Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


 Şagirdlərin fiziki-fizioloji vəziyyəti



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
Afet Suleymanova-article

1. Şagirdlərin fiziki-fizioloji vəziyyəti: fiziki və fizioloji sağlamlıq vəziyyətinin

araşdırılması  onlara  fərdi  yanaşma  imkanı  verən  amillərdəndir.  Şagirdlərdə

belə problemlərin olması onların təlim keyfiyyətlərinə təsir göstərir. Təhsilalanların

zəif  görməsi,  pis  eşitməsi,  ürək  çatışmazlığı,  nitq  qüsuru,  xüsusi  qayğıya

ehtiyacının  olması  müəllimin  diqqətindən  kənarda  qalmamalıdır.  Şagirdlərin

oturacağı sıranın və yerin müəyyən edilməsi, parta yoldaşının seçilməsi digər

uşaqların  da  həmin  uşaqlarla  pozitiv  münasibətlərinin  qurulmasının  təşkil

edilməsi və prosesin nəzarətdə saxlanılması üçün bu məsələlərin ciddi araşdırılması

çox  vacibdir.  Bu  problemlərə  müəllimin  kifayət  qədər  diqqət  yetirməməsi

şagirdlərin  mənəvi-psixoloji  problemlərinin  də  baş  qaldırmasına  səbəb  ola

bilər. 

Hər  qrupda  eşitmə  problemi  olan  uşağa  yardım  edən  yaxşı  eşidən,  görmə

problemi olan uşağa dəstək verən yaxşı görən, dayaq aparatlarında problemləri

olan uşaqlara kömək edən sağlam uşaqlar birləşdirilir. Müəllim onların adlarını

müəyyənləşdirərək yazır. Lazım olan məqamda siyahını oxumaqla və ya masaların

üzərinə siyahıları qoymaqla «hər kəs öz yerini tapsın» komandası verir.

Afət Süleymanova

Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər

http://journal.edu.az



43



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin