AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§5. INKIŞAFDA OLAN ÖLKƏLƏR VƏ DÜNYA



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
§5. INKIŞAFDA OLAN ÖLKƏLƏR VƏ DÜNYA 

İQTISADIYYATINDA ONLARIN MÖVQEYI 

 

5. 1. Inkişafda olan ölkələr və onların əsas əlamətləri 

 

Dünyanın  bir  çox  dövlətləri,  “inkişafda  olan  ölkələr” 



qrupuna daxil edilir. Lakin qabaqlar bu ölkələr “iqtisadi cəhətdən 

geri qalmış”, “açad olmuş”, “zəif inkişaf etmiş”, “Üçüncü dünya” 

(1950-ci  ildən  sonra)  ölkələrinə  aid  edilirdilər.  1980-ci  illərdən 

sonra  dünya  iqtisadiyyatında  bu  ölkələri  şərh  edərkən  “Cənub 

ölkələri»  məfhumundan  istifadə  edilməyə  başlandı  (müvafiq 

olaraq  “Şimal”  qrupuna  sənaye  baxımdan  inkişaf  etmiş  ölkələr 

daxil  edilirdi).  Müasir  dövrdə  inkişaf  etmiş  ölkələri  xarakterizə 


etmək üçün «mərkəz», zəif inkişaf etmiş ölkələri göstərmək üçün 

isə “ətraf” terminlərindən də istifadə edilir. 

“Inkişafda  olan  ölkələr”  anlayışı  altında  qruplaşdırılan 

ölkələrin  sayı  yüçdən  çoxdur.  Bura  XIX  əsrdə  və  İkinci  dünya 

müharibəsindən  sonra  müstəqillik  əldə  etmiş  ölkələr  daxil  edilir. 

Lakin  elə    bu  başdan  qeyd  edək  ki,  bu  məfhum  şərti  xarakter 

daşıyır  və  sadəcə  olaraq  oxşar  əlamətlərinə  görə  ölkələri 

qruplaşdırmaq  üçün  istifadə  edilir.  Haçırkı  dövrdə  bu  ölkələrin 

içərisində  elə  ölkələr  var  ki,  onlar  (məs.  Cənubi  Koreya 

Respublikası,  Tayvan,  Honkonq,  Sinqapur  və  s.)  artıq  inkişaf 

etmiş ölkələr hesab olunurlar. 

“Inkişafda  olan  ölkələr”  iqtisadi  inkişaf  baxımından 

müxtəlif  olsalar  da  onların  hamısının  oxşar  əlamətləri  vardır.  Bu 

əlamətlərə iqtisadiyyatın çoxukladlılığı, məhsuldar qüvvələrin zəif 

inkişafı, kənd təsərrüfatının geriliyi, əmək məhsuldarlığının aşağı 

olması,  sənayenin  zəif  inkişafı,  xidmətin  pis  inkişafı  və  təşkili, 

xarici kapitaldan güclü asılılıq, insan amilindən səmərəsiç istifadə 

edilməsi,  əhali  artımının  yüksək  sürəti,  beynəlxalq  əmək 

bölgüsündə  xammal    istehsalı  üçrə  ixtisaslaşma  kimi  əlamətlər 

daxildir.  Bu  cür  cəhətlərin  olması  ilə  yanaşı  inkişafda  olan 

ölkələrin  bir  sıra  ümumi  və  xüsusi  əlamətləri  də  mövcuddur  və  

illər keçdikdə ölkələr arasında differensiallaşma da güclənir. 

Bütövlükdə  götürdükdə  inkişafda  olan  ülkələrin  çoxunun 

təsərrüfatları yeknəsəqdir. Məhsuldar qüvvələri müxtəlif xarakter-

lidir.  Istehsal  mühiti  qənaətbəxş  deyildir.  Bütün  bunlar  ölkələrin 

dinamik inkişaf etməsinə mane olur.  Lakin o ölkələr ki, göstərilən 

mənfi  cəhətləri  aradan  qaldırmağa  səy  göstərirlər,  onlar  üçün 

problemlər  açalır  və    onlar  iqtisadiyyatda  müsbət  dönüş  yarada 

bilirlər. 

 

 



5.2. Inkişafda olan ölkələrin qruplaşdırılması 

 


Qeyd  etdiyimiç  kimi,  inkişafda  olan  ölkələrin  sayı  ümumi 

kontekstdə  100-ü  ötür.  Dünya  iqtisadiyyatında  onların  yerini 

düçgün  təyin  etmək  üçün  isə  onların  bir  yerdə  nəzərdən 

keçirilməsi dürüst nəticələr çıxarılmasına imkan vermir. Elə buna 

görə  də  iqtisadçılar,  tədqiqatçılar,  dünya  (beynəlxalq)  təşkilatları 

inkişafda olan dövlətləri qruplaşdırırlar. 

Dünya  iqtisadiyyatına  aid  olan  ədəbiyyatlarda,  məqalə  və 

hesabatlarda inkişafda olan ölkələrin qruplaşdırılması müxtəlif ya-

naşmalarla  aparılır.  Bu  çaman  sosial  inkişaf  və  onun  səviyyəsi, 

iqtisadi  potensial,  dünya  təsərrüfatındakı  rolu  və    ixtisaslaşması, 

yanacaq-enerji  resursları  ilə  təmin  olunub-olunmaması,  dünya 

iqtisadiyyatından  asılılıq  səviyyəsi,  ixrac  edilən  xammalın  növü 

və s. kimi müxtəlif kəmiyyət və keyfiyyət əlamətlərindən istifadə 

edilir. 


