Aqnostikada



Yüklə 0,77 Mb.
səhifə4/4
tarix04.09.2023
ölçüsü0,77 Mb.
#141408
1   2   3   4
Piriyev İzzet Niyazi USM 15 aprel

Şəkil 4. Öd kisəsinin ultrasəs müayinəsi zamanı alınan təsvir


Ultrasəs müayinəsi zamanı xəstənin dəri səthi ilə ötürücü arasına akustik gel sürtülür. Burda məqsəd dərsi səthi ilə ötürücü arasında hava qalmasının qarşısını almaqdır. Gel tətbiq olunmadıqda ötürücü ilə dəri arasında hava qalır və ultrasəs dalğaları hava mühitində yayılmadığı üçün təsvirin keyfiyyətinə təsir edir. Ultrasəs görüntüləməsinin üstünlüyünə aşağıdakılar aiddir: qeyri-invaziv və ağrısızdır, yumşaq toxuma və əzələləri çox yaxşı göstərir, real zaman kəsiyində görüntüləməni həyata keçirir, nisbətən ucuzdur, ionlaşdırıcı şüalanma yoxdur, rentgendə göstərilə bilməyən yumşaq toxumaları göstərir, hamilə qadınlarda üstünlük verilən üsuldur [8].


Nəticə. Ultrasəs aparatlarında görüntünün alınması ultrasəs enerjisinin bədəndən keçərkən toxuma ilə qarşılıqlı əlaqəsindən asılıdır. Ultrasəs dalğaları mühitdən asılı olaraq toxumadan ötürülmə, udulma, əks olunma, yayılma, sınma kimi təsirlərə məruz qalır və ekranda fərqli görüntülər əks olunur. Ultrasəs aparatlarında təsvirin alınması bir başa ultrasəs ötürücülərindən asılıdır, çünki ötürücü ultrasəs dalğalarını toxumaya ötürür, mühitin akustik impedansından asılı olaraq əks olunan exo siqnalları qəbul edir və ultrasəs təsvirini formalaşdırır.


Ədəbiyyat
Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin