İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Atanı oxumadığım
günüm yoxdur. Hazırda Atanın “Özüllər Özülü” Bitiyini oxuyuram.
Nurtəkinin sözüylə desək, düşünə-düşünə oxuyuram, qaça-qaça oxu-
muram.
15
Sabir Yanardağın “İstibdad və istila” əsərini oxuyandan sonra
kiçik bir yazı yazmışdım. Orda ən doğru sözlər özümə aid idi. Biz
çox vaxt söz deyəndə çətinlik çəkirik, əsasən “Ailə Günü” tədbir-
lərində. Mən S.Yanardağın orda təhlil elədiyi əsərlərdən çox şey bəh-
rələndim. Ancaq orda elə ziddiyyətli məqamlar var ki, mən özümü
onun yerinə qoydum. İnsan ziddiyyətli olanda hadisələrə həqiqi qiy-
mət verə bilmir. Ziddiyyətin içindən çıxa bilmədiyinə görə ziddiy-
yətli qiymət verir. Mən düşünürəm ki, yazı yazmaqdır, söz deməkdir,
bunun hamısı insan özünü qurandan sonra baş verir. Ömrümün
yaranması vacibdir ki, səhvimə, elə adicə iş yerimdə olan haqsızlığa
qiymət verə bilim.
İş yerimdə yanlışlara yol verirəm, onlarla ünsiyyətdə məni ittiham
edirlər. Mən qarşılıqlı münasibət bildirəndə özümü itirirəm, onlara
aqressiv cavab verdiyim üçün uduzuram. Deməli, özümü hələ yetir-
məmişəm. Yetirsəydim, həyatda qarşılaşdığım hadisələrdə səhvə yol
verməzdim. Atanı oxuyuram, hər şey sadədir, başa düşdüm, keçirəm
ikinci səhifəyə, birinci səhifədəki sözü təkrarlayıb cavabını verə
bilmirəm. Belə baxanda çox sadədir. Ata orda deyir ki, dünya özündə
Mütləqə çatmaq imkanı daşımır, həyat özündə Mütləqə çat-maq
imkanı daşımır. Ancaq insan özündəki mənaya çatmaq imkanı daşı-
yır. Belə baxanda sadədir, gəl indi onu aç.
Bir gün mən Soylu Atalıya sual verdim ki, Asif Atanın məişətiylə
bağlı davranışlarını “Ata səcdəsində” kitabından oxuyub öyrənirəm.
Dedi ki, “sən ordan öyrənmə. Kiminsə ömrünü əzbərləməzlər. Sən
16
Mütləqə yetəndən sonra Atanı da anlayacaqsan, özünü də. Mütləqin
ölçüsü birdir. Bu ölçüyə yetəndə biləcəksən ki, necə davranmaq
gərəkdir”.
Həyatda min ölçü var. Hərənin bir ölçüsü, baxışı var. Mütəqə
yetəndən sonra insan hadisəyə münasibətini bildirərkən qırağa
çıxmaları olmur.
Xalqlaşma ilə bağlı yeni əməllərim yoxdur.
Qonu ilə bağlı: İnsan doğulur, bağçaya gedir, oxula gedir. Ancaq
özündən qırağa çıxmır. İşdə mənimlə ünsiyyətdə hər təbəqənin
adamları olur. Nazirlikdən gələnlər olur, aydınlardan, başqa yönün
adamlarından qarşılaşdıqlarım olur. Hamısı cəmiyyətdən şikayət
edir. Vaxt var idi, mən də elə idim. Mən də deyirdim ki, bu həyatdan,
bu insandan heç nə çıxmaz. Özüm özümə sual vermirdim ki, özüm-
dən nə çıxar. Mən insanam axı. Özüm İnsanlığın, Mütləqin tələblə-
rinə cavab verə bilirəmmi? Nə qədər xeyirliyəm, ədalətliyəm, vic-
danlıyam. Nə dərəcədə mən cəmiyyətdən üstünəm?!
Mən də bir vaxtlar elə idim. Hamı elə bilir özü düz yaşayır,
başqaları yanlış. Ata da deyir ki, zamandan asılı olmadığın dərəcədə
azadsan. Mühitdən asılı olmadığın dərəcədə azadsan. İçindəki
balacalıqdan azad olmalısan.
Mən demirəm ki, cəmiyyətdə hamı pisdir. Tərbiyəli insanlar da
var, ancaq təbiətdən gələn xarakterlə yaşamaq azdır. Çünkü istənilən
halda, həmin insan yalan yaşamaq imkanı gəzdirir özündə. Cəmiyyət
fərdi keyfiyyətlərini itirmiş insanların məcmuudur. Cəmiyyət adam-
lıq halını ifadə edir. İnsan olub cəmiyyət içində qalmaq çox çətindir.
Bəzən əsəbləşirəm və deyirəm ki, mən də həyatdan biri ola-
cam. Çünkü bu gün cəmiyyətdən ayrılıb insan kimi yaşamaq sorun-
larla üzləşməkdir. Çünkü şər xeyiri öldürməyə yönəlib. Cəmiyyət də
özündə şəri yaşadır. Ona görə cəmiyyət mütləq ruhaniləşməlidir.
Gedişat sübut edir ki, Ocaq ideyalarından qıraqda insani qurallar
yaratmaq mümkün deyil.
Atamız Var olsun!
Nurtəkin Atalı: Bir neçə ay bundan qabaq, İnamlı ilə mən “Ailə
Günü”ndə bir-birinə münasibətdə öz yanlışlarımızı boynumuza aldıq.
O da özündən çıxmışdı, mən də. İkimiz də bunu öz yanlışımız kimi
qiymətləndirdik. Məsələ burasındadır ki, boynuna almada dayanıb
qalmamalıyıq, çıxmalıyıq. Atanı oxumaq bizi düşündürür, ağlımız nə
dərəcədə işıqlanır, yetkinləşir, bunu ömrümüzə çevirmək gərəkdir.
17
Yəni sən deyirsən ki, dünyanın dünyalıq adlı mənası var, insanın
insanlıq adlı mənası var, bunu dərk eləmək çətindir. Bax, bilməyimiz
gərəkən anlam odur ki, gərək halımızda özünü göstərən aqressiya ilə
döyüşək, onda biz dünyalıq adlı mənaya, insanlıq adlı mənaya çata-
cağıq. Hər zaman özünə nəzarət gərəkdir, hər zaman özüylədöyüş
gərəkdir. Hər zaman özünü görmək gərəkdir ki, ruhani halından en-
məyəsən.
Mənim işlədiyim yerlərdə, işimdə səhv ola bilirdi, ancaq xarak-
terimdə, münasibətimdə qüsur yox idi. Təbii ki, işdə hamımız səhv
edə bilərik, ancaq bizim xarakterimizi qurmaq bizi öz mühitmizi
yaratmağa gətirib çıxarır ki, başqa bir hal ora təsir eləməsin.
Məsələ ondadır ki, hər bir yanlışımızın özü də bizim üçün bir
təkandır. Bəzən çətinliyə düşə bilərik, ancaq yanlışın aşkarlanması
belə önəmlidir. Qoy qıraqdakı desin ki, səndə kobudluq var.
Çatışmayan cəhətlərin aşkarlanması belə bizim özümüzə inamımızı
azaltmamalıdır.
Mənim tənqid daha yaxşı yadımda qalır, tərif yadımda qalmır. O
da hər kəs tərəfindən yox. Əsasən Ocaq Yükümlüsü tərəfindən
yanlışlarıma görə düzəldilməyim mənim indiyə qədər yadımda qalıb.
Onunla hər bir şeyi bölüşürəm ki, o mənə desin ki, nədə səhv
etmişəm. Ola bilər mən onu görə bilmirəm. Buna mənim ehtiyacım
olur ki, bu Soylu Atalı tərəfindən deyilsin.
“Evlad Günü” mərasimində Soylu Atalı dedi ki, özüylədöyüş
gündəliyi yazılmalıdır, təqdim olunmalıdır. Məsələn, özüylədöyüş
dəftərlərinə mən ayrı-ayrı epizodlar yazıram. Təbii, o, özüylədöyüş
deyil, dəftərləri təqdim eləmək gərəkdir ki, Ocaq Yükümlüsü bizi
özümüzə göstərə bilsin. Əgər mən o cəhətdən çıxmaq istəyirəmsə,
özümü ifadə eləməliyəm, döyüşməliyəm, bu hər zaman mənim
diqqətimdə olmalıdır. Əgər mən bunu bir daha təkrarlamaq istəmi-
rəmsə, deməli, mən oxumalıyam, düşünməliyəm, yazmalıyam, öz
üzərimdə işləməliyəm və bunu da bölüşməkdən çəkinməməliyəm.
Göylü Atalı: Nurtəkin deyir, tənqid daha çox yadımda qalır.
Tənqid məsələsi belədir, bir var özünə qarşı, bir də var başqasına
qarşı. Məsələn, Mövlananın belə bir sözü var ki, qüsuru görmək
mənlik deyil, qüsuru örtmək mənlikdir. Bu da baxır nədə. Özünün
qüsuruna qarşı kobudluq, əlbəttə, bu doğru deyil, ancaq qüsuru üzünə
deməklə onu daha da qırır. Ona görə bu məsələdə maksimum
18
diqqətli olmaq. Harda kor olmaq, harda göstərmək və kimin göstər-
məyi. Hər iki tərəf buna haqq eləməlidir.
Nurtəkin Atalı: Aşağılamaq yönündə deyil, böyütmək yönündə
gərəklidir tənqid.
Göylü Atalı: Ümumiyyətlə, gözəl şeyləri qabartmaq insana daha
yaxşı təsir edir, nəinki pis tərəfini qabartmaq. Bunu mən səndən
öyrəndim ki, ilk qarşılaşdığın adamda gördüyün, birinci ağlına gələn
yaxşı şeydirmi, pis şeydirmi? Onu mən özümdə qüsur görürəm ki,
fərdə məhz tənqid gözüylə baxıram. Birinci yaxşı keyfiyyətlərini
görüb üzə çıxarmaq yaxşı olar.
Güntay Atalı Ataya səcdə ilə sözünə başladı: Mənim elə dolğun
çıxışım yoxdu. Atanı hər gün oxuyuram, halıma çatan, ancaq ağlıma
çatmayan məqamlar olur. Müəyyən mərhələlərlə özümə aydınlaş-
dırmağa çalışıram. Ancaq bir dəfə oxumaqla içimə çevrilmir.
Kamilləşməmdə mənə elə gəlir ki, hansısa uğurlara yetməkdə-
yəm.
Hər insan özü özünü daha yaxşı tanıyır. Mən ömrümü tutuş-
dururam, nələrisə qazandığımı görürəm. O sarıdan deyirəm ki,
mənim kamilləşmə yönündə müəyyən uğurlarım var.
Xalqlaşma işim. Ayrıca məqsədli olaraq xalq içinə çıxmamışam.
Evdə, iş yerimdə, ailə mühitimizdə söhbətlərim olub. Amalımızla
19
bağlı söz deyə bilirəm. Bu gün tədbirimizə iş yoldaşım Ceyhun bəy
də qatılıb. Onunla tez-tez söhbətlərimiz olur.
Ata tələb qoyub qarşımızda, özünü yaratmalısan. Mən buna
çalışıram. Özümü yaratmaq yönündə inamda bərkiməyi düşünürəm.
Atamız Var olsun!
Nurtəkin Atalı: Güntay dediklərini həyata keçirir. Ocağımıza bu
gün çap qurğusu hədiyyə edib. Son zamanlar Güntayla fikir bölüş-
mələrim olur. Onun halı artır. Onun içindəki həsrəti mən görürəm.
Söhbətlərimizdə ikimiz üçün də doğma mühit yaradır.
Ağşın Ağkəmərli: Mən sizin Oğuz bayramınızı təbrik edirəm,
Xalqımız üçün xeyirli olsun.
Mən Tehranda olanda eşitdim ki, Ulusəs xanımın bacısı vəfat
edibdir. Ona da başsağlığı verirəm.
Üstünün sözündən bir şey götürmək istəyirəm. Deyir ki, Asif Ata
Evladlarına deyir ki, səfər insanlara iki şey verir, həm döyüş, həm də
imtahan. Eyni zamanda mən görürəm ki, Ocaqçılarda bir şey var ki,
özlərindən razı deyillər. Gördüyü işləri, aldığı düşüncələri, aldığı
fikirləri az sayırlar. Mən fikirləşirəm ki, bu, təbiidir. Bunun özü də
gözəldir. Eyni halda bunun bir səbəbi vardır, yenə Üstünün sözünə
gəlirəm ki, biz hələ təlatümlü həyat sürmürük. Məsələn, səfərə
çıxanda o insana çox şey verir. Üstünün sözlərinin içində böyük bir
həqiqət var. Soylu bəyin səfərləri çox olur. Səfər insanda bir təlatüm
20
yaradır. O hərəkətin nəticəsində sən öyrəndiklərinlə yaşayırsan, için-
də onu böyüdürsən. O istər-istəməz bir döyüş meydanına çevrilir.
Nəsiminin bir sözü var, “gövdədən yar ayrılır”. Mən burda olma-
yanda həqiqətən o hissi yaşayıram. Ocağın mənə verdiyi çox şeylər
vardır. Ocağın gördüyü iş çox önəmlidir, bənzəri yoxdur. Bu fikirlər
dörd divar arasında qalmır, öz təsirini göstərir.
Tehranda olanda çoxdan görüşmədiyim bir dostum mənə zəng
elədi ki, görüşək. Mən çox maraqlanmırdım onu görüm. Onun başı
ticarətə-zada qarışıb deyə, maraqlanmırdım görüşə. Axır ki, onun
israrı ilə görüşdük. Gördüm ki, saytlardan Ocağın işləri ilə tanışlığı
var. Söhbətdən hiss etdim ki, bu həqiqətən bir şeylər almaq istəyir.
Ocaqdan azdan-çoxdan bilgisi var. Mən də sevindim. O yoldaşla
görüşmək məndə xas bir sevinc oyatdı. O sevincin nəticəsində məndə
də bir təsir buraxdı, bir daha anladım ki, buraya biz nə qədər bağlı-
yıq. Bu gün o məni Ocağa görə tanıyırdı. Bu meyara görə tanıyırdı
və bu fikirlərlə maraqlanırdı.
Orda “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabı vardı, söhbət-
lərdən disklər vardı, ona verdim. Apardı, iki gün sonra yenə
görüşdük. Demək istəyirəm ki, burda böyük bir hərəkət gedir. Bu
görüşlərin, ideyanın Güneydə əks-sədası genişlənir. İstər-istəməz biz
buna inanırıq ki, həqiqət gec-tez öz yolunu tapacaq. Çünkü burda
gerçəklik var.
21
Tənqid haqqında söhbət getdi. Tənqid gözəl şeydir. Qüsuru
demək yönətim məsələsinə aiddir. Ancaq tənqidi kim deyir, bunun
da təsiri çoxdur.
Mən boşluğa gedəndə Ocağa söykənirəm. Düşüncəm də, fikir-
lərim də bu yolla gedir. Bizim düşüncəmiz xalqımızdan, millətimiz-
dən ayrı məsələ deyil. Biz bu xoşbəxtliyə mənəvi mənada çatmışıqsa,
bunu hamıyla paylaşmaq istəyirəm.
Bu günlər tədbirlərdə yeni üzlər görürəm, eyni halda köhnə üzləri
də görürəm. Bu Ocağın artırmaq, böyütmək gücünü göstərməkdədir,
çox gözəldir.
Nurtəkin Atalı: Ata bizim içimizdəki imkanları aşkarladı. Həyat-
da o imkanlar heç vaxt aşkarlanmayacaqdı. Fitrət var, ancaq Ocaqda
insan daha da kamilləşir, yetkinləşir.
Ağşın Ağkəmərli: Tamamilə razıyam. Ocaq insanların içindəki
potensialı üzə çıxarır. Bunun çox böyük önəmi vardır.
Quzeydən ayrılanda özümdə həsrəti və buraya bağlılığı daha artıq
hiss edirəm. Ayrılıqdan sonrakı vüsal və həsrət, birlik daha gözəl
duyğular yaşadır.
Güneydə olarkən bir dostumun yas məclisində oldum. Xeyir-şər
cəmiyyəti odasında kəndin camaatı yığılmışdı. Orda Ocağın quralları
yönündən söhbət elədim. Sonradan bəlli oldu ki, çoxlarının ürəyin-
dən imiş dediyim sözlər. Bu gün məni Ocağa bağlayan, Asif Atanı
peyğəmbər kimi tanıdan Ocağın, Ocaq ideyalarının dolğunluğudur.
Bu, bizim sözümüzdür, bizim tariximizin varlığıdır. Bizim gələcəyi-
mizlə bağlıdır. Bu gün burda gedən söhbətlərimiz bir çoxlarının
istəyidir, ürəyindən keçəndir. Bu gün Ocağı təqdim edəndə qarşıdakı
özünü sənin dediklərində tapırsa, uğurdur. Yas məclisində çıxışım-
dan sonra çoxları məni yenidən söhbətlərə dəvət etdi. Bura söykə-
nəndə, buranın sözünü onlara deyəndə onlara xoş gəlirdi.
Bu yaşımda, çox fəaliyyətlərdən sonra gəldiyim qənaət odur ki,
şəxsi mənafelərdən və şəxsi istəklərdən uzaq, təmiz, milətini və
insanlığı ifadə edən, təsdiq edən hadisə Ocaqdır. Buna inanıram,
sizlərlə olduğuma görə də tək-tək fəxr edirəm. Ocaqla bağlı oldu-
ğuma görə qürur duyuram.
Səbuhi: Bu gün mən vaxtından tez gəlmişdim. Soylu bəylə yarım
saata qədər söhbət etdim. Razılaşdığım və razılaşmadığım məqamlar
var, bu normaldır.
22
Atanı kitablardan oxuyuram. Ocaqçılar çıxışlarında Amallaşma,
Kamilləşmədən hesabat verdilər. Mənə elə gəlir ki, Amallaşma kiçik
bir vərəqə sığan hesabat deyil. Vaxt məhdudiyyətidir, ya nədir, az
gəldi mənə.
Bizim Dədə Qorqudumuz var, Koroğlumuz var, bunu hamı bilir.
Biz tarixə-dastanlara ilişib qalmamalıyıq. Bunlarla normal cəmiyyət
qura bimərik. Doğulacaq körpəyə dastanlar deyil, öz beyninin
məhsulu olan fikirlər deyilməlidir. Sonra da cəmiyyətə ötürməlidir.
Biz ilk tanış olduğumuz insanda dini məqamlar axtarırıq, insanlıq
axtarmırıq. İnsana insan kimi yanaşmaq yoxdur. İdeoloji baxımdan
yanaşırıq. Dastanlardakı, nağıllardakı insanları axtarırıq. Çünkü biz o
dastanlara ilişib qalmışıq. Adət-ənənələri unutmaq, onların üzərindən
xətt çəkmək də doğru deyil.
Bu, mənim subyektiv fikrimdir, ancaq yalnız adət-ənənəsinə bağlı
olan millət heç vaxt inkişaf eləmir.
Ceyhun bəy: Bu millət köhnə adətlərin üstündə millətçiliyinə
qayıtdı. Bu xalqı birləşdirmək istəyirənsə, gərək kökündən yapışasan.
Bu millət dağılıb, güneyli, quzeyli. Onları birləşdirmək üçün kökünə
qayıtmalıdır. Yoxsa bu millət birləşməyəcək. Bu millətin yaralı
yerləri var. Vaxtilə öz dilində danışmağa qadağa qoymuşdular. Mil-
lətin keçmişi elə bir şeydir ki, onsuz bu xalqı bir yerə yığa bilmə-
23
yəcəksən. Sönmüş ocaqdır, yandıran oğul olsa, çox tez alışar. Ocaq
bu işi görür.
Soylu Atalı: Mən birinci sözümü İnamlı ilə başlamaq istəyirəm.
Böyük yolun başlanğıcına üz tutub. Özünü görmə və özünü yaratma
böyük bir başlanğıcdır. İnsan adətən uzun bir yol keçir içində. Bu
baxımdan mən qutlayıram İnamlını, axtarışlarında elə bir aşamaya
gəlib çatıb. Rahatsızlığı da doğrudur. Bununla bağlı da bir məqama
toxunum. Bir dəfə bizim keçmiş amaldaşlarımızdan biri Ataya dedi
ki, mən iş yerimdə çox ciddi sorunlar yaşayıram, mən nə edim? Bən-
zəri şeylər dedi. Ata dedi ki, oğul, sən balaca gölməçələrdə böyük
dalğalar yaratmaq istəyirsən. Gərək deyil. Hər birimiz işləyirik. Əgər
biz Ocağı yalnız iş yerimizdə ifadə eləyib vermək istəsək, onda biz
uğurlar əldə edə bilməyəcəyik.
İş yerindən qırağa çıxmaq zorundayıq. İş yerində yeri gələr ki,
çox dərinə getmək gərək olmaz. Çox da balaca qüsurlarla öcəşməyin,
gərək deyil. İşinizi işləyin, ayaqda saxlasın sizi. Siz də uzaq hə-
dəflərə vura biləsiniz. Məqamı gələrsə, tini düşərsə, böyük mənada
haqsızlıq görərsənsə, ona öcəşmədən etiraz edə bilərsən. Ancaq öcəş-
mək gərək deyil. Öcəşmək insanların gözündə demaqogiya yaradır.
Gərək deyil. Əsəb xərcləyirsiniz, uğur əldə eləmirsiniz. Özünüzü
böyük məsələlərə hazırlayın. Böyük mübarizələrə böyütmək, ha-
zırlamaq gərəkdir özünü, xalqın içində. Mən iş yerimdə heç kimlə
24
cırmaqlaşmırdım, ancaq kim əlimə keçirdi söhbət eləməyə çalışır-
dım. Zaman keçdikcə gördüm ki, hamı mənim istəklərimə cavab
vermir, istəmir. Görürdüm ki, mən sallaşıram. Aşama-aşama mən o
səviyyədən çıxdım qırağa. Xalqın içində görüşlərim başladıqca gör-
düm ki, mənim iş yerim balaca gölməçələrdir.
Bundan başqa, konkret İnamlının sözünə qayıdıram. İnamlı iş ye-
riylə məhdudlaşmır. Bu da onun üstün cəhətidir. O, görüşlərə, səfər-
lərə çıxır. Son iki ildə İnamlının təşkil elədiyi görüşlərdən Ocaq çox
böyük uğurla yararlanıbdır və topluma ciddi Ocaq sözü deyilib.
Qüsur məsələsinə gəlincə, tənqid məsələsinə vurğu elədiniz,
tənqidi biz doğru saymırıq. Tənqid əvəzinə yönəltmək olar. Ağşın
bəyin dediyi kimi, bəzi qüsurların üzərinə gedib onu çimdikləməmək
gərəkdir. Məsələn, mən qüsurlara iradı nə vaxt bildirirəm? Şəxsi
duyğunu sənin öz ixtiyarına buraxıram, sənin özün bilərsən. Ancaq
Ocaqla bağlı atdığın yanlış addıma irad tuturam. Sənin atdığın addım
Ocağa zərər gətirirsə, onda mən irad tuturam, haqq vermirəm. Ocaq
sənin, mənim deyil, xalqındır. Ona görə orada qüsura yol vermək
olmaz. Sən Ocaq olaraq davranışınla, sözünlə, yerişinlə, geyiminlə,
hər şeyinlə bəllisən, hər şeyinlə örnəksən, öyrədirsən. Öyrətmənsən
sən. Ruhani öyrətmən.
Biz Ocaq olaraq Azərbaycanda peyğəmbərlik hadisəsi yaradırıq.
O peyğəmbərlik hadisəsi ki, İnsanlaşma-Millətləşmə-Bəşərləşmə
dünyabaxışına əsaslanır. Belə bir hadisə təqdim edirik. Bu xalqın
min ildir özünü qoruma sistemi sıradan çıxıb. Asif Ata bu xalqa
özünü qoruma sistemi yaradıb. Min ilə bərabər özünü qoruma siste-
mi. Özünü qoruma sistemi nəylə sıradan çıxıb? Xalqı xalq kimi
ayaqda tutan dildir, mədəniyyətdir, yazı və tarix sistemidir. Tarix
nəyin əsasında oluşur, nəyin əsasında yaranır, hansı tarixdən söhbət
edirik – Mədəniyyətimizin tarixi; ikinci, dövlətin tarixi; üçüncü, milli
inkişafın tarixi. Bunlar çökdürülüb. Sənin danışdığın ana dilində
içinə sırınan ərəb dünyabaxışını ifadə edirsən. Sənin bir millət olaraq
özünü qoruma sistemin onda dağıldı. Babəkin edamıyla dağıldı sənin
özünü qoruma sistemin. Asif Ata xalqa ruhani immunitet yaradıb.
Bəzən bizə toplumda deyirlər, Asif Ataya o cür münasibət bəsləyir-
siniz, bu, şəxsiyyətə pərəstişdir. O insanlar mənimlə üz-üzə oturmur,
deyəm ki, sən şəxsiyyətə pərəstiş məsələsini dərk eləməmisən. Pərəs-
tiş, yəni şəxsiyyət sevər. Şəxsiyyət böyük söhbətdir. Şəxsiyyəti sev-
mək gərəkdir. Şəxsiyyətə sevgiylə ağaya münasibəti qarışdırmaq
olmaz. Asif Ata ağa deyil, peyğəmbərdir. Peyğəmbərə münasibət
25
necə olmalıdır? Mən soruşuram toplumdan, peyğəmbərə münasibət
necə olmalıdır? Sənin Məhəmmədə münasibətin nədir? Səni əyə-əyə
sən onun ətəyində namaz qılırsan, sənin milli kimliyini sıradan
çıxarıb, özünü qoruma sistemini dağıdıb, sən onun ətəyində namaz
qılırsan. Ancaq Asif Ata sənin özünü qoruma sistemini yaradıb min-
illik. Sən deyirsən, ona səcdəli münasibət gərək deyil. Bilirsinizmi,
nədir səcdə? 25 ildir mən ömrümü bu yola verirəm. Mənim Asif
Ataya heyrət eləmədiyim gün yoxdur. Niyə heyrət eləyirəm? Heyrət
mütilik deyil. Heyrəti kim eləyir? Bir anda həqiqət ağlına çatan,
halına çatan insan heyrətə düşür. Eqoist heyrət eləyə bilmir. Xudbi-
nin içində heyrət imkanı yoxdur. Heyrət həqiqət istəyənin içində
yaranır. Ədalət istəyənin içində yaranır. Vicdanla yaşamaq istəyənin
içində yaranır. Bir məqamda o heyrət sənə, heyrətə salanın əlini
öpdürür. Səcdə qılırsan. Gözünü açır, şüurunu açır. Min ildir mənim
şüurum qapanıb. Şüurumun alt yapısına Mütləqə İnam yerləşdirir.
Mütləqə İnamla səni özgürlüyə çıxarmaq istəyir. Sən isə Asif Atanın
Mütləqə İnamına inanmaq istəmirsən. Ancaq Məhəmmədin “göydən
Allah yeri idarə edir” fikrinə inanırsan.
Asif Ata deyir ki, yalnız Mütləq olan həqiqidir. Nisbi olan
yoxluqdur. Hər kəs yüyürür ki, necə Mütləq olmaq olar ey, hər şey
nisbidir. Həyatda Mütləq olan şey yoxdur. Ancaq sadə bir adam
həyatında, məişətində elə mütləq istəyir ki, qalırsan məəttəl. Gedir
bazara, 5 kilo kartof alır, seçir, bir çürük kartof qoymur çantasına.
Hər şeyin yaxşısını istəyirsən. Hər şeyin yetkinini, sağlamını istəyir-
sən. Ev tikirsən, tikəndə hər şeyi yaxşı eləmək istəyirsən. Bir balaca
qüsur saxlamaq istəmirsən. Bəs niyə mənəviyyatında, ruhunda bütöv
olmaq istəmirsən? Mütləq sənin ruhunu, mənəviyyatını bütövləşdirir.
Doğrudur, Mütləq olmaq çətindir, asan deyil. Mütləq olmaq Allah
olmaqdır. Hürufilər deyir ki, insan Allahdır. Ancaq o demir ki, sürü
Allahdır. Allahlıq tək-tək insanlarda olan bir şeydir. Gör nə qədər
sənin içində yenilməzlik, qüdrət olmalıdır. Asif Ata deyir ki, olmalı-
san. Kimsə içindəki Mütləqə çata bilər, ya çata bilməz. Çata bilməsə
də, hər kəs ona can atmalıdır. İdeala can atmalısan. Yoxsa həyat
əyilib gedir. İdeala can atmırsansa, onda ağaya can atırsan. Asif Ata
da deyir ki, Mütləqə can at. Mütləqə qovuş, çünkü içində o var. Mən
onu sənə qıraqdan aşılamıram ki. Sənin içindəkini sənə qaytarıram.
Sənin içindəkini sənin ağlının gözünə göstərirəm.
Asif Ata xalqın Mütləqə İnam adlı özünü qoruma sistemini
yaradır. Böyük məsələdir. Sənin milli kimliyin sıradan çıxıb. Özünü
26
qəlibin içindən çıxara bilmirsən. Asif Ata sənin əlindən tutur, qırağa
çıxardır, deyir ki, burdan bax. Ordan baxanda görürsən ki, bu xalqın
özünü qoruma sistemini bərpa eləməlisən, özü də sən eləməlisən.
Başqası eləməli deyil. Nəyə dayanıb eləməlisən? Zəmin gərəkdir. O
zəmin sənin xalqının yaratdığı, örnək verdiyi Babəkdir, Dədə Qor-
quddur, Zərdüştdür… Zərdüştü türkün saymırlar, farsın sayırlar. Far-
sa sayanlara üzümü tutub deyirəm, gəl gedək Borçalıya. Günəşə and
içirlər, “axar su haqqı” deyirlər. Axar su, günəş, od nədir, – Tan-
rıçılıqdır. Türkün tanrıçılığıdır, ordan gəlib. Alt qatda o yaşayır.
Ondan doğubdur oda münasibət, Zərdüşt. Zərdüşt Tanrıçılıqdan yol
keçib. Ulu keçmişində həqiqətinin Ocağını qalayıblar, işığını yandı-
rıblar, ona dayanmalısan. Quru yurdda dayana bilməzsən. Erməninin
heç bir çöpü yoxdur. Özünü gözə soxur ki, qədim xalq kimi görün-
sün. Ona görə də oğurluq edir, sənin musiqini, məişətini oğurlayır.
Sənin bu boyda qədimliyin var, sən ona arxa çevirirsən, o qədimliyə
dayanıb qabağa gedə bilərsən. Sən təməlinin üzərində böyüyüb ucala
bilərsən. Sən kökün üzərində inkişaf edib çiçəklənə bilərsən, məhsul
verə bilərsən.
Asif Atanın sistemində hər şey yerindədir, hesablanıbdır. Mən
dostlarımızdan, elə Səbuhi dostumuzdan da Ocağın tədbirinə tez-tez
gəlməsini istəyirəm. Ocaqdan çox şey öyrənmək olar, Ocağı öyrət-
mək olmaz. Ocağı öyrətmək asan deyil. Ocaq Asif Atanın ruhunu
daşıyır. Asif Atanın ruhunun dünyada bənzəri yoxdur. Yenə vurğu
edirəm, 25 ildir mən bunu öyrənirəm, 25 il öncə, ya da ondan da 25 il
öncə, bir kimsə sübut edə bilməz ki, Asif Atanın dediyinin bənzəri
var. Keçən yüzildə, ya ondan öncəki yüzillərdə. Sübut edə bilməz.
Çünkü keçmişi mən bilirəm. Keçmişi öyrəndim, ona görə çox böyük
qürurla, vüqarla dayanmışam Atanın yolunda.
Asif Ataya münasibət məsələsi Xomeyniyə, Stalinə münasibətin
eyni deyil. Stalin ağa idi, o biri də ağadır. Asif Ata kimdir bəs? –
Peyğəmbər. Peyğəmbərə səcdə qılarlar. Xilas yaradır, özgürlük yara-
dır. Nəyin hesabına yaradır? Sizlə mən top dalınca qaçıb futbol oyna-
yanda, stadionlarda futbola tamaşa edəndə, kafelərdə pivə içəndə
Asif Ata əzabın içinə girib bu xalqın özgürlüyünü hazırlayır-dı.
Deyin, ona münasibət necə olmalıdır? Ömrünü sənə fəda eləyən
insana münasibət necə olmalıdır? Deyirik ata qutsaldır, ana qutsaldır,
niyə qutsaldır? Ata, ana övladı üçün əzab çəkib. Ana yatmır gecə,
əsəbləri də korlanır, acığı da tutur. Ancaq yenə durur övladının çığır-
tısına hay verir. Onu bələyir, təmizləyir, rahatlayır, laylasını çalır.
27
Oynayır onunla, ona görə də qutsaldır. Anaya münasibət necə
olmalıdır? Mən deyirəm ki, ana mühakimə olunmazdır, ata da
mühakimə olunmazdır. Çünkü onlar sənə əzab çəkib, əmək çəkib,
sənə gələcək verib. Sənin atan, anan sənə zəhmət çəkib, səni o hala
çatdırıb, sənə görə qutsaldır. Sən də xalqın bir nümayəndəsisən. Bir
də var ömrünü bütünlüklə xalqa verəsən. Xalqın əzabını çəkəsən,
nazınla oynayasan. Peyğəmbər odur. Xalqı mütiləşdirən deyil, sənin
xalqının başında duranlar kimi. Başında duranlar insanları simasız-
laşdırır, istedadları da bəzəyib ortaya çıxarırlar. Ortaya çıxartdığı
istedadlar araçılığıyla (vasitəsilə) sənə, mənə ağalıq edir.
O gözəl mahnı oxuyur, muğam oxuyur, gözəl idman göstərir, mən
də ona pərəstiş edirəm. Nə gözəl oxuyur, nə gözəl idmançıdır bu.
Onun əliylə mənə basqı göstərir, deyir, görürsənmi sənin pərəstiş
elədiyini mən göylərə qaldırıram. Halbuki həqiqi istedadların çoxunu
heç ortaya da çıxartmırlar. Xalqı simasızlaşdıranla xalqın simasını
yaradanı fərqləndirə bilmirsənsə, sən nə xalqsan?! Sənin başına ayaq
qoyanla, çiyninə dayaq verənin fərqini bilmirsən. Deyirlər şəxsiyətə
pərəstişdir. Asan deyirlər. Heç bilmirlər şəxsiyyət nə deməkdir. Şəx-
siyyəti sevməyən adamın içində mənəviyyat yoxdur, mənəmlik var,
eqoizm var.
Ocağın öyrətdikləri var. Ocaqda insan bütün arılığı, duruluğuyla
tanınır, dərk olunur. Ocaqda xalq bütün varlığıyla, keçmişiylə, gələ-
cəyiylə arılır, durulur, ortaya çıxır, var olur. Ocaqda bəşər bütün
arılığı, duruluğu ilə tanınır, var olur. Xalqlar var orda. Ona görə de-
28
yrik ki, İnsanlaşma-Millətləşmə-Bəşərləşmə yoludur Ocaq. Belə bir
dünyabaxış ortaya çıxaran xalq qürur duymalıdır. Asif Ata göydən
zənbillə sallanmayıb, yerin deşiyindən çıxmayıb. Xalqın doğduğu-
dur, Babəkin davamıdır, Nəsiminin davamıdır, Nəiminin, Qorqudun,
Zərdüştün davamıdır. Şəxsiyyətlərinin davamıdır. Xalq odur. Bağ
odur. O bağla gəlib bu günə çıxıb, özünü yenidən ortaya çıxarıb.
Dostumuz Xaliq Bahadır deyir, çox maraqlıdır ki, bizim xalqı-
mızda yüksəliş var və qəfil enmə var. Bunun səbəbi nədir görəsən?
Xalqımız çox passionar xalqdır. İçində gözəllik, böyüklük daşıyan
xalqdır. Ancaq xalqın yüksəliş mərhələsi ki, başlayır, məsələn,
Babəki verir. Babəkin dalınca yeni Babək verə bilmir, üstündən yüz
il keçəndən sonra kimisə verir. Davamlı olaraq verə və qoruya
bilmir. Niyə qoruya bilmir? Xalqın şüuru sındırılıb. Xalqın özünüqo-
ruma sistemi dağıdılıb. Şəxsiyyət yaranır. O şəxsiyyət gedəndən
sonra toplum deyir, Allah özü bilər. Yenidən mütiliyə qayıdır. İçimiz
enir, ruhumuz enir. Mədəniyyətimizdə, dövlətimizdə enişlər bizim
içimizlə bağlıdır.
İndi biz, bir qom adam, çaba göstəririk, yalvarırıq, adamları çağı-
rırıq, gəlin, olun, eləyin. Asif Atadan həqiqət öyrənin. Azadlığın
yolunu öyrənin. Çağırırıq ki, gəl millət ol, xalq ol. Asif Atanın ünva-
nında sənin xalq olmaq olanağın (imkanın) yaşayır. Gəl sahib ol, gəl
aşkarla onu. Gələ bilmirsən, həqiqəti görə bilmirsən, orada sən gələ-
cəyi görə bilmirsən. Bəs harda görürsən, küçədə. Biznesdə görürsən,
mitinqdə görürsən, daha nələrdə görürsən. Ola bilmirsən, sonra da
başlayırsan danışıb xalqı qınamağa. Hər kəs danışır, hər kəs xalqı
qınayır. Söyür elədən-elə, belədən-belə. Ancaq heç kəs xalq olmaq
istəmir. Xalq olmaq istəməyən, xalq olmağa çalışmayan, xalqı xalq
eləməyən adam, sənin nə haqqın var, xalq haqqında danışırsan, xalqı
tənqid edirsən. Sən ola bilmirsən, olmaq istəmirsən. Haqq görür-
sənmi özündə? Sən mənimlə mübahisə edə bilərsən, söz güləşdirə
bilərsən. Ancaq sən öz vicdanın qarşısında hesabat ver, gör sən buna
haqq edirsənmi, layiqsənmi?
Xalq məsələsi, şəxsiyyət məsələsi ciddi məsələdir. Söz ciddi
məsələdir. Mən sözlə bağlı düşünəndə qorxuram, sorumluluq daşıyı-
ram. Söz, bax o körpə uşaqları yönəldəndir (Arazı, Erolu göstərir –
N.A.) Mən onun sorumluluğunu daşımalıyam, onu hara yönəldirəm.
Dediyim söz onun beynində nə yaradacaq? Hara yönəldəcək onun
içini? Nə verəcək? Verimlilik məsələsi var. Xalqın adını tutursansa,
verimli olmalısan. Verimli olmaq üçün götürümlü olmalısan. Götürə
29
bilməyən verə bilmir. Olmayanı verə bilməzsən. Xalqa verə bildikcə
onda görəcəksən ki, xalq sənin üçün nə dərəcədə sevimli və qutsal
bir hadisəymiş.
Ulusəs bacımızın evinə mənim bir yerlim xanım gəlib-gedir.
Aşağıda söhbət elədiyimiz yerdə qayıtdı ki, bu millət nə bilim nədir.
Mənə çox pis təsir elədi. Səsimi qaldırdım. Dedim sən nə danışırsan?
Mən bütün şüurlu ömrümü bu xalqa vermişəm. Həyatımı verdiyimə
sən söyürsən. Nə haqq edirsən? Nə vaxt bu xalqla bağlı 10 dəqiqə
oturub düşünmüsən ki, sən onu söyürsən?! Nə vaxt bu xalqa bircə
yarpaq uzadıb vermisən? Göstər onu mənə. Bu olmasın, başqası
olsun. Ömründən bircə yarpaq vermisənmi bu xalqa? Beşcə dəqiqə
zəhmət çəkmisənmi, başını ağrıtmısanmı? Ayağını yormusanmı?
Qıraqdan durub nə haqqın var ki, söyürsən. Sən çoxmu ağıllısan,
çoxmu mənəviyyatlısan? Sən xalqın bir ünsürü deyilsənmi? Hamı
xalqı söyür, onda sən kimsən, nəsən? Xalq sənsən də elə. Adam özü-
özünü söyməz. Adam özü özünü yaradar, özünün qarşısında sorumlu
olar, şəxsiyyətə çevrilər. Onda görəcəksiniz.
Mən öz toplumumuzu, xalqımızı çox sevirəm. Xalqın hər bir
fərdinə münasibətim ayrıdır. Demirəm ki, xalqın hər bir fərdini
sevirəm. Hər bir fərd sevgiyə layiq olmalıdır. Mən bütövlükdə xalqı
sevirəm, anlamına, mənasına görə sevirəm. Ən azı mənim kimi oğlu
olduğuna görə sevirəm. Məni mən elədiyi üçün sevirəm. Bu xalqın
mahiyyətindən gəlmişəm, doğmuşam mən. Onun qədrini bilirəm
mən.
Ona görə də xalq məsələsiylə bağlı, şəxsiyyət məsləsiylə bağlı,
dəyər məsələsiylə bağlı, bəşər məsələsiylə bağlı asan danışmaq
olmaz. Çətin danışmaq gərəkdir, məsuliyyətlə danışmaq gərəkdir.
Bir məqamı da qeyd edim. Ocaqda kimsə gələr, görər ki, burda
ayrı-ayrı insanlar özüylə bağlı narazılıq ifadə edir. Özünü qınayır,
danlayır və b.k. Bu, “Ailə Günü”nün tələbidir. Cavan dostumuz
Ocaqdan aşırı hesabatlar istəyir. Mən də istəyərdim Amallaşma,
Xalqlaşma, Kamilləşmə yönündə dolğun hesabatlar olsun. Ancaq
Ailə Gününün öz tələbi var. Ailə Günündə Ocağı 1 saatın içində öy-
rənə bilmərik. 1-2 saat keçirilən tədbirdə Ocağı öyrənmək mümkün
deyil. Ailə Günündə olanlar kitablarda olanların hamısını qapsaya
bilməz. Burada özüylədöyüş, özünüqınama deyir Asif Ata. Bu boyda
hünərlər göstərirlər, yenə də özlərini döyürlər. Özünü döyməkdən
böyük ləyaqət yoxdur. Ocaqdan qıraqda başqasını döyürlər, başqası
da qayıdıb onu döyür. Bu onu söyür, o da qayıdır bunu söyür. Ancaq
30
Ocaqda özümü döyməklə soraq, mesaj verirəm, məni döyməyə ehti-
yac yoxdur. Get özünü döy. Mən özümü görən və döyən adamam.
Sən niyə məni döyürsən? Sən məni məndən yaxşı döyə bilməzsən
axı. Mən öz qüsurlarımı daha gözəl görürəm. Öz içimi daha gözəl
tanıyıram. Mən sənə görə döymürəm özümü, özümə görə döyürəm.
Mən şəxsiyyət olmaq istəyirəm. Mən Asif Atanın tələblərinə uyğun
yaşamaq istəyirəm. Ona görə özümü döyürəm. Ailə Günü özüylə-
döyüş hesabatıdır həm də. Yaşayırsan, qüsurlarını döyüb bircə-bircə
hesabat verirsən. Çəkinmədən, utanmadan, qorxmadan, özünü gizlə-
mədən mərasimə təqdim edirsən. Çəkinmək gərək deyil. Qorxmaq
gərək deyil. Boynuma alıram (etiraf edirəm), adını çəkirəm, deyirəm
ki, sən mənim içimdə gizlənmisən. Onu üzə çıxardıram ki, içimdən
rədd olub getsin. Mən amaldaşlarım qarşısında hər hansı bir qüsu-
rumu dilə gətirirəmsə, gələn dəfə ona qayıtmalı deyiləm. Mən
məsuliyyət daşıyıram, axı mən bunu açıb göstərdim içimdə. Mən
yenidən o qüsurla yaşasam, ayıb olar ki, yenə o qüsurla yaşayıram.
Ancaq elə şeylər var, bir dəfə deməklə sənin içindən çıxmır. Gərək
davamlı və səmimi olasan. Ona görə özüylə döyüşün çox böyük
hikməti var. Bu, Asif Atanın yaratdığı hikmətdir. Bəşər tarixində
özüylə döyüşən çox az şəxsiyyətlər olub. Özüylə döyüşüblər, tarixin
yönünü dəyişiblər. Bütövlükdə bəşəriyyətin gedişini dəyişiblər.
Özünü döyməyən adamlar onu eləyə bilməz axı! İçində qüsur
daşıyan adam tarixə yön verə bilməz. Ona görə də özüylədöyüşdən
çəkinmək olmaz. Özüylədöyüş hesabatı gözəl hikmətdir. O hikmətlə
Ocaq yaşayır, yaşamalıdır. Mən özüylədöyüşüb bir yerə gəlib çata
bilərəm. Biz deyirik ki, özüylədöyüş həmişəlik prosesdir. Əgər
böyük məsələlərdə mən bəlli yetkin səviyyəyə gəlib çıxmışamsa,
mənim geriyə yolum yoxdur. Ancaq mən fiziki bir şəxsəm, bədənəm.
Bədənin tələbləri var, sinirin gücü var. Mən qüsur işlədə bilərəm,
səhv edə bilərəm. Ona görə özüylədöyüş ayaqdadır ki, mənim özümə
nəzarətim itməsin. Mən insanları bura, Asif Atanın hüzuruna çağı-
rıram. Niyə çağırıram? Ona nə göstərməyə çağırıram? Mən özünü
döyə bilmək ləyaqəti göstərirəm. İfadə eləmək ləyaqəti göstərirəm.
Yaratmaq, qurmaq ləyaqəti göstərirəm. Burda olan yaxın dostlarımız
bilirlər. Biz bir yerdə oturub dincələn adamlar deyilik. Azərbaycanı
qarış-qarış gəzirik. İnamlı son iki ildə 50-dən çox görüş təşkil eləyib.
O görüşlərdə mən çoxsaylı gənclərə söz demişəm. Onun ağlında
Azərbaycan obrazı yaratmışam, onun ağlını Azərbaycana yönəlt-
mişəm. Qədimliyə, gələcəyə yönəltmişəm. Haray çəkmişəm. Nəyin
31
hesabına eləmişəm? Özüylədöyüşün. Özümü döyə bilməsəm, toplu-
mun qarşısına gedə bilmərəm. Ora gedəndə heç adımı da demirəm.
Atanın sözünü demişəm. Mənim hədəfim onların qarşısına dikilib
özümə şöhrət dağarcağı yaratmaq deyil. Mənim hədəfim onların
ağlında Azərbaycan yaratmaqdır. Mən Azərbaycanı sevirəm. Azər-
baycanın gələcəyini düşünürəm. Asif Atanın ünvanı Azərbaycanın
gələcəyidir.
Hər kəs Asif Atanın ünvanından çox şeylər öyrənə bilər. Qardaşı-
mız kimi gedib Tehranda sevə-sevə, qürur duya-duya ondan soraq
verə bilər. Mən gedərəm Borçalıda soraq verərəm, bir başqası gedib
başqa yerdə soraq verər və i.a. Uğurlar diləyirəm. Atamız Var olsun!
“Ailə Günü” toplantısında qonaqlara ruhani hədiyyələr – Göylünün
hazırladığı “Uluyurd Aqibəti” filminin diskləri, Ata kitabları, Nurtəkin və
Günev Atalıların kitabları, Günsıra vizitləri hədiyyə edildi. Ağşın Ağkə-
mərliyə “Üçlük” söhbətlərindən hazırlanan və Türkel Araşdırma Quru-
munun kitabları verildi.
“Ailə Günü” “Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsilə sona yetdi.
Çay süfrəsi ətrafında doğmalaşmalar, sorulara cavablar oldu.
Günəş Ayı, 37-ci il. Atakənd.
(mart, 2015. Bakı).
Dostları ilə paylaş: |