Bu  əlamətlərə  görə  inkişafda  olan  ölkələrin  arasında 

aşağıdakı qruplar daha çox nəzərə çarpır. 

 

 

1.Neft ixrac edən ölkələr 



Inkişaf  etməkdə  olan  ölkələr  arasında  bu  qrupun  öç  yeri 

vardır. Bu qrupun ölkələri neftin ixracından əldə etdikləri vəsaitin 

hesabına  xarici  mühəndis  və  elmi  kadrları,  yüksək  ixtisaslı 

fəhlələri  cəlb  etmək,  müasir  texnikanı  idxal  etmək  yolu  ilə 

iqtisadiyyatda  güclü struktur dəyişiklikləri etməyə, əhalinin həyat 

şəraitinin  və  təhsilinin  nisbətən  yaxşılaşmasına  nail  olmuşlar. 

Lakin  onlar  dünya  təsərrüfat  sistemindən  asılı  vəziyyətdə 

qalmaqda  davam  edirlər.  Məsələ  burasındadır  ki,  iqtisadi 

inkişafını  neft  ixracına  bağlayan  heç  bir  ölkə  qiymət  amilindən 

can qurtara bilmir. Dünya baçarında neft üçrə təklif artdıqca neftin 

satış qiyməti də aşağı düşür ki, bu da xammal ixrac edən ölkənin 

iqtisadiyyatına ciddi mənfi təsir göstərir. 

Onu  da  nəzərə  almaq  laçımdır  ki,  bir  neçə  inkişaf  etmiş 

ölkələr  (məs.Ingiltərə,  Norveç)  prinsipcə  yeni  texnologiyalarla 

neft  çıxarmaq  və  baçarda  yer  tutmağa  qadir  düvlətlərdir.  Onlar  


inkişafda  olan  və  neftin  ixracına  ümid  bəsləyən  ölkələrin  bir 

vaxtlar əldə saxladıqları inhisar vəziyyətlərinə çərbə vura bilərlər. 



 

2. Yeni  sənaye ölkələri. (YSÜ) 

Təhlil  göstərir  ki,  bu  qrupa  daxil  edilən  ölkələrin  siyahısı 

artır. Bu ölkələrin başlıca xüsusiyyətlərindən biri onların xammal 

ixracından  yavaş-yavaş  imtina  edib  haçır  məhsul  ixracına 

keçmələridir.  Qrupun  ölkələrində  iqtisadiyyatın  inkişafı  daha 

sürətlə baş verir. Iqtisadiyyatın artım sürətinə görə digər inkişafda 

olan  ölkələri  geridə  qoyan  dövlətlərə  yer  kürəsinin  bütün 

əraçilərində rast  gəlmək  olar.  Lakin Asiya  ölkələrində bu inkişaf 

daha  çox  nəzərə  çarpır.  Belə  ölkə  və  əraçilərə  Cənubi  Koreya 

Respublikası,  Tayvan,  Honkonq,  Sinqapur,  Malayçiya,  Tailand, 

Argentina, Braçiliya, Meksika kimi ölkələr daxildir. 

YSÜ-i  fenomeninin  meydana  gəlməsi  dünya  baçar 

yarımsistemlərinin  ekstentiv  inkişafına  səbəb  olmuşdur. 

Mütəxəssislərin  proqnoçlarına  görə  XXI  əsrdə  Asiya  və  Sakit 

Okean  ölkələri  daha  da  inkişaf  etməlidirlər.  ßn  çox  dinamik 

inkişaf  isə  Şərqi  və  Cənubi-Şərqi  Asiya  ölkələri  qrupunda 

göçlənilir  ki,  bunların  da  inkişafına  ilk  növbədə  Yaponiya  və 

ondan  sonra  gələn  Koreya  Respublikası,  Sinqapur,  Tayvan, 

Malayçiya,  Tailand,  Fillippin,  Indoneçiya  kimi  dövlətlər    güclü 

təsir  göstərəcəklər.  Dünya  iqtisadiyyatında  bu  superregion  çox 

vaxt yeni “Texnoloji fəza” regionu kimi tanınır. 

Onu da qeyd edək ki, 1980-ci ilin ortalarına qədər YSÖ-lər 

qrupuna  əsasən  kiçik və  orta  ölkələr    daxil  idi.  Haçırda  bu  qrupa 

Argentina, Braçiliya, Meksika, Hindistan, Pakistan kimi iri ölkələr 

də    real  namizəddirlər.  Bu  cür  inkişafda  olan  ölkələrin  sürətli 

inkişafının  səbəbi  son  illərdə  onların  sənaye  məhsulu  ixracı  üçrə 

aktiv siyasət aparmaqlarıdır. 

3. Latın Amerikasının inkişafda olan ölkələr qrupu.  

Qrupa  Çili,  Uruqvay,  Argentina,  Peru,  Venesuela,  Panama, 

Dominikan       və  s.  bu  kimi  ölkələr  daxildir.  Bu  ölkələr  öçlərinin 

təsərrüfat inkişafında digər regionların inkişafda olan ölkələrindən 



çox  inkişaf  sürətinə  malik  olmaqları  ilə  fərqlənirlər.  Onların 

inkişafında iqtisadi strategiyaların rolu çox olmuşdur. Bu qrupun 

ölkələri əvvəllər (XIX əsrin ikinci yarısında) liberal və açad ticarət  

strategiyası götürmüşdülər. Lakin 1920-ci ildə məlum oldu ki, bu 

strategiya onları dünya baçarına xammal çıxaran ölkələrə çevirib. 

1929-1933-cü  illərin  dünya  böhranı  bu  ölkələrin  başçılarını  da 

iqtisadi  strategiyaları  dəyişdirməyə  vadar  etdi  -  iqtisadiyyatın 

dövlət tənçimlənməsinə doüru istiqamət götürüldü.  Yeni iqtisadi 

strategiya  Latın  Amerikası  ölkələrinin  iqtisadiyyatına  müəyyən 

səviyyədə  müsbət  təsir  göstərsə  də  dövlətin  rolunun  artması  və 

bununla  yanaşı  bürokratik  iş  üsullarının  kəskinləşməsi  iqtisadi 

potensialın  genişlənməsinə  mənfi  təsir  göstərirdi.    Dünya  baçarı 

ilə  əlaqələrin  zəifləməsi  bu  prosesi  daha  da  gücləndirirdi.  Lakin 

bunlara  baxmayaraq  iqtisadiyyata  dövlət  himayədarlığı  bu 

ölkələrdə yarım əsrlik bir dövrü əhatə edə bildi.  Bu dövrdə Latın 

Amerikasının  inkişafda  olan  dövlətlərinin  bəzilərində  nisbətən 

yüksək  inkişaf  qeydə  alınsa  da,  1940-1950-ci  illərdə  «Argentina 

sıçrayışı”, 1960-1970-ci illərdə “Braçiliya möcüçəsi” baş versə də 

bütövlükdə  ölkələrin  iqtisadiyyatında  köklü  dəyişikliklər  nəzərə 

çarpmırdı və yeni dövr üçün yeni strategiya tələb olunurdu. Məhz 

buna görə də 1970-ci ilin ortalarından Çili, Uruqvay və Argentina 

kimi ölkələr yeni inkişaf strategiyasına keçdiklərini bəyan etdilər. 

Bu  strategiyanın  də  əsasını  liberal  siyasət  təşkil  edirdi.  Lakin 

əvvəlkindən  (1920-ci  ildəkindən)  fərqli  olsun  deyə  hakimiyyətə 

gəlmiş xuntalar onu yeni liberal siyasət adlandırdılar. Bu siyasətə 

görə  dövlətin iqtisadiyyata müdaxiləsi xeyli zəifləyirdi. 

Göstərdiyimiz bu qruplardan əlavə digər qruplar da fərqlən-

dirilir.  Ümumiyyətlə  götürdükdə,  ölkələrin  sayının  çox  olması, 

müxtəlif    coürafi  mövqeləri,  sosial-iqtisadi  inkişaf  səviyyələri  

nəzərə alınarsa, inkişafda olan ölkələri digər müxtəlif qruplarda da 

ayırmaq olar. Ölkələr qruplaşdırılarkən bu məsələni araşdıran təd-

qiqatçını 

və  yaxud  beynəlxalq  təşkilatı  maraqlandıran  

əlamətlərdən də istifadə edilir. Məsələn, təhlilin məqsədindən asılı 

olaraq  “aktiv  ödəmə  balanslı”  ölkələr,  “kapitalı  idxal  edən 


ölkələr”, “enerji resurslarını ixrac edən”, “enerji resurslarını idxal 

edən”  ölkələr  qrupları  fərqləndirilir.  Inkişafda  olan  ölkəni  bu  və 

ya  digər  qrupa  daxil  etmək  üçün  qruplaşdırıcı  əlamətə  çox  vaxt 

müəyyən  hədd  qoyulur.  Məsələn,  ölkəni  “enerji  resursları  ixrac 

edən” ölkələr qrupuna daxil etmək üçün o aşağıdakı iki əlavə şərti 

ödəməlidir: 



1. 

 

Ölkənin  istehsal  etdiyi  ilkin  enerji  resurslarının  miqdarı 

öç tələbatından heç olmasa 20% çox olsun; 

2. 

 

Enerji  resursları  üçrə  ixracın  həcmi  ölkənin  bütün  ixrac 

həcminin ən açı 20%-ni təşkil etmiş olsun. 

Beynəlxalq 

təşkilatlar 

inkişafda 

olan 

ölkələri 



qruplaşdırdıqda “ən zəif inkişaf etmiş ölkələr” qrupu fərqləndirilir 

və  bu  qrupa  50  ölkə  daxil  edilir.  Birləşmiş  Millətlər  Təşkilatı 

ölkələri  bu  qrupa  daxil  etmək  üçün  üç  şərtdən:  1)  adambaşına 

düşən ümumi daxili məhsulun həcmi 350 dollardan çox deyilsə: 2) 

yaşlı  əhalinin  sağlamlığı  20%-dən  də  aşağıdırsa:  və  3)  ÜDM-ın 

tərkibində emal sənayesinin xüsusi çəkisi 10%-dən aşağıdırsa, bu 

qrupa  Asiyanın  8  dövləti,  Afrikanın  28  dövləti  və  Latın 

Amerikasının və Okeaniyanın 5 dövləti  daxil edilir. 

 

 

 



 

VIII FƏSİL. DÜNYA SƏNAYESİ VƏ 

İQTİSADİYYATIN İNKİŞAFINDA ONUN ROLU 

 

§1. Sənaye - iqtisadiyyatın xüsusi bölməsidir 

 


 

 

224 



 

Sərlövhədə  “xüsusi”  sözünü  işlətməkdə  məqsəd  sənayenin 

iqtisadiyyatda  özünəməxsus  yer  tutmasını  qabartmaqdır.  Doğrudan  da 

sənaye  ölkə  iqtisadiyyatını  yüksəltmək  və  ölkədə  sosial-iqtisadi 

məsələlərin  həll  edilməsi  üçün  hər  şey  etməyə  qadirdir.  Təki  dövlət 

rəhbərləri  yaradıcılıqla  bütün  resursları  səfərbər  edib  sənayeni  inkişaf 

etdirməyə  səy  göstərsinlər.  Populyar  şəkildə  bu  cümləni  işlətməkdə 

məqsədimiz  göstərməkdir  ki,  doğrudan  da  ölkə  var  sənayesi  yüksək 

dərəcədə inkişaf edib, baxmayaraq ki, bunun üçün resurs imkanı ya heç 

yoxdur,  ya  da  məhduddur,  ölkə  də  var  ki,  təbii  resursları  ola-ola 

sənayesi  çox  zəif  inkişaf  edib.  Bəs  bunun  səbəbi  nədir?  Sənayenin 

aparıcı  rolunu  dərindən  başa  düşən  dövlət  rəhbərləri  öz  ölkələrində 

güclü sənaye yarada bilmişlər. Planetimizdə güclü ölkə sənayesi inkişaf 

etmiş  ölkələrə  deyirlər.  Çox  məhdud  şəkildə  təbii  resursları  olan 

Yaponiya, Qərbi Avropa ölkələri sənayeni inkişaf etdirməklə dünyanın 

üç güc mərkəzindən ikisini təşkil  edirlər (birinci güc mərkəzi ABŞ-dır 

ki, onun da sənayesi dünyanın ən nəhəng ölkə sənayesidir). 

Sənayenin aparıcı rolunun hərəkətverici qüvvələri nədir? 

İriləşdirilmiş  şəkildə  cəmiyyəti  yaşadan  iki  sahə  var  -  kənd 

təsərrüfatı və sənaye. Bunlardan da birincisi kənd təsərrüfatıdır. Tarixi 

baxımdan  sənaye iqtisadiyyatın bir sahəsi kimi sonralar meydana gəlib. 

Lakin buna baxmayaraq böyük daxili imkan

lara  malik  olduğunu 

göstərib.  Sənaye maddi istehsal  sferasından  əmək  bölgüsü  nəticəsində 

ayrılmış  və  inkişaf  etmişdir.  Praktiki  baxımdan  kənd  təsərrüfatının 

inikşafı  üçün  sənayedən  qat-qat  çox  məhdudiyyətlər  var.  Sənayenin 

inkişaf imkanları və sosial-iqtisadi inkişafa təsir dairəsi çox şaxəlidir və 

ETT ilə üzvi birləşdikdə isə hətta sonsuzdur.  

Bu  gün  dünya  miqyasında  sənaye  şaxələnmiş,  onun  çoxlu 

sahələri,  yarımsahələri  dünyanın  bütün  ölkələrində  fəaliyyət  göstərir. 

Sənayenin inkişafı indi bir çox ölkələrin ÜDM-da üstün xüsusi çəkiyə 

malik olan və “üçüncü struktur” adlanan xidmət sahəsinin də inkişafına 

səbəb olmuşdur. Sənaye inkişaf etdikcə ölkələrin ÜDM-da onun xüsusi 



 

 

225 



çəkisi  artır,  kənd  təsərrüfatının  xüsusi  çəkisi  isə  əksinə,  həddən  çox 

azalır.  Aşağıdakı  verdiyimiz  cədvəlin  məlumatlarından  sənayenin 

ÜDM-

da tutduğu yer aydın görünür (cədvəl 19). 



 

Cədvəl 19 

Dünyada və ayrı-ayrı ölkələrdə ÜDM-un quruluşu (1997-ci il 

%-

lə) 

 

Ölkə və 



regionlar 

Ümumi daxili məhsul 

cəmi 


O cümlədən mənbələri üzrə 

kənd  təsər-

rüfatı 

sənaye  xidmət 



Bütün dünya 

100 


6,7 

37 


56,3 

o  cümlədən  ölkə  və  regionlar 

üzrə 

 

 



 

 

ABŞ 



100 

32 



65 

Rusiya 


100 

39 



54 

Türkiyə 


100 

17 


28 

55 


Yaponiya 

100 


2,0 

38 


60 

Azərbaycan 

100 

22 


18 

60 


Ermənistan 

100 


44 

35 


21 

Gürcüstan 

100 

35 


35 

30 


Fransa 

100 


26 


72 

Aşağı və orta gəlirli ölkələr 

100 

16 


36 

44 


Cənubi  Afrika  (cənubdan 

Saxaraya qədər) 

100 

25 


36 

39 


Şərqi  Asiya 

100 


19 

45 


36 

Avropa və Orta Asiya 

100 

11 


36 

53 


Cənubi Asiya 

100 


27 

28 


45 

Yüksək gəlirli ölkələr  

100 



36 



61 

§2. Sənayenin aparıcı rolunun mahiyyəti 

 

 

226 



 

Sənaye  ölkə  təsərrüfatının  başlıca  və  aparıcı  sahəsidir.  Bu  fikrə 

bütün kitab, monoqrafiya, dərslik və dərs vəsaitlərinin səhifələrində rast 

gəlmək  olur.  Sənayenin  aparıcı  sahə  olması  isə  demək  olar  ki,  hamı 

tərəfindən  təsdiqlənir.  Təcrübə  də  bunu  sübut  edir.  Bəs  sənayeni 

iqtisadiyyatın aparıcı sahəsi edən nədir? 

İlk  növbədə,  bu,  sənayenin  buraxdığı  məhsulun  xarakterik 

xüsusiyyəti ilə bağlıdır. Sənayedə istehsal olunan məhsulun böyük  bir 

hissəsi sonradan əmək aləti kimi istifadə edilir. Sənaye öz məhsulları ilə 

iq

tisadiyyatın  bütün  sahələrində  və  eyni  zamanda  sənayenin  özündə 



istehsalı  qabaqcıl  texnika  və  texnologiya  ilə  silahlandırır.  Sənayedə 

müxtəlif  cür  (tip)  maşın  və  mexanizmlər,  bina  və  qurğuların  ayrı-ayrı 

elementləri istehsal edilir, neft, filiz, duz, daş kömür, təbii qazdan və s. 

bu kimi faydalı qazıntılar hasil edilir, yenidən işlədilir, materiallar emal 

edilir, istehlak malları istehsal edilir. 

Sənaye  məhsulu  bir  əmək  aləti  kimi  ölkə  iqtisadiyyatının  bütün 

sahələrində istifadə edilir. Buna  görə də kənd təsərrüfatının, rabitənin, 

tikintinin,  nəqliyyatın,  maddi-texniki  təchizatın,  ticarətin,  tədarükün, 

ictimai  iaşənin  iqtisadi  inkişafı  son  nəticədə  sənayedən  asılı  olur. 

Sənaye iqtisadiyyatın bütün bu sahələrini keyfiyyətli, davamlı, etibarlı, 

uzunömürlü, mün

asib qiymətli avadanlıqlarla təchiz etməlidir. Sənayecə 

istehsal  edilən  maşın  və  mexanizmlərin  məhsuldarlığı  iqtisadiyyatın 

digər sahələrində də  əmək məhsuldarlığını  yüksəltmək üçün  əsas  amil 

hesab edilir. 

Sənaye ölkənin və dünyanın iqtisadi potensialının güclənməsinin 

ilkin  şərtidir.  Təsadüfi  deyildir  ki,  dünya  iqtisadiyyatına  aid  olan  çap 

materiallarında “inkişaf etmiş ölkələr” ifadəsi “sənaye cəhətdən inkişaf 

etmiş ölkələr” ifadəsi ilə əvəz olunmaqdadır. Ona görə ki, inkişaf etmiş 

ölkə ancaq sənaye cəhətdən inkişaf etmiş ola bilər. Sənaye güclü olarsa 

iqtisadi  potensial  da  güclü  olar.  ABŞ,  Yaponiya,  Böyük  Britaniya, 

Almaniya  Federativ  Respublikası,  Fransa  və  Qərbin  digər  ölkələrinin 



 

 

227 



iqtisadi  potensialı  ona  görə  yüksəkdir  ki,  bu  ölkələrdə  sənaye  lazımi 

səviyyədə inkişaf etdirilmişdir. 

Sənaye  ölkənin  sosial  məsələlərini  həll  etmək  xüsusiyyə-tinə 

malikdir.  İlk  növbədə  sənaye  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsinə  səbəb  olur.  Sənaye  iş  yerləri  yaradır,  məşğul-luğu 

yaxşılaşdırır, işsizliyi azaldır. 

Təxminən 30 il bundan qabaq ETT-nin  nəticəsi  kimi  kompüter 

inqilabı başladı. Bunun mənfi sosial nəticəsi o idi ki, çoxlu işçi ixtisara 

düşdü.  Belə  hal  hətta  inkişaf  etmiş  ölkələrdə  sosial  partlayışların 

meydana  gəlməsinə  səbəb  ola  bilərdi.  Lakin  demək  olar  ki,  bu  baş 

vermədi.  Səbəbi  yenə  də  sənaye  idi.  Sənaye  yeni  iş  yerləri  yaratmaq 

qabiliyyətini  bir  daha  nümayiş  etdirdi.  Sənayenin  aparıcı  sahə  kimi 

mahiyyətinin əsas cəhəti də elə bundadır. Əgər yada salsaq ki, bir əmək 

aləti  olmaqla  kompüter  texnikası  da  sənayenin  məhsuludur,  onda 

sənayenin sosial-iqtisadi inkişafda aparıcı rolu aydın olar. 

İstehsal  etmək,  sosial-iqtisadi  tələbatları  ödəmək  bütün  ölkələrin 

istək  və  arzusu  olsa  da  buna  hamı  eyni  dərəcədə  nail  ola  bilmir.  İlk 

növbədə  ona  görə  ki,  bu  gün  dünya  bazarında  hökm  sürən  qızğın 

rəqabət şəraitində potensial alıcılara ancaq keyfiyyətli və xüsusən də az 

əmək,  enerji,  material  tutumlu,  nisbətən  az  istehsal  xərcləri  ilə  başa 

gələn  və  yüksək  istehlak  göstəricilərinə  malik  məhsul  yol  tapa  bilir. 

Deməli,  ölkələr  sənayedən  bir  aparıcı  sahə  kimi  bəhrələnmək 

istəyirlərsə hər hansı bir istehsal yox, ancaq yüksək səmərə verə bilən 

istehsal formalaşdırmağa nail olmalıdırlar. Məhz  bu məsələnin də həlli 

yenə də sənayedən asılı olur. Həqiqətdə burada söhbət sənaye vasitəsilə 

sənaye  istehsalının  səmərəliliyinin  yüksəldilməsindən  gedir.  Bu  işin 

öhdəsindən də sənaye cəhətdən inkişaf etmiş ölkə müvəffəqiyyətlə gələ 

bilər.  Bundan  başqa,  geniş  nomenklatura  və  çeşidlər  üzrə  məhsul 

istehsal edən müəssisə və birliklər, firmalar və şirkətlər istehsalı yenidən 

təşkil  edərkən,  prinsipcə  yeni  məhsul  istehsal  edərkən  çoxlu  sayda 

texnoloji  avadanlıqları  yenisi  ilə  əvəz  etməli  olurlar.  Bu  məsələ  də  

sənayedən  və  onun  sahə  quruluşundan  asılı    olur.  Ən  yeni  maşın, 



 

 

228 



mexanizm,  aqreqat,  EHM  və  s.  istehsal  edilir.  İstehsalın  texniki 

səviyyəsinin  innovasiya  proseslərinə  uyğun  gəlməsi  üçün  sənayedə 

buraxılan  maşın  və  qurğular,  cihaz  və  ləvazimatlar  elmi-texniki 

tərəqqinin son nailiyyətlərini özündə əks etdirməli və deməli, mütərəqqi 

olmalıdır. Bu tələbin ödənilməsi isə bilavasitə sənayenin özündən, orada 

gedən texniki, texnoloji, təşkilati, sosial-iqtisadi proseslərdən asılı olur. 

Proseslərin  və  dəyişikliklərin  elmi  əsaslar  üzərində  baş  verdiyi  dövlət 

son  nəticədə  rəqabət  dözümlü  sənaye  məhsulu  istehsal  etmək  imkanı 

əldə edir və çoxlu iqtisadi səmərə qazanır. Yeri gəlmişkən qeyd edək ki, 

sənayenin ən səmərəli və onun aparıcı sahə olması, həm də bununla izah 

olunmalıdır  ki,  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  il  ərzində 

yaradılan əlavə dəyərin 35-40 faizi sənayenin payına düşür. 

Sənaye  məhsulu  daha  çox  elmtutumludur.  Bütün  ölkələrdə  və 

xüsusən  də  inkişaf  etmiş  ölkələrdə  fundamental  tədqiqatlarla  yanaşı 

tətbiqi  tədqiqatlar  da  həyata  keçirilir.  Təhlil    göstərir  ki,  fundamental 

tədqiqatlar  ayrı-ayrı  institutlar  tərəfindən  aparılırsa,  tətbiqi 

araşdırmaların  əsas  hissəsi  sənayenin  payına  düşür.  Bu  gün  öz 

məhsulları  ilə  dünya  bazarında  liderlik  edən  aparıcı  ölkələr  sənayedə 

elmtutumlu məhsul istehsalını artırırlar. Geri qalmamaq üçün sənayedə 

elmi-


tədqiqat işlərinə yönəldilən vəsait ilbəil artırılır. 1996-cı ildə ABŞ 

elmi-


tədqiqat  və  layihə-təcrübə  işlərinə  184,7  milyard  dollar  vəsait  

xərclənmişdir ki, bunun da əsas hissəsi (70%-i) birbaşa və  ya dolayısı 

yolla sənayenin payına düşür. Amerika Birləşmiş Ştatları dünyada hərbi 

və  istehsal  təyinatlı  superkompüterlər,  aviasiya  və  kosmik  texnika, 

lazer,  biotexnologiya  və  s.  bu  kimi      elmtutumlu  sənaye  məhsulları 

istehsalı üzrə dünyada lider mövqelərini saxlamaqdadır.  

Sənaye  istehsalı  ilə  elmin  əlaqələndirilməsi,  iqtisadiyyatın  digər 

sahələri  ilə  elmin  əlaqələndirilməsindən  daha  çox  fayda  verir.  Elmlə 

sahibkarlıq    fəaliyyətinin  sənayedə  üzvi  surətdə  birləşməsi  müxtəlif 

formalarda  həyata  keçirilir.  Sürətlə  inkişaf  edən  innovasiya    biznesi 

böyük  əhəmiyyət  kəsb  edir.  Onun  mərkəzində  ərazi  elmi-istehsal 

kompleksləri  durur.  İnkişaf  etmiş  ölkələrdə  belə  komplekslər 



 

 

229 



“Texnopark”,  “texnopolis”  kimi  adlandırılır  və  onların  əsas  məqsədi 

sənayedə  elm  tutumlu  məhsul  istehsalını  artırmaqdır.  Texnopolislərdə 

prinsipcə  ən  yeni  texnikalar  və  texnologiyalar  yaradılır,  sınaqdan 

çıxarılır və elmtutumlu məhsulların kiçik seriyalarla buraxılmasını təşkil 

edirlər.  ABŞ-da 100-dən  çox  texnopolislər  fəaiyyət  göstərir.  Dünya 

miqyasında elmtutumlu məhsulun 40%-ə qədəri, ABŞ-ın payına düşür. 

Elmt

utumlu  sənaye  məhsulu  iqtisadiyyatın  digər  sahələrinin  də  sürətli 



inkişafı  üçün  şərait  yaradır.  Bu  da  sənayenin  iqtisadiyyatda  aparıcı 

rolunun mahiyyətinin nədən ibarət olduğunu göstərir. 

İqtisadiyyatın  bütün  bölmələri  bu  və  ya  digər  səviyyədə  inkişaf 

edir


.  Bunu  dünyanın  həm  zəif,  həm  də  güclü  ölkələrinin  uzunillik 

təcrübəsi  göstərir.  Lakin  tarixin  öyrənilməsi  aydın  gös-tərdi  ki,  əmək 

bölgüsü  nəticəsində  sənayenin  kənd  təsərrüfatından  ayrılıb  sərbəst 

sahəyə  çevrilişindən  sonra  vəziyyət  də-yişmişdir.  Sənayenin  inkişafı, 

burada  istifadə  edilən  üsul  və  yanaşmalar,  istifadə  olunan  prinsiplər, 

istehsalın  təşkili  həmişə  iqtisadiyyatın  digər  bölmələri  üçün  nümunə 

olmuşdur.  “Səna-yeləşmə”,  “sənaye  üsulu”  kimi  terminlərin  meydana 

gəlməsi və kütləviləşməsi də sənayenin qabaqcıl sahə olmasını göstərir. 

Sənaye  ölkə  ərazisinin  sosial-iqtisadi  inkişafına  güclü  təsir 

göstərir.  İnkişaf  etmiş  mahal,  kiçik  və  ya  böyük  ərazi,  kənd,  qəsəbə, 

rayon o ərazilərə demək olar ki, orada bu və ya digər səviyyədə sənaye 

inkişaf  etmiş  olsun.  Sənaye  yerləşdiyi  ərazinin  təbii  və  insan 

resurslarından  səmərəli  istifadə  edilməsi  üçün  obyektiv  əsas  yaradır, 

yerli xammal və materialların istehsala cəlb edilməsinə səbəb olur, yeni 

iş  yerləri  yaratmaqla  əhalinin  ölkə  ərazisində  bərabər  və  proporsional 

yerləşməsini təmin edir. Dünya miqyasında çoxlu misal göstərmək olar 

ki, sənayenin ərazi baxımdan düzgün yerləşdirilməməsi, bir sıra sosial-

iqtisadi  gərginliklərin  meydana  çıxmasına  səbəb  olmuşdur.  Bizim 

respublikamız  buna  əyani  sübutdur.  Keçən  əsrin  əvvəllərindən 

sənayenin  sürətli  inkişafı  (neft  və  qazın  hesabına)  baş  verirdi.  Lakin 

Rusiyanın apardığı məqsədyönlü mənfi siyasətin nəticəsində  sənaye və 

onunla  əlaqədar  olan  müəssisələr  əsasən  Bakı  şəhərində 



 

 

230 



yerləşdirildiyindən,  respublikamızın  digər  rayonlarında  məhsuldar 

qüvvələrin  inkişafı  çox  zəif  inkişaf  etdirilirdi.  Keçmiş  SSRİ  adlanan 

dövlət  dağıldıqdan  son-ra  bu  mənfi  hal  daha  qabarıq  şəklidə  özünü 

göstərdi.  Nəticədə  iş  yeri  tapmayan  əhali  respublikanın  sənayesi 

olmayan  rayonlardan  getməyə,  başqa  xarici  ölkələrdə  və  Bakıda  iş 

axtarmağa  məcbur  oldular.  Bu  gün  əhalinin  həddindən  çox  hissəsi 

Bakıda  məskunlaşmışdır  ki,  bu  da  şəhərdə  sosial  gərginliyi  artırmış, 

nəqliyyatın  işi  çətinləşmiş,  şəhərin  ekologiyası  pisləşmiş,  kriminal 

vəziyyət gərginləşmiş, işsizlərin sayı artmışdır. Bütün bunların əvəzində 

respublikanın  digər  şəhər  və  rayonlarında  əhali  seyrəkliyi  əmələ 

gəlmişdir.  İşləməyən  müəssisələrin  istehsal  potensialı  sıradan  çıxmaq 

üzrədir.  Bu  böyük  itgidir.  Hesablamalara  görə  sənayenin  düzgün 

y

erləşdirilməməsi hər il respublikamıza milyardlarla ziyan vururdu. 



Sənaye  ərazilərdə  istehlak  mallarına  olan  tələbatın  optimal 

ödənilməsinə  səbəb  olur.  Təsərrüfatların    yüksək  texniki  səviyyədə 

qalması üçün şərait yaradır. 

Bazar  iqtisadiyyatı  şəraitində  ən  mühüm  məsələ  ölkənin  iqtisadi 

təhlükəsizliyini təmin  etməkdir. Bu problemin optimal həlli bilavasitə 

sənayedən asılı olur. İqtisadi təhlükəsizlik tələb edir ki, ölkə bacardıqca 

çox rəqabət dözümlü məhsul istehsal edib, daxili və xarici bazara çıxara 

bilsin.  Sənaye  inkişaf  etdikcə  dövlətin  iqtisadi  təhlükəsizliyi  yüksəlir, 

ölkə  asılı  ölkədən  digər  ölkələri  özündən  asılı  edən  ölkəyə  çevrilir. 

Bunun  əksi  də  baş  verir:  sənaye  cəhətdən  geri  qalan  dövlətin  digər 

ölkələrdən asılılığı artır. ABŞ, Yaponiya, Almaniya Fransa və s. bu kimi 

inkişaf  etmiş  digər  ölkələrin  iqtisadi  təhlükəsizliklərinin  yüksək 

olmasının bir amili də sənayedir. Onu da qeyd edək ki, söhbət, burada 

ümumi sənayedən getmir, sənayenin emal fazasından gedir, o sənayedən 

ki, harada elm, 

texnika  və  istehsal  üzvi  şəkildə  əlaqələndirilmiş  və 

yüksək səmərə əldə etmək üçün məhsuldar mühüt yaranmışdır. 

Sənayenin  aparıcı rolu onun elmi-texniki tərəqqiyə müsbət təsir 

göstərməsi ilə də izah edilir. Elmi-texniki, texnoloji ideyalar öz tətbiqi 

yer


ini 

sənayedə 

tapır. 

Sənaye 


elmi-texniki 

tərəqqinin 



 

 

231 



sürətləndirilməsinə  bir  neçə  istiqamətdə  təsir  göstərə  bilir.  Birincisi, 

sənaye  elmi-tədqiqat  və  layihə-təcrübə  işlərinin  aktiv  sifarişçisidir. 

İnkişaf  etmiş  ölkələrdə  elmi-texniki  yüksəliş  məqsədyönlü  həyata 

keçirilir,  prosesin  özü  isə  kom-mersiyallaşmışdır.  Elmin,  texnikanın, 

texnologiyanın  inkişafı tələb və təklif iqtisadi qanununa əsasən həyata 

keçirilməlidir.  Sadə  dildə  desək  elmin  inkişafına  sifariş  olmalıdır. 

Sifarişi isə iqtisadiyyatın ayrı-ayrı sahələri verməlidir. Təcrübə göstərir 

ki,  sənaye  burada  da  birinci  yeri  tutur.  Məsələn,  Amerika  Birləşmiş 

Ştatlarında sənaye belə sifarişlərin 50%-dən çoxunu verir. Elmi-tədqiqat 

və  layihə-təcrübə  işlərinin  keyfiyyətini,  vaxtında  və  kompleks 

aparılması  onların  lazımi  səviyyədə  maliyyələşdirilməsini  tələb  edir.  

İnkişaf  etmiş  ölkələrdə  sənaye  ETİ-nin  maliyyələşməsində,  ayrılmış 

vəsaitlərin  mənimsənilməsində  həlledici  rol  oynayır.  Elmi-tədqiqat  və 

layihə-təcrübə işlərinə çəkilən xərclərin maliyyələşdirilməsi üç struktur-

dövlət, sənaye kompleksləri və ali məktəblər tərəfindən həyata keçirilir. 

Dərc  olunmuş  materialların  təhlili  göstərdi  ki,  məsələn,  ABŞ-da 

sənayenin  payı  təxminən  70%  təşkil  edir.  Sənaye  bütün  elmi-texniki 

işləmələrin  85%-nə  qədərini  öz  üzərinə  götürür.  Sənaye  tətbiqi  elmi-

tədqiqat  işlərinin,  sənaye  yeniliklərinin  işlənib  ortaya  çıxarılmasının, 

ide


yaların  yayılmasının,  yeni  məhsulların  mənimsənilməsinin,  köhnə 

məmulatların  istehsalının  dayandırılmasının  əsas  ağırlıq  mərkəzini  öz 

üzərinə götürür. Qalan iki struktur - dövlət və ali məktəblər də sənaye 

ilə  birlikdə,  onunla  üzvi  şəkildə  fəaliyyət  göstərirlər.  Nəticədə  bu  üç 

struktur  vahid  innovasiya    sistemi  yaradır.  Bu  konveyer  qabaqcıl 

sahələri  ideyalarla,  yüksək  ixtisaslı  kadrlarla,  ən  yeni  məhsul 

nümunələri  ilə  təmin  edir.  İnnovasiya  konveyerlərinin  əsas  aparıcısı, 

lideri,  sifarişçisi,  maliyyələşdiricisi,  yeniliklərin  istehlakçısı  isə  sənaye 

kompleksləridir, sənaye sahibkarlarıdır. 

Sənayenin aparıcı rolu ölkənin müdafiə qabiliyyətinə təsiri ilə də 

izah  edilir.  Sənaye    müasir  hərbi  texnikanın  bütün  növlərini  istehsal 

etməyə qadir olan yeganə sahədir. İnkişaf etmiş ölkələr güclü sənayeləri 

vasitəsilə  özlərinin  yaxşı  müdafiəsini  təmin  etməklə  yanaşı  digər 


 

 

232 



ölkələrə  də  istənilən  qədər  hərbi  texnika  sata  bilirlər  və  bu  yolla  da 

çoxlu qazanc əldə edirlər. 

Müasir  dünya  təsərrüfat  sistemi  qlobal  problemlərlə  üzbə-üz 

dayanıb.  Ekoloji  məsələlər,  Dünya  okeanından  istifadə  olunması,  

urbanizasiya,  əhali  artımı,  silahlanma  və  tərkisilahlanma,  xəstəliklər, 

q

lobal ərzaq problemi, qlobal beynəlxalq əməkdaşlıq, enerji problemləri 



və sair bu kimi qlobal problemlərin tez, optimal, səmərəli həll edilməsi 

də  ilk  növbədə  səna-yedən  və  onun  inkişaf  sürətindən  aslıdır. 

Sadaladığımız  bu  problemlər  ilk  növbədə  müxtəlif  və  münasib  

texnikanın  və  texnologiyanın  yaradılması  və  tətbiqini  tələb  edir. 

Məsələn,    münasib  texnika  olmadan  Dünya  okeanının  kilometrlərlə 

ölçülən dərinliklərində yerləşən dibindən istifadə etmək mümkün deyil. 

Ekoloji  təmiz  texnologiyaların  yaradılması  isə  ətraf  mühitin  qorunub 

saxlanması  üçün  lazımdır.  Enerji  probleminin  həlli  sənaye 

iqtisadiyyatında  struktur  dəyişikliklərinin  həyata  keçirilməsinin  (az 

enerji tutumlu məhsulların yaradılması və istehsalının çoxaldılması yolu 

ilə) və daha səmərəli texnika və texnologiyaların istehsala tətbiqini tələb 

edir. Sənayedə yaradılan tullantısız texnologiyalar isə bir neçə - ekoloji, 

enerji, resurs ərzaq probleminin həllinə kömək göstərə bilir. 

Beləliklə  də  iqtisadiyyatın  bütün  sahələrini  qabaqcıl  texnika  və 

texnologiya  ilə  təmin  edən,  ölkənin  iqtisadi  və  hərbi  təhlükəsizliyinin 

başlıca amili olan, sosial-iqtisadi  inkişafda  həlledici rol oynayan, 

səmərəli  təsərrüfatçılıq  üçün  lazımi  şərait  yaradan  sənaye,  sözün  tam 

mənasında  aparıcıdır  və  hər  bir  dövlət  onun  inkişafı  qayğısına 

qalmalıdır. 

 

 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin