu cür ticarət çox qədimdən mövcuddur. 

Qul


darlıq  və    feodalizm  dövrlərində  beynəlxalq  müba-dilə  olub,  lakin 

çox  dar  cərçivədə  və  məhdud  şəkildə  natural  tə-sərrüfatdan  əmtəə-pul 

münasibətlərinə  keçilməsi  və  deməli,  kapı-talizmin  inkişafı  ilə 

beynəlxalq  ticarət  sürətlə  artmağa,  genişlən-məyə,  zənginləşməyə 

başladı və  bu proses indi də  davam cdir. 

Dünya  ticarəti  və  onun  durmadan  inkişaf  edib  zənginləşməsi 

obyektiv xarakter daşıyır. Dünya təsərrüfat sisteminin yarımsis-temləri 

bu  prosesi  müvəqqəti  ləngidə  və  yaxud  da  sürətləndirə  bilərlər. 

Məsələyə  bu  cür  yanaşmağın  dünya  iqtisadiyyatını  və  ona  təsir  edən 

amilləri dərindən başa düşmək üçün böyük əhəmiyyəti vardır. Ona görə 

ki, 

dünya 


iqtisadiyyatının 

inkişafında 

və 

səmərəliliyinin 



yüksəldilməsində  beynəlxalq  ticarət  aparıcı  amil  -rolunu  oynayır. 

Əslində  dünya  ticarəti  beynəlxalq  münasibətlərin  ən  geniş  yayılmış 

formasıdır. 

Lakin 


geniş 

yayılmasına 

baxmayaraq


 

 

onun üç aspektdə öyrənilməsi həmişə aktual olmuş və indi də çox 

aktualdır. 

Birinci aspekt 

dünya  ticarətinin  obyektiv  əsasının  və 

qanunauyğunluqlarının  öyrənilməsini  nəzərdə  tutur.  Dünya  ticarətinin 

bu  aspektdə  öyrənilməsi  demək  olar  ki,  tam  başa  çatmış  və  prosesin 

obyektiv  və  qanunauyğun  xarakterdə  olması  isbat  edil-mişdir.  Bunun 

əsasını  kapitalist  cəmiyyətinin  meydana  gəlməsi  və  bununla  əlaqədar 

olar

aq  natural  təsərrüfatçılığın  əvəzinə  əmtəə-pul  münasibətlərinin 



meydana  gəlməsi,  məhsuldar  qüvvələrın  sürətli  inkişafı,  milli 

təsərrüfatların  qapalı  çərçivə  daxilində  inkişafının  mümkün  olmaması, 

təbii  resursların  ,  yüksək  iqtisadi  fəhlə  və  qulluqçuların  ,  qabaqcıl 

təcrübənin  və  s.  bu  kimi  amil  və  şərtlərin  dünya  ölkələri  arasında 

bərabər  olmaması,  texnik  və  texnologiyaların  vahid  güclərinin  artması 

və  məhsuldarlıqlarının  çoxalması  və  bu  əsaslar  üzərində  bir  dövlətin 

tələbatlarından  artıq  məhsullar  istehsal  etməyə  qadir  olan  kütləvi 

istehsalların  meydana  gəlməsi,  beynəlxalq  ixtisaslaşmanın  və 

kooperasiyalaşmanın  sürətlə  inkişafı,  istehsalın  beynəlmiləlləşməsi  və 

qloballaşması təşkil edir. 



İkinci  aspektdə  dünya  ticarətinin  səmərəsi  və  bu  səmərəni 

meydana  gətirən  mexanizm  öyrənilir.  Bu  sahədə  tədqiqatların  əsası 

XVIII  əsrin  axırında  və  XIX  əsrin  əvvəlində  görkəmli  ingilis 

iqtisadçıları  Adam  Smit  və  David  Rikardo  tərəfindən  qoyulmuşdur. 

İqtısad elminin nəzəri və praktiki aspektlərinin əsasını qoyan A.Smit öz 

fıkir  və  mülazihələrini,  elmi  təkliflərini  1776-cı  ildə  dərc  etdirdiyi 

"Xalqların  (millətlərin)  varlı  olmasının  təbiəti  və  səbəbləri"  adlı 

kitabında  verirdi.  İqtisadi  fəaliyyətin  ixtisaslaşması  nəticəsində  əmək 

bölgüsündə  dar  çərçivədə  (ailədə  və  ailələr  arasında)  lokal  çərçivədə 

(təsərrüfatlar  arasında,  ölkə  daxilində)  və  qlobal  çərçivədə  (dünya 

miqyasında)  ciddi  fıkir  verən  iqtisadçı  alim  mütləq  üstünlük 

nəzəriyyəsini  işləyib  formalaşırdı  və  göstərdi  ki,  bütün  baxılan 

səvıyyələrdə  (ailə,  müəssisə,  dövlət  və  dövlətlərarası)  kənardan  alınan 

əşya özün hazırladığından ucuz başa gəlirsə kənardan olmağa üstünlük 

verilməlidir. Beləliklə, A.Smitin bu sahədə baxışlarının  mahiyyti belə 

idi: beynəlxalq mübadilə inkişafının əsasını istehsal xərclərinin mütləq 

səviyyəsinin  eyni  işlər  (əşyalar)  üçün  аyrı-ayrı    ölkələrdə  müxtəlif 

olmasıdır. Gətirilən 


 

 

(idxal edilən) məhsulun iqtisadi səmərəsi о zaman ola bilər ki, nə 

vaxt  onu  

istehsal edən ölkədə bu məhsula çəkilən istehsal xərclərinin 

mütləq səviyyəsi aşağı olsun

Sonralar, 1817-

ci  ildə  D.Rikardo  özünün  "Siyasi  iqtisadın 

başlanğıcı  və  vergi  qoyma"  əsərində  isbat  etdi  ki,  mütləq  istehsal 

xərcləri prinsipi umumi qaydanın ancaq xüsusi halıdır və nisbi üstünlük 

nəzriyyəsini əsaslandırdı. O, göstərirdi ki, dünya ticarəti inkişafını təhlil 

edərkən  əmək    və  təbii  resursların  ölkələr  arasında  bərabər 

yerləşməməsini  və  məhsul  istehsal  etmə  texnologiyasının  müxtəlif  

ölkələrdə  eyni  səviyyədə  mütərəqqi  inkişaf  etməməsini  nəzərə  almaq 

lazımdır.  Vaxt  keçdikcə  müxtəlif  ölkələr  üzrə  məhsullar  istehsalının 

istər  mütləq  və  istərəsə  də  nisbi  səmərəlilıyı  dəyişə  bilər  və  dəyışır. 

Buna görə də beynəlxalq mübadilə arzu olunandır və bütün ölkələr uçün 

xeyirli ola bilər. D.Rikardo elə bir qiymət tapmağa çalışırdı ki, mübadilə 

həqiqətən də hamı üçün xeyirli  olsun. 

Dünya ticarətinin nəzəri məsələlərinə sonrakı illərdə (1848) Djon 

Stuart Mill nəzər yetirmiş və özünün "Siyasi iqtisadın əsasları" əsərində 

mübadilənin baş verdiyi qiymət zonasının meydanagəlmə mexanizmini 

izah  etdi  və  göstərdi  ki,  mübadilə  qiyməti  tələb  və  təklifə    əsasən 

formalaşır. Beləliklə də, beynəlxalq dəyər nəzəriyyəsi formalaşırdı. Bu 

nəzəriyyəyə  görə  ölkələr  arasında  mübadiləni  optimallaşdıran  qiymət 

mövcud olur. Bu qiymət isə hər hansı bır baxılan dövrdə tələb və təklfin 

təsiri altında formalaşır. 

Dünya  ticarəti  şaxələndıkcə,  inkişaf  etdikcə  onun  nəzəri 

məsələlərinə  yanaşma  tərzi  də  dəyişmişdir.  Getdikcə  iqtisadçı  alimləri 

və  xarici  ticarətlə  məşğul  olanları  istehsal  amilləri,  ixracın  və  idxalın 

həcmi,  onların  əmtəə  strukturu,  ticarətə  təsir  edən  amillər  və  onların 

təsnifləşdirilməsi,  azad  mübadilənin  əsasları  və  şərtləri  daha  çox 

maraqlandırmağa  başladı.  Məsələn,  beynəlxalq  ticarət  axını 

istiqamətinin və strukturunun nə ilə təyin olunması haqqındakı müasir 

təsəvvürlər  İsveç  alimləri  olan  Eli  Hekşer  və  Bertil  Olinin  apardıqları 

tədqiqatlara  və  gəldikləri  nəticələrə  əsaslanır.  Onlar  bu  və  ya  digər 

ölkənin  konkret  məhsul  istehsal  etmək  və  istehsal  amillərinə  məxsus 

olması sahəsındə üstünlüynü irəli sürmüşlər və onun izahını vermişlər. 

Öz  tədqiqatlarına  əsasən  onlar  “istehsal  faktoruna  (amilinə)  uyğun 

qiymətlərin  hamarlanması  teoremini  irəli  sürdülər.  Bunun  mahiyyəti 


 

 

ondadır  ki,  milli  istehsalların  müxtəlifliyi  ölkədə  formalaşmış  əmək,  

torpaq,  kapital  və  bu  və  ya  digər  məhsula  olan  daxili  tələbat  kimi 

istehsal amillərinin müxtəlif və rəngarəng olması ilə təyin edilir. 

Amerika  iqtisadçıları  N.Samuelson  və  V.Stolper  Yekşer-Olin 

teoremini  təkmilləşdirdilər  (1948).  Rus  mənşəli  Amerika  iqtisadçısı 

V.Leontyev  isə  bu  teoremdən  istifadə  edərək  özünün  məşhur 

"'Leontyevin paradoksu" əsərini hazırladı. Bu əsərində o, nisbi üstünlük 

nəzəriyyəsini daha da inkişaf etdirdi. 

Dünya  ticarətində  hazır  məhsullar  üzrə  mübadilə  həmişə  xüsusi 

yer  tutmuşdur.  İnkişaf  etmiş  sənaye  ölkələri  bir  qayda  olaraq  hazır 

məhsul  ixrac  edirlər.  Yüksək  rəqabətin  olması  mühiti  tədqiqatçıları 

dünya ticarətınin daha konkret aspektlərı ilə məşğul olmaga vadar edir. 

"Əmtəələrin  həyat  tsikli"  konsepsıyasının  tərəfdarları  hesab  edirlər  ki, 

ölkələr  arasında  müasir  ticarət  əlaqələrıni  izah  etmək  üçün  tsiklin 

pillələrindən  istifadə  etmək  olar.  Məsələ  burasındadır  ki,  ETT 

nəticəsində yeni məhsullar meydana gəlir və bu proses aramsız davam 

edir. Yeni məhsul meydana gəlir, "yaşayır" mübadilədə olur, sonradan 

bu  məhsul  daha  mükəmməl  məhsulla  əvəz  olunur.  Bu  proses  dünya 

ticarətinə,  beynəlxalq  mübadiləyə  də  güclü  təsir  göstərir.  "Əmtəənin 

həyat  (yaşama)  tsikli"  nəzəriyyəsinə  görə  bazarda  ilk  dəfə  görünən 

əmtəə  nə  vaxtsa  bazarı  tərk  edir  və  bu  dövr  ərzində  4  və  ya  5  pilləni 

keçir. R.Vemov, Ç.K

indelberqer  vo  P.Uels  öz  doktrinalarında  bu 

dəyışmələrin  sxemini  veriblər  və  göstəriblər  ki,  "tətbiq"  pilləsində 

yeniləşmə işlənib hazırlanır, yeni məhsulun istehsalı və daxili və xarici 

bazarlarda  satışı  təşkil  edilir.  "İnkişaf”  pilləsində  satışın  həcmi  daxili 

bazarda artmaqla yanaşı, məhsulun, yenıləşməni yaradan ölkədən, digər 

ölkələrə  ixracı  da  çoxalır.  Sonradan  rəqabət  güclənir,  istehsalın 

kapitaltutumu  artmağa  meyl  göstərir,  istehsalın  əvvəlcə  inkişaf  etmiş 

ölkələrdə, sonradan isə digər ölkələrdə təşkil edilməsi üçün ilkin şərtlər 

yaranır.  Yekunlaşdırıcı  dövrdə  hir  neçə  rəqabətçilər  qiymətləri  aşağı 

salmağa  başlayırlar.  Yetişmə  pilləsi  olan  üçüncü  (həm  də  dördüncü) 

pillədə  həmin  məhsulun  istehsalı  bir  çox  ölkələrdə  təşkil  edilir  və 

istehsalın həcmi artır. Bazarlarda və xüsusən də yeniliyin müəllifi olan 

ölkənin bazarında məhsul bolluğu müşahidə olunur. Tələb dayanıqlaşır, 

qiymət siyasətin rolu güclənir, iriseriyalı istehsala mənsub olan yüksək 

standartlaşma  əldə  edilir  və  nisbətən  aşağı  ixtisaslı  işçi  qüvvəsi  cəlb 



 

 

edilir.  Nəhayət,  enmə  adlanan  sonuncu  pillədə  inkışaf  etmiş  ölkələrdə 

bazar  çərçivəsinin  daralması  və  inkişafda  olan  ölkələrdə  isə  istehsan 

təmərküzləşməsi müşahidə edilir. Bu nəzəriyyə  bir daha sübut edir ki, 

yüksək  səviyyədə  inkişaf  etmiş  ölkələrin  həqiqətdə  də  texnoloji 

üstünlükləri  var  və  beynəlxalq  ticarətdə  onlar  bundan  olduqca  çox 

faydalanırlar. 

Göstərdiyimiz bıı nəzəriyyələrdən başqa problemə digər baxışlar 

da  mövcuddur.  Lakin  müəlliflərin  və  baxışların çox  və  az  olmasından 

asılı olmayaraq bircəhət hamı tərəfindən vurğulanır ki, о da beynəlxalq 

ticarətin, eyni dərəcədə olmasa da, hamı üçün müəyyən xeyrı olmasıdır. 

Lakin gənc oxucular üçün bir mühüm cəhəti qeyd etmək lazımdır. Bu da 

ondan ibarətdir ki, son vaxtlar nəzəriyyçilər diqqəti mikroiqtisadıyyata 

yönəltməyi təklif edirlər və təhlilləri firma və müəssisələr səviyyəsində 

gücləndirməyi  tövsiyə  edirlər.  Bunun  üçün  əsas  kimi  firmalararası 

beynəlxalq  mübadilə  həcminin  artmasını  (dərc  olunmuş  bəzi 

materiallara  görə  firmalararası  mübadilənin  həcmi  dünya  ticarətinin 

ümumi həcminin 70%-ə çatır) göstərirlər. Qeyd edək ki, bu faktın özü 

də  eyni  səviyyədə  inkişaf  etmiş  ölkələrin  arasında  belə  əmtəə 

mübadiləsinin  üstünlüklərini  təsdiqləyir.  Beynəlxalq  ticarət  məhz 

özünün  qarşılıqlı  xeyirli  olması  ilə  dünya  iqtisadiyyatına  güclü  təsir 

göstərir. Beynəlxalq ticarət nəzəriyyəsi isə mübadilələrin xeyirli olması 

mexanizmini  açır 

VƏ   

xarici  ticaret  axınlarının  hansı  səbəblərdən 



meydana gəlməsıni öyrənir. 

Üçüncü  aspektdə  ticarət  edən  ölkələrin  iqtisadi  təhlükəsizliyi 

məsələləri  nəzərdən  keçirilir.  Müasir  dövrdə  çox  böyük  praktiki 

əhəmiyyətə  malik  olmasını  nəzərə  alaraq  bu  məsələ  ayrıca  olaraq 

növbəti paraqrafda şərh edilir. 



1.4.Xarici ticarət və ölkənin iqtisadi təhlükəsizliyi 

 

Əslində  bu  problem  bütün  ölkələri  çox  dərindən  maraqlandıran 



problemdir.  Hamısı  beynəlxalq  mübadilənin  xeyirli  olmasından 

danışsalar  da  öz  ölkələrinin  təhlükəsizliklərinə,  millətinin 

çiçəklənməsinə  ciddi  yanaşan  dövlətlər  ilk  növbədə  özləri  haqda 

düşünürlər,  öz  daxili  bazarlarının  qorunmasına,  ölkədə  iş  yerlərinin 

yaradılmasına  çalışırlar  və  məqsədlərinə  çatmaq  üçün  bütün 


 

 

vasitələrdən  (hətta  hərbi  güclərindən)  istifadə  edirlər.  Yəni  söhbət 

burada  paradoksdan  gedir:  bir  tərəfdən  beynəlxalq  ticarətə  qoşulmaq, 

digər tərəfdən isə ölkənin daxili bazarını qorumaq lazımdır. İlk baxışda 

bu bir-

birinə zidd görünür. Lakin əslində bu tam şəkildə belə deyildir. 



Korrupsiyadan  uzaq  olan,  demokratiyanı  inkişaf  etdirən  dövlətlər 

problemi  optimal  həll  etmək  imkanına  daha  çox  malik  olurlar  və 

müvəffəqiyyət əldə edirlər. Əks halda ölkənin dünya bazannda asılılığı 

güclənir.  Bu  deyilənlərin  Azərbaycan  üçün  də  əhəmiyyəti  böyükdür. 

Hazırda  respublikaımzın  iqtisadiyyatı  çox  yüksək  dərəcədə  dünya 

bazarından  asılı  vəziyyətə  düşüb.  Belə  ki,  xarici  ticarət  dövriyyəsinin 

ÜDM-

də  xüsusi  çəkisi  1997-ci  ildə  41,0%  təşkil  etmişdir.  Müqayisə 



üçün qeyd edək ki, bu göstərici Yaponiya və ABŞ kimi dövlətlərdə 15-

16% təşkil edir. 

Beynəlxalq  mübadiləni  inkişaf  etdirdikdə  hər  hansı  bir  ölkənin 

qarşısında  duran  əsas  məsələlərdən  biri  də  xarici  tıcarət  əlaqələrinin 

coğrafi  quruluşudur.  Dövlət  yaxşı  bilməlidir  hansı  dövlətlə  və  nə 

səviyyədə ticarət əlaqələrinə girməlidir ki, özünün iqtisadi təhlükəsizliyi 

qoruna  bilsin.  Dünya  ticarətinə  üçüncü  aspektdən  yanaşmaq  müasir 

dövrdə о qədər aktuallaşmışdır ki, demək olar ki, bütün ölkələr və hətta 

beynəlxalq  təşkilatlar  bu  haqda  daha  ciddi  düşünməyə  başlamışlar. 

BMT  bu  sahədə  "Beynəlxalq  iqtisadi  təhlükəsizlik"  adlı    42/165  saylı 

qətnamə  qəbul  etmişdir.  Bundan  başqa,  BMT  Baş  katibi  «Beynəlxalq 

iqtisadi  təhlükəsizlik  konsepsiyası"  adlı  məruzə  ilə  çıxış  etmişdir.  Bu 

dünya  əhəmiyyətli  sənədlərdə  iqtisadiyyatın  əsas  problemləri 

araşdırılmış,  iqtisadi  təhlükəsizliyin  beynəlxalq  və  milli  mənbələri 

təsnifləşdirilmişdir. 

İqtisadi təhlükəsizlik nisbətən yeni iqtisadi anlayışdır. Mahiyyəti 

odur 

ki,  dövlət  beynəlxalq  əlaqələri  genişləndirərkən,  iqtisadiyyatın 



açıqlıq  səviyyəsini  yüksəldərkən  həmişə  çalışmalıdır  ki,  digər 

dövlətlərdən  tam  asılı  vəziyyətə  düşməsin.  Bəs  bunun  üçün  nə  etmək 

lazımdır?  Məhz  bu  suala  müxtəlif  alimlər  müxtəlif  cavab  verirlər, 

ölkələr də buna müxtəlif cür yanaşırlar. 

1980-

ci illərdə Yaponiya kimi yüksək inkişaf etmiş sənaye ölkəsi 



bu  məsələyə  çox  ciddi  fıkir  verməyə  başladi.  Yapon  alimləri  iqtisadi 

təhlükəsizliyın  təmin  olunmasını  beynəlxalq  amillərin  ölkə 

iqtisadiyyatına  dağıdıcı  təsirlərinin  qarşısının  alınması  kimi  qəbul 


 

 

edirdilər.  Onların  fıkrincə,  baxılan  dövrdə  Yaponiyanın  iqtisadi 

təhlükəsizliyi dörd amillə: iqtisadi və enerji ehtiyatları, ərzaq məhsulları 

ilə təmin olunma və dəniz nəqliyyatının təhlükəsizliyinin səviyyəsi ilə 

müəyyənləşməli idi. 

Rus  alimi  L.Abalkının  fikrincə,  ölkənin  iqtisadi  təhlükəsizliyi 

üçün, birincisi 

iqtisadi sərbəstlik (yəni dövlətin bütün milli ehtiyat-lara 

və  istehsala  tam  nəzarəti  və  sərbəst  iqtisadi  qərar  qəbul  edə  bilməsi), 

milli  iqtisadıyyatın  dayanıqlığı  və  stabilliyin  təmin  edil-məsi;  ikincisi 

yəni milli iqtisadiyyatın bütün formalarının qorun-ması və  fəaliyyətinə 

şərait  yaradılması,  vəziyyətin  dayanıqlığını  poza  biləcəк  addımların 

qarşısının  alınması  və  üçüncüsü  iqtisa-diyyatın  inkişafetmə 

qabiliyyətinin olmasi sərtlərinin ödənilməsi lazımdır. 

Bir  sıra  digər  alimlər  isə  iqtisadi  təhlükəsizliyi  səmərəli 

iqtisadiyyat,  daxili  iqtisadi  dayanıqlıq,  iqtisadiyyatın  tarazlı  inkişafi, 

xarici  əlaqələrin  idarə  olunması  dərəcəsi,  texnoloji  yeniliklərin  tətbiq 

edilməsı imkanları ilə əlaqələndirirlər. Lakin problemin həlli yollarının 

müxtəlif  olmasına  baxmayaraq  məqsəd  birdir:  beynəlxalq  amillərdən 

yaradıcılıqla  istifadə  etmək  lazımdır.  Bunun  üçün  ilk  növbədə 

iqtisadiyyata  müsbət  təsir  göstərən  amillərin  fəaliyyəti  üçün  münasib 

şərait  yaradılmalı,  iqtisadiyyatı  digər  ölkələrdən  asılı  edən  amillərdən 

xilas  edə  bilən  və  yaxud  da  onların  təsirlərini  neytrallaşdıra  bilən 

texniki, təşkilati, iqtisadi və sosial tədbirlər işləyib hazırlamalı və həyata 

keçirilməlidir. 

İqtisadi  təhlükəsizlik  və  onun  təmin  olunması  məsələsi  hər  bir 

ayrıca götürülmüş ölkədə müxtəlif cür qoyula bilər. Burada bir sıra amil 

və şərtlər irəli sürmək olar. Lakin təcrübə göstərir ki, dövlətin yerləşdiyi 

region, onun qonşularının kim olması aparıcı və əsas şərt ola bilər. Bu 

fıkri  Azərbaycanın  yerləşdiyı  geofiziki  mövqe  və  onun  qonşularının 

maraq  dairələri  təsdiq  edir.  Qonşu  amili  kimi  Azərbaycan  həmişə 

Rusiyanı,  İranı  və  Ermənistanı  nəzərdən  qaçırmamalıdır.  Bu  üç  ölkə 

istədikləri  vaxt  orta  məxrəcə  gələ  bilərlər  və  regionda  iqtisadi 

proseslərin  gedişinə  mane  ola  bilərlər.  Belə  şəraitdə  ölkənin  iqtisadi 

təhlükəsizliyi  məsələsinə  daha  ciddi  və  bütün  incəliklərı  ilə  yanaşmaq 

lazımdır. 

 


 

 

1.5.Dünya tic

arətinin dinamikası 

 

Dünya  ticarəti  daim  inkişaf  edən  irəliyə  doğru  hərəkət  edən  bir 



prosesdır.  Onun  sürətli  inkişafına  əvvəllər  maşınlı  istehsalların 

(İngiltərə,  Hollandiya  və  b.  ölkələrdə)  meydana  gəlməsi  və  inkişaf 

etməsi  güclü  təsir  göstərirdisə,  müasir  dövrdə  dünya  ticarəti  dina-

mikasına  (inkişaf  sürətinə)  güclü  təsir  edən  amil  və  şərtlər  çoxdur  və 

toplu şəkildə əsasən aşağıdakılardan ibarətdir: 

-

beynəlxalq  əmək  bölgüsünün  inkişafı  və  istehsahn  beynəl-



miləlləşməsinin sürətlənməsi; 

-

əsas  kapitalın  yeniləşməsinə,  iqtisadiyyatın  yeni  struklurlarının 



yaradılmasına,  köhnələrin  yenidən  qurulmasına  imkan  verən  elmi-

texniki  tərəqqi  və  onun  bu  vaxta  qədər  görünməmiş  sürətliliyi  və 

şaxələnməsi; 

-

transmilli korporasiyaların dünya bazarında aktıv fəaliyyəti; 



-

beynəlxalq  ticarətin  ümumdünya  ticarət  təşkilatı  (ÜTT) 

tərəfindən hazırlanmış tədbirləri üzrə tənzimlənməsi; 

-

beynəlxalq  ticarətin  liberallaşdırılması,  bir  çox  ölkələrin  ixracı 



məhdudlaşdırmayan,  gömrük  dərəcələrıni  aşağı  salan,  sərbəst  iqtisadi 

zonaların yaradılmasını nəzərdə tutan rejimləri qəbul etmələri; 

-

regional  maneələri  aradan  qaldırmağa,  ümumi  bazarı  forma-



lasdırmağa,  azad  ticarət  zonaların  yaradılmasına  kömək  göstərməyə 

qadir olan ticarət -iqtisadi inteqrasiya proseslərinin inkişafı; 

-

keçmiş  müstəmləkə  ölkələrinin  siyasi  müstəqillik  əldə  etməsi, 



onların  arasında  iqtisadiyyatı  xarici  bazara  səmtlənmiş  "yeni  sənaye 

ölkələri" qrupunun meydana gəlməsi; 

-

dünya  sosialist  sisteminin  dağılması  və  MDB  ölkələrinin  bazar 



iqtisadiyyatı istiqamətində inkişafa başlamaları. 

Bütün  bu  və  digər  amil  və  şərtlərin  təsiri  altında  dünya  ticarəti 

sürətlə  inkişaf  etməkdədir.  Cədvəl  5-də  dünya  ixracının  və  ticarətinin 

artım sürəti verilmişdir. 

 

 

                               


 

 

      

Cədvəl 5 

 

Dünya ticarətinin həcmi və ixracın orta illik artım sürəti 

 

Dünya 



ticarətinin həcmi 

Dünya ixracının orta artım sürəti 

illər 

trilyon   



ABŞ dolları ilə 

İllər 


%-

lə 


1970 

0,3 


1950 

1980 



1,9 

1960 


8,2 

1996 


5,1 

1970-1980 

9,0 

1997 


5.4 

          1990-1997 

1999 


... 

 

 



2000 

... 


1997-2000 

... 


2003 

(proqn


oz) 

7,0 


2000-2003 

... 


Göründüyü kimi 1950-

ci ildən baslayaraq 1997-ci ilə qədər dünya 

ixracatı  dayanıqlı  sürətdə  artmış  və  artım  sürəti  6,0%-dən  aşağı 

olmamışdır.  1970-1980-cı  illərdə  isə  hətta  9%  təşkil  etmışdir.  Bu  cür 

artım dünya ticarətinin ümumi dövriyyəsinə də müsbət təsir göstərmiş 

və nəticədə dünya ticarətinin həcmi 1970-ci ildəki cəmi 0,3 trilyon ABŞ 

dollarından 1997-ci ildən 5,4 trilyon ABŞ dollarına qədər yüksəlmişdir. 

Deməli,  baxılan  27  il  müddətində  dünya  ticarətinin  həcmi  18  dəfə 

ar

tmışdır. Bu çox yüksək göstəricidir. 



Əyanilik  üçün  cədvəl  6-da  dünya  ixracının  əmtəə  strukruru 

verilmişdir. 



 

 

                                                                          

cədvəl 6 

Proqnoza  görə  2003-cü  ilə  qədər  artım  davam  etməli  və  dünya 

ticarətinin həcmi 7,0 trilyon ABŞ dollarına çatmışdır. 

Beynəlxalq  iqtisadi  münasibətlərdə  də  dünya  ticarəti  xüsusi 

mövqeyə  malikdir.  Tədqiqatçılann  fıkrincə  bu  gün  beynəlxalq  iqtisadi 

münasibətlərin ümumi həcminin 4/5-ü dünya ticarətinin payına düşür. 

 

1.6.Dünya ticarətinin struktııru 

 

Dünya iqtisadiyyatına qiymət verərkən mühüm məsələlərdən biri 



də  dünya  ticarətinin  müəyyən  dövr  tiçün  formalaşmış  struktu-rudur. 

Dünya ticarətinin bir neçə əlamətlərə görə strukturunu öy-rənmək olar. 

Onların geniş yayılmışlarını qısaca nəzərdən keçirək. 

Dünya  ticarətinin  əmtəə  strukturu.  Bu strukturun 

öyrənilməsində məqsəd əmtəələrin əsas qruplannı təyin etmək (sayca və 

həcmcə)  və  onların  ümumi  ticarətdə  tutduqları  yeri,  onlar  arasında 

formalaşmış nisbətləri təyin etmək və nisbətlərin dəyişmə meyllərini və 

Məhsul növlərinin əsas 

qrupları 

I l l ə   r  

1937 

1960 


1975 

1985 


1995 

Ərzaq (içki və tütün də daxil 

olmaqla) 

22,8 


18.2 

12,2 


10,7 

8,1 


Xammal 

31,0 


16,7 

7.5 


5,9 

7,4 


Mineral yanacaq 

7,6 


10.1 

19,5 


12,3 

7,2 


Emal sənayesinin məhsulları 

38,6 


55.0 

59.7 


70,9 

77,3 


cümlədən: 

 

 

 



 

 

Avadanlıq, nəqliyyat vasitələri 



10,6 

21,2 


27,9 

35,1 


43,5  

Kimyəvi məhsullar 



4,6 

6,2 


7,2 

9,0 


9,4 

Qara vo əlvan metallar 

10,9 

9.0 


7,3 

5,3 


7,2 

Toxculuq   məmulatları   (iplik, 

parça, paltar) 

8,7 - 


5,4 

,9 


6,8 

7,1 


 

Əsas əmtəə qrupları üzrə diinya ixracının struktuıu (%-lə). 



 

 

səbəblərini  öyrənməkdir.  Hər  hansı  bir  struktur  tədqiqatlarında  olduğu 

kimi, burada da öyrənilir ki, hansı məhsullar ticarət dövrəsindən çıxırlar 

(tələbat  olmadığına  görə)  hansı  məhsullara  tələb  dayanıqlıdır  və  hansı 

məhsullar  yenidir  və  perspektivlidir.  Struktur  tədqiqatlar  hər  bir  ölkə 

üçün  qiymətli  məlumatlar  əldə  etməyə  imkan  verir.  Nəticələr  milli 

iqtisadiyyatın  strukturunun  təyin  edilməsində  istifadə  edilir.  Məsələn, 

Amerika və Yaponiya kimi iqtisadi cəhətdən nəhəng dövlətlərin dünya 

bazarında  üstün  yer  tutumalarının  əsas  səbəblərindən  biri  də  onların 

dünya  ticarəti  strukturunu  və  onun  dəyişmə  meylini  digər  ölkələrə 

nisbətən daha qabaqcadan proqnozlaşdıra bilmələridir. Bu onlara imkan 

verir  ki,  ixracın  və  idxalın  əmtəə  strukturunu  düzgün,  öz  ölkələrinin 

xeyrinə təyin etsinlər. 

Dünya ticarətinin əmtəə quruluşuna (strukturuna) ilk növbədə çox 

sürətlə  inkişaf  edən  ETT  və  beynəlxalq  əmək  bölgüsii  güclü  təsir 

göstərir.  Bu  amillərin  təsiri  altında  ölkələr  xammal  ixrac  etməkdən 

çəkinirlər  (bu  Azərbaycan  üçün  də  örnək  olmalıdır.  Lakin  təəssüflər 

olsun  ki,  biz  indi  əsasən  xammal  ixrac  edirik).  Nəticədə  dünya  ixracı 

həcmində  xammalın    xüsusi  çəkisi  baxılan  dövürdə  31,0  faizdən  7,4 

faizə  qədər  azalmışdır.  Əksinə,  emal  sənayesinin  məhsullan  38,6 

faizdən 77,3 faizə qədər yüksəlmişdir. 

Müasir  dövrdə  dünya  ticarəti  dövriyyəsinin  strukturcasına 

öyrənilməsi  yeni-yeni  prinsiplər  əsasında  aparılır.  Dünya 

iqtisadiyyatının inkişafı  və ölkələrin iqtisadi təhlükəsizliyi baxımından 

əmtəələrin keyfiyyət göstəricilərindən və xüsusən də böyük əhəmiyyət 

kəsb  edən  məhsulun  material-əmək-fond-enerji-elm-texnologiya 

tutumları  kimi  göstəricilərdən  istifadə  edib  -idxalın  və  ixracın 

strukturlannı öyrənmək son illərdə beynəlxalq təşkilatlar tərəfindən tez-

tez istifadə edilir. 

Məsələn,  Dünya  bankı  beynəlxalq  ticarətdə  mal  dövriyyəsinin 

texnoloji tutumuna görə strukturunu öyrənməyi əhəmiyyətli hesab edir 

və  mübadilə  edilən  məhsulları  "Təbii  resurslara  əsaslanan  mal 

dövriyyəsi",  "Yüksək  texnoloji  mürəkkəbliyi  ilə  fərqlənən  real 

dövriyyəsi",  "Orta  səviyyəli  texnoloji  mürəkkəb  əmtəələr",  "Aşağı 

səviyyəli texnoloji mürəkkəb məhsullar", "Digər ilkin məhsullar" və sair 

məhsullar kimi 6 qrupa bölür və struktur araşdırmalrı aparır. Qeyd edək 

ki, bu cür qruplaşdırmada məhsulun elm tutumluluğu əsas götürülür. Elə 


 

 

məlumatlara orta və  yüksək texnoloji mürəkkəb məmulatlar deyilir ki, 

onun hazırlanması ETTLİ üzrə  intensiv iş tələb edir və bu da ETTLİ-nə 

çəkilən xərclərin ümumi məbləği ilə qiymətləndirilir. 

Dünya iqtisadiyyatına və xüsusən beynəlxalq ticarətin inkişafına 

aid dərc olunan materiallar göstərir ki, dünyada əmtəə mübadiləsi artır 

və  ən  başlıcası  isə  burada  сох  müsbət  struktur  dəyişmələr  baş  verir. 

Məsələ  burasındadır  ki,  mübadilədə  iştirak  edən  bütün  məhsul  növləri 

iqtisadiyyatın  inkişafına  eyni  səviyyədə  təsir  göstərmir.  Məsələn,  təbii 

resurslarını  ixrac  edən  ölkəyə  demək  olar  ki,  "quru"  puldan  başqa  bir 

şey  qalmır.Təbii  resurslara  əaslanan  idxal  da  idxal  edən  ölkəyə  bilik 

baxımından da köklü bir şey bəxş etmir. Lakin təbii resursların idxalı ilə 

məşğul olan ölkələr əldə etdikləri resurslardan son məhsul hazırlayır və 

çoxlu  səmərə  əldə  edir.  Təbii  resursları  ixrac  edən  dövlət  isə  ümumi 

konteksdə  uduzur.  Yüksək  texniki  səviyyəyə  malik  olan  elm  tutumlu 

məhsullar üzrə ticarət isə həm idxalçı və həm də ixraçracçı ölkə üçün 

sərfəli olur. 

Dünya  bankının    verdiyi  məlumatlara  görə  beynəlxalq  ticarətin 

strukturunda  mütərəqqi  dəyişiklikiər  elm  tutumlu  məhsulların  xüsusi 

çəkisinin  yüksəlməsi  hesabına  baş  verir.  Bu  proses  dünya  miqyasında 

keçən  əsrin  70-ci illərində  başlayıb  və  indiyə  qədər  davam  edir. 

Gələcəkdə  isə  hər  bir  ölkənin  iqtisadi  təhlükəsizliyi  bu  məsələnin 

həllindən bilavasitə asılı olacaq. Tələsib elm tutumlu məhsul istehsalını 

mənimsəmək lazımdır. 



 

 

 

 

 

 

 

 

 

 

                         

Cədvəl 7 

Beyn

əlxalq  ticarətdə    mal  dövriyyəsinin  texnoloji  tutumuna  

görə strukturu (ümumi mal dövriyyəsinə görə faizlə) 

 

 



Mal qrupları 

İllər 


1976/1996 

 

Təbii resurslara əsaslanan mal dövriyyəsi 



1

11 



 

Yüksək texnoloji mürəkkəbliyi ilə fərqlənən mal 

1

22 


 

 

dövriyyəsi 

 

Orta səviyyəli texnoloji mürəkkəb əmtəələr 



2

32 



 

Aşağı          səviyyəli          texnoloji     mürəkkəb 

m

əhsullar 



2

18 



 

Digər ilkin məhsullar 

3



13 



 

Sair məhsullar 



 



Beyn

əlxalq  ticarətin  mal  dövriyyəsində  yüksək  texnoloji 

mürəkkəbliyi ilə fərqlənən məhsulların xüsusi çəkisi baxılan 10 ildə 11 

faizd


ən  22%-ə  qədər  artmışdır.  Dünya  ticarəti  mal  dövriyyəsinin 

strukturunun  təbii  resurslara  və  ilkin  məhsullara  əsaslanan  əmtəə 

mübadiləsinin xüsusi çəkisi isə getdikcə azalır. 

Yüksək texnoloji mürəkkəbliyi ilə fərqlənən əmtəələr üzrə dünya 

ölkələri  ilə  mübadiləyə  girmək  də  hər  iki  tərəf  üçün  xeyirlidir  və  son 

nəticədə bu proses dünya iqtisadiyyatının inkişafı üçün zəmin hazırlayır. 

İxrac  firmalara  dünya  standartları  və  keyfiyyət  sertifikatları  ilə  tanış 

olm


ağa,  istehsalın  genişlənməsi  hesabına  əlavə  mənfəət  əldə  etməyə, 

dünya bazarında rəqabət aparmaq qabiliyyətini artırmağa imkan yaradir. 

Dünya ticarətinin əmtəə strukturu ilə yanaşı ümumi strukturu da 

öyrənilir. Bu struktura yuxarıda şərh etdiyimiz əsas əmtəə qruplarından 

başqa beynəlxalq xidmət mübadiləsinin həcmi də daxil edilir. Keçən 

əsrin ikinci yansindan bu günə qədər beynəlxalq xidmət mübadiləsi çox 

yüksək sürətlə inkişaf edir. Nəqliyyat, maliyyə-kredit, turist və s. bu 

kimi ənənəvi xidmətlərlə yanaşı   beynəlxalq  mübadilədə  məlumat-

hesablama,   lisenziya, kosaltinq, «Nou-hau»,


Cədvəl 137 

 

 



injinirinq və s. kimi ETT-i ilə bilavasitə əlaqədar  olan 

xidmətlərin xüsusi çəkisi sürətlə artır (1996-cı il bu xüsusi çəki 

ümümdünya ixracının 20%-ni təşkil edirdi). 

       


Əhəmiyyətli olan məsələlərdən biri də dünya ticarətinin ərazi 

və regionlar, dövlət və dövlət qrupları üzrə strukturudur. Qısaca olaraq 

bu "beynəlxalq mübadilənin coğrafı strukturu" adlanır və ərazi və ya 

istehsal əlamətləri ilə qruplaşdırılan əmtəə axınları ilə xarakterizə 

olunur. 

Dünya  ticarətinin  coğrafı  strukturunun  öyrənilməsi  göstərir  ki, 

inkişaf etmiş ölkələrin payı burada da yüksəkdir. 1990-cı illərin axırında 

bu ölkələrin ixracı dünya ixracının 75%-ə qədərini təşkil etmişdir. Uzun 

müddət  bu  sahədə  liderlik  ABŞ-ın  tərəfındə  olub.  Lakin  dünya 

ticarətinin  irəliyə  doğru  hərəkəti  ABŞ-ın  mövqeyinə  mənfi  təsir 

göstərmiş və onun dünya ixracındakı 30-33% payının (1950-ci il) 12,0-

12,5  (1999)  faizə  qədər  azalmasına  səbəb  olmuşdur.  Almaniyanın  isə, 

əksinə,  dünya  ixracındakı  payı  getdikcə  artır.  Ümumiyyətlə,  Qərbi 

Avropa  ölkələrinin  iqtisadi  yüksəlişi  nəticəsində  Qərbi  Avropanın 

dünya ixracında tutduğu yer möhtəşəmləşir. Keçən əsrin son onilliyi bu 

cəhətdən avropalılar üçün əlamətdar olub və ixracın həcmi ABŞ-ın eyni 

göstəricisindən  4  dəfə  çox  olub.  Bundan  başqa,  1980-ci  illərdə 

beynəlxalq  mübadilədə  Yaponiyanın  rolu  kifayət  qədər  yüksəldi  və 

maşın  və  avadanlıq  üzrə  ixracda  ilk  dəfə  dünyada  birinci  yerə  çıxdı. 

Ölkə  qrupları  və  onların  dünya  ixracındakı  faktiki  payı  cədvəl  8-də 

verilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

              

Cədvəl 8 

 

         

Ölkələr qrupları üzrə dünya ixracının strukturu (son 20 

ildə) 

 

Ölk

ə qrupları  

Texniki pay intervalı (% -lə) 

S

ənayecə inkişaf etmiş ölkələr 



 

        70-76 



Cədvəl 138 

 

İnkişafda olan ölkələrin regionları 



        20-24 

Keçmiş sosialist ölkələri 

          6-10 

   


     

Beynəlxalq mübadilənin coğrafi strukturu tez-tez dəyişir.lakin 

ümumi  meyllər,  təkrar  olunan  proseslr  mövcuddur.  Məsələn,  inkişaf 

etmiş  ölkələr  çox  vaxt  bir-birilə  ticarət  edirlər  və  inkişafda  olan 

ölkələrin  ixracı  da  əsasən  onları  özləri  üçün  nəzərdə  tutulur.  Keçmiş 

sosialist  ölkələrinin,  (MDB  ölkələrinin  və  Rusiyanın)  dünya  xarici 

ticarətində rolu azalır. Çinin payı isə artır.Neft ixrac edən ölkələrin də 

dünya ticarətindəki payı getdikcə azalır. “Yeni sənaye ölkələri”nin rolu 

isə  artmaqdadır.  ABŞ  yenə  də  liderliyi  ələ  almışdır,  lakin  onunla 

dabandabana  hərəkət    edən  Sinqapuru,  Honkonqu  və  Yaponiyanı 

yaddan çıxarmaq olmaz. 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin