I mərhələ: Əqli inkişafdan ləngimə hallarının müşahidə edilib-edilməməsi;
II mərhələ: Şagirdin (Blumun idraki taksonomiyaları vasitəsilə) idraki
inkişafının səviyyəsi;
III mərhələ: Şagirdlərin daha çox inkişaf etmiş dərketmə üsulu (H.Qardner
nəzəriyyəsi) (intellekt tipi);
Bu baxımdan sinif iki əsasda qruplaşdırıla bilər:
• Uyğun idrak səviyyəli uşaqlar;
• Fərqli idrak səviyyəli uşaqlar.
Elə problemlər vardır ki, onların həlli zamanı şagirdlərin öz potensial imkanı
çərçivəsində həmin problemin sadə versiyaları üzərində olsa belə, düşünməsi
və müvafiq qərarlar qəbul etməsi vacibdir. Bu baxımdan, sinifdə araşdırılan
problemin həllinə nail olmaq üçün həmin məsələ fərqli yüklü tapşırıqlar
formasında tərtib edilir və müxtəlif səviyyəli qruplara müxtəlif səviyyəli
tapşırıqlar verilir. Hər qrup öz vəzifəsini yerinə yetirəndən sonra birlikdə böyük
iş görülmüş olur. Hər kəs özünü gərəkli, faydalı, işə yarayan hiss edir. Gücü
çatan işi görməklə aşağı idrak səviyyəsinə malik uşaqlar daha bir addım inkişaf
Dostları ilə paylaş: