§ 1. Müasir dünya iqtisadiyyatı və onun əsas cəhətləri
“Müasir
dunya iqtisaiyyatı”... İndi bu ən çox işlənən
terminlərdəndir. Terminin bu şəkildə işlənməsinin obyektiv əsası
vardır.Hazırda fəaliyyət göstərən dünya iqtisadiyyatı uzun bir dövr uzun
bir dövr keçmiş, keyfiyyət və kəmiyyətcə dəyişmiş,təkmilləşmişdir.
“Müasir dünya iqtisadiyyatı”termini də məhz dünya təsərrüfat
sistemində baş vermiş yeni dəyişiklikləri xarakterizə etmək və onları
oxuculara, tədqiqatçılara əyani şəkildə göstərmək üçün işlədilir.
Dünya iqtisadiyyatı siyasi-iqtisadi kateqoriya olduğu kimi
həm də tarixi kateqoriyadır.Bu ona görə belədir ki, hər hansı bir tarixi
dövrün öz xüsusiyy
ətləri olub və dünya iqtisadiyyatı da həmin dövrlərdə
müxtəlif miqyasda, həcmdə ,səviyyədə fəaliyyət göstərib.Müxtəliflik isə
təkcə iqtisadiyyatın səviyyəsində öz əksini tapmayıb.O həm də
insanların dünya iqtisadiyyatına olan münasibətində və “Dünya
iqtisa
diyyatının” dünyəvilik səviyyəsində öz əksini tapmışdır.
Əgər dünya iqtisadiyyatına bir sıra dərslik və dərs
vəsaitlərində
göstərildiyi
kimi,
milli
iqtisadiyyatların
(təsərrüfatların)məcmuu kimi baxsaq onda cürətlə deyə bilərik ki, dünya
iqtisadiyy
atı həmişə mövcud olmuşdur.Lakin bu əsas məsələ deyil.Əsas
məsələ müasir dünya iqtisadiyyatını fərqləndirən cəhətləri ortaya
çıxartmaq və təcrübədə onlardan məqsədyönlü istifadə etməkdir.
Keçmiş dünya iqtisadiyyatı (dünya təsərrüfatı) uzun illər
boyu ayrı-ayrı ölkə və regionların qeyri-bərabər inkişafı, rəqabət
mübarizəsinin daim kəskinləşməsi, kapitalın və elmi-texniki potensialın
rəqabət mərkəzində cəmlənməsi, əsasən əmtəələrin ixrac edilməsi kimi
xarakterik cəhətləri ilə fərqlənmişdir.Müasir dünya iqtisadiyyatında
(təsərrüfatında) xarakterik cəhətlər daha güclü və daha qlobaldır. İctimai
istehsalın və kapitalın sosiallaşdırılması, humanistləşdirilməsi , müasir
elmi-
texniki inqilabın misli görünməmiş nailiyyətlərindən istifadənin
hərtərəfli genişləndirilməsi, prosesləri belə qlobal cəhətlərdəndir.İndiki
dövrdə xarici iqtisadi əlaqələr sahələrdən, məsafədən, millətindən asılı
olmayaraq təsərrüfatçılıqla məşğul olan müxtəlif subyektlərin arasında
yaranan və inkişaf edən
kontaktlara çevrilmişdir. Beynəlxalq istehsal, kapitalın beynəlxalq
bazarı,işçi qüvvəsinin beynəlxalq bazarı kimi xarakterik xüsusiyyətlər
isə tam gücü ilə formalaşmaqdadır.Müasir dünya iqtisadiyyatının
fərqləndirici cəhətləri arasında beynəlxalq məlumat fəzasının sürətlə
formalaşmasını xüsusi qeyd etmək lazımdır.
§ 2. Dİ-nin inkişaf pillələri
Özünün bütün cəhətləri və qarmaqarışıqlıqları ilə baxıldıqda
belə dünya iqtisadiyyatının formalaşmasını bir neçə pillələrə bölmək
olar.İqtisadi ədəbiyyatlarda rüşeym şəklində olsa da birinci pillə kimi
Roma imperiyası dövründə yaranmış dünya təsərrüfat sistemi
göstərilir.Doğurdan da tarixi mənbələrin öyrənilməsi nəticəsində məlum
olmuşdur ki, ilk ümumdünya imperiyası olan Roma imperiyasında
bütöv bir iqtisadi münasibətlər formalaşmışdı və xüsusi mülkiyyətin
toxunulmazlığı müəyyən səviyyədə təmin olunmuşdu.
Sonrakı dövrlərdə dünya iqtisadiyyatı tədricən inkişaf etmiş,
təkmilləşmiş və onun dünyəvilik səviyyəsi artmışdır.Əksər
tədqiqatçıların fikrincə dünya iqtisadiyyatının vahid bir tam kimi
formalaşmağa başlanması tarixi XX əsrin əvvəli hesab edilməlidir.Bu
tarixin göstərilməsinin bir neçə güclü arqumentləri məlumdur.Faktiki
olaraq , məhz bu dövrdə dünyanın ərazi cəhətdən bölüşdürülməsi başa
çatmış, istehsalın ümumiləşdirilməsi prosesi dünyəvi xarakter almış,
dünya bazarı ssuda kapitalı ilə xüsusi kapitalın birləşməsi nəticəsində
daha da zənginləşmişdi.
XX əsrin əvvəlinə olan dövrdə dünya təsərrüfatı sənaye
cəhətdən irəliyə çıxmış Qərb ölkələrindən və onların əlaltılarına
çevril
miş, ucuz aqrar-sənaye xammalına malik koloniyalardan ibarət idi.
Ümumiyyətlə götürdükdə
Isə dünya təsərrüfat sisteminin tədricən formalaşması həmişə
dünya bazarı ilə həmahəng olmuşdur.Dünya bazarının meydana gəlməsi
XV-
XVII əsrlərdə baş verirdi.Maşınlı istehsalın Qərb ölkələrində
üstünlük təşkil etdiyi dövrlərdə - XIX əsrin ortalarında isə dünya bazarı
daha da intensiv şəkildə inkişaf edirdi. Başlıca amil isə burada kütləvi
istehsalın sürətlə inkişafı idi.Kütləvi istehsallar geniş şəbəkəli bazar
tələb edirdi.Belə bazar ancaq dünya bazarı da ola bilərdi. Kütləvi
şəkildə istehsal edilən məhsullar hər hansı bir ölkənin daxili bazarının
tələbatından çox idi və onlar adətən digər ölkələrdə münasib bazarın
formalaşmasına təkan verirdi. Lakin bu məsələnin ancaq bir tərəfi idi.
Dünya bazarının dünya təsərrüfatının formalaşmasına həlledici təsiri
son məhsulun istehsalına yönələn beynəlxalq istehsal əlaqələrinin
güclənməsi yolu ilə də baş verirdi. Müxtəlif ölkələrin əməkdaşlığının
sürətlə artmasına isə kapitalın getdikcə güclənən miqrasiyası prosesi
təsir edirdi.
İndi də müasir dünya iqtisadiyyatının təkamül prosesini
nəzərdən keçirək.Qeyd edək ki, dünya iqtisadiyyatına aid olan
mənbələrdə birinci pillə XX əsrin 10-30-cu illərinə aid edilir. Məhz bu
illərdə dünya təsərrüfat sistemində böhran (krizis) vəziyyətlər
olmuşdur.İlk növbədə 1917-ci ildə Rusiyada gedən proseslər və ondan
da qabaq birinci Dünya müharibəsi dünya təsərrüfat sisteminə güclü
mənfi təsir göstərmişdi.Məlum səbəblərə görə Rusiya kimi böyük bir
dövlətin dünya təsərrüfat əlaqələri zəifləmiş və faktiki olaraq o özünü
iqtisadi blokadaya məruz qoymuşdu.Birinci dünya müharibəsinə qədər
ölkələr arasında iqtisadi əlaqələr dayanıqlı deyildi ki, bu da dünya
iqtisadiyyatının inkişafına çox mənfi təsir göstərirdi.Bundan başqa milli
iqtisadiyyatların hərbi istiqamətə yönəldilməsi, müharibə nəticəsində
istehsal və insan resurslarının böyük bir hissəsinin məhv olması da
dünya iqtisadiyyatına mənfi təsir göstərirdi. Ən xoşagəlməz hal ondan
ibarət idi ki, belə bir şəraitdə hər bir ölkə öz sərhədləri daxilində inkişaf
etməyə can atmalı olurdu.Bunun nəticəsində dünya miqyasında ixracın
həcmi xeyli aşağı düşürdu. Dünya iqtisadiyyatı üçün ən mənfi cəhət isə
ölkələrin bir-birinə olan inamlarına getdikcə azalması idi.
Keçən əsrin 20-30-cu illəri ərzində “böyük depressiya”adını
almış dünya iqtisadi böhranı ölkələrdə avtarkiya əhval-ruhiyyəsini daha
da gücləndirirdi və nəticədə əmtəə və kapitalın ixracı xeyli
azaldı.Aparıcı dövlətlərin ümumi daxili məhsulunda ixracın kvotası 20
–
ci illərə nisbətən 30-cu illərdə 1,5-2,0 dəfə azalmışdı.Məsələn, 1913-
1938-
ci illərdə ABŞ-da bu kvota 61%-dən 3,6 % -ə qədər azalmışdı.
Müasir dünya iqtisadiyyatının növbəti böyük mərhələsi ikinci
dünya müharibəsi qurtardıqdan sonra baçlandı.Bu dövr keçən əsrin 70 –
ci illərinə qədər bir vaxtı əhatə edir. Bu dövrün dünya iqtisadiyyatının
formalaşması və inkişaf etməsi nöqteyi-nəzərincə aşağıdakı
xüsusiyyətləri var idi.
Birinci.
Ümumdünya təsərrüfatı strukturunun zəifləməsi.
Bu ilk növbədə ikinci dünya müharibəsindən sonra dünya
sosializm sistemi adlanan bir qrup dövlətin meydana gəlməsinin
nəticəsində baş verirdi. Məlum olduğu kimi başda Rusiya olmaqla,
sosializm ölkələri dünyanın əksər ölkələrindən fərqli olaraq sosial-
iq
tisadi əsasda inkişaf etdirilirdi ki, bunun da əsasını xalq təsərrüfatının
bütün sahələrinin maksimum dövlətləşdirilməsi təşkil edirdi. Milli
dövlətlər çərçivəsində isə ciddi mərkəzləşdirilmiş idarəetmə sisteminin
tətbiq edilməsi dururdu. Rusiyanın iqtisadiyyatı isə paradokslarla zəngin
sovet iqtisadiyyatı idi.Əvvəllər yüksək inkişaf sürəti göstərən sovet
iqtisadiyyatı sonralar obyektiv iqtisadi qanunlara və xüsusən dünya
miqyasında hökm sürən qanunlara məhəl qoyulmaması sayəsində
getdikcə zəifləməyə başladı. Belə vəziyyətin səbəblərdən ən başlıcası
əldə edilən nəticələrin “nəyin bahasına olursa olsun” prinsipinə uyğun
əldə edilməsi idi. Məhsulun dünya bazarında rəqabət dözümlü olması
məsələsi sosializm sistemi ölkələrində ön planda olmadığına görə
iqtisad
iyyat əsasən bir admın mütləq hakimiyyətinin, bir ideyanın, bir
partiyanın, bir “vahid” planın həyata keçirilməsinə köklənirdi.
Bu da çox zaman istehsalı istehsal üçün günişləndirməyə ,
material,enerji,əmək resurslarının israfçılıqla istifadəsinə gətirib
ç
ıxarırdı. Nəticədə Rusiyanın və onun başçılıq etdiyi sosializm
ölkələrinin məhsulları yüksək material,əmək və fond tutumluqları və
çox aşağı elm tutumluqları ilə fərqlənirdilər.Bütün bunlar dünya
iqtisadiyyatına mənfi təsir göstərirdi.
İkinci. Bu dövrlərdə xarici-iqtisadi münasibətlər əksər halda
sinfi
yanaşma mövqeyindən qurulurdu ki, bunun nəticəsində də vahid
qlobal təsərrüfatın əhatə dairəsini daraldırdı.Lakin istər dünya bazarının
və istərsə də dünya iqtisadiyyatının inkişafı yavaş olsa da inkişaf edirdi.
İqtisadi münasibətlərin mürəkkəbliyinə,ziddiyiyyətliyinə baxmayaraq
iki ictimai sistemin ölkələri arasında iqtisadi əlaqələr müəyyən
tələbatların ödənilməsi nöqteyi nəzərincə inkişaf etdirilirdi.
Ücüncü.
Müasir dünya iqtisadiyyatının bu pilləsində qlobal
təsərrüfata təsir etməsi baxımından müsbət proses kimi, yəni kapitalist
dünya iqtisadiyyatında sahibkar kapitalının ixracını və onun inkişaf
etməsini göstərmək olar.Sahibkar kapitalına sərbəstlik verilməsi və
onun ixracı istehsal əlaqələrində prinsipcə yeni strukturların meydana
gəlməsinə və inkişaf etməsinə təkan verdi. Nəticədə transmilli
korporasiyalar (TMK) sürətlə inkişaf etməyə başladı. TMK öz
mahiyyəti nöqteyi-nəzərincə beynəlxalq xarakterə malik, xarici
ölkələrdə aktvləri olan iri firmalardır.TMK beynəlmiləl firmalardır ki,
onlar da öz fəaliyyətini əsasən ölkələrindən kənarda – digər xarici
ölkələrdə qururlar. Onlar hər hansı məhsulun yaradılması, istehsalı
,reallaşdırılması, maliyyələşdirilməsi, kreditləşdirilməsi, yayılması ilə
məşğul olan beynəlxalq istehsalları formalaşdıra bildilər və bununla da
dünya iqtisadiyyatının inkişafına və istehsalın dünyəvilik səviyyəsinin
yüksəlməsinə şərait yaratdılar.
Dördüncü.
Sosializm yolu ilə getməyən ölkələr arasında
getdikcə genişlənməyə başlayan hərtərəfli iqtisadi əlaqələr. Onların
genişlənməsinə müsbət təsir göstərən amil ABŞ-ın iqtisadi gücü
idi.İkinci dünya müharibəsi vaxtı daha da güclənən ABŞ Qərb
ölkələrinə və digər ölkələrə iqtisadi yardımını həyata keçirməyə başladı.
Bu
real kömək idi və tarixə “Marşall planı” kimi düşən xüsusi planlar
həyata keçirilirdi. Köməyin ümumi həcmi 17 milyard dollar (indiki
qiymətlə 90 milyard) təşkil edirdi. Bu məbləğin yarısından çoxunu
Böyük Britaniya, Fransa və Qərbi Almaniya dövlətləri aldı.Qərbi
Avropa ölkələrinə Amerikanın xüsusi kapitalı birbaşa kapital qoyuluşu
və kredit şəklində yönəldilirdi.
Qərbi Avropa ölkələrinə maliyyə köməyi ikitərəfli
razılaşmalar əsasında edilirdi və Amerikanın qoyduğu əsas şərt bu
ölkələrdə azad sahibkarlığa diqqəti artırmaq və onlara həqiqi mənada
azadlıq vermək idi. Köməyin ümumi məbləğinin 70% -ini ərzaq,
yanacaq,gübrə kimi mallar təşkil etməsinə baxmayaraq, “ Marşall
planı” Qərbi Avropa sənayesinin inkişafına, ölkələrarası ticarətin
genişlənməsinə və onların valyutalarının möhkəmlənməsinə yaxşı təsir
göstərdi. Bütün bunlar dünya iqtisadiyyatını gücləndirirdi.
“Marşall planı” üzrə göstərilən kömək 1951-ci ilə qədər
davam etdi. Bundan sonra kömək proqramları inkişafda olan ölkələrə
y
önəldildi. Bunun iki səbəbi var idi: birincisi, kolonializmin
dağılması,ikincisi, bazar iqtisadiyyatlı ölkələrinin sayının artması.
Beşinci. Keçən əsrin 60-cı illərinin ortalarında koloniya
sisteminin dağılması dünyada bu günə qədər xüsusi yer tutan bir qrup
ölkələrin –inkişafda olan ölkələrin meydana gəlməsinə səbəb oldu.
Kolonial münasibətlər getdikcə iqtisadi münasibətlərlə əvəz olunurdu.
İnkişaf etmiş Qərb ölkələri bu ölkələrə köməklik göstərmək yolu ilə
onları özlərinin təsir dairəsində saxlayırdılar.Lakin buna baxmayaraq,
prosesin özü dünya iqtisadiyyatının inkişafı üçün müəyyən şərait
yaradırdı.
1970-
ci il bu cəhətdən əlamətdar idi. Məhz bu ildə Qərbi
Avropanın Almaniya, İngiltərə və s.bu kimi inkişaf etmiş ölkələrinin
ümumi daxili məhsulu ABŞ-nın müvafiq göstəricisinin səviyyəsini aşdı.
Belə ki, əgər 1960-cı illərdə bu ölkələrin ÜDM –nin həcmi ABŞ-nın
ÜDM –
nın 74% -ni təşkil edirdisə, 1970-ci ildə bu faiz artıq 114-ə
çatmışdı. Ayrı-ayrı ölkələrin iqtisadi inkişafındakı gerilik isə davam
edirdi.Lakin Amerika ilə rəqabətə girə bilən qütblərin meydana gəlməsi
prosesi demek olar ki, başa çatmışdı.Dünyada bir-biri ilə rəqabət
aparmaq üçün böyük mərkəz (ABŞ-Yaponiya-Qərbi Avropa
)yaranmışdı...Keçən əsrin son üç onilliyini dünya iqtiadiyyatı
baxımından yeni dövr adlandırmaq olar. Bu dövrün əsas fərqləndirici
cəhətlərinə beynəlxalq məhsuldar qüvvələrin formalaşması,
iqtisadiyyatın dünyəvilik səviyyəsinin yüksəlməsi, dünya istehsalının
genişlənməsi və beynəlmiləlləşməsi, bütün iqtisadi sferalarda qarşılıqlı
təsirlərin və asılılığın güclənməsi daxildir.Qeyd edək ki, proses keçən
əsrin 70 –ci illərindən başlayaraq güclənmiş və insanların
psixologiyasında və onların dünyagörüşündə inqilabi dəyişikliklər
etmişdir və bu cür proses indi də davam edir.
Dünya iqtisadiyyatının təkamül yolu ilə formalaşması
etaplarından danışarkən keçən əsrin 90-cı illərinin əvvəlini xüsusi qeyd
etmək lazımdır. SSRİ adlanan bir qrumun dağılması ilə əlamətdar olan
bu dövrü haqlı olaraq dünya təsərrüfatının yeni inkişaf dövrü
adlandırmaq lazımdır. Bu dövrün əsas xüsusiyyəti onda idi ki,dünya
iqtisadiyyatının dünyəvilik əmsali ilk dəfə olaraq özünün ən yüksək
səviyyəsinə çatmağa kurs götürmüşdü.Dünya sosializm sistemi yox oldu
və onun guya özü üçün yaratdığı “sosializm bazarının” fəaliyyəti
dayandı. Dünya bazarı bütövləşdi,daha da beynəlmiləlləşdi (bəlkə elə
buna görə “dünya iqtisadiyyatı”nı indi “beynəlxalq iqtisadiyyat”
adlandırmağa meyl göstərilir.)
Hazırkı dövrdə bütün ölkələrin inkişafında müəyyən
o
xşarlıqlar vardır.
Dünya iqtisadiyyatının vahidliyi bir də ona görə yüksəlir ki, Qərbi
Avropada çoxdan yaranmış iqtisadi və siyasi strukturlara oxşar
stukturların digər ölkələrdə yaranması sürətlənir. Bu da planetimizdə
məcmuu ictimai məhsulun təkrar istehsalının səmərəliliyi üçün şərait
yaradır.
§ 3.Dünya təsərrüfatının yarımsistemləri və onların
qruplaşdırılması
Dünya iqtisadiyyatını tam spektləri ilə öyrənmək, onun
qanunauyğunluqlarını dərk etmək üçün ilk növbədə onu təşkil edən
yarımsistemləri bilmək lazımdır. “Yarımsistem” məfhumu hər hansı bir
idarə olunan tam obyektin hissələrini ifadə etmək üçün işlədilir.Əgər
dünya təsərrüfatı bir vahid sistemidirsə onun yarım (dörddə bir, üçdə bir
və s.)sistemləri də vardır.Dünya iqtisadiyyatı fənni baxımından
“yarımsistem” anlayışı ayrı-ayrı ölkələri və qrup ölkələri ifadə etmək
üçün işlədilir.
Dünya iqtisadiyyatı ayrı-ayrı ölkələrin iqtisadiyyatından
bilavasitə asılı olduğuna görə ilk növbədə milli təsərrüfatlar dərindən
öyrənilməli və təhlil edilməlidir. Lakin planetimizdə çoxlu sayda ölkə
və vilayətlər,region və qitələr vardır. Dünya iqtisadiyyatının sürətlə
inkişaf etdirilməsi, onun düzgün idarə edilməsi dünya təsərrüfatının
oxşar əlamətlərinə görə təsnifləşdirilməsini tələb edir. Təsnifləşdirmə
ölkələrin oxşar əlmətlərinə görə qruplaşdırılması üçün şərait yaradır ki,
bu da dünya iqtisadiyyatının inkişaf meyllərini, dinamikasını və
perspektivini təmin etmək üçün çox vacibdir.
Dünya təsərrüfatını yarımsistemlərə bölərkən müxtəlif
əlamətlərdən, göstəricilərdən və kriteriyalardan istifadə edilir. Dünya
iqtisadiyyatını yarımsistemlərə ayırarkən müxtəlif əlamətlərdən istifadə
edilsə də bir cəhət nəzərdən qaçırılmamalıdır ki, təsnifləşdirmənin əsas
məqsədi yarımsistemin iqtisadi inkişaf səviyyəsini təyin etmək və
konkret yarımsistemin dünya iqtisadiyyatında tutduğu yerini təyin
etməkdir. Ona görə də göstərici və kriteriyalardan istifadə edərkən
diqqətli olmaq lazımdır. Təyin etmək lazımdır ki, qəbul edilən kriteriya
yarımsistemi hansı tərəfdən (cəhətdən) xarakterizə edəcək. Belə
yanaşma dünya təsərrüfatını qruplara ayırarkən obyektivliyi təmin
etməyə imkan verir.
Dünya iqtisadiyyatı ilə məşğul olan əksər alimlərin və
tədqiqatçıların ümumi fikrinə görə ölkələrin qruplaşdırılmasında
“Təsərrüfatın sosial strukturu”, “Xarici iqtisadi əlaqələrin səviyyəsi və
xarakteri”, “İqtisadi inkişafın tipi”, “İqtisadi potensialın həcmi
(səviyyəsi)”, “Adambaşına düşən ümumi daxili məhsulun miqdarı” kimi
göstəricidən istifadə etmək olar. Bunlardan başqa digər müxtəlif
göstəricilərdən, ölkədə hansı sahənin daha da inkişaf etməsi haqda
məlumatlardan da istifadə etməklə ölkələr qruplaşdırıla bilər.
Dünya təsərrüfatını yarımsistemlərə bölərkən ən çox
istifadə edilən kriteriya kimi ölkələrin iqtisadi inkişaf səviyyəsi
götürülür. Bu kriteriya üzrə ölkələrin qruplaşdırılmasında “Əhalinin hər
bir nəfərinə düşən ümumi məhsul” göstəricisindən istifadə edilir.
Bununla yanaşı dövlətlərin qruplaşdırılmasında milli gəlirin
yaradılmasında mühüm rol oynayan sənayeləşmənin səviyyəsi və
istehsalın strukturundan da istifadə edilir.
Əhalinin hər birinə düşən ümumi məhsulun miqdarına görə
dünya ölkələri bir neçə qrupa bölünürlər. İqtisadi və siyasi
ədəbiyyatlarda və beynəlxalq təşkilatlarda bu göstəriciyə görə dünya
təsərrüfatı yüksək inkişaf etmiş ölkələrə, orta inkişaf etmiş ölkələrə və
digər ölkələrə bölünür. Təhlil etmək və dövlətləri bu və digər qrupa aid
etmək üçün müqayisə obyekti kimi ABŞ-ın əldə etdiyi adambaşına
ümumi məhsulun həcmi götürülür. Bu göstəriciyə görə yüksək inkişaf
etmiş ölkələr qrupuna o dövlətlər daxil edilir ki,onların ölkələrində
adambaşına düşən ümumi məhsulun miqdarı ABŞ-da əldə edilən bu
göstəricinin yarısından çox olsun. O ölkələrdə ki, bu göstərici ABŞ-ın
müvafiq göstəricisinin 30-50% -ni təşkil edir, o ölkələr orta inkişaf
səviyyəli ölkələr qrupuna, 30 %-dən aşağı təşkil edirsə digər ölkələr
qrupuna daxil edilir. Əlbəttə, bu normalar şərtidir və sonralar dəyişilə
bilər.
Hər bir ölkə səmərəli inkişaf etmək üçün tarix boyu
özünün məhsuldar qüvvələrini (məcmu əmək cismini, əmək alətini,
ixtisaslı əməyin özünü və elmi potensialını) formalaşdırır. Məhsuldar
qüvvələrin səviyyəsindən asılı olaraq konkret olaraq götürülmüş dövlət
müəyyən məhsul istehsal etmək, ya da xidmət göstərmək və
sonradan,yəni öz tələbatlarını ödədikdən sonra, onların ixracı ilə məşğul
olmaq qabiliyyətində ola bilər. Burada məhsuldar qüvvələr ölkənin
iqtisadi inkişafı üçün faktor rolunu oynayır. Lakin dünya təsərrüfatı
yarımsistemlərinin fəaliyyətinin təhlili göstərir ki, eyni səviyyəli
məhsuldar qüvvələrinə malik dövlətlər belə müxtəlif inkişaf
mərhələsndə olurlar. Bunun əsas səbəbi məhsuldar qüvvələrin hansı
istehsal münasib
ətləri şəraitində fəaliyyət göstərməsidir. Sağlam, elmə
söykənən, demokratik istehsal münasibətləri yaradılan ölkələrdə
məhsuldar qüvvələrin tam səmərə verməsi üçün şərait yaranmış olur və
belə ölkələr daha yüksək inkişaf əldə edirlər. Dünya iqtisadiyyatına aid
iqtisadi ədəbiyyatlarda da bu cəhət nəzərə alınır və dövlət
qruplaşdırılarkən iqtisadiyyatın sosial strukturası kriteriyasından
da istifadə edilir. Məsələ burasındadır ki, bir dövlət daxilində
təsərrüfatın ayrı-ayrı fazaları müxtəlif sürətlərlə inkişaf etdirilə bilər.
Bəzən növbə ilə inkişaf baş verir və məhz bundan asılı olaraq
gələcəkdə dövlətlər üçün inkişaf perspektiv yarana bilər. Məsələn, vaxtı
ilə ABŞ-ın düzgün struktur siyasətinin nəticəsidir ki, bu gün o, yüksək
kompüter texnologiyasından bu qədər bəhrələnə bilir...
Təkrar istehsalın strukturunda prioritet istiqamətlərin yerini
dəyişməklə və deməli, milli gəlirin bölüçdürülməsində bunları nəzərə
almaqla da ölkənin gələcək inkişaf perspektivlərini və istiqamətlərini
təyin etmək olar. Bunları nəzərə alaraq “sənaye cəhətdən inkişaf etmiş
ölkələr”, “aqrar tipli ölkələr” və s.qruplar fərqləndirilir.
İqtisadi inkişafın səviyyəsi kriteriyasına əsasən
qruplaşdırma aparıldıqda ölkələrdə bərqərar olmuş sənaye istehsalının
strukturu nəzərə alınır. Məlumdur ki, sənaye istehsalını “A”-istehsalı
vasitələri istehsalı və “B”-istehlak şeyləri istehsalı kimi iki böyük
qruplara ayırmaq qəbul olunmuşdur.Sənaye cəhətdən inkişaf etmiş
ölkələrdə uzun müddət istifadə edilən istehlak şeylərinin istehsalı
mühüm yer tutur və “A” və “B”qruplarının xüsusi çəkiləri təxminən
bərabər olur, yəni hərəsi təxminən 50% təşkil edir.
Ölkələr daxilində istehsal edilən sənaye məhsulları çoxlu
miqdarda xammal və yanacaq tələb edir.Sənaye məhsulunun maya
dəyərində material-enerji xərcləri 60-90% təşkil edə bilər.Buna görə də
istehsalın rəqabətdözümlü olmasında material-enerji xərclərinin
azaldılması xüsusi əhəmiyyət kəsb edir.Tədqiqat göstərir ki, ölkələrin
inkişaf səviyyəsini təyin etdikdə və onları qruplaşdırdıqda istehsal
olunmuş məhsul vahidinə düşən xammal və yanacaq sərfinin
səviyyəsi göstəricisindən istifadə edilməsi yaxşı nəticə verir. Məsələ
burasındadır ki, bir qayda olaraq ölkə iqtisadi cəhətdən intensiv inkişaf
etdikcə istehsal olunan məhsul vahidinə daha az miqdarda xammal –
enerji tələb olunurvə təbii materialların əvəzinə süni materiallardan daha
çox istifadə edilir. Bu göstəriciyə görə də dünya ölkələrini yüksək
inkişaf etmiş, orta səviyyədə inkişaf etmiş və s. bu kimi ölkələr qrupuna
bölmək olar. Ölkələrin bu və ya digər qruplara aid edilməsi dünya
miqyasında məhsul vahidinə düşən xammal –yanacağın sərfinin orta
qiymətini ölkənin əldə etdiyi müvafiq göstərici ilə tutuşdurmaqla həll
edilir. Orta qiymətdən aşağı göstərici əldə edən dövlət yüksək inkişaf
etmiş ölkələr qrupuna daxil edilir və əksinə, göstərici orta qiymətdən
yuxarı olduqda ölkə zəif inkişaf edən ölkələr qrupuna daxil edilir.
Dünya təsərrüfatını yarımsistemlərə bölərkən istifadə edilən
kriteriyalardan biri də “iqtisadi inkişafın tipidir”. Bu kriteriya görə
bütün dünya ölkələrini iki böyük yerə-intensiv və ekstensiv yolla inkişaf
edən ölkələrə bölmək olar. Bu kriteriya ilə qruplaşdırmada nəzərə
almaq lazımdır ki, təcrübədə “təmiz” intensiv və yaxud da “təmiz”
e
kstensiv inkişaf edən ölkəyə çox çətin rast gəlmək olur.Buna görə də
qruplaşmada “əsasən intensiv”, “əsasən ekstensiv ” inkişaf
kriteriyalarından da istfadə edilir. Bir cəhəti də yadda saxlamaq
lazımdır ki, istər intensiv və istərsə də ekstensiv inkişaflar tipi daimi
olmurlar.Eyni bir ölkədə müəyyən dövr intesiv, sonra isə ekstensiv
inkişaf tipi ola bilər. Məsələn, tədqiqatçıların göstərdiklərinə görə keçən
əsrdə sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadi inkişafında iki
mərhələ-1960-cı ilin ortalarına qədər ekstensiv inkişaf, keçən əsrin son
30 ilində isə intensiv inkişaf tipləri qeydə alınmışdır.
Ayrı-ayrı
yarımsistemlərin dünya təsərrüfatında
tutduqları mövqe onların xarici iqtisadi əlaqələrdə iştirakı ilə təyin edilə
bilər. Bu kriteriya ilə ölkələri qruplaşdırdıqda əmtəə və xidmətlər və
kapitalın hərəkəti üzrə idxal və ixracın həcmi əsas götürülür.Eyni
zamanda ölkənin beynəlxalq əmək bölgüsündə iştirak forması,
istiqaməti,dərəcəsi nəzərə alınır. Müasir dövrdə dünyada çox mürəkkəb
pros
eslər baş verir.Məhsuldar qüvvələrin inkişaf səviyyəsi elədir ki, heç
bir dövlət və ya dövlətlər qrupu ayrıca, qapalı şəkildə inkişaf edə bilmir.
Lakin beynəlxalq mübadilələr vasitəsilə hər bir ölkə özünə daha çox sərf
edən əmtəə, kapital və bazar tipləri tapa bilər.
Hər bir ölkənin xarici iqtisadi əlaqəsini bir sıra
göstəricilərlə səciyyələndirmək olar. Mühüm göstərici kimi “ixrac və
idxal ”kvotalarını”, “xarici ticarətin əmtəə strukturunu”, “kapitalın,
texnologiyanın,əməyin beynəlxalq hərəkəti”ndə ölkənin iştirakını
xarakterizə edən göstəricilər belə göstəricilərdəndir.
“Ölkə təsərrüfatlarının açıqlıq səviyyəsi” də xarici iqtisadi
əlaqələri xarakterizə edə bilən göstərici ola bilər. Açıq iqtisadiyyat
dedikdə elə təsərrüfat sistemi başa düşülür ki, onun inkişaf parametrləri
dünya təsərrüfatında da qəbul edilmiş meyllərə uyğun təyin edilsin və
xarici iqtisadi əlaqələr durmadan genişlənsin. Mütəxəssislər
hesablamışlar ki, xarici ticarət dövriyyəsi ölkənin ümumi daxili
məhsulunun 25%-ni təşkil etdikdə, “iqtisadiyyatın açıqlıq siyasəti”
ümumi iqtisadi inkişafın stimullaşdırılmasına kömək göstərir. Qapalı
iqtisadiyyata malik ölkənin inkişafı iki cəhətdən –daxili bazarın
çərçivəsi və ölkənin resurslarının miqdarı ilə məhdudlaşa bilər. Bu da öz
növbəsində iqtisadi inkişafı ləngidər.Açıq iqtisadiyyatda isə vəziyyət
dəyişilir: ölkə çatışmayan hər cür resursları digər ölkələrdən əldə edə
bilər.
Yarımsistemlər qruplaşdırılarkən istifadə edilən növbəti
kriteriya “
ölkələrin iqtisadi potensialı”dır. İqtisadi inkişaf səviyyəsindən
fərqli olaraq iqtisadi potensial həm də məhsuldar qüvvələrin
miqyasından, əhalinin ümumi sayından , ölkənin ərazisindən, təbii
sərvətlərin ümumi həcmindən və strukturundan asılı olur. Məhz elə
buna görə də “Çin Xalq Demokratik Respublikası və Hindistan kimi
dövlətlər ayrıca yarımsistemə daxil edilməlidir” fikrini irəli sürən
tədqiqatçılar haqlıdırlar.
Müasir dövrdə beynəlxalq təcrübədə dünya ölkələrini üç
böyük qrupa bölmək geniş yayılmışdır. 1980-cı ildən başlanan bu
təsnifləşməyə görə birinci qrup ölkələrə sənaye cəhətdən inkişaf etmiş
ölkələr, ikinci qrupa “keçid iqtisadiyyatlı” ölkələr , üçüncü qrupa isə
“inkişafda olan ”ölkələr daxil edilir və müvafiq olaraq “sənaye
cəhətdən inkişaf etmiş”, “keçid iqtisadiyyatlı” və “inkişafda olan”
ölkələr qrupları fərqləndirilir. Lakin bu təsnifləşdirməyə yenidən baxılır
və dəyişikliklər edilməkdədir. BMT bu sahədə daha fəallıq göstərir.
Hazırda birinci qrupa 24-ölkə daxil edilir ki, onların da içərisindən 7
ö
lkə (Almaniya, İtaliya, Kanada, Böyük Britaniya Birləşmiş Krallığı,
ABŞ, Fransa, Yaponiya kimi ölkələr) “ayrıca qrup”a daxil edilir və bu
ölkələr qrupu nəhəng sənaye ölkələri qrupu adlanır. İnkişaf etmiş
ölkələrin içərisindən Qərbi Avropa qrupu, Avropa Birliyi qrupu və
Şimali Amerika qrupu fərqləndirilir. Qeyd edək ki, inkişaf etmiş ölkələr
bir çox birliklər,ümumi bazarlar, assosiasyalar və s.digər qruplarda
cəmlənmişlər.
Keçid iqtisadiyyatlı ölkələr də iki qrupa bölünürlər –
Şərqi Avropa ölkələrinə (Albaniya ,Bolqarıstan, Macarıstan, Polşa,
Rumıniya,Çexoslovakiya,Slovakiya) və SSRİ dağıldıqdan sonra
meydana çıxan yeni dövlətlər (Rusiya və bizə məlum olan və MDB-yə
daxil olan dövlətlər) qrupuna.
Ücüncü qrupa daxil olan –
“inkişafda olan ölkələr” qrupu
bir sıra qrup və qarımqruplara bölünürlər. Bu qrupda “aktiv tədiyə
balansı olan ölkələr”, “kapital idxal edən ölkələr”, “enerji resursları
ixrac edən ölkələr”, “enerji resursları idxal edən ölkələr” və s.kimi
ölkələr qrupu fərqləndirir. Qeyd edək ki, dünya ölkələrinin , yəni
dünya təsərrüfatlarının yarımsistemlərinin qruplaşdırılması müəyyən
mənada nisbidir. Məsələn, 1988-ci ildə Dünya Bankı dərc etdiyi
materiallarında da keçmiş sosializm ölkələrini unkişafda olan ölkələr
qrupuna daxil edirdi...
Dünya təşkilatlarında maliyyə əməliyyatlarının həyata
keçirilməsi və analitik işlərinin görülməsi zamanı ölkələrin
qruplaşdırılması çox vaxt “adambaşına düşən ümumi milli məhsul ”
(ABDÜMM) göstəricisinə görə aparılır və az gəlirli”, “orta gəlrli” (o
cümlədən, iki yarımqrup: orta gəlirdən aşağı və yuxarı gəlirli ölkələr
qrupu) və “yüksək gəlirli” ölkələr qrupları fərqləndirilir. Bu əlamətə
görə ölkələr dörd qrupa bölünüb(1997-ci il).
1.Az gəlirli ölkələr (ABDÜMM= 785 dollar və ondan
aşağı).
2.Gəlirləri
orta
gəlirdən
aşağı
olan
ölkələr
(ABDÜMM=785-2125 dollar).
3.Gəlirli
orta
gəlirdən
çox
olan
ölkələr
(ABDÜMM=2126-9655 dollar).
4.Yüksək gəlirli ölkələr (ABDÜMM=9655 dollar və
ondan çox).
Aşağı və orta gəlirli ölkələr çox zaman “inkişaf etməkdə
olan” ölkələr qrupu altında birləşdirilir. Bu termin sadələşdirmək
baxımından istifadə edilir və o demekdir ki, bu qrupa daxil edilən
ölkələrin inkişafı ya eynidir ya da bir ölkə digərlərinə nisbətən yüksək
inkişaf pilləsindədir.
Qeyd edək ki, adambaşına düşən ÜMM göstərici
vasitəsilə qruplaşdırma ölkənin iqtisadi inkişafı haqqında həmişə dəqiq
məlumat vermir. Daha dəqiq məlumat almaq üçün bir sıra digər
göstəricilərindən (sənayenin inkişaf xüsusiyyətlərindən , iqtisadiyyatın
strukturundan, elmi-
texniki tərəqqini, mədəniyyəti,psixoloji mühiti
xarakterizə edən göstəricilərdən ) də istifadə olunmalıdır.
Ölkələr eyni zamanda coğrafi mövqelərinə, ixracın həcminə
və xarici borcların səviyyəsinə görə də qruplaşdırılır.
Dostları ilə paylaş: |