Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


PEDAQOGİKA AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1 38



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Afet Suleymanova-article

PEDAQOGİKA

AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1



38

———————————————————————————

4

https://edu.gov.az/az/page/72/302




Afət Süleymanova

Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər

http://journal.edu.az



39

Təhsil haqqında Azərbaycan

Respublikasının Qanunu

Üzərinə

məsuliyyət

qoyulan

təhsil

iştirakçısı

Məsuliyyətlər

«Dövlət təhsil standartlarına

uyğun keyfiyyətli təhsil almaq»

(Maddə 32.3.3)

Məktəb

rəhbərliyi,



müəllim,

valideyn


• məktəb rəhbərliyi – məktəbdə səmərəli təhsil mühiti

yaratmaq və keyfiyyətə nəzarət etmək;

• müəllim-hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə

alaraq, keyfiyyətli təlim-tədris prosesi təşkil etmək; 

• valideyn – evdə öyrənmək üçün şərait yaratmaq və

övladına zəruri dəstəyi vermək.

«Təhsil müəssisəsinin mövcud

infrastrukturundan (tədris-

istehsalat, elmi tədqiqat,

informasiya, mədəni-məişət,

idman, sağlamlıq

mərkəzlərindən,

kitabxanalardan və s.) istifadə

etmək» (Maddə 32.3.6.)

Məktəb

rəhbərliyi,



müəllim

• məktəb rəhbərliyi – məktəbin infrastrukturundan

yetərincə səmərəli faydalanmaq üçün dərs cədvəlini

nəzəri-praktik baxımdan düzgün tərtib etmək, kompüter

laboratoriyasında və məktəb kitabxanasında  hər

müəllimin dərs deməsi üçün əlavə cədvəl və təlimatlar

vemək;

• müəllim – dəslərinin təşkilində məktəbin



infrastrukturundan, maddi-texnki bazasından səmərəli

istifadə etmək.

«Sağlamlıq üçün təhlükəsiz və

zərərsiz təhsil şəraiti ilə təmin

olunmaq» (Maddə 32.3.10.)

Məktəb


rəhbərliyi,

müəllim


• məktəb direktoru – məktəbin gigiyenik baxımdan

təmizliyini, psixoloji iqliminin saflığını və təhlükəsizliyini

təmin etmək;

• müəllim-fiziki-fizioloji, mənəvi-psixoloji təzyiqlərdən,

gərginliklərdən  şagirdləri qorumaq.

«İnsan ləyaqətini və şərəfini

alçaldan, insan hüquqlarına

zidd hərəkətlərdən müdafiə

olunmaq» (Maddə 32.3.11.)

Məktəb


rəhbərliyi,

müəllim,


valideyn

• məktəb rəhbərliyi – müəllimlərlə davranışında insan

ləyaqətinə və şərəfinə, insan hüquqlarına hörmət

baxımından  nümunə olmaq, müəllim-şagird

münasibətlərinə həssas yanaşmaq; 

• müəllim – şagirdlərə məsələ baxımından nümunə

olmaq, hər bir şagirdin şərəf və ləyaqətinə, hüquqlarına

hörmətlə yanaşmaq, valideynlərlə maarifləndirici iş

aparmaq. 

• valideyn – övladının şərəf, ləyaqət və hüquqlarına

hörmətlə yanaşmaq, bu baxımdan məktəblə yaxın

əməkdaşlıq etmək.

«Təhsil prosesinin təşkilində 

və idarə olunmasında fəal

iştirak etmək, öz fikir və

mülahizələrini sərbəst ifadə

etmək» (Maddə 32.3.16.)

Müəllim


• məktəb rəhbərliyi – məktəbdə kollektiv idarəçiliyi,

şagird şuralarının yaradılmasını təmin etmək.

Cədvəl 1. Təhsil iştirakçılarının hüquq və vəzifələri



qayğı  hissləri  aşılamaq  (33.3.4.),  təhsilalanların  şərəf  və  ləyaqətinə  hörmət

etmək  (33.3.6)  müəllimin  birbaşa  vəzifələrinə  aiddir.  Əlavə  olaraq,  pedaqoji

etika  və  əxlaq  normalarına  riayət  etmək,  müəllim  nüfuzunu  yüksək  tutmaq,

ziyalılıq nümunəsi göstərmək (33.3.5.), uşaq və gəncləri fiziki və psixi zorakılığın

bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək (33.3.7.)

də dolayısı ilə şagirdlərin tərbiyəsinə təsir edən amillərdəndir. 

Müəllim-şagird, şagird-şagird, müəllim-valideyn, müəllim-məktəb rəhbərliyi,

məktəb rəhbərliyi-valideyn, məktəb və ictimai təşkilatlar arasındakı uğurlu və

uğursuz münasibətlərə dair konkret situasiyalar nümunəsində, praktik prob-

lem-həll  şəraitində  müəllimlərin  əlavə  təhsilinin  təşkilinə  ehtiyac  duyulur.

Həmin  məsələlərin  məktəb  şəraitində  müşahidəsi  və  müzakirəsi  isə  praktik

bacarıqların daha da möhkəmlənməsinə şərait yaratmış olar.

Digər  tərəfdən,  məktəblərdə  təhsil  iştirakçıları  arasında  münasibətlərdəki

boşluqlar məktəb rəhbərlərinin və müəllimlərin idarəçilik bacarıqlarının aşağı

olmasından irəli gəlir. Araşdırmalar göstərir ki, bakalavriat səviyyəsinin «İbtidai

sinif  müəllimliyi»  ixtisası  üzrə  təhsil  proqramının  «məzmunun  ixtisas

xarakteristikası  və  kompetensiyası»nın  2.2.1.  bəndində,  «hüquqi  biliklərə  və

etik normalara yiyələnmək (ÜK-4)»; «kollektivdə öz həmkarları ilə birgə işləməyi,

optimal qərarlar qəbul etməyi bacarmaq; idarəetmə metodlarına yiyələnmək

(PK-8)»; «şagirdlərin müəyyən qruplarına rəhbərliyi bacarmaq» (PK-9) pedaqoji

təhsilin məzmununun tərkib hissəsidir. 

Qeyd edilən məsələləri ən praktik şəkildə özündə əks etdirmiş, məzmun və

tədris texnologiyaları tərəfimizdən işlənib hazırlanmış «Təhsilin əsasları» fənni

[Süleymanova A. 2014] 2009-2011-ci illərdə eksperimental fənn olaraq tədris

edilmişdir.  Layihənin  qiymətləndirilməsi  komissiyası  ilkin  müəllim  hazırlığı

səviyyəsində «ibtidai sinif müəllimliyi» ixtisası üzrə təhsil alan gələcək müəllimlərə

tədris  edilmiş  bu  fənnin  nəticələrini  yüksək  qiymətləndirmişdir.  Avropa

Komissiyası, Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğun 2011-ci ildəki EAC-

2011-0301  (Tərəfdaş  danışıqlar  proseduru  EAC  /  28/2011)  müqaviləsinə

əsasən 2011-ci ildə Şərq Tərəfdaşlığının altı ölkədə (Ermənistan, Azərbaycan,

Belarus,  Gürcüstan,  Moldova  və  Ukrayna)  aparılan  araşdırmalara  dair  yekun

hesabatının «İlkin müəllim təhsili: kurikulum və müəllim təhsilinin standartları»

(5.4.1.3.) bəndində göstərilir: «Təhsil sektorunun inkişafı layihəsi çərçivəsində

«Təhsilin  əsasları»  dərsliyi  ilə  bərabər  ibtidai  məktəb  müəllimləri  üçün  yeni

təlim  kursları  da  hazırlanmış,  yeni  tədris  proqramının  tətbiqinə  üç  pilot

universitetdə başlanmışdır».

5

Sənədin «Müəllim təhsilində innovasiyalar: innovativ



təcrübələr  və  inkişaflar»  (7.2.)  bəndində  göstərilir:  «Bir  neçə  ali  təhsil

müəssisəsində  yalnız  fənlərini  bilən  müəllimlərin  deyil,  həm  də  öyrənmə

prosesinin  menecerlərinin  hazırlanmasına  əsaslanan  yeni  bir  metod  tətbiq

olunur.  Yəni  gələcək  müəllimlər  həm  təhsil  prosesində  fəlsəfə,  marketinq  və

təhsilin  idarə  olunması  sahələri  üzrə,  həm  də  informasiya-kommunikasiya


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin