Təcavüzə dair ilk nəzəriyyə, aqressiv davranışı insan və heyvan təbiətinin bir genetik mənşəli instinktinin ortaya çıxması kimi görən bir anlayışdır. Freyd tərəfindən psixoanaliz çərçivəsində hazırlanan bu nəzəriyyə, insanlarda ikili bir instinktin olduğunu müdafiə edir. Buna görə, fərdin davranışı iki əsas qüvvə tərəfindən idarə olunur: həyat instinkti (eros) və ölüm instinkti (thanatos). Eros insanları ləzzət axtarmağa və istəklərini yerinə yetirməyə istiqamətləndirir, halbuki thanatos özünü məhv etməyə aparır. Bu iki instinkt insanın içində bitməyən psixoloji qarşıdurma yaradır. Bu münaqişə dağıdıcı qüvvəni insandan özünə yönəltməklə həll olunur.
Beləliklə, fərd başqa bir şəxsə qarşı aqressiv olmaqla öz psixoloji tarazlığını qoruyur. Bu nəzəriyyəyə görə, təcavüz insan təbiətinin qaçılmaz bir hissəsidir və fərdin nəzarəti xaricindədir (Mummendy, 1996).
Aqressiv davranışın mənşəyini bioloji bir instinktin mövcudluğu ilə əlaqələndirən təkcə psixoanalistlər deyil. Heyvan davranışlarını müşahidə edərək təcavüzü müşahidə edən etoloqlar (heyvanların davranışlarını təbii mühitdə müşahidə edən tədqiqatçılar), aqressiyanın təkamül prosesində vacib bir funksiyaya sahib olduğunu iddia edirlər.
Bu yanaşmaya görə, aqressiv davranış, növün təkamül inkişafında uyğunlaşma funksiyası verir, növlərin ən güclü və genetik cəhətdən optimal olanlarının yaşamasını təmin edir.
Sosial öyrənmə yanaşması
Sosial öyrənmə nəzəriyyəsinə görə, aqressiv davranışı insan təbiətinin qaçılmaz bir parçası hesab edən fikirlərin əksinə öyrənilən davranış olaraq görürlər. Velosiped sürməyi, maşın sürməyi necə öyrəniriksə, aqressiv davranmağı da aqressiyamızı göstərməyi (göstərməməyi) də eyni şəkildə öyrənirik (Brewer & Crano, 1994).
Bu görüşə görə, aqressiv davranışı öyrənməyin ən əsas yolu, şəxsin bu cür davranışını birbaşa gücləndirməkdir. Gücləndirmə fərdin aqressiv davranışını təltif etmək və yenidən bunu etmək imkanını artırmaq deməkdir. Məsələn, məktəbdən evə göz yaşı tökərək gələn bir balaca uşağ düşünün. Atasına dostunun onu vurduğunu söyləyən oğlana, atası niyə onun da dostunu vurmadığını soruşur və ona hirslənir. Növbəti dəfə burnundan qanaxma ilə məktəbdən qalib ədası ilə gələn oğlan dostlarını vurduğu üçün atası tərəfindən təriflənir. Bu nümunə intiqama (Taylor, Peplau) əsaslanan aqressiya haqqında öyrənmənin çox yayılmış bir formasıdır.