1
Asif Atanın –
İnam Atanın
Mütləqə İnam Ocağı
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
AİLƏ KİTABI
37
-ci il
AİLƏ KİTABI
37-ci il
3
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər”, “Ulufərəh”
və “Atagün” Ailələrinin
AİLƏ KİTABI
(37-ci il)
4
Redaktoru Soylu Atalı
Bilgisayar işi və düzəldicisi:
Göylü və Nurtəkin Atalılar
Mütləqə İnam Ocağı
Ailə Kitabı. Atakənd-38. 464 səh.
Kitab Asif Ata Ocağının ruhsal Ailə quruculuğunu uğurla
aydınlaşdıran və öyrədən dəyərli bir ədəbiyyatdır. Türk
ulusunun özünəxas ruhaniyyat sistemini biçimə salan və
yadlığı dışlayan hünər faktıdır. Toy-vay törənlərində özünü
tanımaq, ulusunu tanımaq, gələcəyini qorumaq istəyən milli
düşünərlər üçün bir örnək, bütövlükdə toplumumuz üçün
söyləmlər qaynağıdır.
5
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” və “Ulufərəh”Ailəsinin
37-cı ildə I “Ailə Günü”nün
Gediş Yazısı
Gün: 23 Günəş Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: 15.00
Oda Mərasim ruhuna uyğun hazırlanır. Təşkilatca işlərə sorumlu
Türkel Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Türkel Atalı “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, “Ataya
Günorta Ricası”nı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailələrə uğurlaması dinlənilir.
Mərasim qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
“İnsanı itirən Cəmiyyət özünü İnsanda tapmalıdır!” – Ata fikrinə
münasibət.
Müqəddəs Oxuma: “Təməl” kitabı oxunur, şərh edilir.
İştirakçıların mövqeləri dinlənilir və suallara cavab verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsiylə Gün başa çatır.
Gün’ün carı
Ata – Evlad birliyi – Ulusal gələcəyimiz!
Amaldaşlarım – Ata Ruhlularım – Birliyimiz Qutlu olsun!
Gediş Yazısını yazdı: Üstün Atalı
11 Günəş Ayı, 37-il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
11 Günəş Ayı, 37-ci il. Saray-Soylu.
6
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
37-ci ildə I “Ailə Günü”ndə deyilmiş fikirlər
Ocaq Günsırası ilə 23 Günəş Ayı, 37-ci ildə (mart, 2015)
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin I “Aİlə Günü” toplantısı
keçirildi.
Ocaq quralları yerinə yetirildikdən sonra “Uluyol-Hünər”
Ailəsinin yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı:
Amallaşmamın oxu (mütaliə) yönü az olub, Ocaq işlərim çox
olub.
36-cı ilin Tədbirlər Kitabını hazırlamışam. Ailə Günü, Mərasim
və Bayramlar kitabı çap üçün hazırdır, yəqin ki gələcək mərasim-
lərdə onu hədiyyə edəcəyik. Atanı az oxumuşam, ancaq oxuduğum
zamanlar bəhrəli olub, – həm düşüncə, həm də düşüncələrimi yaz-
maq anlamında. Mən son ildə ancaq evdə oluram. Atanı oxuduqca
isə elə bil evdən çıxıram. Evin içi məni nə qədər məişətə bağlayırsa,
Atanı oxuyanda duyğularımda, düşüncələrimdə durulma yaranır,
fərəhlənirəm.
Kamilləşmə yönündə özümü ələşdirmə haqqında bir şey deyə
bilməyəcəm. Günümü elə kökləyirəm ki, vaxtım olanda ya oxuyum,
ya da nəsə iş görüm. Hər gün az və ya çox Ocaq işi görürəm. Artıq
7
elə bir hal yaranıb ki, iş görməyim, ya da oxumağım günümün qiy-
məti, dəyəri olur. Bunu edə bilməyəndə sanki gün gözümdən düşür.
Ona görə də oxumaq, ya nəsə iş görmək, ya da Ocaq Yükümlüsü-
nün saytla bağlı tapşırıqlarına əməl etmək. Bir çatışmazlığım həmişə
özünü göstərir: hansı işlərə ki, mən özüm diqqət eləməliyəm, onu
mənə Ocaq Yükümlüsü deyir, edirəm. Bununla belə, Ocaqla bağlı
gördüyüm bütün işlər mənə fərəh gətirir. Mənim üçün bu nizam
hava-su kimi gərəkdir.
Xalqlaşmamın görüşlər səviyyəsini yetirə bilmirəm. Uşağa qayğı,
diqqət məni bu işdən hələ ki ayırır. Buna görə də, yetdiyim düşüncə-
ni, fikri insanlarla bölüşməyəndə həm özümün səviyyəmi görə bilmi-
rəm, həm bölüşmək fərəhini ala bilmirəm. Bu mənada əskikliyim
var. Yaxın gələcəkdə bu əskikliyi aradan qaldıracam.
İndi bəzi yazılarımı oxumaq istəyirəm:
xxx
Həyatla hər bir görüşdə Amalın üstünlüyünü daha dərindən anla-
yıram. Bu anlam məni həyatın bəsitliyindən nə qədər uzaqlaşdırırsa,
Amala o qədər doğmalaşdırır.
xxx
Fərəh yeni fərəh yaradır, əməl yeni əmələ çağırır, insanın içini
irəliyə aparır. Bu ardıcıllıq yola çevrilir.
xxx
Bizim bütün yazılarımızda, düşüncələrimizdə insana münasibət,
dünyaya münasibət, özümüzə münasibət görünür, bilinir. Bu müna-
sibət həm də bizim özümüzə münasibət yaradır.
Biz özümüzdə hansısa düşüncəyə yetirik, onu təqdim edirik. Onu
sevgiylə təqdim eləməyin özü sevgi yaradır, acıqla təqdim eləmək
əks təsir yaradar.
xxx
İki doğma insanın münasibəti bir-birinə mühit ola bilir. Ona görə
mühit ola bilir ki, yol doğmalığı var. Adamlar bir-biri ilə görüşürlər,
danışırlar, hər kəsin danışığı ya məişətə bağlıdır, ya da özgəsinə. Ona
görə də o söhbətdən heç nə qalmır. Mühit odur ki, bitir insanın
içində. Duyğuları, düşüncələri bölüşdükcə daha da aydınlaşır, yetkin-
ləşir, çiçəkləyir, bəhrə verir. Heyrətli, şəfqətli, sevgili, qayğılı, sayğı-
lı dünya yaranır.
8
Bunu nədə hiss eləmişəm. Soylu Atalı ilə telefon söhbətlərində o,
elə fikirlər söyləyir ki, mən onun idrakının mühitinə düşürəm. Onun
dediyi, düşündüyü məni də düşündürür, mən görürəm ki, o mənim
üçün ruhani mühit olur. Mən bundan bəhrələnirəm. Doğrudan da,
belə ünsiyyət bir-birinə dünya ola bilmək mənası daşıyır özündə. Elə
bir mühit yaranır ki, onun özünə inamının halı, idrakının dərinliyi
mənim idrakımı da tərpədir, düşündürür, – mənim üçün mühit yara-
nır. Həmin gün mən o halla nəsə oxuyanda görürəm ki, əvvəlki söh-
bətin etkisidir, məndə yeni bir düşüncə yaradır, halım yüksək olur.
xxx
Hər başlanğıc asan başlamır. Əngəllərlə döyüşməli, dəf etməlisən
ki, başlanğıca yetəsən.
İnamsızlığın sonu – İnamın başlamasıdır. Ömrün yenilənmsi yeni
aşamaya qədəm qoymasıdır. Sona yetdikcə başlanır, başlandıqca da-
vam edir yol.
Mənim inamımı artırmağım inamsızlığımla döyüşümdür. Mən nə
qədər inamımı artırıramsa, inamsızlığımla o dərəcədə döyüşürəm. Nə
qədər düşünürəmsə, həyatdan, məişətdən ayrılıramsa, o elə idrak-
sızlığımla döyüşümdür.
xxx
Cəmiyyət insanı itirib təbəqələrdə. Biz cəmiyyət deyəndə gözü-
müzün qarşısına təbəqə gəlir. Əgər aşağı-yuxarı təbəqə varsa, orda
heç cür insanı tapmaq mümkün deyil. Adamların bir-birinə yadlaş-
ması cəmiyyəti yaşadıb, bir-biriylə yarışması, bir-birinə düşmən
kəsilməsi, aldatması, satması cəmiyyəti yaşadıb. Cəmiyyət adamları
bu dairəyə salıb və çıxmağa qoymayıb. Onlar da həyatın anlamını elə
burada axtarıblar. Birinin varı artır, o birinin həsədi artır. Birinin
zoru artır, o birinin qorxusu. Birinin vəzifəsi artır, o birinin kini.
Ömür adiliyə həsr olunduqca münasibətlər adiliklər doğurur. Biz
adətən örnək gətirəndə Soylu Atalıdan deyirik. Soylu Atalının mənən
artması məndə heyrət doğurur. Həm də mənə örnək olur ki, özünə
inamın yaranması nə deməkdir. Ruhani münasibətdə aliliyin artması
alilik yaradır və stimul olur, örnək olur. Cəmiyyət münasibətlərinin
artımında insan uçuruma, boşluğa, həm də faciəyə gedir. Ruhani
münasibətlərin artımında insan ucalığa, sonsuzluğa gedir.
Cəmiyyətə qarşı çıxanlar seçilib, qorxu yaradıb. Ona görə də
təklənib, dışlanıb. Cəmiyyət fərqlənənlərin, cəmiyyətlə döyüşənlərin
axırı pisdir deyə qorxudub adamları. Cəmiyyət adama sahib olur,
9
onun fərdiliyinin yaranmasına əngəl olur. Fərd özünəməxsusluğu,
bənzərsizliyi cəmiyyətdə yox olur. Cəmiyyət Xalq anlamına yüksəl-
məlidir – kamil fərdlərin birliyi demək olmalıdır.
Ailə adlanan hadisə cəmiyyətdə öz mənasına yetmir. Ailə cəmiy-
yət üçün övlad böyüdür sanki, xalq üçün böyütmür. Ata haqsızdır,
çünkü cəmiyyət haqlıdır. Ana haqsızdır, çünkü cəmiyyət haqlıdır,
övlad haqsızdır, çünkü cəmiyyət haqlıdır. Cəmiyyət ölçüsü hakimdir
düşüncələrə. Adamları belə tərbiyə edir cəmiyyət.
Heç birimizin valideyni Ocağa gəldiyimiz üçün uğurlamadı bizi.
Tərsinə, millətin dərdi sənəmi qalıb dedi. Çünkü hamı elə fikirləşir
ki, umacaqsız, minimal məişətlə, var-dövlət yığmadan, vəzifə ehtira-
sı, ehtiyacı olmadan yaşamaq – yaşamamaqdır. Bizə görə isə Amal-
sız yaşamaq yaşamamaqdır.
“Fərdi xüsusiyyətlərini itirmiş insan – insan deyil, əşyadır, əşya-
ların məcmuu isə insani cəmiyyət yaratmağa qadir deyil… İnsani-
ləşən cəmiyyət – müstəqilləşən Fərd, yaranan xalq, mülkiyyətləşən
əməkçi və mütləqləşən başçı deməkdir” (Asif Ata).
Fərd özümləşməsə, müstəqilləşməsə hamının içində itər.
Xalq özümləşməsə, müstəqilləşməsə dünyanın içində itər.
Özümləşmək – öz ruhani varlığını, inamını, idrakını, mənəviy-
yatını, iradəsini yaratmaqdır.
Özümlü fərddən məhrum olan xalq xalq deyil, sürüdür.
Özümlü xalqlardan məhrum olan bəşər bəşər deyil, sürüdür.
10
xxx
Həyat adamın istəkləri qarşısında məhdudluğunu aşkarlayır. Var-
dövlət hədsizliyində var-dövlət əsirliyi var.
Şöhrətdə şöhrət əsirliyi var, vəzifədə vəzifə əsirliyi var. Azad
olmur adam, mühitin, şəraitin, zamanın əsirinə, məhkumuna çevrilir
və elə mühitdə, zamanda qalır.
Həyatı Ali həyata yetirməklə həyatın mənasının sonsuzluğu
aşkarlanır. İnsanın özünə ruhani münasibətlərinin heyrətli, fərəhli,
işıqlı üfüqləri açılır. Ruhani azadlıq fərəhinə yetir insan. Mühitin,
şəraitin, zamanın, cəmiyyətin fövqünə qalxır, ölümsüzləşir.
xxx
Biz dünyanın hər üzünü görürük, ancaq yeni dünya, yeni həyat
yaratmaq ideyamızdan, nikbinliyimizdən, inamımızdan çəkinmirik.
Ata deyirdi ki, qaranlıq artdıqca işığa ehtiyac da artır.
xxx
Nəylə qarşılaşıramsa qarşılaşım, mənim yolum, yönüm, ölçüm,
üzüm bəllidir. Bu inamın özü artıq nikbinliyimə çevrilir.
Adam dünyaya gəlir, həyatlaşır, dünyalaşır. İnsan özünü yaradır,
həyatı insanlaşdırır, dünyanı insanlaşdırır. Adam həyata uyğunlaşır,
həyatla vəhdəti yaranmır. İnsan həyatı mənasına yetirir, həyatın mə-
nasına qovuşur.
xxx
Bəzən təbiilik hərcayiliklə qarışdırılır. Adama elə gəlir ki, içindən
necə gəlirsə, davranırsa, bu, təbiilikdir. Təbiilik – İnsanlığa dayanan
əsillikdir. Əsil davranış, insani davranış təbiilikdir.
xxx
Ata fikri: Bəşər eyniləşə-eyniləşə – özgələşir; fərdiləşə-fərdiləşə –
birləşir.
xxx
Dövlətin beynəlxalq konfranslarda, birliklərdə, görüşlərdə qatqısı,
çıxışı ona verilən yeri və yönətimi haqq edib-etməməsinə əsaslanır.
Çünkü dövlət xalqı təmsil etmir, hakimiyyəti təmsil edir.
Dış siyasət – qəyyumların inamını doğrultmaq.
İç siyasət – qəyyumların siyasətini doğrultmaqdır.
Gələcək – qəyyumların planını həyata keçirməkdir.
11
xxx
Özünə inamsız olanda hər şeydən asılı olursan. Özünə inam
insanı mənasız asılılıqlardan azad olmaq iradəsinə yetirir. Yalnız
həqiqətdən asılı olmaq, ədalətdən asılı olmaq İnsanı ruhani azadlığa
yetirir.
xxx
Bu gün bizim xalqın içinə nə gəlirsə, onun mahiyyətinə qarşı
gəlir. Çünkü gedişat milliliyə, bəşəriliyə söykənmir.
xxx
Yaz elə gəlir ki, adamın içini bürüyür. Yazın coşğunluğu, aşıb-
daşması, işığı, ümidi adamın halına heç bir zor göstərmədən girir.
Yaz haqqında düşünəndə fikirləşdim ki, mənim də halım yaz kimi
olmalıdır. İnamı verəndə yaz kimi verməliyəm. Necə ki, yaz gəlir və
sevgisi, şəfqəti, işığı, istisi mühit yaradır. Mən də adamlarla ünsiy-
yətdə elə bir mühit yaratmalıyam. Gərək onlar, İnamın gəlişini
ürəyinə yazın gəlişi kimi hiss eləsinlər. Atamız Var olsun!
Göylü Atalı Ataya səcdə ilə sözünə başladı: Səhhətimlə bağlı Ailə
hesabatına hazırlaşa bilmədim. Əslində tədbirə hazır gəlmək nə
deməkdir? Ya ruhani yaşamışam, ya da yaşamamışam. Yaşamışam-
sa, deməyə sözüm olur, ömrüm də qurulur. Yaşamamışamsa, söz
yoxdur. Bu gün əslində “Ulufərəh” Ailəsi iki ayın hesabatını
verməlidir, – həm bu ayın, həm də keçən ayın. İki aya göz yetirəndə
12
utanc hissi keçirdim, doğrudanmı vaxtım ciddi şəkildə yaşama
çevrilməyib ki, gəlib tədbirdə hesabat verəm. Ayrı-ayrı əməllərim
olubdur. “Uluyurd Aqibəti” haqqında film hazırladım. Atanın rusca
kitabını bilgisayara köçürürəm. Saytla bağlı işlərim olur. Nurtəkin
bacım demiş, elə bir gün olmur ki, əməllərim Ocaqsız olsun.
Hər gün nəsə bir əməl var ortada. Ancaq mən görürəm ki, bu,
məni qane eləmir.
Yetərsizlik var. O yetərsizlik də hardan qaynaqlanır? Yaradıcılıq
çox azdır. Məsələ çoxda, azda da deyil. Yaşamaqdadır hər şey.
Ruhani yaşamaq davamlı olmalıdır. Əgər mənim fərəhim nəinki
başqasına, öz ömrümə işıq sala bilmirsə, deməli, mən ruhani yetər-
sizliyimi düşünməliyəm.
Bu günlərdə Soylu Atalı ilə söhbət elədik. Hünər və qüdrət tutuş-
durması apardı o. Mən anladım ki, ömrümdə hünərə layiq əməllər
çoxdur. Özündənkeçmə, umacaqsızlıq var əməllərimdə. Ancaq fərə-
him bütöv deyil. Bu da ordan qaynaqlanır ki, içimin ruhani qüdrəti
hələ bütöv deyil. Mənəviyyatla bilik bir-birinə tən deyil. Fərəhsizlik
ordan qaynaqlanır. Bu yöndə Soylu Atalını özümə örnək görmək-
dəyəm. Onun ömrünü izləyən hər kəs görər ki, bu insanın əhvalsız
vaxtı yoxdur, sözsüz, köksüz vaxtı yoxdur. Düşünü-rəm ki, hər kəs
belə yaşaya bilərmi, yaşamalıdırmı? Bəli, Ata bizdən bunu istəyir.
Özünə qarşı tələb olmayanda insan kökdən düşür. Kökdən düşəndə
həyat gözdən düşür.
Fikirdən artq söz demək istəmirəm. İçimizdə Mütləq olmaq ola-
naqları var. Ata bizə ona yetmək ortamı yaradıb. Yetməyimiz gərək-
dir.
Atamız Var olsun!
Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ayımız “Yeni İl”
mərasimi ilə başladı. Mərasim halı hələ də mənim içimdədir. Mərasi-
min gedişat yazısında belə bir qonu qoyulmuşdu: Evlad öz içini açıb
göstərməlidir hansı keyfiyyətləri var. Onu oxuyanda həyəcan keçir-
dim ki, mən özümü necə aça bilərəm? Özünü açıb göstərmək üçün
buna hazır olmaq gərəkdir. Mən mərasimə gərgin əhvalla gəlmişdim.
Mərasimin halı, Yeni il əhvalı içimə axdı. Ocaq Yükümlüsünün,
Günev qardaşımızın və bütün Ocaqçıların halı yenilənmə gətirdi
ömrümə.
Atanın səfərlə bağlı fikrini qeyd etmək istəyirəm: Səfərin iki yönü
var. Birinci özüylədöyüş, bir də imtahan. Sənin orda qarşılaşdığın
13
halların hər biri sənin üçün imtahandır, hər biri sənin içində bir
imkanı aşkarlayır. Səfərdə qorxunu ötürsən, şərin üstünə yeriyirsən.
Göylü bacımız düz deyir, biz əslində bu gün iki ayın hesabatını
verməliydik. Burda da Atanın sözü doğrulur ki, hər şeyi öz vaxtnda
eləmək gərəkdir. Artmayan, doğrudan da, azalır. Keçən aykı tədbirin
olmaması mənim halımda azalmaya səbəb oldu. Ocağa, Ocaq
söhbətlərinə hər zaman ehtiyac var.
Nurtəkin Atalı: Biz Ocaqda intizamlıyıq. Tədbirlərimiz eyni
vaxtda başlayır. Əgər bir dəfə vaxtında başlamasaq, qırılır sistem.
Yaxud tədbirlərin ardıcıllığı pozularsa, sistem qırılır. Davamlılığı
qorumaq gərəkdir ki, hal bütövlüyü də qorunsun. Ona görə də Ailə
Günlərinin davamlı olması gərəklidir.
Mən bir məqamı da vurğulamaq istəyirəm. Bizim tədbirə hədiy-
yəmiz var. Göylü bacımızın hazırladığı “Uluyurd Aqibəti” ilə bağlı
film. Biz öncələrdə də özümüzü ifadə edə bilmirdik. İndi də tam
özümüzü ifadə edə bilmirik. Həmişə Soylu Atalı yaxşı cəhətimizi də,
çatışmayan cəhətimizi də özümüzə göstərir. Bizi bizdən daha yaxşı
görür. Mən Göylüyə gətirirəm sözümü. Göylünün hünərinə həmişə
heyrət eləmişəm. Mən “Uluyurd Aqibəti” görüntüsünə baxdım.
Yarım saatlıq görüntüdə hər bir fikir, şəkil necə incəliklə, dəqiqliklə
seçilib, düşünülüb. Çox böyük vaxtdır, əməkdir. Atanın fikirlərinin
seçilməsi və Uluyurd Hərəkatı ilə bağlı şəkillər. Burada o əməlin ne-
cə başa gəlməsini ifadə eləmək olar. Sadəcə əməli ifadə eləməkdə
çətinliyimiz var. Bəlkə bu barədə ciddi düşünək. Göylü filmi təqdim
edir sakitcə. Ancaq necə başladı, necə sona yetdi, onu ifadə eləməyin
özü həm Göylünü özünə, həm də bizə göstərər. Biz həmişə sonuc gö-
rürük. Göylü danışanda da deyir ki, yaşamadım. Bəs onda bunlar
nədir?! Bir şeylə razıyam ki, düşüncədə də yetkinləşmək gərəkdir.
Ancaq onun gördüyü əməllər gerçək olaraq Ocağı göstərir.
Türkel Atalı Ataya səcdə ilə sözünə başladı: Qeydlərimi yığcam-
laşdırıb, ixitsarlaşdırıb yazmışam. Bir neçə gündür yanında işlədiyim
oğlanla (həm də başqa işlə məşğul olur, məndən yaşda xeyli böyük,
mədəniyyətli, özünə görə müəyyən savadı, dünyagörüşü olan birisi
ilə) geniş söhbətlərimiz oldu. Din məsələsi başda olmaqla bir çox
yöndən. Söhbətlər də təsadüfdən alınmır. Mən şərait yaradıram.
Ancaq onu deməliyəm ki, bu cür işləmək və həyatın bir sıra
qayğıları məni xeyli dərəcədə gərginləşdirir. Əsəbi halımın artdığını
14
hiss edirəm. İçimdə narazılıq əhvalı çoxalıb. Bu narazılıqlar əsasən
gerçəkliklə bağlıdır.
“Atagün” Ailəsinin Ailə günlərinin bir neçəsini kitabdan oxudum.
Belə qərara gəldim ki, bu əhvalsızlıqlarımı ya içimdə həll eləmə-
liyəm, ya da Amaldaşlarımla (doğmalaşma yönündə) bölüşməliyəm.
Ömrümün müəyyən məqamında düşüncəmə, içimə hakim kəsilən
əhvalsızlıqlar hesabatıma girib yaşamımı ifadə eləməməlidir.
Son vaxtlar xalqlaşma yönündə apardığım söhbətlər əhvalımı
balanslaşdırıb sanki. Ayrı-ayrı adamlarla elədiyim söhbətlərdə ömrü-
mün hansı yola həsr olunduğu, dini nəyə görə qəbul etmədiyimi
qətiyyətlə ifadə eləmişəm. Bu söhbətlərdən sonra elə bil fərəhlə
doluram. Demək olar ki, 15 gündür evdə işləyirəm. Onun 10 gününü
xalqlaşma əməlimdə özümü ifadə elədiyimi düşünüb yenilənirəm.
İnsanların bəsit düşüncələri ilə tanış olduqca, həqiqətdən nə qədər
uzaq olduq-larını gördükcə özümə güvənmək istəyirəm. İnsanların
həqiqətdən bu qədər uzaq olmaları, özlərinə yadlaşmaları, onlarla
daha çox söhbətlər etməyə ehtiyac yaradır. Atanın Amalından soraq
vermək gərəkdir, insanları ayıltmaq gərəkdir.
Dostları ilə paylaş: |