4. Şagirdlərin psixi inkişafı və mənəvi-psixoloji vəziyyəti. Psixi inkişafdan
geriqalma və mənəvi-psixoloji baxımdan qeyri-stabillik şagirdin təlim nəticələrinə
mənfi təsir göstərir. Bəzən şagirdlər müxtəlif səbəblərdən yoldaşlarının istehza
obyektinə çevrilir. Bu da onun mənəvi baxımdan sarsılması və məktəbdən
yayınma cəhdləri ilə nəticələnir. Hər hansı şagirddə özünəqapanma və
özünəinamsızlıq kimi halları aşkar edən müəllim bunun səbəbini dərhal
araşdırmalıdır. O, şagirdin ailəsi ilə yaxın təmas qurmalı, həyat şəraitini öyrənmək
üçün yaşadığı evə getməli, valideynləri arasında münasibətləri araşdırmalıdır.
Eləcə də həmin şagirdin sinif yoldaşları ilə münasibətlərini də tədqiq etməlidir.
Problemin səbəbi aşkar ediləndən sonra şagirdlərlə işini qurarkən bunu nəzərə
almalı, məktəb psixoloqunu da bu işə cəlb etməlidir.
Şagirdin mənəvi psixoloji stabilliyinin təmin olunması və sağlam mənəvi-
Dostları ilə paylaş: |