Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 

Soylu  Atalı: Yaxşı  olar  ki,  oxuduğunuz  hissəni  növbəti  tədbirdə 

şərh edəsiniz.  

Buraya  gəlirik  bərkiyirik.  Hər  birimiz  Asif  Atanı  düşünərək 

bərkiməliyik.  Həm  də  bir-birimizə  bağlandığımız  üçün  bərkiyirik. 

Həm içəridən bərkiyirik, həm də birlikdə bərkiyirik. Bu, Asif Atanın 

xalqın içində başladığı uğurdur. Davam edir. 



 

Ağşın  Ağkəmərli: İnsanları  bir  neçə  qrupa  ayıranda  durğunluq-

dan,  hərəkətdən,  savadından,  düşüncəsindən  asılı  olmayaraq,  hərə-

kətdə olan yerini tapacaqdır. O yenilik istəyir. Yenilik üçün köhnə ilə 

vidalaşmalıdır.  Yenisini  öyrənməlidir  vidalaşmaq  üçün.  Əgər  o 

içindən  dəyişilməyə  yetməsə,  uğur  qazana  da  bilməz.  Xoşbəxtlik 

bundadır  ki,  bizim  burda  olan  dostlarımızın  tək-təkində  bir  hərəkət 

var. Ocağın da mahiyyətində düşüncə durur. Ocaqdan qıraqda məna-

sız yerə toplanmalar çoxdur, ancaq o çoxluqda Asif Ata yoxdur… 

 

Beləcə Atanın kitabı oxundu, bir sıra deyimlərə aydınlıq gətirildi. 

“Ailə  Günü”  törəni  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”, 

“Atamız Var olsun!” səcdəsilə sona yetdi. 

 

İşıq Ayı, 37-ci il. Atakənd. 



(may, 2015. Bakı.) 

 

113 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin 

37-ci ildə III Aylıq törəninin 

Gediş Yazısı 

 

Yer: Atagün Eli (Örənqala); Gün: 26 İşıq Ayı; 



Başlanır: saat 16:00 

 

Oda  törənin  Ruhuna  uyğun  hazırlanır.  Gül-çiçək,  texniki 



araçlar (vasitələr) hazırlanır. İşə sorumlu Elana Atalı. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə tədbir başlanır. 



 

Törənin Hesabat qonuları: 

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

2) Ocaqdan qıraqda insanın dəyəri yoxdur. Batıda “insan haqları” 

çağırışları yalançıdır, insana çatmır. 

3)  Azərbaycanda  son  ictimai,  siyasi,  mənəvi  durumun  ruhani 

dəyərləndirilməsi. 

 

Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər. 



 

Qutsal  oxuma: “Təməl”  Kitabından  oxunur  və  Ata  fikirlərinə 

Evlad açıqlaması verilir. 

 

  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 



səcdəsi ilə Ailə Günü sona çatır. 

 

Günün carı: 

Ocağımızın yüksək çağırışı – Dünyaya İnsan gərək! 

İnsansız Dünyaya – İnamsız insana Mütləqə İnam İşığı gərək! 

 

Gediş Yazısını yazdı: Soylu Atalı 

 

18 İşıq Ayı, 37-il. Saray-Soylu. 

(may, 2015.) 

 


 

114 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün” Ailəsinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 



 

Ocaq Günsırası ilə 26 İşıq Ayı, 37-ci ildə (may, 2015) “Atagün” 

Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətir-

mişik!” səcdəsilə “Ailə Günü” başladı. “Atagün” Ailəsinin Yüküm-

lüsü  Günev  Atalı Ataya  səcdə  ilə  söz  dedi: “Atagün”  Ailəsinin 

üçüncü “Ailə Günü” toplantısındayıq. 

Amallaşma  işim  –  “Mütləqə  İnam”ı  davam  edirəm  –  “Həyat” 

bölümündən  “Həyatilik”,  “Antihəyat”,  Həyat.  Yəni  həyatilik  nədir, 

antihəyat nədir, həyatın özü bu gün nə gündədir. Bir neçə qeydlərimi 

oxumaq istəyirəm. “Mütləqə İnam”dan yığcam şəkildə, ənənəmə uy-

ğun olaraq çıxarış eləmişəm. Ocaqda heç kəs belə eləmir, Amallaş-

manı  dolğun  şəkildə  deyirlər.  Mənim  yaddaşımla  bağlıdır,  nədirsə, 

yəqin üzrlü sayılaram… 

(Günev Atalı özümləşdirdikləri qeydlərini dəftərdən oxudu - G.A.) 

Mən  başqa  kitablar  da  oxuyuram.  Eləcə  də  internetdə  qoyulan 

yazıları oxuyuram. Ardıcıl uğraşanda görürsən beyinə nəsə yazılır.  

“Mütləqə  İnam”ı  az-az,  hissə-hissə  oxuyuram.  Çox  düşünürəm, 

orda deyilən məsələlər ağlıma çatır. 

Kamilləşməmlə  bağlı  bir  neçə  dəfə  demişəm,  halımda  sabitlik 

var.  Amalım  ömrümə  hakimdir.  Maddiyyatçılıqmı  deyim,  məişətçi-


 

115 


likmi  deyim,  bir  sözlə,  şəxsi  həyatım  günü-gündən  halımda  etkisini 

azaldır. Amal onun yerini tutur. Ailəmlə, evimlə bağlı qayğılar halı-

mı alıb aparmır. Elə bir fikrimdə, duyğularımda nəsə yoxdur, deyəm 

hardasa Amalı yola verirəm. Heç bir anım belə olmur. Ayrıca ağlıma 

gətirmirəm  Amal  mənim  ömrümün  məqsədidir,  yüksək  məqsədə 

doğru getdiyim yoldur. Bunu yaşayıram, bununla mən varam. Burda 

hər hansı bir boşluq olursa, o boşluqda mən yoxam. Ömrünü maddiy-

yatda  tapanlar  özünü  var  sayır,  mən  də  özümü  Amalda  tapdığım 

üçün var sayıram. Amalsız mən yoxam. 

Düşüncələrim  olub  bu  yöndə.  Ancaq  bütün  bunlar  maneəsiz  ol-

mur.  Həyat  hər  yöndən  canavar  kimi  adamın  üstünə  gəlir.  Bunun 

etkisinə uğramamaq üçün insandan ruhani döyüş tələb edilir.  

Bu gün bu gedişin mənə artıq heç bir etkisi olmadığına görə, belə 

demək olarsa, sayıb döyüşmürəm də. 

 

 

 



Xalqlaşma işimdə özümdən razı deyiləm. Xalqlaşma işim yox da 

deyil. Ən birinci elə Məbədlə bağlı çalışmalarım, sonra da, çoxsaylı 

adamlarla  çox  yerdə  görüşmələrim.  Sistemli  hər  hansı  bir  kütləvi 

görüşüm olmayıb. Ancaq tək-tək fərdi görüşlərim həmişə var. Məndə 

görüş elə bu qaydada olur. Eyni zamanda toyda, vayda söz salıram, 

Amalımızı, ulusal məsələlərimizi deyirəm. Onu deyim, ağzımı açan 

kimi ilgilənənlər çox olur. Çünkü insanların özləri də bilmədən qu-

laqları səsdədir. Qeyri-adilik ilginc olur axı. Bu baxımdan xalqlaşma 

işimdə irəliləyişlərim var. Əgər qabaqlar, illər öncə xalqlaşma işimdə 


 

116 


hər hansı etitrazlar, rişxəndlər olurdusa, indi olmur. Dinlənilir. Düz-

dür,  məndən  ayrılandan  sonra  gedib  ağzını  boşa  qoyan  da  olur. 

Ancaq heç vaxt mən görmədim, son çağlar kimsə deyə, yox, bunun 

burası elə deyil, belədir. 

Sonra  gedişatımızda  qoyulan  suallarla  bağlı:  “Ocaqdan  qıraqda 

insanın  dəyəri  yoxdur.  Batıda  “insan  haqları”  çağırışları  yalançıdır. 

İnsana çatmır.” 

İstər  tarixi  baxımdan,  istərsə  də  çağdaş  dövrdə  insan  tanınmadı-

ğından,  dərk  olunmadığından  özünəlayiq  dəyəri  olmayıbdır.  Nisbi 

mənada olub. Hürufilər insana yüksək qiymət verdilər, sufilər hansı 

şəxsiyyətlər  verdilər  dünyaya,  Rumilər  verdilər,  Şəms  Təbrizilər 

verdilər, Əl-Qəzali və b. 

Tarxidə insanla bağlı fikirlərini dedilər. Ancaq bunlar təkcə tarix-

də qaldılar, gələcəyə çatmadılar. Çünkü nisbi anlamda dedilər. O ki 

qaldı Batıda insana münasibət məsələsi, doğrudan da, saxtadır. Çün-

kü insanı ruhaniyyat olayı kimi dərk eləmirlər. Bu gün bu Doğuda da 

belədir. Son dünyabaxış sayılan islamın Azərbaycana, bütün türklərə 

yürüşündə,  insanların,  xalqların  üzərinə  yürüşündə  hansı  rəzalətlər-

dən  keçmirdilər?!  Burda  insan  haqqı  vardımı?  Burda  insanı  sayan 

vardımı? İnsanın dəyərini verən vardımı? Yox idi, olmayıbdı. İnsanı 

qiymətləndirən,  tanıyan  Asif  Atadır.  Asif  Ata  Ocağı  bu  gün  bütün 

varlığıyla,  bütün  canıyla  onu  dərk  edir.  Dərk  elədiyi  üçün  də  bu 

addımları atırıq. Cəsarətlə deyə bilirik, Ocaqdan qıraqda insan haqqı 

nisbi məna daşıyır. Nisbisə, deməli, yoxdur. Bizim ölcümüz Mütləqi-

lik ölçüsüdür. Atamız Var olsun! 

 

Soylu  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə! 

İşıq Ayının 26-sı Atagün Ailəsinin III Aylıq törənində söz deməz-

dən öncə Ataya səcdə edirəm, Bayrağımızı öpürəm. 

Ailəmizin  Amallaşma,  Kamilləşmə,  Xalqlaşma  tələbi  yönündə 

hesabatımı  demək  istəyirəm.  Çıxışımda  mən  başlıca  Amallaşmaya 

üstünlük verirəm. Daha doğrusu, amallaşmanın sözünə çox üstünlük 

verirəm.  Amallaşma  bizim  üçün  ruhani  biliyə  yetməkdir.  Ruhani 

biliyə yetmək bizim olmağımızın, qurulmağımızın özülüdür. Bilmə-

yəndə adam “Ola” da bilmir. Çünkü məqsəd özü bilinməlidir. Hədəf 

bilinməlidir. Adama elə gəlir, nə istədiyini bilir. Ancaq bir var yad-

daşın  bildiyi (yaddaşın  üzərinə  çox  getməmək  də  olar-üzünü  Günev 

qardaşa tutur - G.A.), bir də var ruhun bildiyi. Nədir yaddaşın bildi-


 

117 


yi,  ruhun  bildiyi?!  Yaddaşın  bildiyi  adamın  eşitdiyi,  öyrəndiyidir, 

oxuduğudur.  Ruhun  bildiyi  insanın  yetdiyidir.  İnsan  o  biliyə  yetir, 

yaşayır. O bilik üçün yaddaş ikincidir. İnsan bütünlüklə yetir, yetməli 

olduğunu  da  yaşayır.  Ona  görə  ruhun  bildiyi  anlamı  var,  bir  də  ki 

yaddaşın bildiyi anlamı var. Bizim üçün ruhani bilik bir şey verir – 

biz  qutsallığı  yaşada  bilirik.  İnsan  bilməyəndə  qutsallığı  xurafatlaş-

dırır, yaşatmır. Bu baxımdan bəzən insan bilməyərəkdən, istəməyə-

rəkdən qaranlıq yayır. Qutsallıq insanın ömrünə gələ bilməlidir. İnsa-

nın ömründə özünə yer eləyə bilməlidir. Əgər yer edə bilmirsə, müt-

ləq o, ağılda xurafata çevriləcək. Bu qaçılmazdır. Baxın, dünyabaxış-

ların daşıyıcıları sayılanlar, ona sayğı duyanlar qutsallığı xurafatlaş-

dırırlar.  Məsələn,  müsəlman  qutsallığı  yaşaya  bilmir.  Çünkü  bilmir 

qutsal  olan  nədir.  İnsan  elə  düşünür  bilir.  Ancaq  bilmir.  Niyə  elə 

düşünür  bilir?  Çünkü  bu  söz  onun  qulağına  yatıb,  eşidib.  Anadan 

doğulan  gündən  bu  çağadək  o  sözü  eşidir,  bilir  nəsə  yaxşı  şeydir. 

Ancaq  onun  yönü  nədir,  tələbi  nədir,  onu  bilmir.  Baxın,  məsələn, 

müsəlman elə bilir allaha yalvaranda o qutsal iş tutur. Elə düşünür, 

bununla o allahın yanında, onun dünyasında olacaq. Bizim insanları-

mızın bu cür ruhani biliksizliyiylə bağlı bir bəladır, dünya qutsallıq-

dan  ayrılır.  Demək  olar  bu  gözəl,  işıqlı  dünyada  mənəvi  qaranlıq 

hökm  sürür.  Ötənlərdə  mən  dedim,  insana  elə  bir  inamsızlıq  hökm 

sürür,  dünyanın  özünə  qarşı  elə  bir  inamsızlıq  hökm  sürür,  bu  cür 

gözəl, işıqlı, gələcəkli dünyaya haqsız (nahaqq) dünya deyirlər. Bu, 

ruhani biliksizlikdən irəli gəlir. Guya biz haqsız dünyada yaşayırıq. 

Haqq olan dünyaya öləndən sonra gedirsən. Çox böyük ziddiyyətdir, 

çox böyük vicdansızlıqdır belə münasibət yaratmaq. Dünyanı haqsız 

elan eləmək vicdansızlıqdır. Ona görədir dünya qaranlığa qərq olur. 

Mənəvi işığını itirir. Onu necə düşünərsən, necə görərsən, necə ifadə 

edərsən, necə yaşadarsan, dünya odur.  

Ruhani  biliksizlik  Ocaqda  aradan  qalxır.  Tələbində  qalxır.  İndi 

Ocaqçı  ona  tam  yetir,  yetmir,  o  ayrı  məsələdir.  Ruhani  biliksizlik 

aradan qalxır. İnsan bilir dünya nədir, həyat nədir. 

İnsan bilir yaşamaq nə deyən şeydir. Ocaqdan qıraqda yaşamağın 

nə demək olduğunu bilsəydilər, deməzdilər bu dünya nahaqq dünya-

dır. Haqq dünya o yandadır, gedib orda ömrümüzü sürəcəyik deməz-

dilər. Bax, dünyanı haqsız elan eləməkdən doğan yanlışlığa görədir, 

görürsən biri televizorda soruşur, filankəs müəllim, siz bir də dünya-

ya gəlsəydiniz, ömrünüzü necə yaşayardınız? Necə yaşayardı? Necə 

yaşayıb elə də yaşayardı də. Bu bədbəxt özünü tanımayıb belə yaşa-


 

118 


yıb  da.  Yenidən,  bir  də  dünyaya  gələndən  sonra  bu  adam  yaşamı 

tanıyacaq?  Yaşamı  yenidən  gəlməklə  tanımaq  olmur.  Yaşamı  yaşa-

mın  özündə  içəridən  qurulmaqla  tanımaq  olur.  İndiyə  kimi  boşuna 

yaşayıb,  güya  indi  ayılıb?  Nədən  ayıldın?  “Diləklərim  çox  imiş. 

Filan diləklərimi də yerinə yetirərdim.” Bunlar boş laflardır. 

Sonra,  mən  bəzən  Ailə  Günlərində,  özümüzünkündə  də,  o  biri 

Ailələrdə  də,  sözümü  iki  yöndə  qururam.  Daha  doğrusu,  öz  Ailə 

Günümüzdə  mən  hesabat  verirəm,  eyni  halda  toxunulan  məsələlərə 

aydınlıq gətirirəm. İndi də mən həmin durumdan yararlanmaq istəyi-

rəm.  “İnsan  nisbi  deyildi”  məsələsi  –  qardaşımız  Günevin  dediyi. 

Hürufilərin,  sufilərin  adını  çəkir.  İnsana  qiymət  nisbi  verildi,  insan 

nisbi  çağırıldı,  nisbi  dərk  olundu  deyir.  Buna  belə  aydınlıq  gətirər-

dim, əslində hürufilər insana çox yüksək qiymət verirdilər.  

 

 



 

Sufilər də çox yüksək qiymət verirdilər. İnsanı qaldırırdılar. Yəni 

Asif  Atadan  öncə  də  insana  yüksək  qiymət  verilib.  Məsələ  insana 

doğru,  yaxud  yanlış  qiymət  vermədə  deyil.  İnsana  doğru  və  böyük 

qiymət  verilib.  Yanlış  –  insanı  devirən  obyektiv  nədənin  (səbəbin) 

düzgün qiymətləndirilməməsindədir. Aradan qaldırılmalıdır obyektiv 

nədən.  O,  dini  dünyabaxışdır.  İnsana  böyük  qiymət  verirlər.  Ancaq 

insanı devirən dini dünyabaxışa əsaslı dirəniş göstərə bilmirlər. Onu 

ortadan qaldıra bilmədilər. Yeni dünyabaxış gətirə bilmədilər, insan 

yeni  dünyabaxışı  qəbul  eləsin,  özünə  verilən  qiymətin  əsasında 

ömrünü sürsün. Ona görə də insan sevildi, ona yüksək qiymət verildi, 


 

119 


ancaq o yüksək qiymət verənlərdən qıraqda insanın şüuruna yeriyən, 

yaşamında oturan dünyabaxış olduğu kimi qaldı. Bax, sorun ondadır. 

Bu  gün  də  Asif  Ata insana  yüksək  qiymət  verir.  Biz  deyə  bilmərik 

Asif Ata insana mütləq qiymət verir, nisbi qiymət vermir deyə sabah 

hər  şey  əla  olacaq.  Əgər  insan  Asif  Atanın  dediyini  eşidərsə,  onu 

əyən, devirən dünyabaxışdan daşınarsa, ideoloji basqılardan daşınar-

sa, o düzələcək. Yaşama gözəllik gətirəcək. Yox, o daşınmazsa, da-

şınmayacaqsa, bu gedişi uzaq yüzillərə daşıyacaqsa, yenə insan qara 

günə qalacaq. Yenə insan qaranlıq içində olacaq. Bax, bütün məsələ 

ondadır. İnsana münasibət, sevgi, doğmalıq bağışlanır, verilir. İnsan 

“Olmağa” çağırılır. Ancaq insanın daşıdığı baxış, onu içəridən Olma-

ğa  qoymur.  O  yad  baxış  dışlanmır,  dışlanıla  bilmir.  Bax,  məsələ 

ondadır. Ötən dəfə mən Ailə Günümüzdə dedim, Ocaq olaraq bizim 

işimiz nədir? Biz peyğəmbər veririk, peyğəmbər yaradırıq. Peyğəm-

bər yaratmaqla filan şeyləri dəyişirik. Bizim işimiz odur  – peyğəm-

bər  yaratmaq.  Deməli,  biz  dünyabaxışı  dəyişirik.  Ona  görə  bizim 

əsas döyüşümüz, hədəfimiz dindir. Çünkü din ruha hökm edir, insan-

dakı ruhu basqı altına alır. Sosial həyatı deyil, ideoloji həyatı deyil, 

birbaşa insanın ruhu işğal olunur. İnsanın ruhu işğal olunandan sonra 

bütün yaşamın nizamı pozulur, – sosial yaşam da pozulur, münasibət 

də pozulur, hər şey pozulur. Bax, ona görə biz insanın ruhuna hakim 

ola  biləcək  məsələdən  yapışmışıq.  Biz  onu  gətiririk.  Peyğəmbərliyi 

ona  görə  yaradırıq.  Ona  görə  nə  deyirlər  desinlər,  siz  peyğəmbər 

sözünü nə üçün qəbul edirsiniz, o soraq gətirən, elçi deməkdir və b. 

Özü bilər, kim nə deyir desin, biz belə deyirik. Biz peyğəmbərliyin 

hərfi  anlamından  yapışmamışıq,  peyğəmbərliyin  fəlsəfi  anlamını 

qəbul edirik. Yəni peyğəmbər gəlir, yeni dünyabaxış yaradır.  

Asif Atanın peyğəmbərliyi Yeni İnam, yeni Dünyabaxış yaratmaq 

anlamındadır. Allahın Cəbrayılından mesaj almaq deyil işi. 

Bir də vətənə münasibət məsələsi var. Bir yaxın yoldaşla söhbət 

eləyərkən bunu düşünmüşəm. Mən görürəm, insanlarla söhbət eləyi-

rik, insanların məsələlərə yanaşması, heç anlamda doğru deyil. 

Məsələn, konkret mənim anamın həkimiylə bir söhbət oldu. Deyir 

mən  bir  xeyir  işdə  bu  fikri  dedim:  İnsan  hər  şeyini  dəyişə  bilər, 

dünyagörüşünü  də  dəyişə  bilər,  vətənini  də  dəyişə  bilər,  dinini  də 

dəyişə bilər, tək bircə atasını-anasını dəyişə bilməz. 

Mən görürəm yanaşma doğru deyil. İnsan vətənini dəyişə bilər nə 

deməkdir?!  Asif  Atanın  fəlsəfəsi  isə  deyir,  insan  vətəni  dəyişə  bil-

məz.  İnsan Azərbaycandan gedib İngiltərədə yaşayırsa, bu o demək 


 

120 


deyil  vətənini  dəyişdi.  Vətən  mənəvi,  ruhani  xarakter  daşıyır.  Bizi 

var edən anlamı daşıyır. Yəni bizi biz eləyən ruh var. Vətən o ruha 

bağlıdır,  vətən  o  ruhu  yaradır.  O  ruhu  biz  dəyişmirik.  Hara  gedi-

riksə, həmin ruhla gedirik. Bu baxımdan coğrafi anlamda yer dəyiş-

mək vətəni dəyişmək anlamına gəlmir. Bir misal da çəkim. Mən bu 

gün  Azərbaycanın  Abşeron  bölgəsində  yaşayıram.  Məndən  kimsə 

soruşsa hardansan, deyə bilmərəm mən Saraylıyam, ya Bakılıyam. 

Mən  deyirəm  Borçalıdanam.  Mənə  ruhu  Borçalı  verib.  Məndə o 

ruhu Borçalı yaradıb. Məni o böyüdüb. Azərbaycan böyük anlamda 

Vətəndir. Vətən dəyişmir. Çünkü sənin daşıdığın mədəniyyət var.  

Sənin  danışdığın  dil  var.  Sənin  daşıdığın  keyfiyyətlər  var.  Kon-

kret bir vətənə xasdır o keyfiyyət, o dil, o düşüncə. Bir vətənə xasdır. 

O,  İngiltərəyə  xas  deyil.  İngiltərənin  verdiyi  ingilis  keyfiyyətidir, 

ingilis  ruhudur,  ingilis  dilidir,  ingilis  mədəniyyətidir.  Azərbaycanın 

verdiyi Azərbaycan mədəniyyətidir, Azərbaycan ruhudur. Bax, bu da 

mənim amallaşmamın bir cəhətidir – Vətən mühakimə olunmur. Ana 

da mühakimə olunmur. Bəlkə də ana hardasa mühakimə oluna bilər, 

ancaq  vətən  mühakimə  oluna  bilməz.  Niyə?  Ana  dünyaya  övlad 

gətirir.  Dünyaya  övlad  gətirmək  analığın  fiziki  çalarıdır,  bir  cəhəti-

dir. Analıq – özünü övlada həsr olunmaqda üzə çıxarır. Övladı böyü-

düb  ona  ruh  vermək,  ona  mənəviyyat  vermək,  ona  tərbiyə  vermək, 

ona  dil  vermək,  şüur  vermək  anlamı  daşıyır,  analıq  odur!  Əgər  ana 

dünyaya övlad gətirib onu atarsa, onunla uğraşmazsa, o mühakiməyə 

gətirilir.  Onda  o,  analıqdan  ayrılır.  Ancaq Vətən  elə bir  məna  daşı-

mır. Vətən sənə bağlıdır. Sən Vətəni ata bilərsən, sən vətəninə xəya-

nət edə, qəsd edə bilərsən, vətən sənə heç çağ xəyanət eləmir. Vətən 

sənə  verdiyini  verir,  elədiyini  edir.  Vətən  daşıdığı  anlamı  verir. 

Vətən  mühakimə  olunmur.  Bax,  bütün  məsələ  ondadır,  hər  şey 

mühakiməyə  gələ  bilər.  Allah  mühakiməyə  gələ  bilər  ona  verilən 

keyfiyyətlərlə.  Ona  ərəbin,  rusun,  ingilisin,  başqasının  verdiyi  key-

fiyyətlər mühakiməyə gəlir. Ulus da mühakiməyə gələ bilər, özündən 

ayrıldığı üçün. Vətən gələ bilməz. Vətən böyük məsələdir. Ona görə 

biz  Vətənə  Atayurd  deyirik.  Ata  da  mühakiməyə  gəlmir,  Vətən  də. 

Asif Ata mühakiməyə gəlmir, çünkü o özündə vətən anlamı daşıyır. 

Bir də mənim amallaşmağımın bir cəhəti dil məsələsidir. Yenə mənə 

İsa bəy (doxdur İsa), Xaliq bəy dillə bağlı, hərəsi bir yöndən, fikirlər 

bildirdilər.  İsa  bəy  kimi  bir  neçə  aydınlar  da  qayğılanırlar:  bizim 

dilimiz  çox  dəyişikliyə  uğrayır,  çox  yadlaşdırılır,  ona  qarşı  çıxmaq 

gərəkdir.  Bir  araya  gəlmək,  aydınları  toplamaq,  söhbət  etmək 


 

121 


gərəkdir. Xaliq bəy başqa bir yöndən deyir  – “türk dilinin gözəllik-

lərini bildikcə ona vuruluram, Göylərdə uçuram.” Yaxşı haldır. Türk 

dilinin gözəllikləri deyəndə nəyi qəsd edir? Yəni türk dilində işlənən 

türk  sözlərini.  Mən  İsa  müəllimə  deyirəm,  türk  sözlərini  ortaya 

gətirməklə  o  işləməyəcək.  Bu  gün  türk  sözlükləri  yaradırlar,  sosial 

şəbəkədə də yayırlar. O işləməyəcək. Çünkü sənin şüurun dəyişmə-

lidir.  Sənin  şüuruna  yeridilən  dil  var.  Sənin  şüuruna  yeridilən  dil 

sənin  şüurunda  oturuşan  dünyabaxışın  anlayışlarını  ifadə  edir.  Nə 

edirsən  et,  onun  yerinə  başqasını  gətirə  bilmirsən.  Dil  məsələsi 

sadəcə  sosial  şəbəkələrdə  sözləri  paylamaqla  deyil.  Ya  televizorda, 

ya  basında,  ya  radioda,  harda  istəyirsən  payla,  etkisi  ya  az  olur,  ya 

heç  olmur.  Sən ananın  dilindən  başla, anandan  başla.  Niyə  anandan 

başla,  necə  başla?!  Ona  görə  anandan  başla,  ana  dünyaya  övlad 

gətirir.  Onun  beşiyinin  başında  ona  dil  öyrədəndə,  özünün  ruhuna 

hakim  olan  anlayışları  işlədir.  O  anlayışlar  ərəb  dünyabaxışından 

gəlir.  Ana  övladın  şüurunun  altına  yeridir.  Sonra  övlad  böyüyür, 

eyitim alan bir az fikirləşir dili araşdırsın, eyitim almayan heç fikir-

ləşmir də. Bəs necə başlaya bilərsən ondan? Yenə gəlib ortaya çıxır 

Asif Ata. Asif Atanı ortaya gətirməklə. Asif Atanı bölgədə, kənddə 

ananın doğduğuna verməklə. Onda Asif Atanın yaratdığı dünyabaxı-

şın anlayışları işlənəcək, yeriyəcək onun şüurunun altına. 

Dil  olayı  olduqca  önəmli  məsələdir.  Dil  olayını  qoruya  biləcək, 

yeridə biləcək məsələ dünyabaxış məsələsidir. Dünyabaxışdan qırağa 

çıxmaq mümkün deyil. Bütün nədənlərin hamısının əsasında dünya-

baxış dayanır. 

Bax,  bayaq  mən  ruhani  bilikdən  bəhs  etdim.  Ruhani  bilik,  yəni 

insanın özünü ruhani biliklə ifadə eləməsindən gedir söhbət. İnsana 

bildirən, onu öyrədən, dedik, dünyabaxışdır. Dünyabaxış insanı öyrə-

dərək  onu  kor  qoyursa,  insan  nəyə  xəyanət  elədiyini  bilmir.  Niyə 

xəyanət elədiyini bilmir. İnsan vətəndə yaşayır, vətənə xəyanət edir. 

Dilə  xəyanət edir,  ulusa xəyanət  edir.  Ancaq  bilmir o  xəyanət edir. 

Burdan  sürünə-sürünə  Məkkəyə  gedən  adam  bilmir  nələrə  xəyanət 

edir.  Burdan  sürünüb  Məşhədə,  Kərbəlaya  gedən  bilmir  o  nəyə 

xəyanət  edir.  Onun  kökündə  yenə  gəlir  dünyabaxış  məsələsi  durur. 

Onu  da  ora  çəkib  aparan,  özgələşdirən  dünyabaxışdır.  Onu  ordan 

ayıran, özümləşdirən yenə də dünyabaxışdır. Dünyabaxışı kim yara-

dırsa hökm onundur. Dünyabaxışı bir başqası da yarada bilər, ancaq 

o başqasıyla sənin mənəviyyatın arasında birlik olmalıdır. O başqası 

sənin mənəviyatına zidd olmamalıdır. Ona görə deyirəm, dünyabaxı-


 

122 


şı  kim  yaradırsa  hökm  onundur.  Dünyabaxışı  sağlam  mənəviyatlı 

insan  yaratmalıdır.  O,  milli  də  ola  bilər,  başqa  milli  də  ola  bilər. 

Ancaq əsas məsələ onun insani kimliyidir. O kimlik də dayanır onun 

vicdanına, onun bəşəriliyinə. 

Amallaşma əməlim mənim kamilləşmə əməlimin birbaşa qidalan-

dırıcısıdır. Bu dediklərim düşündüklərimdir, yaşadıqlarımdır. Bunlar 

mənim  başqasına  demək  üçün  axtardığım  düşüncələr,  fikirlər  deyil. 

Bunlar  mənim  özümə  dediklərimdir  –  özümü  qurmağımdır,  özümü 

yönəltməyimdir. Mən birinci öz addımıma doğru qiymət verməyə ça-

lışıram. Çünkü vətənə, millətə, insana, insanlığa münasibət məsələsi 

daim  məni  düşündürən  məsələdir.  Çünkü  münasibət  orda  əyilib. 

Vətənə, millətə, insana, insanlığa münasibət doğru olmayanda xəya-

nət yaranır. 

Bir də mənim kamilləşməmdə bir prinsipial tələskənlik var. O da 

nədə özünü göstərir? Mən bu çağa kimi özümün xarakterimdən irəli 

gələn  yenilməzlik  istəyi,  yaxud  uduzmamaq  istəyi  haqqında  düşün-

müşəm. Məğlubiyyət anlayışı elə bil içimə girmir. İstənilən anlamda. 

İstənilən anlamda olduğu üçün mən bunu tələskənlik sayıram. Bu bir 

anlamda olmalıdır söz yox, ruhani anlamda. Daha doğrusu, ruhaniy-

yat müstəvisində, xəttində olmalıdır. Ruhaniyyatdan qıraqda da mən-

də  həmin  xarakter  söz  deyir.  Götürək  məsələn,  anamın  durumunu. 

Mən anamın dalınca getdim. Biləndə ki düşünülən kimi onun sorunu 

yoxdur,  ağlıma  bir  gəldi,  mən  bunu  qurtarmalıyam.  Qurtarıcılıq 

(xilaskarlıq)  duyğusu  beynimə  girir,  axıra  kimi  gedirəm.  Bu  özünü 

həsr  eləmək,  aşırı  qurban  vermək  anlamına  gəlir.  Mənə  elə  gəlir, 

xarakterimdən irəli gələn bir şeydir. Mənə elə gəlir, bir cəhətdən mən 

bunu azaltmalıyam (məhdudlaşdırmalıyam), ancaq azalda bilmirəm. 

Nə üçün azaltmalıyam? Ruhun enerjisi bədənə bağlıdır. Bu bədənin 

də gücü bir yerə kimidir. Onu hər yerdə, hər şeydə tükəndirmək, belə 

deyim, ruhaniyyatın ixtiyarından qoparmaq anlamına gəlir. Yəni “bir 

az  ona  ver,  bir  az  buna  ver”  anlamına  gəlir.  Mən  düşünürəm,  biz, 

Ocaq  olaraq,  bütün  ixtiyarımızı  ruhaniyyata  verməyi  bacarmalıyıq, 

ruhaniyyat  heç  bir  nöqtədə  axsamamalıdır.  Atanın  bir  sözü  həmişə 

mənim  qulağımda  səslənir.  Keçmiş  Qeyrətlə  bağlı  dediyi  söz, 

“bəşərin qeyrəti çolaqdır, siz durub bir çolaq Qeyrətlə uğraşırsınız”. 

İndi yenə həmin anlama gəlir bizim çalışmalarımız. Bizim çalışmala-

rımız  axı  bütün  bəşəriyyətin  gələcəyinə  yönəlikdir.  Bax,  bu  baxım-

dan  düşündürücüdür.  Mən  düşündüm,  bu  məsələdə  məndə  tələs-

kənlik var. 


 

123 


Bir neçə söz xalqlaşmayla bağlı deyim: baxmayaraq, bir ay olur 

mənim  Borçalıya  gedib-gəldiyim,  anamla  uğraşmağım,  bu  bir  ayın 

içində  mənim  çoxlu  xalqlaşma  işlərim  olub.  Elə  kənddən  başlayıb. 

Özü də adamlar özləri soruşmur, mən deyirəm, mən onları cəlb edi-

rəm, söhbət aparıram. Mən onların beyninə yazıram. Dönə-dönə mən 

orda bir ortam yaratdım. Ciddi söhbətlər apardım. Çünkü bilirlər axı 

mən  Soyluyam,  mən  fərqli  düşüncə  adamıyam,  mən  Asif  Ataya 

bağlıyam. Onlar bunu bilirlər. Hər kəsin də içində ilgilənmək oyan-

mır,  yaşam  hamını  basqı  altına  alıb,  ilginç  yanaşmanı  mən  özüm 

oyadıram. Yəni içimdə elə bir qətiyyət var, mən edim. Bu baxımdan 

kənddə  ciddi  uğurlu  söhbətlərim  olub.  Qohumlarla,  gələnlərlə,  ge-

dənlərlə. Sonra, burda da anamınn yanına gələnlər olur. Anamla bir 

az  hal  tuturlar,  sonra  başlayıram  qonunu  dəyişməyə.  Hamısıyla 

saatlarla söhbət etmişəm. Ən əsası odur, mən saatlarla söhbət etsəm 

də, özümün qonumdan yorulmuram. Fiziki cəhətdən çox yoruluram.  

 

 



 

Ancaq nə qədər yorğun olsam da, elə eşqlə danışıram, bədən har-

dasa qırılarsa, onun fərqinə varmıram. Bu nədən irəli gəlir məndə?  

Bax,  bayaq  deyirsən (üzünü  Günev  qardaşa  tutur  –  G.A.) şəxsi 

həya-tım  Amala  çevrilib.  Şəxsi  həyatın  Amala  çevrilməsi  budur  – 

Atanın  vurğunuyam.  Atanın  vurğunu  olmaq  Qasım  müəllimin 

oğlunun vur-ğunu olmaq deyil. 

Atanın  vurğunu,  yəni  onun  daşıdığı  ideyaların,  idealların,  onun 

vətən,  millət,  insan  anlayışının  vurğunuyam.  Dönməzdir  vurğunlu-


 

124 


ğum.  Fiziki  cəhətdən  nə  qədər  yorğun  oluramsa,  mənim  həvəsim, 

heyrətim coşğundur, qabağadır. 

Sonra, sizə demişəm, burda, Ailə Günündə də vurğu eləmək istə-

yirəm. Fərdi görüşlərim olub. Türkiyədə eyitim alan, 30-a yaxın yaşı 

olan bir nəfərlə. O deyir biz Türkiyəyə öyrəncilər hazırlayıb göndəri-

rik. Onunla o dərəcədə geniş söhbətimiz oldu, onun eşitdik-lərinə, bir 

sıra fikir adamlarının yanlış baxışlarına etiraz elədim. Məsələn,  biri 

durub  Qarapapaq  türklərindən  bəhs  edir.  Qabardır,  sosial  şəbəkə 

demir, hər yerdə Qarapapaq türkləri. Sonra, biri Qaramanlı türkləri, 

biri nə bilim nə türkləri. Bu nəyə bənzəyir? Bu ona bənzəyir, Azər-

baycan qurumlar, təşkilatlar bolluğuna düşüb. Biri Cəlilabad qurumu 

yaradır,  biri  Kürdəmir  qurumu  yaradır,  biri  Qazax  qurumu  yaradır. 

Biri Kəpənəkçi qurumu yaradır. Balaca bir kəndin guya sorunları ilə 

uğraşır. Əslində ziyan verir. Azərbaycana bütöv yanaşmaq gərəkdir. 

Heç  kim  bütöv  yanaşmır.  Dərdi  bölürlər,  parçalayırlar.  Əslində  heç 

dərdlə  uğraşmırlar  da.  Ayrıca  Kürdəmir  dərdi  yoxdur,  Azərbaycan 

dərdi  var.  Ayrıca  Qarapapaq  türkü  yoxdur,  onu  öyrənirsən,  yaxşı 

edirsən. Ancaq ayrıca təbliğ eləmək olmaz. Sən Qarapapaq türküsən, 

mən,  məsələn,  Ayrım  türküyəm.  Niyə  mən  sənin  Qarapapaqlığına 

vurulmalıyam?!  

Türk  anlayışı  var,  türklük  məsələsi  var  bütövlükdə.  Bax,  buna 

görə deyirəm, onların o cür düşündüklərini, yanaşmalarını doğru say-

mıram.  Sonra,  Kürdəmirli  bir  şair  oğlanla  təxminən  bənzəri  tonda 

danışdım. Yanlış bildiklərinin yanlış olduğunu əsaslandıraraq və i.a. 

Sonra işlədiyim müəssisədə söhbətlərim olub. Yaxın günlərdə Ağşın 

bəyin  gənc  tanışı  gəlmişdi,  əslən  Cəlilabaddan.  Onunla  yaxşı  bir 

söhbətim  oldu.  Ayıqdır.  Cəlilabadda  qaranlığı  yaxşı  müşahidə  edir. 

Mən də kitabları verdim. Dedim sənin o qaranlıqla döyüşməyin üçün 

yaxşı bir arac verirəm sənə. Yəni harda qarşıma fürsət düşür, o für-

sətdən  uğurla  yararlanıram.  Asif  Ata  deyir  Xalqlaşmaq  gərəkdir. 

Ağac-ağac, hal-hal, fərd-fərd Xalqlaşmaq gərəkdir. Həmin məsələdir. 

Biz  kütləvi  şəkildə  Ocaqlaşdırmayacağıq  xalqı.  Kütləvi  şəkildə  gö-

rüşlər keçirəcəyik, ancaq kütləvi şəkildə Ocaqlaşdırmayacğıq. Fərd-

fərd, hal-hal Ocaqlaşdıracağıq. Bundan usanmadan, yorulmadan get-

mək gərəkdir. Düşünürəm, gedirəm özüm. Eyni zamanda hesab edi-

rəm, hər bir Ocaqçının Ocaqlaşmasının açarıdır, çıxış yoludur Xalq-

laşma  məsələsi  –  hal-hal,  fərd-fərd  söz  demək,  onun  yanlışlarının 

üzərinə  dostcasına  yerimək,  Atanın  doğrularını  vermək,  bax,  bu 

açardır.  Bunu  bacara  bilən  adam  Ocaqlaşacaq.  Bunu  bacara  bilən 


 

125 


adam  içəridən  yetkinləşəcək,  böyüyəcək.  Yox,  bacara  bilməyən 

adam mənə elə gəlir, Ocaqdan qıraqda qalacaq. 

Ocaqdan  qıraqda  insanın  dəyəri  yoxdur.  Mən  bunu  düşündüm. 

Biz görürük bunu. 

“Batıda insan haqları çağırışları yalançıdır, insana çatmır” məsə-

ləsinə  toxunmuşam.  Bu,  təkcə  bizim  bilik  səviyyəsində  qarşıladı-

ğımız məsələ deyil ki. Batıda belədir, başqa yerdə münasibət ayrıdır 

filandır,  elə  deyil.  Biz  onu  öz  evimizin,  elimizin  içində  görürürk. 

Yəni  o  dalğalar  bütün  yerlərdə,  bütün  evlərdə,  bütün  nöqtələrdə 

oturuşur.  Çox  pis  oturuşur.  İnsanların özlərinin  də  bəlkə  heç  sorağı 

yoxdur. Heç kim bəlkə də fərqinə varmır, tutalım bu dalğa Batıdan 

gəlir. Bilmir hardan gəlir. O dalğanı heç axtarmır, düşünmür. Ancaq 

onun  içinə  yeriyir,  oturur.  Onun  içindəki  insan  ölür.  İçindəki  insan 

ölürsə, qıraqdakı insana münasibət də ölür. Bunu mən öz elimdə, öz 

bölgəmdə də gördüm… 

İnsanın  heç  yerdə  dəyəri  yoxdur,  qiyməti  yoxdur.  Yalnız  Asif 

Atanın  Ocağında  var.  Ona  görə  insanın  qurtuluşu  Asif  Atanın 

Ocağının içindən başlayır. Dünyanın qurtuluşu Asif Atanın Ocağının 

içindən  başlayır.  Bax,  mən  orda  yazmışam (carı  göstərir  – 

G.A.). “İnsansız  dünyaya,  İnamsız  insana  Mütləqə  İnam  işığı  gərək-

dir.” İnsansız dünya… Niyə dünya insansızdır? Çünkü insanın inamı 

yoxdur.  İnamı  olmayan  insan  dünyanı  insanlaşdırmır.  Ona  görə 

Ocağın içindən başlayır dünyanın qurtuluşu. 

Sonuncu,  Azərbaycanda  son  ictimi-mənəvi  durumun  ruhani 

dəyərləndirlməsi. 

Mən siyasi durumun yüngülcə dəyərləndirilməsiylə ümumi aydın-

lıq  gətirmək  istəyirəm.  Öncələr  basın  yayınlarında  mənim  çoxlu 

yazılarım  gedirdi.  Bu  yazılarda  mən  çox  tez-tez  vurğu  edirdim: 

Azərbaycanın  yuxarı  dairələrindən  çox  fəxarətlə  söylənilən,  hünər 

kimi sunulan balanslaşdırma siyasəti. Batıyla Rusiya arasında balans-

laşdırma  siyasəti  aparır,  bunu  da  hünər  hesab  edirdilər.  Bax,  onda 

mən yazırdım, Batıyla Rusiyanın mövqeyi hələ Orta Doğuda toqqu-

şur.  Güney  Qafqaza  hələ  gəlib  çıxmayıb  əsaslı  olaraq.  Baxmayarq 

burda onlar hansısa addımları qururlar. Əsasən onların mövqeyi orda 

toqquşur.  Ona  görə  onlar  orda  çəkişirlər.  Onların  orda  çəkişməsinə 

görə  sən  orda  onun  könlünü  alırsan,  burda  da  bunun.  Elə  bilirsən 

hünər  göstərirsən.  Günlərin  bir  günü  onların  mövqeyi  gəlib  burda 

toqquşacaq. Burda toqquşandan sonra Azərbaycanın qarşısında tələb 

qoyacaq. Seçim elə. Ya mən, ya o. Onda sən qalacaqsan pis durum-



 

126 


da. Onu seçəcəksən bu təpikləyib öldürəcək səni, bunu seçəcəksən o. 

Azərbaycan  bu  gün  həmin  duruma  gəlib  çıxıb.  İllər  öncə  haray 

çəkirdim, günlərin bir günü bu durumla üzləşəcəksən. İndi bu gün o 

durumla üzləşib. Bu gün artıq qəzetlər onu yazır: 

“Azərbaycan seçim qarşısında. Artıq Batı İlham Əliyev hakimiy-

yətindən seçim eləməsini tələb edir”. Bax, Azərbaycanın düşdüyü bu 

durum, onun bünövrədən addımını, strategiyasını düzgün qurmamaq-

dan  irəli  gəlir.  Zaman-zaman  biz  deyirdik,  Azərbaycanın  başına 

gələn  H.Əliyev  rejimi  türklüyü  sıradan  çıxartdı,  Azərbaycanın  mə-

dəni əsaslarını sarsıtdı, bununla da Azərbaycanın gələcəyinə bir balta 

vurdu. Hər kəs deyir, Azərbaycançılıq ideologiyası yaxşı ideologiya-

dır.  Hamını  gözə  alır,  etnikləri-filanı  hesablayır.  Sən  etnikləri  guya 

qıcıqlandırmamaqdan ötrü ulusun kimliyini öldürürsən. Sabah kimli-

yini  öldürdüyün  ulusun  ayaq  üstə  qalmaq  gücü  olmayacaq,  öz 

dövlətinə yiyə çıxmaq iqtidarı olmayacaq. İndi həmin durumdur. Bu 

sorunun  da  uzaq  qurtarması  Asif  Atanın  Mütləqə  İnam  Ocağının 

içindən başlayır. Asif Atanın Mütləqə İnam Ocağına hər anlamda üz 

tutmaq  qaçılmazlığı  yaranır.  Hər  anlamda  Asif  Atanın  gərəkliyi  or-

taya çıxır. Bax, mən bunu özüm öyrənirəm, dərk edirəm, eyni halda 

bunu öyrədirəm, daim vurğu edirəm. Qoy qulaqlar gec dolsun, ancaq 

dolsun. Ona görə yaşasın Ata! 

Ona  görə  yazmışam:  “Ocağımızın  yüksək  çağırışı  –  dünyaya 

insan gərək!”. Dünya insansız olduğu üçün bu gündədir. O insan da 

Atanın  dediyinin  içindən  çıxacaq.  Ayrı  yerdə  insan  yoxdur.  Ayrı 

yerdə  insan  yaradıcılığı,  insan  istehsalı  yoxdur.  Asif  Atanın 

Ocağından qıraqda. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Atamızın Bayrağını öpürəm. 

 

Göylü Atalı: Mən bir sual verim. Yaxşı, hazırkı durumda iqtidar 

neyləməlidir? 



 

Soylu Atalı: Siyasi anlamda? 

 

Göylü  Atalı: Hə.  Uzaq  hədəflər  aydındır,  hazırkı  durumda  nə 

etməlidir? 



 

Soylu Atalı: Bilirsən necədir? Hazırkı durumda çıxış yolu yoxdur. 

 

127 


Onun çıxış yolu odur, Azərbaycan hələ də qurbanlar verir, verə-

cək də. Çünkü bunun bərkidiyi müstəvi artıq bəllidir. O müstəvidən 

qopub getsə, bu özü məhv olacaq. Ona görə də bunun bir çıxış yolu 

qalmayıb. Mənə elə gəlir, seçim eləyə bilməyəcək. İkisinin arasında 

qalacaq.  Ancaq  Azərbaycanda  əsasən  Batını  tuta  biləcək  bir  qüvvə 

formalaşdırmağa çalışacaqlar. Müxalifətdənmi, ya yeni müxalifətmi, 

deyə bilmərəm, gec, ya tez. Hələlik Rusiya dirəniş göstərir. Ya gərək 

dəngələr  dəyişsin,  durum  dəyişsin.  İstər  Azərbaycanla,  istər  Türki-

yəylə  bağlı.  İstər  başqalarıyla  bağlı  bu  durum  dəyişməlidir.  Durum 

dəyişəndən  sonra  Azərbaycan  özü  üçün  yeni  bir  strategiya  bəlli 

eləməlidir. Ya da bu hakimiyyəti dəyişəcəklər. Gec, ya tez Azərbay-

canı bütövlükdə Batının ixtiyarına buraxacaqlar. Yenə də uzun çağlar 

Azərbaycan Batının ixtiyarında özünə, hər anlamda, yad yaşayacaq. 

Hələ  qurbanları-filanı  demirəm.  Sonra  qurtarıcılıq  olayı  kimi  gəlib 

çıxacaqlar  Asif  Atanın  “Uluyurd  Hərəkatı”  ideyasına.  O  fəlakətlər 

üst-üstə qalandıqca, ağırlıq artdıqca, altında iniltilər çoxaldıqca, onda 

az qala yüyürəcəklər Asif Atanın “Uluyurd Hərəkatı” ideyasına. O nə 

vaxt  olacaq,  biz  deyə  bilmərik.  Neçə  il  çəkər,  onu  deyə  biımərik. 

Yön  odur.  Bu  gün  çox  çətindir  durum.  Bu  gün  konkret  seçim  edə 

bilmir. Niyə edə bilmir? Onu da deyim.. Adama elə gələr eləyə bilər, 

deyər əşi, səni istəmirəm, səni istəyirəm. Elə deyil. Boynu bunun da 

ayağının  altındadır,  onun  da.  Bunun  ayağının  altından  çəkilir,  o 

tapdalayır, onun ayağının altından çəkilir bu. Yəni bu, ixtiyarı ikisinə 

də  verib.  Pis  verib  özü  də.  Hər  ikisinin  əlindədir  bunun  kəndiri. 

Yoxsa  siyasi  asudəlik  olsaydı  deyərdi  get  bunu  seç  də.  Elə  deyil. 

Sonra, maliyyə cəhətdən də, kapitalları Rusiyada da var, Batıda da. 

Eləcə də hakimiyyətin içərisində Rusiyanın da adamı var, Batının da. 

Ona  görə  içəridən  bunlar  bir-biriylə  döyüşsələr  iflas  edirlər.  Qıraq 

qüvvələrə  meydan  açırlar.  Ona  görə  çox  pis  durumdur.  H.Əliyevin 

başladığı balanslaşdırma siyasəti son anda Azərbaycanı hansı ziyan-

lara  uğradıb  öz  yerində,  hakimiyyətin  özü  üçün  də  qəbir  qazıb. 

Ocaq  isə  öz  işini  görməlidir.  Ocağın  işinə  çox  böyük  ehtityac 

yaranacaq.  Hər  bir  Ocaqçının  özünə  çox  böyük  ehtiyac  yaranacaq. 

Hər  bir  fərdimizin  üzərində  ciddi  iş  getməlidir.  Biz  çox  yüksək 

səviyyələrə yetməliyik. 

 

Qutsal oxuma: “Təməl” kitabından bir hissə oxundu. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin