Günev Atalı: Elana mənə işarə elədi ki, mən Soylunun
etkisindəyəm. Hələ ayılmamışam.
Soylu Atalı: İstəyərdim bu məsələdə tərsliyimi anladım. Mən onu
başa düşməyinizi xahiş eləyirəm. Mənim bu məsələdə tərsliyimin
səbəbi nədir? Nə qədər gözəl fikir, gözəl danışıqlar dinləyirsən dinlə,
əgər insan özü öz içindən 3-5 kəlmə çıxartmırsa, onda onun üçün
bütövlük yaranmır. Adam özünü ifadə eləyəndə bütövlük yaranır.
Tədbirdə mənə deyirlər ki, bəzən çox adama söz verirsən danışmağa.
Deyirəm, bilirəm. Bəzən də deyirəm danışanlardan kiminsə başqa
sözü yoxdusa, onda filan məsələyə keçək. Niyə? Adamlar gəlir tədbi-
rə. Kim nə deyir desin, bizim işimiz bəllidir, biz öz işimizi görürük.
Kiminsə nəsə deməyinə hesablamırıq gördüyümüz işi. Ancaq kiməsə
söz verirsən, o da bir balaca özünü ifadə eləyir. İfadə eləyəndə ümu-
mi sevincdən o da işıqlanır. Qıraqdan aldığım fərəhlə içimdən aldı-
ğım fərəh birləşir. Gözəl bir işığa çevrilir. Tamam sərbəst, bağımsız,
özünü itirmədən ki, ay mən zəif dedim-filan. Yetər ki, adam öz içini,
öz sevgisini ifadə eləsin. Bu boyda zəngin işlər görürük, gözəl doğ-
malıqlar yaradırıq. Atamızın sorağını yayırıq. Onun hüzurunda belə
274
sorumluluq daşıyırıq. Bunu ifadə eləməyin özü gözəllikdir. Bax,
mənim danış deyə israr eləməyimin anlamı odur.
Yoxsa görüntü yaratmaq üçün israr eləmirəm ki. Nəyinsə xatirinə
eləmirəm. Daha doğrusu, o nəsə nəsədi. Elə-belə deyil. İndi buna
görə sən söz verdin ki, Soyludan sonra danışacaqsan.
Mən də sənin sözündən yapışıb deyirəm ki, Atamızın Bayrağını
öp, beş kəlmə də sözünü de.
Elana Atalı (Ataya səcdə edib, bayrağı öpür): Mən Ocağın
dünyaya gərəkli olduğunu bu gün bir daha gördüm. Düzdür, bir az
yaxşı ifadə eləyə bilmirəm.
Uşaq axtardım dükana göndərməyə. Çağırdım, zəng elədim. Evlə-
rin hamısı boş idi. Hamı “şaxsey-vaxsey”ə getmişdi. Onda mən Oca-
ğın nə qədər gərəkli olduğunu gördüm və nə qədər çətin olduğunu
anladım. Bu boyda kənddə bir Günev var, bir də mən. Ancaq özüm
Ocağın içində olduğum üçün bu mənə böyük bir qüvvə verdi ki, biz
Ocağı həyata keçirəcəyik. Ocaq böyük qüvvədir insanların qurtar-
ması üçün. Atamız Var olsun!
Soylu Atalı: Bir var adam kitab oxuyur, kitabdan düşünür.
Çatışmazlıqları o kitabda düşünəndə də görür. Bir də var gerçək
yaşamımızın özündə bunlar var. Gerçək yaşamımızda da izləyirik.
Ona görə də bəzən böyük işlərin anlamı kənd həyatında daha qabarıq
özünü göstərir və daha yaxşı çatır. Çünkü o deyilənlərin hamısını
275
gözümüzün qabağında görürük. Şəhər mühitində hər şey qarışıq
olduğuna görə hər şeyi incəliklərinə qədər görə bilmirik. Ancaq
kənddə hər şey sanki yerbəyerdir. O deyilən fikirlərin anlamı da
yaxşı görünür. Çatışmazlıqlar da yaxşı çatır. Ən əsası da odur ki,
bunları biz görəndə içimizdə təpər yaranır. Ocağı yaşatmağın
gərəkliyini bir daha özümüzə deyə bilirik. Onu həm də dilə gətiririk.
Atanın Bayrağının qarşısında söz demək həm də and içmək kimi bir
şeydir. Sorumluluqdur.
Günev Atalı: Toyda, yasda Elana mənimlə bərabər söz deyir.
Çünkü kimsə salavat çəkir. Sən çəkməyəndə sual verir ki, niyə sən
çəkmirsən? Söz meydanı yaranır. Bu da fikirlərini yaxşı çatdırır.
Mən öncələr toylara çox getmirdim. İndi də getmirəm. Həmişə mənə
söz veriləndə Elana da gəlib durub yanımda. Mən də Asif Atanın
Evladı kimi sunmuşam. O da söz deyib.
Qutsal Oxumada Atanın “Fəlsəfənin Təməli” Bitiyindən “Ədalə-
tin Təməli” bölümü oxundu, Ocaq Yükümlüsü bəzi fikirlərə açıqlama
verdi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsilə “Ailə Günü” sona yetdi.
Xəzan Ayı, 37-ci il.
(oktyabr, 2015.)
277
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər”Ailəsinin
37-ci ildə VIII “Ailə Günü” törəninin
Gediş yazısı
Gün: 29 Xəzan Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: saat 16.00
Törən Odası Ocaq ruhunda hazırlanır. Çiçək, kağız-qələm, foto və
görüntü çəkilişləri üçün araclar. Hazırlığa sorumlu Ulusəs Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
Törən qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
“Ailə Günü”nün halıma göstərdiyi etkini nədə görürəm?
Törənə qatılanların da düşüncələri dinlənilir.
Qutsal Oxuma: “Sədaqət” kitabından oxunur və Ata fikirlərinə Evlad
açıqlaması verilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.
Carlar
Amalımız – Ruhani İntibahımız!
İnamımız – Milli varlığımız!
Gedişi yazdı: İnamlı Atalı
21 Xəzan Ayı, 37-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
23 Xəzan Ayı, 37-ci il. Saray-Soylu.
278
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 29 Xəzan Ayı, 37-ci ildə (oktyabr, 2015) İnam
Evində “Uluyol-Hünər” Ailəsinin VIII “Ailə Günü” toplantısı keçi-
rildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı.
“Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin AtalıAtaya səcdə ilə
fikirlərini bölüşdü: Keçən ay Atanın 80 illiyi ilə bağlı “Ailə Günü”
toplantısı keçirmədik. Bu aylarda bir sıra Ocaq əməllərim olub. Ata
Bitiqlərini bilgisayardan (printerlə) çap eləmişəm, tədbir kitablaşdır-
mışam, görüntüləri disklərdə arxivləşdirmişəm. Tədbir yazılarının
düzəlişlərini etmişəm. Bu Ocaq əməlləri özlüyndə hər biri mənim
üçün fərəhlidir və sorumluluqdur.
Bununla belə, çalışmalarımdan o qədər də razı deyiləm. Atanın
dediyi yazarlıq, təşkilatçılıq, natiqlik keyfiyyətlərimi gərəkən səviy-
yədə yarada bilməmişəm. Amallaşıram, ancaq xalqlaşma işim yox
kimidir. Seçkilərdən sonra yaşadığım bölgədə oxullara getmək istəyi-
rəm. Keçən ildən bəzi oxullar görüş keçirmək üçün söz vermişdilər.
Amallaşmam: – Atanı oxumaq düşüncəmi arıldır, duyğulandırır,
düşündürür, yazıram, bu özü fərəhlidir. Ancaq özümü tam bir Ocaqçı
kimi görmək istəyirəm. Ata işi necə gerçəkləşir xalqda? Xalqlaşanda
bu işdə varlığımı duyuram. Düzdür, iş gedir, Ocaqçıların əməlləri
279
var, Ocaq Yükümlüsü görüşlər keçirir, ancaq mənim varlığım şəxsi
söhbətlərimdə, xalqlaşmamda olmalıdır ki, fərəhli halımı itirməyim.
Bəzi yazılarımı oxumaq istəyirəm.
xxx
Azərbaycanı yadlaşdırırlar – təhsil, səhiyyə sıradan çıxarılır,
qanunlar insanı qorumur, üz tutmağa rəsmi qurum yoxdur. Yadlaşan
vətəndən çıxıb getmək asanlaşır, bəraətlənir.
Asif Ata isə yadlaşdırılan bu vətənin insanlarını vətənsizliyə alış-
mağa deyil, vətənləşməyə çağırır. Həyat ağırlaşır, ancaq vətənsiz
yaşamaq daha ağırdır. Vətənə münasibət hansısa şərtlərdən deyil,
ruhsal ölçüdən yaranır. Vətən – keçmiş, bugün və gələcəkdir.
xxx
Gözümüzün gördüyü çətindir, dözülməzdir, ağrılıdır. Ruhumuzun
gördüyü – çətinliyi dəyişdirə bilməyə əminlikdir. Gözümüzün gördü-
yü ilə yaşasaq, gerçəkliyə uyğunlaşacağıq. Ruhumuz bizi gerçək-
liyi ötməyə çağırır, gələcəyə inandırır.
xxx
Əbədiliyi İnsanlıq qazanır. Nə şöhrətə can atmaq, nə var-dövlət,
nə də vəzifə. İnsanlığa yetmək üçün ömür xərclənir.
Ancaq ömür itmir, yarandıqca yaşayır, yaşamı bitəndə də yaşayır.
Şöhrətə, var-dövlətə, vəzifəyə də ömür xərclənir. Əslində yaşamır.
Çünkü məqsədi ötəriliyə bağlı olan ömür anlamsızdır. Anlamsız
ömür sabaha çatmır.
280
xxx
Din özünün geriliyiylə hər gün irəliləyir. Geriliyin irəliləməsi
millətin sabahı üçün qorxudur.
xxx
Cəsarətli böyüyür – cəsarətli böyük olur.
Qorxaq böyüyür – yaşlaşmış qorxaq olur.
xxx
Həqiqəti dərk edən həqiqətsiz yaşaya bilməz. Amalı dərk edən
həyatla yaşaya bilməz, – Amalsız yaşaya bilməz.
Yaşamaq yaşatmağa tən olmalıdır. Düşünmək – düşündürməyə,
duyğulanmaq – duyğulandırmağa tən olmalıdır.
xxx
Cəmiyyət halı
Səs – zorlunun, söz – zorlunun, yer – zorlunun.
xxx
Hər kəsin öz həqiqəti olmadığı kimi, hər kəsin də idealı əsil ideal
deyil. İdeal – Əbədilik ölçüsüdür.
xxx
Zor öz gücünə qorxudaraq inandırır, İnsanlıq öz gücünə sevgiylə
inandırır.
xxx
İki yol var Adamın qarşısında. Ya həyata uyğunlaşmaq, ya da
həyatdan üstün olmaq. Həyata uyğunlaşmaq xüsusilik tələb etmir.
Həyatdan üstün olmaq xüsusilərin yetdiyidir.
xxx
Özünü İnamla yaratmaq – İnamın yiyəsi olmaqdır, İnamın yiyəli-
yində olmaqdır.
Özünü İdrakla yaratmaq – İdrakın yiyəsi olmaqdır, İdrakın
yiyəliyində olmaqdır.
Özünü Mənəviyyatla yaratmaq – Mənəviyyatın yiyəsi olmaqdır,
Mənəviyyatın yiyəliyində olmaqdır.
Özünü İradəylə yaratmaq – İradənin yiyəsi olmaqdır, İradənin
yiyəliyində olmaqdır.
xxx
Hər çətinlik bir qapıdır. Ya qapı arxasında qalırsan, ya da çətinliyi
ötüb, yəni qapını açıb yoluna davam edirsən. Həyat – qapı arxasında
qalanlarla doludur.
281
xxx
Maddi zənginlik – həyat olanaqlarını adamın üzünə açır, insanlıq
yolunun qapısını bağlayır.
xxx
Adamın vaxt qıtlığı var – anlamsız həyat əməllərində. Vaxtını
dəyərləndirmək istəyən həyatçılıqdan imtina etməlidir.
xxx
Dünya böyük bir alver meydanına çevrilib. Savaşlar, işğallar,
köçlər, kreditlər, iqtisadi şərtlər yönətici güclər tərəfindən yönətilir.
Millətlərin bu alver araçılığından çıxması üçün ruhsal özümləşmə
gərəkdir. Dünyanın mənzərəsi Dünyalıq anlamına tən olmalıdır.
xxx
Həyatın ağırlığını dərk etmək və Olmalını – İdealı sevmək! İdeala
inanmaq – nikbinliyin təməlidir.
xxx
Bu ayda bir zəifliyimi də boynuma alım. Bir yön olaraq Atanı
oxumaq məni həyat qayğılarından arındırır. Qayğılar hər zaman ola-
caq. Bəzən olur ki, o qayğıları həll etmək mümkünsüzlüyü düşün-
cəmi qapsayır və başqa şey düşünməyə qoymur. Atanı oxuyanda isə
ayağımı buxovlardan açır sanki. Təbii ki, o qayğılar da nə zamansa
həll olunacaq. Ancaq bugünə qapılıb qalmaq əhvalsızlıq yaradır.
Sabahın gözüylə baxanda və nikbinliyə yetəndə o qayğılar düşün-
cəmi qapsamaqdan yan keçir.
Mən ən çox evdə oluram, bu da məni ruhsal əməllərdən, söhbət-
lərdən ayırır. Xalqlaşmada özümü görürəm, çatışmazlıqlarımı, qüsur-
larımı görürəm. Bunu hər Ailə Günündə deyirəm, çünkü bunun
əksikliyini yaşayıram.
Ailə Günü qonumuz haqqında: Ata deyirdi ki, Azərbaycan
Ailələşməlidir – Ruhsal Ailə anlamında. Biz ayda bir dəfə Ailə Günü
keçiririk, hesabat veririk. Doğrudur, mən öz hesabatımdan nə qədər
razı qalmasam da, ruhsal Ailə mənim ömrümdə bir sistem yaradır.
Təəssüf ki, Ailənin Evladları arasında birgə əməl yoxdur. Birgə əməl
doğmalıq və birlik yaradır. Ailə birgə yol gedənlərin birliyidir. Ailə
Evladlar arasında münasibətin ifadəsidir. Doğmalıq ideya, yol
birliyindən doğur. Ailə Günündə Evlad özünü açır, ifadə edir, daha
da yaxşı tanıyıram, doğmalaşıram ona. Bu münasibətlər hamısı topla-
nır doğmalıqda və ömrümə yeriyir. Eləcə də başqa Ocaqçıların. Eyni
282
yol getmənin fərəhini, sorumluluğunu yaşamaq var. Ruhsal Ailənin
içindəki hal, doğmalıq, birlik yansımalıdır bütün münasibətlərə –
həm cismani ailələrə, həm də insanlararası münasibətlərə.
Hər bir Ailə Gününün keçirilməsi mənim üçün olduqca gərəklidir.
Bunun etkisini hər dəfə görürəm, çatışmayan cəhətimi də görürəm,
dediyim fikri hansı halla dediyimin sorumluluğunu yaşayıram. Hər
bir Evlad üçün Ailənin olması və özünü Ailəyə verməsi olduqca
gərəklidir. Təbii ki, yükümlü kimi üzərimə daha böyük sorumluluq-
lar düşür. Mən çalışıram ki, o sorumluluqları həyata keçirəm.
Atamız Var olsun!
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Öncə ondan başla-
yım: Ocaq elə bir mühitdir ki, adamda həyəcan doğurur. Ən çox da
Ailə Günündə həyəcanlı oluram. Bu, sorumluluq duyğusundan
yaranır. Mən nə orta oxulda, nə yüksək oxulda yaxşı oxuyan öyrənci
olmamışam. Heç vaxt dərsimə hazırlaşanda belə həyəcan keçirməmi-
şəm. Onun sorumluluğunu bu dərəcədə daşımamışam. Hər Ocaq
törəninə gələndə, hər Ailə Gününə gələndə isə mən, dediyim kimi,
həyəcan keçirirəm. Ocaq boynuma elə bir sorumluluq qoyur ki, o so-
rumluluğu anladıqca boyum artır.
Bu sorumluluq içsəl tələbata çevrilir. Görünür sorumluluq
olmasaydı, mən özümü Ocaqçı saymazdım.
Biz keçən ay Atanın 80 illik törəni ilə bağlı Ailə Günü keçirmə-
dik. İçimdə, bu ay hesabatım olmayacaq deyə, arxayınçılıq keçdi. O
283
gücü Atanın 80 illik törəninə sərf elədik, orda da sorumluluq vardı.
Mən Ataya ürəyimdə ikinci kərə səcdə qıldım ki, doğrudan Atanın
uzaqgörənliyi burda yerini bildirir. Ata mərasimlərdə Ocaqçı olma-
yanların qatqısını yasaqlayır. Həmişə fikirləşirdim ki, burada nə ola
bilər, qonaq gəlib otursa?! Tədbirlərin birində bu özünü bir daha
isbat elədi ki, Ata doğru deyib.
Adam fikirləşər ki, hər ay Ocaqçının hesabat verməsi nəyə gərək-
dir ki?! Bu ay Ailə Günü keçirmədik və gördük ki, Ocaqçıya hər ay
hesabat verməsi gərəkdir. Ona görə ki, mən bu ay sorumluluqdan bir
az yayındım. Bəlkə də Ata həftədə bir dəfə Ocaqçının hesabat ver-
məsini istəsəydi belə, yenə də haqlıydı. Ocaqçı nə qədər Ailə hesa-
batı verirsə, o qədər sorumluluq hiss edir və Atanın kitablarını da
dönə-dönə oxuyur. Mən hələ 3 ildir Ocaqdayam, o haqqa yetib deyə
bilmirəm ki, mən xalqyaratma işini görürəm. Düzdür, Ocağın mahiy-
yəti xalqyaratma işidir. Xalqın dəyərləri yaranır, gələnək və görənək-
ləri yaranır. Dəyərləri qorunur, saxlanılır, gələcək nəsillərə çatdırılır.
Bunun üçün öncə özümü yaratmalıyam, özümü yarada-yarada
xalqyaratma işində olmalıyam. Bu baxımdan mən haqq etmirəm.
Ocq işi elə bir böyük işdir, elə bir sorumluluqdur, insandan elə bir
ruhsal güc tələb edir ki, gərək imtinaya yüksələsən. Özündə haqq
tapıb deyə biləsən ki, mən Atanın yolundayam və Ocaq işi görürəm.
Ailə Günündə Amallaşma, Xalqlaşma, Kamilləşmə hesabatı veri-
lir. Amallaşma ilə bağlı deyim ki, elə ay olmur ki, Atanı, ya saytımızı
oxuyub ordan nəsə bəhrələnməyim.
Kamilləşmə ilə bağlı deyim ki, hər gün öz yaxamdan yapışan
birisiyəm. Çünkü 3 il Ocaqçı olan kəs kamilləşmə yolunu tutmalıydı.
Ata demişdi ki, Ocaqçı ən qısa zamanda, bir ilə, iki ilə kamilləşmə-
lidir. Baxmayaraq ki, mən 3 ildir Ocaqdayam, ancaq Ata dediyi
səviyyədə Kamilləşməm baş tutmayıb. Həyat amansızlaşdıqca
mənim kamilləşməyimə də pis etki göstərir. Düzdür, hər gün özümə
qarşı sorumluyam, atdığım hərəkətə görə, istər ondan öncə, istər
ondan sonra, özümə hesabat verirəm ki, düzmü etdim, yanlışmı?
Mən qeyzləndim, mənə bu yaraşmazdı. Hər bir addımımı çalışıram
ölçüm-biçim. Başını buraxmayım o duyğularımın. Özümü idarə
etməyi bacarım ki, qıraqdan məni idarə etmək mümkün olmasın.
Çünkü sıradan biri deyiləm. Ən azından bu Yolda görünürəm. Ona
görə də özümə qarşı daha çox tənqidi yanaşıram. Təklikdə daha çox
özümü danlamaqla keçinirəm, çünkü mənim gündəlik daha çox
284
qəbahətim var. Qəbahətim olduğuna görə daha çox özümə danlaqla
yanaşıram. Özümü yenidən yaratmağa cəhd edirəm.
Xalqlaşmada – son 4-5 aydır geriləmişəm. Özümü də pis etkilən-
dirir. Nurtəkin bacımız Atanın 3 tələbinin adını çəkdi: Ocaqçıda
yazarlıq, natiqlik, təşkilatçılıq olmalıdır.
Amallaşma, Kamilləşmə, Xaqlaşma tələbatı də elə odur. Bunun
biri olmayanda o birilər baş tutmur. Xalqlaşma olmayanda kamillə-
şməyə pis etki göstərir, kamilləşmə olmayanda xalqlaşmaya pis etki
göstərir və s. Bir-birinə zəncirvari bağlıdır. Bu üzdən Atanın qarşı-
sında üzü ağ deyiləm. Daha çox imtinaya yetə bilərdim. Vaxt edib
xalqlaşma işini yerinə yetirə bilərdim. İşimin çoxluğu mənə imkan
vermir. Düşünürəm ki, belə getməyəcək. İtirdiyim vaxtların yerini
doldurmaq gücündəyəm.
Bu iki ay içində insan-dünya münasibətlərini müşahidə elədim.
Bununla bağlı bizim I Qutsal Bitiyimiz olan “Mütləqə İnam” bitiyini
vərəqlədim. Baxmayaraq ki, mən onu iki kərə oxumuşam. Yenə də o
bitiqi mən içimə tam çevirməmişəm. Çünkü ktab özündə o qədər
dərin anlam, hikmət daşıyır ki, 100 kərə oxusan da, insan hər dəfə
nəsə öyrənir.
Mən üçüncü kərədir o bitiyə qayıdıram, hər dəfə də mənə elə gəlir
ki, ilk dəfədir vərəqləyirəm. “İdrak” bölümünü oxudum. Mən onu
öyrənci kimi danışmaq istəyirəm. Ata deyir ki, insanın dünyaya ağıllı
münasibəti var. Yəni insan dünyaya ağlın gözüylə baxır. Dünyanı
tanıyır, daha çox dünyadan faydalanır.
Dünyanı özüylə paralel götürür. Ancaq dünyanı tam dərk eləmir.
Dünyanı ağılla dərk elədiyindən dünyaya üzdən yanaşır. Dünyayla
özü arasında heç bir birlik yaratmır. Dünyayla birlik üzdə olur. İnsan
dünyanı gözəlləşdirməkdənsə, ondan daha çox faydalanmağı düşü-
nür, çünkü ağlın gözüylə baxır. Əslində isə insanı ağıl yox, ruh yönə-
tir. İnsan ağlının gücü nəyə yetirsə, onunla yetərlənir. Bu yetərlənmə
də onun özündən və dünyadan ayrı düşməsinə gətirib çıxarır. Əslində
insan özünü öyrənsəydi, dünyanı özündə tapardı. Dünya ilə insan
arasında elə bir bağlılıq var ki, insan dünyadan ayrı yaşaya bilməz.
Ancaq demək olar ki, çağımıza qədər insan dünyanın anlamını heç
vaxt dərindən bilməyib, ona üzdən baxıb. Gözün gördüyüylə
yetərlənib. Ona görə də doğmalıq itib.
İdrakın ikinci pilləsi var – Zəka. Ata deyir ki, zəkayla dünyaya
baxanda insan dünyanı öyrənir. Ağıl yararlanır, zəka isə öyrənir.
285
Üçüncü pillədə ruhsal idrak gəlir. Ağıl dünyanı tanıdı, zəka insanı
dünyaya yetirdi, ruhsal idrak isə dünyadan qırağa çıxdı, dünyanın
özündən böyük mənasını dərk elədi. Ruhsal idrak bu pillələrdən
yüksəkdə durur. Dünyaya ruhun gözüylə baxsaq, insanın insandan
artıq olan mənasını, dünyanın dünyadan artıq olan mənasını, həyatın
həyatdan artıq olan mənasını dərk eləmək olur. İnsan onda kamilliyə
yetər. İnsan ruhsal idrakla ölümsüzlüyə qovuşur. Bu, adi məntiqə
sığmır, elə bir hadisədir ki, sözlə ifadə eləmək də çətindir. Bu
baxımdan mən düşünürəm ki, insanın dünyaya baxışı ruhsal idrakla
olsa, insan dünyanı, doğrudan da, dərk eləyər, bəşəriyyət bu qədər
dağılmaz. Bu qədər fəlakətlər baş verməz, həyat insanın gözündən
düşməz, sevgi itməz, qutsallıq qayıdar, gözəllik qayıdar, hər şey
qayıdar. Bunların varlığı ruhsal idrakın olmasından irəli gəlir.
Atamız Var olsun!
(Çıxış qısaldılmaqla verilmişdir)
İlham Mustafa: Bir ay olar heç bir tədbirə qatılmadım öz yanlış-
larımın ucundan. Ancaq, doğrudan da, boşluq hiss elədim özümdə.
Mən elə bilirdim ki, gəlmədiyim, ünsiyyətdə olmadığım günlər başqa
bir dünyaya köçdü. Mən Ocaqçı olmağa çox çalışıram. Ancaq nəsə
məni saxlayır. O nəsəni aşa bilmirəm. Onu aşmaq üçün bildiyim və
bilmədiyim şeylər var. Neçə günlərdir Ocaqla ünsiyyətdən qıraqda
qaldığım üçün istər-istəməz başqa bir yer axtarıram. Düşürəm
boşluğa, çıxmaq istəyirəm ordan. Gördüyüm adamlarla söhbətlərdə
görürəm ki, Ocaq xalqın məşğul olduğu işlərdən qat-qat yüksəkdir.
Ocaq elə bir yerdir ki, burda sözün həqiqi anlamında insanlıq tapır
adam. İslamın mərasimləri ilə çöküb bu ölkə. Uzlaşdırıb fərqini araş-
dıranda görürəm ki, həyatın anlamı Ocaqdadr. İnsanlığın anlamı
həqiqətən də Ocaqdadır. O qədər düzgün yön yeridir ki, bu yer,
burada həm elm görə bilirsən, həm dünyagörüşün artır, həm də
həyatın anlamını dərk edə bilirsən. Yanlışım olduğuna görə danışa
bilmirəm. Atamız Var olsun! (Bayrağı öpüb səcdə edir – N.A.)
Ağşın Ağkəmərli: Mən özümü həmişə Bayrağın qarşısında, Oca-
ğın qarşısında hiss edirəm.
Bir az tənqidi yanaşmaq istəyirəm. Məncə, bu yetərli deyil. Misal
üçün üzümü tuturam dəyər verdiyim, sayğı göstərdiyim İnamlıya.
Ocaqçı bundan daha çox irəli getməlidir. Biz tək-tək fərdlərimizdə
liderlik gücü, aparıcılıq qüvvəsini görmək istəyirik. Sözün özəyini
286
vermək istəyirik. Mən bir dinləyici kimi yoruldum. Çünkü dönə-dönə
eyni nöqtəyə gəlir. Bu söhbətləri yığsaq bir səhifə edər. Bu bir az
ciddiyyət tələb edir. Mənim cəsarətimi bağışlayın. Üzr istəyirəm,
ümidim var xətrinizə dəyməsin. Biz bir ailəyik. Siz məni bu ailənin
üzvü kimi qəbul eləməsəniz də, mən özümü bu ailənin üzvü bilirəm.
Eləcə də o biri ailələrin də üzvü kimi özümü bilirəm. Ərkim çatır ki,
10 ildən artıq müddət içində ünsiyyətin səmimiyyəti, mehribançılığı
sonucunda öyrəndiklərimin əsasında cəsarət tapım.
Bundan daha irəli getmək gərəkdir. Bunların bir çoxu ev içidir,
özün üçündür, eşik üçündür, bura üçün deyil. Burda bu gün təslim
olmağı yox, güc, qüvvə, qüdrət olmağı tələb edir. Asif Atanın fikri-
nin, düşüncəsinin mayasında və onun fikrinin əsasında arılaşdırma
işini təriqətlərdə də (buna bənzər 10%, 20%, 30%) tapmaq olar,
ümumiyyətlə. Ocaq fikrini, Asif Atanın ruhunu, düşüncəsini ayrıla-
rından fərqləndirən böyük bir məqam vardır. Biz vurğuladığımız o
məqam ancaq Azərbaycandan keçir. Bizi də bağlayan, bir araya gəti-
rən bu Azərbaycandan olan bir məqamdır. Yoxsa ruhu təmizləmək,
ruhu qidalandırmaq çoxlu təriqətlərdə var. Ancaq Azərbaycan məsə-
ləsi gəlir, vətən məsələsi gəlir, vətənin parçalanmışlığı. Başımıza
gələn fəlakətlər gəlir. Biz bununla qidalanırıq, bir-birimizdən
ruhlanırıq ki, səfərbər olaq, bu dərdlərimizi çözmək üçün. Rəhbər
olmaq üçün, lider olmaq üçün, komutan olmaq üçün, əsgər yox.
Məqsəd Allah olmaqdır. Bu söhbətlər isə yetərli deyil. İlham bəy
Məhəmməd peyğəmbərin işinə toxundu. Məhəmməd böyük adamdır.
Bu gün mən gedən yolu Məhəmməd peyğəmbər 1400 il qabaq gedib-
dir. Orda dövlət yaradıbdır. Bu gün öz millətinə elə bir qulluq edibdir
ki, bizim 80 faizimiz ona namaz qılır.
Dünən liftdə bir qız gördüm, deyirəm nə yaxşı qızsan, adın nədir?
Anası deyir, Mədinə. Dedim, niyə Mədinə? Dedi, a, bizim müqəd-
dəslərimizdir. Elə “müqəddəslərimiz” dedi ki, mən ikinci söz tapıb
ona deyə bilmədim. Məhəmməd öz millətinə görə böyük adamdır ki,
hələ bu gün də mən onun köləliyində, ruhsal müstəmləkəliyində
gedirəm. Ona görə bizə ruhən qidalanmaq yetərli deyil. Saf olmaq,
təslim olmaq, o bizə yetərli deyil. Bizə ağıl ruhdan üstün gəlir. Mən
ruhumla Borçalını, Dərbəndi, Təbrizi, Qarabağı azad edə bilmə-
yəcəm. Birinci aşama ola bilər ki, mənim üçün yaxşı olsun. İkinci
aşama döyüş tələb edir, ağıl tələb edir. Mən fikirləşirəm ki, biz çox
gecikdik. O qədər gecikdik ki, karvan gəlib keçib, qatar da keçib. Biz
287
hələ düşünürük ki, yola düşək. İnanın ki, xəbərləri izləyəndə 13
milyon qaçqın, Suriyada, İraqda, Türkiyənin özündə çox oyunlar
bizim başımızın üstündə gedir. Türklüyümüzə görə bu oyunlar gəlir.
Sabah Güneydə – Xoyda, Urmiyədə, Təbrizdə həmin hadisələrin
təkrarı olacaq. Bunlar da o hadisələrdən uzaq bir məqam deyil. Bu
şübhələr, bu sorular, bu fikirlər məndə bir şey yaradır ki, daha da
tələbkar olsun. Daha da istəyə bilsin. İlham bəy deyir ki, gəldim,
qidalandım, toxdadım, getdim. Söhbət bu deyil. Biz böyük bir faciə-
lərin içindəyik. İnciməyin. (Ayaz bəy) şair – 4 şeir yazmaqla hara
gedəcəksən? Bu günümüz onu tələb eləmir. Şeiri Ayaz bəy də yazır,
başqaları da. Şairlik yetərli deyil. Şairlik bizim dərdimizə dərman
eləmir.
Xəbərlərdə izlədim, Kuba kimi ölkədə müsəlmanların böyük bir
məscidi açılıbdı. Kuba ki, Fidel Kastro ölməyibdir, qatı komunist idi.
İslam da bəhanədir ki, öz məqsədini yeritsin. Məhəmməd peyğəmbər
İslamı bir məqsəd kimi yaradıbdir ki, səni ona tabe eləsin.
O torpağa, o düşüncəyə, o dilə tabe eləsin. Vəhabi adıyla gedir,
nurçu adıyla gedir, ya şiə adıyla gedir, hər nə adıyla gedir getsin, bu
gələn nə olursa olsun, sudur, su deyil, seldir, məni aparır. Mən fikir-
lərimi belə ifadə elədim, kim də bu fikirlərə görə nə deyərsə, canla-
başla dinləməyə hazıram.
(Çıxışda təkrarlar olduğundan qısaldılıbdır)
288
Ayaz Şıxalıoğlu: Bizim varlığımız vətəndir, bunun üçündür söh-
bətlər. Mənim şeir yazmağımla çox şeyi dəyişmək olmaz. Bizim elə
dərdlərmiz var ki, bu dərdlərin qabağında şeir bir məqamda onu
ruhlandıra bilər. Deyərsən, o söz onu qaldırar. Ancaq burda böyük
bir iş görmək gərəkdir. Necə ki, sufilər piyada düşmüşdülər, təbliğ
edirdilər, ərəb ölkələrindən tutmuş bütün Zaqafqaziyanı gəzirdilər.
Ölümdən keçmişdilər onlar. Biz bu gün o dərəcədə çıxmalıyıq, xal-
qın içinə getməliyik yəni. Tutaq ki, Ayaz bir oxulda görüş təşkil
etsin. Birini İlham təşkil eləsin, birini o biri. Buna deyərəm iş. Əsgər
görəvindən getmir söhbət, həmin komutanlıq burdadır. Bircə dəfə
onu təşkil eləsən, orda mən çıxş eləsəm, mənim özümün də gücüm
mənə bəlli olacaq. Bizdə bir məsəl var, canavar öz gücünü bilsə,
dünyanı dağıdar. O gücü göstərmək gərəkdir. Ona görə Ağşın bəyin
sözü çox doğru sözdür, qeyrətli sözdür. Belə də gərəkdir.
Elçin Həsənov: Əslində biz etmədiyimiz əməllərin cəzasını bu
gün və sabah çəkməkdəyik. Ölkəmizdə baş verən hadisələr, ətrafı-
mızda baş verən hadisələr. Asif Ata o vaxtlar deyirdi, görüşlərində
deyirdi, mən baxırdım, bəzi səbəblərdən orda iştirak etməmişəm. O
vaxt biz onun dediyi sözləri etmədiyimizə görə, bir millət olaraq
bunun cəzalarını çəkirik. Bu gün ölkədə baş verən hadisələrə baxın.
Azərbaycanın dayaq nöqtəsi olan MTN nə oyunlardan çıxır, nələr iş
görür. Bu gün bizim güvəndiyimiz təhlükəsizlik baxanlıqları (nazir-
likləri) kimisə şərləyəndə, kimisə döyəndə, tutduranda, pis-pis işlərlə
məşğul olanda biz bilməliydik. Asif Atanın başına nələr oyun gətir-
məyiblər. Özü deyirdi ki, mənə adamyeyəndən başqa hər şey dedilər.
Onları kim eləyirdi? Keçmişə gedib dirənən təhlükəsizlik idarələri.
Xalq yaddan çıxıb. Milli təhlükəsizliyin sayəsində İranın at oynat-
dığı… Mən Binə sovxozda qalıram. Minlərlə insanlar Aşura günündə
qaraköynəkdə, qollarına qara lent bağlayıblar, 17-18 yaşlarında.
Onların beyinləri ağ kağız kimidir. Bu gün belə bir dəstə yaradıblar.
İran gətirir verir qara köynəyi, deyir ki, bu köynəyi verirəm, bu
köynək sənin qanına bulanmalıdır. Hakimiyətin özünə də meydan
oxudular, dedilər ki, sizin özünüzü qanınıza bulayacağıq. Bunlar
hamısı bizim, savadlı bildiyimiz aydınların, Asif Atanın dediklərini
eləmədiyimizin günahıdır çəkirik. Mənim sözümün canı odur ki,
durum həddindən artıq gərgindir. Biz etmədiyimizin günahını xalq
olaraq çəkməkdəyik. Şəxsən mən əlimdən gələni edirəm. Ancaq
289
azdır, çox işlər görülməlidir. Biz Asif Atanı dünyaya tanıtdırsaydıq,
Amerikanın, İngiltərənin alimlərindən nəyi ilə əksik idi? Bu pisləş-
məyin səbəbini insanlarda görürəm ki, qulaq asmadılar. Böyüklə-
rimizə fikir vermədik, ağıllı olduqlarını bilə-bilə.
Fikir vermədiyimizə görə, uyduq vara-dövlətə, vəzifəyə, indi də
xalqı elə bil uçurumun düz ortasında saxlamışıq. Burdan da o tərəfə
işi düzəltmək, səhvləri düzəltmək olar. Ancaq indi elə aydınlarımız
ortada yoxdur. Həmin o aydınlara yol verəcək rejim də yoxdur. Baxı-
ram ki, biz məhvə doğru gedirik. Soylu bəy də danışacaq, bəlkə
mənə ürək-dirək verəcək, mən də işin içindəyəm. Ancaq görürəm ki,
durum pisləşməyə doğru gedir.
Dostları ilə paylaş: |