Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   2   3   4   5   6   7   8   9   10   ...   30
Afet Suleymanova-article

Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər

http://journal.edu.az



37

———————————————————————————

3

http://www.cpusa.org/party_voices/the-crisis-in-public-education-causes-and-the-way-



forward/


qabaqlayan təhsil sistemlərinə Finlandiya və İsraili nümunə göstərmək olar. 

Təhsil  iştirakçılarının  sıx  əməkdaşlığı,  məktəb-cəmiyyət,  məktəb-ailə  və

müəllim – valideynin birgə fəaliyyəti təhsil sahəsində istənilən müsbət dəyişikliyə

nail olmağa imkan yaradır. Bunlar təhsilin keyfiyyətini təmin edən idarəetmənin

əsas şərtlərindəndir [Vadi. D. Hadad. 1995]. Məktəbdə aparılan işin keyfiyyəti

dəyərləndirilərkən  təhsil  iştirakçılarının  maarifləndirilməsi,  tərəf-müqabilə

çevrilməsi məktəb rəhbərliyinin idarəçilik siyasətinin əsas şərtlərindəndir. Qeyd

edilənlər yalnız problemin həllinə elmi-nəzəri baxış olmayıb, «Təhsil haqqında»

Azərbaycan  Respublikasının  Qanununda  təsbit  edilmiş  təhsil  iştirakçılarının

hüquq,  vəzifə  və  məsuliyyətlərində  ifadə  edilir.

4

Qanunun  32-ci  maddəsində



təhsil iştirakçılarının hüquq və vəzifələri aydın şəkildə göstərilməklə, məktəb

rəhbərlərinin, müəllim və valideynlərin məsuliyyətlərini əks etdirir. Bunu cədvəl

1-də aydın görmək mümkündür.

Bu vəzifələri yerinə yetirməyə nail olmaq üçün ailə və məktəb əlbir olmalı,

yaxından əməkdaşlıq etməlidir. Müşahidələr göstərir ki, bəzi hallarda bir tərəf

öz vəzifə və məsuliyyətlərini digər tərəfin üzərinə qoymağa cəhd edir. Aparılan

anonim sorğuların nəticələrindən belə məlum olur ki, valideynlərin bir qrupu

təhsilin yalnız məktəbin işi olduğunu düşünür. Sual yaranır: təhsilin keyfiyyətini

idarə  edən  kollektiv  idarəçilik  mexanizmləri  olmadan,  müəllim  tərəfindən

səmərəli öyrənmə şəraiti yaradılmadan, uşaq və yeniyetmələr valideyn tərəfindən

maddi-mənəvi, intellektual-psixoloji dəstəklə təmin olunmadan «dövlət təhsil

standartlarına  uyğun  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmək»  maddəsindəki

vəzifəni  yerinə  yetirmək  mümkün  olarmı?  Təhsil  qanunundan  irəli  gələn

insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, ailə və cəmiyyət qarşısında

öz  məsuliyyətlərini  dərk  etmək,  qaydalara,  etik  normalara  riayət  etmək  kimi

məsələlərin  şagirdə  tərbiyə  edilməsi  ailənin  vəzifəsinə  aiddir,  ya  məktəbin?

Burada  məktəb  və  ailə  arasında  ziddiyyət  yaranır.  Aparılan  müsahibələr  və

söhbətlərə  əsaslansaq,  kifayət  qədər  müəllim  hesab  edir  ki,  onların  vəzifəsi

təhsil verməkdir, tərbiyə vermək isə ailənin vəzifəsinə aiddir. Onlar əminliklə

bildirirlər ki, «tərbiyə evdən gəlir», «uşaq evin güzgüsüdür», «müəllim evdən

gələn  tərbiyəsizi  tərbiyələndirə  bilmir»,  «müəllim  təhsil  verir,  tərbiyə  yox»,

«valideynlərin tərbiyəyə baxışı doğru deyil». Sorğuların nəticələri göstərir ki,

valideynlərin bir qismi tərbiyəni həm ailənin, həm də məktəbin işi hesab edir. 

«Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsində

göstərildiyi  kimi  «təhsil  proqramlarının  mənimsənilməsini  təmin  etmək»lə

(33.3.2.) yanaşı təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları

vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və

əmək  fəaliyyətinə  hazırlamaq  (33.3.3),  şəxsi  nümunəsi  ilə  təhsilalanlarda

Azərbaycan  Respublikasının  müstəqilliyinə,  Konstitusiyasına  və  qanunlarına,

dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və

ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin