Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


Şagirdin dərketmə üsulu (İntellekt tipi)



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
Afet Suleymanova-article

Şagirdin dərketmə üsulu (İntellekt tipi) 

Şagirdlərin  hansı  dərketmə  qabiliyyətinin  daha  fəal  olduğunu  müəllim

əvvəlcədən  araşdırmalı  və  təlim  zamanı  qrupları  müəyyənləşdirərkən  bu

göstəriciləri nəzərə almalıdır. 



Fərdlərarası  dərketmə  üsuluna  aid  olan  şagirdlər  bütün  qruplara  paylanır.

Onları ayrıca qruplaşdırmağa ehtiyac yoxdur. Fərddaxili dərketmə üsuluna aid

olan şagirdlərin isə vəziyyətdən asılı olaraq həm qruplarda, həm də fərdi şəkildə

çalışmasına şərait yaradılır. 



Görmə  dərketməsi  iti  olan  uşaqlar  bir  qrupa  toplanaraq  onlara  daha  çox

görüntülü, şəkilli materiallar təqdim edilir. Sual oluna bilər ki, şagirdlərin oxu,

yazı,  hesablama  bacarıqlarının  inkişafına  yalnız  şəkillər  vasitəsi  ilə  necə  nail

olmaq olar? Bu, müəllimin yaradıcı təfəkküründən çox asılıdır. Belə ki, görmə

dərketməsi iti olan şagirdlər bir qrupa toplanarkən, onlara təqdim edilən şəkil

əsasında mətn tərtib edib yazmaq, yazdığı mətni oxumaq, yazdıqları ilə bağlı

şərhlər vermək və ya təqdim edilən riyazi şəkillər əsasında məsələlər qurmaq,

onları həll etmək kimi tapşırıqlar vasitəsi ilə şagirdlərin yazı, oxu, nitq, hesablama

və s. bacarıqlarının inkişaf etdirilməsinə münbit şərait yaratmaq olar. 

Eşitmə dərketməsi iti olan şagirdləri bir qrupa toplamaqla onlar üçün daha

çox  səsli  tapşırıqlar  tərtib  edilməsi  təlim  materiallarının  daha  yaxşı

mənimsənilməsinə  geniş  şərait  yaradır.  Əsrimiz  texnologiya  əsridir.  Radio,

maqnitafon, televizor, kompüter səsli informasiyaların çatdırılması üçün uğurlu

vasitədir.  Bəzən  müəllimlər  bölgələrdə  texniki  avadanlıqların  kifayət  qədər

olmadığını  və  ya  elektrik  enerjisi  ilə  bağlı  problemlərin  olduğunu  səbəb

göstərməklə  texnologiyaların  təlim  prosesində  istifadəsinin  çətin,  bəzən  də

mümkünsüz olduğunu bildirirlər. Hətta bütün göstərilənlər nəzərə alınsa belə,

müəllim səsli informasiyaların şagirdlərə çatdırılması üçün optimal yollar tapa

bilər. 


Afət Süleymanova


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin