https://www.ab.gov.tr/files/ardb/evt/1_avrupa_birligi/1_9_politikalar/1_9_4_egitim_
texnologiyalarının öyrənmə prosesində istifadəsinə dair biliklər əldə edirlər.
Bundan əlavə, onlar yalnız fənlərin tədrisi praktikasına dair yox, həm də
şagirdlərin psixoloji rifahı, məzmunun mənimsənilməsi, eləcə də tədris prosesinin
təşkilinə valideynlərin cəlbi üzrə təcrübələr qazanırlar».
6
Hesabatın Azərbaycana
dair əlavəsində «Gələcək müəllimlərə praktiki hazırlıq, pedaqoji ünsiyyət və
idarəetmə vərdişləri daxil olmaqla səriştələrini artırmağa kömək məqsədi ilə
«Təhsilin əsasları» adlı inteqrativ kursun təhsil proqramı (kurikulumu) və
dərsliyinin də hazırlandığı» [Annex 2. Study on teacher education for primary
and secondary education in six Eastern Partnership] qeyd edilir. Sənədin
«Müəllim təhsilində milli siyasət, strategiya və islahat» bölməsində (4.3) üç
pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Müəllimlər İnstitutu və Gəncə Dövlət Universiteti) tətbiq edilən bu layihənin
mərkəzində müəllim təcrübəsinin modernləşdirilməsi, eləcə də beynəlxalq
təcrübə və milli ənənələrə əsaslanan məzmunun, strukturun, habelə pedaqoji
prosesin təkmilləşdirilməsi və optimallaşdırılması»nın durduğu göstərilir [Annex
2. Study on teacher education for primary and secondary education in six
Eastern Partnership].
«Məktəb və müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri arasında
əməkdaşlıq» «Təhsilin əsasları» fənninin digər üstün cəhəti kimi ekspertlər
tərəfindən dəyərləndirilmişdir. Yeni ibtidai təhsil proqramlarına dair innovasiyaları
öyrənmək üçün universitet müəllimlərinin məktəblərə getməsinin fənn
çərçivəsində praktik fəaliyyətin tərkib hissəsinə çevrilməsi xüsusilə vurğulanmış,
«tələbələrin təcrübəsi zamanı onlara rəhbərlik etmək üçün universitet müəllimləri
zəruri biliklərə sahib olmalı» və «bu biliklərin bir çoxunun proqramın
tələblərindən» irəli gəldiyi qeyd edilmişdir.
UNESCO-nun «Təhsil haqqında verilənlər, 2010-2011 (Azərbaycan)» başlıqlı
məlumatının «müəllim heyəti» bölməsində «ibtidai sinif müəllimləri üçün in-
teqrasiya edilmiş «Təhsilin əsasları» kursu çərçivəsində öyrədənlərin pedaqogika,
psixologiya, metodologiya, fəal/interaktiv təhsil sahəsində bacarıqlarını əlaqəli
inkişafını təmin edən, praktiki hazırlıq, pedaqoji ünsiyyət və idarəetmə
bacarıqlarına dair təcrübələrinin təkmilləşdirilməsi baxımından gələcək
müəllimlərin qiymətləndirilməsinə şərait yaradan fənn kurikulumu və eyniadlı
dərsliyin tətbiq edilməsi» barədə məlumat daxil edilmiş, fənnin məzmunu,
tədrisi texnologiyaları və qiymətləndirmə mexanizmlərini səciyyələndirən əsas
cəhətlər diqqətə çardırılmışdır.
7
«Dünya Bankının May, 2010-cu il hesabat sənədi»nin
8
Müəllim hazırlığı»
bölməsində göstərilir ki, ibtidai sinif müəllimliyi ixtisası üzrə ilkin müəllim
hazırlığı səviyyəsində pedaqogika, psixologiya, təlim metodları və bacarıqların
Afət Süleymanova
Dostları ilə paylaş: